Məhkəmə qərarları › İş №2-2(102)-304/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-304/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-304/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X2 ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh1 qarşı “müqavilə üzrə kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması” tələbinə dair kommersiya işi üzrə c avabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 22(103)-18/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı QSC ilə Cavabdeh2 arasında 2014-cü il 4 noyabr tarixində 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış, kredit alana 2024-cü il 4 noyabr tarixinədək 10.000.000 (on milyon) ABŞ dolları məbləğində uzun müddətli kredit xəttini açılmışdır. 2. 2014-cü il 4 noyabr tarixli 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 009R********** saylı krеdit razılaşması bağlanmış, həmin razılaşma əsasında bank məbləği 1.070.000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1.0833% оlmaqla, 60 ay müddətinə kredit alana verməyi öhdəsinə götürmüşdür. 3. 2015-ci il 14 aprel tarixli 009R**********S saylı, 2016-cı il 17 iyun tarixli 009R**********SB saylı, 2017-ci il 28 fevral tarixli 009R**********SC saylı, 2017-ci il 31 may tarixli 009R**********SD saylı, 2017-ci il 27 iyul tarixli 009R**********SE saylı, 2017-ci il 12 sentyabr tarixli 009R**********SF saylı, 2017-ci il 31 oktyabr tarixli 009R**********SG saylı, 2018-ci il 28 fevral tarixli 009R**********SH, 2018-ci il 3 aprel tarixli 009R**********SJ saylı, 2018-ci il 29 iyun tarixli 009R**********SK saylı, 2018-ci il 3 avqust tarixli 009R**********SL saylı, 2018-ci il 31 avqust tarixli 009R**********SM saylı, 2018-ci il 3 oktyabr tarixli 009R**********SN saylı, 2018-ci il 28 dekabr tarixli 009R**********SO saylı və 2020-ci il 28 avqust tarixli 009R**********SQ saylı sazişlərlə razıla şmaya və ödəniş planına dəyişiklik edilmişdir.

4. Zamin Cavabdeh3 MMC, borclu Cavabdeh2 olmaqla imzalanmış 009S**********05 saylı zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 5. 2014-cü il 13 noyabr tarixli 009M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 134.3 m ümumi sahədən ibarət 49 nömrəli mənzilin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi İddiaçı QSC Azadlıq Filialı, Cavabdeh2 arasında razılaşdırılmışdır.

6. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dö vlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən Cavabdeh2 məxsus Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 134.3 m ümumi sahədən ibarət 49 nömrəli mənzil "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 7. 2014-cü il 13 noyabr tarixli 009M**********02 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu X3 küçəsində 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət 2 mərtəbəli 121 nömrəli qeyri yaşayış sahəsinin İddiaçı QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilməsi İddiaçı QSC Azadlıq Filialı, Cavabdeh2 arasında razılaşdırılmışdır.

8. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən Cavabdeh2 məxsus Bakı şəhəri Nəri manov rayonu, X3 küçəsi 121 nömrəli qeyri yaşayış sahəsi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 9. 2014-cü il 13 noyabr tarixli 009M**********03 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 2141 ünvanda yerləşən ev 35A-da 18-ci mərtəbədə yerləşən 3 otaqlı 51 nömrəli mənzilin İddiaçı QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilməsi İddiaçı QSC Azadlıq Filialı, Cavabdeh2 arasında razılaşdırılmışdır.

10. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən mənzil "xxxx" QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 11. 2014-cü il 13 noyabr tarixli 009M**********04 nömrəli ipoteka müqaviləsinə ə sasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən ev 35Ada 18-ci mərtəbədə yerləşən 3 otaqlı 51 nömrəli mənzilin İddiaçı QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilməsi İddiaçı QSC Azadlıq Filialı, Cavabdeh2 arasında razılaşdırılmışdır.

12. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 5 ünvanda yerləşən mənzil "xxxx" QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

13. İş üzrə keçirilmiş ƏEM/S 73-924/21 saylı 2021-ci il 28 sentyabr tarixli əmlakların qiymətləndirilməsi rəyində: -Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 49 saylı mənzilin bazar dəyəri 201.500 manat, likvid dəyər i 160.000 manat, -Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 50 saylı mənzilin bazar dəyəri 190.000 manat, likvid dəyəri 150.000 manat, -Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 51 saylı mənzilin bazar dəyəri 171.500 manat, likvid dəyəri 135.000 manat, -Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahəsinin 28 sentyabr 2021-ci il tarixinə bazar dəyəri 475.000 manat, likvid dəyəri 350.000 manat olaraq qeyd olunmuşdur.

14. İş üzrə keçirilmiş 21 sentyabr 9/5773 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materia llarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında 2014-cü il 4 noyabr tarixli 009L**********79 saylı uzunmüddətli kredit xətti çərçivəsində bağlanmış 2014-cü il 14 noyabr tarixli 009R********** saylı kredit razılaşmasının və həmin razılaşmalar üzrə imzalanmış 2015-ci il 14 aprel tarixli 009R**********S saylı, 2016-cı il 17 iyun tarixli 009R143185619İSB saylı, 2017-ci il 28 fevral tarixli 009R**********SC saylı, 2017-ci il 31 may tarixli 009R**********SD saylı, 2017-ci il 27 iyul tarixli 009R143185619İSE saylı 2017ci il 12 sentyabr tarixli 009R**********SF saylı, 2017-ci il 31 oktyabr tarixli 009R**********SG saylı, 2018-ci il 28 fevral tarixli 009R**********SH, 2018-ci il 3 aprel tarixli 009R**********SJ saylı, 2018-ci il 29 iyun tarixli 009R**********SK saylı, 2018-ci il 3 avqust tarixli 009R**********SL, saylı, 2018-ci 31 avqust tarixli 009R**********SM saylı, 2018-ci il 3 oktyabr tarixli 009R**********SN saylı, 2018-ci il 28 dekabr tarixli 009R**********SO saylı və 2020-ci il 28 avqust tarixli 009R**********SQ saylı sazişlərin şərtləri nəzərə alınmaqla ekspertiza qarşısında qoyulmuş sual üzrə 2021-ci il 21 may tarixinə Cavabdeh2 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan əsas və faiz borcu cəmi 1.180.694,01 ABŞ dolları məbləğində müəyyən edilir o cümlədən, əsas borc üzrə 850.856,28 ABŞ dolları, faiz borcu üzrə 330.107,73 ABŞ dolları. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı QSC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə (bundan sonra-“cavabdehlər” və ya “Cavabdeh1”, “ Cavabdeh2”, “MMC”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеh Cavabdeh2 və MMC-dən müştərək qaydada iddiaçının хеyrinə 009R********** saylı krеdit razılaşması üzrə 850.586,28 ABŞ dolları krеdit bоrcu, 330.107,73 ABŞ dolları faiz bоrcu və 1.003.030,69 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 2.183.724,70 ABŞ dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum və 80 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri Yasamal rayonu mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 134.3 m ümumi sahədən ibarət 49 saylı mənzilinə (bundan sonra-“49 saylı mənzil”), Bakı şəhəri Yasamal rayonu Mətbuat pr ospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 126.7 m ümumi sahədən ibarət 50 saylı mənzilinə (bundan sonra-“50 saylı mənzil”), Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 114.45 m ümumi sahədən ibarət 51 saylı mənzilinə (bundan sonra-“51 saylı mənzil”), Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət 2 mərtəbəli 121 nömrəli qeyri yaşayış sahəsinə (bundan sonra-“121 nömrəli qeyri-yaşayış sahəsi”) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 2.183.724,70 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumun və 80 ma nat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 49, 50, 51 saylı mənzillərə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, 121 nömrəli qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçı ilə bağladığı 2014-cü il 4 noyabr tarixli 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 a y müddətinə 10.000.000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ilə bağladığı 2014-cü il 14 noyabr tarixli 009R********** saylı krеdit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.070.000 ABŞ Dolları məbləğində krеdit götürmüşdür.

17. Tərəflərin imzaladıqları 2015-ci il 14 aprel tarixli 009R**********S saylı, 2016-cı il 17 iyun tarixli 009R**********SB saylı, 2017-ci il 28 fevral tarixli 009R**********SC saylı, 2017-ci il 31 may tarixli 009R**********SD saylı, 2017-ci il 27 iyul tarixli 009R**********SE saylı, 2017-ci il 12 sentyabr tarixli 009R**********SF saylı, 2017-ci il 31 oktyabr tarixli 009R**********SG saylı, 2018-ci il 28 fevral tarixli 009R**********SH saylı, 2018-ci il 3 aprel tarixli 009R**********SJ saylı, 2018-ci il 29 iyun tarixli 009R**********SK saylı, 2018-ci il 3 avqust tarixli 009R**********SL saylı, 2018-ci il 31 avqust tarixli 009R**********SM saylı, 2018-ci il 3 oktyabr tarixli 009R**********SN saylı, 2018-ci il 28 dekabr tarixli 009R**********SO saylı və 2020-ci il 28 avqust tarixli 009R**********SQ saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.

18. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2020-ci il 27 noyabr tarixindən banka qayt armamışdır.

19. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 219.413,72 ABŞ Dolları ödəmiş, onun 850.586,28 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır.

20. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2021-ci il 21 may tarixinə 175 gün üçün hesablanmış faiz borcu 330.107,73 ABŞ Dolları təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikd irilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 21. 2021-ci il 21 may tarixinə 175 gün üçün hеsablanmış cərimə 1.003.030,69 ABŞ Dolları təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir.

22. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh MMC zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gə lən öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir.

23. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 iddiaçı ilə bağladığı 2014-cü il 13 noyabr tarixli 009M**********01 nömrəli ipoteka müqaviləsi əsasında 49 saylı mənzili, 009M**********04 nömrəli ipoteka müqaviləsi əsasında 50 saylı mənzili, 009M**********03 nömrəli ipoteka müqaviləsi əsasında 51 saylı mənzili, 009M**********02 nömrəli ipoteka müqaviləsi əsasında 121 nömrəli qeyri yaşayış sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir.

24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin(bundan sonra-“DƏDRX”) Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 1049 №-li reyestr kitabının 94560 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən 49 saylı mənzilin, 1055 №-li reyestr kitabının 95045 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən 50 saylı mənzilin, 1055 №-li reyestr kitabının 95043 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən 51 saylı mənzilin, 4 №-li reyestr kitabının 447 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən 121 nömrəli qeyri yaşayış sahəsinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.İpoteka saxlayan iddiaçı tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmişdir. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə DƏDRX-in Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 2021-ci il 29 aprel tarixində həmin idarədə qeydə alınmışdır.

25. İddiaçı ipoteka bildirişlərinin DƏDRX-in Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün hər ipoteka predmeti üzrə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. 49, 50, 51 saylı mənzilləri və 121 nömrəli qeyri yaşayış sahəsini iddiaçı qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh1 notariat kontoruna ərizələr təqdim edərək ipoteka predmetlərinə tutma yönəldiləcəyi təqdirdə əmlakları qeyd şərtsiz boşaltmağı öhdəsinə götürmüşdür.

26. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 21, 317.1, 442, 465.2, 472.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun(bundan sonra-“İpoteka haqqında Qanun”) 4, 36.2, 39.1-ci maddələrinə istinad edilmişdir.

27. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 iyul tarixli, e-2-2(113)-3031/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsi qərara alınmış, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi “Əmlak Ekspert Mərkəzinə”, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə(bundan sonra-“MEM”) həvalə edilmişdir.

28. İş üzrə keçirilmiş ƏEM/S 73-924/21 saylı 2021-ci il 28 sentyabr tarixli əmlakların qiymətləndirilməsi rə yində: 49 saylı mənzilin bazar dəyəri 201.500 manat, likvid dəyəri 160.000 manat, 50 saylı mənzilin bazar dəyəri 190.000 manat, likvid dəyəri 150.000 manat, 51 saylı mənzilin bazar dəyəri 171.500 manat, likvid dəyəri 135.000 manat, 121 nömrəli qeyri-yaşayış sahəsinin 2021-ci il 28 sentyabr tarixinə bazar dəyəri 475.000 manat, likvid dəyəri 350.000 manat olaraq qeyd olunmuşdur.

29. İş üzrə keçirilmiş MEM-in 2021-ci il 21 sentyabr tarixli, 9/5773 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında 009L**********79 saylı uzunmüddətli kredit xətti çərçivəsində bağlanmış 009R********** saylı kredit razılaşmasının və həmin razılaşmalar üzrə imzalanmış 009R **********S saylı, 009R143185619İSB saylı, 009R**********SC saylı, 009R**********SD saylı, 009R143185619İSE saylı, 009R**********SF saylı, 009R**********SG saylı, 009R**********SH, 009R**********SJ saylı, 009R**********SK saylı, 009R**********SL saylı, 009R**********SM saylı, 009R**********SN saylı, 009R**********SO saylı və 009R**********SQ saylı sazişlərin şərtləri nəzərə alınmaqla ekspertiza qarşısında qoyulmuş sual üzrə 2021-ci il 21 may tarixinə Cavabdeh2 iddiaçıya olan əsas və faiz borcu cəmi 1.180.694,01 ABŞ dolları məbləğində müəyyən edilir o cümlədən, əsas borc üzrə 850.856,28 ABŞ dolları, faiz borcu üzrə 330.107,73 ABŞ dolları.

30. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 4 noyabr tarixli, e-2-2(113)-3031/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 və MMC-dən mü ştərək qaydada 850.586,28 ABŞ dolları əsas borc, 330.107,73 ABŞ dolları faiz borcu, 42529 ABŞ dolları dəbbə pulu, iddia qaldırlması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat və 80 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, -Cavabdeh2 və MMC-dən müştərək qaydada MEM-in xeyrinə 100 manat və əmlakların qiymətləndirilməsi ilə bağlı olaraq "xxxx" MMC-nin xeyrinə 500 manat tutulması, -Tutmanın 49, 50, 51 saylı mənzillər, 121 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlaklar açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qay tarılması, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması, 49 saylı mənzilin likvid dəyəri 160.000 manat, 50 saylı mənzilin likvid dəyəri 150.000 manat, 51 saylı mənzilin likvid dəyəri 135.000 manat, 121 nömrəli qeyri-yaşayış sahəsinin likvid dəyəri 350.000 manat məbləğində müəyyən edilməsi, İddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aytən Əliyeva).

31. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı bankın Azadlıq Filialı ilə Cavabdeh2 arasında kredit müqavilələri imzalanmış, MMC zamin olmuşdur. İddiaçı tərəf müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etsə də cavabdehlər bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməmiş nəticədə cavabd ehlərin iddiaçıya olan borcu yaranmışdır.

32. Mülki qanunveriliyə və MM-in 467-ci maddəsi nəzərə alınmaqla iddia ərizəsi üzrə tələb edilən dəbbə pulunun 42529 ABŞ dolları məbləğində azaldılmasını ədalətlidir.

33. Belə olan halda məhkəmə Cavabdeh2 və MMC-nin kredit müqaviləsi və ona əlavələr üzrə iddiaçı bankın Azadlıq Filialının borcunun yarandığını, eləcə də iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas, faiz və hesablanmış cərimə borcunun cavabdehlərdən tutulması tələbinə dair iddiaçı bankın Azadlıq Filialının iddiası qismən əsaslı olmaqla təmin edilməli, Cavabdeh2 və MMC-dən iddiaçının xeyrinə 850.586,28 ABŞ dolları əsas borc, 330.107,73 ABŞ dolları faiz borcu, 42.529 ABŞ dolları məbləğində cərimə borcu t utulmalıdır.

34. İddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və 49, 50, 51 saylı mənzillər, 121 nömrəli qeyri-yaşayış sahəsi açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalıdır.

35. İpoteka predmetlərinə tutma yönəldildikdə Cavabdeh2 məxsus 49 saylı mənzilin likvid dəyəri 160.000 manat, 50 saylı mənzilin likvid dəyəri 150.000 manat, 51 s aylı mənzilin likvid dəyəri 135.000 manat, 121 nömrəli qeyri-yaşayış sahəsinin likvid dəyəri 350.000 manat məbləğində müəyyən edilməlidir.

36. İddiaçının hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və MMC-dən müştərək qaydada tutulması tələbinə münasibətdə iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. 37. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir.

38. Qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə ba ğlı olduğundan həmin hissədə təmin edilməməlidir.

39. Qeyd olunanlara əsasən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum və 80 manat xidmət haqqı, Cavabdeh2 və MMC-dən tutularaq, iddiaçının xeyrinə tutulmalıdır.

40. İş üzrə keçirilmiş 2021-ci il 21 sentyabr tarixli 9/5773 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı MEM-ə ödənilməli olan 100 manat və əmlakların qiymətləndirilməsi ilə bağlı olaraq "xxxx" MMC-yə ödənilməli olan 500 manat Cavabdeh2 və MMC-dən müştərək qaydada tutulmalıdır.

41. Məhkəmə öz qətnaməsini MM-in 269.1, 269.4, 269.7, 317.1, 319.1, 385.1, 386.1, 421.1, 425.1, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739-cu, İHQ-nin 33, 34.1, 36.1, 36.3, 39.3.3, 47.4, 59.3.1-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1, MPM-in 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

42. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

43. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 may tarixli, 22(103)-306/2022 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi MEM-ə həvalə edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov)

44. İş üzrə keçirilmiş MEM-in 2022-ci il 30 dekabr tarixli, 10/6603-9/7270 saylı ekspertizasının rəyində qeyd olunmuşdur ki, 121 nömrəli qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 663.000 manat və likvid dəyəri 600.000 manat məbləğində müəyyən edilir.

45. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli, 2-2(103)-18/2023 saylı qətnaməsi ilə cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 121 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmiş, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 480.000 manat müəyyən edilmişdir. Qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, işə apellyasiya qaydasında baxılarkən həyata keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 50 manatının iddiaçıdan, 50 manatının cavabdeh MMC-dən MEM-in xeyrinə tutulması qət edilmişdir (sədrl ik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

46. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qətnamə cavabdeh MMC tərəfindən qismən - 121 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ilə bağlı hissədə və dəbbə pulu tutulması hissəsində mübahisələndirildiyindən həmin hissələrdə yoxlanılır.

47. İddiaçı tərəfindən cavabdehdən 1.003.030,69 ABŞ dolları cərimə tutulması xahiş olunmuş, məhkəmə həmin hissədə iddianı qismən təmin edərək MM-nin 467-ci maddəsinə əsasən cərimə borcunu azaldaraq 42.529 ABŞ dolları hissədə təmin etmişdir.

48. Kredit razılaşmasının 4.2.2-ci bəndində qeyd edilmişdir ki, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərmə ödəyir. İ şdəki hesabdan çıxarışdan və ekspert rəyindən görünür ki, borcalan tərəfindən 2020-ci il 18 dekabr tarixdən sonra ödəniş edilməmişdir. Buna görə də, məhkəmə tərəfindən tutulmuş 42.529 ABŞ dolları cərimə məbləğinin azaldılması və ya tam ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

49. Cavabdeh tərəfindən apellyasiya şikayətində 121 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti mübahisələndirilmiş, həmin obyektin likvid dəyərinin 480.000 manat olması barədə “X1” MMC-nin hesabatı məhkəməyə təqdim edilmişdir.

50. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 28 sentyabr tarixli, e-2-2(103)-306/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, 2023-cü il 13 yanvar tarixində məhkəməyə MEM-in 2022-ci il 30 dekabr tarixli 10/6603-97270 saylı ekspert rəyi daxil olmuş, həmin rəydə qeyd edilmişdir ki, 121 nömrəli qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 663.000 manat və likvid dəyəri təqribən 600.000 manat təşkil edir. 51. "xxxx" MMC-nin birinci instansiya məhkəməsinə təqdim etdiyi 2021-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə hesabatında 121 nömrəli qeyri-yaşayış sahəsinin likvid dəyəri 350.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəydəki qiymət reallığı əks etdirmir. Belə ki, 2014-cü il 13 noyabr tarixli ipoteka müqaviləsində sözügedən əmlakın dəyəri 376.512 manat qeyd edilmişdir. Ötən müddət ərzində daşınmaz əmlakın qiymətləri artdığından 121 nömrəli qeyri-yaşayış sahəsinin dəyərinin 350.000 manatadək azalma sı inandırıcı hesab edilmir.

52. Məhkəmə cavabdeh tərəfindən apellyasiya instansiyası mərhələsində yeni qiymətləndirmə rəyi təqdim etdiyini, iddiaçının nümayəndəsinin MEM-in 2022-ci il 30 dekabr tarixli 10/6603-97270 saylı ekspert rəyi ilə razılaşmadığını, sözügedən yaşayış sahəsinin ilkin satış qiymətinin cavabdeh tərəfindən təqdim edilmiş “X1” MMC-nin hesabatındakı likvid dəyər əsasında müəyyən edilməsinə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, əmlakın ilkin satış qiyməti 480.000 manat məbləğində müəyyən edilməlidir.

53. Məhkəmə öz qətnaməsini MM-in 269.1, 269.4, 269.7, 319.1, 462.1, 467, 739-cu, İHQnin 1.0.9, 33, 34.1, 36.1, 36.3, 39.3, 47.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

54. Qətnamə 2023-cü il 9 fevral tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

55. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili 2023-cü il 30 mart tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi üzrə: Məhkəmə öz qətnaməsində əsaslandırmışdır ki, “Kredit razılaşmasının 4.2.2-ci bəndində qeyd edilmişdir ki, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəyir. İşdəki hesabdan çıxarışdan və ekspert rəyindən görünür ki, borcalan tərəfindən 2020-ci il 18 dekabr tarixindən sonra ödəniş ed ilməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən tutulmuş 42.529 ABŞ dolları cərimə məbləğinin azaldılması və ya tam ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.” Lakin apellyasiya instansiyası nəzərə almamışdır ki, sözügedən mübahisə predmeti Azərbaycan manatı ilə deyil ABŞ dolları ilə ifadə edilmişdir. İddiaçı ilə “kredit alan” Cavabdeh2 arasında kredit müqaviləsi bağlanan zaman dolların manata olan məzənnəsi 0.78 manat olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X4 2015-ci il 21 dekabr tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçilmiş və gözlənilmədən Azərbaycan manatının ABŞ dollarına qarşı kəskin ucuzlaşması baş vermişdir. Həmin gün və hal-hazırda ABŞ dollarının rəsmi məzənnəsi təxminən 100 %-dən çox artaraq 1,7 manat həddinə çatmışdır. Belə olan halda, ölkədə mal və xidmətlərin dəyəri kəskin şəkildə bahalaşmışdır. Həmin qərardan sonra üzən məzənnə rejiminə keçid nəticəsində hazırkı kredit müqaviləsinin predmetinin, yəni cavabdehin kredit öhdəliklərinin ifadə olunduğu ABŞ dollarının dəyərinin onun gəlirlərinin ifadə olunduğu Azərbaycan manatı ilə müqayisədə tədricən sürətlə artması nəticəsində cavabdehin gəlirləri və xərcləri arasında tərs mütənasiblik formalaşmış və onun maliyyə vəziyyəti xeyli ağırlaşdırmışdır. Cavabdeh ABŞ dollarının devalvasiyasına baxmayaraq mütəmadi olaraq ödənişlər etməyə başlamışdır. Devalvasiya nəticəsində eyni zamanda cavabdehin öz biznesinə təsiri də yan keçməmiş və müflis olmağa doğru irərliləmişdir. Bu səbəbdən Cavabdeh2 iddiaçıya dəfələrlə əsas borcun və ona hesablanmış faizlərin güzəştl i şəkildə restrukturizasiyasının edilməsini təklif etmiş lakin bank tərəfindən bununla bağlı müsbət addım atılmamışdır. Hətta buna baxmayaraq cavabdeh yenə də öz borcunu bacardığı qədər icra etməyə çalışmışdır. Lakin iddiaçı öz hüquqlarından sui istifadə etmiş, əsas borcu 850.586,28 ABŞ dolları qalmış krеdit bоrcuna təxminən 40% əlavə faiz hesablamaqla yanaşı (330.107,73 ABŞ dolları faiz bоrcu) eyni zamanda 1.003.030,69 ABŞ dolları məbləğində cərimə hesablamışdır. İddiaçı cavabdehin öz borcunu ödəniş qrafikinə uyğun olaraq vaxtında tam icra edə bilmədiyini uzun müddətdir görməsinə baxmayaraq borcun tələbi üçün məhkəməyə müraciət etmək hüququnu borcu şişirmək üçün əsassız olaraq gözləmiş və nəticədə əsas borcun təxminən yarısı qədər faiz və cərimə tətbiq edilmişdir. İşin hallarını və qanunv ericiliyin tələbini nəzərə alaraq hesab edirik ki, zatən 40 % əsas borca hesablanmış faiz borcu yarandığından cavabdehdən eyni zamanda tutulmuş 42.529 ABŞ dolları cərimə məbləğinin ləğv edilməsi üçün kifayət qədər əsaslar vardır. Lakin Bakı Apellyasiya Məhkəməsinin bu halları nəzərə almadan əsassız olaraq apellyasiya şikayətini borc hissəsində təmin etməmişdir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsi üzrə: Mübahisəli məhkəmə qətnaməsi bütövlükdə Məhkəmə Kollegiyasının işin halları ilə bağlı zənn və ehtimallarına əsaslanır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qar şılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1 və 220.4-cü maddəsi üzrə: MPM-in 218.1-ci maddəsinə əsasən Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəli llər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, məhkəmə kollegiyası mübahisəli məhkəmə qətnaməsində sözügedən hallara (devalvasiya, cavabdehin maliyyə, əmlak vəziyyəti və s.) qiymət verməmiş, cavabdehin maliyyə vəziyyətini daha da pisləşdirəcək qətnamə qəbul edərək qanunsuz, əsassız, qeyri-obyektiv, qanunvericiliyin səhv tətbiq olunması və ya tətbiq edilməli olan qanunvericilik normalarının tətbiq edilməməsi ilə nəticələnən qətnamənin qəbul olunması ilə müşayiət olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

60. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzm unu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

61. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız dəbbə pulu hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı da həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

62. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşd ırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.... 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın....” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququ nun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyi bsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mən afeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 64. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “Maddə 59.İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun;...”

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu M əcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli, 22(103)-18/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

67. Cavabdeh MMC-nin kassasiya şikayətinin madd i hüquq normalarının pozulmasına dair əsas dəlili bundan ibarət olmuşdur ki, tərəflər arasında kredit müqaviləsi bağlanan zaman dolların manata olan məzənnəsi 0.78 manat olmuş, Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il 21 dekabr tarixli qərarından sonra ABŞ dollarının dəyərinin onun gəlirlərinin ifadə olunduğu Azərbaycan manatı ilə müqayisədə sürətlə artması nəticəsində cavabdehin gəlirləri və xərcləri arasında tərs mütənasiblik yaranmış və onun maliyyə vəziyyəti xeyli ağırlaşmış, apellyasiya instansiyası məhkəməsi isə dəbbə pulunun məbləği ilə bağlı qeyd edilən halı nəzərə almamışdır.

68. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndində ödəniş planı üzrə krediti və ona hesabla nmış faizi vaxtında qaytarmadıqda borclunun hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəmək öhdəliyi nəzərdə tutulmuş və borcalan tərəfindən 2020-ci il 18 dekabr tarixdən sonra ödəniş edilməmişdir. İşə baxmış məhkəmələr tərəfindən işin halları və kreditorun əmlak mənafeləri nəzərə alınmaqla, iddiaçı tərəfindən hesablanmış tənasübsüz surətdə yüksək (1.003.030,69 ABŞ dolları) dəbbə pulu azaldılaraq 42.529 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxmış məhkəmələr tərəfindən 850.586,28 ABŞ dolları əsas borca münasibətdə 42.529 ABŞ dolları dəbbə pulu müəyyənləşdirilməsi son zamanlar formalaşmış məhkəmə təcrübəsinə və MM-in 467-ci maddəsinin müddəalarına uyğun olmuşdur.

69. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq no rmalarının pozulmasına dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

70. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli, 2- 2(103)-18/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh "xxxx"MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(103)-18/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar