Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-302/2025 04.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərrac protokolunun imzalanmış hesab edilməsi, hərracın keçirilmə qaydası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər X9 və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı hərrac protokolunun imzalanmış hesab edilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsin in Kommersiya Kollegiyasının 2024-cü il 24 dekabr tarixli, 2-2(103)-1218/2024 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X8, Qanuni nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında 2008-ci il 1 may tarixdə 22 HS nömrəli, 2009-cu il 15 oktyabr tarixdə 664 H nömrəli və 665 H nömrəli kredit müqavilələri bağlanmış, müqavilələr üzrə adı çəkilən MMC-nə müvafiq olaraq 240 000 manat, 209 200 manat və 700 000 manat kredit verilmiş, X3 məxsus ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzil, X6 məxsus ünvan 2 ünvanında yerləşən 20 nömrəli mənzil və Qanuni nümayəndə1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospe kti, 78v nömrəli binanın 1-ci mərtəbəsindəki 123 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi kredit öhdəliklərinin təminatı qismində bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. MMC kredit öhdəliklərini yerinə yetirmədiyindən bank tərəfindən məhkəməyə müraciət olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2012-ci il 4 sentyabr tarixli qətnaməsinə əsasən "xxxx" MMC-dən bankın xeyrinə ümumilikdə 1 320 278 manat kredit borcunun, 20 manat dövlət rüsumunun və digər xərclər üçün 270 manat pul məbləğinin tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi 2013-cü il 14 iyun tarixdə qanuni qüvvəsini almış, 2013-cü il 19 noyabr tarixdə icraya yönəldilərək, müvafiq icra sənədində, "xxxx" MMC-dən 2008-ci il 1 may tarixli 22HS saylı kr edit müqaviləsinə görə 240 000 manat əsas, 19 088 manat faiz, 2009-cu il 15 oktyabr tarixli 664 H saylı kredit müqaviləsinə görə 139 801 manat əsas, 52 030 manat faiz, xx.xx.2009-cu il tarixli 665H saylı kredit müqaviləsinə görə 700 000 manat əsas, 169 459 manat faiz borcu olmaqla, ümumilikdə 1 320 278 manat kredit borcunun, ödənilmiş 20 manat dövlət rüsumunun, digər xərclər üçün 270 manatın tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələbin Qanuni nümayəndə1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 0,1150 ha torpaq sahəsində yerləşən 78v nömrəli binanın İ mərtəbəsində 123 kv.m ümumi, 107,2 kv.m əsas, 15,8 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə, X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində 0,04 ha t orpaq sahəsində yerləşən 10 nömrəli, 9 mərtəbəli binada 40,0 kv.m sahədən ibarət 3 otaqlı 20 nömrəli mənzilə və X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində 0,1525 ha torpaq sahəsində yerləşən 119 nömrəli, 9 nömrəli binanın 6-cı mərtəbəsində 97,08 kv.m ümumi, 76,18 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 73 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, realizə edilmiş əmlakların dəyərindən 1 320 278 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə ödənilməsi göstərişi verilmişdir.
4. İcra vərəqəsi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, icra şöbəsi ipoteka predmetlərinin açıq hərracda satılması üçün 2021-ci il 25 may tarixdə "xxxx" MMCyə sifariş vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli qərarı ilə İddiaçı ASC müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. 6. "xxxx" MMC “Birja Yenilikləri” qəzetinin 2021-ci il 22 iyul tarixli 256 nömrəli buraxılışında təkrar hərracların baş tutmaması barədə elan dərc etdirmiş, eyni tarixdə Binəqədi rayon İcra şöbəsinə, İddiaçı ASC-yə, "xxxx" MMC-yə, Qanuni nümayəndə1, X7 və X3 məktub ünvanlayaraq bildirmişdir ki, “... ipoteka predmetlərinin təkrar hərraclarının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 2021-ci il 22 iyul tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 151 000 manat, 92 437,50 manat və 286 875 manat olmaqla ipoteka saxlayana təklif olunur, “İpoteka haqqında” Qanunun 43.7, 43.8-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Mülki Məcəllənin 298.2, 319.3.5ci maddələrinə müvafiq olaraq hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur”.
7. Həmin təklif məktubu 2021-ci il 28 iyul tarixdə bank tərəfindən ştamp vurulmaqla qəbul edilmişdir.
8. Ləğv prosesindəki İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin direktoru Maisə Əsgərovaya ünvanlanmış 2021-ci il 4 avqust tarixli məktubda, ipoteka ilə yüklü olan
1. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində ev 10, mənzil 20;
2. Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 119, mənzil 73;
3. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V saylı binada yerləşən qeyri-yaşayış binasının təkrar hərr acdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə, yəni 1. 51 000 manata; 4. 92 437,50 manata; 5. 286 875 manata LPO İddiaçı ASC tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin LPO İddiaçı ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir.
9. Həmin cavab məktubu 2021-ci il 11 avqust tarixdə "xxxx" MMC tərəfindən ştamp vurulmaqla qəbul edilmişdir.
10. Ləğv prosesindəki İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2021-ci il 12 avqust tarixli məktubda, 2021-ci il 4 avqust tarixli **********757 saylı məktubla əmlakların əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolu n tərtib olunması və həmin əmlakların ləğv prosesində olan İddiaçı ASC-nin adına rəsmiləşdirilməsinə göstəriş verilməsinin xahiş edildiyi, əmlakların əldə edilməsi təklifinin qəbul olunmasına baxmayaraq, xidmət haqqının ödənilməsinə, alqı-satqı müqaviləsinin bağlanmasına və hərracın yekun protokolunun tərtib olunmasına dair sənədlərin hazır olması barədə məlumatın daxil olmadığı, qeyd edilən sənədlərin 2021-ci il 20 avqust tarixinə qədər hazırlanması xahiş edilmişdir.
11. Ləğv prosesindəki İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2021-ci il 16 sentyabr tarixli məktuba əsasən, bank tərəfindən 2021-ci il 4 avqust tarixli **********757 saylı məktubla cavab, sənədlərin hazırlanması və təqdim edilməsi barədə 2021-ci il 12 avqust tarixli ərizə verilməsinə baxmayaraq, xidmət haqqının ödən ilməsinə, alqı-satqı müqaviləsinin bağlanmasına və hərracın yekun protokolunun tərtib olunmasına dair sənədlərin hərrac mərkəzi tərəfindən təqdim edilmədiyi bildirilərək, sənədlərin hazırlanması və təqdim edilməsi xahiş olunmuşdur.
12. Ləğv prosesindəki İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2021-ci il 21 oktyabr tarixli məktubda da, bank tərəfindən 2021-ci il 4 avqust tarixli **********757 saylı məktubla cavab, sənədlərin hazırlanması və təqdim edilməsi barədə 2021-ci il 12 avqust tarixdə sənədlərin təqdim edilməsi barədə ərizə verilməsinə baxmayaraq, xidmət haqqının ödənilməsinə, alqı-satqı müqaviləsinin bağlanmasına və hərracın yekun protokolunun tərtib olunmasına dair sənədlərin hərrac mərkəzi tərəfindən təqdim edilmədiyi bildirilmiş, sənədlərin hazırlanması və təqdim edilməs i xahiş olunmuşdur. 13. "xxxx" MMC tərəfindən 2021-ci il 5 noyabr tarixli 237, 238 və 239 nömrəli hesabfakturalar və 2021-ci il 11 noyabr tarixli EBBM 217505, EBBM 217909 və EBBM 217265 seriya və nömrəli elektron qaimələrlə hərracların keçirilməsi barədə xidmət haqqı hesablanaraq ləğv prosesindəki İddiaçı ASC-nə göndərilmiş, bank tərəfindən göstərilən xidmət haqları 2021-ci il 24 noyabr tarixli ödəniş tapşırıqları əsasında ödənilmişdir. 14. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 2021-ci il 29 noyabr tarixli müqavilələrə və protokollara əsasən, X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 119 saylı evin 73 saylı mənzili 92 437,5 manata, Qanuni nümayəndə1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v nömrəli binanın 1-ci mərtəbəsi ndə 123 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 286 875 manata, X6 məxsus ünvan 2 ünvanında yerləşən 20 nömrəli mənzili 51 000 manata LPO İddiaçı ASC-yə satılmışdır.
15. Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 119 saylı evin 73 saylı mənzili tam mülkiyyət hüququ üzrə 2022-ci il 17 iyun tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 10 saylı evin 20 saylı mənzili tam mülkiyyət hüququ üzrə 2022-ci il 17 iyun tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2023-cü il 6 yanvar tarixdə ləğv prosesindəki İddiaçı ASC-nin adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
16. Qanuni nümayəndə1 İddiaçı ASC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 15 dekabr tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 7 avqust tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin 2019-cu il 26 dekabr tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
17. X2, X5 və Qanuni nümayəndə1 Binəqədi rayon İcra şöbəsinə və ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, çıxarışların qaytarılması” tələbləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2023-cü il 7 aprel tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 28 iyul tarixli qətnaməsi ilə ləğv olunaraq iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə ç ıxarılmış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Ali Məhkəmənin 2023-cü il 20 dekabr tarixli qərarı ilə ləğv edilərək həmin mülki iş təkrar apellyasiya baxışına qaytarılmışdır.
18. Hazırda sözügedən mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır və hazırda baxılan kommersiya mübahisəsi üzrə yekun məhkəmə aktı çıxarılanadək onun icraatı dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
19. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2013-cü il 4 iyun tarixli 2(103)-6471/2013 nömrəli qətnamə sinə əsasən tutmanın yönəldiyi X8 (bundan sonra – “X.Qurbanova”) tərəfindən ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən 73 nömrəli mənzilin, X10 (bundan sonra – “C.Qurbanova”) tərəfindən ipoteka qoyulmuş ünvan 5 ünvanında yerləşən 20 nömrəli mənzilin və Qanuni nümayəndə1 (bundan sonra – “Qanuni nümayəndə1”) tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v nömrəli binanın 1-ci mərtəbəsində 123 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən əldə olunması barədə protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
20. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxx x" MMC arasında bağlanmış kredit müqavilələri üzrə ümumilikdə 1.320.278 manat borc yaranmış və bu borcun təminatı məqsədilə X.Qurbanova, C.Qurbanova və Qanuni nümayəndə1 məxsus daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmişdir. Kredit öhdəliklərinin pozulması nəticəsində Bakı Apellyasiya Məhkəməsinin 2013-cü il 4 iyun tarixli qətnaməsi ilə həmin əmlaklara tutma yönəldilmiş və açıq hərrac yolu ilə satılması qərara alınmışdır. İcra orqanı tərəfindən "xxxx" MMC-yə hərracın təşkili sifariş verilmiş, lakin təkrar hərraclar baş tutmamış, bu barədə 2021-ci il 22 iyul tarixli qəzetdə elan verilmiş və “İpoteka haqqında” Qanunun 43.7ci maddəsinə əsasən ipoteka saxlayana əmlakların satış qiymətinin 25%-dən az olmayan məbləğlərlə təklifi edilmişdir. İddiaçı bu təklifi 2021-ci il 4 avqust tarixli məktubla qəbul etmiş və protokolun imzalanması, alqı-satqı müqavilələrinin bağlanması və əmlakların adına rəsmiləşdirilməsi üçün göstəriş vermişdir. Buna baxmayaraq, hərrac təşkilatçısı tərəfindən protokollar yalnız üç aydan sonra 2021-ci il 29 noyabr tarixində təqdim olunmuşdur. Bu səbəbdən protokol qanunla nəzərdə tutulmuş 30 günlük müddət ərzində imzalanmamışdır. İddiaçı hesab edir ki, bu vəziyyət onun iradəsindən asılı olmayan səbəblərlə, yəni hərrac təşkilatının səhlənkarlığı ilə bağlı olmuşdur. Bu səbəbdən protokolun qanunla nəzərdə tutulmuş müddətdə imzalanmış hesab edilməsi tələb olunur. İddiaçı həmçinin göstərmişdir ki, ipoteka predmetlərinin əldə edilməsi üçün tələb olunan bütün hüquqi və faktiki tədbirlər (məktubların göndərilməsi, xidmət haqqının ödənilməsi və s.) vaxtında görülmüşdü r və bu hallar müvafiq sənədlərlə sübut olunmuşdur. Qanunvericiliyə əsasən, protokolun imzalanması üçün ipoteka saxlayan tərəfindən iradənin vaxtında bildirilməsi və zəruri addımların atılması kifayət edir.
21. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 oktyabr tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – N.Əhmədova).
22. Məhkəmə qeyd etmişdir ki, icra məmuru tərəfindən əmlakların satışı həvalə olunmuş hərrac təşkilatı "xxxx" MMC “Birja Yenilikləri” qəzetinin 2021-ci il 22 iyul tarixli 256 nömrəli buraxılışında təkrar hərracların baş tutmaması barədə elan dərc etdirmiş, 2021-ci il 22 iyul tarixli təkliflə ipoteka yüklü edilmiş adıçəkilən əmlakların təkrar hərraclarının baş tutmaması səbəbi ilə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərra cdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 151 000 manat, 92437,50 manat və 286 875 manat olmaqla ipoteka saxlayana təklif etmiş, ipoteka saxlayan iddiaçı 2024-cü il 4 avqust tarixli məktubla təkilifi qəbul etmişdir. Lakin hərrac təşkilatı tərəfindən zəruri sənədlər iddiaçının 2024-cü il 12 avqust, 2024-cü il 16 sentyabr, 2024-cü il 21 oktyabr tarixli məktublarına rəğmən, yalnız noyabr ayında təqdim edilmiş, 2024-cü il 24 noyabr tarixdə hərracların keçirilməsi ilə bağlı xidmət haqları ödənildikdən sonra 2024-cü il 29 oktyabr tarixli hərracın yekunları barədə protokollar və alqı-satqı müqavilələri ilə ipoteka predmetləri iddiaçı tərəfindən əldə edilmişdir.
23. Həmçinin məhkəmə qeyd etmişdir ki, ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində b ütün zəruri tədbirlərin görüldüyü və protokolun qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığın ifadə edildiyi hazırkı işin halları ilə öz təsdiqini tapır.
24. Belə ki, “Birja Yenilikləri” qəzetinin 2021-ci il 22 iyul tarixli 256 nömrəli buraxılışında Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində, ev 10, mənzil 20, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 119, mənzil 73, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V saylı binada yerləşən qeyri-yaşayış binası təkrar hərraclarının baş tutmaması barədə elan dərc edilmiş, 2021-ci il 22 iyul tarixli 01/3783 nömrəli ipoteka predmetlərinin əldə olunmasına dair təklif 2021-ci il 28 iyul tarixində iddiaçı tərəfindən qəbul edilmişdir. Bundan sonra iddiaçı 2024-cü il 4 avqust tarixli məktubla (həmin məktub cavabdeh tərəfin dən 2021-ci il 11 avqust tarixdə qəbul edilmişdir) təklifi aksept etmiş, ipoteka predmetlərinin əldə edilməsinə razılığını ifadə etmiş, 2024-cü il 12 avqust (həmin məktub cavabdeh tərəfindən 2021-ci il 17 avqust tarixdə qəbul edilmişdir),2024-cü il 16 avqust həmin məktub cavabdeh tərəfindən 2021-ci il 18 avqust tarixdə qəbul edilmişdir), 2024-cü il 21 oktyabr həmin məktub cavabdeh tərəfindən 2021-ci il 21 oktyabr tarixdə qəbul edilmişdir) tarixli məktublarla iddiaçı zəruri sənədlərin təqdim edilməsini tələb etmiş, 2021-ci il 5 noyabr tarixli 237, 238 və 239 nömrəli hesab-fakturalar və 2021-ci il 11 noyabr tarixli EBBM 217505, EBBM 217909 və EBBM 217265 seriya və nömrəli elektron qaimələr cavabdeh tərəfindən iddiaçıya göndərildikdən sonra 2024-cü il 24 noyabr tarixində ödənişlər edilərək 20 24-cü il 29 noyabr tarixdə yekun protokollar imzalanmışdır.
25. Məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən bütün zəruri hərəkətlər yerinə yetirilmiş, yekun protokolun imzalanması üçün bütövlükdə 4 məktub göndərilmiş, ödəniş sənədləri təqdim edildikdən sonra qısa müddətdə icra edilmişdir. Həmçinin məhkəmənin 2024-cü il 20 sentyabr tarixli e-2-2(113)-3294/2024 nömrəli məktubuna cavab olaraq cavabdeh 2024cü il 23 sentyabr tarixli 01/1061 nömrəli məktubla iddiaçının ipoteka predmeti olan əmlakların əldə edilməsinə dair təklifin qəbul edilməsinə dair məktubunun 2021-ci il 11 avqust tarixdə alınmasına baxmayaraq, təkrar hərracın baş tutmaması barədə elanın dərc edildiyi 2021-ci il 22 iyul tarixdən 30 təqvim günü ərzində iddiaçı ilə hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsinin bağlanmaması, hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsinin daha gec tarixdə bağlanmasının səbəblərinin həmin dövrdə cavabdehə rəhbərlik edən şəxs fəaliyyət göstərmədiyindən cavablandırılmasının mümkün olmadığını bildirmiş, iddiaya hər hansı etiraz irəli sürməmişdir.
26. Məhkəmə üçüncü şəxs X.Qurbanovanın iddiaçı tərəfindən cavabdehə göndərilən məktublar və onların çatdırılmasını təsdiq edən sənədlərin məhkəmənin baxış iclasında təqdim edilməsi, bu səbəbdən də həmin sübutların qəbul edilməməli olduğu ilə bağlı arqumentlərinə münasibətdə qeyd etmişdir ki, 2024-cü il 4 avqust tarixli məktub və onun çatdırılmasını təsdiq edən sənəd Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilərkən iddia ərizəsinə əlavə edilmişdir. 2021-ci il 5 noyabr tarixli 237, 238 və 239 nömrəli hesab-fakturalar və 2021-ci il 11 noyabr tarixli EBBM 217505, EBBM 217909 və EBBM 217265 seriya və nömrəli elektron qaimələr 2024-ü il 28 iyun tarixdə, 2024-cü il 21 oktyabr tarixli məktub və onun çatdırılmasını təsdiq edən sənəd 2024-cü il 9 iyul tarixdə işin məhkəmə baxışına hazırlanması zamanı təqdim edilmişdir.
27. Digər məktublara münasibətdə isə məhkəmə bildirmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən, hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. İddiaçı Bakı Apellyasiya Məhkəm əsi İnzibati Kollegiyasının 2020-ci il 30 aprel tarixli 2-3(103)-129/2020 nömrəli qərarı ilə müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.4-cü maddəsinə əsasən, ləğv edilən bankın sənədlərinin və əmlakının bankın inzibatçılarından ləğvediciyə təhvil verilməsi aktını məhkəmə təsdiq edir. Üçüncü şəxs X.Qurbanova isə iddiaya etiraz təqdim etməmiş, yalnız məhkəmə baxışının gedişində verilmiş 2024-cü il 26 sentyabr tarixli vəsatətdə iddiaya etirazının dəlillərini göstərmişdir.
29. Bundan başqa təqdim olunan 2021-ci il 21 oktyabr tarixli təkrar ərizədə 2021-ci il 12 avqust və 2021-ci il 16 sentyabr tarixli ərizələrə istinad olunmuş, cavabdeh həmin ərizənin məzmununu mübahisələndirməmiş, etiraz təqdim etm əmişdir. Belə olan halda, məhkəmə iddiaçının ləğv edildiyini, sənədlərinin ləğvedici Əmanətlərin Sığortalanması Fonduna təhvil verildiyini, bu səbəbdən də onlarının tapılmasının vaxt tələb etdiyini, həmçinin üçüncü şəxsin iddianın hallarında dair mövqeyini baxış iclasında bildirdiyini, cavabdehin 2021-ci il 21 oktyabr tarixli təkrar ərizənin məzmununu mübahisələndirmədiyini nəzərə alaraq, 2024-cü il 12 avqust tarixli və 2024-cü il 16 sentyabr tarixli məktubların və onların çatdırılmasını təsdiq edən sənədlərin sübut kimi qəbul etməsini mümkün saymışdır.
30. Üçüncü şəxsin 2021-cü il 12 avqust tarixli və 2021-cü il 16 sentyabr tarixli məktubların cavabdehə çatdırılmasını təsdiq edən sənədlər qismində məhkəməyə təqdim olunan poçt qəbzinin mötəbər sübut qismində qəbul edilməməsinə dair mövqeyi ilə məhkəmə razılaşmayaraq qeyd etmişdir ki, üçüncü şəxsin qeyd olunan mövqeyi mülahizələrdən ibarətdir.
31. Belə ki, poçt göndərişi ilə bağlı xidmətlərindən istifadə olunan poçt rabitəsi operatorunun sənədin çatdırılmasına dair qəbzin məzmunu təşkil edən elementləri düzgün qeyd etməməsi xidmətdən istifadə edən şəxsin (hazırkı halda iddiaçı) təqsiri hesab oluna bilməz. Həmçinin üçüncü şəxs qeyd olunan mövqeyi məhkəmənin iclasında ifadə etdikdən sonra iddiaçı poçt rabitəsi operatoru ilə bağlanmış 2020-ci il 24 iyul tarixli müqavilə və razılaşma protokolunu məhkəməyə təqdim etmiş, 2020-ci ildən həmin poçt rabitəsi operatoru ilə əməkdaşlıq etdiyini təsdiq etmişdir. Bu isə qəbzlərin mötəbər olmasına dair şübhələrin əsassız olduğu qənaətinə gəlməyə əsas vermişdir.
32. Bundan başqa, məhkəmənin 2024-cü il 27 sentyabr tarixli məktubuna cavab olaraq cavabdeh ancaq 2021-ci il 21 oktyabr tarixli ərizənin onlar tərəfindən qəbul edildiyini qeyd etmişdir.
33. Məhkəmə nəzərə almışdır ki, cavabdeh bir tərəfdən hərrac keçirilən dövrdə cavabdehə rəhbərlik edən şəxsin fəaliyyət göstərmədiyinə istinad edərək məhkəmənin suallarının cavablandırılmasının mümkün olmadığını bildirir, digər tərəfdən isə məhz məhkəmə tərəfindən 2024-cü il 27 sentyabr tarixli məktuba qoşma şəklində cavabdehə təqdim olunan və qəbul ştamplarının olduğu 2021-ci il 21oktyabr tarixli ərizənin qəbul edildiyini bildirir. Bu isə o qənaətə gəlməyə əsas vermişdir ki, cavabdeh hər hansı mötəbər mənbəyə, sübuta istinad etməklə deyil, məhz məhkəmə tərəfindən ona təqdim olunan ərizələrdən 2021-ci il 21 oktyabr tarixli ərizədə qə bul ştamplarının olduğuna istinadən məhkəmənin məktubuna cavab vermişdir.
34. Üçüncü şəxsin iddiaçı tərəfindən bütün zəruri hərəkətlərin həyata keçirilməməsi ilə bağlı mövqeyinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, ipoteka saxlayan tərəfindən 30 gün ərzində müqavilə qüvvəsinə malik protokolun imzalanması üçün ondan asılı olan zəruri hərkətlərin həyata keçirilməsi dedikdə, nə qədər ki ipoteka saxlayının hərrac təşkilatı üçün icrası məcburi göstərişlər vermək hüququ yoxdur, təkrar hərracın baş tutmaması barədə elan dərc edildikdən sonra ipoteka predmetinin əldə edilməsinə yönələn iradəsinin ifadə edilməsi, iradə ifadəsinin hərrac təşkilatına göndərilməsinin təmin edilməsi, hərracın keçirilməsi ilə bağlı xərclərin və digər xərclərin vaxtında ödənilməsi, ipoteka saxlayanın və ya səlahiyyə tli nümayəndəsinin şərtləşdirilmiş vaxtda yekun protokolun imzalanması üçün razılaşdırılan yerdə olması və s. başa düşülür. Hazırkı işin halları isə iddiaçı tərəfindən zəruri hərəkətlərin görüldüyünü göstərir.
35. İddiaçının yalnız 2023-cü il 26 iyul tarixdə “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbi ilə bağlı məhkəməyə müraciət etməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində, ev 10, mənzil 20, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 119, mənzil 73, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V saylı binada yerləşən qeyri-yaşayış binasının iddiaçı tərəfindən əldə edilməsi ilə bağlı 2021-ci il 29 noyabr tarixli yekun protokollar və alqı-satqı müqavilələri əsasında həmin əmlaklara daşınmaz əmlakın dövlət reyes trində qeydiyyat aparılmaqla iddiaçının mülkiyyət hüququ yaranmış, keçmiş ipoteka qoyanlar həmin halı uzun müddət mübahisələndirməmişlər. İddiaçılar X.Qurbanova, C.Qurbanova, Qanuni nümayəndə1 isə yalnız 2022-ci il 29 noyabr tarixdə cavabdehlər Binəqədi rayon İcra şöbəsi və iddiaçının ləğvedicisi ƏSF-yə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka yüklülüyünə xitam verilməsi, çıxarışın qaytarılması və s.” tələblərinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, bundan sonra iddiaçı həmin iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2023-cü il 20 dekabr tarixli Qərarında ifadə olunmuş mövqedən sonra hazı rkı iddia tələbi ilə çıxış etmişdir. Bu isə iddiaçının prosessul hüquqlarından sui-istifadə etdiyini də istisna edir.
36. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci, 43.7-ci, 43.7-1-ci, 43.8-ci, Mülki Prosessual Məcəllənin 14.1-ci, 14.2, 77.1, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 saylı 2022-ci il 14 dekabr tarixli qərardadına istinad etmişdir.
37. X.Qurbanova, Qanuni nümayəndə1, C.Qurbanova apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkə məsindəki icraat
38. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 dekabr tarixli, 2-2(103)-1218/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Həsənov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
39. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı işin halları baxımından, həmçinin nəzərə alınmalıdır ki, iddiaçı bank məhkəmənin 2020-ci il 30 aprel tarixli qərarı ilə müflis elan olunmuş, onun ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.
40. Qanunvericiliyin müvafiq müddəalarından göründüyü kimi, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəx s hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın ləğv edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni bank ləğv prosesi çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir.
41. Ləğv prosesində olan banklar mülki hüquq və fəaliyyət qabiliyyətli olsalar da, mülki dövriyyənin digər subyektlərindən fərqli olaraq, onların fəaliyyəti gələcəyə dair aktiv iqtisadi perspektivlər daşımamaqla, yalnız ləğv prosesinin uğurla tamamlanmasına, ləğvedicinin mülki dövriyyənin sabitliyi və dayanıqlılığı baxımından önəmli olan kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün tədbirlər görülməsi, bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görülməsi və s. kimi vəzifələrinin effektiv və səmərəli şəkildə icrasına nail olmağa yönəlmişdir.
42. Qeyd olunmalıdır ki, əmanətlərin sığortalanması sisteminin yaradılması məqsədlərindən biri də məhz maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdən ibarətdir (“Əmanətlərin sığortalanması haqqında” Qanunun 1-ci maddəsi).
43. Bu aspektlərdən çıxış etdikdə ləğv prosesində olan bankların üzərinə mülki dövriyyənin aktiv fəaliyyət göstərən digər subyektləri ilə eyni vəzifələrin qoyulması, onların mövcud əmlak və hüquqi vəziyyəti, həmçinin mülki qanunvericiliyin yuxarıda qeyd olunan məqsəd və vəzifələri ilə bir araya sığmır.
44. Odur ki, ləğvetmə prosesi ilə bağlı gözləntilərin reallaşdırılması, bank sisteminə etibarın qorunması, habelə ləğvedici tərəfindən ləğvetmə prosesinin daha effektiv və səmərəli şəkildə yekunlaşdırılmasının təmini məqsədi ilə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilərkən işin yuxarıda qeyd olunan xüsusiyyətləri nəzərə alınmalı, həmin maddədə nəzərdə tutulan 30 gün ərzində ləğv prosesində olan bank tərəfindən hərrac təşkilatına iradə ifadəsinin çatdırılması ipotekaya xitam verilməsini istisna etməlidir.
45. Baxılan işin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, ipoteka saxlayan bankın ləğvedicisi, təkrar hərracın baş tutmamış elan edilməsindən (xx.xx.2021-ci il) sonra qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində (xx.xx.2021-ci il tarixində) hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifini qəbul etdiyini bildirmiş və yekun protokolun tərtib olunmasını xahiş etmiş, onun bu bəyanatı xx.xx.2021-ci il tarixində hərrac təşkilatına çatdırılmış, laki n hərracın yekunları haqqında protokolu tərtib etmək vəzifəsi daşıyan hərrac təşkilatı onunla müvafiq protokolu vaxtında bağlamamışdır.
46. Başqa sözlə, ipoteka saxlayan qanunvericilikdə və təklifdə (ofertada) müəyyən olunmuş müddət ərzində təklifi qəbul etdiyini bildirmiş, bununla müqavilənin bağlanması üçün üzərinə düşən vəzifəni icra etsə də, hərrac mərkəzinin üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində müqavilə bağlanmamışdır.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi n əticəni MM-in 60.2, 60.3, 61.7, 409.1, 409.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 42.1, 43.4, 43.5, 43.7, 43.8, 48.1-ci maddələrinə, “Banklar haqqında” Qanunun 71-ci maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 76.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışd ır.
49. X.Qurbanova, Qanuni nümayəndə1, C.Qurbanova kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri: 50. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsi üzrəİddiaçı ipoteka ilə yüklü əmlak üzrə keçirilmiş təkrar hərracların baş tutmadığını və buna görə ipoteka predmetini əldə etmək üçün qanunla müəyyən edilmiş 30 təqvim günü müddətində protokolun imzalanmasının vacib olduğunu bildirir. Lakin həmin müddət ərzində protokolun imzalanmadığı, bunun səbəbinin hərrac təşkilatının hərəkətsizliyi olduğu iddia edilsə də, bu halların sübut olunmadığı qeyd edilir.
51. İşin materiallarına əsasən müəyyən olunur ki, id diaçı qanunvericiliyin tələb etdiyi zəruri addımları icra şöbəsinə məlumat vermə, hərrac təşkilatının fəaliyyətindən şikayət etmə və ya məhkəməyə müraciət etmə kimi tədbirləri həyata keçirməmişdir. Bu isə ipoteka saxlayanın passivliyini sübut edir və nəticədə protokolun imzalanmaması onun öz səhlənkarlığı ilə bağlı olmuşdur.
52. Qanunvericiliyə və Ali Məhkəmənin 2022-ci il 14 dekabr tarixli 04/2022 saylı qərarına əsasən protokolun imzalanması üçün tələb olunan 30 günlük müddət ərzində bütün zəruri tədbirlərin görüldüyü sübuta yetirilməlidir. Hazırki işdə isə bu tələb yerinə yetirilməmiş, yalnız məktub göndərilməsi ilə kifayətlənmişdir.
53. MPM-in 76.1, 77.1, 78.1, 81, 88 və 217-ci maddələri üzrə - prosessual baxımdan isə iddiaçının təqdim etdiyi məktublar vaxtında təqdim olunmamış, bir qis mi sonradan əlavə edilmiş, bəzilərinin çatdırılmasına dair sübutlar isə şübhəli və natamam olmuşdur. Qəbzlərdə imza, ad, soyad və vəzifə kimi elementlərin olmaması onların hüquqi qüvvəsini şübhə altına alır. Məhkəmənin bu halları nəzərə almadan qətnamə çıxarması mülki prosessual qanunvericiliyin qeyd olunan maddələrinin tələblərinə ziddir. Qeyd olunan hallara görə, apellyasiya instansiyası tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassız hesab edilməli, iddianın təmin olunmaması üçün hüquqi əsas kimi qəbul olunmalıdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
54. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, kassasiya şikayətində qeyd olunan əsas dəlil odur ki, 30 günlük müddətdə protokolun imzalanmaması hərrac təşkilatının səhlənkarlığı ilə bağlıdır və bu səbəbdən ipoteka saxlayan tərəf protokolu imzalaya bilməmişdir. Lakin bu mövqe əsassızdır, çünki həmin dəlillər birinci və apellyasiya instansiyalarında hərtərəfli araşdırılmış və etibarlı hesab olunmamışdır. Kassatorların istinad etdiyi Ali Məhkəmənin 2023-cü il 20 dekabr tarixli qərarı hazırkı “protokolun 30 gün ərzində imzalanmış sayılması” deyil, başqa tələblə bağlıdır və hazırkı işə tətbiq edilə bilməz.
55. Əlavə olaraq, kassatorlar iddia edirlər ki, iddiaçı protokolun imzalanmaması ilə bağlı bütün zəruri addımları atmış, məktublar göndərmiş və hərrac təşkilatından xidmət haqqına dair sənədləri dəfələrlə tələb etmişdir. İş materiallarında bu məktubların və müraciətlərin mövcudluğu sübut olunmuşdur. İddia telebinin esaslı olmasını təsdiq edən hallardan biri də odur ki, ipoteka predmet inin əldə olunmasına dair təklifin 2021-ci ilin iyul ayında banka göndərilməsinə baxmayaraq, elektron qaimə ve hesab fakturalar mehz həmin ilin noyabr ayında banka teqdim edilmişdir. Elə bu səbəbdəndir ki, alqı-satqı müqavilələri ve yekun protokollar bank tərəfindən noyabr ayında imzalanmış və hərracın xidmət haqqı da noyabr ayı köçürülmüşdür. Kassatorun protokolun 30 gün ərzində imzalanmaması səbəbindən məsuliyyəti hərrac təşkilatına yükləmək cəhdi də əsassızdır. Əgər iddiaçı protokolun imzalanmasını qəsdən gecikdirmiş olsaydı, dörd ay sonra belə bu sənədləri imzalamazdı.
56. Prosessual qaydalara gəldikdə isə, kassatorlar MPM-in 76-81 və 217-ci maddələrinə istinad etsə də, bu normaların pozulması sübut edilməmişdir. Sübutların yalnız hazırlıq iclasında təqdim olunmalı olması barədə qanu nda imperativ tələb yoxdur və belə sübutların əsaslandırılmış şəkildə baxış zamanı təqdim olunmasına yol verilir. Bütün bu hallara əsasən, kassasiya şikayəti hüquqi və faktiki əsaslardan məhrumdur və təmin olunmamalıdır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
57. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
58. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasi ya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
59. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
60. Hüquqi şəxsin ləğvi haqqında qərar... 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir....” “Maddə
61. Hüquqi şəxsin ləğvi q aydası... 61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir....” “Maddə
409. Aksept 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 409.2. Əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər....” 60. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təq vim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir....” “Maddə
43. Hərracın baş tutmamış elan edilməsi 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.... 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olma qla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir....” “Maddə
48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə;[96] 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda....”
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədl əri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 63. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
65. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
66. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
67. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
68. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 dekabr tarixli, 22(103)-1218/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.