Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-303/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” ASC “X5 Sanayi və Ticarət Limited Şti” şirkətinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ 09.07.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh “X5 Sanayi və Ticarət Limited Şti” şirkətinə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair ilkin iddiası və “X5 San. və Tic.Ltd.şti» ş irkətinin cavabdeh «xxxx» ASC-yə qarşı işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-59/2019 saylı, 24 aprel 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «xxxx» ASC cavabdeh “X5 San. və Tic.Ltd.şti» şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8.973.642 ABŞ dolları əsas borcun, 3.051.038 ABŞ dolları cərimənin, cəmi 12.024.680 ABŞ dollarının və 30.000 manat hüquqi xidmət xərclərinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “X5 San. və Tic.Ltd.şti» şirkəti isə cavabdeh «xxxx» ASC-yə qarşı işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 15.000.000 ABŞ dolların ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2-2(85)-75/2018 saylı qətnaməsi (hakim – V.E.Əzizova) ilə ilkin iddia qismən təmin edilmiş, cavabdeh “X5 San. və Tic.Ltd.şti” şirkətindən iddiaçı “xxxx” ASC-nin xeyrinə 3.804.074 ABŞ dolları və hər il üçün illik 5 % bank uçot dərəcəsi hesablanmaqla 15 % - 570.611,10 ABŞ dollarının qətnamə icra olunan günə manata nisbətlə və 25 manat dövlət rüsumunun tutulması, ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, eləcə də qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamə dən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya məhkəməsində işə baxılarkən cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək tərəflər arasındakı razılaşmanın şərtlərinə görə işə Azərbaycan məhkəmələrində baxılmalı olmadığını, mübahisə olduqda Beynəlxalq Arbitraj Məhkəmələrində baxılmalı olduğunu nəzərə almaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-59/2019 saylı, 24 aprel 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – H.Ç.Babayeva, hakimlər – N.M.Nəsibov və Z.İ.Məmmədov) ilə cavabdeh “X5 San. və Tic.Ltd.şti» şirkətinin nümayəndəsi Vəkil tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 24 aprel 2019-cu il tarixli qərardadını ləğv edib, işin icraatına xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, işə baxan məhkəmə aidiyyət qaydalarını pozmuşdur. Çünki məhkəmə 08 oktyabr 2015-ci il tarixli “Təminat müqaviləsi’nə mötəbər sübut kimi istinad etsə də, həmin müqavilənin mühüm şərti olan işin harada, hansı məhkəmədə baxılmasına dair tərəflərin razılaşmasına dair müddəanı nəzərə almamışdır. Həmin müqavilənin 1.5-ci maddəsində deyilir ki, tərəflər arasında mövcud təminat müqaviləsinin şərtləri pozularsa və ya lazımınca icra edilməzsə, o zaman “Emre Piliç”, “Orallar” və “Biosis” şirkətinin seçimi ilə Beynəlxalq Arbitraj Məhkəmə lərindən birinə müraciət edilə bilər və həmin məhkəmənin qərarının icrası tərəflər üçün mövcud qaydalar əsasında məcburidir. Arbitraj aidiyyəti ilə bağlı işin icraatına xitam verilməsinə dair ilk dəfə verilmiş 25.12.2018-ci il tarixli vəsatət təmin edilməmişdir. Halbuki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi bu qeyd edilən faktları nəzərə alıb, iş üzrə aidiyyat qaydalarının pozulması halları səbəbindən iş üzrə icraata xitam verməli idi. Əgər sözügedən təminat müqaviləsi ilə bağlı yaranmış mübahisə varsa həmin halda tərəflərin razılaşmasında olduğu kimi Beynəlxalq Arbitraj Məhkəmələrindən birinə müraciət edilməli idi. Nəzərə alınmalıdır ki, sözügedən sazişdə nəzərdə tutulub ki, mübahisə olduqda Beynəlxalq Arbitraj Məhkəmələrində baxılmalıdır. Odur ki, məhkəmə belə bir hal olduğu halda mübahi səyə bu hissədə baxmaqla qanunsuz qətnamə qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı isə dəyişdirilmədən sa xlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Türkiyə Respublikasının hüquqi şəxsi «X5 San.Tic və LTD şti» şirkəti (satıcı) və «xxxx» ASC (alıcı) arasında 09 dekabr 2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 08.01.2015-ci il tarixdən başlamaq üzrə, müqavilə müddəti daxilində əlavə edilmiş siyahıda göstərilən həftlərdə və ədədlərdə 30.183.480 ədəd broyler yumurta verməyi, alıcı isə bildirilən həftələrdə qeyd olunan miqdarları almağı öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə görə malın qiyməti 0,38 ABŞ dolları təşkil edir. Yumurtanın çıxış faizi 80 % olacaqdır. Həmçinin, «xxxx» ASC ilə Türkiyə Respublikasının hüquqi şəxsi «X5 San.Tic və LTD şti», «Orallar» X4 Paz.San. və Tic.A.Ş. və «X2 Saneyi və Ticaret LTD.Şti» şirkəti arasında 08.10.2015-ci il tarixdə təminat müqaviləsi imzalanmışdır. Müqavilədə qeyd edilir ki, «xxxx» ASC «X5 San.Tic və LTD » şirkətindən nisyə aldığı damazlıq yumurta və bir günlük cücələr nəticəsində yaranmış ******* ABŞ dolları, «Orallar» X4 Paz.San. və Tic.A.Ş şirkətindən nisyə aldığı damazlıq yumurta və bir günlük cücələr nəticəsində yaranmış 291817 ABŞ dolları və «X2 Saneyi və Ticaret LTD.Şti» şirkətindən nisyə aldığı damazlıq yumurta və bir günlük cücələr nəticəsində yaranmış 154520 ABŞ dolları məbləğində borcun təminatı məqsədilə «xxxx» ASCnin anbarında olan siyahı və 1 saylı müqavilə əlavəsi ilə razılaşdırılan toyuq əti məhsullarını «X5 San.Tic və LTD şti», «Orallar» X4 Paz.San. və Tic.A.Ş. və «X2 Saneyi və Ticaret LTD.Şti» şirkətinin istifadəsinə və sərəncamına təhvil v erir. Müqavilənin 1.5-ci maddəsində deyilir ki, tərəflər arasında mövcud təminat müqaviləsinin şərtləri pozularsa və ya lazımınca icra edilməzsə o zaman “Emre Piliç”, “Orallar” və “Biosis” şirkətinin seçimi ilə Beynəlxalq Arbitraj Məhkəmələrindən birinə müraciət edə və həmin məhkəmənin qərarının icrası Tərəflər üçün mövcud qaydalar əsasında məcburidir. Hazırda cavabdeh də məhz müqavilənin qeyd edilən bəndinə istinad edərək 08.10.2015ci il tarixdə təminat müqaviləsindən yaranan mübahisəyə Beynəlxalq Arbitraj Məhkəmələrindən birində baxılması olması əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi vəsatətin əsassız olması ilə bağlı düzgün nəticəyə gəlmişdir, hazırkı mübahisəyə baxılmasında Azərbaycan Respublikasının məhkəmələr i beynəlxalq səlahiyyətə malikdir. Belə ki, işin hallarından görünür ki, iddiaçı tələbində «X5 San.Tic və LTD şti» şirkətindən 09 dekabr 2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən - yumurta alışına görə artıq ödənilmiş 4.487.409 ABŞ dolları və müqavilə üzrə yumurtaların illik çıxış faizinin aşağı olması ilə bağlı 682.159 ABŞ dolları pulun tutulması, həmçinin 09.12.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə artıq ödənişlər edildiyindən, təminat müqaviləsinə əsasən borcun təminatı olaraq cavabdehə verilmiş 3.804.074 ABŞ dolları dəyərindən toyuq ətinin dəyərinin cavabdehdən tutulması, həmçinin cavabdehdən ******* ABŞ dolları cərimə və 30 000 manat hüquqi xidmət xərclərinin tutulmasını xahiş etmişdir. İşin mübahisələndirilməyən hallarına görə 09.12.2014-cü il tarixli alqı-s atqı müqaviləsindən yaranan əsas öhdəliyin icrasının təmini məqsədilə tərəflər arasında 08.10.2015-ci il tarixdə təminat müqaviləsi bağlanmışdır. Odur ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia ərizəsində irəli sürülən bütün tələblər, o cümlədən 08.10.2015-ci il tarixli təminat müqaviləsi üzrə verilmiş toyuq əti məhsulunun dəyərinin ödənilməsinə dair mübahisə əsas öhdəliyin icrası ilə əlaqədar yarandığından, ümumilikdə mübahisənin məhkəmə aidiyyəti əsas öhdəlik münasibətlərini tənzimləyən 09.12.2014-cü il tarixli müqavilənin şərtləri nəzərə alınmaqla müəyyən edilməlidir. Belə ki, 09 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin “Mübahisələrin həlli” adlanan 6-cı bəndinə əsasən, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıq larını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edir. Tərəflər bu müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Göründüyü kimi tərəflər, aralarında yaranmış mübahisə üzrə Azərbaycan Respublikasının məhkəmələrini səlahiyyətli etmişlər. Hazırkı halda da, mübahisələndirilən bütün tələblər, o cümlədən təminat müqaviləsi üzrə pulun ödənilməsinə dair tələb birbaşa 09.12.2014-cü il tarixli alqı-satqı müqaviləsindən, yəni əsas öhdəlikdən yaranan mübahisədir. Kollegiya həmçinin hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının Azərbaycan Respublikasının hüquqi şəxsi olduğunu, eləcə də 09 dekabr 2014-cü il tarixli müqavilə nin icrasının Azərbaycan Respublikası ərazisində həyata keçirildiyini nəzərə almaqla Azərbaycan Respublikasının məhkəmələrinin hazırkı iqtisadi mübahisəyə baxmağa səlahiyyətli olması ilə bağlı olaraq düzgün nəticəyə gəlmişlər. Belə ki, Mülki Prosessual Məcəllənin 443.0.1 və 443.0.7-ci maddələrinə əsasən iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda, eləcə də iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: Cavabdehinkassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-59/2019 saylı iş üzrə 24 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-303/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-303/2019
09.07.2019 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver