Məhkəmə qərarları › İş №2-2(102)-303/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-303/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-303/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçının Cavabdehə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 mart tarixli e-2-2(113)-1414/2024 nömrəli qərardadından cavabdehin verdiyi şikayətə Ali Məhkə mənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 2 fevral tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi,ev 255, 255A, 225B ünvanında yerləşən ümumi sahəsi 202 kv.metr olan qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması; cavabdehdən ödənilməyən icarə haqqı 22.000 manat və ödənilmiş dövlət rüsumu 156 manatın iddiaçının xeyrinə tutulması; icarə müqaviləsinin müddətinin sonu – 2023cü il 20 dekabr tarixindən etibarən qətnamə icra edilən müddətə aylıq 3.000 manat hesabı ilə dəymiş ziyanın əvəzinin cavabdehdən iddiaçı nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 yazılı vəsatət verərək bildirmişdir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydaları pozulmaqla verilmiş, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, tələb sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil, tərəflər arasında kommersiya münasibəti yoxdur. Odur ki, hazırkı mülki işin baxılması üçün aidiyyəti üzrə cavabdehin rəsmi qeydiyyat yeri üzrə müvafiq ümumi məhkəməyə göndərilməlidir. Əlavə olaraq qeyd etmişdir ki, icarə sahəsi hazırda cavabdehin sahiblik və istifadəsindədir, cavabdeh tərəfindən müqavilə bağlandığı vaxtdan avtosalon kimi istifadə edilir.

3. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 mart tarixli e-2-2(113)-1414/2024 nömrəli qər ardadı ilə cavabdeh tərəfindən “işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə” verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır (hakim – Ü.Həsənova).

4. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırkı işin hallarından göründüyü kimi, tərəflər vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışlar, icarə sahəsi qeyri-yaşayış sahəsi olmaqla, cavabdeh tərəfindən kommersiya məqsədilə icarəyə götürülmüş, hazırkı mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətindən irəli gəlir.

5. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv olunmasını və sözügedən mübahisəyə müvafiq rayon (şəhər) məhkəməsində baxılması barədə məhkəmə qərardadı qəbul olunmasını xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 mart tarixli e-2-2(113)-1414/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət elektron qaydada verilmədiyindən geri qaytarılmışdır (hakim – Ü.Həsənova).

7. Həmin qərardaddan cavabdeh elektron qaydada şikayət verərək onun ləğv olunmasını və Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 mart tarixli e-2-2(113)-1414/2024 qərardadınan verilmiş şikayətə baxılmasını xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 aprel tarixli e-2-2(113)-1414/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Ü.Həsənova). Şikayət a) Şikayətin dəlilləri

9. Şikayətçi qeyd edir ki, məhkəmədə cavabdeh tərəf iddia ərizəsinin məhkəmə aidiyyətini pozmaqla verildiyini əsaslandırıb. Mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqə dar olmamasını, tərəflər arasında kommersiya münasibətinin olmamasını qeyd edərək, bununla bağlı sübutları məhkəməyə təqdim edib. Lakin Bakı Kommersiya Məhkəməsi vəsatəti təmin etməyərək, öz qərarını əsaslandırmayıb, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmayıb. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, tələb sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil, tərəflər arasında kommersiya münasibəti yoxdur. Buna görə də, bu mübahisəyə kommersiya məhkəmələrində baxıla bilməz. Odur ki, hazırkı mülki işin baxılması üçün aidiyyəti üzrə cavabdehin rəsmi qeydiyyat yeri üzrə müvafiq ümumi məhkəməyə göndərilməlidir. b) Şikayətə qarşı etirazın dəlilləri

10. İddiaçı tərəfindən şikayətə qarşı etiraz təqdim olunmamışdır. Tətb iq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibə tlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı bo rc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....” Ali məhkəmənin mövqeyi

13. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2024cü il 5 mart tarixli e-2-2(113)-1414/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Hazırkı şikayət prosessual (şikayətin elektron qaydada imzalanmaması səbəbindən geri qaytarılması) pozuntunlarla bağlı olsa da, sözügedən halın əsasını aidiyyət mübahisələndirilməsi (bax §§ 2-6) təşkil edir. Qarışıq məhkəmə tərkibi prosessual qənaət prinsipinə uyğun olaraq cavabdehin şikayətlərinin bir-biri ilə əlaqəli olması baxımından (bax § 7) aidiyyət mübahisələndirilməsini haz ırkı icraatda həll etməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir.

15. MPM-in 24.2, 25.2 və 26.1-ci maddələrinin (bax § 11) əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

16. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, hər iki tərəf vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışlar, icarə sahəsi qeyri-yaşayış sahəsi olmaqla, cavabdeh tərəfindən kommersiya məqsədilə icarəyə götürülmüş və hazırda iddia ərizəsindən də göründüyü kimi həmin icarə sahəsi avtosalon kimi istifadə edilir. Yəni, sözügedən mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətindən irəli gəlir.

17. Məhkəmə tərkibi onu da nəzə rə alır ki, işin aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməsinə iddiaçının məhkəmə iclasında iştirak etmiş nümayəndəsi də etiraz etmiş və əlavə olaraq bildirmişdir ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməzdən əvvəl səhvən Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin məhkəmə işin kommersiya məhkəməsinə aid olması barədə qərardad qəbul etmişdir. Tərəflər hər ikisi sahibkardırlar və qeyri-yaşayış sahəsi sahibkarlıq məqsədi ilə istifadə olunur. Odur ki, vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsu siyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11 və 12-ci bəndlərində (bax § 12) formalaşdırdığı hüquqi mövqelərə görə, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınm alıdır.

19. Göründüyü kimi, istər MPM-in tələbləri, istərsə də Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri baxımından hazırkı mübahisəyə ümumi məhkəmədə baxılması istisna olunur.

20. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 mart tarixli e-2-2(113)-1414/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

21. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 mart tarixli e-2-2(113)-1414/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar