Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-3/2025 08.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) və zaminlik müqaviləsinin mühüm şərtləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan barət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 iyul tarixli 2-2(103)-726/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 2021-ci il 31 noyabr tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2021-ci il 14 iyun tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə * nömrəli Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu “www.pashabank.az” saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri qəbul etmişdir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində 2021-ci il 30 noyabr tarixli ***1 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana 2023-cü il 30 noyabr tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 180.000 manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir.
2. Borcalan Cavabdeh1 MMC-nin Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh2 arasında ***1 nömrəli maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq 2021-ci il 30 noyabr tarixli DG**********850 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
3. Maliyyələşdirmə üçün ərizələr, zaminlik müqaviləsi və ödəniş planları tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 (bundan sonra birlikdə-“cava bdehlər”, ayrı-ayrılıqda-“MMC” və “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 2021-ci il 30 noyabr tarixli ***1 nömrəli kredit müqaviləsinə (bundan sonra“kredit müqaviləsi”) əsasən 160.521.26 manat əsas borc, 43.179,58 manat faiz borcu, 10.459,27 manat cərimə borcu olmaqla, cəmi 214.160,11 manat borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 105 manat dövlət rüsumu və mediasiya prosesi üzrə ödənilmiş 400 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinə əsasən 160.521.26 manat əsas borc, 47.995.21 manat faiz borcu, 13.117.05 manat cərimə borcu olmaqla, cəmi 2 21.633.52 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 112 manat dövlət rüsumu və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi işin göstərilən halları ilə (bax §1-2) əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, cavabdeh MMC qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməmiş, 463 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. X2 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyə n olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 31 yanvar tarixli 9/9481 nömrəli rəyi ilə cavabdehlərin 2023-cü il 6 iyul iddiaçıya olan əsas borcu 161.185,75 manat, f aiz borcu 43.519,50 manat, 2023-cü il 8 sentyabr tarixinə 161.185,75 manat əsas borc, 49.071,45 manat faiz borcu müəyyən edilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 fevral tarixli e-2-2(113)-203/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, kredit müqaviləsinə əsasən 160.521,26 manat əsas borc, 47.995,21 manat faiz borcu, 8.000 manat cərimə, cəmi 216.516,47 manat borc, dövlət rüsumuna görə 100 manat və mediasiya xərcinə görə 400 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Z.Pirverdiyev).
9. Birinci instansiya məhkəməsi iş üzrə verilmiş ekspert rəyini işdə olan digər sübutlarla birgə qiymətləndirərək qeyd etmişdir ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olun maqla əldə olunmuş və işin materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış maliyyələşdirmə üçün ərizələrdən və zaminlik müqavilələrindən irəli gəlir. İşin materiallarında olan əlavə ödəniş qrafikləri, maliyyə arayışları və hesabdan çıxarışların müqayisəli təhlilinə görə, cavabdehlər üzərinə düşən öhdəliylərini icra etməmişlər.
11. Məhkəmə hesab etmişdir ki, iddia dəbbə pulunun tələb edilməsi hissəsində də əsaslıdır. Cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Həmin müqavilələrə əsasən borcalan borc verənə illik cərimə faizi 15%-dək o lmaqla dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin qeyd edilmişdir ki, maliyyələşdirmə üçün ərizə üzrə tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 8.000 manat dəbbə pulu cavabdehlərdən tutulmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 425, 467, 470, 739.1 və 741-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qə bul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 iyul tarixli 2-2(103)-726/2024 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər V.Baxışova və R.Qurbanov).
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı, cavabdeh MMC-yə kredit vermiş, kreditin təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddiaçı kredit müqaviləsinə əsasən 160.521.26 manat əsas borc, 47.995.21 manat faiz borcu, 13.117.05 manat cərimə borcu ol maqla, cəmi 221.633.52 manat məbləğində borcun cavabdehlərdən tutulmasını xahiş etmiş, lakin Cavabdeh2 zaminlik müqaviləsini mübahisələndirərək, imzanın ona məxsus olmamasını iddia etmişdir. O, apellyasiya şikayətində imzanın məxsusluğu barədə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsinin zəruri olmasını bildirmiş və apellyasiya icraatında buna dair vəsatət təqdim etmişdir.
16. Bu baxımdan məhkəmə apellyasiya baxışının hədləri ilə bağlı qeyd etmişdir ki, apellyasiya baxışının predmeti yalnız zaminlik müqaviləsinin qanuniliyi təşkil edir.
17. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyator ilk məhkəmə iclasında iştirak etməmiş, lakin imzanın ona məxsus olmamasını iddia edərək, imza nümunələrini elektron kabinetə yerləşdirərək, məhkəmə ekspertizas ının təyin olunmasını xahiş etmişdir. Bundan sonra verdiyi vəsatətin cavabdehin iştirakı ilə müzakirə edilməsi üçün məhkəmə iclası təxirə salınmış, Cavabdeh2 xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və imza nümunələrini şəxsən təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilən imza nümunələri kserosurət olduğundan xətşünaslıq ekspertizasının təyin edilməsi mümkün olmadığından kollegiya tərəfindən vəsatət əsassız hesab edilərək təmin edilməmişdir.
18. Zaminlik müqaviləsinin etibarlılığı və qanuniliyi barədə məhkəmə kollegiyası qeyd edir ki, kredit razılaşmasını hüquqi şəxsin direktoru kimi cavabdeh olan Cavabdeh2 tərəfindən elektron qaydada imzalanmışdır. Kredit razılaşması ilə eyni gündə iddiaçı və Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminə göndərilmiş x əbərdarlıq məktubunun çatdırılması qəbzində onun imzası vardır. Qeyd edilənlər göstərir ki, apellyatorun zaminlik müqaviləsindən xəbəri olub və imza edib. Onun zaminlik müqaviləsindən xəbəri olmaması inandırıcı olmamaqla işin halları ilə təkzib edilir. Odur ki, şikayətin müvafiq dəlili əsassızdır. Zaminlik müqaviləsi qanuni və etibarlıdır. Qeyd edilənlərə əsasən kredit borcunun cavabdehdən tutulması qanunidir.
19. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
20. Məhkəməsi gəldiyi nəticəni MM-nin 470.1, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci maddələrinə; MPM-nin 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin mübahisələndirilən hissəsinə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. MPM-nin 88, 97.1 və 217.1-ci maddələri üzrə - zaminlik müqaviləsindəki imza və “Cavabdeh2” yazısı kassator tərəfindən icra edilməmişdir, həmin müqavilədəki yazı və imza ona aid deyil ki, iddiaçı ilə onun arasında hər hansı bir kredit müqaviləsi üzrə öhdəliyin icra olunması üçün zaminlik müqaviləsi imzalanmamışdır. Cavabdeh2 ölkədə olmaması (xx.xx.2023-xx.xx.2024-cü il tarixlərində) və məhkəmə proseslərindən xəbərsiz olması, məhkəmə araşdırmasında iştirakını mümkünsüz etmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsində zaminlik müqaviləsinə münasibətdə araşdırma aparılması və müvafiq-xətşünaslıq ekspertizasının təyin olunmasına dair vəsatətlə çıxış edə bilməmişdir. Ona görə də, apellyasiya şikayəti verilmiş və iş apellyasiya məhkəməsində araşdırılan zaman xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət verilərək, imza nümunələri təqdim edilmişdir. Məhkəmənin vəsatətinə münasibətdə qeyd etdikləri, onun təmin edilməməsi üçün əsaslı səbəb deyil. Məhkəməyə təqdim etdiyi imza nümunələri kserosurət deyil, A4 vərəqinə imza etmiş, soyad, ad və ata adını yaşmış, skan etmiş və elektron məhkəmə sisteminə əlavə etmişdir. H esab edir ki, məhkəmə tərəfindən ekspertiza təyin edilməli və ekspertizanın keçirilməsi üçün imza nümunələri ekspert üçün kifayət olmayan halda, ekspert məhkəməyə vəsatət verərək imza nümunələrini yenidən təqdim edilməsini xahiş etməli idi. Apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamə saxta zaminlik müqaviləsindən əsas götürülərək qəbul edilmişdir. Məhkəmə sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirmədən düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr isə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etirazında göstərmişdir ki, həmin şikayətdə qeyd edilənlər mülahizə xarakterli olmaqla işin ma terialları ilə təsdiq edilməmişdir. İş üzrə kredit müqaviləsi hüquqi şəxsin həm təsisçisi, həm də qanuni təmsilçisi (direktoru) olan Cavabdeh2 tərəfindən elektron qaydada imzalanmışdır. Eyni zamanda həmin kredit müqaviləsini iddiaçı və hüquqi şəxsin həm təsisçisi, həm də qanuni təmsilçisi (direktoru) olan Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Vəsatətin cavabdehin iştirakı ilə müzakirə edilməsi üçün məhkəmə iclası təxirə salınmış, Cavabdeh2 xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, imza və xətt nümunələrini şəxsən təqdim etməmişdir. Kassasiya baxışının hədləri
24. MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı, apellyasiya baxışının hədlərini təşkil edən hissələrdə tam y oxlanılacaqdır.
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra e tməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci f əsil yeni redaksiyada verilmişdir.) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər....” “Maddə
741. Borc üzrə faizlər (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiya da verilmişdir.) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”
27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədlərihttps://eqanun.az/framework/46945 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası mə hkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
29. Belə ki, baxılan iş üzrə kredit müqaviləsinə əsasən borcun cavabdehlərborcalan MMC və zamin Cavabdeh2 iddiaçının xeyrinə tutulmasına dair birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız zamin tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində zaminlik müqaviləsinin zamin (apellyator) tərəfindən imzalanmamasına istinadla müqavilənin etibarlılığı və qanuniliyi mübahisələndirilmişdir.
30. Həmçinin işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman Cavabdeh2 tərəfindən vəsatət təqdim edilərək, zaminlik müqaviləsindəki “Cavabdeh2” yazısının və imzanın ona məxsus olmaması əsas gətirilərək, müqavilədəki “Cavabd eh2” yazısının və imzanın onun tərəfindən icra edilib-edilməməsinin araşdırılmasının təmin edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir.
31. İşə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi həmin vəsatəti təmin etməmiş, mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim edilən imza nümunələri kserosurət olduğundan xətşünaslıq ekspertizasının təyin edilməsi mümkün olmamışdır.
32. Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, imza nümunələri kserosurət olmamaqla, elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən ekspertiza təyin edilməli və ekspertizanın keçirilməsi üçün imza nümunələri ekspert üçün kifa yət olmayan halda, ekspert məhkəməyə vəsatət verərək imza nümunələrini yenidən təqdim edilməsini xahiş etməli idi.
33. Elektron işin materiallarından göründüyü kimi, iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatət və cavabdehin xətt nümunələri «Elektron məhkəmə informasiya sistemi» vasitəsilə 18 iyul 2024-cü il tarixində təqdim olunmuş, növbəti-2024-cü il 25 iyul tarixli məhkəmə iclasında həmin vəsatət müzakirə edilmiş, cavabdehə zəruri hesab edilən qaydada xətt nümunələrinin təqdim edilməsi üçün prosessual imkan verilmədən, eyni tarixdə iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir.
34. Halbuki, işdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyek ti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir (MPM-nin 97.4-1-ci maddəsi).
35. Lakin işin materiallarından cavabdehin vəsatəti üzrə MPM-nin 97.4-1-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırılmış qərardadın qəbul edilməsi müəyyən edilmir.
36. Məhkəmə kollegiyası iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətin, cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə düzgün dəyərləndirmə aparılması üçün əhəmiyyətini nəzərə alaraq hesab edir ki, işin yeni apellyasiya baxışında qeyd olunan prosessual pozuntu aradan qaldırılmaqla, cavabdeh tərəfindən təqdim olunmuş vəsatətə və apellyasiya şikayətinin dəlillərinə qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hüquqi qiymət verilməlidir.
37. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yeni apellyas iya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir.
39. MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 iyul tarixli 22(103)-726/2024 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.