Məhkəmə qərarları › İş №2-2(102)-299/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-299/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-299/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh “X2” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh “X2” MMC- yə qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2(103)-1018/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icarəyə verən) (bundan sonra – “iddiaçı”) ilə "X1 Company” MMC (icarəçi) (bundan sonra – “cavabdeh”) arasında bağlanmış 2020-ci il 20 avqust tarixli Hİ020/0820 saylı icarə müqaviləsinə (bundan sonra – “icarə müqaviləsi”), eləcə də müqaviləyə əlavələrdə nəzərdə tutulmuş, ümumilikdə 8 ədəd icarə müqaviləsi obyektini müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi öhdəsinə götürmüş, icarəçi isə icarə haqqını müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən, hər icarə ayının sonunda tərəflər arasında təhvil-təslim aktı tərtib olunur və imzalanır. Təhvil-təslim aktı təsdiq olunduqdan sonra, 5 iş günü ərzində icarəyə verən icarəçiyə hesab f aktura təqdim edir. İcarəçi hesab fakturanı qəbul etdikdən sonra 30 iş günü ərzində bank köçürmə yolu ilə icarəyə verənə ödəniş edir.

2. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə 2020-ci il 20 avqust tarixli 1 saylı əlavənin 1-ci bəndinən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən, istifadəsində olan əlavə iki ədəd ekskavator yükləyicini-CAT 432 F markalı, 10 S 930 nömrəli texnika aylıq icarə haqqı 5.310,00 AZN, JCB 3CXSM markalı, 90 T 183 nömrəli texnika aylıq icarə haqqı 5.310,00 AZN olmaqla, icarəçinin Şəmkir şəhərində icrasını həyata keçirdiyi “Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi” çərçivəsində icarə məqsədi ilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyə n edilmiş vaxtda və qaydada icarəyə verənə ödəmə öhdəliyi götürmüş, 2020-ci il 1 oktyabr tarixli 2 saylı əlavəyə əsasən müqavilənin 1.1-ci bəndində qeyd edilən JCB 3CXSMT4T markalı, Az 90-K-020 nömrəli texnika, JCB 3CX markalı, ** AB *** nömrəli texnika ilə əvəz edilmiş və icarə haqqı dəyişdirilməmiş, 2020-ci il 14 oktyabr tarixli 3 saylı əlavənin 1-ci bəndindən aydın olur ki, müqavilənin 1.1-ci bəndinə əsasən, icarəyə verən, istifadəsində olan əlavə 6 ədəd texnikanıCAT 432 F markalı 10 S 930 seriyalı texnikanın aylıq icarə haqqı 5.310 AZN, JCB 3CXSM markalı, 90 T 183 seriyalı texnikanın aylıq icarə haqqı 5.310 AZN, CAT 432F markalı 10 V 574 seriyalı texnikanın aylıq icarə haqqı 5.310 AZN, CAT 305 markalı, 10 X 134 seriyalı texnikanın aylıq icarə haqqı 4.720,00 AZN, JCB8055 markalı 10 V 41 7 seriyalı texnikanın aylıq icarə haqqı 4.720 AZN, JCB3CX markalı ** AB *** seriyalı texnikanın aylıq icarə haqqı 5.310 AZN olmaqla, icarəçinin Salyan şəhərində icrasını həyata keçirdiyi “Sabirabad və Salyan rayonlarında yerləşən qış otaqlarında meliorativ tədbirlərin aparılması layihəsi” çərçivəsində icarə məqsədilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. 3. 2020-ci il 5 oktyabr tarixli, icarə müqaviləsinə əsasən 2020-ci ilin avqust ayı ərzində iddiaçı tərəfindən cavabdeh üçün görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktından görünür ki, 10 S 930 seriyalı, CAT 432 F markalı və 90 T 183 seriyalı, JCB3CXSM markalı texnikaların icarə haqqı ü mumilikdə 1.137,90 AZN təşkil etmiş, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 4. 2020-ci il 6 oktyabr tarixli, icarə müqaviləsinə əsasən 2020-ci ilin sentyabr ayı əzində iddiaçı tərəfindən cavabdeh üçün görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhviltəslim aktından görünür ki, 10 S 930 seriyalı CAT 432 F markalı, 90 T 183 seriyalı JCB3CXSM markalı, ** AB *** seriyalı, JCB3CX markalı, 90 K 020 seriyalı JCB3CXSM4T markalı, texnikaların icarə haqqı ümumilikdə 18.396,01 AZN təşkil etmiş, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 5. 2020-ci il 6 noyabr tarixli, icarə müqaviləsinə əsasən 2020-ci il oktyabr ayı ərzində iddiaçı tərəfindən cavabdeh üçün görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktından görünür ki, 10 S 930 seriyalı CAT 432F markalı, 90 T 183 ser iyalı JCB3CXSM markalı, ** AB *** seriyalı JCB3CX markalı, ** AB *** seriyalı JCB3CX markalı, 10 V 574 seriyalı CAT 432F markalı, 10 X 134 seriyalı CAT 305 markalı, 10 V 417 seriyalı JCB 8055 markalı texnikaların icarə haqqı ümumilikdə 27.140,85 AZN təşkil etmiş, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 6. 2020-ci il 3 dekabr tarixli, icarə müqaviləsinə əsasən 2020-ci il noyabr ayı ərzində iddiaçı tərəfindən cavabdeh üçün Salyan layihəsində görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktından görünür ki, 10 S 930 seriyalı CAT 432F markalı, 90 T 183 seriyalı JCB3CXSM markalı, 10 V 574 seriyalı CAT 432 markalı, 10 X 134 seriyalı CAT305 markalı, 10 V 417 seriyalı JCB8055 markalı, ** AB *** seriyalı JCB3CX markalı texnikaların icarə haqqı ümumilikdə 26.876,54 AZN təşkil e tmiş akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 7. 2020-ci il 3 dekabr tarixli, icarə müqaviləsinə əsasən 2020-ci il noyabr ayı ərzində iddiaçı tərəfindən cavabdeh üçün Qazax layihəsində görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktından görünür ki, 2020-ci il noyabr ayı üçün ** AB *** seriyalı JCB3CX markalı və ** AB *** seriyalı JCB3CX markalı texnikaların icarə haqqı ümumilikdə 9.672,13 AZN təşkil etmiş, akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.

8. İddiaçı tərəfindən cavabdehə göndərilmiş, 2020-ci il 6 oktyabr tarixli, 2020-ci il 13 noyabr tarixli, 2020-ci il 3 dekabr tarixli, 2020-ci il 29 dekabr tarixli elektron qaimələrdən görünür ki, icarə müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə görülmüş işlərin (göstərilmiş xidmətlərin) dəyərinin ödənilməsi ba rədə elektron qaimə göndərilmişdir. 9. 2021-ci il 19 fevral tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən icarə müqaviləsi üzrə yaranmış 67.728,94 manat məbləğində borcun 2 gün ərzində ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı 2021-ci il 24 fevral tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ƏDV daxil 67.728,94 manat əsas borc, 775,44 manat faiz borcu, vəkilə ödənilmiş 7.200 manat ümumilikdə cəmi 75.704,38 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ica rəyə verən iddiaçı ilə icarəçi cavabdeh arasında icarə müqaviləsi və həmin müqaviləyə 3 ədəd əlavə imzalanmışdır. Bu müqaviləyə və müqaviləyə əlavələrə əsasən icarəyə verən istifadəsində olan texnikaları icarə məqsədilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə müqavilə və müqaviləyə əlavələrdə nəzərdə tutulmuş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış müqavilənin 2.2. və 2.3-cü bəndlərində qeyd olunmuşdur ki, “hər icarə ayının sonunda tərəflər arasında təhvil-təslim aktı tərtib olunur və imzalanır. Təhvil-təslim aktı təsdiq olunduqdan sonra icarəyə verən icarəçiyə hesab-faktura təqdim edir. İçarəçi hesabfakturanı qəbul etdikdən sonra 30 gün ərzində bank köçürmə yolu ilə icarəyə verənə ödəniş edir.” İddiaçı müqavilə üzrə öhdəlikləri ni tam şəkildə icra etmiş və hər icarə ayının sonunda tərəflərin səlahiyyətli nümayəndələri arasında təhvil-təslim Aktı imzalanmışdır. Təhvil-Təslim Aktında texnikanın işlədiyi dövr, aylıq icarə haqqı məbləği və s. öz əksini tapmışdır. TəhvilTəslim Aktı imzalandıqdan sonra iddiaçı cavabdehə elektron qaimə göndərmiş və həmin qaimələr cavabdeh tərəfindən qəbul olunmuşdur. Beləliklə, tərəflər arasında imzalanmış müqaviləyə, təhvil-təslim aktlarına və cavabdehin təsdiq etdiyi elektron qaiməyə əsasən cavabdehin iddiaçı qarşısında 12.695,10 manat ƏDV borcu, 70.528,33 manat əsas borc olmaqla cəmi ƏDV daxil 83.223,43 manat borcu yaranmışdır. Cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı müarciət edilsə də, cavabdeh yalnız 2021-ci il 6 yanvar tarixdə ƏDV borcundan 2.355,33 manat, əsas borcundan 13.085,16 manat olmaqla bank köçürmə yolu ilə iddiaçıya ƏDV daxil 15.440,49 manat ödəniş etmişdir. Beləliklə, bu ödənişdən sonra cavabdehin iddiaçı qarşısında borcu 10.339,77 manat ƏDV, 57.443,17 manat əsas olmaqla ƏDV daxil 67.728,94 manat təşkil edir.

12. Cavabdehin iddiaçıya olan borcunun bir hissəsini ƏDV borcu təşkil edir. Cavabdeh bu borcu ödəməməklə dolayısı ilə dövlətə büdcəsinə də ziyan vurmuş olur. Belə ki, ƏDV dövlət büdcəsinə ödənilir, iddiaçı cavabdehdən borcunu ala bilmədiyi üçün həmin ƏDV-ni dövlət büdcəsinə ödəyə bilmir. Bundan əlavə, cavabdehin iddiaçıya borcunu ödəməməsi, iddiaçıya məcburi dövlət sosial sığorta haqlarının, işçilərin əmək haqlarının, kommunal ödənişlərin və s. ödənilm əsində böyük çətinlik yaratmış və iddiaçının fəaliyyətinə mənfi təsir göstərmişdir. Cavabdeh icra etməli olduğu pul öhdəlyinin bir hissəsinin icrasını gecikdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Deməli, cavabdeh borcun ümumi dəyərinin illik 5%-ni, yəni 775.44 manatı iddiaçıya ödəməlidir. Beləliklə, iddiaçı müqavilələrdə göstərilən şərtlərə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi tam icra etmiş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq icarə haqqını ödəməmiş bununla da o, müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh iddi açıya ödəməli olduğu pulu vaxtında geri qaytarmamaqla həmin vəsaitdən yararlanmışdır.

13. İddia tələbinin maddi hüquqi əsası kimi MM-in 427.3, 442, 445.7, 449.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 4.3, 26.1-ci maddələrinə istinad edilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 3 iyun tarixli e-2-2(113)-1607/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, icarə müqaviləsi üzrə əsas borc 67.728,94 manat (ƏDV daxil olmaqla), vəkilin göstərdiyi yardıma görə 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, ümumilikdə 68.758,94 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim A.Əliyeva).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında ica rə müqaviləsi bağlanmış, müqaviləyə və ona edilmiş əlavələrə əsasən icarəyə verən icarə obyektlərini icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilə ilə nəzərdə tutulmuş texnikaları cavabdehin istifadəsinə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir.

16. İddiaçı iddia ərizəsində gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq, 775.44 manat tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd olunan tələbi ilə bağlı sübut təqdim edilmədiyindən rədd edilməlidir.

17. İddiaçının göstərilmiş hüquqi yardımla əlaqədar vəkilə ödən ilmiş 7.200 manatın iddia ərizəsi üzrə tələb edilməsi barədə isə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, iddiaçının nümayəndəsi ilə Vəkil1 arasında imzalanmış, hüquqi yardım haqqında 14-98 saylı müqavilədən aydın olur ki, hüquqi yardıma dair müqavilənin predmetində müqavilənin konkret olaraq hansı iş üzrə bağlanması dəqiqləşdirilməmişdir. Məhkəmə müqavilədə hüquqi yardımın yalnız Bakı Kommersiya Məhkəməsində baxılan sözügüdən işlə bağlı olması öz təsdiqini tapmamasını və qanunvericiliyin tələbini nəzərə alıb belə qənaətə gəlmişdir ki, hüquqi yardım üzrə 7.200 manat iddia tələbi, 1.000 manat məbləğində təmin edilməlidir.

18. Məhkəmə mövqeyini MM-in 385.1, 386.1, 442, 448.1, 700.1-ci; MPM-in 14.2, 80, 119.1, 121.1, 217.3, 217.4-ci maddələrinə istin ad etməklə əsaslandırmışdır.

19. İddiaçı 2021-ci il 1 iyul tarixində apellyasiya şikayəti verərək, qətnamənin - vəkilin göstərdiyi yardıma görə 1.000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddia qalan hissədə rədd edilməsi hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Cavabdeh 2021-ci il 26 iyul tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin təmin olunmuş hissəsində ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2(103)-1018/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş; cavabdeh in apellyasiya şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qismən – 775,44 manat faiz borcunun təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş və cavabdehdən 775,44 manat məbləğdə faiz borcu tutularaq iddiaçıya ödənilməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən - V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

22. Məhkəmə iddiaçının apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, onun şikayətinin vəkilə ödənilmiş 7.200 manatın cavabdehdən tutulması barədə dəlili əsassızdır. Belə ki, iddiaçının bu tələbin faktiki əsası kimi istinad etdiyi 2021-ci il 17 fevral tarixli M-98 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqavilənin konkret hansı məhkəmə işi üzrə bağlanması dəqiq göstərilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin müqavilədə hüquqi yardımın yalnız baxılan işlə bağlı olmasının öz təsdiqini tapmaması əsası ilə 1.000 manat məbləğdə təmin etməsi MPM-in 121.1-ci maddəsinin tələblərinə uyğun qaydada ağlabatan olmuşdur.

23. İddiaçının şikayətinin MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış 775,44 manat faiz borcunun cavabdehdən tutulması haqqında dəlili isə əsaslıdır. Belə ki, iddiaçı tərəfindən icarə müqaviləsi üzrə ödənişin edilmədiyini göstərən bankdan çıxarış təqdim olunmuş və iddia ərizəsində 775,44 manat faiz borcunun riyazi hesablaması verilmişdir. Odur ki, iddia həmin tələbə dair hissədə əsaslı olduğu üçün təmin olunmalıdır.

24. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, işdə olan təhvilt əslim aktları cavabdehin direktoru tərəfindən imzalanmış və möhürü ilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 işdə olan həmin aktların əslləri ilə şəxsən tanış olmuşdur.

25. İddiaçının təqdim etdiyi elektron qaimələrin cavabdeh tərəfindən təsdiq edildiyinə dair hər hansı sübut təqdim edilməməsi barədə dəlilə gəldikdə isə, cavabdehin “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq elektron qaiməfaktura təqdim olunduqdan 5 gün ərzində ona etiraz etmək hüququndan istifadə etmək imkanı olmuş, lakin bu hüququndan istifadə etmədiyi üçün həmin elektron qaimələr qüvvəyə minmişdir.

26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 427.3, 442, 443.1, 443.2, 445.1, 445.7, 448.1, 448.2, 675, 700.1, 700.2-ci; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1, 176.1-ci; MPM-in 14.2, 77.1, 115.0.6, 119.1, 121.1, 217.1, 217.3, 384.0.2, 385.1, 385.1.4, 390-cı maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarına; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.

27. Həmin qətnamə 2022-ci il 8 yanvar tarixli məktubla tərəflərə göndəril miş, həmçinin 2022-ci il 10 yanvar tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir.

28. Cavabdeh 2022-ci il 9 mart tarixində kassasiya şikayəti verməklə həmin qətnaməni ləğv edərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. MPM-in 81 və 88-ci maddələrinin tələbi pozulmuşdur. İşə apelyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər (borc məbləğinin düzgün qeyd olunmadığı və s.) araşdırılmamışdır. Nəticədə, məhkəmə prosessual hüquq normasının pozuntusuna yol vermişdir ki, bu da düzgün olmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir.

30. MPM-in 97.1-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya icarə müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməli idi. İş üzrə ekspertiza təyin edilmiş olsa idi, məhkəmə obyektiv və ədalətli qətnamə qəbul etmiş olardı.

31. MPM-in 9-cu maddəsinin tələbi pozulmuşdur. Məhkəmə cavabdehin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fay da) başa düşülür....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ge cikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....”

37. Azərbaycan Respublikası Verg i Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir:...” 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:... 115.0.6. vəkillərə etdikləri kömək üçün öd ənilən xərclər;...” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır....”

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən: “... ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktu ra təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesabfakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 29-31) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmişdir.

41. Kassator şikayətdə cavabdehin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, bununla da çəkişmə prinsipi pozulduğunu qeyd etmişdir.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi, bununla da çəkişmə prinsipinin pozulmasına dair dəlili ilə razılaşmadığını qeyd edir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin apellyasiya şikayətinə baxılacağına dair məhkəmə bildirişləri (i/v 124-132, 142-149, 151-158) cavabdehin kassasiya şikayətində faktiki fəaliyyət ünvanı olaraq göstərilən ünvan 1iş, həmçinin cavabdehin nümayəndəsi olan Nümayəndə1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatın əks olunduğu sms xəbərdarlıq göndərilmiş və məhkəmə bildirişi cavabdehin nümayəndəsinin elektron məhkəmə informasiya sistemindəki elektron kabinetində yerləşdirilmişdir. Göründüyü kimi cavabdehə məhkəmə bildirişi, sms xəbərdarl ıq və elektron məhkəmə informasiya sistemindəki elektron kabinet vasitəsi ilə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi 2021-ci il 4 oktyabr tarixli məhkəmə iclasında iştirak etsə də (i/v 139), 2021-ci il 20 dekabr tarixli məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbdən baş verməsinə dair apellyasiya məhkəməsinə hər-hansı məlumat təqdim etməmişdir. Bu səbəbdən, cavabdehin apellyasiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulmasına dair dəlili əsaslı və anlaşılan deyildir.

43. Məhkəmənin müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməməsinə dair dəlilə gəldikdə isə qeyd olunmalıdır ki, kassator şikayətində bununla bağlı yalnız ümumi xarakterli ifadələr işlətməklə kifay ətlənmiş, konkret dəlillərə istinad olunmamış, həmçinin, məhkəmənin məhz hansı nəticəsinin qanunsuz və əsassız olması tutarlı şəkildə əsaslandırılmamışdır.

44. İş üzrə ekspertizanın təyin edilməsi MPM-in 97.1-ci maddəsinə (bax yuxarıda § 38) əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan məhkəmələr həmin hüquqdan istifadə olunmasına lüzum görməmiş, bununla da məhkəmə kollegiyasının qənaətinə görə, hər hansı hüquq pozuntusuna yol verməmişdir.

45. Digər tərəfdən, elə həmin normaya əsasən, işdə iştirak edən şəxs özü də ekspertizanın təyin olunması barədə məhkəməyə yazılı qaydada əsaslandırılmış vəsatət vermək hüququna malikdir. Lakin cavabdeh tərəfin belə vəsatətinin verilməsi iş materialları ilə müəyyən olunmur.

46. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası he sab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarına qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilmiş, düzgün nəticəyə gəlinmişdir və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2(103)-1018/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

47. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Şərh edilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 0 dekabr tarixli 2-2(103)-1018/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar