Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-302/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdeh1 və cavabdeh 2-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: boruların geri qaytarılması, satılmış boruların dəyərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının iştirakı ilə, İddiaçının nümayəndəsi və onun vəkilinin cavabdeh 1-in vəkilinin iştirakı ilə, İddiaçı MTK cavabdeh1 və Cavabdeh2”-yə qarşı “boruların geri qaytarılması və satılmış boruların dəyərinin ödənilməsi” tələbin ə dair kommersiya işi üzrə cavabdeh 1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 fevral tarixli 2-2(103)70/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli 2(81)-509/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı QTSC-nin (bundan sonra – “QTSC”) cavabdehə (bundan sonra – “Trest”) qarşı “pul tələbinə” dair iddia tələbi qismən təmin edilmiş, Trestdən QTSC-nin xeyrinə 6.160.936 manat əsas borc, 308.000 manat cərimə borcu, cəmi 6.468.936 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul vəsaitin tutulması qət edilmişdir.
2. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinin 2015-ci il 20 aprel tarixli 2(81)-509/2015 saylı icra vərəqəsinin surətindən görünür ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli 2(81)-509/2015 saylı qətnaməsi üzrə icra vərəqəsi verilmişdir.
3. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin 2015-ci il 25 iyun tarixli 4975 saylı “İcraata başlamaq haqqında” qərarının surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 2 iyun tarixli 2(81)-509/2015 saylı icra vərəqəsinə əsasən icraata başlanılmış və icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü olaraq təmin edilməsi borclu Trestə təklif edilmişdir.
4. İş materiallarında olan İddiaçı MTK (bundan sonra – “MTK”) ("borc verən") ilə Trest (“Borc alan”) arasında bağlanmış 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə"nin surətindən görünür ki, tərəflər 2014-cü il 30 iyun tarixində borc verilmiş 2.099.200 manat pul ödənilə bilmədiyi üçün borcun “Borc alan”a məxsus 2.200 ədəd, ümumi çəkisi 2.624 ton (1 ton=800 manat) dəmir boru ilə əvəzləşdirilməsi, “Borc alan” Trest aldığı borcun, yəni 2.099.200 manatın əvəzinə ona məxsus 2.200 ədəd, ümumi çəkisi 2.624 ton (1 ton=800 manat) dəmir boruları bu müqaviləyə əsasən MTK-ya təhvil verməsi (yəni borcu boru ilə ödəyir), MTK isə “Borc alan” Trestə verdiyi 2.099.200 manatın əvəzinə 2.200 ədəd, ümumi çəkisi 2.624 ton (1 ton=800 manat) dəmir boruları müqaviləyə əsasən qəbul etməsi (yəni borcu boru ilə əvəzləşdirir) barədə razılığa gəlmişlər.
5. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 2 6 iyul tarixli 8-2(81)-291/2016 saylı qərardadının surətindən görünür ki, QTSC-nin Trestə qarşı “pul tələbi”nə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 20 aprel tarixli 2(81)-509/2015 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə boruların üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi, həmin boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi və realizə işlərinin həyata keçirilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru T.S-nın təqdimatı qismən təmin edilmiş, borclu Trestə məxsus aşkar olunmuş 2.100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və həmin boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır.
6. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcr a Şöbəsi tərəfindən QTSC-yə ünvanlanan 2016-cı il 19 sentyabr tarixli 17/68-7564-9 saylı təklifin surətindən görünür ki, görülmüş icra tədbirləri nəticəsində 2016-cı il 9 sentyabr tarixli akta əsasən üzərinə həbs qoyulmuş 2.041 ədəd borunun qiymətləndirilməsi üçün A MMC-yə göndərildiyi, A MMC tərəfindən 2.041 ədəd borunun 2.081.820 manata qiymətləndirildiyi bildirilmiş, 2.041 ədəd borunun ilkin satış qiyməti olan 2.081.820 manatın borc əvəzinə qəbul edilməsi təklif olunmuşdur.
7. İş materiallarında olan A MMC-nin “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 2016-cı il 19 sentyabr tarixli hesabatının surətindən görünür ki, Trestə məxsus olan 2016-cı il 9 sentyabr tarixli akta əsasən üzərinə həbs qoyulmuş 2.041 ədəd boru istifadəyə yararlıdır və (1 ton 850 manat olmaqla) bugünkü günə qiyməti: 2.081.820 manat təşkil edir.
8. İş materiallarında olan 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli 2-2(81)-560/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı QTSC-nin cavabdehlər Trestə və MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və dəmir boruların geri qaytarılması” barədə iddia tələbi təmin edilməmişdir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli 2(102)-252/2017 saylı qərarının surətindən görünür ki, həmin qərarla QTSC-nin kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 5 aprel tarixli 8-2(103)-15/17 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin təqdimatının qism ən təmin edilməsi, borclu Trestə məxsus aşkar olunmuş 2.100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və həmin boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi, təqdimatın realizə işlərinin həyata keçirilməsi hissəsində təmin edilməməsi, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin təqdimatının geri götürülməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. MTK 2018-ci il 14 fevral tarixində QTSC və Trestə qarşı (Binəqədi rayon İcra və Probasiya Şöbəsi 3-cü şəxs olmaqla) “boruların geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, QTSC tərəfindən qanunsuz re alizə edilmiş 2.100 ədəd borunun özgənin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması və dəymiş 50.000 manat maddi və 100.000 manat mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 11. 2018-ci il 11 iyun tarixində keçirilmiş məhkəmə iclasında MTK-nın nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 2.141 ədəd borunun QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12. 2018-ci il 29 iyun tarixində MTK-nın nümayəndəsi iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1.614 ədəd borunun QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması və QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat m əbləğinin cavabdehlərdən tutularaq MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia aşağıdakılarla əsaslandırmışdır. 13.1. 2016-ci il 13 iyul tarixində Bakı şəhəri 54 saylı Notariat Kontorunda MTK ilə Trest arasında 2014-cu il 30 iyun tarixdə 2.099.200 manat borcun müqabilində borc alana məxsus 2.200 ədəd ümumi çəkisi 2.624 ton (1 ton = 800 manat) dəmir boru ilə əvəzləşdirilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtinə əsasən Trest aldığı borcun, yəni 2.099.200 manatın əvəzinə sonuncuya məxsus 2.200 ədəd dəmir boruları borc verən MTKya təhvil verməyi öhdəsinə götürmüşdür. 13.2. Boruları müqavilə əsasında qəbul etdikdən sonra Binəqədi rayon İcra Şöbəsinin icra məmuru boruların onlara məxsus olmasını, habela MTK-nın mülkiyyətində olduğunu araşdırmad an 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinə təqdimat verərək QTSC-nin iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli qətnaməsinə əsasən həmin iş üzrə QTSC-nin xeyrinə Trestdən 6.468.936 manat pulun tutulması ilə bağlı qətnamənin icrasını təmin etmək məqsədi ilə tutmanın sözügedən borulara yönəldilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 iyul tarixli qərardadı ilə MTK-ya məxsus 2.100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və həmin boruların xüsusi mühafizə zonasında yerləşdirilməsi təmin edilmişdir. 13.3. MTK adıçəkilən məhkəmə qərardadından marağına toxunan şəxs kimi Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə şi kayət təmin edilərək iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016ci il 26 iyul tarixli qərardadı ləğv edilmiş, təqdimat rədd edilmişdir. Həmin qərardaddan tələbkar QTSC kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qərardadı ləğv edilmiş, Binəqədi rayon İcra Şöbəsinin Təqdimatı qismən təmin edilmiş, MTK-ya məxsus 2.100 ədəd borunun üzərinə həbs qoyulmaqla borc tələbinin həmin borulara yönəldilməsi, boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmış, boruların realizə edilməsi ilə bağlı hissədə təqdimat təmin edilməmişdir. 13.4. Azərbaycan Respublikası Ali Məhkəməsinin bəhs edilən qərarından sonra QTSC Binəqədi rayon İcra Şöbəsinin iştirakı olmadan, MTK-ya məxsus realizəsinə qadağa qoyulmuş, boruları xüsusi mühafizə zonasından özünə məxsus sahəyə daşımış və hissəhissə boruların realizasiyasını həyata keçirir. Dəfələrlə aidiyyəti üzrə Binəqədi rayon İcra Şöbəsinə, eləcə də digər QTSC-yə xəbərdarlıq edilsə də, heç bir nəticə verməmiş, bu səbəbdən onların qanunsuz əməllərinin nəticəsində MTK-ya külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, QTSC-nin Trestə qarşı “pul tələbi”nə dair iddiası əsasında tutma borulara yönəlsə də həmin boruların məhz Trestin balansında olması və mülkiyyətində olmasını təsdiq edən heç bir sübut mövcud deyildir. 13.5. Faktiki olaraq Binəqədi İcra Şöbəsi bəhs olunan qətnamənin icrası ilə əlaqədar Trestin əmlakına deyil, özgə əmlakına, yəni MTK-nı n qanuni əsaslarla əldə etdiyi əmlakına yönəltmiş və əmlakın üzərinə həbs qoyulmasına nail olmuşdur. Bundan sonra QTSC, digər cavabdeh Binəqədi rayon icra Şöbəsinin razılığı olmadan boruları istədiyi kimi istifadə və realizə edir va icra qurumu QTSC-nin qanunsuz hərəkətlərinə heç bir reaksiya vermir. Nəticədə yuxarıda qeyd olunduğu kimi, külli miqdarda maddi va mənəvi ziyana məruz qalmışdır. Belə ki, ilk dəfə MTK-ya məxsus boruları 2017-ci il 27 fevral tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı əsasında xüsusi mühafizə zonasından digər məntəqəyə daşınması və əlavə xərclərlə ümumilikdə 50.000 manat, MTK-nın mülkiyyətində olan əmlakdan qanunsuz məhrum olduğu üçün 100.000 manat mənəvi ziyan çəkmişdir. 13.6. QTSC-nin hərəkəti qanunsuz va əsassızdır. Belə ki, yuxarıda şərh edildiyi kimi borular qanuni əsaslarla əldə edilmiş, bununla yanaşı boruların MTK-ya məxus olmasını 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2017-ci il 2 iyul tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə də müəyyən edilmişdir. Həmin qətnamə ilə iddiaçı QTSC-nin iddiası əsasında Trest ilə MTK arasında boruların alqı-satqısına dair müqavilələrin etibarsızlığı tələb edilsə də, iddia tələbi rədd edilmiş, məhkəmə öz qətnaməsində hesab etmişdir ki, QTSC-nin dəmir borular üzərində hər hansı əşya hüququ, o cümlədən mülkiyyət hüququ mövcud olmadığından o, tələblə çıxış etmək hüququna malik deyildir. Məhkəmə boruların MTK-nın mülkiyyətində olması faktını təsdiq etmişdir. Bu səbəbdən QTSC-nin hərəkəti qanunsuz hesab edilməli və 2.100 ədəd borunun özgənin qanunsuz sahibliyindən alınaraq MTK-ya qayta rılması təmin edilməli, dəymiş maddi və mənəvi ziyan cavabdehlərdən müştərək qaydada tutulmalıdır. 14. 2018-ci il 29 iyun tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə aşağıdakılarla əsaslandırılmışdır. 14.1. 2016-cı il 13 iyul tarixdə MTK ilə Trest arasında notarial qaydasında bağlanmış “Borcun əvəzləşdirilməsinə dair müqavilə"yə əsasən, ödənilməmiş borcun müqabilində MTKnın ərazisində saxlanılan ümumi çəkisi 2.620 ton olan 2.200 ədəd dəmir borular 1 tonu 800 manat qiyməti ilə MTK-nın mülkiyyətinə keçmişdir. 14.2. 2016-cı ilin sentyabr ayının ortalarında iş həftəsinin sonunda Binəqədi rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları MTK-nın ərazisinə gələrək sözügedən dəmir boruların üzərində həbsin olduğunu və onları aparacaqlarını bildirmişlər. Boruların MTK-ya məxsus olması barəd ə sənədlərin təqdim edilməsinə baxmayaraq, icra məmurları bir gün (qeyri-iş günü) ərzində 2.141 ədəd boruları daşımışlar. Qeyri-iş günü olduğu üçün MTK heç bir tədbir görə bilməmişdir. Sonradan MTK-ya məlum olmuşdur ki, boruların həbsinə və daşınmasına əsas Binəqədi rayon İcra və Probasiya Şöbəsinin təqdimatı üzrə Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 iyul tarixli qərardadı olmuşdur. Qərardad 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli qətnaməsinin icrası çərçivəsində qəbul edilmişdir. Qətnamə ilə Trestdən QTSC-nin xeyrinə 6.468.936 manat məbləğinin tutulması qət edilmişdir. Qərardadla Trestə məxsus 2.100 ədəd boruların üzərinə həbs qoyulmuş, qətnamə üzrə borc tələbi həmin borulara yönəldilmiş və onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qə rara alınmışdır. Halbuki həmin anda artıq 13 gün idi ki, “Borcun əvəzləşdirilməsinə dair müqavilə"yə əsasən həmin borular MTK-nın mülkiyyətində idi. QTSC tərəfindən boruların Trestə məxsus olduğuna dair təsdiqedici sənədlərin məhkəməyə təqdim edilmədiyini rəhbər tutaraq, MTK qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 12 dekabr tarixli 8-2(103)-21/2016 saylı qərardadı ilə qərardad ləğv olunmuş və iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 14.3. 2017-ci il 7 fevral tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi borulara həbs qoyulması və s. ilə bağlı Binəqədi rayon İcra və Probasiya Şöbəsinin təqdimatını təmin etməmişdir. QTSC-nin şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 5 aprel tarixli qərardadı i lə təmin edilməmişdir. Lakin QTSC-nin kassasiya şikayəti üzrə sonuncu qərardad Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli 2 saylı qərarı ilə ləğv edilmiş, habelə 2.100 ədəd boruların üzərinə həbs qoyulmuş, qətnamə üzrə borc tələbi həmin borulara yönəldilmiş və onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır. Qərarın əsaslandırıcı hissəsində həmçinin vurğulanır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən sözügedən borular artıq cavabdehə təklif olunmuş və 2.081.820 manat dəyəri ilə (QTSC-nin Trestə qarşı 6.468.936 manat məbləğindəki pul tələbindən çıxılmaq şərti ilə) 2016-cı il 21 sentyabr tarixli akt üzrə sonuncunun mülkiyyətinə keçmişdir. 14.4. Paralel olaraq QTSC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək MTK ilə Trest arasındakı Borc müqaviləsinin və Borcun əvəzləşməsinə dair müqavilənin etibarsız hesab edilməsini və MTK tərəfindən aparılmış boruların QTSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi ilə QTSC-nin iddia tələbi rədd edilmişdir. Həmin qətnamədə həmçinin borulara QTSC-nin deyil, məhz MTK-nın mülkiyyət hüququ təsdiq edilmişdir. Qətnamədən şikayət edilməmiş və o, qanuni qüvvəyə minmişdir. 14.5. Göründüyü kimi, sözügedən borulara dair həm 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 iyul tarixli qərardadı, həm də Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli saylı qərarı qəbul edilərkən onlar artıq MTK-nın mülkiyyətində idi. 14.6. Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli Qəra rı qəbul edilən anda Borcun əvəzləşməsinə dair müqavilənin etibarlığını təsdiq edən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli Qətnaməsi hələ qanuni qüvvəyə minməmişdi. Buna görə də Ali Məhkəmə öz qərarında QTSC-nin borulara münasibətdə mülkiyyət hüququnu vurğulayarkən sırf 2016-cı il 21 sentyabr tarixli aktı rəhbər tutmuş və 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli Qətnaməsini nəzərə almamışdır. Təsadüfi deyil ki, qərarda o cümlədən deyilir: Hazırda 2014-cü il 30 iyun tarixli “Borc müqaviləsi” və 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair " müqavilə məhkəmə qaydasında mübahisələndirildiyindən, Kollegiya həmin müqavilələrin etibarlılığı məsələsinə toxunmadan bəzi xüsusatları da qeyd etməyi zəruri hesab etmişdir. Nəzərə alaraq ki, bu qərardan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi qüvvəyə minərək sözügedən müqavilələrin etibarlılığını təsdiq etmişdir, həmin xüsusatların artıq əhəmiyyəti yoxdur. Qeyd edildiyi kimi, Ali Məhkəmə həmin müqavilələrin etibarlılığına qiymət verməmiş, MTK-nın borulara münasibətdə mülkiyyət hüququnun olub-olmamasına münasibət bildirməmiş, MTK ilə QTSC-nin mübahisəsinə mahiyyəti üzrə hüquqi qiymət verilməmişdir. Ali Məhkəmə bu məsələni açıq saxlayaraq Borc müqaviləsinin və Borcun əvəzləşməsinə dair müqaviləsinin etibarlı olub-olmamasından asılı etmişdir. 14.7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi isə qüvvəyə mindiyi andan bu məsələdə nöqtəni qoymuşdur. Həmin qətnamədə həmçinin borulara QTSC- nin deyil, məhz MTK-nın mülkiyyət hüququ təsdiq edilmişdir. Belə ki, Borcun əvəzləşməsinə dair müqavilə etibarlıdırsa, deməli, MTK-nın borulara münasibətdə mülkiyyət hüququ QTSC-dən əvvəl yaranmış və deməli, daha mötəbərdir. Bu nəticəni şübhə altına ala biləcək yalnız bir məqam ola bilər: MTK ilə QTSC eyni, yoxsa fərqli borulara iddialıdırmı? Yəni nəzərə alaraq ki, qərarda da vurğulandığı kimi, söhbət əvəzedilən əşyalardan gedir, MTK yalnız o halda boruları QTSC-dən tələb edə bilər ki, "xxxx" üzrə onun mülkiyyətinə məhz QTSC-də olan boruların keçməsini sübut etmiş olsun. Söhbətin məhz eyni borulardan getməsi üç halla sübut olunur. Əvvəla, Trestin digər borulara malik olması haqda heç bir məlumat yoxdur. Daha sonra, borular məhz MTK-nın ərazisində yerləşirdi və QTSC-nin sahibliyinə verilmək üçün məhz həmin ərazidən daşınıb. Bu kontekstdə qərarda da xatırlanan MTK-nın Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia QTSC-nin deyil, MTK-nın xeyrinə olan sübutdur. Belə ki, həmin iddia ilə də təsdiq olunur ki, borular məhz onun sahibliyindən qanunsuz alınaraq Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən başqa yerə daşınmışdır. 14.8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi ilə borulara QTSC-nin deyil, məhz MTK-nın mülkiyyət hüququna malik olması artıq təsdiq edilmiş faktdır. Bu faktın bir daha təsdiq olunmasına ehtiyac yoxdur. Sözügedən borular hazırda QTSC-nin qanunsuz sahibliyindədir və üçüncü şəxslərə özgəninkiləşdirilir. Məhkəmə tərəfindən boruların saxlanıldığı əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, sözügedən boruların 527 ə dədi satılmış və hazırda yalnız 1.614 ədəd boru QTSC-nin qanunsuz sahibliyindədir. İddianın təmin edilməməsi nəinki MTK-nın konstitusion hüququnun pozulması, həmçinin ölkənin hüquq sistemində çox təhlükəli presedentin yaranması demək olacaq. Belə çıxacaq ki, vicdanlı əldə edənin hüquq və maraqları qorunmur və müvafiq əldə etmədən sonra da hər hansı məhkəmə aktı əsasında əşyanın əvvəlki mülkiyyətçisinin borcları üzrə əşya vicdanlı əldə edəndən alına bilər.
15. İddia tələbi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.2-ci, MPM-in 82.3-cü maddələrinə istinad etməklə əsaslandırılmışdır. 16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyul tarixli 2-2(81)-449/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 1.614 ədəd borunun QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması, QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat və 30 manat dövlət rüsumunun əvəzinin QTSC-dən tutularaq MTK-ya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – A.Hüseyn).
17. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 17.1. Hazırkı iddia tələbi üzrə MTK ilkin olaraq əmlakın, yəni boruların QTSC-nin qanunsuz sahibliyindən tələb olunmasını xahiş edir (vindikasiya iddiası). 17.2. Vindikasiya iddiasının irəli sürülməsi üçün bir neçə şərtin məcmu halda mövcud olması tələb edilir: 1) Vindikasiyanın subyekti – tələb olunan əmlaka öz mülkiyyət hüququnu, yaxud ona sahibliyinin əsasını sübut etməli olan şəxsdi r; Mülkiyyətçi (və ya qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs) sahibliyindən çıxmış əşya üzərində faktiki hakimiyyətdən məhrum olmalıdır; 2) Əşya naturada saxlanmalı və digər şəxsin faktiki sahibliyində olmalıdır; 3) Əşya fərdi-müəyyən əşya olmalıdır; 4) Vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət (və ya məhdud əşya hüququnu) mütləq subyektiv hüquq kimi qoruyur. Başqa sözlə, əgər mülkiyyətçi (və ya qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs) və əşyanın faktiki sahibi mübahisəli əşya ilə əlaqədar birbiri ilə müqavilə və yə digər öhdəlik hüquq münasibəti ilə bağlıdırlarsa, onda bu növ iddianın irəli sürülməsi istisna edilir. 17.3. Göründüyü kimi, mülkiyyət hüququ və bəzi məhdud əşya hüquqları (məsələn, istifadə hüququ) sahibinə əşyanı ö z sahibliyində saxlamaq imkanı da verir. Mülkiyyətçi və ya qanuni sahib əşyanın hüquqa zidd şəkildə sahibliyindən alınmasından vindikasiya iddiası vasitəsilə qorunur. Hazırkı iş üzrə MTK mübahisəli boruların onun mülkiyyətində olmasını və QTSC-nin həmin əmlakları götürməsini irəli sürərək vindikasiya iddiasını qaldırmış və məhkəmə araşdırması zamanı bu növ iddianın əsasını təşkil edən şərtlərin mövcud olması öz təsdiqini tapmışdır. 17.4. Belə ki, MTK QTSC-nin qeyri-qanuni sahibliyindən tələb edilən 1.614 ədəd borunun naturada saxlanması və QTSC-nin faktiki sahibliyində olmasını sübut edə bilmişdir. 17.5. Bundan əlavə, MTK mübahisəli 2.200 ədəd borunun ona mülkiyyət hüququ ilə məxsus olmasının əsası kimi istinad etdiyi borcun əvəzləşdirilməsi müqaviləsinin bağlanmasını sübut edə bilmişdir. 17.6. QTSC-nin Trestə qarşı pul tələbinə dair iddiası təmin edildikdən sonra məcburi icra tədbirləri qismində icra məmurunun təqdimatı yekun olaraq Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarına əsasən Trestə məxsus aşkar olunmuş 2.100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və həmin boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi hissəsində təmin edilmişdir. 17.7. QTSC-nin nümayəndəsi də məhz Ali Məhkəmənin qeyd olunan qərarına əsasən boruların onların mülkiyyətinə verildiyinə istinad etmişdir. 17.8. Qeyd olunan qərarda kollegiya qeyd etmişdir ki, hazırda 2014-cü il 30 iyun tarixli borc müqaviləsi və 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə" müqavilə məhkəmə qaydasında mübahisələndirildiyindən, kollegiya həmin müqa vilələrin etibarlılığı məsələsinə toxunmadan bəzi xüsusatları qeyd etmişdir. Yəni Ali Məhkəmə müqavilələrin etibarlılığı məsələsinə qiymət verməməklə yanaşı, həmin müqavilələrin etibarlı olub- olmaması məsələsinin məhz həmin iddia tələbinə baxan məhkəmənin yekun qərarından asılı olduğunu işarə etmişdir. 17.9. QTSC-nin MTK-ya qarşı 2014-cü il 30 iyun tarixli borc müqaviləsinin və 2016-cı il 13 iyul tarixli borcun əvəzləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və MTK tərəfindən aparılmış boruların MTK-dan alınaraq QTSC-yə təhvil verilməsi” barədə iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsinə əsasən rədd edilmişdir. Yəni qeyd olunan müqavilələrin etibarlı olması məhkəmə qaydasında öz təsdiqini tapmaqla yanaşı, qətnamədə həmçinin qeyd o lunmuşdur ki, QTSC-nin dəmir borular üzərində hər hansı əşya hüququ, o cümlədən mülkiyyət hüququ mövcud olmadığından, 157.2-ci maddədə nəzərdə tutulmuş tələblə çıxış etmək hüququna malik deyildir. Çünki 157.2-ci maddədə təsbit edilmiş tələb hüququ məhz mülkiyyət hüququnun hər hansı üçüncü şəxs tərəfindən pozulması halında meydana çıxmaqla pozulmuş mülkiyyət hüququnun müdafiəsinə yönəlir. Bu mənada, mülkiyyət hüququ mövcud deyilsə, onun pozulması və pozulmuş hüququn bərpasından söhbət gedə bilməz. 17.10. MTK-nın nümayəndəsi tərəfindən məhkəməyə boruların əvvəl saxlanıldığı ərazinin dövlət reyestrindən çıxarışının surəti və plan sxem təqdim edilmişdir ki, həmin çıxarışdan da görünür ki, torpaq sahəsi X1-in sahibliyindədir, həmin şəxs MTK-nın təsisçilərindən biridir. Həmçinin "“Borcun əvəzl əşdirilməsinə dair " 2016-cı il 13 iyul tarixli müqavilədə 2.200 ədəd borunun borcun əvəzində MTK-ya təhvil verildiyi qeyd olunmuşdur. 17.11. Qanuna görə, əşyanı qanunsuz əldə edən şəxs əldə etdiyi gəlirləri mülkiyyətçiyə qaytarmağa borcludur. MTK ilə Trest arasında imzalanmış borcun əvəzləşdirilməsinə dair 2016-cı il 13 iyul tarixli müqavilədə borcun 2.200 ədəd boru ilə əvəzləşdirilməsi qeyd olunsa da, hazırda QTSC-nin nümayəndəsi 1.614 ədəd borunun mövcud olduğunu bildirmişdir. MTK onların mülkiyyətində olan borular satıldığından həmin boruların dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır.
18. QTSC tərəfindən qanunsuz satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğinin tutularaq MTK-ya ödənilməsi hissəsində də təmin edilməli və MTK-ya ödənilməlidir.
19. Hazırki iddia tələbin in Trestə aidiyyəti müəyyən edilmədiyindən iddia tələbi Trestə münasibətdə təmin edilməməlidir.
20. Məhkəmə öz qətnaməsini MM-in 157.2, 157.5, 157.8, 166.1, 398.1, 399.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77.1, 82.3, 107, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. QTSC həmin qətnamədən 2018-ci il 15 avqust tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 2 oktyabr tarixli 2-2(103)-548/2018 saylı qətnaməsi ilə QTSC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyul tarixli 2-2(81)-449/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən – K.Abıyeva, hakimlər – M.Tağızadə və Ü.Mayılov).
23. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 23.1. İlk öncə hazırda mübahisəsi gedən boruların məhz 2016-cı il 13 iyul tarixli "xxxx"yə əsasən MTK-ya verilmiş borular olub-olmaması məsələsinə qiymət verilmişdir. 23.2. QTSC tərəfindən MTK-ya qarşı 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə"nin etibarsız hesab edilməsinə dair iddia qaldırılmışdır. Bu isə hər iki tərəfin məhz eyni borulara iddialı olmasını və hazırda mübahisəsi gedən boruların məhz 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə"yə əsasən MTK-ya verilmiş borular olmasını təsdiq edir. 23.3. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, vindikasiya iddiasının irəli sürülməsi üçün bir neçə şərtin məcmu halda mövcud olması tələb edilir (bax yuxarıda § 17.2). 23.4. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, QTSC tərəfindən MTK-ya qarşı 2014-cü il 30 iyun tarixli borc müqaviləsinin və 2016-cı il 13 iyul tarixli borcun əvəzləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və MTK tərəfindən aparılmış boruların MTK-dan alınaraq iddiaçıya təhvil verilməsi" barədə iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli 2-2(81)-560/17 saylı qətnaməsinə əsasən rədd edilmişdir. İşin materiallarından və QTSC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, həmin qətnamə mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir. 23.5. MTK-nın nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə boruların əvvəl saxlanıldığı ərazinin dövlət reyestrindən çıxarışının surəti və plan sxem təqdim edilmişdir ki, həmin çıxarışdan da görünür ki, torpaq sahəsi MTK-nın təsisçilərindən biri olan X1. Həmçinin "xxxx" 2016-cı il 13 iyul tarixli müqavilədə 2.200 ədəd borunun borcun əvəzində MTK-ya təhvil verildiyi qeyd olunmuşdur. 23.6. Birinci instansiya məhkəməsi tərəfindən 2018-ci il 11 iyun tarixində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan yolu, Sədərək bazarının yaxınlığında yerləşən əraziyə baxış keçirilərkən mübahisə predmeti olan dəmir boruların ərazidə iki sıra ilə üst-üstə yığıldığı müşahidə edilmiş, yerli baxışda iştirak edən QTSC-nin nümayəndəsi X10 hazırda 1.614 ədəd boru olduğunu, MTK-nın nümayəndəsi X5 isə boruların bura 2016-cı ilin sentyabrında gətirildiyini və 1.635 ədəd boru olduğunu bildirmişdir. 23.7. Məhkəmə araşdırması ilə iddianın predmeti olan 1.614 ədəd borunun QTSC-nin naturada, faktiki sahibliyində olması QTSC tərəfindən mübahisələndirilməməklə, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində baxış zamanı da təsdiq olunmuşdur. 23.8. QTSC-nin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin məcburi icra tədbirləri qismində icra məmurunun təqdimatı üzrə qəbul etdiyi 2017-ci il 30 iyun tarixli 2-2(102)-252/17 saylı qərarına əsasən, borclu Trestə məxsus aşkar olunmuş 2.100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və həmin boruların xüsusi mühafizə s ahəsində yerləşdirilməsi qərara alınmışdır. 23.9. Həmin qərarda göstərilmişdir ki: “Hazırda 2014-cü il 30 iyun tarixli “Borc müqaviləsi və 2016-cı il 13 iyul tarxli “Borcun əvəzləşdirilməsinə dair müqavilə" müqavilə məhkəmə qaydasında mübahisələndirildiyindən, Kollegiya həmin müqavilələrin etibarlılığı məsələsinə toxunmadan bəzi xüsusatları qeyd etməyi zəruri hesab edir.” 23.10. Ali Məhkəmənin istinad olunan qərarı ilə, MTK-nın sözügedən borular üzərində mülkiyyət hüququnu müəyyən edən, 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə"yə hüquqi qiymət verilməmiş, eləcə də həmin borularla bağlı hazırkı iş üzrə tərəflər arasında mübahisə mahiyyəti üzrə həll edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sözügedən boruların MTK-nın qanuni əsaslarla mülkiyyətində olması, iş üzrə QTSC-nin isə hər hansı əşya hüququnun olmamasını müəyyən edən, 2017-ci il 2 iyun tarixli 2-2(81)-560/17 saylı qətnaməsi ilə QTSC razılaşmış və qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. 23.11. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi iddia tələbini 1.614 ədəd borunun QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. 23.12. İddia tələbinin QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğinin cavabdehlərdən tutularaq MTK-ya ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MTK ilə Trest arasında imzalanmış borcun əvəzləşdirilməsinə dair 2016-cı il 13 iyul tarixli müqavilədə borcun 2.200 ədəd boru ilə əvəzləşdirilməsi qeyd olunsa da, b irinci instansiya məhkəməsində araşdırma zamanı QTSC-nin nümayəndəsi 1.614 ədəd borunun mövcud olduğunu bildirmişdir. 23.13. MTK QTSC tərəfindən satılmış boruların dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Satılmış boruların dəyərinə gəldikdə, yuxarıda qeyd edildiyi kimi, MTK ("xxxx") ilə Trest (“Borc alan”) arasında bağlanmış 2016-cı il 13 iyul tarixli "xxxx"yə əsasən bir ədəd borunun dəyəri 954 manat müəyyən edilmişdir (2.099.200:2.200=954 manat). Həmçinin Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən icra tədbirləri çərçivəsində “Sərraf-N" MMC tərəfindən 2.041 ədəd boru 2.081.820 manata qiymətləndirilməklə, bir ədəd borunun qiyməti 1.020 manat müəyyən edilmişdir. 23.14. Birinci instansiya məhkəməsi iddia tələbini 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğinin tutularaq MTK-ya ödənilməsi ''hissəsində də təmin edərkən, düzgün olaraq icra qurumunun verdiyi qiyməti deyil, tələb olunan pulun miqdarının, 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə" ilə müəyyən edilmiş qiymətə uyğunluğunu nəzərə almışdır (527 ədəd x 954 manat=502.758 manat). 23.15. Hazırkı iddia tələbinin Trestə aidiyyəti müəyyən edilmədiyindən iddia tələbi Trestə münasibətdə təmin edilməməlidir.
24. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instasniya məhkəməsinin istinad etdiyi normalardan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
25. QTSC həmin qətnamədən 2018-ci il 30 oktyabr tarixin də kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 yanvar tarixli 2-2(102)-57/2019 saylı qərarı ilə QTSC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 2 oktyabr tarixli 22(103)-548/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır (sədrlik edən – Z.Quliyev, hakimlər – N.Rəsulbəyova və İ.Hüseynov).
27. Kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 27.1. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin 2017-ci il 2 iyun tarixli 2-2(81)-560/2017 saylı qətnaməsinə əsasən QTSC-nin Trest və MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və dəmir boruların geri qaytarılması” barədə iddia tələbi təmin edilməmişdir. 27.2. Xüsusi olaraq qeyd edilməlidir ki, QTSC həmin qətnamədən apellyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. 27.3. QTSC-nin kasasiya şikayətinin dəlili ondan ibarətdir ki QTSC-nin Trestə qarşı pul tələbinə dair iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli qətnaməsi ilə təmin edilmiş, həmin qətnamənin icrasının təmin edilməsi məqsədilə Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarına əsasən məcburi icra tədbirləri qismində Trestə məxsus boruların üzərində mülkiyyət hüququ tanınmışdır. 27.4. QTSC-nin bu dəlili əsa ssızdır, belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, QTSC tərəfindən MTK-ya 2016-cı il 13 iyul tarixli "xxxx" müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırılmışdır. Bu isə hər iki tərəfin məhz eyni borulara iddialı olmasını və hazırda mübahisəsi gedən boruların məhz 2016-cı il tarixli "xxxx" müqaviləyə əsasən MTK-ya verilmiş borular olmasını təsdiq edir. 27.5. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, MTK hazırkı iddia tələbi üzrə əmlakın, yəni, boruların QTSC-nin qanunsuz sahibliyindən tələb olunmasını xahiş edir (vindikasiya iddiası). 27.6. Məlum olduğu kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün bir neçə şərtin məcmu halda mövcud olması tələb edilir (bax yuxarıda § 17.2). 27.7. Həmçinin apelly asiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, MTK, mübahisəli boruların Trest (“Borc alan”) ilə bağlanmış 2016-cı il 13 iyul tarixli "xxxx"yə əsasən mülkiyyət hüququnun ona məxsus olmasına əsaslanır. 27.8. Yuxarıda göstərildiyi kimi, QTSC tərəfindən MTK-ya qarşı “2014-cü il 30 iyun tarixli borc müqaviləsinin və 2016-cı il 13 iyul tarixli borcun əvəzləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və MTK tərəfindən aparılmış boruların MTK-dan alınaraq QTSC-yə təhvil verilməsi” barədə iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli 2-2(81)-560/17 saylı qətnaməsinə əsasən rədd edilmişdir, həmin qətnamə mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir. 27.9. Xüsusi olaraq qeyd edilməlidir ki, həmin qətnamə ilə sözügedən müqavilələrin etib arlı olması müəyyən edilməklə yanaşı, həmçinin qeyd olunmuşdur ki, “İddiaçının dəmir borular üzərində hər hansı əşya hüququ, o cümlədən mülkiyyət hüququ mövcud olmadığından o, 157.2ci maddədə nəzərdə tutulmuş tələblə çıxış etmək hüququna malik deyildir. Çünki 157.2-ci maddədə təsbit edilmiş tələb hüququ məhz mülkiyyət hüququnun hər hansı üçüncü şəxs tərəfindən pozulması halında meydana çıxmaqla pozulmuş mülkiyyət hüququnun müdafiəsinə yönəlir. Bu mənada, mülkiyyət hüququ mövcud deyilsə, onun pozulması və pozulmuş hüququn bərpasından söhbət gedə bilməz”. 27.10. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddianın predmeti olan 1.614 ədəd borunun QTSC-nin naturada, faktiki sahibliyində olması QTSC tərəfindən mübahisələndirilməmişdir. 27.11. Ali Məhkəməs inin məcburi icra tədbirləri qismində icra məmurunun təqdimatı üzrə qəbul etdiyi 2017-ci il 30 iyun tarixli 2-2(102)-252/17 saylı qərarına əsasən borclu Trestə məxsus aşkar olunmuş 2.100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və həmin boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, “Hazırda 2014-cü il 30 iyun tarixli “Borc müqaviləsi və 2016-cı il 13 iyul tarixli "xxxx" müqavilə məhkəmə qaydasında mübahisələndirildiyindən, Kollegiya həmin müqavilələrin etibarlılığı məsələsinə toxunmadan bəzi xüsusatları qeyd etməyi zəruri hesab edir”, müddəalarına gəldikdə məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər də əsassızdır, belə ki, Ali Məhkəmənin istinad olunan qərarı ilə MTK-nın sözügedən borular üz ərində mülkiyyət hüququnu müəyyən edən, 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə"yə hüquqi qiymət verilməmiş, eləcə də həmin borularla bağlı hazırkı iş üzrə tərəflər arasında mübahisə mahiyyəti üzrə həll edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sözügedən boruların MTK-nın qanuni əsaslarla mülkiyyətində olması, iş üzrə QTSC-nin isə hər hansı əşya hüququnun olmamasını müəyyən edən 2017-ci il 2 iyun tarixli 2-2(81)-560/17 saylı qətnaməsi ilə QTSC razılaşmış və qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. 27.12. MTK sözügedən işdə hər hansı prosessual statusda iştirak etmədiyi üçün, istənilən halda MPM-nin 82.3-cü maddəsinin qaydaları ona münasibətdə predyusial xarakter daşıya bilməz. Buna görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini 1.614 ədəd borunun QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. 27.13. Eyni zamanda, iddia tələbinin QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğinin cavabdehlərdən tutularaq MTK-ya ödənilməsı hissəsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi doğru olaraq göstərmişdir ki, MTK ilə Trest arasında imzalanmış borcun əvəzləşdirilməsinə dair 2016-cı il 13 iyul tarixli müqavilədə borcun 2.200 ədəd boru ilə əvəzləşdirilməsi qeyd olunsa da, birinci instansiya məhkəməsində araşdırma zamanı QTSC-nin nümayəndəsi 1.614 ədəd borunun mövcud olduğunu bildirmişdir. 27.14. Belə olan halda MTK QTSC tərəfindən satılm ış boruların dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Satılmış boruların dəyərinə gəldikdə isə, bu məsələdə birinci və apellyasiya instansiya məhkəməsinin hesablamaları düzgün olmuşdur. 27.15. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğinin tutularaq MTK-ya ödənilməsi hissəsində də tam təmin edərkən, doğru olaraq icra qurumunun verdiyi qiyməti deyil, tələb olunan pulun miqdarının, 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə" ilə müəyyən edilmiş qiymətə uyğunluğunu nəzərə almışdır (527 ədəd x 954 manat = 502.758 manat).
28. Məhkəmə öz qətnaməsini MM-in 157.2, 157.5, 157.8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Konstitusiya Məhkəməsindəki icraat
29. KMP QTSC-nin şikayəti üzrə 2020-ci il 14 f evral tarixli qərar qəbul etmişdir. Həmin qərarla MTK-nın QTSC-yə, Trestə və 3-cü şəxs Binəqədi Rayon İcra və Probasiya şöbəsinə qarşı boruların QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması və sair tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 yanvar tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, MPM-nin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüşdür.
30. KMP-nin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 30.1. Preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir:-qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı;-belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır. 30.2. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı müstəqil məhkəmə icraatı çərçivəsində, tərəflərin, o cümlədən MTK-nın məhkəmə baxışında iştirakı ilə və çəkişmə prinsipin ə əməl edilməklə çıxarılmış və bu qərarla hüquqi fakt – boruların QTSC-yə verilməsi və mahiyyət etibarı ilə onun mülkiyyət hüququnun yaranması müəyyən edilmişdir. 30.3. Mübahisəli boruların QTSC-nin mülkiyyətinə verilməsini müəyyən edən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi arasında yaranmış kolliziya MTK-nın boruların geri qaytarılması və s. tələbi üzrə işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. 30.4. Qeyd edilməlidir ki, məhkəmə qərarları arasındakı kolliziyalar zaman prinsipi əsasında həll edilərək, daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktı tətbiq edilir. 30.5. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı qəbul edildiyi andan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi isə daha gec tarixdən qüvvəyə minmişdir. Belə olan halda isə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı preyudisial əhəmiyyətə malik olur. 30.6. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 2019-cu il 30 yanvar tarixli qərarı ilə həmin məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarına düzgün hüquqi qiymət vermədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsinin preyudisial əhəmiyyət daşıması nəticəsinə gəlmiş, bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur. 30.7. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalar ının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 2018-ci il 2 oktyabr tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan 2019-cu il 30 yanvar tarixli qərar qəbul etmişdir. Nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur. d) Ali Məhkəmənin Plenumundakı icraatı
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli 13-2(102)-1(k)/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 yanvar tarixli 2-2(102)-57/2019 saylı qərarı, bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 18-ci il 2 oktyabr tarixli 2-2(103)548/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
32. Ali Məhkəmənin Plenumunun qərarı MPM-nin 82.3, 233.1, 233.3, 431-1.1, 431-1.2.1, 431-4.2, 431-4.2.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 fevral tarixli 2-2(103)-70/2021 saylı qətnaməsi ilə QTSC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyul tarixli 2-2(81)-449/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova).
34. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 34.1. Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarında boruların üzərinə həbs qoyulması və onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərarına gəlinsə də, həmin boruların borc əvəzi tələbkara verilməsini ehtiva edən icra hərəkətlərinin icra qanunvericiliyinə müvafiq surətdə həyata keçirilməli olduğu vurğulanmaqla, həmin hissədə təqdimat rədd edilmişdir. 34.2. Son nəticədə Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarı ilə boruların üzərinə həbs qoyulması və onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi faktiki olaraq boruların hələ həmin icra işi üzrə tələbkar QTSC-nin mülkiyyətinə verilməsi anlamını verə bilməz. 34.3. Ali Məhkəmə 2017-ci il 30 iyun tarixli qərarında da, məhz üzərinə həbs qoyulmuş borularla bağlı realizə işlərinin icrası ilə əlaqədar icra hərəkət lərinin “İcra haqqında” Qanuna müvafiq olaraq həyata keçirilməli olduğunu qeyd etmişdir. Bu baxımdan, deməli, həmin iş üzrə tələbkar (hazırkı işdə cavabdeh) QTSC-nin – üzərinə həbs qoyulmuş boruların “mülkiyyətçisi” kimi adlandırılması istisna olunur. 34.4. İşdə olan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 2018-ci il 1 fevral və 2017-ci il 3 mart tarixli qərardadlarına, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin QTSC-yə ünvanlanmış 2017-ci il 17 noyabr tarixli qərarına və eyni tarixli məktubuna əsasən və s. müəyyən olunur ki, Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı ilə üzərinə həbs qoyulmuş boruların aparılan icra hərəkətləri nəticəsində tələbkar QTSC-yə verilməsi faktiki olaraq 2017-ci il 17 noyabr tarixindən sonra baş tutmuşdur. 34.5. Halbuki həmin tarixə artıq MTK ilə Trest arasında bağlanmış 2014-cü il 30 iyun tarixli “borc” və 2016-cı il 13 iyul tarixli "xxxx" barədə müqavilələrin etibarlılığını və MTK-nı həmin boruların mülkiyyətçisi kimi müəyyən edən 1 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 2 iyun tarixli qətnaməsi də qanuni qüvvəsini almışdır. 34.6. Belə olan halda, 2014-cü il 30 iyun tarixində MTK-nın hüquq sələfi "xxxx" Mənzil Tikinti Kooperativi” ilə Trest arasında Trestə 2.099.200 manat məbləğində borcun verilməsi və həmin müqavilənin 1.1-ci və 2.2.2-ci bəndlərinə əsasən ümumi çəkisi 2.620 ton olan, 2.200 ədəd dəmir boruların 1 tonu 800 manatdan MTK-nın ərazisində təminat (girovun saxlanc növü) kimi saxlanılması, eyni zamanda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 iyul tarixli qərar dadı ilə “boruların üzərinə həbs qoyulmamışdan 13 gün əvvəl, yəni, 2016-cı il 13 iyul tarixində MTK ilə Trest arasında notariat qaydasında "xxxx" ikinci bir müqavilənin bağlanması, bütün bunlar – MTK-nın həmin boruların qanuni mülkiyyətçisi olduğunu sübuta yetirir. 34.7. MTK ilə Trest arasında 2016-cı il 13 iyul tarixində bağlanmış "xxxx" müqavilə bağlandığı andan qanuni qüvvəsini almış və tərəflər üçün məcburi olmuşdur. 34.8. Hər bir halda, işə əlavə olunmuş foto görüntülərdə (kosmik görüntülər) 2014-cü il 12 aprel tarixindən 2016-cı il 26 avqust tarixinədək olan dövrdə MTK-ya məxsus ərazidə dəmir boruların mövcud olduğu müşahidə olunur. 34.9. Həmçinin işə əlavə olunmuş digər fotoşəkillər üzrə də boruların MTK-ya məxsus ərazidə yerləşdiyinin QTSC tərəfindən mübahisələndirildiyi müəyyən ol unmur. 34.10. Əksinə, QTSC-nin birinci instansiya məhkəməsinin 2018-ci il 11 iyun tarixində keçirilən məhkəmə iclasında iştirak edən nümayəndəsi (qanuni təmsilçisi) N.Tahirov MTK-nın nümayəndəsi Q.Fətullayevin “boruların 2014-cü ildən artıq onlara məxsus Güzdək qəsəbəsində əraziyə gətirildiyi” sözləri qarşılığında məhkəmənin sualını cavablandırarkən aşağıdakıları bildirmişdir: “Bir dəfə bu şəxs ona zəng etdi... mən boruların mənim olduğunu bildirəndə, "xxxx"in borunu ona verdiyini” demişdir. 34.11. İş materiallarına əsasən isə müəyyən olunur ki, "xxxx" adlı şəxs MTK ilə borc və borcun əvəzləşdtirilməsi müqavilələrini bağlayan Trestin rəisidir (X9). 34.12. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, MTK mübahisəli boruların qanuni mülkiyyətçisidir. 34.13. MTK-nın QTSC-dən 1.614 ə dəd borunun QTSC-nin qanunsuz sahibliyindən alınaraq, MTK-ya qaytarılmasını və 527 ədəd satılmış borunun əvəzi olaraq 502.088 manat məbləğində dəyərinin ödnilməsini tələb etməkdə haqlıdır.
35. Məhkəmə öz qətnaməsini MM-in 157.2, 157.5, 159, 161, 181.1, 181.2, 181.6, 399.1, 405.1-ci, MPM-in 82.3-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 55, 89cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
36. QTSC həmin qətnamədən 2021-ci il 29 aprel tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini, həmçinin MPM-in 421-2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılaraq qətnamə qəbul edərkən prosessual hüquq normalarının kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxarılaraq intizam icraatının başlanılması üçün Məhkəmə-Hüquq şurasına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
37. Mübahisəli boruların müqavilə əsasında QTSC tərəfindən Trestə verilməsi və Trestin də həmin borulara görə QTSC qarşısında öhdəliyinin yaranması işin mübahisələndirilməyən halı olmaqla yanaşı qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli qətnaməsi ilə də tam sübut olunmuşdur. Həmin qətnamədə Trestin nümayəndəsinin məhkəmədə iddia tələbini qismən qəbul etməsi barədə izahatından görünür ki, o, QTSC-yə olan borclarını 1.431.000 manat pul vəsaitinin məbləği və QTSC-yə geri qaytarılması təklif olunan 2.500.000 manatlıq QTSC-yə məxsus malların dəyəri aza ldılmaqla qəbul etdiyini göstərmişdir. Bundan əlavə, Trest ilə QTSC arasında alqı-satqısı aparılmış boruların istifadəsinin vəziyyəti barədə imzalanmış 2014-cii il 1 noyabr tarixli Arayışdan görünür ki, gələcəkdə mövcud layihələrdə istifadəsi nəzərdə tutulan və Trestin anbarında qalmış boruların qiymətinin 3.625.507 manat olması qeyd edilmişdir. Həmin arayışın tərtibi zamanı arayışı imzalamış Trestin direktoru Yusif Nəsirov "xxxx" MTK ilə imzalanmış 2014-cü il 30 iyun tarixli “Borc Müqaviləsi”nə əsasən aldığı borc məbləğinə görə boruları saxlanılması üçün "xxxx" MTK-ya verdiyini göstərməmişdir. Bundan əlavə, iş materiallarında olan icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı tərtib olunmuş sənədlərdən (Yusif Nəsirovun iltizamı, borularla bağlı tərtib olunmuş aktlar və s.) görünür ki. i cra məmuru tərəfindən boruların aşkar edilməsi zamanı, borulara tutma yönəldilməsi ilə bağlı aktların tərtibi zamanı Trestin direktoru Yusif Nəsirov "xxxx" MTK ilə imzalanmış 2014-cü il 30 iyun tarixli “Borc Müqaviləsi”nə əsasən aldığı borc məbləğinə görə boruları saxlanılması üçün "xxxx" MTK-ya verdiyini və MKM” MTK-nın hüquqi varisi olan "xxxx" MTK ilə imzaladığı 2016cı il 13 iyul tarixli "xxxx"yə əsasən boruları borc əvəzinə "xxxx" MTK-ya verdiyini bildirməmişdir. İcra məmurları tərəfindən tərtib edilmiş 2016-cı il 7 aprel tarixli aktın surətindən görünür ki, Abşeron rayonu, Güzdək qəsəbəsindəki ərazidə olarkən Trestə verilmiş boruların istifadə edilməmiş hissəsi 2.100 ədəd boru aşkar edilmiş, tələbkar və borclu təşkilatların rəhbərləri arasında boruların qiymətlərinin razılaşdırılması şərti ilə müvafiq razılaşma əldə olunmuşdur. Qeyd edilən hallarla bağlı icra məmuru Tural Süleymanovun iş materiallarında olan izahatından görünür ki, borulara tutma yönəldilməsi ilə bağlı icra tədbirləri tələbkarın və borclunun nümayəndələrinin iştirakı ilə həyata keçirilmiş və bir dəfə də olsun həmin boruların MTK-ya aid olması barədə və yaxud Yusif Nəsirovun borularla bağlı digər bir öhdəliyinin olması barədə ona məlumat verilməmişdir.
38. Bundan əlavə, hazırki iddia tələbi ilə bağlı MTK öz iddiasını onunla əsaslandırmışdır ki, 2016-cı il 13 iyul tarixli "xxxx"yə əsasən guya mübahisə predmeti olan dəmir borular MTK-nın sahibliyinə verilmişdir. Lakin işin məhkəmədə baxılması zamanı iddiaçı MTK-nın Bakı şəhəri Nəsimi rayon Məhkəməsində dəmir boruların onların sahibliyinə verilməsi ilə bağ lı qaldırdıqları iddia tələbi ilə əlaqədar həmin məhkəmənin və apellyasiya instansiyası məhkəməsinin qərardadları tərəfimizdən məhkəməyə təqdim edilmiş və həmin qərardadlarla müəyyən edilir ki, dəmir borular heç vaxt MTK-nın sahibliyində olmamışdır. Təəssüflər olsun ki, isə baxan məhkəmə tərəfindən isin bu kimi əhəmiyyət kəsb edən və iddiaçının iddia tələbinin tam yalan və əsassız olmasını təsdiq edən hallarına qətnamədə heç bir qiymət verilməmişdir.
39. Bundan başqa, hazırki iş üzrə MTK 2016-cı il 26 iyul tarixli məhkəmə qərardadının icrası ilə bağlı tələbkar QTSC-yə verilmiş boruların Trest ilə "xxxx" MTK arasında imzalanmış 2014-cü il 30 iyun tarixli “Borc Müqaviləsi”nə və "xxxx" MTK-nın hüquqi varisi olan "xxxx" MTK ilə Trest arasında imzalanmış 2016-cı il 13 iyul tarixli "xxxx"yə əsas ən MTK-nın mülkiyyətində olmasını, məhkəmənin qərardad qəbul edərkən və icra məmurları tərəfindən icra tədbirləri həyata keçirilərkən həmin halların nəzərə alınmadığını əsas gətirməklə boruların onlara verilməli olmasını iddia etmişdir. Apellyasiya instansiyası məhkəməsi dəmir boruların hansı vaxtdan QTSC-nin sahibliyində olması faktını məqsədli şəkildə qətnamədə təhrif etmişdir. Halbuki işdə olan sübutlarla tam təsdiq olunur ki, mübahisə predmeti olan dəmir borular Bakı şəhəri Binəqədi rayon icra Şöbəsinin icra məmurları tərəfindən hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 2016-cı il 21 sentyabr tarixli aktla QTSC-nin sahibliyinə qanuni şəkildə verilmiş və həmin tarixdən QTSC-nin mülkiyyəti hesab olunmuşdur. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral ta rixli qətnaməsi ilə QTSC-nin Trestə qarşı “pul tələbi”nə dair iddia tələbi qismən təmin edilmiş, Trestdən QTSC-nin xeyrinə 6.160.936 manat əsas borcun, 308.000 manat cərimə borcunun, cəmi 6.468.936 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul vəsaitinin tutulması qət edilmişdir. Bu qətnamə ilə müəyyən edilir ki, hazırkı iddia tələbində göstərilən dəmir borular lap əvvəlindən QTSC-yə məxsus olmuş, sonuncu tərəfindən Trestə satılmış və sonuncu tərəfindən dəmir boruların dəyərini təşkil edən pul ödənilmədiyindən, QTSC-nin iddiasına əsasən həmin boruların dəyərinin alınması barədə qətnamə çıxarılmışdır, iddia predmeti olan dəmir boruların lap əvvəldən QTSC-yə məxsus olması barədə müvafiq sənədlər tərəfimizdən təqdim edilərək, iş materiallarına əlavə edilsə də, məhkəmə tərəfind ən qətnamədə həmin sübutlara ümumiyyətlə qiymət verilməmişdir. Qanuni qüvvəsini almış qətnamənin icrası ilə bağlı icra tədbirləri nəticəsində tərtib olunmuş aktlarla müəyyən olunur ki, aşkar edilmiş 2.041 ədəd dəmir borular, boruların təhvil verildiyi 2016-cı il 21 sentyabr tarixindən OTSC-nin mülkiyyəti hesab olunur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarında da qeyd olunmuşdur ki, tələbin əmlaka yönəldilməsi ilə bağlı məhkəmə qərardadı icra edildiyindən və üzərinə həbs qoyulmuş borular tələbkarın birbaşa sahibliyinə təhvil verildiyindən, həmin əmlak üzərində QTSC-nin qanunla qorunan mülkiyyət hüququ yaranmışdır. Bütün bunlara baxmayaraq Bakı Apellyasiya Məhkəməsi qeyd olunan məlumatları təhrif edərək, qəbul etdiyi qətnaməsində yazır ki, Ali Məhkə mənin İnzibatiİqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı ilə üzərinə həbs qoyulmuş boruların aparılan icra hərəkətləri nəticəsində tələbkar QTSC-yə verilməsi faktiki olaraq 2017-ci il 17 noyabr tarixindən sonra bas tutmuşdur. Halbuki 2017-ci il 17 noyabr tarixi ilə bağlı iş materiallarında heç bir sübut mövcud deyildir və məhkəmənin həmin tarixi haradan müəyyən etməsi məlum deyildir.
40. Həmçinin Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı göstərilmişdir ki, MTK tərəfindən Trestə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən, yuxarıda qeyd edilən hallara dair lazımi sübutlar məhkəməyə təqdim edilməmiş, bu barədə MTK-ya sübutlar təqdim edilməsi təklif olunsa da, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir. Beləliklə də, hazırkı iş üzrə iddianın əsasını təşkil edən borc müqaviləsini reallığı ilə bağlı iş materiallarında sübutlar olmadığı halda apellyasiya instansiyası məhkəməsi prosessual normaların tələbini kobud şəkildə pozmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Həmçinin nəzərə alınmamışdır ki, həm əvvəlki məhkəmə iclaslarında, həm də sonuncu apellyasiya instansiyası məhkəməsində iştirak edən Qənbər Fətullayev özü etiraf etmişdir ki, o, fiziki şəxs olaraq Trestin rəhbəri Yusif adlı şəxsə malların gömrük rəsmiləşdirilməsi ilə bağlı əlbəəl bir neçə dəfəyə pul vermişdir. Bununla da bir daha MTK ilə Trest arasında, yəni iki hüquqi şəxs arasında 2.099.200 manatın borc verilməsi ilə bağlı borc müqaviləsinin real müqavilə olmaması bir daha təsdiq olunmuşdur.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnamədə işə əlavə olunmuş foto görüntülərə (kosmik görüntülərə) istinad etməsi ciddi hesab oluna bilməz. Aydın deyil ki, bu görüntülər hansı agentliyə müraciət edərək əldə edilmişdir. Digər tərəfdən, mülki prosessual qanunvericiliyin tələbinə əsasən artıq ikinci dəfə apellyasiya məhkəməsində baxılmaqda olan iş üzrə yeni sübutun əldə edilməsinə yol verilmir. Məhz bu baxımdan apellyasiya instansiyası məhkəməsində sədrlik edən iddiaçı tərəfin vermiş olduğu sənədləri özünə geri qaytararaq, hazırkı mərhələdə əlavə sübut təqdim edilməsinə yol verilmədiyini bildirmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini əsaslandırmaq məqsədilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il tarixli 2 iyun qətnaməsi və Ali Məhkəmənin İnzibati-İqtisadi Kolle giyasının 2017-ci il 30 iyun tarixli qərarı arasında kolliziya mövcud olmasına istinad etmiş və bu hissədə daha da irəli gedərək KMP-nin qərarında müəyyən edilmiş hüquqi mövqeni nəzərə almamışdır. Halbuki KMP-nin 2020-ci il 14 fevral tarixli qərarda göstərilmişdir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı qəbul edildiyi andan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi isə daha gec tarixdən qüvvəyə mindiyindən Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı preyudisial əhəmiyyətə malik olur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 2019-cu il 30 yanvar tarixli qərarı ilə həmin məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarına düzgün hüquqi qiymət vermədən 1 saylı Ba kı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsinin preyudisial əhəmiyyət daşıması nəticəsinə gəlmiş və bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur. Daha sonra KMP-nin qərarında göstərilmişdir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 2018-ci il 2 oktyabr tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla MPMin 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan 2019-cu il 30 yanvar tarixli qərar qəbul etmiş, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur. Göründüyü kimi, KMP tərəfindən mübahisə predmeti olan boruların MTK-ya verilməsi nəticəsində QTSC-nin Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqlarının pozulması birmənalı şəkildə müəyyən edildiyi halda, apellyasiya instansiyası məhkəməsi yenə də həmin hüquqları pozmuşdur.
43. Adı çəkilən dəmir borular QTSC-nin mülkiyyətinə verildikdən sonra, həmin borular QTSC tərəfindən boruların istehsalçısı olan zavod qarşısında olan borcunun ödənilməsi məqsədilə əvəzləşdirilmiş və boruların məbləği QTSC-nin zavod qarşısında olan borcun məbləğindən çıxılmışdır. Belə olan vəziyyətdə həmin dəmir borularla bağlı iddiaya cavab verməli olan təşkilat QTSC deyil, məhz həmin zavod olmalıdır. Lakin məhkəmələr tərəfindən qətnamə qə bul edilərkən işin bu kimi mühüm əhəmiyyət kəsb edən halları da nəzərə alınmamışdır.
44. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddəsinin İ, 127-ci maddəsinin İİ və Vİİ, MM-in 152-ci, MPM-in 81, 88, 217.1, 217.4, 418-ci maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
46. Məhkəmə iclasında iştirak edən QTSC-nın vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə və ya qətnamənin ləğv edilərək yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
47. Məhkəmə iclasında iştirak edən MTK-nın vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.
48. Məhkəmə iclasındas iştirak edən MTK-nın nümayəndəsi vəkilinin dedikləri ilə razı olduğunu bildirdi və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
49. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
50. QTSC apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
52. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə
159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.” “Maddə
161. Özgə əşyasının sahibi və öz əşyasının sahibi Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.” “Maddə
166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur....” “Maddə
181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.... 181.6. Hüquqi şəxs yeni dən təşkil edildikdə, ona mənsub olmuş əmlaka mülkiyyət hüququ yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisi olan hüquqi şəxsə (hüquqi şəxslərə) keçir....” “Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra ha kimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.” “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....”
53. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
15. Məhkəmə aktlarının məcburiliyi... 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə
107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələbləri n məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” «Maddə
216. Qətnamənin çıxarılması və elan edilməsi …. 216.2. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır». “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....” “Maddə
371. Apellyasiya instansiyası məhkəməsində yeni sübutların qəbul edilməsi Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” 54. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
53. Üzərinə həbs qoyulmuş əmlakın satılması 53.1. Üzərinə həbs qoyulmuş ə mlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır....” “Maddə
55. İcra sənədində göstərilmiş əşyaların tələbkara verilməsi Əşyaların tələbkara verilməsi icra sənədində birbaşa göstərilmişdirsə, icra məmuru həmin əşyaları borcludan götürüb tələbkara verir və bu barədə akt tərtib edir. Tələbkar göstərilən əşyalardan imtina etdikdə, həmin əşyalar borcluya, icra sənədi isə müvafiq məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.” “Maddə
89. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı digər şəxslərin hüquqlarının müdafiəsi Tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.”
55. KMP-nin “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2014-cü il 30 oktyabr tarixli qərarının zərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2015-ci il 15 iyul tarixli qərarında qeyd edilmişdir ki: “Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.”
56. KMP-nin “MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd edilmişdir ki: “Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.”
57. KMP-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarında qeyd edilmişdir ki: “... tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 37-43) işin materialları ilə birgə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək aşağıdakı səbəblərdən kassasiya şikayətini əsassız hesab edir.
59. MTK və QTSC-nin hər ikisi mübahisə predmeti olan borular üzərində mülkiyyət hüququnun olmasını iddia edir. MTK öz mövqeyini MTK ilə Trest arasında borcun əvəzləşdirilməsinə dair 2016-cı il 13 iyul tarixli müqavilə ilə, QTSC isə Ali Məhkəmənin 2017ci il 30 iyun tarixli qərarında bu hüququn QTSC-yə məxsusluğunun qeyd olunması ilə əsaslandırır.
60. Halbuki Ali Məhkəmənin həmin qərarı QTSC-nin Trestə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılması nəticəsində deyil, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli qətnaməsinin icrası mərhələsində, məcburi icra tədbirləri qismində icra məmurunun təqdimatı üzrə qəbul edilmişdir. Başqa sözlə, Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarı mübahisənin mahiyyəti üzrə deyil, məhkəmə qətnaməsinin icrası mərhələsində, qərardaddan verilmiş şikayət üzrə qəbul edilmişdir.
61. Həmin iddianın predmetini isə hazırda mübahisə predmeti olan boruların deyil, Trestin QTSC qarşısında yaranmış borcunun Trestdən alınaraq QTSC-nin xeyrinə tutulması təşkil etmişdir. Məhkəmənin qətnaməsi ilə həmin iş üzrə iddia qismən təmin edilərək QTSCnin xeyrinə cəmi 6.468.936 manat pul vəsaitinin tutulması qət edilmişdir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları MM-in 14.2-ci maddəsində (bax yuxarıda § 52) konkret müəyyən olunmuşdur. Həmin əsaslardan birini mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları təşkil edir.
63. QTSC-nin istinad etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli qətnaməsi, yuxarıda qeyd olunduğu kimi, hazırkı iş üzrə mübahisə predmeti olan boruların deyil, cəmi 6.468.936 manat pul vəsaitinin Trestdən alınaraq QTSC-nin xeyrinə tutulmasını qət etmi şdir.
64. Bu o anlama gəlir ki, həmin qətnamə cəmi 6.468.936 manat pul vəsaiti ilə bağlı QTSC-yə münasibətdə mülki hüquqlar, Trestə münasibətdə isə, müvafiq olaraq, mülki vəzifələr yaratmışdır. Yəni bu qətnamənin icrası qaydasında Trestin QTSC-yə verməli olduğu maddi nemətləri məhz 6.468.936 manat pul vəsaiti təşkil etmişdir.
65. Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli qətnaməsi konkret olaraq borularla bağlı QTSC-yə münasibətdə mülki hüquqlar, Trestə münasibətdə isə, müvafiq olaraq, mülki vəzifələr yaratmamışdır.
66. QTSC ilə Trest arasında borularla bağlı mübahisənin meydana çıxması 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli qətnaməsinin icrası ilə əlaqədar 6.468.936 manat pul vəsaitinin icra məmuru tərəfindən tələbkarın xeyrinə alınmasının mümkün olmaması, bunun əvəzində icra prosesi zamanı boruların aşkar edillməsi ilə bağlı olmuşdur.
67. Odur ki, icra məmuru tərəfindən həmin borular deyil, qətnamənin icrasının təmini üçün borclu Trestə məxsus digər əmlak aşkar olunsaydı, icra tədbirləri qaydasında həmin əmlak QTSC-yə veriləcəkdi.
68. Məhkəmə aktlarının icrası qaydasında əmlakın borcludan alınaraq kreditora təhvil verilməsi MM-in yuxarıda istinad olunmuş 14.2-ci maddəsində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi nəzərdə tutulmamışdır.
69. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinin (bax yuxarıda § 54) məzmunundan da aydın olur ki, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı müb ahisə yarandıqda, həmin mübahisə qətnamənin icrası prosesi çərçivəsində həll oluna bilməz.
70. Beləliklə, icra məmuru tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015ci il 10 fevral tarixli qətnaməsinin icrası ilə əlaqədar, hazırda mübahisə predmeti olan boruların QTSC-nin sahibliyinə təhvil verilməsi QTSC-nin bu borular üzərində mülkiyyət hüququnun yaranması üçün əsas ola bilməz.
71. Bu baxımdan, QTSC-nin öz mövqeyini təsdiq etmək məqsədilə istinad etdiyi Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarı məhz məcburi icra tədbirləri qismində icra məmurunun təqdimatı üzrə qəbul edilmişdir. Ona görə də həmin qərarda trestə məxsus aşkar olunmuş 2.100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi, onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınsa da, qərarın əsaslandırıcı hissəsində borular üzərində tələbkar QTSC-nin qanunla qorunan mülkiyyət hüququnun yaranmasına istinad məsələnin əsl mahiyyətini dəyişə bilməz.
72. Kassatorun dəlilinin əsassızlığını həmçinin o da təsdiq edir ki, Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarında göstərilmişdir ki: “Hazırda 2014-cü il 20 iyun tarixli “Borc müqaviləsi” və 2016-cı il 13 iyul tarixli "xxxx" müqavilə məhkəmə qaydasında mübahisələndirilmədiyindən, Kollegiya həmin müqavilələrin etibarlılığı məsələsinə toxunmadan bəzi xüsusatları qeyd etməyi zəruri hesab edir.”.
73. Göründüyü kimi, Ali Məhkəmənin həmin qərarı ilə 2016-cı il 13 iyul tarixli "xxxx" müqaviləyə hüquqi qiymət verilməmiş, eləcə də həmin borularla bağlı hazırkı iş üzrə tərəflər arasında mübahisə mahiyyəti üzrə həl l edilməmişdir.
74. Onu da qeyd etmək lazımdır ki, QTSC-nin Trest və MTK-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi və boruların geri qaytarılması tələbi üzrə qəbul edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi ilə həmin boruların qanuni əsaslarla MTK-nın mülkiyyətində olması, QTSC-nin isə borular üzərində hər hansı əşya hüququnun olmadığı müəyyən edilmiş, bununla əlaqədar iddia rədd edilmişdir. QTSC həmin qətnaməni mübahisələndirməmiş, qətnamədə göstərilənlərlə razılaşmış, nəticədə qətnamə qanuni qüvvəyə minmişdir.
75. MPM-in 15.1, 15.2, 216.2 və 233.3-cü maddələrinin (bax yuxarıda § 53) imperativ xarakterli tələblərinə görə, məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. Məhkəmələrin qanuni qüvvəyə minmiş aktı bütün qurumlar, vəz ifəli şəxslər, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
76. Məhkəmə kollegiyası istinad olunan prosessual hüquq normalarının tələbləri baxımından qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi hazırda olduğundan,məhkəmə qətnamələrinin qanuni qüvvəsi ilə bağlı qanundan irəli gələn, yuxarıda qeyd olunmuş bütün hüquq i nəticələr həmin qətnaməyə də istisnasız olaraq aiddir.
77. Məhkəmə kollegiyası həmçinin qeyd edilməsini zəruri hesab edir ki, MTK, QTSC ilə Trest arasında yaranmış mübahisə ilə bağlı mahiyyəti üzrə keçirilmiş icraatda hər hansı prosessual statusda iştirak etməmişdir.. MTK yalnız həmin prosesin nəticəsi olaraq qəbul olunmuş məhkəmə qətnaməsinin icrası zamanı, icra onun maraqlarına toxunduğu üçün maraqlı şəxs kimi icraata cəlb edilmişdir. Ona görə də həmin qətnamənin icrası ilə bağlı qəbul olunmuş məhkəmə qərarlarında mülkiyyət hüququnun məxsusluğu ilə əlaqədar göstərilənlər MTK üçün MPM-in 82.3-cü maddəsinin (bax yuxarıda § 53) tələbləri baxımından preyudisial əhəmiyyət kəsb edə bilməz. Həmçinin yuxarıda istinad olunmuş “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinin (b ax yuxarıda § 54) məzmununa əsasən eyni qənaətə gəlmək mümkündür.
78. MM-in 14.2-ci maddəsinə (bax yuxarıda § 52) görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin digər əsasını, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər təşkil edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (MM-in 324.1-ci maddəsi – bax yuxarıda § 52). Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (MM-in 399.1-ci maddəsi – bax yuxarıda § 53).
79. KMP-nin formalaşdırdığı hüquqi möveyə (bax yuxarıda § 57) görə, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalıdır.
80. QTSC ilə Trest arasında bağlanmış 2013-cü il 1 oktyabr tarixli müqavilə üzrə borular sonuncunun mülkiyyətinə keçmişdir. Bununla əlaqədar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2017-ci il 2 iyun tarixli qətnaməsində belə qənaətə gəlmişdir ki, boruların hüquqi müqəddəratını təyin etmək səlahiyyəti də Trestə məxsus olmuşdur.
81. Trest isə MTK ilə 2016-cı il 13 iyul tarixində bağladığı müqavilədə boruların hüquqi taleyini həll etmiş, onları MTK-nın mülkiyyətinə vermişdir.
82. MM-in 181.1-ci maddəsinə (bax yuxarıda § 52) əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi ü çün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
83. Göründüyü kimi, Trest boruları 2013-cü il 1 oktyabr tarixində qanuni əsaslarla QTSC-dən alaraq, sonradan (2016-cı il 13 iyul tarixində) onları, yenə də qanuni əsaslarla MTK-ya vermiş, ona görə də MTK-nın 2016-cı il 13 iyul tarixindən etibarən borular üzərində mülkiyyət hüququ yaranmışdır.
84. Sonradan borular üzərində mülkiyyət hüququnun MTK-dan hər hansı müqavilə və ya digər əqd əsasında başqa şəxs(lər)ə keçməsi, yaxud MTK-nın borular üzərində mülkiyyət hüququna qanunla müəyyən edilmiş qaydada (o cümlədən məhkəmə aktı əsasında) xitam verilməsi işin materialları ilə təsdiq olunmur.
85. Belə olan halda, hər hansı əmlak (konkret halda mübahisə predmeti olan borular) üzərində şəxsin mülkiyyət hüququna xitam verilmədən digər şəxsin mülkiyyət hüququnun yaranması qeyri-mümkündür.
86. QTSC kassasiya şikayətində göstərmişdir ki, qanuni qüvvəsini almış qətnamənin icrası ilə bağlı icra tədbirləri nəticəsində tərtib olunmuş aktlarla müəyyən olunur ki, aşkar edilmiş 2.041 ədəd dəmir borular, boruların təhvil verildiyi 2016-cı il 21 sentyabr tarixindən QTSC-nin mülkiyyəti hesab olunur.
87. Halbuki yuxarıda qeyd olunduğu kimi, bundan iki ay səkkiz gün əvvəl – 2016-cı il 13 iyul tarixində MTK ilə Trest arasında borcun əvəzləşdirilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər borc verilmiş məbləğ ödənilə bilmədiyi üçün həmin məbləğin borc alana məxsus 2.200 ədəd boru ilə əvəzləşdirilməsi barədə razılığa gəlmiş, mübahisəli borular üzərində mülkiyyət hüququ MTK-ya keçmişdir.
88. Göründüyü kimi, qanu ni əsaslarla bağlanmış müqaviləyə əsasən, 2016-cı il 13 iyul tarixindən etibarən artıq MTK-nın borular üzərində mülkiyyət hüququ yaranmışdı. Belə olan halda 2016-cı il 21 sentyabr tarixindən QTSC-nin eyni borular üzərində mülkiyyət hüququnun yaranması qeyri-mümkün idi. Çünki 2016-cı il 21 sentyabr tarixinədək MTK-nın mülkiyyət hüququ qanuni əsaslarla başqa şəxs(lər)ə keçməmiş və ya xitam olunmamışdı.
89. Hətta icra məmurunun təqdimatı əsasında 2.100 ədəd borunun üzərinə həbs qoyulmasına, borc tələbinin həmin borulara yönəldilməsinə və boruların xüsusi mühafizə zonasında yerləşdirilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı da 2016-cı il 26 iyul tarixində, yəni MTK ilə Trest arasında borcun əvəzləşdirilməsinə dair müqavilə bağlandıqdan 13 gün sonra çıxarılmışdır.
90. Əmlaka qanuni əsaslarla mülkiyyət hüququ əldə etmiş MTK, bu hüququn qorunması üçün MM-in 157.2 və 157.5-ci maddələrinə (bax yuxarıda § 52) uyğun olaraq müvafiq tədbirlər görmək hüququna malikdirdir.
91. Ona görə də borular üzərində mülkiyyət hüququna malik olan MTK həmin boruları QTSC-nin qanunsuz sahibliyindən tələb edərkən haqlıdır.
92. QTSC-nin əsas dəlillərindən biri ondan ibarətdir ki, dəmir borular heç vaxt MTK-nın sahibliyində olmamışdır.
93. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işə əlavə olunmuş foto görüntülərdə (kosmik görüntülər) 2014-cü il 12 aprel tarixindən 2016-cı il 26 avqust tarixinədək olan dövrdə MTK-ya məxsus ərazidə dəmir boruların mövcud olduğu müşahidə olunur. Həmçinin, işə əlavə olunmuş digər fotoşəkillər üzrə də boruların MTK-ya mə xsus ərazidə yerləşdiyinin QTSC tərəfindən mübahisələndirildiyi müəyyən olunmur. Əksinə, QTSC-nin birinci instansiya məhkəməsinin 2018-ci il 11 iyun tarixində keçirilən məhkəmə iclasında iştirak edən nümayəndəsi (qanuni təmsilçisi) Y1 MTK-nın nümayəndəsi Q.Fətullayevin “boruların 2014-cü ildən artıq onlara məxsus Güzdək qəsəbəsində əraziyə gətirildiyi” sözləri qarşılığında məhkəmənin sualını cavablandırarkən aşağıdakıları bildirmişdir: “Bir dəfə bu şəxs ona zəng etdi... mən boruların mənim olduğunu bildirəndə, "xxxx"in borunu ona verdiyini” demişdir. İş materiallarına əsasən isə müəyyən olunur ki, "xxxx" adlı şəxs MTK ilə borc və borcun əvəzləşdirilməsi müqavilələrini bağlayan Trestin rəisidir (X9).
94. Kassator öz şikayətində məhkəmənin istinad etdiyi həmin halların həqiqiliyini, mötəbərl iyini təkzib edən, eləcə də apellyasiya instansiyası məhkəməsinin müvafiq qiymətləndirmə zamanı hər hansı hüquq normasını pozmasına dair dəlillər gətirməmişdir.
95. Nəzərə alınmalıdır ki, boruların icra məmuru tərəfindən QTSC-yə akt əsasında 2016cı il 21 sentyabr tarixində təhvil verilməsi 2016-cı il 26 avqust tarixinədək olan vəziyyəti əks etdirən foto (kosmik) görüntülərin mötəbərliyinə dəlalət edir.
96. Foto (kosmik) görüntülərlə bağlı kassator öz şikayətində göstərmişdir ki, artıq ikinci dəfə apellyasiya məhkəməsində baxılmaqda olan iş üzrə yeni sübutun əldə edilməsinə yol verilmir.
97. Halbuki həmin görüntülər (İİ cild, i/v 5-9) hələ işə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə təqdim olunmuş və işin materiallarına əlavə edilmişdir. MPM-in 371-ci maddəsinin (bax yuxarıda § 53) tələbləri baxımından, bu görüntülər yeni sübut kimi qiymətləndirilə bilməz.
98. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisəli boruların qanuni mülkiyyətçisinin MTK olması barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, qanuni əsaslarla bağlanmış müqaviləyə əsasən, 2016cı il 13 iyul tarixindən etibarən MTK-nın borular üzərində mülkiyyət hüququ yaranmışdı. Habelə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borular QTSC-dən əvvəl MTK-nın faktiki sahibliyində olmuşdur.
99. QTSC-nin boruların heç vaxt MTK-nin sahibliyində olmamasına dair istinad etdiyi hallardan biri ondan ibarətdir ki, işin məhkəmədə baxılması zamanı MTK-nın Bakı şəhəri Nəsimi rayon Məhkəməsində dəmir boruların onların sahibliyinə verilməsi ilə bağlı qaldırdığı iddia tələbi ilə əlaqədar həmin məhkəmənin və apellyasiya instansiyası məhkəməsinin qərardadlarına əsasən dəmir borular heç vaxt MTK-nın sahibliyində olmamışdır.
100. Əvvəla, QTSC-nin istinad etdiyi Nəsimi rayon məhkəməsinin boruların üzərinə həbs qoyulmasına dair 2016-cı il 10 noyabr tarixli qərardadı (İ cild, i/v 182) QTSC-nin elə özünün şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 7 dekabr tarixli qərardadı ilə ləğv edilmişdir (İ cild, i/v 177). Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadında isə boruların heç vaxt MTK-nın sahibliyində olmaması halı ümumiyyətlə müəyyən edilməmişdir.
101. İkincisi, qeyd edildiyi kimi, boruların əvvəlcə MTK-nın faktiki sahibliyində olduğu, sonradan isə icra məmuru tə rəfindən 2016-cı il 21 sentyabr tarixində QTSC-yə akt əsasında təhvil verildiyi nəzərə alındıqda, MTK-nın Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə dəmir boruların üzərinə həbs qoyulması üçün müraciət etməsi əslində QTSC-nin deyil, MTK-nın mövqeyinin əsaslılığına dəlalət edir.
102. Kassatorun digər dəlili ondan ibarətdir ki, Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarında göstərilmişdir ki, MTK tərəfindən Trestə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, bu barədə MTK-ya sübutlar təqdim edilməsi təklif olunsa da, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir.
103. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil hazırkı işin həlli üçün əhəmiyyət kəsb etmədiyindən əsassızdır.
104. Əvvəla, ona görə ki, MTK-nın hazırkı iddiasının predmetini boruların QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması təşkil edir.
105. Borcun verilməsi niyyəti olmadan bağlanan müqavilə MM-in 340.1-ci maddəsinə (bax yuxarıda § 52) görə, uydurma əqddir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
106. Lakin qeyd olunduğu kimi, MTK ilə Trest arasında bağlanmış borc müqaviləsinin etibarsızlığına dair QTSC-nin iddiası məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə rədd olunduğundan, eləcə də bu məsələ Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarı qəbul olunarkən kassasiya baxışının predmeti olmadığından, hazırkı işin həlli üçün ümumiyyətlə əhəmiyyət kəsb etmir.
107. Kassatorun dəlillərindən biri də odur ki, adı çəkilən dəmir borular QTSC-nin mülkiyyətinə verildikdən sonra, həmin borular QTSC tərəfindən boruların istehsalçısı olan zavod qarşısında olan borcunun ödənilməsi məqsədilə əvəzləşdirilmiş və boruların məbləği QTSC-nin zavod qarşısında olan borcun məbləğindən çıxılmışdır. Belə olan vəziyyətdə həmin dəmir borularla bağlı iddiaya cavab verməli olan təşkilat QTSC deyil, məhz həmin zavod olmalıdır.
108. Məhkəmə kollegiyası bu dəlillə də razılaşmır. Belə ki, tələbin əmlaka yönəldilməsi qətnamənin icrası zamanı həll olunan məsələlərdir. Zavoda gəldikdə isə, MTK ilə zavod arasında hər hansı öhdəlik münasibəti mövcud deyildir. Belə ki, MM-in 386.1-ci maddəsinə (bax yuxarıda § 51) görə, öhdəliyin əmələ gəlməsi üçün aşağıdakı əsaslardan ən azı biri mövcud olmalıdır: 1) müqavilə; 2) zərər vur ulması; 3) əsassız varlanma; 4) MM-də nəzərdə tutulmuş digər əsaslar. Hazırkı işdə həmin əsasların mövcudluğu apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmiş, kassator isə bununla bağlı öz şikayətində tutarlı dəlillər gətirə bilməmişdir. Bununla əlaqədar MTK tərəfindən hazırkı iddianın zavoda qarşı qaldırılması qeyri-mümkündür.
109. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla, iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Nəticə hissəsi:
110. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh QTSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 fevral tarixli 22(103)-70/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.