Məhkəmə qərarları › İş №2-2(102)-302/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-302/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-302/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 qarş ı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 fevral tarixli 2-2(104)85/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2011-ci il 7 aprel tarixli, 24 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalan Cavabdeh1 Firmasına 200 000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 Firması isə 60 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 2. **********590 saylı 2021-ci il 26 avqust tarixli, **********982 saylı 2021-ci il 21 sentyabr tarixli bildirişlərin surətindən görünür ki, cava bdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. 3. 2011-ci il 7 aprel tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, 2011-ci il 7 aprel tarixli, 24 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. 5. 2021-ci il 28 avqust tarixli maliyyə arayışının surətindən görünür ki, 2011-ci il 7 aprel tarixli, 24 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin banka olan borcu 14.499,49 manat əsas, 2.041,65 manat faiz, 2.827,95 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 3.583,83 manat faiz borcu olmaqla, kredit üzrə cəmi borcu 22.952,92 manat təşkil edir.

6. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair 2022-ci il 30 avqust tarixli, 02- 98/22 nömrəli ekpertiza rəyində “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC tərəfindən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evinin bazar dəyəri 83 000 manat, likvid dəyəri isə 74 000 manat kimi qeyd edilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əma nətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 22.952,92 manat-bundan 14.499,49 manat əsas, 2.041,65 manat faiz, 2.827,95 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 3.583,83 manat faiz borcu, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 30 manat, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərc Cavabdeh1 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Gəncə şəhəri, Niza mi rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evinə yönəlməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının İmişli filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 2011-ci il 7 aprel tarixli 24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2006-cı il 1 avqust tarixli MH seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evin ipoteka qoyulması barədə bank ilə Cavabdeh2 arasında 2011-ci il 7 aprel tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********590 saylı 2021-ci il 26 avqust tarixli, **********982 saylı 2021-ci il 21 sentyabr tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredi t borcunun banka qaytarılmasını təmin etməmişlər. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması iddiaçı lisenziyasının ləğvindən əvvəl, yəni iddiaçının fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, iddiaçı öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehə 2014-cü il 14 avqust tarixli, 101/15 saylı kredit müqaviləsi üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhk əmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. 2021-ci il 22 aprel tarixinə Cavabdeh1 MMC-nin kredit üzrə cəmi borcu 22.952,92 manat təşkil etmişdir. Bundan 14.499,49 manat əsas, 2.041,65 manat faiz, 2.827,95 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 3.583,83 manat faiz borcu təşkil edir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.3, 36.2, 59.3.1, 39.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.7, 295, 317.1, 319.1, 385.1, 442, 445.2.1, 445.2.2, 445.3, 739.1, 445.7, 465, 449.1, 449.4-cü maddələrinə, “Medias iya haqqında” Qanunun 36.5, 3.4-cü maddələrinə istinad etmişdir.

10. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

11. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia irəli sürərkən iddia müddətini ötürmüşdür. 3 ildən çox müddət keçməsinə baxmayaraq ona xəbərdarlıq edilməmiş və qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edilməmişdir.

13. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 26 iyun tarixli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir (sərdlik edən hakim K.Vəliyev). 14. "xxxx" MMC-nin 2022-ci il 30 avqust tarixli, 02-98/22 saylı ekspert rəyinə əsasən ekspert qarşısında qoyulmuş suala uyğun olaraq Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı yaşayış evinin 2022-ci il 30 avqust tarixinə bazar dəyəri 83.000 manat, likvid qiyməti 74.000 manat təşkil etmişdir.

15. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 10 noyabr tarixli e-2-2(115)-1141/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (sədrlik edən hakim –Z.Axundova).

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmiş və hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi halı mövcuddur. Belə ki, kredit müqaviləsi 2011-ci il 7 aprel tarixdə bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 5 il müəyyən edilmişdir. Qeyd edilən 5 illik müddət 2016-cı il 7 aprel tarixində bitmişd ir. İddiaçı isə 2022-ci il 23 may tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddəti ötürülmüşdür. Müddətin ötməsini istisna edən hallar mövcud deyildir. İddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

17. Məhkəmə bu qənaətini MM-in 372.1, 373.2, 376, 377.2, 378, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4, 218.3, 10-1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 10 noyabr tarixli, e-2-2(115)-1141/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icra at

19. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 fevral tarixli, 2-2(104)-85/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommesiya Məhkəməsinin 2022-ci il 10 noyabr tarixli e-2-2(115)1141/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).

20. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının İmişli filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 2011-ci il 7 aprel tarixli 24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nə 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmiş, verilmiş kreditin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında 2011-ci il 7 aprel tarixli ipoteka müqaviləsi ba ğlanmışdır. İddiaçı müqavilə öhdəliyini yerinə yetirib razılaşdırılmış pul məbləğini müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə qaytarılması şərti ilə cavabdehə vermiş olsa da, sonuncu müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və onun yuxarıda göstərilən məbləğdə borcu ödənilməmiş qalmışdır. Yəni cavabdehin həmin kredit müqaviləsi üzrə müqavilə şərtlərini pozub götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi və yuxarıda qeyd olunan məbləğdə borcunun olması mübahisəsizdir. Cavabdehin kredit öhdəliyinin təminatı kimi daşınmaz əmlak olan fərdi yaşayış evi ipoteka ilə yüklü edildiyinə görə iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsinə dair tələb irəli sürmək hüququ da qanunla təsbit olunmuşdur və iddiaçı bu kimi tələblə müraciət etmişdir.

21. Lakin qeyd olunmuşdur ki, qanunvericilik mülki hüquq və vəzifələrin yaranması, dəyişməsi və xitamını məhz müddətlərin başlanması və ya xitamı ilə əlaqələndirir və pozulmuş hüquqların bərpa edilməsi üçün müddətlər müəyyən edilmişdir.

22. Tərəflər arasında bağlanmış 2011-ci il 7 aprel tarixli, 24 nömrəli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən müəyyən müddət ödənişlər edilmişdir. Müqavilənin müddəti, yəni müqavilə üzrə öhdəliyin icra müddəti 2016-cı il 7 aprel tarixdə bitmişdir. Odur ki, iddia müddətinin axımı 2016-cı il 8 aprel tarixdən başlanmış hesab edilir və 2019-cu il 7 aprel tarixdə bitmişdir.

23. Beləliklə, məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan 2011-ci il 7 aprel tarixli, 24 nömrəli kredit müqaviləsi üzrə müqavilənin müddəti 2016-cı il 7 aprel tarixdə başa çatmışdır. İddiaçı “Kredit müqaviləsi” üzrə hüquqlarının pozulduğunu ən geci müqavilənin bitdiyi 2016-cı il 7 aprel tarixdə bildiyindən və heç bir üzürlü səbəb olmadan qanunla müəyyən olunmuş 3 illik iddia müddətini keçirdiyindən məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur.

24. Apellyasiya şikayətinin dəlillərində göstərilmişdir ki, iddiaçı 2016-cı il 22 iyul tarixində ləğv edildiyinə və iş yükü kəskin artdığına, həmçinin yeni Mediasiya institutu yarandığına görə məhkəməyə gec müraciət edilmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız saymış və bildirmişdir ki, qeyd edildiyi kimi iddiaçı 2010-cu il 22 iyul tarixdə məcburi ləğv edilmiş olsa da, iddiaçı mediasiyanın tətbiqi ilə bağlı 2022-ci ilin aprel ayında, yəni müqavilə üzrə icra müddəti keçdikdən altı il sonra, iddia müddəti isə keçdikd ən üç il sonra müraciət etmiş, iddia müddətinin üzrlü səbəbdən keçməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.

26. Apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd etmişdir ki, işdən göründüyü kimi kredit vəsaiti “Qalxan R” firmasına verilmiş, sonuncu götürdüyü 200 000 manat kreditin əsas hissəsini ödəmiş, əsas borc üzrə 15 000 manata yaxın borcu qalmışdır. Həmin bank 2016-cı ilin iyul ayında ləğv edilmiş, ipoteka qoyan Cavabdeh2 2018-ci il 18 sentyabr tarixdə tutduğu vəzifədən, yəni iddiaçının Kəpəz filialının müdiri vəzifəsindən azad olunmuş, 2018-ci il 23 iyul tarixli təhvil-təslim aktından göründüyü kimi 150 adda kredit dosyesi, o cümlədən “Qalxan R” firmasının kredit dosyesi iddiaçıya təhvil verilmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız saymışdır.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 739.1, 739.2, 385.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 372, 373, 377.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarixli qərarına, MPM-in 77.1, 14.2, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 21 fevral tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

29. İddiaçı 2023-cü il 7 aprel tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassas iya şikayətinin dəlilləri

30. MM-in 377.2, 375.2, 399.3, 399.4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən borcun tutulması barədə iddiası rədd edilərkən iddiaçının hüquqlarının pozulmasını nəzərə almamışdır.

31. Məhkəmə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edərkən, iddia ərizəsinin kredit müqavilələri üzrə iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunduğu qeyd olunmuşdur. Məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı müqavilənin icra müddətinin bitdiyi tarixdən hesablanması və iddia tələbinin rədd edilməsi düzgün deyildir. Çünki hakim işin tam və obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi.

32. Gəncə Apellyasiya Məhkəməsi iddia ərizəsini iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərək iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulubpozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 200.000 manat məbləğində kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir. Beləliklə, iddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququnda irəli gəldiyindən iddia tələbi təmin olunmalı və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tut ulmalıdır.

33. Lakin məhkəmə sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmişdir və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir.

34. MPM-in 88, 217, 385.1-ci maddələrinin tələbləri pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

35. Gəncə Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir.

36. Məhkəmə tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır. 4

0. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəx si qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüqu qlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə gör ə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarixli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzə rdə tutulur: kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Yenə həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətin in şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.

2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

44. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansi yası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 fevral tarixli, 2-2(104)-85/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

47. İddiaçının kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, apellyasiya instansiya məhkəməsi qə tnamə qəbul edərkən iddia müddətini tətbiq edərək iddianı rədd etməkdə düzgün qərar qəbul etməmişdir.

48. Belə ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlardan və istinad olunan maddi hüquq normalarından göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 2011-ci il 7 aprel tarixli 24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nə 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmiş, verilmiş kreditin təminatı kimi Bank ilə Cavabdeh2 arasında 2011-ci il 7 aprel tarixli ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliyini yerinə yetirib razılaşdırılmış pul məbləğini müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə qaytarılması şərti i lə cavabdehə vermiş olsa da, sonuncu müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və onun yuxarıda göstərilən məbləğdə borcu ödənilməmiş qalmışdır. Yəni cavabdehin həmin kredit müqaviləsi üzrə müqavilə şərtlərini pozub götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi və yuxarıda qeyd olunan məbləğdə borcunun olması mübahisəsizdir. Cavabdehin kredit öhdəliyinin təminatı kimi daşınmaz əmlak olan fərdi yaşayış evi ipoteka ilə yüklü edildiyinə görə iddiaçının tələbin ipoteka predmetinə yönəldiləsinə dair tələb irəli sürmək hüququ da qanunla təsbit olunmuşdur və iddiaçı bu kimi tələblə müraciət etmişdir.

49. Lakin qeyd olunmalıdır ki, qanunvericilik mülki hüquq və vəzifələrin yaranması, dəyişməsi və xitamını məhz müddətlərin başlanması və ya xitamı ilə əlaqələndirir və pozulmuş hüquqla rın bərpa edilməsi üçün müddətlər müəyyən etmişdir.

50. İşə baxmış məhkəmələr tərəfindən (§§ 11,12 də göstərilən ərizə baxımından ) iddianın qaldırılması üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin buraxılması müəyyən edilmiş və iddia təmin olunmamışdır.

51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində düzgün olaraq qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 2011-ci il 7 aprel tarixli, 24 nömrəli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən müəyyən müddət ödənişlər edilmişdir. Müqavilənin müddəti, yəni müqavilə üzrə öhdəliyin icra müddəti 2016- cı il 7 aprel tarixdə bitmişdir. Odur ki, iddia müddətinin axımı 2016-cı il 8 aprel tarixdən başlanmış hesab edilir və 2019cu il 7 aprel tarixdə bitmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC ilə cavabdehlər arası nda olan 2011-ci il 7 aprel tarixli, 24 nömrəli kredit müqaviləsi üzrə müqavilənin müddəti 2016-cı il 7 aprel tarixdə başa çatmışdır. İddiaçı ASC “Kredit müqaviləsi” üzrə hüquqlarının pozulduğunu ən geci müqavilənin bitdiyi 2016-cı il 7 aprel tarixdə bildiyindən və heç bir üzürlü səbəb olmadan qanunla müəyyən olunmuş 3 illik iddia müddətini keçirdiyindən məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur.

52. İddiaçı ASC 2016-cı il 22 iyul tarixdə ləğv edildiyinə və iş yükü kəskin artdığına, həmçinin yeni mediasiya institutu yarandığına görə məhkəməyə gec müraciət edilmişilə bağlı gətirdiyi dəlil də aşağı instansiya məhkəməlsəri tərəfindən qiymətləndirilmiş, o cümlədən göstərilmişdir ki, İddiaçı ASC 2010-cu il 22 iyul tarixdə məcburi ləğv edilmiş olsa da, iddiaçı mediasiyanın tətbiqi ilə bağlı 2022-ci ilin aprel ayında, yəni müqavilə üzrə icra müddəti keçdikdən altı il, iddia müddəti isə keçdikdən üç il sonra müraciət etmiş, iddia müddətinin üzrlü səbəbdən keçməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.

53. Apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə müəyyən etdiyi haldan aydın olur ki, kredit vəsaiti “Qalxan R” firmasına verilmiş, sonuncu götürdüyü 200.000 manat kreditin əsas hissəsini ödəmiş, əsas borc üzrə 15 000 manata yaxın borcu qalmışdır. Həmin bank 2016-cı ilin iyul ayında ləğv edilmiş, ipoteka qoyan Cavabdeh2 2018-ci il 18 sentyabr tarixdə tutduğu vəzifədən, yəni Ləğv prosesində olan İddiaçı ASCnin Kəpəz filialının müdiri vəzifəsindən azad olunmuş, 2018-ci il 23 iyul tarixli təhvil-təslim aktından göründüyü kimi 150 adda kredit dosyesi, o cümlədən “Qalx an R” firmasının kredit dosyesi iddiaçıya təhvil verilmişdir.

54. Kassasiya şikayətinin dəlillərinə ümumilikdə münasibətdə məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericilikdə birbaşa tənzimlənmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Buna görə də kassatorun vicdanlılıq prinsipinə istinad edərək, müqavilədən yaranan öhdəliklərin icra olunmasına qədər müqavilənin qüvvədə olması prezumpsiyası əsassızdır və qanunun müəyyən etdiyi qaydalarla uyğunsuzluq təşkil edir.

55. Bundan başqa kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən mübahisənin araşdırılmadan iddia müddətinin tətbiq etməsi dəlilini də əsassız sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qətnamədə işin materialında olan sənədlərə istinad etməklə iddianın təmin olunmaması ilə bağlı gəlinmiş nəticəni qanuni hesab etmiş, yalnız bundan sonra hazırki tələbə iddia müddətinin tətbiq edilməsi məsələsinə hüquqi qiymət vermişdir (§20).

56. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

57. Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunması n. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 fevral tarixli, 2-2(104)-85/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar