Məhkəmə qərarları › İş №2-2(102)-303/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-303/2021

23.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-303/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdeh ASC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: borcun silinməsi 23.07.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi cavabdeh ASC -nin vəkilinin iştirakı ilə, İddiaçının cavabdeh ASC-yə qarşı “borcun silinməsi” iddia tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 fevral tarixli 2-2(103)-253/2021 saylı qə tnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”nin surətindən görünür ki, iddiaçı şəxs (bundan sonra – “iddiaçı”) vergi ödəyicisi kimi uçota alınmaqla ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir.

2. İş materiallarında olan 2020-ci il 17 iyul tarixli NDQ seriyalı 007613 saylı Aktdan görünür ki, ASC-nin əməkdaşları tərəfindən iddiaçıa məxsus Bakı şəhəri, Qaradağ rayonu, Kor-göz qəsəbəsində yerləşən daş karxanasına baxış keçirilmiş və baxış zamanı sayğac və cərəyan transformatorlarının xüsusi qutuda quraşdırılması, qutunun qapısına vurulmuş ******* nömrəli narıncı rəngli möhürdə müdaxilə izlərinin olması, möhürün stəkanının daxili divarı nda cızıq izləri, stəkanın sim keçən dəliklərində genişlənmənin və cızıq izlərinin, möhürün narıncı içliyində də cızıq izlərinin olması, hər 3 fazada gərginlik açılmasının olması, sayğacın göstəricisinin kompüter informasiya məlumat bazasına düzgün daxil edilməməsi aşkar edilmişdir.

3. İş materiallarında olan 2019-cu il 22 iyul tarixli İcra vərəqinin surətindən görünür ki, iddiaçı tərəfindən NDQ seriyalı 007613 saylı Akta əsasən ASC-yə dəymiş ziyan 135584 kvts, 12.202 manat müəyyən edilmişdir.

4. İş materiallarında olan ASC-nin hesab ödəniş vərəqəsinin surətindən görünür ki, ASC tərəfindən iddiaçıa NDQ seriyalı 007613 saylı akta əsasən 12.202,56 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 5. iddiaçı 2020-ci il 28 av qust tarixində ASC-yə qarşı 02/3-2103 saylı abunə kodu üzrə əsassız hesablanmış 12.202,56 manat məbləğində borcun ASC tərəfindən silinməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı istifadəsində olan ünvan 1-də yerləşən daş karxanasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2020-ci il 17 iyul tarixində ASC-nin nümayəndələrinin tərtib etdikləri 007613 saylı aktda qeyd olunmuşdur ki, “1354450 nömrəli narıncı rəngli möhürdə müdaxilə izləri vardır. Sim keçən dəliklərində genişlənmə və cızıq izləri möhürün narıncı içliyində də cızıq izləri vardır. Hər 3 fazada gərginlik açılması vardır.” Bundan başqa, ASC “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” akt tərtib etmişdir. Bundan təxmin ən 5 gün sonra ASC 2020-ci il 22 iyul tarixdə ********** saylı hesab ödəniş vərəqi ilə iddiaçıa müraciət edərək istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 2020-ci il 22 iyul tarixədək 12.202,56 manat borcunun olmasını bildirmiş, həmin borcun 2020-ci il 27 iyul tarixinədək ödənilməli olmasını qeyd etmişdir. Aktda 801880 nömrəli sayğaca müdaxilə olunma barədə qeyd edilmişdir. Akt əsassız olduğu üçün iddiaçı tərəfindən imzalanmamışdır. Sayğaca qeyd edilən müdaxilə iddiaçı tərəfindən edilməmişdir, bu barədə ASC-nin nümayəndələri iddiaçıya hər hansı irad bildirməmişlər. iddiaçının aktı imzalamaması qeyd edilən qüsurların onun tərəfindən edilməməsi mənasını verir. Aktda göstərilənlər hər hansı kənar təsir nəticəsində mümkün ola bilər. Eyni zamanda, həmin ərazidə bu sahəyə bələd olmayan a damın sayğaca müdaxilə etməsi qeyri-mümkündür. ASC tərəfindən iddiaçıa rəsmi olaraq sayğaca müdaxilə etməsi, bunun nəticəsinə əsasən iddiaçıya borc və cərimə hasablanması, həmin borc və cərimənin ödənilməsi tələb edilməmiş, yalnız 2020-ci il 22 iyul tarixli xəbərdarlıq edilmişdir. Lakin sayğaca müdaxilə olubsa belə, həmin müdaxilə iddiaçı tərəfindən olmamışdır. İstinad edilən aktda iddiaçıdan tələb olunan pulun sənaye və məişət sayğaclarının kalibirləmə laboratoriyasında yoxlanılmasının nəticələri gözlənilmədən hesablandığını bildirmək mümkündür. Bundan başqa, iddiaçıa itirilmiş enerjinin dəyərinin hesablanması komissiyasının rəyi təqdim edilməmişdir. Belə aydın olur ki, ASC heç bir əsaslandırma olmadan iddiaçıun şəxsi hesabına 12.202,56 manat borc yazmışdır. İş üzrə toplanmış sübutlardan göründüyü kmi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi və bu halla bağlı hər hansı sübutun olmadığı halda iddiaçıa əlavə pul hesablanmışdır. iddiaçıa hesablanmış borc və yönəlmiş tələb qeyri-mötəbər və ziddiyyətli sənədlərlə əsaslandırılmış, həmçinin sayğacın yararsız hala düşdüyü qəbul edilsə belə, buna iddiaçıun qəsdən yol verdiyi qanunsuz hərəkətlərin səbəb olduğu sübut edilməmişdir. Əksinə, normativ hüquqi aktların tələblərinə əsasən iddiaçıun sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehsalçı daşımışdır. Yaranmış vəziyyətdə iddiaçıun istifadəsində olan sayğaca qanunsuz müdaxilə etməsi və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü, sayğacın dəyiş dirilməsi barədə aktın tərtib olunmasından bir neçə gün sonra borcunun olmamasına baxmayaraq, abonent hesabına tələbdə göstərilən həcmdə borcunun hesablanması, sayğacın yoxlanılmasının qaydalarda müəyyən edilən tələblərə uyğun həyata keçirilməsi və sair bu kimi halları sübut etmək yükü ASC-nin üzərindədir.

7. İddia tələbi Azərbaycan Respublikası Konstitusiyasının 72-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 560.1, 560.2, 560.3, 560.3.5.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – “EEİQ”) 8.2, 8.17-ci bəndlərinə istinad edərək əsas landırılmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 3 noyabr tarixli 2-2(113)-2291/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 02/3-2103 saylı abunə kodu üzrə iddiaçıya hesablanmış 12.202,56 manat məbləğində borcun ASC tərəfindən silinməsi, dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun ASC-dən tutulması qət edilmişdir (hakim – Z.Pirverdiyev).

9. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 9.1. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1-də yerləşən daş karxanasına baxış keçirilmiş və baxış zamanı sayğac və cərəyan transformatorlarının xüsusi qutuda quraşdırılması, qutunun qapısına vurulmuş ******* nömrəli narıncı rəngli möhürdə müdaxilə izlərinin olması, möhürün stəkanının daxili divarında cızıq izləri, stəkanın sim keçən dəliklərində genişlənmənin və cızıq izlərinin, möhürün narıncı içliyində də cızıq izlərinin olması, hər 3 fazada gərginlik açılmasının olması, sayğacın göstəricisinin kompüter informasiya məlumat bazasına düzgün daxil edilməməsi aşkar olunaraq 2020-ci il 17 iyul tarixli NDQ seriyalı 007613 saylı akt tərtib edilmişdir. Nəticədə ASC tərəfindən iddiaçıya 007613 saylı akta əsasən 12.202,56 manat məbləğində borc hesablanmışdır. 9.2. İş materiallarında olan ASC tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, ASC, iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, ASC tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınm amışdır. Belə olan halda, ASC tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. 9.3. Bundan əlavə, ASC tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmişdir.

10. Məhkəmə bu qənaətini MPM-in 14.2, 77.1, 80, 119.2, 217.3, 217.4-cü, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 31.2, 31.2.3-cü, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci, EEİQ-in 7.6, 8.33, 9.1, 9.10-cu bəndlərinə istinad edərək əsaslandırmışdır.

11. ASC 2020-ci il 10 dekabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 18 fevral tarixli 2-2(103)253/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 3 noyabr tarixli e-2-2(113)-2291/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova).

13. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 13.1. ASC tərəfindən iddiaçıa məxsus sahibkarl ıq obyektində elektrik enerjisinin uçotu və EEİQə riayət olunması vəziyyətinin yoxlanılmasına dair tərtib olunmuş 2020-ci il 17 iyul tarixli NDQ seriyalı 007613 saylı aktda təsbit olunan “sayğac və cərəyan transformatorlarının quraşdırıldığı xüsusi qutunun qapısına vurulmuş narıncı möhürün stəkanının daxili divarında, sim keçən dəliklərində və narıncı içliyində genişlənmə və cızıq izlərinin” mövcud olması heç də iddiaçı tərəfindən həmin möhürə müdaxilə olunmasını təsdiqedici məlumatlar kimi qiymətləndirilə bilməz. 13.2. Həmin aktda təsbit olunur ki, 2020-ci 30 iyun tarixindən 2020-ci 15 iyul tarixinədək hər 3 fazada gərginlik açılması olmuş, nəticədə sayğacın göstəricisi kompüter informasiya məlumat bazasına düzgün daxil edilməmişdir. Bu halda isə iddiaçıun təqsirli hərəkətlərinin nədən ib arət olduğu görünmür və qeyri-müəyyəndir. 13.3. Burada sayğacın göstəricisinin kompüter informasiya məlumat bazasına düzgün daxil edilmə öhdəliyi məhz enerji təchizatçısı ASC-nin üzərinə düşən bir öhdəlikdir. Bu baxımdan, kompüter informasiya məlumat bazasında düzgün olmayan göstəricisi əsasında əvvəllər istehlakçıya düzgün olmayan hesabların verilməsi məsuliyyətini də enerji təchizatçısı daşıyır. 13.4. Onu da qeyd etmək lazımdır ki, 2020-ci il 20 iyul tarixli 188406 saylı protokola əsasən verilmiş “narıncı möhürə müdaxilə edilməsi, 2020-ci il 30 iyun – 2020-ci il 15 iyul tarixlərində gərginlik açılması barədə” rəydə heç bir tədqiqi əssaslandırma mövcud deyil, onda təsbit olunanlar eynilə, ilkin aktda göstərilənlərin təkrarlanmasından başqa bir şey deyil. 13.5. Beləliklə, qeyd edilənlər mübahisələnirilən aktda təsbit olunan halların həqiqiliyini və mötəbərliliyini istisna edir. Belə olan halda isə iddiaçıun ASC-yə ziyan vuran, hüquqa zidd, təqsirli hərkətlərindən söhbət gedə bilməz. 13.6. MM-in 1096.1-1096.2-ci maddələrinin tələbindən isə görünür ki, şəxsin üzərinə hüquqazidd hərəkət və hərəktsizliyi, daha konkret, ziyan vuran təqsirli hərəkətləri sübuta yetirilməyincə, ondan mücərrəd bir ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz. 13.7. Qeyd olunanlar onu göstərir ki, EEİQ-in 8.17-ci bəndi tətbiq olunmaqla ASC-nin Akt komissiyasının 2020-ci il 22 iyul tarixli icra vərəqinə əsasən iddiaçıa 140 gün müddənə yenidən hesablaşma aparılmpaqla, 135584 kvts əlavə sərfiyyat hesablanması və ondan 12.202,56 manat məbləğində borcun ödənilməsinin tələb etməsi əsassızdır. 13.8. ASC tərəfindən iddiaçıa məxsus obyektdə EEİQ-dən istifadə olunma vəziyyətinin yoxlanılması qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. 13.9. Göründüyü kimi, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı olan ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıa məxsus təsərrüfat subyektində EEİQ-ə riayət olunma vəziyyətini vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra, yalnız həyata keçirmək hüququna malik ola bilərdi. 13.10. Lakin işin qeyd olunan hallarından göründüyü kimi, ASC qanunvericiliyin həmin tələblərinə riayət etməmiş, aparılacaq yoxlamanı əvvəlcədən vahid məlumat reyestrində qeydə aldırınmadan yoxlama aparmışdır. 13.11. Belə olan halda ASC-nin həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt, protokol, akt komissiyasının icra vərə qi ilə təsbit olunan nəticələr hüquqi qüvvəyə malik ola bilməz, etibarsızdır.

14. Məhkəmə bu qənaətini MM-in 1096.1, 1096.2-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1, 2.1, 3.2, 13.1-13.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci, EEİQ-in 8.2, 8.17, 8.34, 10.8, 10.9-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

15. ASC 2021-ci il 29 aprel tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni q ərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

16. Məhkəmə akta əsasən hesablanmış borcun silinməsi qənaətinə gələrkən mübahisəyə əsasız olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarını tətbiq etmişdir. Halbuki iddiaçı sahibkarlıq subyekti olsa da, ASC-nin apardığı yoxlama heç də onun maliyyətəsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, ASC iddiaçıun fəaliyyət göstərdiyi obyek tdə yalnız elektrik enerjisinin uçotu və EEİQ-ə riayət olunması vəziyyətini yoxlamışdır.

17. Məhkəmə hazırkı iş üzrə mübahisəyə düzgün olmayaraq EEİQ-in 8.33-cü bəndini tətbiq etmiş, əksinə, 8.17-ci bəndini tətbiq etməli olduğu halda isə əsassız olaraq tətbiq etməmişdir. Mübahisələndirilən akta əsasən ASC tərəfindən iddiaçı ilə yenidən hesablaşmanın aparılması EEİQ-in 8.17-ci bəndinin tələblərinə əsaslanmışdır. Aktda göstərilən hallar EEİQ-in 8.17-ci bəndində nəzərdə tutulan hesablaşma uçot cihazlarının zədələnməsi halını ifadə etmişdir. Sözügedən hal sayğacların və cərəyan transformatorlarının yoxlanmasına dair laborator müayinə protokolu ilə öz təsdiqini tapmışdır. Habelə sayğac-uçot komplektinin iddiaçıa məxsus KTM-də quraşdırıldığını nəzərə alaraq hesablaşma elektrik sayğacının qorunma sına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik istehlakçının üzərinə düşmüşdür. Bundan başqa, sayğac yenisi ilə əvəz edildikdən sonra sərfiyyatda artım müşahidə olunmuş, əvvəlki aylarda sərfiyyat 2-4 min manat civarında olduğu halda, sonrakı aylarda 6 min manat olmuşdur. Məhkəmənin mübahisəyə əsassız olaraq tətbiq etdiyi EEİQ-in 8.33-cü bəndi isə məişət abonentləri tərəfindən pozuntu hallarına yol verildiyi zaman yenidən hesablaşma qaydasını tənzimləyir.

18. Kassator kassasiya şikayətini MPM-in 88, 217.1, 217.3, 418.1-ci maddələrinə, EEİQ-in 8.17, 8.33-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında işti rak edən ASC-nın vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia tərəfi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. ASC apellya siya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

25. MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Ma ddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....”

26. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin ge dişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi... 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” 27. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1.Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur;...” “Maddə 2.Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir...” “Maddə 3.Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyət inə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “Maddə 13.Yoxlamaların vahid məlumat reyestri 13.1.Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.” “Maddə 20.Yoxlamanın aparılması 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər....” “Maddə 31.Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi... 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir:... 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod; …” “Maddə

34. Yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydası 34.1. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər. …”

28. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkar a və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır....”

29. EEİQ-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümləd ən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.... 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Ener jitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.... 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına gşrə məsliyyət daşıyır.... 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 16-17) işin materialları ilə birgə araşdıraraq, cavabdeh tərəfin izahatını dinləyərək aşağıdakı səbəblərdən kassasiya şikayətini əsassız hesab edir, apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

31. İş ə baxmış məhkəmələrin qətnamələrindən, habelə kassasiya şikayətindən aydın olur ki, mübahisələndirilən borcun hesablanması ilə nəticələnmiş aktlar iddiaçıya məxsus daş karxanasında elektrik enerjisinin uçotu və EEİQ-ə riayət olunması vəziyyətinin ASC-nin əməkdaşları tərəfindən yoxlanılması ilə əlaqədar tərtib edilmiş, həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

32. Qanunvericiliyin təhlili belə deməyə əsas verir ki, həmin yoxlama qanunsuz keçirilmişdir.

33. Belə ki, “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1, 2.3 və 3-cü maddələrinə (bax yuxarıda § 27) görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə (araşdı rma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.) şamil edilir. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən qanunvericiliyin pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun bu tələbləri dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtl ərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə şamil edilir.

34. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndlərinə (bax yuxarıda § 28) görə, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəa liyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir.

35. Həmçinin EEİQ-in 8.34-cü bəndinin (bax yuxarıda § 29) tələblərinə görə, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.

36. İstinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan ASC-nin nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində istənilən yoxlama, o cümlədən hesablaşma elektrik sayğacına baxış keçirilməsi məqsədilə həmin yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin imperativ tələbidir.

37. Qeyd etmək lazımdır ki, sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ y oxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi qeyd olunan istiqamətdə formalaşmışdır.

38. Həmçinin işə baxmış məhkəmələr müəyyən etmişlər ki, ASC-nin əməkdaşları tərəfindən yoxlama zamanı aşkar olunmuş hallara iddiaçı tərəfindən yol verilməsi sübuta yetirilmir. Kassator öz şikayətində məhkəmələrin həmin nəticəsinin yanış olmasını təsdiq edən tutarlı dəlillər gətirə bilməmişdir.

39. Hazırkı iş üzrə mübahisəyə düzgün olmayaraq EEİQ-in 8.33-cü bəndinin tətbiqinə gəldikdə isə, bu dəlil ümumiyyətlə həqiqətə uyğun deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsindən açıq-aydın görünür ki, həmin məhkəmə sözügedən normanı tətbiq etməmişdir.

40. Şərh olunanlara və MPM-in 417-419-cu m addələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 fevral tarixli 22(103)-253/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar