Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-306/2017 22.08.2017 ALİ MƏHKƏMƏ İş 2-2(102)-306/2017 Azərbaycan Respublikası adından QƏRAR 22 avqust 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, vəkili X9, Cavabdeh-nin direktoru X2, nümayəndəsi X6, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh-yə (bundan sonra cavabdeh) qarşı “İcarə haqqı üzrə borcun, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-3 28/2017 saylı 19 may 2017-ci il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 10 aprel 2014-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi və cavabdehdən ödənilməmiş 225.700 manat icarə haqqının, 84.788 manat maddi (əldən çıxmış fayda) və 75.233 manat mənəvi ziyanın, ümumilikdə 385.721 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı təmin etmə tədbiri haqqında vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka cavabdehin, onun əməkdaşlarının və digər 3-cü şəxslərin daxil olmasına və həmin əmlakdan istifadə edilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 47.2, 157.1, 158.1.1, 159.1-ci maddələri ilə əsaslandırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X13, 2-2(81)-617/2017 saylı iş) 18 aprel 2017-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka cavabdeh, onun əməkdaşlarının və digər 3-cü şəxslərin daxil olması və həmin əmlakdan istifadə edilməsinə qadağa qoyulması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin 24 aprel 2017-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hak imlər X7-məruzəçi, X5 və X1, 2-2(103)-328/2017 saylı iş) 19 may 2017-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Cavabdeh ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini o səbəblə icarəyə götürmüşdür ki, cəmiyyət eyni zamanda ilk peşə-ixtisas təhsili müəssisəsi olan “Bakı Beynəlxalq Peşə Məktəbinin” təsisçisidir. Həmin vaxta kimi cavabdeh “X3” MMC-yə məxsus olan Caspian Plazanın 3-cü korpusunun 1-ci, 4-cü, 6-cı və 7-ci mərtəbələrində icarə əsasında tədris fəaliyyətini davam etdirirdi. Təhsil Nazirliyinin iradından sonra cavabdeh tər əfindən həmin qeyri-yaşayış sahəsinə 200.350 manatdan çox vəsait xərclənərək avadanlıqlar və maddi texniki vəsaitlər yerləşdirilmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında 10 il müddətinə 28 mart 2014-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. “Bakı Beynəlxalq Peşə Məktəbi” üçün lisenziyanın alınması məqsədi ilə icarəyə verən-iddiaçı sözügedən yaşayış sahəsinin 1135.02 kv.m olduğunu göstərməklə cavabdehi aldatmışdır. Lakin sonradan məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin yalnız 144.1 kv.m-i üçün daşınmaz əmlakın dövlət reysterindən çıxarış əldə edilmiş və yalnız həmin sahə üçün mülkiyyət hüququ əldə etmişlər. Məhz bu hala görə tərəflərindən notarial qaydada icarə müqaviləsi bağlana bilməmişdir. Bu hal isə onlara sonradan məlum olmuşdur. Bundan sonra isə məcbur olaraq digər qeyr i-yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı notarial qaydada təsdiqlənmiş müqavilə imzalamışlar. Beləliklə, iddiaçının onlara yalan məlumat verməsinin nəticəsi olaraq 12 ay ərzində “xxxx” MMC-yə məxsus olan Caspian Plazanın 3-cü korpusunun 1-ci, 4-cü, 6-cı və 7-ci mərtəbələrinin icarə haqqı üçün 17.000x12 = 204.000 manat məbləğində, habelə 3 ay üçün isə 12.000x3=36.000 manat, cəmi 240.000 manat dəyərində ziyan dəymişdir. Bununla yanaşı 2 il ərzində binanın saxlanılması, icarə haqqı, vergilər, kommunal ödənişlər və digər xərclər qismində 413.187 manat, cəmi 613.537 manat vəsait sərf olunmuşdur. Bununla yanaşı artıq 70.000 manata yaxın buradan çıxara biləcəkləri əmlakları mövcuddur. Yəni iddiaçı tərəfindən müqaviləyə xitam verilməsi və ona məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılma ları ilə bağlı tələbi təmin ediləcəyi halda onlara 200.350 manat məbləğində maddi zərər dəyəcəkdir. MPM-in 157.1 və 157.2-ci maddələrinin qarşılıqlı təhlilinə əsasən asanlıqla müəyyən edilə bilər ki, iddianın təmin tədbirinin təmin edilməsində məqsəd əgər iddia tələbi təmin edilərsə, qətnamənin icrasını təmin etməkdir. Ona görə də, iddia təmin tədbiri ilə bağlı müraciət edən tərəf, qətnamə ilə təmin ediləcək iddianın icrası təmin tədbiri ilə bağlı ərizə təmin edilmədiyi halda qeyri-mümkün hala çatacaqdır. Halbuki iddiaçı tərəfdən hər hansı belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilən əsaslar birmənalı olaraq iddiaçı tərəfin iddia təmin tədbirinin əsası kimi göstərdiyi halın olmadığını özündə əks etdirir. Şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəll əsinin 158.4, Mülki Prosessual Məcəllənin 157.1 və 157.2-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsi qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Mübahisə ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın iddiaçı tərəfindən cavabdehə icarəyə verilməsi ilə bağlı cavabdehin müqavilə öhdəliklərinə əməl etməməsi ilə bağlıdır. Tərəflər arasında 10 aprel 2014-cü il tarixdə imzalanmış müqaviləyə görə iddiaçı ona məxsus 1135,02 kvm qeyri-yaşayış sahəsini 10 il müddətinə cavabdehə icarəyə vermiş və icarə haqqı aylıq 15.000 manat müəyyən edilmişdir. İddiaçı cavabdehin icarə haqqını ödəmədiyini bildirib hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi icarə haqqı, əldən çıxmış fayda, mənəvi ziyanla yanaşı, 10 aprel 2014-cü il tarixli müqaviləyə xitam verilməsi və cavabdehin icarə obyektindən çıxarılmasından ibarətdir. İddianı təmin etmə tədbirinə dair ərizəsində isə iddiaçı icarəyə verilmiş daşınmaz əmlaka cavabdehin, onun əməkdaşlarının və digər 3-cü şəxslərin daxil olmasına və həmin əmlakdan istifadə edilməsinə qadağa qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bunda n sonra mətndə MPM) 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir(157.2). MPM-in 158.1, 158.1.2 və 158.1.3-cü maddələrinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Göründüyü kimi, iddianın təmini tədbiri qaydasında, mübahisə predmetinə aid olan müəyyən hərəkətlərin edilməsi cavabdehə və başqa şəxslərə qadağan olun a bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan prosessual hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab etmişdir ki, tərəflər arasında mübahisə ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın icarəyə verilməsindən yarandığından, birinci instansiya məhkəməsinin ərizəni təmin etməsi istinad olunan prosessual hüquq normalarının tələblərinə müvafiq olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi iddia tələbini, müqavilə şərtlərini və işin faktiki hallarını nəzərə almamışdır. Tərəflər arasında 10 aprel 2014-cü il tarixli müqavilə münasibətlərindən irəli gələn öhdəliklərlə bağlı mübahisə yaranmışdır. Müqavilə iddiaçı tərəfindən mübahisə olunsa da, hələ ki, məhkəmə qaydasında müqaviləyə xitam verilməmişdir. İddia tələbindən biri də müqaviləyə xitam verilməsi ilə bağlıdır. Bund an başqa, tərəflər mübahisə açmamışlar ki, cavabdehin icarəyə götürdüyü qeyri-yaşayış sahəsində ona məxsus əmlak vardır. Müqavilənin 20-ci maddəsində də icarə müqaviləsinə xitam verildikdən sonra həmin əmlakın çıxarılması şərtləri müəyyən edilmişdir. İddiaçı iddianın təmni tədbiri görülməsi barədə ərizəsini cavabdehin əmlaka qəsdən ziyan vura bilməsi ilə əsaslandırmışdır. Halbuki 10 aprel 2014-cü il tarixli müqavilənin şərtlərində (o cümlədən ümumi müddəalar adlanan 20-ci bəndin xərclər və ödənişlər adlanan bölməsində) icarə müqaviləsinə tərəflərin əməl etməməsi və icarə müqaviləsini pozmasından irəli gələn hər hansı ziyanla bağlı digər tərəfin iddia qaldırması, baxılması göstərilmişdir. İddiaçı cavabdehin əmlaka qəsdən ziyan vurması ilə bağlı tələbini əsaslandırmaqla məhkəmə qaydasında mü bahisə aça bilər. Qanunverici iddianın təmini tədbirini qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə şərtləndirmişdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. İddiaçı qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halla bağlı məhkəmələrə sübut təqdim etməmiş və bu barədə ərizəsini əsaslandıra bilməmişdir. İddia ərizəsində və iş materiallarında üçüncü şəxslərin işə cəlb edilməsinə dair məlumat olmamasına baxmayaraq, məhkəmə qərardadda ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka məhkəmə icraatının iştirakçısı olmayan üçüncü şəxslərin daxil olmasına və əmlakdan istifadə edilməsinə q adağa qoyulması barədə səhv nəticəyə gəlmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, müvəqqəti xarakterli müdafiə barədə ərizə (vəsatət) təmin edilməməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.4 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-328/2017 nömrəli, 19 may 2017-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçının ərizəsi təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. sədrlik edən: hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov
Məhkəmə qərarları › İş №2-2(102)-306/2017
Ali Məhkəmə Qərar — İş №2-2(102)-306/2017
22.08.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver