Məhkəmə qərarları › İş №2-2(102)-301/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-301/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-301/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası X1 cavabdeh “xxxxxxxx” ASC-ə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan yoxlamanın yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, X12 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, X1 vəkili X14, nümayəndəsi X6 iştirakı ilə, Cavabdeh “xxxxxxxx” ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 iyun tarixli 2-2(103)- 186/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Cavabdeh “xxxxxxxx” ASC-in X13 ilə X5 arasında 087001№-li 2019-cu il 13 mart tarixli “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə”si bağlanılmış və həmin müqavilə əsasında istehlak etdiyi enerjinin dəyərini cavabdehin təqdim etdiyi hesablara müvafiq olaraq ödəmişdir. 2. 2019-cu il 23 oktyabr tarixində cavabdeh “xxxxxxxx” ASC-in (bundan sonra-ASC) əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə quraşdırılan elektrik sayğacına baxış keçirilmiş və bu zaman 10 kv tərəfdə quraşdırılmış c/t-larının əmsalının faktiki olaraq 100/5 (k=20) olduğu, lakin kompüte r məlumat bazasında c/t-u əmsalı 50/5 (k=10) kimi qeydə alındığı müəyyən olunmuş, aşkar olunan həmin faktlar barədə NDQ-006539 saylı aktla rəsmiləşdirilmişdir.

3. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı şahid qismində dindirilmiş cavabdehin satışa nəzarət idarəsinin mühəndisi X15 ifadəsində göstərmişdir ki, 2019-cu il 23 oktyabr tarixində iddiaçıya məxsus obyektə iddiaçının nümayəndəsinin (Qabil) iştirakı ilə baxış keçirmiş, sayğaca baxış zamanı göstəricilərdə kəskin fərq olmuşdur. Bir neçə transformator var, cərəyan transformator düzgün işləmir. Fərqi müəyyən etdikdən sonra transformator məntəqəsinə getmişlər. Transformatorun qapısında möhür yox idi. Bir sıra müvafiq hərəkətləri etdikdən sonra müəəyn olundu ki, əslində cəryan transformatorunda əmsal 2000-dir, baxış nətic əsində komputer bazasında cərəyan transformatorunun əmsalının K=2000 kimi qeydə alınması nəticəsinə gəlinmişdir.

4. Cavabdehin həmin akt əsasında tərtib etdiyi 2019-cu il 24 oktyabr tarixli icra sənədindən və abunə haqqında məlumat vərəqindən görünür ki, həmin akt əsasında iddiaçıya yoxlamaya qədər cərəyan transformatorunda ümumi əmsal K=20 qeydə alınmalı olduğu halda, K=10 (yəni 1000 əmsal) qeydə alındığı nəzərə alınmaqla, həmin əmsalla da ödənişlər həyata keçirildiyinə görə cavabdeh tərəfindən keçən həmin dövr üçün iddiaçıya bir o qədər də əlavə sərfiyyat (845380 kvts (1173 göst-327,62 göst) x 1000 əmsal=845380 kvts) hesablanmışdır. İddiaçının abunə haqqında vərəqinin göstəricilərinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən 2019-cu il 23 oktyabr tarixində iddiaçıya məxsus obyektdə s ayğac və transformator məntəqəsində “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılana qədər olan müddət ərzində, sonuncu 1000 (K-10) əmsalı ilə ona təqdim olunmuş elektrik enerjisi sərfiyatına dair hesab ödəniş vərəqələri əsasında ödənişlər həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. X2 cavabdeh ASC-ə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 006539 saylı aktına əsasən 2019-cu il 23 oktyabr tarixində qanunsuz hesablanmış 76.084,20 manat borcun silinməsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliy yəti göstərən fiziki şəxs (VÖEN **********) kimi X5 tərəfindən Quba rayonu Qaraçay çay yatağında istifadəsinə verilmiş 4 ha ərazidə qum-çınqıl karxanasının fəaliyyət göstərməsi məqsədi ilə ASC ilə 2019cu il 13 mart tarixində 087001 saylı elektrik enerjisindən istifadə ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış və ona abunə kodu **********0 verilmişdir. İddiaçı hər ay onun adına hesablanmış elektrik enerjisinin haqqını ödəyir. 2019-cu il 23 oktyabr tarixində ASC-in X10 Nəzarət İdarəsinin əməkdaşları tərəfindən Z.Məmmədovaya məxsus obyektə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış, bu barədə 006539 saylı akt tərtib olunmuşdur. Həmin akt qanunsuz tərtib edilmişdir. 2019-cu il 23 oktyabr tarixində həmin akt tərtib edilərkən X3 iştirakı t əmin olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisinin istifadə Qaydaları”nın 8.33-cü maddəsində müəyyən olunmuşdur ki, “məişət abonenti tərəfindən elektrik enerjisi”ndən istifadədə pozuntuya yol verildiyi aşkar olunduqda, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və 2 nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və bu aktın bir nüsxəsini məişət abonentinə verir. Göründüyü kimi, ASC-in əməkdaşları akt tərtib edərkən, yuxarıda qeyd edilən normativ aktın tələblərini pozmuşdur. Bundan başqa yoxlama zamanı həqiqi istehsalın olmamasına baxmayaraq, istehsal sahəsinin natur fiziki göstəriciləri, avadanlıqlarının iş gücünə görə və əvvəlki aylarda elektrik enerjisinin sərfiyyatı nəzərə alınma maqla hesablama işləri aparılmışdır. “Elektrik enerjisinin istifadə Qaydaları”nın tələblərinə riayət etməməklə istehlakçı barədə qəbul olunan 006539 saylı aktına əsasən qanunsuz hesablanmış 76.084.20 manatın silinməsi cavabdehə həvalə olunmalıdır. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1372/2019 saylı, 2019-cu il 27 dekabr tarixli qətnaməsi ilə X1 iddiası təmin olunmuş, cavabdeh ASC tərəfindən iddiaçı X4 qarşı “elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında” 006539 saylı 2019-cu il 23 oktyabr tarixli akta əsasən hesablanmış 76.084,20 manat borcun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim Aytən Oruczadə).

8. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş abunə haqqında məlumat vərəqəsindən aydın görünür ki, 2019-cu il 28 oktyab r tarixindən başlayaraq obyektin sərfiyyatı hesablanan zamanı əmsal 2000 götürülməyə başlayıb, ondan əvvəlki dövrlər üzrə isə əmsal 1000 olaraq hesablama aparılırdı, həmçinin, iş materiallarına əlavə olunmuş 2018-ci il 17 yanvar tarixli aktdan və onun əsasında qəbul edilmiş icra vərəqindən görünür ki, həmin yoxlama zamanı sayğacın sərf olunan elektrik enerjisini düzgün qeyd etmədiyi müəyyən olunmuş və bunun nəticəsində sxem bərpa olunmuşdur. Göründüyü kimi, həmin yoxlama zamanı da sərfiyyatın hesablanması zamanı əmsalla bağlı hər hansı bir məsələ cavabdehin əməkdaşları tərəfindən aşkar edilməmişdir. Həmin dövrdə də əmsal 1000 olaraq qeydi aparılmışdır.

9. Məhkəmə daha sonra bildirmişdir ki, cavabdeh ASC tərəfindən enerji təchizatı müəssisəsi kimi vaxtında sərfiyyatın düzgün aparılmaması nə ticəsində düzgün hesablanmamış elektrik enerjisinin dəyəri istehlakçıdan tələb olunmuşdur. Həmçinin, cavabdeh tərəf əmsalın istehlakçı tərəfindən qaldırılmasının mümkünlüyünə dair, həmçinin hansı dövrdən cərəyan transformatorlarının əmsalının əslində 2000 əmsal olmasına dair hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Bununla da, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh müəssisə istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən mövcud əmsal nəzərə alınmaqla tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir, bununla yanaşı, müəssisə tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsi ni tələb edə bilməz.

10. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, enerjitəchizatı sahəsində təbii inhisarçı olan cavabdeh ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə istifadə olunan elektrik enerjisinin uçotu, “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlamanı – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirməyə səlahiyyətli olduğu halda, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əhəmiyyət verməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa iddiaçıya məxsus obyektin elektrik uçot komplektini yoxlamış və ona əlavə elektrik enerjisi sərfiyyatı hesablamışdır.

11. Həmin məhkəmə öz qətnaməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 1, 2.1, 2.2, 2.3, 3.1-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1, 2, 3.1, 3.2, 13.1-13.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1, 8.1, 8.2, 8.16, 8.34-cü bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bunda n sonra-MPM) 78.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh ASC həmin qətnamədən 2020-ci il 4 fevral tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 iyun tarixli 2-2(103)-186/2020 saylı qətnaməsi ilə cavabdeh ASC-in apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(113)-1372/2019 saylı 2019-cu il 27 dekabr tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – Cahangir Yusifov, hakimlər – Raqib Qurbanov və Vüsalə Baxışova).

14. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, istehlakçı yalnız elektrik sayğacının göstəricilərinə əsasən ona hesab təqdim olunduqda istehlak etdiyi həmin elektrik enerjisinin dəyərini-borcunu ödəmək öhdəliyi yaranır. Əgər ona verilmiş həmin hesablar üzrə istehlakçı tərəfindən artıq ödənişlər həyata keçirilmişdirsə, enerji təchizatı müəssisəsi tərəfindən bir daha özünün yol verdiyi səhv nəticəsində düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsinin istehlakçıdan tələb olunması yol verilməzdir. Belə olan halda, cavabdehin əməkdaşları tərəfindən 2019-cu il 23 oktyabr tarixində iddiaçıya məxsus obyektdə elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması vəziyyətinin yoxlanılması nəticəsində ona hesablanmış və ödənilməsi tələb olunan 76.084,20 manat borcun əsassız olduğu sübuta yetirilir.

15. Həmin məhkəmə həm də müəyyə n etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə aparılan elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması vəziyyətinin yoxlanılması heç mövcud qanunvericiliyin tələbləri qaydasında belə həyata keçirilməmişdir.

16. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının təsərrüfat subyektində “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunma vəziyyətini – Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirmək hüququ mövcud ola bilərdi. Cavabdeh ASC isə qanunvericiliyin bu tələblərinə riayət etməmiş, sahibkarlıq subyektində aparılacaq yoxlama əvvə lcədən vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda, həmin yoxlamanın nəticələri, o cümlədən, 2019-cu il 23 oktyabr tarixli akt əsasında tərtib olunmuş 2019-cu il 24 oktyabr tarixli icra vərəqinə əsasən iddiaçının 76.084,20 manat məbləğində əlavə ödənişə cəlb olunması əhəmiyyətsizdir.

17. Bu məhkəmə öz qətnaməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1, 2, 3.2, 13.1-13.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2, 8.34cü bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sahibkarlıq sahəsində ap arılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndinə və MPM-in 385.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

18. Məhkəmənin qətnaməsi ASC-ə 2020-ci il 10 iyun tarixində göndərilmiş, cavabdehin kassasiya şikayəti 2020-ci il 13 avqust tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

19. Cavabdeh ASC kassasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinin dəlilləri

21. Apellyasiya instansiya məhkəməsi borcun silinməsinə dair nəticəsini onunla əsaslandırmışdır ki, obyektdə istehlak edilən elektrik enerjisinin dəyəri enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhv nəticəsində d üzgün hesablanmamış, aktın tərtib olunmasına səbəb olan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılmamış və yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

22. İddiaçı ilə yenidən hesablaşmanın aparılması “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15-ci bəndinin tələblərinə əsaslanmışdır. Həmin Qaydaların 8.15-ci bəndinə əsasən, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerji təchizatı müəssisəsi Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır.

23. Məhkəmə mübahisəyə qey d olunan maddi hüquq normasını tətbiq etməli olduğu halda onu tətbiq etməmişdir.

24. Bundan əlavə, məhkəmə mübahisəyə düzgün olmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndini tətbiq etmişdir.

25. Lakin hazırki işdə istehlak edilən elektrik enerjisinin düzgün hesablanmamasına səbəb olan halın, yəni obyektin cərəyan transformatorlarının əmsalı faktiki olaraq 100/5 (k=20) olduğu halda, kompüter məlumat bazasında 50/5 (k=10) kimi, yəni ümumi əmsal k=1000 qeydə alınmasının məhz enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhv nəticəsi olması sübut olunmamışdır.

26. İddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama onun maliyyətəsərrüfat və sa hibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu, apellyasiya məhkəməsinin işə baxarkən heç bir maddi və prosessual hüquq pozuntusuna yol vermədiyini bildirdi, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. İş üzrə cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə al ınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AZƏRBAYCAN RESPUBLİKASİNİN QANUNU 1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1 sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur;... Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir....” Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğu n qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”... 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqı-satqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə ə sasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.34. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerji təchizatı müəssisəsinin s əlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər....”. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASİ PREZİDENTİNİN FƏRMANİ 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata a lınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır....”. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

31. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası mə hkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

33. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə dair bildirir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 35. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci maddəsində qeyd olunur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

36. Sahibkarlıq fəaliyyəti su byektlərində hər hansı yoxlama, nəzarət funksiyalarına malik yoxlayıcı orqanlar tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir.

37. Təbii inhisarçı olan cavabdeh ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının təsərrüfat subyektində “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunma vəziyyəti Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmamışdır.

38. Sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama, nəzarət funksiyalarına malik yoxlayıcı orqanlar tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir.

39. Yoxlayıcı orqan sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınmasını təmin etməlidir.

40. Yoxlamanın reyestrdə qeydə alınmadan aparı lması yoxlamaların hüquqi nəticəsini aradan qaldırdığına görə bu cür yoxlama aktında əksini tapmış faktların araşdırılmasına da zərurət qalmamışdır.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqı-satqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göst əricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

42. İstehlakçı yalnız elektrik sayğacının göstəricilərinə əsasən ona hesab təqdim olunduqda istehlak etdiyi həmin elektrik enerjisinin dəyərini ödəmək öhdəliyi yaranır.

43. Əgər ona verilmiş həmin hesablar üzrə istehlakçı tərəfindən artıq ödənişlər həyata keçirilmişdirsə, enerji təchizatı müəssisəsi tərəfindən düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin istehlakçıdan tələb olunması yolverilməzdir.

44. Belə olan halda, cavabdeh ASC-in əməkdaşları tərəfindən 2019-cu il 23 oktyabr tarixində iddiaçıya məxsus obyektdə elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması vəziyyətinin yoxlanılması nəticəsində hesablanmış və ödənilməsi tələb olunan 76.084,20 manat borcun əsassız olduğu sübuta yetirilir.

45. Mülki Prosessual qanunvericiliyin müddəalarına əsasən qanunu pozmaqla əldə olunmuş sübutlardan istifadə oluna bilməz.

46. Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 iyun tarixli 2-2(103)186/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

47. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassa siya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 iyun tarixli 22(103)-186/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar