Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-306/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “xxxx” Şirkətinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR açar sözlər: borc məbləğinin ödənilməsi 07.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər X3 oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi N.Nəcəfzadənin, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə, onun vəkili Vəkil2 oğlunun iştirakları ilə, Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 mart tarixli 2-2(103)-194/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə ic lasında baxılmışdır.
1. İŞİN HALLARİ 2. 2x xxxxxx 2017-ci il tarixdə «xxxx» Şirkəti (“Satıcı”) (bundan sonra – “iddiaçı”) ilə «xxxx» MMC (“Alıcı”) (bundan sonra – “cavabdeh”) arasında U17K0102 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən tədarükçü sifarişlərin ilkin mərhələdə tərəflərlə razılaşdırılmış qiymətlərin razılaşma protokoluna (Müqaviləyə 1 nömrəli Əlavə) əsasən malın hər yeni partiyaya əlavə olunan hesab- fakturalara uyğun olaraq mal təchiz edir, Alıcı isə bu malı qəbul edir; 2.1-ci bəndinə əsasən həmin müqavilə üzrə Tədarükçü tərəfindən Alıcının bu müqavilədə göstərdiyi üçüncü tərəfə təchiz olunan mallara qiymətlər CİP Bakı, ABŞ dollarında müəyyənləşdirilir, “Alsatec” LLP şirkətinin hesab-fakturalarda və malın partiyası üçün istehsalçı firma tər əfindən müəyyən edilən qiymətlərdən asılı olmayaraq göstərilir (Bənd 3.1.). Qiymətə hazır məhsullarının sığorta, göndərilmə, ödəmə, sifarişlərin yerləşməsi ilə əlaqədar zəmanət öhdəlikləri və Tədarükçünün mənfəəti daxildir; Müqavilənin 4.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə Tədarükçüdən alıcıya təchiz olunan malların dəyərinin 30% (35 250 (otuz beş min iki yüz əlli) ABŞ dolları) Alıcı tərəfindən əvvəlcədən ödəmə şəklində Tədarükçünün təqdim etdiyi hesab fakturaya uyğun 7 gündən gec olmayaraq ABŞ dolları ilə yerinə yetirilir və ya təchizatçı tərəfindən bu müqavilədə əlavə olaraq qöstərilmiş üçüncü tərəfin hesabına birbaşa köçürülür; Müqavilənin 4.4-cü bəndinə əsasən Alıcı tərəfindən ödənişin ikinci hissəsi malların dəyərinin 40% (47 000 ABŞ dolları), təchizatçı tərəfindən mallar alıcıy a təhvil verildiyi və aktlaşdırıldığı tarixdən 30 gündən gec olmayaraq, ödənişin üçüncü hissəsi malların dəyərinin 30% (35 250 ABŞ dolları), təchizatçı tərəfindən mallar alıcıya təhvil verildiyi və aktlaşdırıldığı tarixdən 90 gündən gec olmayaraq ABŞ dolları ilə yerinə yetirilir və ya təchizatçı tərəfindən bu müqavilədə əlavə olaraq qöstərilmiş üçüncü tərəfin həsabına birbaşa köçürülür. 3. 2x xxxxxx 2017-ci il tarixli 1 №li X1 əsasən 117.500,00 ABŞ dolları dəyərində malın alqı-satqısı barədə razılıq əldə edilmişdir.
4. İddiaçı tərəfindən cavabdehə xx xxxxxxx 2018-ci il tarixli pretenziya məktubu ünvanlanaraq 52.250,00 ABŞ dolları məbləğində borcun 5 (beş) gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixli, U17K0102 saylı müqavilə üzrə yaranmış 52.250 ABŞ dolları əsas borc, 8.757,1 (səkkiz min yeddi yüz əlli yeddi ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində faiz borcunun, cəmi 61.007,1 (altmış bir min yeddi ABŞ dolları, 01 sent) ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixi müqaviləyə əsasən, “Satıcı” ümumi dəyəri 117.500 ABŞ dolları təşkil edən və Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş 9 adda avadanlığı “Alıcıya” satmağı, Alıcı isə Mal ın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı malı Cavabdehə xx xxxx 2017ci il tarixdə təqdim etmişdir. Cavabdeh tərəfindən mala görə aşağıdakı ödənişlər edilmişdir: xx.xx.2017-ci il tarixində ilkin ödəniş qismində 35.250.00 ABŞ dolları; xx.xx.2017-ci il tarixində 30.000 (otuz min) ABŞ dolları. Qalan borcun ödənilməsi ilə bağlı dəfələrlər cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, bunun heç bir nəticəsi olmamışdır. Malın qiyməti 3 mərhələdə ödənilməli idi. Cavabdeh malın dəyərinin 30 faizini ödəsə də, ikinci ödənişi qismən, üçüncü ödənişi isə ümumiyyətlə icra etməmiş, nəticədə cavabdehin iddiaçıya 52.250 ABŞ dolları məbləğində əsas borcu yaranmışdır.
7. Cavabdeh 2017-ci ilin iyul ayından etibarən, yəni 473 gün müddətində 52.250 ABŞ dolları məbləğində pulun ödənilməsini gecikd irməkdədir. Mülki Məcəllənin 598.3-cü maddəsinin açıq göstərişi qarşısında cavabdehin iddiaçıya həmin Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 7.426,1 ABŞ dolları faiz borcu yaranmışdır. Faiz borcu aşağıdakı kimi hesablanmışdır:xx.xx.2018-ci il tarixləri arasında faiz uçot dərəcəsi - 15 %;xx.xx.2018-ci il tarixləri arasında faiz uçot dərəcəsi - 13 %;xx.xx.2018-ci il tarixləri arasında faiz uçot dərəcəsi - 11 %;xx.xx.2018-ci il tarixləri arasında faiz uçot dərəcəsi 10%; hazırda faiz uçot dərəcəsi - 9,75 %.Ortalama illik faiz uçot dərəcəsi, 11,75 %; günlük faiz uçot dərəcəsi isə, 0,03 % (11,75% 365 gün) təşkil edir. Günlük faiz məbləği, 52.250 ABŞ dolları x 0,03% = 15,7 ABŞ dolları gecikdirilən 537 gün üçün: 537 gün x 15,7 ABŞ dolları = 8.430,9 ABŞ dolları. 8. 1 saylı Bakı İnzibati-İqt isadi Məhkəməsinin 2019-cu il 18 noyabr tarixli e-2-2(81)542/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən müqavilə üzrə yaranmış 52.250,00 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin iddiaçıya aid edilməsi, 20 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim – F.Mədətli).
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş müqavilə münasibəti zəminində iddiaçı cavabdehə 9 adda avadanlığı satmış, cavabdeh tərəfindən mala görə xx.xx.2017-ci il tarixində ilkin ödəniş qismində 35.250.00 ABŞ dolları, xx.xx.2017-ci il tarixində 30.000 ABŞ dolları ödənilmiş, alınmış mallara görə qalan borc iddiaçıya ödənilməmiş, bununla da cavabdehin iddiaçıya 52.250,00 ABŞ dolları məbləğində borcu yaranmışdır. 10.Cаvаbdеh məhkəmədə iddiаyа dаir еtirаzını bildirməmiş, borcunun olmadığını inkar etməmişdir, yaranmış borcun onun tərəfindən tam ödənilməsinə dаir sübutlаrı məhkəməyə təqdim еtməmiş, əksinə tələb olunan borcun mövcud olması cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. Cavabdeh iddia tələbinin əldən çıxmış fayda olaraq iddiaçı tərəfindən 8.757,1 ABŞ dolları məbləğində tələb olunan pul vəsaitinin əsassız olduğundan, təmin edilməməsini xahiş etmişdir.
11. İddiaçı satıcı kimi öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh (alıcı) tərəfindən isə öhdəliklər tam icra e dilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə, cavabdeh tərəfindən öhdəlik tam icra olunmadığına görə satılmış mallara görə ödənilməmiş pul məbləğinin tələb edilməsində haqlı olmuşdur. 12.Bununla belə, iddiaçı, məhkəməyə cavabdehin qeyd olunan pul məbləğini qanunsuz saxlamaqla hər hansı gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsinə dair sübut təqdim etməmişdir. 13.Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 385.1, 442, 449.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 52.2, 77.1, 191.3, 220.4cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarına, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə istinad etməklə əsaslandırmışdır.
13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Həmçinin cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 mart tarixli 2-2(103)-194/2020 saylı qətnaməsi ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 noyabr tarixli e2-2(81)-542/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (İ.Əhmədov sədrlik edən, hakimlər- V.Baxışova və C.Yusifov).
16. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktları ilə (bax yuxarıda §§ 8-12) həmçinin Mülki Məcəllənin 398.1, 399.4, 443.1, 425.1, 442, 445.2.1, 449.1, 449.4-cü maddələrinə istinadla əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.
18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdi r. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı, tələbində cavabdehin xx.xx.2017-ci il tarixli U17K0102 saylı müqavilə üzrə öhdəliklərini tam icra etmədiyini qeyd etsə də, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin tam icra olunması barədə mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Müqavilənin 4-cü bəndinə əsasən ödənişlər 3 hissədən ibarət olmalıdır və cavabdeh ilk iki ödənişi etmişdir - xx.xx.2017-ci il tarixdə 35250 ABŞ dolları və xx.xx.2017-ci il tarixdə 30000 ABŞ dolları. Ödənişin 3-cü hissəsinin gecikməsi isə iddiaçının müqavilə üzrə öhdəliklərini vicdanla icra etməməsidir. Bu kimi hallar apellyasiya instansiya məhkəməsində tamamilə araşdırılmamış, maddi və prosessual hüquq normaları ilə yanaşı cavabdehin hüquqları da p ozulmuşdur.
20. Kassasiya şikayəti Mülki Məcəllənin 425, 562.1-ci maddələrinin tələblərinə istinadla tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 oğlu kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olu nduğu gündən 2 ay müddətində verilmiş (Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh tərəf iddianın qismən təmin edilmiş hissəsindən şikayət versə də, faktiki olaraq apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələri). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. “Maddə
399. Müqavilənin qüvvəsi 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir”. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur”. “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb e tdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
26. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 mart tarixli 2-2(103)-194/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
27. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə cavabdeh arasında mövcud olmuş müqavilə münasibəti zəminində iddiaçı cavabdehə 9 adda avadanlıq satmış, cavabdeh tərəfindən mala görə xx.xx.2017-ci il tarixində ilkin ödəniş qismində 35.250.00 ABŞ dolları, xx.xx.2017-ci il tarixində 30.000 ABŞ dolları ödənilmiş, alınmış mallara görə qalan borc iddiaçıya ödənilməmiş, bununla da cavabdehin iddiaçıya 52.250,00 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cаvаbdеh məhkəmədə iddiаyа dаir еtirаzını bildirməmiş, borcunun olmadığını inkar etməmişdir, yaranmış borcun onun tərəfindən tam ödənilməsinə dаir sübutlаrı məhkəməyə təqdim еtməmiş, əksinə tələb olunan borcun mövcud olması cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. İddiaçı, satıcı kimi öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh (alıcı) tərəfindən isə öhdəliklər tam icra edilməmiş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə, cavabdeh tərəfindən öhdəlik tam icra olunmadığına görə satılmış mallara görə ödənilməmiş pul məbləğinin tələb edilməsində haqlı olmuşdur.
28. Cavabdehin kassasiya şikayətinin dəlillərin də qeyd edilmişdir ki, iddiaçı iddia tələbində cavabdehin xx.xx.2017-ci il tarixli U17K0102 saylı müqavilə üzrə öhdəliklərini tam icra etmədiyini qeyd etsə də, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin tam icra olunması barədə mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.
29. Kassasiya şikayətinin bu dəlili ilə bağlı ilk olaraq qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə 9 adda avadanlığı satmış, cavabdeh tərəfindən mala görə xx.xx.2017-ci il tarixində ilkin ödəniş qismində 35.250.00 ABŞ dolları, xx.xx.2017-ci il tarixində 30.000 ABŞ dolları ödənilmiş, alınmış mallara görə qalan borc iddiaçıya ödənilməmiş, həmçinin cаvаbdеh məhkəmədə iddiаyа dаir еtirаzını bildirməmiş, borcunun olmadığını inkar etməmiş, yaranmış borcun onun tərəfindən tam öd ənilməsinə dаir sübutlаrı məhkəməyə təqdim еtməmiş, əksinə tələb olunan borcun mövcud olması cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında etiraf edilmiş, tərəflər arasında öhdəliyin yaranmasına əsas müqavilə olmuşdur və cavabdeh isə həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, müqavilə üzrə cavabdehin iddiaçıya 52.250,00 ABŞ dolları məbləğində borcu yaranmışdır.
30. Kassasiya şikayətinin digər dəlilində isə qeyd edilmişdir ki, müqavilənin 4-cü bəndinə əsasən ödənişlər 3 hissədən ibarət olmalıdır və cavabdeh ilk iki ödənişi etmişdir xx.xx.2017-ci il tarixdə 35.250 ABŞ dolları və xx.xx.2017-ci il tarixdə 30.000 ABŞ dolları. Ödənişin 3-cü hissəsinin gecikməsi isə iddiaçının müqavilə üzrə öhdəliklərini vicdanla icra etməməsi ilə bağlı olmuşdur ki, bu vacib məqam da ape lyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır.
31. Bununla bağlı qeyd edilməlidir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Digər tərəfdən cavabdeh iddiaçının müqavilə üzrə öhdəliklərini vicdanla icra etməməsinin nədən ibarət olduğunu əsaslandıra bilməmişdir.
32. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 mart tarixli 2-2(103)194/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 mart tarixli 2-2(103)-194/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.