Məhkəmə qərarları › İş №2-2(102)-298/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-298/2019

17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-298/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı “xxxx’’MMC-nin cavabdeh Sığortalanması Fonduna qarşı iş üzrə “xxxx”ASC-ninləğvedicisiƏmanətlərin QƏRAR (iş № 2-2(102)-298/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, cavabdehin vəkili Vəkil2 iştirakı, İ.Muradovun katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 20 19-cu il tarixli, 2-2(103)-175/2019 saylı qərardadından iddiaçı “xxxx’’ MMC və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «xxxx» MMC cavabdeh «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxx 2018-ci il tarixdə “xxxx” ASC Qala filialında Cəmiyyətə məxsus olan 124 707,35 manat pul vəsaitinin geri qaytarılması barədə pretenziya ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edildiyini, bundan əvvəl dəfələrlə şifahi və rəsmi müraciətlərin olmasına baxmayaraq, cavabdeh MMC-nin hesabında olan pul vəsaitinin qaytarılması və ya qaytarılmaması barədə heç bir məlum at vermədiyini, iddia ərizəsinə əlavə edilmiş ******* saylı, xxx 2016-ci il tarixli orderə görə X4 tərəfindən MMC-nin “xxxx” ASC-nin Qala filialında olan hesabına 135.100 manat cari hesabın möhkəmləndirilməsi təyinatı ilə mədaxil edildiyini, “xxxx” ASC tərəfindən təqdim edilmiş 0005 nömrəli, xxx 2016-cı il tarixli qəbzə əsasən MMC-nin hesabında 124.707,35 manat pul məbləğinin mövcud olduğunu, hesabında olan pul vəsaitindən istədiyi qaydada istifadə edə bilmədiyindən, ona dair sərəncam vermək hüququnun tamamilə pozulduğunu bildirərək, cavabdehdən 124 707,35 manat pul məbləğinin Cəmiyyətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(81)-1244/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (ha kim – M.H.Əkbərov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 22(103)-175/2019 saylı qərardadı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı:“xxxx’’ MMC-nin cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 124.707,35 manat pul məbləğinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2 2(103)-175/2019 saylı qərardadından iddiaçı “X1’’MMCvə onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsibarədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iş üzrə icraata xitam verilməsi “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi nəticələnir, ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı «xxxx» MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-c ü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı «xxxx» MMC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prose ssual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil2 izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 22(103)-175/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Azərba ycan Respublikası Maliyyə X1 21.07.2016-cı il tarixli qərarı ilə «xxxx» ASC-yə bank fəaliyyətinin həyata keçirilməsinə dair verilmiş lisenziya ləğv edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxx 2016-cı il tarixli qərarı ilə «xxxx» ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmiş, belə olan halda «Banklar haqqında» Qanunun 72.1.2-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qanuni qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, belə olan halda Qanunun qeyd edilən tələbi və Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan şərhi baxımından və işin birinci instansiya məhkəməsində artıq icraata götürülüb işə mahiyyəti üzrə baxılması mərhələsində cavabdeh bankın lisenziyasının ləğ v edildiyi və məhkəmənin qərarı ilə iflas elan olunduğu nəzərə alındıqda, MPM-in 261.0.1-ci maddəsinin tələbləri qaydasında iş üzrə icraata, məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Banklar haqqında» Qanunun 72.1.2-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qanuni qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xxx 2017-ci il tarixli qərarında isə şərh olunmuşdur ki, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin «dayandırma» ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəy ə mindiyi andan banka qarşı kreditor tələbləri ilə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatın dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam veriləsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır» Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iş üzrə icraata xitam verilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Maliyyə X1 xxx2016-cı il tarixli qərarı ilə «xxxx» ASC-yə bank fəaliyyətinin həyata keçirilməsinə dair verilmiş lisenziyan ın ləğv edildiyini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2016-cı il tarixli qərarı ilə «xxxx» ASC müflis elan edildiyini və Əmanətlərin Sığortalanması Fondunun bankın ləğvedicisi təyin edildiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-175/2019 saylı qəra rdadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 22(103)-175/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar