Məhkəmə qərarları › İş №2-2(102)-30/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-30/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-30/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqavilələri üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqavilələri üzrə borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 avqust tarixli 2-2(105)-103/ 2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 2020-ci il 29 iyun tarixində bağlanmış * nömrəli Kredit Limiti Müqaviləsinin şərtlərinə əsasən, kredit verən tərəfindən kredit alan Cavabdeh1 MMC-yə illik kredit limiti üzrə faiz dərəcəsi 25 faiz olmaqla, 2030-cu il 29 iyun tarixədək 60.000.000 manat məbləğində kredit limitinin ayrılması barədə razılığa gəlinmişdir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və müvafiq Əlavədə göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə Müvafiq Əlavə ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kredit in müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. 2. 2022-ci il 18 noyabr tarixində İddiaçı ASC-nin Maliyyə Arayışında 2022-ci il 17 noyabr tarixinə 2020-ci il 29 iyun tarixli K4033 nömrəli "xxxx" üzrə Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə 33.918,06 manat məbləğində əsas borc və 16.563,32 manat məbləğində cərimə borcu olmaqla, cəmi 50.481,38 manat məbləğində borcunun (gecikmə günün sayı – 749) olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) Cavabdeh1 MMC-yə (bunda sonra “cavabdeh MMC” və Cavabdeh2 (bundan sonra “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəmə sinə müraciət edərək, cavabdehlər MMC-dən və Cavabdeh2 birgə qaydada K4033 nömrəli "xxxx" üzrə 33.918,06 manat əsas borc və 13.652,02 manat cərimə olmaqla, cəmi 47.570,08 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 33 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında 2020ci il 22 iyun tarixində iddiaçı xidmətlərinin göstərilməsinə dair X1 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul edilməsi barədə ** saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsini imzalamaqla, MMC “www.pashabank.az” saytınd a yerləşdirilmiş X2 qeyd olunmuş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Eyni zamanda, tərəflər arasında X3 çərçivəsində 2020-ci il 29 iyun tarixində * nömrəli Kredit Limiti Müqaviləsi imzalanmış və iddiaçı tərəfindən cavabdeh MMC-yə 2030-cu il 29 iyun tarixədək illik faiz dərəcəsi 25 faizədək, illik cərimə faizi 40 faizədək olmaqla 60.000.000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında X3 və * nömrəli Kredit Limiti müqaviləsi çərçivəsində 2020-ci il 29 iyun tarixli K4033 nömrəli Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və iddiaçı tərəfindən cavabdeh MMC-yə 2020-ci il 29 iyun tarixədək illik faiz dərəcəsi 12 faiz, illik cərimə faizi 15 faiz, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 27 faiz olmaqla 70.000 manat məbləğində dövriyyə vəsaitinin artırılmas ı məqsədilə kredit xətti açılmışdır. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış * saylı Kredit Limiti müqaviləsi üzrə cavabdeh MMC-nin iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə, iddiaçı ilə Cavabdeh2 arasında 2020-ci il 29 iyun tarixində **** nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

5. İddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və iddiaçı qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən edilmiş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Lakin cavabdeh MMC K4033 nömrəli maliyyələşdirmə üçün Ərizə üzrə 644 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həya ta keçirməmişdir. Nəticə etibarı ilə cavabdeh MMC-nin 2022-ci il 4 avqust tarixində iddiaçı qarşısında öhdəliyi K4033 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 33.918,06 manat əsas borc və 13.652,02 manat cərimə borcu olmaqla, cəmi 47.570,08 manat təşkil etmişdir. Tərəflər arasında bağlanmış Kredit Limiti müqaviləsinin 3.7-ci bəndinə və X1 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və müvafiq əlavədə göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İddiaçı tərəfindən mübahisə nin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə olunmamışdır. İddiaçı mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir. Həmçinin iddiaçı iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 33 manat məbləğində dövlət rüsumu ödəmişdir.

6. Daha sonra iddiaçı 2022-ci il 21 noyabr tarixində başqa cavabdehin işə cəlb edilməsi barədə vəsatət və iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 2020-ci il 29 iyun tarixində * nömrəli Kredit Limiti müqaviləsi üzrə borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin icra sını təmin etmək məqsədilə, iddiaçı ilə zamin Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) arasında da 2020-ci il 29 iyun tarixində ***nömrəli zaminlik müqaviləsi bağlandığına görə zamin Cavabdeh3 da cavabdeh qismində işə cəlb edilməsi və cavabdehlərdən (birlikdə işlədikdə-“MMC, Cavabdeh2 və Cavabdeh3) K4033 nömrəli maliyyələşdirmə üçün Ərizə üzrə 33.918,06 manat əsas borc və 16.563,32 manat cərimə borcu olmaqla, cəmi 50.481,38 manat məbləğində borcun, mediasiya prosesləri üzrə ödənilmiş 400 (200+200) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 33 manat dövlət rüsumunun birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, K4033 nömrəli maliyyələşdirmə üç ün ərizə üzrə 749 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. 2022-ci il 17 noyabr tarixində iddiaçı qarşısında olan borcun məbləği 33.918,06 manat əsas borc, 16.563,32 manat cərimə borcu olmaqla, ümumilikdə 50.481,38 manat məbləğində təşkil etmişdir. 8. 2022-ci il 27 dekabr tarixində Cavabdeh3 iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, 2021-ci ilin aprel ayında borcalan MMC-nin iddiaçı qarşısında həmin günə olan borcun yarısı zamin olaraq onun tərəfindən ödənilmişdir. Belə ki, o, cavabdeh MMCnin 50 faiz təsisçisidir və ədalətlilik baxımından zamin olaraq onun üzərinə düşən öhdəlik yükü də 50 faiz olmuşdur. Sonuncu üzərinə düşən öhdəliyi 2021-ci il aprel ayında yerinə yetirərək, cavabdeh MMC-nin iddia çı qarşısında həmin günə olan borcunun yarısını ödəmişdir. Bu ödəniş barədə iddiaçının əlaqədar əməkdaşları da məlumatlandırılmış və hətta iddiaçının İdarə Heyəti də ona qarşı məhkəmədə iddia qaldırmamaq qərarı vermişdir. Lakin iddiaçı fikrini dəyişərək ona qarşı da iddia qaldırmış və bu səbəbdən cavabdeh kimi cəlb olunmuşdur. 9. 2022-ci il 20 dekabr tarixində Cavabdeh3 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, ödənilmiş vəsaitlərin və hesablanmış cərimə faizlərini təkrar hesablayaraq borc məbləğinə yenidən baxılmasını xahiş etmişdir.

10. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə- mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 17 mart tarixli, 9/410 saylı ekspert rəyinə əsasən, 2020-ci il 29 iyun tarixli * nömrəli Kredit Limiti Müqaviləsi və K4033 nömrəli "xxxx" üzrə MMC-nin 2020-ci il 29 oktyabr tarixə iddiaçıya olan əsas borcu 62.568,57 manat, 2020-ci il 29 iyun tarixli * nömrəli Kredit Limiti Müqaviləsi və K4033 nömrəli "xxxx" üzrə MMC-nin 2020-ci il 29 oktyabr tarixə iddiaçıya olan (müqavilə müddətindən sonra cərimə hesablanmaqla) cərimə və əsas borcu 51.219,23 manat məbləğində müəyyən edilmişdir. Həmçinin əsas borcu üzrə 35.599,81 manat, cərimə borcu üzrə isə 15.619,42 manat məbləğində təşkil etmişdir.

11. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 26 aprel tarixli e-2-2(119)31/2023 nömrəli qərardadı ilə Cavabdeh3 tərəfindən 2023-cü il 10 aprel tarixində “təkrar ekspertizanın keçirilməsi” ilə bağlı verilmiş vəsatət təmin olunmamışdır.

12. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 26 aprel tarixli e-2-2(119)31/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh MMC-dən 2020-ci il 29 iyun tarixli K4033 nömrəli "xxxx" üzrə 33.918,06 manat məbləğində əsas borc, 2.000 manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində xidmət haqqı və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36.151,06 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdeh MMC-dən dövlət rüsumunun qalığı kimi 164,75 manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Z.Sadiqov).

13. Birinci instansiya məhkəməsi iddianın təmin olunmayan hissəsində gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2020-ci il 29 iyun tarixlərində ***nömrəli və **** nömrəli zaminlik müqavilələri bağlayarkən zaminliklə təmin olunan öhdəlik kimi cavabdeh MMC tərəfindən 2020-ci il 29 iyun tarixində * nömrəli Kredit Limiti Müqaviləsində göstərilən müddətə qədər olduğu qeyd olunsa da, 2020-ci il 29 iyun tarixli K4033 nömrəli "xxxx"yə əsasən alınmış kreditin qaytarılma vaxtının son müddəti 2020-ci il 29 oktyabr tarixi olmuş və həmin tarixdə məlum kreditin tam qaytarılması üçün nəzərdə tutulan müddət bitmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyi ilə təmin olunmuş “Maliyyələşdirmə üçün Ərizə"nin və həmin ərizə əsasında alınan kreditin qaytarılmasının son müddəti 2020-ci il 29 oktyabr tarixində olmuşdur. Lakin iddiaçı zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq 2 020-ci il 29 oktyabr tarixdən 1 il ərzində həmin cavabdehlərə qarşı iddia irəli sürməmişdir.

14. Belə ki, iddiaçı məlum “Maliyyələşdirmə üçün Ərizə" üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni 2022-ci il 23 sentyabr tarixində məhkəməyə təqdim etmişdir. 2020ci il 29 oktyabr tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə" üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor (iddiaçı) tərəfindən cavabdehlərə qarşı iddia irəli sürülmədiyi üçün, hazırkı iddia ərizəsi ilə həmin “Maliyyələşdirmə üçün Ərizə" üzrə tələb edilən borclar zaminlərdən (cavabdehlərdən) tutulmamalıdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 467, 470.1, 472.1, 472.3, 477.0, 477.0.4, 739.1, 739.2-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 2008-ci il 18 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin iddia tələbinin zaminlərə (cavabdehlər Cavabdeh2 və Cavabdeh3) aid təmin edilməmiş hissəsində və cərimə borcunun təmin olunmayan hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 avqust tarixli 2-2(105)-103/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə qaydada əsas borc, cərimə borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv olunması, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, cavabdehlərdən 2020-ci il 29 iyun tarixli * nömrəli Kredit Limiti Müqaviləsi əsasında 2020-ci il 29 iyun tarixli K4033 nömrəli "xxxx" üzrə 33.918,06 manat məbləğində əsas borc, 2.000 manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində xidmət haqqı və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36.151.06 manat məbləğində pulun vəsaiti müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdeh MMC-dən dövlət rüsumunun qalığı kimi 164,75 manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər L.Rəhimli və F.Məmmədov).

18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, 2020-ci il 29 iyun tarixli *** nömrəli və **** nömrəli zaminlik müqavilələrinin məzmununa əsasən zaminlər məhz 2020-ci il 29 iyun tarixli * nömrəli Kredit Limiti Müqaviləsi üzrə zamin durmuşlar, həmin müqavilələrdə bütün müqavilə şərtləri öz əksini tapmışdır. Zaminlik müqaviləsinin 3-cü hissəsinin 2-ci cümləsində qeyd edilmiş “bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini Kredit Xətti (maksimal borclanma limiti və mahiyyəti buna bərabər olan digər müqavilələr) təşkil etdikdə zaminlik sözügedən Kredit Xətti çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir» ifadəsi zaminin iddiaçı qarşısında zamin olduğu öhdəliyin həcmini artırmamışdır. Birinci instansiya məhkəməsi borc məbləğinin hesablanması ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, zaminliyə müddətin keçməsi əsası ilə xitam verməklə və borc məbləğini yalnız cavabdeh MMC-dən tutmaqla səhv nəticəyə gəlmişdir.

19. Belə ki, zaminlik müqavilələrinin 2.1-ci bəndlərində zaminliklə təmin olunan öhdəliyin 2020-ci il 29 iyun tarixli * saylı kredit limiti müqaviləsi olması, zaminliklə bağlı tətbiq olunan faiz dərəcələri göstərilməklə, onun 2030-cu il 29 iyun tarixinədək ayrılacaq 60.000.000 manat məbləğində kred it limiti ilə bağlı olması dəqiq göstərilmişdir. Zaminlər müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilələr bağlamışlar, bu müqavilələrin qanunvericiliyə zidd olması, digər şəxslərin hüquq və azadlıqlarını pozması müəyyən olunmamışdır. Zaminlik müqavilələri bağlanarkən tərəflər müqavilənin standart şərtləri ilə bağlı razılığa gəlmişlər. Hazırki halda zaminlik müqavilələrinin məhz həmin müqavilələrdə müəyyən olunmuş şərtlərlə 2020-ci il 29 iyun tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə" üzrə tətbiqini istisna edən heç bir əsas müəyyən olunmamışdır.

20. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə əsas borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq qeyd etmişdir ki, cavabdehlərin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə birinci instan siya məhkəməsinin gecikdirməyə görə 2.000 manat məbləğində cərimə borcunun tutulması ilə bağlı mövqeyi əsaslı və qanuni olmuşdur. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər edilmiş, müəyyən məbləğdə cərimə ödənişi üzrə də silinmələr aparılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2019-cu il 25 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumun 2012-ci il 4 sentyabr tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin qismən təmin edilməsi hissəsində ləğv olunması, iddianın Cavabdeh3 birgə qaydada əsas borc və cərimə borcun tutulması hissəsində təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 6.2, 324.5, 404.1, 419.2, 477.0, 477.0.4-cü maddələrinin tələbləri pozulmuşdur- apellyasiya məhkəməsi zaminlik müqaviləsinin 6-cı bəndində qeyd olunan “ bu Müqavilənin müddəti Borcalanın müqavilədən irəli gələn öhdəliklərinin iddiaçı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür” müddəasının qanunvericiliyə zidd olduğundan etibarsız olduğunu, eyni bir müqavilə ilə iki ayrı müddətin göstərilməsinin hüquqa və məntiqə uyğun olmadığını nəzərə almamış, həmin şərtin etibarlığını müəyyən etdikdən sonra mübahisəni həll etməli olduğu halda bunu etməmişdir. “Borcalanın müqavilədən irəli gələn öhdəliklərinin iddiaçı qarşısında qüvvədə olma müddəti” anlayışı ümumilikdə qeyri-müəyyən anlayış olmuş və özündə konkret müddəti əks etdirməmişdir. Belə ki, qeyd olunan müqavilənin şərti qanunvericiliyə zidd olduğu üçün ümumiyyətlə etibarsız olmuş və məhkəmə bu halı nəzərə almamışdır.

24. Kredit Limiti Müqaviləsinin mövcudluğu hələ tərəflərin kredit verməyə və borcu qaytarma öhdəliyinin yaranmasına səbəb olmamışdır. Belə ki, zaminliklə təmin edilən öhdəlik kredit limiti müqaviləsinin özü deyil, müqavilədən yaranacaq öhdəlikdir və zaminlik müqavilə si yaranacaq öhdəliyin təmin olunması üçün bağlanmışdır. Zaminlik müqaviləsinin qüvvədə olma müddəti olaraq müqavilədə iki müddət göstərilmişdir: 1.Müqavilənin 2.1-ci maddəsində göstərilən müqavilənin (yəni, kredit limiti müqaviləsi) müddəti ilə eyni müddət 2. və ya Borcalanın müqavilədən irəli gələn öhdəliklərinin iddiaçı qarşısında qüvvədə olma müddəti ilə eyni müddət. Tərəflərin zaminlik müqaviləsinin 6-cımaddəsində kredit limiti müqaviləsinə istinad etməkdə və zaminlik müqaviləsinin qüvvədə olma müddətinin kredit limiti müqaviləsi ilə eyni müddətə olmasını razılaşdırdıqda məqsədi ondan ibarət olmuşdur ki, həmin zaminlik müqaviləsini kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində kredit alanan götürdüyü istənilən kreditə şamil etmək mümkün olsun. Lakin bu, zaminin hər bir alı nmış kreditə münasibətdə 2030-cu il tarixinədək zaminlik öhdəliyi daşımasını nəzərdə tutmamışdır. Zaminlik müqaviləsinin müddətinin kredit limiti müqaviləsi ilə eyniləşdirməkdə tərəflərin əsas niyyəti həmin müqavilə qüvvədə olduğu müddətdə sifariş edilən istənilən kredit məhsuluna zaminliyin şamil edilməsi olmuşdur. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Lakin məhkəmə bu müddəaların tələblərini nəzərə almamış, apellyasiya şikayətinə etirazda bu hallar qeyd olunsa da, həmin hallara münasibət bildirməmiş və məsələyə formal şəkildə yanaşmışdır. 25. 2020-ci il 29 iyun tarixində bağla nmış K4033 nömrəli "xxxx"yə əsasən alınmış kreditin qaytarılma vaxtının son müddəti 2020-ci il 29 oktyabr tarixi olmuş və həmin tarixdə məlum kreditin tam qaytarılması üçün nəzərdə tutulan müddət bitmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyi ilə təmin olunmuş “Maliyyələşdirmə üçün Ərizə"nin və həmin Ərizə əsasında alınan kreditin qaytarılmasının son müddəti 2020-ci il 29 oktyabr tarixində olmuşdur. Həmçinin iddiaçı zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq 29 oktyabr 2020-ci il tarixdən 1 il ərzində həmin zaminlərə qarşı iddia irəli sürməmişdir. Apellyasiya məhkəməsi tərəfindən qeyd olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmamış, həmin maddi normalar mübahisəyə tətbiq edilməli olduğu halda tətbiq olunmamışdır. b) Kass asiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, tərəflər arasında 2020-ci il 29 iyun tarixində bağlanmış * Kredit Limiti Müqaviləsinin şərtlərinə əsasən, sonuncuya illik kredit limiti üzrə faiz dərəcəsi 25 faiz olmaqla, 2030-cu il 29 iyun tarixinədək 60.000.000 manat məbləğində kredit limitinin ayrılması barədə razılığa gəlinmişdir. 2020-ci il 29 iyun tarixində ***nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 zamin olaraq cavabdeh tərəfindən 2020-ci il 29 iyun tarixli * nömrəli Kredit Limiti Müqaviləsi əsasında alınan kreditlər üzrə iddiaçı qarşısında öhdəliklərin yerinə yetirməsinə görə cavabdehlə birgə məsuliyyəti üzərinə götürmüşdür. Belə ki, zaminliklə təmin olunan öhdəliyin 2020-ci il 29 iyun tarixli * nömrəli K redit Limiti Müqaviləsi olması, zaminliklə bağlı tətbiq olunan müvafiq faiz dərəcələri göstərilməklə, müqavilənin 2030-cu il 29 iyun tarixinədək ayrılacaq 60.000.000 manat məbləğində kredit limiti ilə bağlı olması dəqiq göstərilmişdir. Bu isə zaminlik müqaviləsi bağlanarkən tərəflərin müqavilə azadlığı prinsipi çərçivəsində müqavilənin standart şərtləri ilə bağlı razılığa gəldiklərini, həmin şərtlərdə zaminliklə təmin olunan öhdəliyin məhz 2020-ci il 29 iyun tarixli * nömrəli Kredit Limiti Müqaviləsi olmasının konkret göstərilməsi təsdiq edilmişdir. Kassasiya baxışının hədləri

27. Apellyasiya məhkəməsinin qətnaməsi qismən- Cavabdeh3 birgə qaydada əsas borc və cərimə borcun tutulması hissəsində mübahisələndirildiyi üçün, MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit orun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərə r üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdi rildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.... 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.” “Maddə

477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: … 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....” 30. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2019-cu il 25 iyul tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... zaminlik müqaviləsi qanunvericiliyin tələbin ə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir....” 31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2012-ci il 4 sentyabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər....”

32. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası Cavabdeh3 kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır (MPM-in 416.1ci maddəsi) 34. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420 -ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

35. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini (bax bu qərarın 23-25-ci bəndləri) apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

36. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllə nin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərar).

37. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvaf iq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməlidir.

38. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 6-cı bəndi ilə müqavilənin qüvvədə olma müddəti kimi həmin müqavilənin 2.1-ci bəndində göstərilən müqavilə və ya müqavilələrdən irəli gələn öhdəliklərin bank qarşısında qüvvədə olma müddəti müəyyənləşdirilmişdir. Zaminlik müqaviləsinin 2.1-ci bəndində isə zaminliklə tələb olunan öhdəlik kimi 2020-ci il 29 iyun tarixli * nömrəli kredit limiti müqaviləsi (həmin müqavilənin müddəti 2030-cu il 29 iyun tarixində bitir) müəyyən edilmişdir.

39. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yaranmış mübahisəni tərəflərin müqavilə şərtlərinə uyğun olaraq həll etmiş, zaminlik müqav iləsinin qüvvədə olma müddətinin kredit limiti müqaviləsi üzrə cavabdeh MMC-nin iddiaçı qarşısında öhdəliklərinin qüvvədə olma müddəti ilə eyni olması və zaminliyə müddətin ötməsi səbəbindən xitam veriməsi üçün əsasların olmaması barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulması və “kredit limiti müqaviləsinin tərəflərin kredit vermək və borcu qaytarmaq öhdəliyinin yaranmasına səbəb olmaması, zaminliklə təmin edilən öhdəliyin kredit limiti müqaviləsi deyil, həmin müqavilədən sonra bağlanmış 2020-ci il 29 iyun tarixli "xxxx" əsasında yaranması, sonuncu müqavilə üzrə isə müddətin bitməsi barədə” dəlillərini əsaslı hesab etmir.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə qətnamənin ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

41. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 avqust tarixli 2-2(105)-103/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov Z.B.Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar