Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-301/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X7 Təsərrüfatı” MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-301/2021 Bakı şəhəri 2021-ci il 23 iyul 23.07.2021 Açar sözlər: kredit müqaviləsi üzrə əsas borc, faiz və cərimə borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Murad Mahudovun, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sı ğortalanması Fondunun vəkili X4, cavabdeh “X7 Təsərrüfatı” MMC-nin vəkili Vəkil iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X7 Təsərrüfatı” MMC-yə qarşı “borcun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 noyabr tarixli, 2-2(105)-105/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə “X7 Təsərrüfatı” MMC arasında bağlanmış 2016-cı il 20 iyul tarixli, 021/16 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 14 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 12.000.000 manat məbləğində kredit verilmişdir. 2. 2017-ci il 7 dekabr tarixli, 10/H-7425 say lı maliyyə arayışına əsasən, “X7 Təsərrüfatı” MMC-nin İddiaçı ASC-yə 2017-ci il 5 dekabr tarixə 12.000.000 manat əsas borc, 1.154.998,84 manat faiz borcu, 2.050,83 manat cərimə borcu, cəmi 13.157.049,67 manat məbləğində borcu vardır.
3. Kreditlərin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən, “X7 Təsərrüfatı” MMC-nin İddiaçı ASC-yə 2017-ci il 5 dekabr tarixə faizlərlə birlikdə 16.200.000 manat borcu olmuşdur. 4. 383501 E1 saylı çekin surətinə əsasən, 12 milyon manat iddiaçı tərəfindən 2016-cı il 20 iyul tarixdə cavabdehin nümayəndəsi olan və müqaviləni imzalamış X1 təqdim olunmuş, onun tərəfindən imzalanmış və hər iki tərəfin möhürü ilə təsdiqlənmişdir. 5. 2016-cı il 20 iyul tarixli arayışa əsasən, 12 milyon manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. İş üzrə qəbul edilmiş mə hkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə iddiaçı) cavabdeh “X7 Təsərrüfatı” MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 12.000.000 manat məbləğində əsas, 1.154.998,84 manat məbləğində faiz, 2.050,83 manat cərimə olmaqla ümumilikdə 13.157.049,67 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2016-cı il 20 iyul tarixli, 021/16 saylı kredit müqaviləsinə əsasən, c avabdehə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə 60 ay müddətinə illik 7 faiz dərəcəsi olmaqla 12.000.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Müqavilənin tələblərinə əsasən, cavabdeh müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürsə də, sonradan müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq ödənişlərini vaxtı-vaxtında etməmişdir.
8. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında təqdimat verilm iş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin tələb olunan öhdəlik yerinə yetirilməmişdir.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385, 428.4, 442, 445.1, 448.1, 449.4, 462.3-cü maddələrinə istinad etmişdir.
10. Cavabdeh tərəfində iddiaya qarşı etiraz təqdim edlməmişdir.
11. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 8 may tarixli, 2-2(85)-193/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspert qarşısına tərəflər arasında bağlanmış 2016-cı il 20 iyul tarixli 021/16 saylı kredit müqaviləsi üzrə cavabdehin 2018-ci il 26 fevral tarixə əsas borc, faiz borcu və cərimə borcunun nə qədər təşkil etməsinə dair sual qoyulmuşdur.
12. Azərbayca n Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2019-cu il 21 noyabr tarixli, 12380 saylı rəyə əsasən, cavabdehin 2016cı il 20 iyul tarixli 021/16 saylı kredit müqaviləsi üzrə 2018-ci il 26 fevral tarixə iddiaçıya olan borcu əsas borc üzrə 12.000.000 manat, faiz borcu üzrə 1.344.000 manat təşkil edir.
13. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 dekabr tarixli, 2-2(085)16/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Vəfa Əzizova).
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 2016-cı il 20 iyul tarixli kredit müqaviləsi üzrə cavabdeh illik 7 faizlə 60 ay müddətinə 12.000.000 manat məbləğində kredit götürmüş, həmin məbləği və hesablanmış faiz borcunu vaxtında ödəməmiş, bununla da, kredit müqavilələrinin şərtlərini pozmuşdur. Kredit müqavilələri üzrə əsas krediti və hesablanmış faizlərin ödənilməsi ilə bağlı bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilsə də, sonuncu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və borcun ödənilməsini təmin etməmişdir.
15. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 385.1, 386.1, 425.1, 442, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra mətndə MPM) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsnin ləğv, borc düzgün hesablanmaqla yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 noyabr tarixli, 2-2(105)-105/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Zaur Məmmədov, hakimlər Fuad Məmmədov və Elman Əhmədov).
18. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh apellyasiya şikayətində ekspertizanın onun iştirakı olmadan keçirilməsi əsası ilə ekspert rəyinin qanunsuz olduğunu qe yd etmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan cavabdehin hüquqi ünvanının Abşeron rayonu, Pereküşkül qəsəbəsi, Qaradərə olduğu müəyyən edilmişdir. Lakin cavabdehin hüquqi ünvanına göndərilmiş məhkəmə bildirişləri “ünvan düzgün deyil” qeydi ilə geri qayıtmışdır.
19. Bundan başqa, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə cavabdehə təqdim olunması üçün növbəti məhkəmə iclasının keçiriləcəyi barədə məhkəmə bildirişi verilmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş aktlardan cavabdehin hüquqi ünvanı olan Abşeron rayonu, Pereküşkül qəsəbəsi, Qaradərə adlanan sahəyə, həmçinin, nümayəndəsi X1 ünvan 3 ünvan tam olmadığı üçün çatdırılmadığı müəyyən edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublika sı MMin 385.1, 386.1, 425.1, 442, 739.1, 739.2, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 19 aprel tarixdə cavabdehə təqdim edilmişdir. 22. 2021-ci il 7 may tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri:
23. Tərəflər arasında bağlanmış mübahisəli kredit müqaviləsi formal olaraq imzalanmışdır. Belə ki, iddiaçı bank tərəfindən cavabdehə və qeyrilərinə ayrılmış kredit vəsaitlər i bankın idarə heyətinin sədri X5 tərəfindən mənimsənilmişdir. Göstərilən fakt Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən başlanılmış 20202653 saylı cinayət işi üzrə aparılmış istintaq nəticəsində öz təsdiqini tapmış və istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsi tərəfindən yalnız iddiaçının mövqeyinə istinad olunmuş və sübutların hərtərəfli və lazımi qiymətləndirilməsi aparılmamışdır.
24. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 60, 127, Azərbaycan Respublikası MPM-nin 88, 418.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək edərək, şikayətinin təmin olunmasını xahiş etmişdir.
27. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, apellyasiya instansiyası məhkməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi ü çün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” “Maddə
385. Öhdəlik anlayışı 3 85.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anl ayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....”... “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
32. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak məhkəməsinə təqdim edilir....” edən şəxslər tərəfindən birinci instansiya “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi 254.1. Hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır:... 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülk i, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
33. İşin materiallarından göründüyü kimi, hazırki iddianın predmetini tərəflər arasında bağlanmış 2016-cı il 20 iyul tarixli, 021/16 saylı kredit müqaviləsi üzrə əsas borc, faiz və cərimənin tutulması təşkil edir.
34. Həmin kredit müqaviləsi üzrə borcun tutulmasını mübahisələndirən cavabdeh, sözügedən kredit müqaviləsinin formal bağlanmasına, müqaviləyə əsasən cavabdehə hər hansı vəsaitin verilməməsinə, kredit vəsaitlərinin Bankın idarə heyətinin sədri vəzifəsində işləmiş X5 tərəfindən mənimsənilməsinə istinad etmiş, göstərilən faktla bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işinin istintaqının yekunlaşdığını və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini göstərmişdir (bax mətndə yuxarıda 23-cü bənd).
35. N.İsmayılovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2-ci və 320.2-ci maddələri ilə təqsirləndiriləmsinə dair cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunmuşdur: “... 2016-cı ilin iyul ayının ortalarında sonuncunun direktoru olduğu “MM Bəzgah” X3 adına 12.000.000 manat məbləğində təminatsız kredit rəsmiləşdirilməsinə dair qanunsuz tapşırığına əsasən... İddiaçı ASC-nin əmlakının qorunub saxlanılması, verilən kredit məbləğləri üzrə öhdəliklərin təminatlılığının və vəsaitərinin geri qaytarılmasının təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.”
36. Cavabdehin göstərilən dəlili ilə bağlı “Elektron informasiya məhkəmə sistemi”ndən çıxarışdan aydın olur ki, təqsirləndirilən X2 barəsində cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.
37. Qeyd edilməlidir ki, analoji mübahisə üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Resp ublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 17 fevral tarixli Qərarında göstərilmişdir ki, “... Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CinayətProsessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şə xsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
38. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “…mülki işə baxan məhkəmə instansiyaları, o cümlədən Ali Məhkəmənin Kommersiya Kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən edilən halların preyudisial əhəmiyyət daşımasına hüquqi qiymət verməmiş və bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur…… Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı, həmçinin əqdlərin etibarsızlığına dair normaları nəzərdən keçirərək bir daha qeyd etməyi vacib bilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqd in forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
39. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 17 fevral tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini, hazırki iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə qəbul ediləcək məhkəmə aktının preyudisial əhəmiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, sözügedən cinayət işi yekunlaşanadək iş üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası MPM-nin 254-cü maddəsinin tələbləri qaydasında hüquqi qiymət ve rilməlidir.
40. Bundan əlavə, məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, işə baxmış məhkəmələrin istinad etdikləri ekspert rəyində (bax yuxarıda mətndə 12-ci bənd) cavabdehin kredit müqaviləsi üzrə əsas borc üzrə 12.000.000 manat, faiz borcu üzrə 1.344.000 manat təşkil etməsi qeyd olunsa da, qətnamədə ekspert rəyinin faiz borcu hissəsində mötəbər sübut kimi qəbul edilməməsi əsaslandırılmadan, cavabdehdən ekspret rəyi ilə müəyyən ediləndən artıq-1.154.998,84 manat məbləğində faizin tutulması qənaətinə gəlinmiş, cərimənin necə hesablanmasına, əsaslı olub-olmamasına hər hansı bir münasibət bildirilməmişdir. Bununla da, sübutların qiymətləndirilməsinə dair MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MP M-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 noyabr tarixli, 2-2(105)-105/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov V.T.Həsənov