Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-298/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli, 2-2(106)-17/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 202 1-ci il 27 may tarixli, 07/01419 saylı operativ lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd SR-2045 markalı taxılyığan kombayna İddiaçı ASC tərəfindən Cavabdeh lizinqə verilmişdir. 2. 2021-ci il 27 may tarixli İddiaçı ASC-yə məxsus olan texnikanın texniki vəziyyəti barədə 1 saylı aktdan görünür ki, İddiaçı ASC-nin Qobustan RN-nin Şamaxı rayon bölməsinin istifadəsində olan texnika saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmişdir.
3. İddiaçı ASC tərəfindən tərtib edilmiş 2021-ci il 27 may tarixli iltizamın surətindən görünür ki, Cavabdeh 2021-ci il 27 may tarixli, 07/01419 nömrəli müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü 1 ədəd SR-2045 markalı taxılyığan kombaynı təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, ist ismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst təhvil verməyi, taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi, müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəm əyi öz öhdəsinə götürmüşdür. 4. 2021-ci il 1 iyul tarixli İddiaçı ASC-yə məxsus olan texnikanın texniki vəziyyəti barədə 2 saylı aktdan görünür ki, Cavabdeh texnikanı nasaz vəziyyətdə iddiaçıya təhvil vermişdir.
5. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, “SR2045 Sampo” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər 11.134 manat məbləğində müəyyən edilmişdir. 6. 2022-ci il 27 may tarixli, MŞİH-18133 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ASC və Cavabdeh ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər.
7. İddiaçı ASC tərəfindən cavabdeh “ Cavabdeh ünvanlanmış 2022-ci il 23 iyun tarixli pretenziya məktubundan görünür ki, ca vabdehdən zərərin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 18 iyul tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 11.134 manat dəymiş maddi ziyanın və 200 manat mediasiya xərcinin - cəmi 11.334 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 27 may tarixli, 07/01419 nömrəli operati v lizinq müqaviləsinə əsasən, 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq, texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 11.134 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən, texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombaynın tam bərpası üçün 11.134 manat dəymiş maddi ziyan hesablanmışdır.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 424.5, 443.1, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1ci maddəsinə istinad olunmuşdur. 11. 2022-ci il 10 avqust tarixində cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, əsassız olan iddianın qərəzli olmasının araşdırılmasını xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının Şamaxı rayon filialından 2021-ci il 27 may tarixində taxıl biçini ilə əlaqədar 07/01419 saylı müqavilə ilə “SR-2045” markalı işlənmiş kombaynı 2021-ci ilin taxıl mövsümündə 3 aylıq lizinq müqaviləsi i lə icarəyə qəbul etmiş, cari təmir işlərini öz hesabına apararaq 2021-ci il 14 iyun tarixində Hacıqabul rayonunun Meyniman kəndinə gətirmiş və yolda kombaynın mühərriki “stuk” olmuşdur. Cavabdeh Şamaxı filialının müdiri X2 məlumat vermiş, lakin kombaynın təmirinin cavabdehin hesabına olunması bildirilmişdir. Mühərrikin ehtiyat hissələri şəxsən S.Rəsulovun iştirakı ilə yarı nağd, yarı nisyə yolla cavabdehin hesabına alınaraq, mühərrikin ehtiyat hissələrinə 1.470 manat və Şamaxı rayonunun Bico kəndindən Fuad adlı ustaya 300 manat əlmuzdu verilmişdir. O cümlədən, cavabdeh kombaynın 2021-ci il 27 may tarixində qəbulu zamanı 500 manat əvvəlcədən ödəniş etmişdir. Həmçinin cavabdeh əsaslı mövsüm təmir işləri zamanı 2.200 manatlıq ehtiyat hissələrini dəyişmişdir. Bu barədə iddiaçının 2022-ci il 24 iyun tarixli bildirişindən sonra cavabdeh lazımi alış sənədlərini Baş İdarəyə göndərmişdir. Dəfələrlə istər yazılı, istərsə də şifahi məlumat verilməsinə baxmayaraq, heç bir əhəmiyyət verilməmişdir. Kombaynın tamamən yararsız olduğunu bildikdən sonra cavabdeh 2 həftə ərzində, yəni 1 iyul tarixində kombaynı Şamaxı filialına təhvil vermiş, 105 günlük müqavilə ilə qəbul etdiyi kombayn yalnız 14 gün onun öhdəliyində olmuşdur.
13. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 25 oktyabr tarixli, e-2-2(121)1712/2022 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir (hakim – E.Abdullayev).
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2021-ci il 27 may tarixli, 07/01419 saylı operativ lizinq müqaviləsi bağlanmış və tərə flərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Həmin müqavilə əsasında 1 ədəd SR-2045 markalı taxılyığan kombayn 2021-ci il 27 may tarixindən 2021-ci il 1 iyul tarixinədək cavabdehə lizinqə verilmişdir. Sözügedən texnika cavabdeh tərəfindən nasaz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Texnika iddiaçıya təhvil verilərkən iddiaçının nümayəndələri tərəfindən texnikaya baxış keçirilmişdir. Baxış nəticəsində qüsur aktı tərtib olunaraq texnikaya dəymiş zərərin ehtimal olaraq 11.134 manat olması müəyyən edilmişdir. Cavabdehə dəymiş zərərin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, sonuncu yaranmış borcunu ödəməmişdir.
15. Cavabdehin dəymiş zərərin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 2021-ci il 27 may tarixli, 07/01419 saylı operativ lizinq müqaviləsinin 2. 2.5-ci, 2.2.6-cı və 2.2.8-ci maddələrində, o cümlədən MM-in 748-7.1-ci maddəsində təsbit edilmişdir. Belə ki, həmin müqavilənin 2.2.5-ci və 2.2.6-cı maddələrinə əsasən, lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini, texnikaya qəza və təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsini öhdəsinə götürmüşdür.
16. Zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması əsas şərtlərdən biridir. İlkin olaraq qanunsuz hərəkət və ya hərəkətsizliklə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Hazırkı halda iddiaçı, cavabdehin qanunsuz hərəkətləri nəticəsində hüquqi şəxsə maddi ziyan vurulduğunu iddia etsə də, dəymiş maddi zərər barəd ə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. İddiaçının sübut olaraq təqdim etdiyi “SR-2045 Sampo” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayış mötəbər sübut kimi qəbul edilə bilməz. Arayışdan da göründüyü kimi, iddiaçı dəymiş zərəri xüsusi biliyə malik olan mütəxəssislərin və ya digər aidiyyəti şəxslərin iştirakı olmadan yalnız öz nümayəndələrinin iştirakı ilə təxmini olaraq hesablayaraq belə bir qənaətə gəlmişdir.
17. Eyni zamanda MM-in 700.3-cü maddəsi əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəalarının müvafiq surətdə tətbiqini mümkün hesab edir. Məhkəmə qanunvericiliyin qeyd olunan normasının məzmununa əsasən qeyd etmişdir ki, kirayəyə verənin (hazırkı işdə lizinqə verənin) maddi zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun icarəyə (lizinqə) verilmiş əşyanı, əmlakı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir və qanunda bu müddətin dayandırılması və ya kəsilməsi mümkünlüyü müəyyən edilməmişdir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçı (lizinqə verən) əmlakı lizinq alandan geri aldığı andan 6 (altı) ay ərzində həmin əmlaka dəymiş maddi ziyanın ödənilməsinə dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə iddiaçı bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
18. Texnikanın iddiaçıya geri qaytarı lmasına dair tərtib edilmiş texniki vəziyyət haqqında 2 saylı aktdan görünür ki, texnika 2021-ci il 1 iyul tarixində iddiaçıya təhvil verilmişdir və iddiaçı həmin tarixdə texnikaya zərərin dəydiyini müəyyən etmişdir. Belə olduğu təqdirdə iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu 2021-ci il 1 iyul tarixində bilmiş, hazırkı iddianı isə 2022-ci il 18 iyul tarixində, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 1 il sonra qaldırmışdır.
19. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən hesab etmişdir ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin şərtlərinə və MM-in müvafiq normalarına əsasən, iddiaçının cavabdehə qarşı maddi zərərin ödənilməsi ilə bağlı tələb hüququ olsa da, onun tələb etmək hüququ MM-in 697.4-cü maddəsinin tələbinə uyğun olaraq müddətin k eçməsinə görə qüvvədən düşdüyündən, iddia tələbi təmin edilə bilməz.
20. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 697.4, 700.3, 748-7.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarın a, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, 4 saylı Qərarının 2.4-cü bəndinə, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2007-ci il 26 iyul tarixli Qərarına, MPM-in 14.2, 77.1, 124.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. İddiaçı həmin qətnamədən 2022-ci il 3 dekabr tarixində apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli, 2-2(106)-17/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiy a məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Heydərov, hakimlər – C.İmanov və T.Kərimov).
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2021-ci il 1 iyul tarixdə iddiaçıya cavabdeh tərəfindən hüquqlarının pozulması məlum olmuşdur. İddiaçı isə 2022ci il 18 iyul tarixində yəni hüquqlarının pozulduğunun ona məlum olduğu vaxtdan 1 il sonra məhkəməyə müraciət etmişdir. MM-in 697.4-cü maddəsinə əsasən, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə q üvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Qeyd olunan normanın məzmunundan başa düşülür ki, iddiaçı hüquqlarının pozulmasının ona məlum olduğu andan 6 ay müddətinə məhkəməyə müraciət etmək hüququ olmuşdur, lakin, o, bu hüquqdan istifadə etməmişdir.
24. Birinci instansiya məhkəməsi haqlı olaraq yuxarıda göstərilənləri nəzərə alaraq iddia müddətinin tətbiqini deyil, məhz kəsici müddəti nəzərə alaraq “iddia tələbi təmin edilə bilməz” qənaətinə gəlmişdir. Məhkəmə kollegiy ası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən məhkəmə kollegiyası işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 697.4, 700.3, 748-7.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına, “Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına, MPMin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 11 fevral tarixində iddiaçıya, 2023-cü il 20 fevral tarixində isə cavabdehə təqdim olunmuşdur.
27. İddiaçı həmin qətnamədən 2023-cü il 10 aprel tarixində kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
28. MM-in 21.1, 373.2, 747.1, 747.1.2-ci maddələrinin tələbləri pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 yanvar tarixli Qərarında i fadə olunmuş hüquqi mövqeyə riayət edilməmişdir. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Kassator hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri operativ lizinq müqaviləsi üzrə təsbit olunduğundan məhkəmə qətnaməsində əmlak kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələrinə istinad olunması əsassızdır.
29. MM-in 375.2, 748-7.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı qəbul edilənədək verdiyi ərizə əsasında tətbiq olunur. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar qəbul etməsi üçün əsasdır. Cavabdehin tərəfindən iddia müddətinin tətbiqinə dair hər hansı müraciəti olmamışdır.
30. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5, 2.2.6 və 2.2.8-ci bəndlərinin tələbləri pozulmuşdur. Lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında dövlət vəsaiti hesabına alınmış və cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş, nəticədə texnikaya 11.134 manat məbləğində zərərin dəydiyi müəyyən olunmuş və tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiym ətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maddi ziyanla bağlı arayış cəmiyyətin peşəkar mütəxəssisləri, X1 və texnika elmləri namizədi X3 tərəfindən hazırlanmışdır. Lakin məhkəmə təqdim olunmuş arayışı sübut növü kimi qiymətləndirməmiş, dəymiş ziyanla bağlı tərtib olunmuş sənədləri diqqətə almayaraq, işə dair xüsusi bilik tələb edən mütəxəssis rəyinin olmamasını göstərmişdir. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən ziyan vurulduğu faktı qeyd edilsə də, dəymiş ziyanla bağlı qüsur aktı cavabdeh tərəfindən imzalanmaqla sübut olunsa da, dəymiş ziyanın məbləğini özündə əks etdirən arayışı mötəbər sübut kimi qiymətləndirməmişdir. Halbuki hakim qanunvericilikdə də nəzərdə tutulduğu qaydada xüsusi bilik tələb olunan sualları izah etmək üçün öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi.
31. Digər tərəfdən məhkəmə tərəflər arasında bağlanmış kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əmlak kirayə müqaviləsinin xüsusi növü kimi yanaşmış və əmlak kirayə müqaviləsi üzrə iddia müddətini əsas götürməklə iddia tələbini rədd etmişdir. Kassator hesab edir ki, məhkəmə tərəfindən kirayə hüquq münasibətlərinin şərtlərinin istinad olunması deyil, tərəflər arasında mübahisə predmetinə müqavilə tələbləri üzrə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə tərəfindən tərəflər arasında mübahisə predmeti olan lizinq münasibətlərinə icarə və ya əmlak kirayə münasibətlərinin tətbiq etməsi yolverilməzdir. Çünki lizinq hüquq münasibətləri icarə və ya kirayə hüquq münasibətlərindən obyektiv və subyektiv cəhətlər inə görə fərqlənir. İcarədardan fərqli olaraq lizinq alan əmlakın sığortasını, onun texniki xidmət haqqını və əmlakın məhv olma və ya korlanması zamanı mülkiyyətçinin zərərini ödəyir. Eyni zamanda, kirayə müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin predmetini bəhər və gəlir verə bilən obyektlər təşkil edir. Hazırkı mübahisə predmeti üzrə dövlət əmlakı olan texnikaları mövsümi olaraq operativ lizinq müqaviləsi ilə götürmüş fərdi sahibkar statusuna malik cavabdehin əsas məqsədi gəlir götürməkdən ibarət olmuşdur
32. MPM-in 77.1 və 97.1-ci maddələrinin tələbləri pozulmuşdur. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə iddia tələ bi üzrə təqdim olunmuş dəymiş ziyanla bağlı arayışa ziddiyyətlə yanaşmışdır. Məhkəmə öz təşəbbüsü ilə mübahisəli məsələlərin həlli ilə bağlı xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti gördükdə bununla bağlı iş üzrə ekspertiza təyin etməli idi. Göstərilən tələblərə dair texnika tam saz və işlək vəziyyətdə təhvil verilməsinə baxmayaraq, cavabdeh əsaslı sübut gətirmədən texnikada yaranmış nasazlıqları şifahi mülahizələri ilə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİ LƏN HÜQUQ
37. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri... 697.4. Kira yəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.” “Maddə
700. İcarə müqaviləsi... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaql a, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” “Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır....”
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında aşağıdakılar nəzərd ə tutulur: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.”
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəlləni n 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır” 40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir.” 41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, 4 saylı Qərarının 2.4-cü bəndində aşağıdakılar nəzərdə tutulur: “2.4. Qətnamə o vaxt əsaslı hesab edilir k i, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.”
42. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli, 2-2(106)-17/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
44. İddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlillərindən biri bundan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilə lizinq müqaviləsi olduğu halda, işə baxmış məhkəmələrin MM-in əmlak kirayəsi ilə bağlı müddəalarına istinad etməsi ə sassız olmuşdur.
45. Məhkəmə kollegiyası cavabdehin göstərilən dəlili ilə razılaşmayaraq qeyd edir ki, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin MM-in 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiq edilməsi həmin Məcəllənin 751-ci maddəsinin tələbidir. Məhkəmə kollegiyası MM-in 751-ci maddəsinin tələbini rəhbər tutaraq hesab edir ki, işə baxmış məhkəmələr hazırkı iş üzrə həmin Məcəllənin kirayə hüquq münasibətlərinə xitam verilməsi ilə bağlı müddəalarını tətbiq etməkdə haqlı olmuşlar. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halına görə lizinq obyekti olan texnika nasaz vəziyyətdə 2021ci il 1 iyul tarixli 2 saylı aktla cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş, iddiaçı isə 2022ci il 18 iyul tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
46. İddiaçının kassasiya şikayətinin digər bir dəlili isə ondan ibarətdir ki, hazırkı iş üzrə iddia müddətinin tətbiq olunması barədə cavabdehin müraciəti olmamışdır. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edərək bildirir ki, hazırkı iş üzrə məhkəmələr tərəfindən iddia müddəti yox, MM-in 697.4-cü maddəsində nəzərdə tutulmuş kəsici müddət tətbiq olunmuşdur ki, bu zaman qarşı tərəfdən müddətin tətbiqi barədə ərizə verilməsi qanunvericiliklə müəyyən edilməmişdir.
47. İddiaçının kassasiya şikayətinin məhkəmənin ekspertiza təyin etməməsinə dair dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, iş üzrə ekspertizanın təyin edilməsi MPM-in 97.1-ci maddəsinə əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan məhkəmələr həmin hüquqdan istifadə olunmasına lüzum görməmiş, bununla da məhkəmə kollegiyasının qənaətinə görə, hər hansı hüquq pozuntusuna yol verməmişdir. Bundan başqa, elə həmin normaya əsasən, işdə iştirak edən şəxs özü də ekspertizanın təyin olunması barədə məhkəməyə yazılı qaydada əsaslandırılmış vəsatət vermək hüququna malikdir. Lakin iddiaçı tərəfin belə vəsatət verməsi iş materialları ilə müəyyən olunmur.
48. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar ta rixli, 2-2(106)-17/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli, 2-2(106)-17/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.