Məhkəmə qərarları › İş №2-2(102)-299/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-299/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-299/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "A"-nın cavabdeh "B"-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: pulun tutulması 29.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlundan, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızının iddiaçı "A"-nın vəkilinin iştirakı ilə İddiaçı MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 11 mart tarixli 2-2(103)-189/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞ İN HALLARİ

1. İddiaçı "A" (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh "B" (bundan sonra – “cavabdeh ”) arasında bağlanmış 2017-ci il 10 iyun tarixli 017/2 nömrəli alğı-satqı müqaviləsinə (bundan sonra – “Müqavilə”) uyğun olaraq, iddiaçı inşaat sektorunda istifadə edilən boya, lak və s. bu kimi məhsulların istehsalı üçün kimyəvi malları cavabdeh-yə satmağı, sonuncu isə öz növbəsində həmin malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşlər. 2. 2018-ci il 12 mart tarixli EAAH seriyalı 638090 nömrəli və 2018-ci il 26 sentyabr tarixli EAAM seriyalı 351638 nömrəli elektron qaimələrdə cəmi 22.011,01 manat dəyərində malların yola salınması qeyd olunmuş və həmin qaimələr Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron sistemi tərəfindən avtomatik təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 14.654,49 manat əsas borc, 1.245,63 manat faiz borcu, 1.612 manat əldən çıxmış fayda, hüquqi xidmətlərə görə 2.000 manat, 30 manat dövlət rüsumu, ümumilikdə 19.542,12 manat məbləğində borcun tutulmasına dair iddia ərizəsi ilə 2019-cu il 8 avqust tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Müqavilə üzrə (bax yuxarıda §1) öz öhdəliklərini tam şəkildə yerinə yetirmiş, malları cavabdeh-yə təqdim etmişdir. Lakin cavabdeh iki hesab faktura üzrə (bax yuxarıda §2) toplam 14.654,49 manat dəyərində ödənişi hələ də icra etməmişdir. Dəfələrlə şifahi qaydada ödənişin icrası tələb olunsa da cavabdeh öhdəliyini icra etməmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 noyabr tarixli e-2-2(082)896/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – Əfqan Ələkbərov).

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən qaimələrdə əks olunmuş malların cavabdehə verilməsini, onların təhvil-təslimini təsdiqləyən hər hansı sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir.

7. Birinci instansiya məhkəməsi cavabdehə elektron qaimələrin göndərilməsini və onların təsdiq edilməsini malların təhvil alınması halının sübutu kimi qəbul etməmiş və hesab etmişdir ki, bunlar iddiaçının ona nə qədər pul ödənilməli olduğunun bildirilməsidir. Lakin həmin məbləğin nəyin əsasında yaranmasını, bu elektron qaimələrin malların təhvil-təslimini bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutlar məhkəməyə təqdim edilməmişdir.

8. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (bundan sonra – “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”) 1.2, 1.3, 2.2, 2.2.4, 2.6 və 3.9-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

9. İddiaçı 2020-ci il 27 yanvar tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin e dilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 mart tarixli e-2-2(103)-189/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 noyabr tarixli e-2-2(82)-896/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və İ.Əhmədov).

11. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.6-cı bəndində nəzərdə tutulmuşdur ki, qaimə-fakturaya müvafiq olaraq malın satıcının anbarından təhvil verilməsi tarixi, malın təqdim edilməsi tarixi sayılır. Malların qəbulunun nəticələri müvafiq mal müşayətedi ci sənədlərlə (qaimə-faktura) rəsmiləşdirilir.

12. Göründüyü kimi, alğı-satqı müqaviləsinin şərtlərinə görə malların satıcı tərəfindən alıcıya təhvil verilməsinin rəsmiləşdirilməli, malın satıcının anbarından təhvil verilməsi tarixi müvafiq mal müşayətedici sənədlərdə qeyd edilməli idi. Elektron qaimə Vergilər Nazirliyinin “Avis” proqramı vasitəsilə alıcıya elektron qaydada göndərildiyi üçün mal müşayətedici sənəd deyildir. Əgər tərəflər malın təhvil təsliminin yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilməli olması barədə razılığa gəlmiş olsaydılar müqavilənin 3.6-cı bəndinin müqavilənin məzmununa daxil edilməsinə zərurət olmazdı.

13. Apellyasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr malın təhvil-təslimi barədə digər sübutla r olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, elektron qaimə-faktura mal məxaricini rəsmiləşdirməyə imkan verən ilkin uçot sənədi olsa da, malların digər vergi ödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. Nəzərə alınmalıdır ki, alıcıya düzgün göndərilməmiş elektron qaimənin alıcı tərəfindən deyil, yalnız satıcı tərəfindən ləğv edilməsi və ya dəyişdirilməsi mümkündür. Qaydalara əsasən mal digər vergi ödəyicisinin bilavasitə özünə deyil, mal və xidmətlərin alışını həyata keçirən təhtəlhesab şəxsə təqdim edildiyi halda satıcı həmin şəxsdən alıcı tərəfindən verilmiş vəkalətnamənin təqdim edilməsini tələb etməlidir.

15. Apellyasiya şikayətində iddiaçı a lıcıya göndərilmiş elektron qaimələr üzrə borcun qismən ödənildiyini bildirsə də bu barədə nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim edə bilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda § 8) habelə MM-nin 385.2, 427, 433.1, 433.3, 568.1, 569.1-ci, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın (bundan sonra – “Topdansatış ticarət fəaliyyəti sahəsindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”) 3.3-cü, həmin Qaydaya xx.xx.2019-cu il tarixdən əlavə ed ilmiş 3.15, 3.16-cı bəndlərinə və həmin Qaydanın xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş 4.1, 4.3-cü bəndlərinə istinad edərək əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

17. Qətnamə 2020-ci il 17 mart tarixində tərəflərə göndərilmişdir.

18. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş (kassasiya şikayəti 2020-ci il 12 iyun tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur), qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh birinci instansiya və apellyasiya instansiyası məhkəməsində iddiaya qarşı etirazını ifadə etmədiyi halda apellyasiya instansiyası məhkəməsi cava bdeh-nın əvəzindən çıxış edərək iddaya qarşı etiraz xarakteri daşıyan mövqe bildirmişdir. Cavabdeh iddiaçınin pretenziyasına və eləcə də iddiasına etiraz etməmiş, məhkəməyə hər hansı bir etiraz təqdim etməmiş, borcun bir hissəsini ödəmiş lakin digər hissəsinə şifahi qaydada ödəyəcəyini bildirsə də heç bir hərəkət etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işdə olan sübutlara düzgün qiymət verməməklə yanaşı cavabdehin əvəzindən iddiadan imtina edir ki, bu da məhkəmənin MPM ilə ona verilmiş səlahiyyətlərinə aid deyildir.

20. Qətnamədə cavabdeh tərəfindən borcun qismən ödənildiyini təsdiq edən sənədin apellyasiya şikayətinə əlavə edilmədiyi qeyd edilir. Halbuki proses günü apellyasiya instansiyası məhkəməsinin iclasında bank çıxarışlarını təqdim edərək ödəniş tarixləri barədə məlumatl ar məhkəməyə təqdim edilsə də, məhkəmə bu halı nəzərə almamışdır. Halbuki bank çıxarışlarından aydın olur ki, elektron qaimələr üzrə 2018-ci il 19 aprel tarixində 4.000 manat, 2018-ci il 11 iyun tarixində 2.000 manat, 2018-ci il 11 iyul tarixində 3.000 manat, 2018-ci il 31 oktyabr tarixində 2.000 manat, 2018-ci il 15 noyabr tarixində 2.000 manat ödəniş edilməsinə baxmayaraq 14,654.49 manat qalıq borc ödəniş edilməmişdir. cavabdeh ilə aparılmış şifahi danışıqlar zamanı borc etiraf edilmiş, imkan olan kimi ödəniləcəyi qeyd olunmuş, lakin faktiki olaraq heç bir tədbir həyata keçirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində istinad etdiyi təhvil-təslim aktının olmaması faktı malın verilməməsinin əsası kimi qeyd edilə bilməz. Çünki 2017-ci il 10 iyun tarixində bağlanmış 017/2 nömrə li alqı-satqı müqaviləsinə əsasən elektron qaimələr əsasında təqdim edilmiş mallara dair cavabdeh tərəfindən ödənişlərin bir qisminin həyata keçirilməsi iddiaçı tərəfindən malların təhvili və təqdim edilməsi ilə bağlı hər hansı etirazının olmamasının göstəricisidir. Bundan əvvəlki qaima-faktura cavabdeh tərəfindən qəbul edilsə də 2018-ci il 26 sentyabr tarixli elektron qaimə-faktura 5 gün ərzində qaytarılmalı idi. Qeyd olunan prosedur qaydalar cavabdeh tərəfindən yerinə yetirilmədiyindən elektron qaimə-faktura sistem tərəfindən avtomatik şəkildə təsdiqlənmişdir. 21. iddiaçı kassasiya şikayətini “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.7, 3.9-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayət inə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya məhkəməsinin qətnaməsinin tam əsassız olduğunu, apellyasiya məhkəməsinin işə baxarkən bir çox maddi və prosessual hüquq normalarının pozuntusuna yol verdiyini bildirdi, kassasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. 23. cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-nin 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə iddia tərəfi apellyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya ins tansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

27. MM-də müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifə sini qoya bilər. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərd ə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.” “Maddə

433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə i xtiyarı çatan şəxsə ödəməlidir..... 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi.... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbə rdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” Maddə

569. Əşyanı vermək vəzifəsinin icrası müddəti 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....”

28. MPM-in müvafiq müddəalarında aşağıdakı nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi... 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

361. Apellyasiya şikayətinin məzmunu... 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.” “Maddə

371. Apellyasiya instansiyası məhkəməsində yeni sübutların qəbul edilməsi Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” “Maddə

407. Kassasiya şikayətinin məzmunu... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 3.3. Vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə Malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya Malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı Malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət V ergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.... 3.15. Vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər. (Qaydaların 3.15-ci bəndi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə əlavə edilmişdir) 3.16. Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura”bu qaydaya uyğun olaraq göndərilir. (Qaydaların 3.16-cı bəndi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə əlavə edilmişdir)... 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. (Qaydaların 4.1-ci bəndinin bu redaksiyası 2019-cu il 25 dekabr tarixinədək qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanı ilə həmin redaksiyaya dəyişikliklər edilmişdir)... 4.3-cü bəndinə əsasən topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır.Sifariş məsul şəxs tərəfindən imzalanır....” 30. “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakı nəzərdə tutulur: “... 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir.... 2.2. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar əks etdirilir:... 2.2.4. əsas (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sə nədləri, malların alınması üçün vəkalətnamə və s.)...... 2.2.6. sıra nömrəsi;... 3.7. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaiməfakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır...... 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesabfakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur....”

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il Qərarında MPM-nin 407.2-ci maddəsi ilə bağlı aşağıdakılar müəyyən olunmuşdur. “... Sonuncu tələbin mənası ondan ibarətdir ki, şi kayətçi işin məhkəmə tərəfindən artıq müəyyən olunmuş hallarından çıxış edərək, öz mövqeyini yalnız maddi və prosessual hüquq normaları baxımından əsaslandırmalıdır....” Həmin Qərarda MPM-nin 416-cı maddəsi ilə bağlı aşağıdakılar müəyyən olunmuşdur: “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ 32.Məhkəmə kollegiyası işin hallarını və iş materiallarını araşdıraraq apellyasiya instansiyası məhkəməsinin qət naməsini ədalətli və əsaslı, kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda § 19-da göstərilən dəlilininə cavab olaraq bildirir ki, MPM-nin 77.1-ci maddəsinə (bax yuxarıda § 28) uyğun olaraq hazırkı iş üzrə iddiaçı-in qeyd etdiyi malların həqiqətən MMC-yə təhvil verilməsinin, eləcə də mübahisə predmeti olan elektron-qaimələr üzrə həqiqətən MMC tərəfindən qismən ödənişlərin həyata keçirilməsinin sübut olunması vəzifəsi məhz iddiaçının üzərinə düşür.Lakin iddiaçı bu vəzifənin öhdəsindən gələ bilmədiyindən onun istinad etdiyi hallar işin materialları ilə müəyyən olunmur. 34.MPM-nin 217.1, 217.3, 217.4-cü maddələrinə (bax yuxarıda § 28) uyğun olaraq məhkəmə kollegiyası hazırkı iş üzrə iddia tələbləri tutarlı dəlillərlə, mötəbər sübutlarla əsaslandırılmadığından bu tələblərin təmin edilməsini mümkün hesab etmir.

35. Bundan başqa, MMC-nin müxtəlif səbəblərdən məhkəmə iclaslarında iştirak etməməsi, yaxud iddia tələblərinə qarşı öz etirazını bildirməməsi MMC-nin ona qarşı irəli sürülən iddia tələbləri ilə razılaşması demək deyildir. 36.MMC məhkəməyə iddianı tam və ya qismən etiraf etmək barədə ərizə təqdim etməmiş, yaxud bu barədə məhkəmə iclasının protokoluna qeyd edilməmişdir. Bu o deməkdir ki, hazırkı mübahisə üzrə MPM-nin 52.2-ci maddəsinin tələblərinə(bax yuxarıda § 28)uyğun cavabdehin iddia tələbləri ilə razılaşmasından söhbət belə gedə bilməz.

37. Bununla əlaqədar məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmır və bildirməyi zəruri hesab edir ki, əsassız iddia tələbinin təmin olunmaması apel lyasiya instansiyası məhkəməsinin cavabdehin əvəzindən çıxış edərək iddaya qarşı etiraz xarakteri daşıyan mövqe bildirməsi hesab oluna bilməz. 38.Məhkəmə kollegiyası proses günü məhkəmə iclasında MMC tərəfindən borcun qismən ödənildiyini təsdiq edən bank çıxarışlarının, ödəniş tarixləri barədə məlumatların məhkəməyə təqdim edilməsi, məhkəmənin isə bunları nəzərə almaması dəlili (bax yuxarıda § 20) ilə də razılaşmır.

39. Belə ki, 2020-ci il 11 mart tarixində keçirilmiş məhkəmə iclasının protokolundan və video yazısından iclasda iştirak edən iddiaçı-in vəkili tərəfindən məhkəməyə bank çıxarışlarının, ödəniş tarixləri barədə məlumatların, yaxud ümumiyyətlə hər hansı sənədin təqdim olunması görünmür. Ona görə də iddiaçının həmin dəlili reallığı əks etdirmir. 40.Bundan başqa, işin materiallar ından görünür ki, iddiaçı istinad etdiyi bank çıxarışlarını, ödəniş tarixləri barədə məlumatları birinci instansiya məhkəməsinə təqdim etməmişdir və özünün bildirdiyi kimi, birbaşa apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş, lakin məhkəmə onlara nəzərə almamışdır. 41.Əgər iddiaçının bu dəlili hətta həqiqət olsaydı belə, iddiaçı MPM-nin 361.4 və 371-ci maddələrinin tələblərini (bax yuxarıda § 28) pozmuş olacaqdı. Belə ki, müvafiq sənədləri birinci instansiya məhkəməsinə təqdim etməmiş, habelə bununla bağlı apellyasiya instansiyası məhkəməsinə hər hansı əsaslandırma verməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi həmin sübutları əlavə sübut kimi qəbul etməməkdə tamamilə haqlı olacaqdı.

42. Həmçinin iddiaçı kassasiya məhkəməsinə əlavə sübutlar təqdim etməklə, apellyasiya in stansiyası məhkəməsinin həmin halları nəzərə almamasına istinad etməklə kassasiya şikayəti ilə bağlı qanunda müəyyən olunmuş müvafiq prosessual tələbləri də pozmuşdur. Bu əlavə sübutlar hazırkı kassasiya baxışının predmeti ola bilməz (bax yuxarıda § 28, 31). 43.Bir sözlə, məhkəmə kollegiyası kassasiya şikayətində göstərilmiş bu dəlillə də razılaşmır və qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas(lar) mövcud deyildir. 44.Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 mart tarixli 2-2(103)-189/2020 saylı qətnaməsi qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar