Məhkəmə qərarları › İş №2-2(102)-298/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-298/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-298/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin cavabdeh məhdud məsuliyyətli cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkilinin iştirakları ilə, iddiaçı ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin cavabdeh məhdud məsuliyyətli cəmiyyətinə qarşı “kredit borcunun tutulması” t ələbinə dair kommersiya işi üzrə iddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-2(103)-21/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" açıq səhmdar cəmiyyəti ilə "xxxx" MMC (hazırda adı Cavabdeh məhdud məsuliyyətli cəmiyyəti olan) arasında 04.04.2013-cü il tarixdə bağlanmış 16K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən "xxxx" MMC-yə bank tərəfindən 12 ay müddətinə 16 faizlə 4.350.000 manat məbləğində kredit xətti açılmışdır. 2. "xxxx" açıq səhmdar cəmiyyəti ilə "xxxx" MMC arasında 16.07.2013-cü il tarixdə bağlanmış 60K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən "xxxx" MMC-yə bank tər əfindən 12 ay müddətinə 16 faizlə 30.000 manat məbləğində kredit xətti açılmışdır.

3. Kredit müqavilələrinin əsilləri və 04.04.2013-cü il tarixdə 4.305,450 manat vəsaitin "xxxx" MMC-nin direktoru X1 təqdim edilməsi barədə hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş çekin əsli işə əlavə edilmişdir. 4. "xxxx" ASC tərəfindən 14.04.2017-ci il tarixdə cavabdehə pretenziya qaydasında xəbərdarlıq ünvanlanaraq, 04.04.2013-cü il tarixli müqavilə üzrə cəmi 7.365.266,06 manat, 16 iyul 2013-cü il tarixli müqavilə üzrə cəmi 38.705,39 manat təşkil edən borc məbləğinin 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ləğv prosesində olan "xxxx" ASC (bunda n sonra – “iddiaçı”) cavabdeh MMCnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 16K/13 nömrəli, 04 aprel 2013-cü il kredit müqaviləsinə əsasən əsas borc üzrə 4.344.160,14 manat, faiz borcu üzrə 571.743,83 manat və cərimə borcu üzrə 449.362,09 manat, cəmi 7.365.266,06 manat, 60K/13 nömrəli, 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 23.067,34 manat, faiz borcu üzrə 12.592,33 manat, cərimə borcu üzrə 2.685,72 manat, cəmi 38.705,39 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC-nin Müştərilərə Xidmət Departamenti i lə cavabdeh "xxxx" MMC (Azərbaycan Respublikası Vergilər Nazirliyinin Dövlət Reyestrinin Çıxarışına əsasən "xxxx" MMC 25.10.2016-cı il tarixdən "xxxx" MMChüquqi varisi təyin edilmişdir) arasında bağlanmış 16K/13 nömrəli, 04 aprel 2013-cü il tarixli Təminatsız Bərpa olunan kredit xətti müqaviləsinə əsasən dövriyyə vəsaitlərinin artırılmasının maliyyələşdirilməsi üçün illik 16 %-lə, 12 ay müddətinə 4.350.000 AZN, 60K/13 nömrəli, 16 iyul 2013-cü il tarixli Təminatsız Overdraft kredit xətti müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılmasının maliyyələşdirilməsi üçün illik 16%-lə, 12 ay müddətinə 30.000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən kredit müqavilələrinin şərtlərini pozmaqla, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisa di Məhkəməsinin 2017-ci il 24 oktyabr tarixli, 22(82)474/2017 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – H.Babayeva).

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2017-ci il tarixli, 19148 saylı ekspert rəyinə görə, 16 iyul 2013-cü il tarixli, 60K/13 nömrəli və 04 aprel 2013-cü il tarixli 16K/13 nömrəli təminatsız bərpa olunmayan kredit xətti müqavilələrindəkı “Borc alan “ yazı olan hissədəki imzalar və 04 aprel 2013-cü il tarixli BOA seriyalı 004426 saylı çekdə olan “imzalar” qrafasındakı imzalar faksimile klişe vasitəsilə əks olunublar.

9. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə o lan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinə görə, 04 aprel 2013-cü il tarixli, 16K/13 saylı və 16 iyul İ013-CÜ il tarixli 60K/13 saylı kredit müqavilələrində borc alan qrafasının qarşısındakı imzalar və 04 aprel 2013-cü il tarixli, BOA seriyalı 004426 saylı çekdə imzalar qrafasının qarşısındakı imzalar birbaşa olaraq cəmiyyətin direktoru tərəfindən deyil, faksimile klişe vasitəsilə icra edilmişdir. Faksimile klişe isə imza hesab edilə bilməz, çünki o, yalnız ştampdır. Həmçinin imza əvəzinə faksimile ştampının kim tərəfindən vurulduğunu da müəyyən etmək mümkün deyildir. İmzanın əvəzinə ştamp qoymaq qanunvericilikdə nəzərdə tutulmamışdır.

10. İddiaçının tələbinin əsası kimi istinad etdiyi kredit müqavilələri borc alan hüquqi şəxsin rəhbəri tərəfindən birbaşa olaraq deyil, faksimile k lişədən istifadə edilməklə imzalandığından, tərəflər arasında qanunla müəyyən edilmiş formada sadə yazılı formada kredit müqaviləsi bağlanmamış və bank tərəfindən "xxxx" MMC-yə müqavilə üzrə kreditin verilməsi təsdiqini tapmamışdır.

11. Beləliklə, iddiaçı Mülki Məcəllənin 385, 442 və 445-ci maddələrinə istinad edərək, cavabdehin kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra etməməsi ilə bağlı verilmiş kreditin qaytarılmasını tələb etsə də, tərəflər arasında kredit müqavilələrin bağlanmasını, müqavilədə müəyyən edilən pul vəsaitlərinin borc alana kredit olaraq verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Sübut qismində təqdim edilmiş hər iki kredit müqaviləsində borcalan qrafasındakı və çekdə imzalar qrafasının qarşısındakı imzalar isə cavabdeh təşkilatın rə hbəri tərəfindən birbaşa deyil, faksimile klişe vasitəsilə imza edilmişdir.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 389, 390.1, 407.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "Mülki Prosessual Məcəllə”) 88, 101.3, 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-2(103)-21/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və C.A.Yusifov) iddiaçının apelyasiya şikayəti qis mən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 oktyabr tarixli, 2-2(82)474/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 04.04.2013-cü il tarixli 16K/13 saylı kredit xətti müqaviləsi üzrə 4.344.159,47 manat əsas borc, 467.238,49 manat faiz, 43.441 manat dəbbə pulu, ümumilikdə 4.854.838,96 manat, 16.07.2013-cü il tarixli, 60K/13 saylı kredit xətti müqaviləsi üzrə 23.067,34 manat əsas, 12.592,33 manat faiz, 230 manat dəbbə pulu borcu, ümumilikdə 35.889,67 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması, qalan hissədə iddianın rədd edilməsi, 145 manat ekspertiza xərcinin cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.

15. Apelyasiya instan siyası məhkəməsi belə qənaətə gəlmişdir ki, kredit müqavilələri və pul məbləğinin qəbul edildiyinə dair 04.04.2013-cü il tarixli, BOA seriyalı 004426 saylı çek faksimile klişe vasitəsi ilə icra edilmiş imza ilə yanaşı eyni zamanda "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. Həmin möhürün Texnovilla MMC-nə məxsus olduğu isə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

16. Kredit müqavilələri üzrə verilmiş məbləğlərdən cavabdehin istifadə etdiyi və müqavilələr üzrə ödənişlər edildiyi bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarla də təsdiq olunur.

17. İddiaçının iddianın əsası kimi istinad etdiyi 04.04.2013-cü il tarixli, 16K/13 saylı və 16.07.2013-cü il tarixli, 60K/13 saylı kredit xətti müqavilələri cavabdeh "xxxx" MMC tərəfindən təsdiq edilmiş, həmin müqavilələr üzrə kredit vəsait indən istifadə edilsə də, kreditin və faizlərin banka tam qaytarılması təmin edilməmişdir. 18. 18.12.2020-ci il tarixli 9/4117 saylı ekspert rəyinə əsasən “Texnovilla“ MMC-nin 04.04.2013-cü il tarixli, 16K/13 saylı kredit müqaviləsi üzrə 04.04.2014-cü il tarixə (kredit öhdəliyinin icra müddəti bitdiyi tarixə) əsas borcu 4.344.159,47 manat, faiz borcu 467.238,49 manat, 16.07.2013-cü il tarixli 60K/13 saylı kredit xətti müqaviləsi üzrə 16.07.2014-cü il tarixə (kredit öhdəliyinin icra müddəti bitdiyi tarixə) əsas borcu 22.144,68 manat, faiz borcu 2.779,46 manat təşkil edir.

19. Ekspert rəyində qeyd edilmişdir ki, cavabdeh tərəfindən 16.07.2013-cü il tarixli müqavilə üzrə 30.621,64 manat ödəniş edilmiş, həmin məbləğin 30.030,41 manatı əsas borcdan, 591,23 manatı faiz borcundan silinmiş, 04.04. 2013-cü il tarixli, 16K/13 saylı kredit müqaviləsi üzrə cəmi bir dəfə 02.08.2013-cü il tarixdə 233.973,86 manat ödəniş edilmiş, bu ödənişin 5.840,5 manatı əsas borcdan, 228.133,33 manatı faiz borcundan silinmişdir. 20. 16.07.2013-cü il tarixli müqavilə üzrə cavabdehin kredit borunun məbləği ekspert tərəfindən düzgün müəyyən edilməmişdir. Əgər 30.030,41 manatı əsas borc üzrə ödəniş həyata keçirilmişsə cəmi 30.000 manat limitlə açılmış kredit xətti üzrə qalıq əsas borcun 22.144,68 manat təşkil etməsi mümkün deyildir. Buna görə də qeyd edilən kredit müqaviləsi üzrə qalıq kredit borcunun iddiaçının işdəki 01.05.2017-ci il tarixli maliyyə arayışı əsas götürülməklə müəyyən edilməlidir. Həmin arayışa əsasən qeyd edilən müqavilə üzrə cavabdehin 07.04.2017-ci il tarixə 23.067,4 manat əsas borcu, 12.592,33 manat faiz borcu olmuşdur.

21. Cavabdeh tərəfindən məhkəməyə qeyd edilən müqavilə üzrə qalıq borcun iddiaçının təqdim etdiyi maliyyə arayışındakı məbləğdən daha az olduğunu müəyyənləşdirməyə imkan verən hər hansı sübut təqdim edilməmişdir. 22. 04.04.2013-cü il tarixli, 16K/13 saylı kredit müqaviləsi üzrə cavabdehin kredit borcu ekspert rəyi ilə düzgün hesablandığından, iddia tələbi həmin hissədə qisməncavabdehdən 4.344.159,47 manat əsas borc, 467.238,49 manat faiz borcunun tutulması hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir.

23. Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cavabdehin dəbbə pulu borcu azaldılaraq 04.04.2013-cü il tarixli, 16K/13 saylı kredit xətti müqaviləsi üzrə 43.441.0 manat, 16.07.2013-cü il tarixli, 60K/13 saylı kredit xətti müqaviləsi üzrə 230 manat müəyyən edilməli, dəbbə pulu tələbi qalan hissədə rədd edilməlidir.

24. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 739.1, 739.2, 385.1, 442, 467-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni 16K/13 saylı kredit müqavilələri üzrə faiz və cərimə borclarının, həmçinin 60K/13 saylı kredit müqaviləsi üzrə cərimə borcunun təmin edilməyən hissədə ləğv edərək, iddia tələbinin tam təmin edilməsi və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

26. Kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilərkən kredit müqaviləsinin ay rılmaz tərkib hissəsi olan, kredit müqaviləsinə əlavə adlanan, ödəniş cədvəlində göstərilmiş qayda əsas götürülür və borclu tərəfindən ödənilmiş məbləğlər ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcundan silinir. Lakin borclu hər ayın müvafiq günündə ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu borc məbləğini gecikdirərsə bu zaman gecikmə günlərinin sayına müvafiq olaraq cərimə tətbiq olunur ki, bu da ödəniş həyata keçirildiyi zaman nəzərə alınır və ödənilmiş məbləğ əvvəlcə hesablanmış cəriməyə, sonra isə faiz və əsas məbləğə yönəlir. Hesabdan çıxarışdan göründüyü kimi, borclu ödəniş cədvəlindən kənara çıxmalar etmiş, aylıq ödəniş məbləğini vaxtında və tam həcmdə ödəmədiyindən faizlər yaranmışdır.

27. Ləğv prosesində olan bank kimi "xxxx" ASC Mərkəzi Banka aylıq, rüblük və illik hesaba tlar verir ki, bu tip silinmələrin ardıcıllığında və məbləğlərin mütənasib miqdarında hər hansı yanlışlıq olmaması dəfələrlə yoxlanılır, silinmələr zamanı nisbət xüsusi diqqətdə saxlanılır.

28. Hazırki iş üzrə ekspert borclu tərəfindən ödənilmiş məbləğləri bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışa əsasən düzgün hesablamamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 18.12.2020-ci il tarixli ekspert rəyi reallığı əks etdirmir.

29. Cavabdehin kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozması, onları lazımınca icra etməməsi və aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində Banka qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilmişdir.

30. Mülki qanunvericiliyin tələblərinə əsasən cərimə məbləğinin tənasübü müəyyənləşdirilirkən kreditorun mənafeləri və bütün əsaslı mənafelərin nəzərə alınması tələb olunur. Lakin məhkəmə qeyd olunan normanın tələbinə riayət etməmişdir.

31. Belə ki, tərəflərin sərbəst iradə ifadələri ilə cərimə məbləğinin müəyyən edilməsi, müqavilə üzrə borcluya kredit verilməsi və borclunun öhdəliklərini vaxtında üzrlü səbəb göstərmədən icra etməməsi, Bank təşkilatı olan kreditora həmin borcun qaytarılmamasına görə dəymiş ziyan nəzərə alınmamışdır.

32. Kassasiya şikayəti Mülki Məcəllənin 462.1, 462.3, 465.2, 467-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

34. İddiaçının vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izah at verərək şikayətin təmin olunmasını xahiş etdi.

35. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

36. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

37. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında, yəni apely asiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. İş üzrə iddiaçı tərəf qətnaməni 16K/13 saylı kredit müqavilələri üzrə faiz və cərimə borclarının, həmçinin 60K/13 saylı kredit müqaviləsi üzrə cərimə borcunun təmin edilməyən hissədə ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdiyindən, apelyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin m addi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri“ 417.2. Kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər”.

42. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı “ 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı “ Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması “ Məhkəmə işin hallarını nəzər ə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. "Maddə

739. Borc müqaviləsi “ 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-2(103)-21/2021 saylı qətnaməsi dəyişdirilməli, cavabdehdən 04.04.2013-cü il tarixli, 16K/13 saylı kredit xətti müqaviləsi üzrə 217.207,97 manat, 16.07.2013-cü il tarixli, 60K/13 saylı kredit xətti müqaviləsi üzrə 1.153,36 manat məbləğində dəbbə pulu tutulmalı, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.

44. İddiaçının kass asiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, cərimə məbləğinin tənasübü müəyyənləşdirilərkən kreditorun mənafeləri və bütün əsaslı mənafeləri nəzərə alınmalı olduğu halda, məhkəmə qeyd olunan normanın tələbinə riayət etməmiş, tərəflərin sərbəst iradə ifadələri ilə cərimə məbləğinin müəyyən edilməsi, müqavilə üzrə borcluya kredit verilməsi və borclunun öhdəliklərini vaxtında üzrlü səbəb göstərmədən icra etməməsi, Bank təşkilatı olan kreditora həmin borcun qaytarılmamasına görə dəymiş ziyan nəzərə alınmamışdır.

45. İşə kasssiya qaydasında baxan məhkəmə kollegiyası dəbbə pulunun məbləği ilə bağlı hissədə şikayətin dəlilləri ilə qismən razılaşaraq, şikayəti həmin hissədə əsaslı hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinin müddəalarını və bu müddət ərzində artıq formalaşmış məhkəmə tə crübəsi tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərinin nəzərə alınmalı olduğunu müəyyən edir. Lakin hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmələrin cavabdehdən tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən Mülki Məcəllənin həmin normasının və mövcud məhkəmə təcrübəsinin, həmçinin kreditor olaraq iddiaçının əsaslı mənafelərinin nəzərə alınmadığı aydın olur.

46. Belə ki, 16.07.2013-cü il tarixli, 60K/13 saylı kredit xətti müqaviləsi üzrə 23.067,34 manat əsas borc qarşılığında 230 manat dəbbə pulu borcu, 04.04.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə 4.344.159,47 manat əsas borc qarşılığında isə yalnız 43.441 manat dəbbə pulu tutulması kreditorun həm istər əmlak, istərsə də digər əsaslı mənafe lərinin nəzərə alınmadığını təsdiq edir və dəbbə pulunun əsas borcun yalnız bir faizi həddində tutulması formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil və kredit müqaviləsi üzrə külli miqdarda borclarını uzun müddət ərzində hər hansı üzrlü səbəb olmadan ödəməyən cavabdehə belə güzəştlərin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

47. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qətnaməsi hər iki kredit müqavilələri üzrə dəbbə pulu hissəsində dəyişdirilməli, cavabdehdən tutulacaq dəbbə pulunun məbləğləri əsas kredit borcunun beş faizi hissəsində müəyyən edilməli, 04.04.2013-cü il tarixli, 16K/13 saylı kredit xətti müqaviləsi üzrə 217.207,97 manat məbləğində, 16.07.2013-cü il tarixli, 60K/13 saylı kredit xətti müqaviləsi üzrə 1.153,36 manat dəbbə pulu tutulmalıdır.

48. Apelyasiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, 04.04.2013-cü il tarixli, 16K/13 saylı və 16.07.2013-cü il tarixli, 60K/13 saylı kredit xətti müqavilələri cavabdeh "xxxx" MMC tərəfindən təsdiq edilmiş, həmin müqavilələr üzrə kredit vəsaitindən istifadə edilsə də, kreditin və faizlərin banka tam qaytarılması təmin edilməmiş, 16.07.2013-cü il tarixli müqavilə üzrə cavabdehin kredit borunun məbləği ekspert tərəfindən düzgün müəyyən edilməmiş, əgər 30.030,41 manatı əsas borc üzrə ödəniş həyata keçirilmişsə cəmi 30.000 manat limitlə açılmış kredit xətti üzrə qalıq əsas borcun 22.144,68 manat təşkil etməsi mümkün deyil, buna görə də qeyd edilən kredit müqaviləsi üzrə qalıq kredit borcunun məbləği iddiaçının işdəki 01.05.2017-ci il tarixli maliyyə arayışı əs as götürülməklə müəyyən edilməlidir. Cavabdeh tərəfindən məhkəməyə qeyd edilən müqavilə üzrə qalıq borcun iddiaçının təqdim etdiyi maliyyə arayışındakı məbləğdən daha az olduğunu müəyyənləşdirməyə imkan verən hər hansı sübut təqdim edilməmişdir.

49. Məhkəmə düzgün olaraq o nəticəyə gəlmişdir ki, 04.04.2013-cü il tarixli, 16K/13 saylı kredit müqaviləsi üzrə isə cavabdehin kredit borcu ekspert rəyi ilə düzgün hesablandığından, iddia tələbi həmin hissədə qismən-cavabdehdən 4.344.159,47 manat əsas borc, 467.238,49 manat faiz borcunun tutulması hissəsində təmin edilməlidir.

50. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası 16K/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 467.238,49 manat faiz borcunun tutulması hissəsində gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya məhkəməsi b u nəticəyə iş materiallarındakı sübutları düzgün qiymətləndirməklə gəlmişdir və məhkəmə qətnaməsinin bu hissədə ləğv və ya dəyişdirilməsi üçün hər hansı əsas yoxdur.

51. Beləliklə, işə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-2(103)21/2021 saylı qətnaməsi dəyişdirilməli, cavabdehdən 04.04.2013-cü il tarixli, 16K/13 saylı kredit xətti müqaviləsi üzrə 217.207,97 manat, 16.07.2013-cü il tarixli, 60K/13 saylı kredit xətti müqaviləsi üzrə 1.153,36 manat məbləğində dəbbə pulu tutulmalı, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı:

53. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-2(103)-21/2021 saylı qətnaməsi dəyişdirilsin. Cavabdehdən 04.04.2013-cü il tarixli, 16K/13 saylı kredit xətti müqaviləsi üzrə 217.207,97 manat, 16.07.2013-cü il tarixli, 60K/13 saylı kredit xətti müqaviləsi üzrə 1.153,36 manat məbləğində dəbbə pulu tutulsun. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar