Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-301/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: icarə müqaviləsinə xitam, borc tələbi 11.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı MMC-nin cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 dekabr tarixli, 22(103)-1063/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Köhnə adı "A" MMC olan icarəyə verən "A1" MMC (bundan sonra - iddiaç ı) ilə icarəçi "B" MMC (bundan sonra – cavabdeh) arasında 2017-ci il 13 dekabr tarixli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən, iddiaçı ünvan 1 ərazisində yerləşən ümumi sahəsi 6.000 m2 olan anbar sahəsini cavabdehə icarəyə verməyi, cavabdeh isə şərtləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. 2. 2018-ci il 30 aprel tarixdə tərəflər arasında 2017-ci il 13 dekabr tarixli müqaviləyə 0001 saylı “Əlavə Razılaşma” imzalanmışdır.
3. Ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 63.240 manat ödəniş edilmişdir.
4. İddiaçı tərəfindən cavabdehə 2018-ci il 19 sentyabr tarixdə bildiriş göndərilərək 10 gün ərzində müqavilə üzrə borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ M ƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2021-ci il 23 aprel tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 111.600 manat pulun, vəkil xidmətinə görə ödənilmiş 2.500 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2017-ci il 13 dekabr tarixdə Abşeron rayonu, Binə, Donuzkökəltmə ərazisi ünvanında yerləşən ümumi sahəsi 6.000 m2 olan anbarın icarəsinə dair müqavilə bağlanmışdır. Müqavilə 5 il müddətinə bağlanmış, onun şərtlərinə əsasən icarə haqqı, hər 1 m2 üçün 2 manat olmaqla aylıq ümumi 12.000 manat müəyyən edilmişdir.
7. Cavabdeh tərəfindən ilkin olaraq 4.000 manat məbləğində pul ödənilsə də, sonradan iddiaçıya məktub ünvanlanaraq icarədə müəyyən güzəştlərin ediməsi xahiş olunmuşdur. Bunu nəzərə alaraq iddiaçı tərəfindən cavabdehin icarənin davamlılığına dair zəmanəti şərti ilə ona güzəşt edilmişdir.
8. Buna baxmayaraq cavabdeh yenidən öz öhdəliklərini icra etməmiş və 2018-ci il 1 iyul tarixli məktubla icarə müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam verilməsini bildirmiş, lakin müqaviləyə xitam verilməsi ilə bağlı şərtləri də icra etməmişdir. Belə ki, icarə müqaviləsinin 10.1-ci bəndinə əsasən, icarəyə 3 ay qabaqcadan yazılı xəbərdarlıq edilməklə xitam verilə bilərdi.
9. Eyni zamanda, müqaviləyə edilmiş 2018-ci il 30 aprel tarixli əlavəyə əsasən, icarəçi müqaviləyə xitam verdiyi halda icarəyə verənə birdəfəlik olaraq 36.000 manat məbləğində kompensasiy a ödəyir. İcarə müqaviləsinin predmeti olan anbar 2017-ci 13 dekabr tarixindən 2018-ci il 1 iyul tarixinədək cavabhehin istifadəsində olmuş və icarə haqqı 6 ay 15 gün üçün 78.000 manat təşkil etmişdir. Xitamla bağlı xəbərdarlıq müddəti 3 ay olduğundan 2018-ci il 1 iyul tarixli xitam barədə xəbərdarlığı nəzərə alındıqda cavabdeh növbəti 3 ayın da icarə haqqını, yəni 36.000 manat vəsaiti də ödəməli idi.
10. Həmçinin müqaviləyə əlavənin tələbinə əsasən, müqaviləyə vaxtından əvvəl, yəni 5 ildən tez xitam verildiyi halda əldən çıxmış fayda qismində birdəfəlik ödəniş kimi 36.000 manat vəsait də ödənilməli idi. Belə olan halda, cavabdehin ümumilikdə borcu 150.000 manat və 27.000 manat ƏDV təşkil etmişdir. Cavabdeh tərəfindən isə həmin məbləğdən yalnız 65.400 manat ödənilmişdir.
11. İddia tələbi nin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 425, 385, 442, 445, 448-ci maddələrinə istinad olunmuşdur.
12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, aylıq icarə məbləği 12.000 manat təşkil etsə də, icarə haqqının hesablanması 2018-ci il 1 mart tarixindən başlanır. Müqaviləyə 2018-ci il 1 iyul tarixində xitam verildiyi nəzərə alındıqda iddiaçının qeyd etdiyi kimi 6 ay 15 günlük deyil, 4 aylıq icarə haqqı borcu yaranmış, həmin məbləğ isə iddiaçıya ödənilmişdir. Bundan başqa, müqaviləyə edilmiş əlavənin 2.1-ci bəndinə əsasən, 2018-ci ilin aprel, may və iyun ayları ərzində icarəyə verilən əmlak icarəçi tərəfindən istifadə olunmadıqda müqavilə üzrə aylıq icarə haqqı güzəştli qiymətlərlə, yəni aylıq icarə haqqının 50 faizi həcmində 6.000 manat təşkil etmişdir. Anbardan istifadə olunmayan 3 aylıq müddət üçün yaranmış 18.000 manat borc da iddiaçıya tam şəkildə ödənilmişdir. Cavabdeh tərəfindən müqaviləyə birtərəfli qaydada müqavilədə nəzərdə tutulan “2018-ci il 1 iyul tarixdən sonra” tarixindən əvvəl xitam verildiyindən, iddiaçıya əlavə hər hansı cərimə ödənilməli deyil.
13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 iyul tarixli e-2-2(113)-2289/2021 saylı qətnaməsi ilə iddia qismən – 6.000 manat məbləğində vəsaitin və dövlət rüsumu olaraq ödənilmiş vəsaitdən 20 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – K.Hüseynov).
14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2017-ci il 13 d ekabr tarixli icarə müqaviləsinin 3.2-ci bəndində müqavilə üzrə icarə haqqının hesablanmasına 2018-ci il 1 mart tarixindən etibarən başlanacağı öz əksini tapmışdır. Həmçinin həmin müqaviləyə 0001 saylı əlavə razılaşmanın 2.1-ci bəndi ilə əsas müqavilənin 3.2-ci bəndi yeni mətndə verilərək, 2018-ci ilin aprel, may, iyun ayları ərzində icarəyə verilən əmlakın icarəçi tərəfindən istifadə edilmədiyi təqdirdə aylıq icarə haqqı güzəştli qiymətlərlə, yəni icarə haqqının yarı hissəsi həcmində aylıq 6.000 manat təşkil edəcəyi barədə razılaşmışlar.
15. Cavabdeh tərəf məhkəmə iclasında icarə obyektinin aprel, may, iyun ayları ərzində ümumiyyətlə istifadə edilmədiyini, bu səbəbdən, qeyd olunan aylar üçün icarə haqqının 6.000 manatdan hesablanmalı olduğunu bildirmiş, iddiaçı isə qeyd olunan aylar ərzin də icarə obyektinin icarəçi tərəfindən istifadə olunmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda, müqavilənin 2018-ci il 1 iyul tarixdən xitam verildiyini nəzərə alındıqda icarəçi 2018-ci il 1 mart tarixdən 2018-ci il 1 aprel tarixdək 12.000 manat icarə haqqı, aprel, may, iyun ayları üçün isə cəmi 18.000 manat olmaqla, ümumilikdə müqavilənin xitam verildiyi anadək 30.000 manat icarə haqqı ödəməli idi. Qeyd olunan icarə haqqının ƏDV məbləğinin 5.400 olduğu nəzərə alındıqda isə ümumi məbləğ 35.400 manat təşkil edir.
16. İcarə müqaviləsinə 0001 saylı əlavə razılaşmanın 2.1-ci bəndi ilə icarəçi müqaviləyə birtərəfli qaydada xitam verəcəyi halda, icarəyəverənə xitam tarixindən gec olmayaraq bütün vergilər istisna olmaqla 36.000 manat məbləğində birdəfəlik ödəniş etməyi öz üzərinə götürmüşdür. Qeyd edilən məbləğin birdəfəlik kompensasiya olması nəzərə alındıqda bu məbləğə ƏDV hesablanmalı olmadığını hər iki tərəfin nümayəndələri məhkəmə iclasında bildirmişlər.
17. Bundan başqa, iddiaçı müqavilənin 10.1-ci bəndində tərəflərin icarəyə xitam verilməsinin 3 ay xəbərdar edilməli olmasına istinad edərək əlavə olaraq 36.000 manat məbləğində vəsaitin tələb olunmasının hüquqi əsasını izah edə bilməmişdir. Belə ki, 0001 saylı əlavə razılaşmanın 2.1-ci bəndində göstərilmiş icarəçinin müqaviləyə birtərəfli qaydada xitam verməsi halında 36.000 manat məbləğində icarəyəverənə ödənişin edilməsi artıq nəzərdə tutulmuşdur.
18. İcarə haqqına görə ƏDV ilə birgə 35.400, müqavilənin vaxtından əvvəl xitamına görə isə 36.000 manat birdəfəlik ödənişin edilməli olduğunu nəzərə alaraq icarəçi tərəfindən icarəyəverənə 71.400 manat məbləğində pul ödənilməli idi. İcarəçi tərəfindən icarəyəverənə 65.400 manat pulun ödənilməsi işin mübahisəsiz halı olduğundan, cavabdehin iddiaçıya ödənilməmiş 6.000 manat (71.400-65.400=6.000) borcu qalmışdır.
19. İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinə görə vəkilə 2.500 manat pulun ödənilməsinə dair sənəd təqdim olunmadığından iddia tələbi həmin hissədə də təmin edilə bilməz.
20. Məhkəmə gəldiyi nəticəni MM-in 675, 700.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.3, 217.4, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunmadığı hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə y eni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 dekabr tarixli 2-2(103)-1063/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
23. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına istinad edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.2-ci bəndində müqavilə üzrə icarə haqqının hesablanmasına 2017-ci il 13 dekabr tarixindən deyil, 2018-ci il 1 mart tarixindən başlanacağı əksini tapmışdır. Həmçinin, icarə müqaviləsinə 0001 nömrəli əlavə razıl aşmanın 2.1-ci bəndi ilə əsas müqavilənin 3.2-ci bəndi yeni mətndə verilərək, tərəflər 2018-ci ilin aprel, may, iyun ayları ərzində icarəyə verilən əmlakın icarəçi tərəfindən istifadə edilmədiyi təqdirdə aylıq icarə haqqı güzəştli qiymətlərlə, yəni icarə haqqının yarı hissəsi həcmində aylıq 6.000 manat təşkil edəcəyi barədə razılaşmışlar.
24. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə ünvanladığı 2018-ci il 19 sentyabr tarixli İR 05/18 nömrəli bildirişdən göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehdən icarə müqaviləsi üzrə yaranmış yalnız 2 növ və məbləğdə borcunun ödənilməsini tələb etmişdir: 1. 2018-ci ilin iyun ayı üçün nəzərdə tutulmuş 6.000 manat məbləğdə güzəştli icarə haqqı; 2. 36.000 manat məbləğdə birdəfəlik ödəniş. 25. 2018-ci ilin iyun ayı üçün nəzərdə tutulmuş 6.000 manat güzəştli icarə haqqı cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, cavabdehin 3 ay anbardan istifadə etmədiyi müddət üçün cəmi 18.000 manat məbləğdə icarə haqqı borcu yaranmış və o da sonrakı qaydada tam ödənilmişdir. Həmçinin, ƏDV üzrə ödənilmiş 3.240 manat da nəzərə alınmaqla, 2018-ci ilin güzəştli icarə haqqı hesablanan aprel, may və iyun ayları üzrə cavabdeh tərəfindən ödənilmiş cəmi məbləğ 21.240 manat təşkil etmişdir.
26. Digər tərəfdən, 6.000 manat icarə haqqının 2018-ci il 19 sentyabr tarixli bildirişdə də iddiaçı tərəfindən 2017-ci il 13 dekabr tarixli icarə müqaviləsinə 2018-ci il 30 aprel tarixli 0001 nömrəli Əlavənin 3.2-ci bəndinə istinad edilərək və doğru olaraq da güzəştli icar ə haqqı kimi xarakterizə edilməsinin özü apellyasiya şikayətinin “... məhkəmə hansı sübutlara istinad edərək cavabdehin həqiqətən də həmin dövrdə icarə sahəsindən istifadə etməməsini mötəbər sübut kimi qəbul etməsini açıqlamır” məzmunlu dəlilinin tam əsassızlığına dəlalət edir.
27. Bildirişdə tələb olunan 36.000 manat məbləğdə birdəfəlik ödəniş isə yenə eyni Əlavənin 3.2-ci bəndində nəzərdə tutulmuşdur ki, həmin məbləğin iddiaçı tərəfindən tələb edilməsi üçün də cavabdeh icarə müqaviləsinə “...2018-ci il 1 iyul tarixdən sonra... birtərəfli qaydada xitam vermək qərarına...” gəlməli idi ki, bu şərtə də iş üzrə əməl olunmur. Belə ki, cavabdehin icarə müqaviləsinə məhz 2018-ci il 1 iyul tarixində birtərəfli qaydada xitam verməsi işin iddiaçının da mübahisə etmədiyi halıdır.
28. İddiaçını n vəkili və nümayəndəsi də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunan 6.000 manatdan əlavə olaraq 36.000 manat da tutularsa, belə bir nəticə onları qane edəcək.
29. Apellyasiya instansiyası məhkəməsi həmçinin apellyasiya şikayətinin xəbərdarlıq müddətinə və həmin müddət ərzində icarə haqqının ödənilməməsinə dair nə cavabdeh, nə də məhkəmənin heç bir əsaslandırma verməməsi barədə dəlilini də əsaslı hesab etməmişdir. Belə ki, 2018-ci il 19 sentyabr tarixli bildirişdə iddiaçı yalnız 2018-ci ilin iyun ayı üçün nəzərdə tutulmuş 6.000 manat güzəştli icarə haqqını və 36.000 manat məbləğdə birdəfəlik ödənişi tələb etmişdi. Həmin bildirişdə iddiaçının xəbərdarlıq müddətinə və həmin müddət ərzində icarə haqqının ödə nilməsini tələb etdiyi fərz olunsa, o halda eyni dəlil mübahisələndirilən 36.000 manat icarə haqqından 30.000 manat hissəsinin ödənilməsi, qalan 6.000 manatının isə birinci instansiya məhkəməsi tərəfindən tutulan məbləğ olması səbəbindən, əsassız sayılmalı idi. Belə ki, işdə olan 2018-ci il 24 oktyabr tarixli ******* nömrəli, 2018-ci il 21 noyabr tarixli ******* nömrəli, 2018-ci il 19 dekabr tarixli ******* nömrəli, 2019-cu il 25 yanvar tarixli ******* nömrəli və 2019-ci il 22 fevral tarixli ******* nömrəli ödəniş sənədlərindən görünür ki, həmin ödəniş tapşırıqlarından hər biri ilə iddiaçıya 6.000 manat ödənilmişdir. Lakin hər bir halda, iddiaçı 2018-ci il 19 sentyabr tarixli bildirişdə qeyd olunan məbləği tələb etmədiyindən, onun bu tələbi və dəlili də əsaslı olmamışdır.
30. Apellyasiya m əhkəməsi gəldiyi nəticəni MM-in 675, 700.1-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 17 dekabr tarixdə iş üzrə tərəflərə göndərilmiş və eyni tarixdə onların nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
32. İddiaçı 2022-ci il 16 fevral tarixdə kassasiya şikayəti verərək həmin qətnamənin iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
33. MM-in 385.1, 425.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2-ci maddələrinin tələbləri pozulmuşdur - məhkəmə cavabdehin 3 aylıq gözləmə müddətini gözləmədən müqaviləyə xitam v erilməsini haqlı hesab etmiş və borcun cəmi 6.000 manat olması nəticəsinə gəlmişdir. Halbuki birdəfəlik 36.000 manat ödəniş cavabdeh tərəfindən birdəfəyə ödənilməmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi də bunu etiraf edərək həmin 36.000 manatdan 6.000 manat borclarının qaldığını bildirmişdir. Belə olan halda, hansı birdəfəlik ödənişdən söhbət getməsi bizə naməlum qalmışdır. Cavabdehin ödəmiş olduğu 30.000 manat faktiki olaraq 3 aylıq gözləmə müddəti üçün nəzərdə tutulmuş (12.000x3=36.000) icarə haqqından olan 30.000 manat olmuşdur ki, həmin icarə haqqından 6.000 manat icarə haqqı və əlavə olaraq 18 faiz ƏDV borcu, yəni 6.480 manat borcu mövcuddur. İddiaçı tərəfindən də məhz həmin məbləğə uyğun 12.480 manat məbləğində son elektron qaimə göndərilmişdir. Bundan başqa, cavabdehin müqaviləyə 5 ildən tez zamanda xitam verəcəyi halında əldən çıxmış faydanın əvəzi olaraq birdəfəlik ödəniş qismində 36.000 manatlıq borcu yaranmışdır. Məhkəmə isə maddi hüquq normalarını və işin hallarını düzgün qiymətləndirməmiş və yanlış nəticəyə gəlmişdir.
34. MPM-in 14.2, 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur – məhkəmə iş materiallarına düzgün hüquqi qiymət verməmiş, ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materialları ilə birmənalı şəkildə sübuta yetirilmişdir ki, cavabdeh müqaviləyə 3 aylıq gözləmə müddətinə əməl etmədən birtərəfli qaydada xitam vermişdir. Xitam barədə məktub 2018-ci il 1 iyul tarixli olsa da, iddiaçıya həmin tarixdə deyil, daha gec təqdim edilmişdir. Məhkəmə isə xitam məktubunun müqavilə tərəfinə hansı tarixdə verilməsini aydınlaşdırmadan hüquqi mövqe nümayiş etdirmiş, yalnız cavabdehin etirafı ilə kifayətlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Cavabdeh tərəfin kassasiya şikayətinə qarşı təqdim etdiyi etiraz ərizəsində bildirilir ki, Müqavilənin 10.2-ci maddəsindən irəli gələn 36.000 manatlıq kompensasiya məbləğinin 30.000 manatının ödənilməsi iş materialları ilə öz təsdiqini tapmış, aylıq icarə haqlarının ödənilməməsi hissəsini isə iddiaçı artıq kassasiya şikayətində mübahisələndirməmişdir. İddiaçının 6.480 manat ƏDV-nin hesablanmasına dair dəlili isə əsassız olmuşdur. Belə ki, ƏDV yalnız malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi zamanı tətbiq edilə bilər ki, hazırda belə hal mövcud olmamışdır. Cərimə sanksiyasına görə isə ƏDV-nin hesablanması yolverilməzdir.
36. Tələbin digər hissəsi 2018-ci il 30 aprel tarixli əlavə razılaşmanın 2.1-ci bəndinin tələblərinə əsasən, iddiaçıya 36.000 manat məbləğində təkrar təzminatın ödənilməli olması ilə bağlı olmuşdur. İddiaçı cavabdehin əlavə razılaşmaya zidd olaraq müqaviləyə 2018-ci il 1 iyul tarixindən sonra xitam verilməsini əsas kimi göstərmişdir. Halbuki müqaviləyə məhz 2018-ci il 1 iyul tarixində xitam verilmişdir ki, bu da əlavə razılaşmada “2018-ci il iyul tarixdən sonra” göstərişindən əvvəl olduğundan hər hansı əlavə cərimə sanksiyası tələb oluna bilməz.
37. İddiaçı kassasiya şikayətində xitam barədə məktubun 2018-ci il 1 iyul tarixli olmasına baxmayaraq, ona həmin tarixdə deyil, daha gec təqdim olunduğunu göstərmişdir. Halbuki göstərilən fakt əvvəlki məhkəmə iclaslarında onun tərəfindən mübahisələndirilməmiş dir. Xəbərdarlıq məktubu vaxtında verilməmiş olsa belə, müqaviləyə məktubda göstərilən tarixdən deyil, məhz gecikdirilmiş tarixdən xitam verilməli idi. İddiaçı isə iddia tələbində icarə müddətinin məhz 6 ay 15 gün olduğunu qeyd etmişdir. Bu hesablamaya əsasən, müqavilənin 2017-ci il 13 dekabr tarixdə bağlandığı nəzərə alındıqda xitamın məhz 2018-ci il 1 iyul tarixə təsadüf etməsi və iddiaçının bu tarixi xitam tarixi kimi qəbul etməsi öz təsdiqini tapmışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hes ab edilmişdir.
39. Apellyasiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin olunmadığı hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
367. Müddət anlayışı 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır....” “Maddə
369. Müddətin qurtardığını bildirən vaxt... 369.6. Günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır....” “Maddə
371. Müddətin sonuncu günündə hərəkətlərin yerinə yetirilməsi qay dası 371.1. Əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. ” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Ö hdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” 445.7. Borclu pul məbləğin in ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin ist ifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....”
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslan dıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara t ətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.”
43. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq aşağıdakılar nəzərdə tutulmuşdur: müddəalarında “Maddə
159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kən d təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 dekabr tarixli 2-2(103)-1063/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Kassatorun məhkəmə tərəfindən yol verilmiş maddi hüquq pozuntuları ilə əlaqədar istinad etdiyi dəlillər mahiyyət etibarilə ondan ibarətdir ki, cavabdehin ödəmiş olduğu 30.000 manat faktiki olaraq 3 ayıq gözləmə müddəti üçün nəzərdə tutulmuş (12.000 x 3 ay=36.000) icarə haqqından olan 30. 000 manatdır ki, həmin icarə haqqından da 6.000 manat icarə haqqı və əlavə olaraq 18% ƏDV (6.480 manat) borcu vardır. Cavabdehin müqaviləyə 5 ildən tez zamanda xitam verəcəyi halda əldən çıxmış faydanın əvəzi olaraq birdəfəlik ödəniş qismində 36.000 manatlıq borcu yaranmışdır.
45. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, iddiaçının cavabdehə ünvanladığı 2018-ci il 19 sentyabr tarixli İR 05/18 nömrəli bildirişdə tələb olunan 36.000 manat məbləğdə birdəfəlik ödənişin mübahisəli icarə müqaviləsinə 2018-ci il 30 aprel tarixli 0001 nömrəli Əlavənin 3.2-ci bəndinə uyğun olaraq, iddiaçı tərəfindən tələb edilməsi üçün cavabdeh icarə müqaviləsinə “... 01 iyul 2018-ci il tarixdən sonra... birtərəfli qaydada xitam vermək qərarına...” gəlməli idi ki, bu şərtə iş üzrə əməl olunmur. Belə ki, cavabdehin icarə müqaviləsinə məhz 2018-ci il 1 iyul tarixində birtərəfli qaydada xitam verməsi işin iddiaçının da mübahisə etmədiyi halıdır.
46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə hüquqi baxımdan razılaşır.
47. Kassatorun 2018-ci il 1 iyul tarixli xitam məktubunun icarəyəverənə həmin tarixdə deyil, daha gec təqdim edilməsinin məhkəmə tərəfindən nəzərə alınmadığına dair dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri hesab edir.
48. Əvvəla, 2018-ci il 30 aprel tarixli 0001 nömrəli Əlavənin 3.2-ci bəndində müqaviləyə birtərəfli qaydada xitam vermək qərarının qarşı tərəfə verilməsinin deyil, həmin qərarın qəbul olunmasının son tarixi müəyyən edilmişdir.
49. Odur ki, həmin razılaşmadan sözügedən müddətin son tarixini n 2018-ci il 1 iyul olduğu aydın olur və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasındakı müqaviləyə cavabdeh tərəfindən məhz həmin tarixdə, yəni razılaşmada nəzərdə tutulmuş müddətin son günündə birtərəfli qaydada xitam verilmişdir.
50. MM-in 367.1, 369.6 və 371.1-ci maddələrinin (bax yuxarıda § 41) tələbləri mahiyyət etibarilə ondan ibarətdir ki, əgər mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu günlərlə hesablanan müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər.
51. Bu baxımdan, cavabdeh tərəflər arasındakı müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edərkə n 2018-ci il 30 aprel tarixli 0001 nömrəli Əlavənin 3.2ci bəndində bunun üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir.
52. İkincisi, iddia ərizəsində, iddiaçının işə baxan məhkəmələrə təqdim etdiyi sənədlərdə və verdiyi izahatlarda da müqaviləyə cavabdeh tərəfindən məhz 2018-ci il 1 iyul tarixində xitam verildiyinə istinad olunmuşdur.
53. Üçüncüsü isə, cavabdehin müvafiq məktubunun iddiaçıya çatma (təqdim olunma) tarixi iş materiallarından ümumiyyətlə məlum olmur.
54. Belə olan halda, apellyasiya instansiya məhkəməsi xitam məktubunun iddiaçıya təqdim olunma tarixini nəzərə almamaqla hər hansı hüquq pozuntusuna yol verməmişdir.
55. Cavabdehin faktiki ödədiyi 3 ayıq gözləmə müddəti üçün nəzərdə tutulmuş haqq üzrə 18% ƏDV (6.480 manat) borcuna gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, hə min tələbin də hüquqi əsası yoxdur, apellyasiya instansiya məhkəməsi bununla bağlı da hər hansı hüquq pozuntusuna yol verməmişdir.
56. Belə ki, cavabdehin faktiki ödədiyi 3 ayıq gözləmə müddəti üçün nəzərdə tutulmuş haqq mahiyyət etibarilə kompensasiya xarakteri daşıyır.
57. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1-ci maddəsinin (bax yuxarıda § 43) məzmunundan aydın olur ki, ƏDV-nin obyektini malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal təşkil edir.
58. Hazırkı halda isə nə malların təqdim edilməsi, nə işlərin görülməsi, xidmətlərin göstərilməsi, nə də vergi tutulan idxal halı mövcuddur. Odur ki, kompensasiya xarakterli haqqa görə ƏDV tələb olunması tamamilə əsassızdır.
59. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası b elə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 42) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 dekabr tarixli 2-2(103)-1063/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.