Məhkəmə qərarları › İş №2-2(102)-300/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-300/2025

02.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-300/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə (*** X5 şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X3 ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə (*** X5 şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “soyuducu və ya pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 yanvar tarixli, 2-2(103)-99/2025 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcarəçi "xxxx" ASC (İddiaçı ASC) ilə icarəyəverən "xxxx" ASC arasında 05 yanvar 2017-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilə bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə icarəyəverən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20 may 2011-ci il tarixli çıxarışa əsasən Şamaxı rayonu, Mədrəsə qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binasını icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən icarə predmetin in dəqiq təsviri və sahəsi aşağıdakı kimidir: regional anbar - sahəsi 848.2 kv.m; 1.3-cü bəndinə əsasən icarəyəverən bu müqavilə imzalandıqdan sonra 10 (on) gün ərzində icarə predmetini icarəçinin istifadəsinə təhvil verməlidir. İcarə predmetinin təhvil-təslimi hər iki tərəfin və ya onların nümayəndələrinin imzası ilə təsdiqlənən və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin tərkibinə daxil olan tikililərdəki avadanlıqların adları, sayı və vəziyyəti əks olunmalıdır; 5.1-ci bəndinə əsasən bu müqavilə imzalanan andan qüvvəyə minir və 31 dekabr 2017-ci il müddətinə qədər qüvvədədir. 3. 16 iyun 2017-ci il tarixli 5 saylı təhvil-təslim aktına əsasən Şamaxı şəhəri, Dağlıq Şirvan regional bölməsinin anbarında yerləşən 70.79 (3.8x8.1x2.3)(0+5C), 18.35(3.8x2.1x2.3)(-18C) iki ədəd kamera soyuducunun satıcı *** ŞİKŞ tərəfindən alıcı X6 təhvil verilməsi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 4.İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" ASC-dən və *** ŞİKŞ-dan müştərək qaydada dəyəri 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) poliretan kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) poliretan kameranın (soyuducuların) alınıb ona verilməsinə və yaxud cəmi 2 ədəd soyuducuların dəyərinin ümumilikdə 12.234,24 manat pulun və ödənilmiş 126,70 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh *** ŞİKŞ arasında bağlanmış 25 may 2017-ci il tarixli 20 nömrəli alqı-satqı müqaviləsinə əsasən dəyəri 7.120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) poliretan kamera və dəyəri 5.114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) poliretan kamera, cəmi 2 ədəd soyuducu iddiaçıya təhvil verilməmişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən, icraçı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, işləri və xidmətləri (malları) sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Müqavilənin 26.2-ci bəndinə əsasən mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməlidir. İddiaçı və cavabdeh "xxxx" ASC arasında 5 yanvar 2017- ci il tarixli 39 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn və ya yaranan mübahisələri ilk növbədə danışıqlar vasitəsilə həll etməyə çalışacaqlar. Mübahisələri danışıq yolu ilə həll etmək mümkün olmadıqda tərəflər Azərbaycan Respublikasının aiddiyyatı məhkəmələrinə müraciət edə bilərlər. Hazırda cavabdehlərin iddiaçı qarşısında öhdəliyi ümumilikdə 12.234,24 manat dəyərində 2 ədəd soyuducular təşkil edir. "xxxx" ASC ilə dəfələrlə danışıqlar aparılmas ına baxmayaraq yaranmış mübahisənin həlli istiqamətində nəticə əldə edilməmişdir. *** ŞİKŞ ilə mübahisənin həlli istiqamətində danışıqlar aparılması isə mümkün olmamışdır. Cavabdehlərə pretenziya məktubu göndərilməsinə baxmayaraq məsələyə heç bir münasibət bildirilməmişdir

6. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "xxxx" ASC-nin qanunsuz sahibliyindən dəyəri 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) poliretan kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) poliretan kameranın (soyuducuların) alınıb iddiaçıya verilməsi, bu mümkün olmadığı halda 2 ədəd soyuducunun dəyərinin ümumilikdə 12.234,24 manat pulun və ödənilmiş 126,70 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırlıq iclasında cavabdeh *** ŞİKŞ təhvil-təslim aktlarını məhkəməyə təqdim edərək bildirmişdir ki, 25 may 2017-ci il tarixli 20 nömrəli alqı-satqı müqaviləsinə əsasən dəyəri 7120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) poliretan kamera və dəyəri 5114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) poliretan kamera, cəmi 2 ədəd soyuducu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir.

8. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermiş və iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddianın əsası kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh "xxxx" ASC arasında 5 yanvar 2017-ci il tarixli 39 nö mrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsaslanıb. Həmin müqavilənin 5-ci maddəsinə görə tərəflər arasında bağlanmış müqavilənin müddəti 31 Dekabr 2017-ci il tarixədək olub. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür.

10. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ildə İddiaçı ASC-yə işə qəbul olunub. Həmin vaxtı məlum olmuşdur ki, ofislərinin yeri dəyişdirilir və bu səbəbdən *ın ərazisində olan inventarların çıxarılması bildirilmişdir. Onlar həmin ərazidən çıxdığı zaman onların orada ancaq soyuducuları qalmışdır. Dövlət orqanlarında ildə ən azı bir dəfə inventarizasiya aparılır və bunun üçün digər regional idarələrə əməkdaşlar göndərilir, inventarları sayılır. 2019-cu ilin sonunda aparılmış inventarizasiya zamanı müəyyən olunmuşdur ki, soyuducuları " xxxx"ın ərazisindən götürülməmişdir. Bununla bağlı əlaqə saxladıqları Rizvan adlı şəxsə dəfələrlə müraciət ediblər. O isə cavabında bildirib ki, “mənə olan borcu verin, gəlin soyuducunu götürün”. Sonuncu dəfə 2023-cü ildə özü həmin şəxslə görüşüb danışıb və o, yenə də, bildirdi ki, borcu ödənildkdən sonra gəlib soyuducunu götürə bilərlər. Borcun ödənilməsini istəyirlərsə, borcun olmasını təsdiq edən sənədin təqdim edilməsini təklif etsələr də onlar bu cür sənəd təqdim edə bilmədilər.

11. X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, bu iş onun kurasiyasında olmadğı üçün bu işlə bağlı məlumatı olmamışdır. Lakin 11 sentyabr 2024-cü ildə müvəqqəti təminat tədbirinin tədbiqi ilə bağlı qərardadın icrası zamanı ezam olunub və icra məmuru ilə bir yerdə "xxxx" ASC-nin ünvanında baxış keçiriblər. Onları orada Rizvan adlı şəxs qarşılayıb, anbara aparıb və soyuducuları göstərib və o, icra məmuru ilə həmin soyuducuların şəkillərini çəkib. Lakin akt tərtib ediləndə həmin şəxs aktı imzalamaqdan imtina etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli, e-2-2(113)3513/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim G.Namazova).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbində 7.120,12 manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) poliretan kamera və dəyəri 5.114,12 manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) poliretan kameranın (soyuducuların) cavabdehdən alınıb ona qaytarılmasını tələb edir və sübut qismində iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış alqı-satqı müqavləsi əsasında tərtib edilmiş 16 iyun 2017-ci il tarixli 05 saylı təhvil-təslim aktına istinad edir. Lakin qeyd edilən təhvil-təslim aktında soyuducuların göstəriciləri iddia ərizəsində göstərilən soyuducuların göstəricilərindən fərqlənir (70.79 (3.8 x 8.1 x 2.3), 18.35(3.8 x 2.1 x 2.3)). Beləliklə, iddiaçı tələb etdiyi soyuducuların onlara məxsus olmasını, müstəqil tələb irəli sürməyən üçüncü şəxslə bağlanan alqı-satqı müqaviləsi nəticəsində əldə etdiyi soyuducuların hazırda cavabdehdən tələb etdiyi soyuducularla eynilik təşkil etdiyini, məhz həmin soyuducuların cavabdehdə olmasını (icarə münasibətləri zamanı quraşdırdığını) sübuta yetirə bilməmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehdən icarəyə götürdüyü obyektdə quraşdırdığı soyuducuların onlara qaytarılması ilə bağlı icarə müqaviləsinə xitam verildikdən (31 dek abr 2017-ci il tarixi) 7 ilə yaxın vaxt keçdikdən sonra 14 may 2024-cü il tarixində məhkəməyə müraciət etdiyindən, iddiaçı hazırkı iddianı qaldırılarkən Mülki Məcəllənin 697.4-cü maddəsində nəzərdə tutulmuş kəsici müddəti buraxmışdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 443.1, 443.7, 697.4 və 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.1, 14.2, 77.1, 124.2, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(103)-99/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli e-2-2(113)3513/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, E.Həsənov və Z.Şirinov).

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı iddia olunan souyducuların cavabdehdən alınıb ona qaytarılması tələbini sübut etmək üçün üçüncü şəxslə bağladığı alqı-satqı müqavləsi əsasında tərtib edilmiş 16 iyun 2017-ci il tarixli 05 saylı təhvil-təslim aktına istinad edir. Lakin qeyd edilən təhvil-təslim aktında soyuducuların göstəriciləri iddia ərizəsində göstərilən soyuducuların göstəricilərində n fərqlənir (70.79 (3.8 x 8.1 x 2.3) 18.35(3.8 x 2.1 x 2.3)). Beləliklə, iddiaçı tələb etdiyi soyuducuların onlara məxsus olmasını, müstəqil tələb irəli sürməyən üçüncü şəxslə bağlanan alqı-satqı müqaviləsi nəticəsində əldə etdiyi soyuducuların hazırda cavabdehdən tələb etdiyi soyuducularla eynilik təşkil etdiyini, məhz həmin soyuducuların cavabdehdə olmasını (icarə münasibətləri zamanı quraşdırdığını) sübuta yetirə bilməmişdir.

19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan əmlakın cavabdehin qanunsuz sahibliyində olması işin materialları ilə müəyyən edilmir. Belə ki, ilk olaraq, iddiaçının mübahisələndirilən əmlaklara dair subyektiv hüququ müəyyən edilmir, digər tərəfdən isə mübahisələndirilən əmlakların məhz cavabdehin qanunsu z sahibliyində olması sübut olunmur. Mövcud şəraitdə iddia tələbinin təmin edilməsi ədalət mühakiməsinin ən önəmli prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinin pozulması ilə nəticələnər. Belə ki, sübutlar kifayət qədər aydın və təkzibedilməz olmalı, tərəflərin qarşılıqlı münasibətlərini dəqiq tənzimləməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə bu meyarlara cavab verən mötəbər sübutlar təqdim edilməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

20. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 157.2, 157.4-cü, MPM-in 107, 119.1, 372.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

21. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 443.1 və 443.7-ci maddələri üzrə-məhkəmə qərarında Azərbaycan Respublkası Mülki Məcəlləsinin 443.1və 443.7-ci maddələrinə istinad etmişdir. Bu maddələr öhdəliklərin icrası və borclu tərəfindən vurulan zərərin ödənilməsi ilə bağlıdır. Lakin iddia tələbi borcun icrası ilə bağlı zərər tələbindən ibarət deyil. Əsas tələb cavabdeh ASC tərəfindən qanunsuz olaraq sahiblik edilən əmlakın qaytarılması və ya qaytarılmadığı halda həmin əmlakın dəyərinin ödənilməsidir. Tərəflər arasında 5 yanvar 2017-ci il tarixli 39 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilə ilə müəyyən olunur ki, Cəmiyyət Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən, 848.2 kv.m qeyri-yaşayış sahəsini cav abdeh "xxxx"ASC-dən icarəyə götürmüşdür. Poliretan kameraların quraşdırılması ilə bağlı icarə müqaviləsində tərəflərin heç bir öhdəliyi olmamışdır və müqavilədə heç bir bənddə bu öz əksini tapmamışdır. Belə ki, 25 may 2017-ciil tarixli 20 nömrəli alqı-satqı müqaviləsinə əsasən dəyəri 7120,12 (yeddi min yüz iyirmi manat on iki qəpik) manat olan 27.69 kv.m (2.8 x 4.3 x 2.3) poliretan kamera və dəyəri 5114,12 (beş min yüz on dörd manat on iki qəpik) manat olan 9 kv.m (2.8 x 1.4 x 2.3) poliretan kamera, cəmi 2 (iki) ədəd soyuducuların alınması qərarlaşdırılmışdır. Üçüncü şəxs tərəfindən məhkəmənin hazırlıq iclasında təqdim edilmiş 16 iyun 2017-ci il tarixli 5 nömrəli təhvil-təslim aktından görünür ki, 25 may 2017-ci il tarixli 20 nömrəli alqı-satqı müqaviləsi üzrə mübahisə predmeti olan 2 ədəd poliretan kamera (soyuducu) 16 iyun 2017-ci il tarixində cəmiyyətin əməkdaşı X6 Şamaxı şəhəri, Dağlıq Şirvan regional bölməsinin anbarında təhvil verilmişdir. Beləliklə müəyyən olunur ki, qeyd olunan soyuducular icarə müqaviləsi bağlanarkən cəmiyyətin mülkiyyətində olmamışdır, tərəflər arasında yaranan hüquq münasibətləri icarə müqaviləsindən əmələ gəlməmişdir.

23. MM-in 697-ci maddəsi üzrə - məhkəmə mübahisəsinin predmeti müqavilədən əmələ gələn borc deyil, əmlak hüququndan irəli gələn tələbdir. Məhkəmənin kəsici müddəti tətbiq edərək iddianı rədd etməsi düzgün olmamışdır. Belə ki, sözügedən tələbin əmlak hüququ xarakterli olması onu iddia müddətinin predmetinə çevirir.

24. MM-in 6-ci fəsli üzrə - hazırkı iş üzrə MM-in 152-158-ci maddələri tətbiq edilməli olduğu halda apelyasiya instansi yası məhkəməsi tərəfindən həmin maddi hüquq normaları tətbiq edilməmişdir.

25. MM-in 155-ci maddəsi üzrə - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında 14 dekabr 2018-ci il tarixli 400 saylı Fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv edilmiş və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası dövlət mülkiyyət hüququnun subyektidir və mülkiyyət hüququ ilə ona mənsub olan əmlak dövlət mülkiyyətidir. Mülkiyyət hüququnun digər subyektlərindən fərqli olaraq dövlətin mülkiyyətində hər cür əmlak, o, cümlədən dövriyyədən çıxarılmış və dövriyyəsi məhdudlaşdırılmış əmlak da, ola bilər. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən bu hala münasibət bildirilməmişdir.

26. MPM-in 154-cü maddəsi üzrə - iddia ərizəsi 03 iyun 2024-cü il tarixində məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin vəkili 26 avqust 2024-cü il tarixində məhkəməyə order və etibarnamə təqdim etmişdir. Cavabdeh tərəfindən qanunla müəyyən olunmuş 20 gün müddət ötürülsə də apellyasiya instansiyası məhkməsi tərəfindən bu hala münasibət bildirilməmişdir.

27. MPM-in 77.1, 78.1,167.1, 171, 190, 192.2 və 199-cu maddələri üzrə məhkəmənin elektron kabinetdə 18 sentyabr 2024-cü il tarixində təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizə, hakim tərəfindən 27 sentyabr 2024-cü il tarixində qəbul edilmişdir. 19 sentyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında yekun qərar qəbul edilmişdir. Baxmayaraq məhkəmə iclas ı 19 sentyabr 2024-cü il tarixə yekunlaşmışdır, məhkəmə tərəfindən 27 sentyabr 2017-ci il tarixində cavabdeh ASC tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizəyə hakim tərəfindən istinad edilmişdir. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə prosesində tərəflərin mövqeyini təqdim etmək və qarşı tərəfin dəlillərinə cavab vermək hüququ var. Lakin 19 sentyabr 2024-cü iltarixli iclasda yekun qərar qəbul edilmiş olmasına baxmayaraq, 27 sentyabr 2024-cü il tarixində hakim tərəfindən qəbul edilmiş ərizəyə istinad edilərək qərar çıxarılıb. (Ərizə 27 sentyabr 2024-cü il tarixdə elektron kabinetdə öz əksini tapmışdır). Bu isə prosessual hüquqların pozulması deməkdir, çünki iddiaçı həmin ərizəyə qarşı vaxtında çıxış edə bilməmişdir. Apellyasiya instansiyası tərəfindən bu hala münasib ət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə

697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri... 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödən ilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.” “Maddə

700. İcarə müqaviləsi... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”

32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....”

33. Azərbaycan Rüspublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il t arixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2020-ci il 12 mart tarixli qərarında aşağıdakılar nəzərdə tutulur: “... kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici m üddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət verməd ən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

36. Məhkəmə kollegiya sı kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və mübahisəyə mülkiyyət hüququnu tənzimləyən normalarının (MM-in 152-158-ci maddələri) tətbiq edilməli olmasına dair kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin mövcud olması zəruridir: 1) iddiaçının əşyanın mülkiyyətçisi olması; 2) əşyanın cavabdehin sahibliyində olması; 3) cavabdehin əşyaya sahibliyinin qanunsuz olması.

37. Hazırkı iş üzrə mübahisəli əşyalar (soyuducular) daşınar əşya olduğundan birinci dipozisiya şərtinin yoxlanılması zamanı mülki qanunvericiliyin daşınar əşyalar üzərində mülkiyyət hüququ ilə bağlı müvafiq normaları da nəzərdən keçirilməlidir.

38. MM-nin 166.1-ci maddəsinin tələbinə əsasən, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.

39. İddiaçı mübahisəli soyuducuların onun mülkiyyətində olduğunu iddia etdiyindən, MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən bu halı sübuta yetirmək vəzifəsi onun üzərinə düşür. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı iddia etdiyi soyuducuların ona məxsus olmasına dair mötəbər sübutlar təqdim edə bilməmiş, təqdim olunan təhvil-təslim aktlarında isə başqa rekvizli soyuducular haqqında məlumatlar əks olunmuşdur.

40. Digər tərəfdən iddiaçı hazırki iddiasında icarə sahəsində quraşdırılmış iki ədəd soyuducuların qaytarılmasını, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsini tələb edir. Kollegiya iddiaçının cavabdehlə icarə münasibətlərinə 2017-ci ilin 31 dekabr tarixində xitam verilməsini və hazırki iddianın isə 2024-cü ildə qaldırıldığını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən MM-in 697.4-cü maddəsi ilə müəyyən edilmiş altı aylıq kəsici müddətin ötürülməsinə dair düzgün nəticəyə gəlinmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülk i prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

43. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 yanvar tarixli, 2-2(103)-99/2025 nömrəli nömrəli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar