Məhkəmə qərarları › İş №2-2(102)-304/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-304/2024

26.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-304/2024 26.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı Cavabdeh qarşı Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024ci il 6 fevral tarixli 2-2(108)-6/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı 17 noyabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3 9 874.00 (otuz doqquz min səkkiz yüz yetmiş dörd) manat borc pulun və 200 (iki yüz) manat məbləğində çəkilmiş mediasiya xərcinin alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli e-2-2(123)-8/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA2837505, FİN:xxxxxxx) 25 316 (iyirmi beş min üç yüz on altı) manat məbləğində pul alınıb İddiaçı (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE ********, FİN: xxxxxxx) ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölüşdürülərək, 100 (bir yüz) manat məbləği Cavabdeh alınıb İddiaçı ödənilməsi, qalan hissədə iddiaçın ın özünə aid edilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 209,62 (iki yüz doqquz manat 62 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş, yəni 63,49% hissəsinə mütənasib olaraq 133,09 (bir yüz otuz üç manat 09 qəpik) manat məbləği Cavabdeh alınıb dövlət gəlirlərinə ödənilməsi, 9.62 (doqquz manat 62 qəpik) manat hissədə iddiaçının özünə aid edilməsi, iddia ərizəsinin verilməsinə görə 9.62 (doqquz manat 62 qəpik) manat məbləğində ödənilməli olan dövlət rüsumuna münasibətdə iddiaçı tərəfindən ödənilmiş 9.7 (doqquz manat 70 qəpik) manatın artıq ödənilmiş 0.8 (səkkiz qəpik) manat məbləğinin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı qaytarılması qət olunmuşdur (hakim Elşən Salmanov). Cavabdeh 2023-cü il 17 noyabr tarixdə apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı da 2023-cü il 21 noyabr tarixdə apellyasiya şikayəti verərək, həmin qətnamənin iddia tələbinin təmin olunmayan hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024ci il 6 fevral tarixli, 2-2(108)-6/2024 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş şikayəti qismən təmin olunmuş, Naxçıvan Muxtar Respublikasının Kommer siya Məhkəməsinin 2023-cü il 20 oktyabr tarixli, 2-2(123)-8/2023 nömrəli qətnaməsi Cavabdeh (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA2837505, FİN:xxxxxxx) 25 316 (iyirmi beş min üç yüz on altı) manat məbləğində pul alınıb İddiaçı (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE ********, FİN: xxxxxxx) ödənilməsi hissəsində dəyişdirilərək, cavabdehdən (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA2837505, FİN:xxxxxxx) 27 316 (iyirmi yeddi min üç yüz on altı) manat məbləğində pulun alınıb iddiaçıya (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE ********, FİN: xxxxxxx) ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Quliyev, hakimlər – S.Bəylərli və M.Allahverdiyev). Cavabdeh 2024-cü il 5 aprel tarixdə kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin (bundan sonra-“MPM”) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Bundan əlavə, MPM-in 407.1.4-ci maddəsinə görə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində aydın şəkildə ifadə olunmalıdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə sadəcə maddələr qeyd olunmuş, pozuntunun nədən ibarət olması barədə dəlil göstərilməmişdir. Həmçinin kassasiya şikayəti verən şəxsin tələbi hissəsində isə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışın a göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin kassasiya şikayətində tələblər tam və aydın göstərilməmiş, sadəcə olaraq qətnamənin ləğv olunması xahiş edilmişdir. MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Koll egiyasının 2024ci il 6 fevral tarixli, 2-2(108)-6/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar