Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-306/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-306/21 Bakı şəhəri 2021-ci il 14 iyul Açar sözlər: alqı-satqı müqaviləsindən irəli gələn borc (əsas borc və dəbbə pulu) tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı “pul tələbinə” dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 fevral tarixli 2-2(103)-158/2021 saylı qətn aməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ: 1. “X4” MMC (“satıcı”) ilə Cavabdeh MTK (“alıcı”) arasında 2018-ci il 6 aprel tarixdə CPS SB 03/0418 nömrəli “Beton alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, satıcı satmağı, alıcı isə bu müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə betonu satıcından almağı və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin Spesifikasiya(lar)ında xüsusi şərtlər nəzərdə tutula bilər; 2.1ci bəndinə əsasən, bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərk ib hissəsi olan və müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da müəyyən edilir; 4.4-cü bəndinə əsasən malı bu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qəbul etmək, malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək, sifariş etdiyi malı qəbul etməkdən əsassız imtina etdikdə malın dəyərini satıcıya ödəmək, bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək alıcının vəzifəsidir. 2. 2018-ci il 6 aprel tarixində müqaviləyə 01 saylı əlavə (spesifikasiya və xüsusi şərtlər) imzalanmışdır. Əlavəyə əsasən, “M350=B25=C25/30” markalı beton məhsulu m383 manat müəyyən edilmişdir. “X5” layihəsi üçün sifarişin həcmi 17.500 m3 təşkil etmiş, depozit məbləği isə 2500 m3-207.500 AZN müəyyən edilmişdir. “XXX” layihəsi üçün sifarişin həcmi 17.500 m3 təşkil etmiş, depozit məbl əği isə 2500 m3-207.500 AZN müəyyən edilmişdir.
3. İşdə olan siyahıdan görünür ki, “X4” MMC tərəfindən Cavabdeh MTK-ya 2018-ci il 18 aprel tarixdən 2018-ci il 08 oktyabr tarixədək 517.920,08 manat dəyərində beton məhsulları satılmışdır.
4. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 2016-cı il 22 dekabr tarixli 175 nömrəli sərəncamına əsasən Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən X2 küçəsi 70A-70, Xanlar küçəsi 55/9,57,59 ünvanlarında yerləşən 1-2 mərtəbəli yaşayış binalarının söküntüsü Cavabdeh MTK tərəfindən yerinə yetirilməsi və həmin cəmiyyətə sahəsi 0.5 ha olan ərazi çox mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi; ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi eyni zamanda qanunvericiliyinin tələblərinə uyğun o laraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımı maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərlə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MTK vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır.
5. Səbail rayon İcra Hakimiyyəti Başçısı X1 Cavabdeh MTK-ya ünvan 1 ünvanında tikinti işlərinin başlanması üçün əsas olan 2018-ci il 1 may tarixli 7 nömrəli xüsusi nişan təqdim edib.
6. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2017-ci il 20 iyul tarixli 174 nömrəli sərəncamına əsasən ünvan 2 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə ünvan 2 ünvanında mövcud yataqxananın ətrafında yerləşən 2314,66 m2 torpaq sahəsi Cavabdeh MTK-nın daimi istifadəsinə verilməsi;.. qərar alınmışdır. 7. 2018-ci il 30 iyul tarixli 06 nömrəli icazədən və 2018-ci il 31 iyul tarixli xüsusi nişandan görünür ki, Cavabdeh MTK tərəfindən ünvan 3 ünvanında çoxmərtəbəli yaşayış binasının başlanılması üçün icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 8. 2019-cu il 15 aprel tarixdə İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 517.920 manat məbləğində əsas borcun, 51.792 manat məbləğində dəbbə pulunun (cərimənin) və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 569.742 manat məbləğində pulun sonuncuy a məxsus ünvan 4 ünvanında inşası nəzərdə tutulan “X5” layihəsində 161 kv.m ibarət yaşayış sahəsinə və ünvan 5 ünvanlarında inşası nəzərdə tutulan “XXX” layihəsində 94 kv.m ibarət yaşayış sahəsinə yönəldilməklə həmin əmlakların açıq hərracdan satılması yolu ilə ödənilməsi, qeyd edilən əmlaklar borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin MTK-dan pul şəklində tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış müqavilə ilə satıcının müqavilə şərtlərinə uyğun olaraq alıcıya mal (beton) verməyi, alıcının isə müqavilə şərtlərinə uyğun olaraq ödəmə aparmalı olması nəzərdə tutulmuşdur. İddia ərizəsinə əlavə edilmiş cədvəllərdən məlum olur ki, cavabdeh tərəfindən ümumi dəyəri 517.920 mana t təşkil edən mallar təhvil alınmışdır. Lakin cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və ödənilməli olan 517.920 manat məbləğində borc yaranmışdır. Borcun ödənilməsi məqsədilə cavabdehə 2019-cu il 1 mart tarixdə pretenziya göndərilərək yaranmış 517.920 manat pulun ödənilməsi tələb edilmiş, lakin bu günə qədər ödəniş təmin edilməmişdir. 10. “Beton alqı-satqı” müqaviləsinin 5.2-ci bəndinin tələblərinə əsasən, alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə, ödənilməyən məbləğin 1% həcmində dəbbə pulu (cərimə) ödəməlidir, lakin bu dəbbə pulu ödənilməyən məbləğin 10%-dən çox olmamalıdır.
11. Müqavilənin təminatı olaraq, tərəflər arasında eyni tarixdə, yəni 2018-ci il 6 aprel tarixli girov müqaviləsi bağlanılmışdır. Həmin girov müqaviləsinə əsasən, öhdəliklə r yerinə yetirilənə qədər ünvan 6 ünvanında inşası nəzərdə tutulan “X5” layihəsində ümumi dəyəri 209.300 manat təşkil edən 161 kv.m ibarət yaşayış sahəsi və ünvan 7 ünvanında “XXX” layihəsində ümumi dəyəri 235.000 manat təşkil edən 94 kv.m ibarət yaşayış sahəsi girov qoyulmuşdur. Müqavilədə adları çəkilən hər iki yaşayış sahəsi faktiki olaraq mövcud deyildir. Bu isə cavabdehin beton alarkən onun dəyərini ödəmək niyyətinin olmadığını göstərir. Göstərilən səbəbdən hazırda iddia tələbi təmin olsa belə, onun icrasının təmin edilməsi qeyri-mümkündür. Bu faktın nəzərə alınması ilə məsələyə müvafiq hüquqi qiymət verilməsi xahiş edilmişdir.
12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 385.1-ci maddəsinə istinad etmişdir.
13. Ca vabdeh tərəfindən etiraz təqdim edilməmişdir. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 dekabr tarixli e-2-2(81)737/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 102.920 manat pul məbləği, 5.146 manat dəbbə pulu, ümumilikdə 108.066 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim A.Oruczadə).
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 517.920 manat dəyərində beton məhsullarının satılması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı alınmış beton məhsullara görə ödənişlər üzrə cavabdehin öz öhdəliklərinin pozub-pozmaması ilə bağlıdır. Cavabdeh müqavilə üzrə alı nmış mallara görə öhdəlikləri qismən icra etmədiyini etiraf etsə də, müqaviləyə 01 saylı Əlavənin 2.1-ci bəndinə əsasən depozit məbləği üzrə ödənişlərin icra edilməsi ilə bağlı öhdəliklərin pozulmadığını bildirmişdir.
16. İşə baxılarkən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Əlisəttar oğlu 01 nömrəli Əlavədə göstərilmiş depozit məbləği çıxdıqdan sonra 102.920 manat borc məbləğini etiraf etmişdir.
17. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 nömrəli Əlavədə alınmış 415.000 manatlıq alınmış beton məhsullarına görə cavabdeh öhdəliklərini pozmamış, həmin alınmış malların dəyərinin ödənilməsi “tikililərin inşası başa çatanadək” şərtləşdirilmişdir.
18. İddiaçının depozit məbləğindən kənar satılmış beton məhsullarına görə 102.920 (517920 - 415000) manat məbləğində pulun ödənilməsi ilə bağlı tələbi isə tam əsaslıdır. Belə ki, müqaviləyə 01 saylı Əlavənin 2.2-ci bəndinə əsasən alıcı depozit məbləğində nəzərdə tutulan 2500 m3-dən əlavə alınan beton məhsulu satıcı tərəfindən alıcıya təhvil verildikdən sonra satıcıya 30 gün ərzində ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh tərəf həmin hissədə öhdəliyin pozulduğunu, depozit məbləğindən əlavə alınmış 102.920 manatlıq beton məhsullara görə ödənişlərin edilmədiyini etiraf etmişdir.
19. Cərimə məbləğinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məbləğ tənasübsüz surətdə yüksəkdir və iddiaçının mənafeləri nəzərə alınmaqla, həmin məbləğ azaldılaraq 5.146 manat məbləğində müəyyən edilməlidir.
20. Eyni zamanda, iddiaçının cavabdehdən tutulacaq pul məbləğinin girov predmetlərinə yönəldilməsi yolu ilə tutulması tə ləbi qanunvericiliyin tələblərinə cavab vermədiyindən əsassızdır. Çünki, ipoteka müqaviləsi yazılı formada bağlanmalı, notarial qaydada təsdiq edilməli və müqavilə xüsusiyyətlərinə malik olmalıdır. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqaviləyə 01 saylı Əlavədə depozit məbləği şəklində alınmış beton məhsullarının müqabilində 2 mənzilin girov qoyulması qeyd edilsə də, alqı-satqı müqaviləsinin icrasının təminatı kimi tərəflər arasında həmin daşınmaz əmlaklarla bağlı ayrıca ipoteka müqavilələri bağlanmamışdır.
21. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 269.4, 270.1, 280.3, 280.4, 331.1, 389.1, 427.1, 427.3, 427.5, 465.2, 567, 600.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 52.2, 220.4, 14.2, 77.1, 217.4, “İpot eka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 25 fevral tarixli 2-2(103)-158/20121 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 dekabr tarixli e-2-2(81)-737/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim C.Yusifov, hakimlər R.Qurbanov və V.Baxışova).
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşamışdır.
25. Həmin məhkəmə, birinci instansyia məhkəməsi tərəfindən tutmanın “X5” layihəsi üzrə 161 kv.m, “XXX” layihəsi üzrə 94 kv.m ibarət yaşayış sahəsinə yönəldilməsi hissəsində iddianın rədd olunmasını işin hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilmişdir. Belə ki, ünvan 4 ünvanında inşası nəzərdə tutulan “X5” layihəsində 161 kv.m ibarət yaşayış sahəsi və ünvan 5 ünvanında inşası nəzərdə tutulan “XXX” layihəsində 94 kv.m ibarət yaşayış sahəsi depozit məbləğinə uyğun girov şəklində müştəriyə təqdim olunmuşdur. Faktiki olaraq iki yaşayış sahəsi, yəni, daşınmaz əmlak beton məhsullarının satışı müqabilində cavabdeh (alıcı) tərəfindən satıcı qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə Əlavənin 2.1-ci bəndinin qeyd ol unan hissəsindən göründüyü kimi, tərəflər iki yaşayış sahəsinin satıcı qarşısında yüklülüyü barədə razılığa gəlsələr də, həmin razılaşma notarial qaydada təsdiq olunmamış, həmçinin, dövlət reyestrində də qeydə alınmamışdır. Bununla da, həmin hissədə əqdin bağlanmasının qanunla müəyyən edilən formasına riayət olunmamışdır. Belə olan halda, mülki qanunvericiliyin tələbləri baxımından beton alqı-satqısı müqaviləsininin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavənin 2.1-ci bəndinin qeyd olunan hissəsi özlüyündə etibarsızdır və onun tərəflər üçün öhdəlik yaratması istisna olunur.
26. Məhkəmə nəticəsini Azərbaycan Respublikası MM-in 269.3, 269.4, 307.7, 309.1, 337.1, 417.1, 428.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Məhkəmənin qətnaməsi elektron məhkəmə informasiya sistemində ol an tərəflərin elektron kabinetinə 2021-ci il 16 mart tarixində yerləşdirilmişdir. 28. 2021-ci il 29 aprel tarixində iddiaçı tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları a) və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayəti və ona əlavənin dəlilləri:
29. Müqavilənin icrası müddəti ilə bağlı-apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq mübahisə predmeti olan “Beton alqı-satqı” müqaviləsinin 01 saylı Əlavəsinin 2.1-ci bəndi ilə nəzərdə tutulan yaşayış sahələrinin tikintisinin başa çatması müddətinə MM-in 427.2.-ci, 425.1, 425.2-ci maddələri tətbiq edilməmişdir. Belə ki, 1 saylı Əlavənin 2.1 və 2.2-ci bəndləri ilə müəyyən edilən depozit məbləği elə həmin bəndlərdə nəzərdə tutulan və girov kimi təqdim edilən “X5” layihəsində 161 kv.m. ibarət yaşayış sahəsinin və ünvan 5 ünvanında inşası nəzərdə tutulan “XXX” layihəsində 94 kv m. ibarət yaşayış sahəsinin tikintisinin başa çatmasınadək müddəti ilə şərtləşdirilmişdir. 30. “X5” və “XXX” layihələri pilot layihə olaraq 2018-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli № 86 saylı Qərarına əsasən inşasına başlanılmışdır.
31. Tərəflər arasında bağ lanmış 1 saylı Əlavənin 2.1. və 2.2-ci bəndlərində olan icra müddəti şərtlərini şəraitə görə təyin etmək mümkün deyildir və iddiaçı kreditor kimi öhdəliyin dərhal icrasını cavabdehdən tələb edə bilər, cavabdeh isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
32. Müqavilənin təfsiri ilə bağlı-məhkəmə tərəflər arasında olan müqavilə və onun əlavəsində qeyd edilmiş iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə müəyyənləşdirməklə MM-in 324.5-ci maddəsinin tələbini pozmuşdur. Nəzərə alınmalı idi ki, əgər tərəflər arasında olan müqavilə 1 il müddətinə bağlanılmışdırsa, o zaman müqavilə müddətinin bitməsindən sonra külli miqdarda pul vəsaitinin ödənilməsini nəzərdə tutan mallar depozit məbləği kimi girovsuz verilməsi satıcının maraqlarına zidd olmuşdur və bu şərt (girov predmeti) olm adan hazırkı əlavənin satıcı tərəfindən təsdiq edilməsi mümkünsüz olmuşdur.
33. Mübahisə predmeti olan müqavilənin təfsirinə qiymət verilərkən məhkəmə tərəfindən tətbiq edilməli olan MM-in 233, 404, 419, 420-ci, 424.5-ci maddələri tətbiq edilməmişdir. Tərəflər arasında yaranmış münasibət beton məhsullarının tədarükü müqaviləsidir. Azərbaycan Respublikasında adətən yaranmış işgüzar adətlərə əsasən belə təchizat müqavilələrinin mənası təchiz edilmiş betonun dəyəri ya pul ilə əvvəlcədən ödənilir və ya əvəzinə tikilən mənzillərdən müvafiq dəyərdə təchizatçıya təqdim edilir. Tikinti şirkətləri inşaat işləri zamanı pul vəsaitlərinin çatışmazlığı ilə rastlaşır və belə halda qarşı tərəfə əvvəlcədən pul vəsaiti ödəmək əvəzinə tikdikləri mənzillərdən təklif etməklə tədarükçü tərəfin riskini aradan q aldırmış olur. Göründüyü ki, müqavilənin 1 saylı Əlavəsində 2.1-ci bəndi bir qədər mücərrəd ifadə olunsa belə, depozit məbləğinin ödənilməməsinin şərtini elə həmin bənddə göstərilən mənzillərin girov verilməsi ilə şərtləşdirmişdir və müqaviləyə Əlavədə elə eyni anda girov müqaviləsi imzalanmışdır.
34. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MM-in əqdlərin etibarsızlığı ilə əlaqədar 337.5-ci maddəsinin tələblərinə zidd şəkildə qəbul edilmişdir. Çünki, tərəflər arasında bağlanılmış əqdin (onun tərkib hissəsi olan əlavənin) etibarsız sayılmasının hüquqi nəticələri tərəflərdən hər birinə əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xid mətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməli olduğuna münasibət bildirməmişdir. Habuki, əqdi (konkret halda 1 saylı Əlavənin 2.1. və 2.2-ci maddələri) etibarsız hesab edən məhkəmə həmin əqd üzrə cavabdeh tərəfindən alınmış malların əvəzinin ödənilməsini nəzərə alaraq, iddia tələbini tam təmin etməli idi.
35. Tikilməkdə olan yaşayış obyektlərinin girov qoyulması ilə bağlı-girov müqaviləsinin notarial qaydada təsdiq edilməsi məqsədi ilə cavabdeh tikinti hüququn sahibi kimi MM-in 233.1.2-ci maddəsi ilə nəzərdə tutulan ərizə ilə müraciət etmədiyindən, müqavilənin 1 saylı Əlavəsində 2.1-ci bənddə girov qoyulma ilə bağlı hissənin icrası qeyri-mümkün olmuşdur. Bununla da, tərəflərin iradə ifadəsinin həqiqi mənasını aşkar olaraq müəyyən etmək olur ki, tərəflər işgüzar adətlərə əsasən mənzil qarşılığında beton məhsulunun təchiz edilməsi barədə razılığa gəlmişlər, lakin cavabdeh bu razılığı öz iradəsinə əsasən icra edilməsini qeyri-mümkün etmişdir. Cavabdeh vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin 2.1-ci bəndi və bununla bağlı 2.2-ci bəndi üzrə iddiaçı tərəfə zərər vermiş olduğundan etibarsızdır. Belə olan halda bu girovu təklif edən tərəf cavabdeh olduğundan, həmin zaman girov müqaviləsinin notarial qaydada təsdiq edilməsinin mümkünsüz edən də məhz cavabdeh olmuşdur. Müqavilənin 1 saylı Əlavəsinin 2.1-ci bəndinə qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş cavabdeh tərəfin ziyanına (əleyhinə) qiymətləndirilməlidir.
36. Eyni zamanda, məhkəmə tərəfindən girov və ipoteka hüququ ilə bağlı münasibətləri tənzimləyən norma ları tətbiq edilərkən nəzərə alınmalı idi ki, bu hüquqlar öhdəliklərin icrasının təmini üsuludur və bu üsulun (girovun) etibarsızlığı elə həmin maddədə nəzərdə tutulan öhdəliyin də etibarsızlığına səbəb olur və etibarsız əqd üzrə də tərəflər aldıqlarını və ya əvəzini (pulu) geri qaytarmalıdırlar. İddianın əsasını təşkil edən əvəz almaq tələbinin olmasının nəzərə alınmaması MM-in 269.10-cu maddəsinin tələbinə zidd olmuşdur.
37. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 233, 404, 414.5, 419, 420, 421.3, 424.5, 425.1, 425.2, 427.2-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətlərinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
48. Kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində verilmiş, şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
49. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsini xahiş etsə də, şikayətin dəlilləri iddianın təmin olunmayan hissəsinə yönəlmişdir.
50. MPM-in 403.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
51. Qeyd olunanlara əsasən, hazırkı icraat çərçivəsində məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu iddianın təmin olunm adığı hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır....” “Maddə 144-1. Tikintisi başa çatmayan binanın tərkib hissələrinə sərəncam verilməsinin xüsusiyyətləri 144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə i cazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üs tünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir....” “Maddə
417. Müqavilənin standart şərtləri anlayışı 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqlar ı şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.” “Maddə
418. Müqavilənin standart şərtlərinin müqavilənin tərkib hissəsinə çevrilməsi 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. 418.2. Əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun.” “Maddə
419. Müqavilələrin standart şərtlərinin qeyri-adi müddəaları 419.1. Müqavilələri n standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.”http://www.e-qanun.az/framework/46944 “Maddə
420. Müqavilənin standart şərtlərinin etibarsızlığı 420.1. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır:... 420.1.2. təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmaya n müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar;...” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yed di gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini öd əməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, bor clunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzr ə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı ə şyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” 53. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “M a d d ə
10. İpoteka müqaviləsi 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 10.2 İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.3 İpoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoyan borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir. 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” 54. “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə 2016-cı il 1 fevral tarixli, № 116-VQ saylı Azərbaycan Respublikasının Qanunu: “... Azərbaycan Respublikası 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na müvafiq bəyanatla qoşulsun.” 55. “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası”: “Maddə 25 Müqaviləni pozan tərəfin əvvəlcədən görə bilmədiyi və eyni şəraitdə eyni növ ağlabatan şəxsin əvvəlcədən görə bilməyəcəyi hallar istisna olmaqla, tərəflərdən birinin müqaviləni pozması o halda əhəmiyyətli pozuntu hesab olunur ki, belə pozuntu digər şəxs üçün onun müqavilədən irəli gələn gözləntilərə olan hüququndan əhəmiyyətli dərəcədə mərhum olması kimi zərərlə nəticələnir.” “Maddə 53 Alıcı müqavilənin və bu Konvensiyanın tələblərinə uyğun olaraq malların qiymətini ödəməli və onların göndərilməsini qəbul etməlidir.” “Maddə 54 Alıcının qiymətin ödənilməsi öhdəliyinə müqaviləyə və ya qanunlara və qayda lara əsasən ödənişin həyata keçirilməsini mümkün etmək üçün tələb oluna bilən tədbirlərin görülməsi və rəsmiyyətə riayət olunması daxildir.” “Maddə 58 (1) Alıcı qiyməti hər hansı digər konkret müddətdə ödəməli deyilsə, o, qiyməti satıcının müqaviləyə və bu Konvensiyaya uyğun olaraq ya malları, ya da mallar üzərində sərəncamverici sənədləri alıcının sərəncamına verdiyi anda ödəməlidir. Satıcı malların və sənədlərin təhvil verilməsi üçün belə ödənişin həyata keçirilməsini şərt qoya bilər....” “Maddə 59 Satıcı tərəfindən hər hansı sorğunun edilməsi və ya rəsmiyyətin yerinə yetirilməsi zərurəti olmadan, alıcı müqavilə və ya bu Konvensiya ilə müəyyən olunmuş və yaxud müəyyən oluna bilən tarixdə qiyməti ödəməlidir.” “Maddə 61 (1) Alıcı müqavilə və ya bu Konvensiya üzrə öhdəliklərindən hər han sı birini yerinə yetirmədikdə, satıcı aşağıdakıları edə bilər: (a) 62-65-ci maddələrdə nəzərdə tutulan hüquqlarını həyata keçirə bilər; (b) 74-77-ci maddələrdə nəzərdə tutulmuş qaydada zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (2) Satıcının digər hüquqi müdafiə vasitələrindən istifadə hüququnu həyata keçirməsi onu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum etmir....” “Maddə 62 Satıcı alıcıdan qiymətin ödənilməsini, göndərmənin qəbulunu və ya digər öhdəliklərinin yerinə yetirilməsini tələb edə bilər, bir şərtlə ki, satıcı belə tələbə uyğun olmayan hüquqi müdafiə vasitəsinə müraciət etməmişdir.” “Maddə 74 Tərəflərdən biri tərəfindən müqavilənin pozulmasına görə zərər müqavilənin pozulması nəticəsində digər tərəfin çəkdiyi, əldən çıxmış fayda da daxil olmaqla, itkiyə bə rabər olan məbləği təşkil edir. Belə zərər müqaviləni pozmuş tərəfin müqavilənin bağlanması anında, onun həmin zaman bildiyi və ya bilməli olduğu faktlar və hallar da nəzərə alınmaqla, müqavilənin pozulmasının mümkün nəticəsi kimi gördüyü və ya görməli olduğu itkidən yuxarı ola bilməz.” 58. “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə” 2017-ci il 2 oktyabr tarixli, № 777-VQ saylı Azərbaycan Respublikasının Qanunu: “... Azərbaycan Respublikası 1969-cu il mayın 23-də Vyana şəhərində imzalanmış “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulsun.”
59. Müqavilələr hüququ haqqında Vyana Konvensiyası (23 may 1969-cu il tarixində Vyana şəhərində imzalanmışdır, 27yanvar 1980-cı il tarixində qüvvəyə minmişdir). “Maddə 26. “Pacta sunt servanda” Qüvvədə olan hər bir mü qavilə onun tərəfləri üçün məcburidir və onlar tərəfindən vicdanla yerinə yetirilməlidir.” “Maddə
31. Təfsirin ümumi qaydası
1. Müqavilə onun terminlərinin kontekstə əsasən verdiyi adi mənaya uyğun olaraq və onun obyekt və məqsədi fonunda vicdanla təfsir edilməlidir.
2. Müqavilənin təfsirinin məqsədləri üçün kontekst müqavilənin preambulası və əlavələri də daxil olmaqla mətndən və aşağıdakılardan ibarətdir: a) bütün tərəflər arasında müqavilənin bağlanılması ilə əlaqədar olaraq əldə edilmiş, müqaviləyə aid olan istənilən razılaşma; b) bir və ya bir neçə tərəfin müqavilənin bağlanılması ilə əlaqədar olaraq tərtib etdiyi və digər tərəflərin müqaviləyə aid olan sənəd qismində qəbul etdiyi istənilən sənəd.
3. Kontekstlə yanaşı aşağıdakılar nəzərə alınır: a) müqavilənin təfsirinə və ya onun m üddəalarının tətbiqinə dair tərəflər arasındakı hər hansı sonrakı razılaşma; b) müqavilənin tətbiqi çərçivəsində tərəflər arasında müqavilənin təfsirinə dair razılaşmanı təşkil edən hər hansı sonrakı təcrübə; c) beynəlxalq hüququn tərəflər arasındakı münasibətlərdə tətbiq edilə bilən hər hansı müvafiq qaydaları.
4. Anlayışa xüsusi məna tərəflərin bu cür niyyətinin müəyyən olunduğu təqdirdə verilir.” “Maddə
32. Əlavə təfsir vasitələri 31-ci maddənin tətbiqindən irəli gələn mənanı təsdiq etmək və ya 31-ci maddəyə uyğun olaraq təfsir aşağıdakıları ifadə edərkən mənanı müəyyən etmək məqsədilə əlavə təfsir vasitələrinə, o cümlədən müqavilənin hazırlıq materiallarına və onun bağlanılması vəziyyətinə müraciət etmək olar: a) mənanı ikimənalı və ya qeyri-müəyyən edir; və ya b) aşkar şəkildə məntiqs iz və ya ağlabatan olmayan nəticəyə səbəb olur.” 56.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
407. Kassasiya şikayətinin məzmunu 407.1. Kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.1.4. şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olm ası;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” 57. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 28 fevral tarixlin qərarı:... Belə yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fimar Hacıyevanın Azərbaycana qarşı şikayəti ilə bağlı 22 sentyabr 2005-ci il tarixli qərardadından da irəli gəlir. Həmin qərardadda Avropa Məhkəməsi ərizəçinin şikayətini qeyri-məqbul hesab edərək göstərmişdir ki, ərizəçi Ali Məhkəməyə verdiyi kassasiya şikayətini əsaslandırmayaraq yalnız Apellyasiya Məhkəməsi tərəfindən prosessual pozuntulara yol verildiyini iddia etmişdir. Avropa Məhkəməsi müvafiq dəlili irəli sürməyi şikayətçinin borcu kimi qiymətləndirərək kassasiya məhkəməsinin şikayətçinin dəlillərindən kənar araşdırma aparmaq vəzifəsinin olmaması qənaətinə gəlmişdir.... kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı deyil və Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 372.6-cı maddəsi ilə bağlı yuxarıda qeyd olunan 20 may 2011-ci il tarixli Qərarında ətraflı şərh verilmiş “iura novit curia” – “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq da maddi və ya prosessual hüq uq normalarına uyğun olmadığı üçün apellyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ 58.İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə, iddiaçı tərəfindən 2018-ci il 6 aprel tarixli “Beton alqı-satqı” müqaviləsinə əsasən cavabdehə 517.920 manat dəyərində beton məhsullarının satılması, sonuncu tərəfindən isə hazırkı vaxta qədər həmin məbləğdən heç bir ödənişin edilməməsi mübahisəsiz halıdır. 59.İşə baxmış məhkəmələr depozit məbləğindən kənar alınmış beton məhsullarının dəyərinin ödənilməli olduğunu, depozit məbləği kimi şərtləndirilmiş, satılmış mallara görə 415.000 manat məbləğində pulun isə müqavilə üzrə icra müddəti çatmadığından, iddianın həmin hissədə təmin edilməməsi nəticəsinə gəlmişlər. 60.Kassatorun mövqeyinə görə borclu tərəfindən öhdəliyin icrası “Beton alqı-satqı” müqaviləsinin 01 saylı Əlavəsinin 2.1-ci bəndi ilə nəzərdə tutulan yaşayış sahələrinin tikintisinin başa çatmasınadək müddət ilə şərtləşdirildiyindən, tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı Əlavənin 2.1 və 2.2-ci bəndlərində olan icra müddətinin şərtlərini ıq şəraitə görə təyin etmək mümkün deyildir və bu halda iddiaçı kreditor kimi öhdəliyin dərhal icrasını cavabdehdən tələb edə bilər, cavabdeh isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmələr tərəfindən bununla bağlı tətbiq edilməli maddi hüquq normaları tətbiq edilməmişdir. 61.İşə baxmış məhkəmələr belə nəticəyə gəlmişlər ki, öhdəliyin icrası dəqiq müəyyən edilmişdir-“X5” və “XXX” layihələri üzrə tikinti işlərinin başa çatdığı vaxt öhdəlik borclu tərəfindən icra et məlidir.
62. Göründüyü kimi borclu tərəfindən öhdəliyin icra müddətinin müəyyən edilməsi işin mübahisəli halıdır.
63. Qeyd olunmalıdır ki, mülki qanunvericilik öhdəliyin icrası müddəti ilə bağlı məsələləri belə müəyyən etmişdir; əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (MM-in 427-ci maddə).
64. Hazırki halda, tərə flər arasında bağlanmış 2018-ci il 6 aprel tarixli “Beton alqı-satqı” müqaviləsinin 4.1.2-ci bəndinə görə, alıcıdan malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək satıcının hüququ, 4.4.2-ci bəndinə görə isə malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. Müqavilənin 8.6-cı bəndinə görə, bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 1 il müddətinə qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə 1 həftə qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir. Müqavilənin 2.1-ci bəndinə görə, bu müqavilə üzrə malın qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da müəyyən edilir. 65. “Beton alqı-satqısı” müqaviləsinə əlavə №01 Spesifikasiya və Xüsusi şərtlərin 2.1-ci bəndinə görə, depozit məbləği alıcı tərəfindən ünvan 4 ünvanında inşası bitənədək köçürmə nəzərdə tutulan “X5” layihəsinin və ünvan 5 ünvanında nəzərdə tutulan “XXX” layihəsinin inşası bitənədək köçürmə və ya ünvan 4 ünvanında inşası nəzərdə tutulan “X5” layihəsində 161 kv.m ibarət yaşayış sahəsi və ünvan 5 ünvanında inşası nəzərdə tutulan “XXX” layihəsində 94 kv.m ibarət yaşayış sahəsi depozit məbləğinə uyğun girov şəklində müştəriyə təqdim olunur.
66. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 144-1-ci maddəsinə əsasən binanın istismarına icazə verildikdən sonra tikintisi başa çatmış bina hesab edilir. Sözügedən binaların inşasının hansı tarixdə bitəcəyinə dair hər hansı bir sənəd işin material larına əlavə edilməmişdir. İşə baxmış məhkəmələrin isə istinad etdiyi cavabdehlə ayrı-ayrı şəxslərin imzaladığı müqavilələr cavabdehlə sonuncular arasında olan münasibətləri əhatə edir. İddiaçı bu müqavilələrdə tərəf olmamışdır. Həmçinin, həmin müqavilələrin müddətinin hazırkı öhdəliyin icra müddəti kimi qəbul edilməsinə dair heç bir razılıq əldə edilməmişdir.
67. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında müqavilə 2018-ci il 6 aprel tarixdə bağlanıldığından, öhdəliyin icrası müddəti kimi isə yuxarıda adı çəkilən binaların inşası bitənədək olan dövr götürüldüyündən və bu dövrün bitmə tarixi qeyri-müəyyən olduğundan, öhdəliyin icrası müddəti ilə bağlı Azərbaycan Respublikasının MM-in 427.4cü maddəsinin tələbləri baxımından hazırkı mübahisəyə qiymət verilməlidir. Apellyasiya instans iyası məhkəməsi tərəfindən iddia tələbinə qiymət verilərkən, qeyd olunan maddi hüquq normasının tələbləri pozulmuşdur.
68. MM-in 427.4-cü maddəsində öhdəliyin icra müddəti ilə bağlı iki hal müəyyən etmişdir: öhdəliyin ağlaban müddətdə icra edilməməsi və icra müddətinin tələbetmə anı ilə müəyyən edilməsi.
69. Hazırkı iş üzrə tərəflər tələbetmə anı barədə razılığa gəlmədiyi üçün, məhkəmə kollegiyası işin hallarını və öhdəliyin şərtlərini ümumi şəkildə qiymətləndirərək hesab edir ki, öhdəliyin icrası müddəti ilə bağlı məsələyə mülki qanunvericiliyin ağlaban müddətdə icra edilməmiş öhdəliyə dair müddəaları tətbiq edilməlidir.
70. Belə ki, normanın məzmununa əsasən, ağlaban müddətdə icra edilməmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə bor cludur.
71. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin öhdəliyin icra müddəti ilə bağlı qiymətləndirməsi mülki qanunvericiliyin “iddia müddəti” və “tələblər üçün müddət”lə (bax yuxarıda mətndə - 54-cü bənd) bağlı müddəalarının tətbiqini də qeyri-mümkün etməklə, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
72. İşin materialı ilə müəyyən olunur ki, yaranmış borcun ödənilməsi məqsədilə cavabdehə pretenziya göndərilərək, yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, lakin bu günə qədər ödəniş təmin edilməmişdir.
73. Bununla da, cavabdeh tərəfindən MM-in 427.4-cü maddəsinin tələbi pozulmuş, yəni borclu tərəfindən kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borclu olduğu halda, bu g ünədək icra edilməmişdir.
74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi MM-in 404-cü maddəsinin tələblərini düzgün nəzərə almadan müqavilə və ona 01 saylı Əlavənin şərtlərini təfsir edərkən səhvə yol vermiş, müqavilənin icra müddətini adıçəkilən binaların inşası bitdikdən sonrakı dövrə aid etməklə, müqavilənin həqiqi məzmunundan kənara çıxmışdır.
75. Məhkəmə kollegiyası tikilməkdə olan yaşayış obyektlərinin girov qoyulması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.
76. İddiaçı tələbində xahiş edir ki, yaranmış borc cavabdehə məxsus “X5” layihəsində 161 kv.m ibarət yaşayış sahəsinə və “XXX” layihəsində 94 kv.m ibarət yaşayış sahəsinə yönəldilməklə həmin əmlakların açıq hərracdan satılması yolu ilə ödənilsin.
77. Ape llyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehdən tutulacaq pul məbləğinin girov predmetlərinə yönəldilməsi yolu ilə tutulması tələbi qanunvericiliyin tələblərinə cavab vermədiyindən əsassızdır. 78. 01 saylı Əlavədə depozit məbləği alıcı tərəfindən “X5” və “XXX” layihələrinin inşası bitənədək köçürmə və ya həmin layihələrdə olan yaşayış sahələrinin depozit məbləğinə uyğun girovu şəklində müştəriyə təqdim olunur.
79. Göründüyü kimi tərəflər Spesifikasiya və Xüsusi Şərtlər adlı 01 saylı Əlavənin 1-ci bəndində müəyyən edilmiş məbləğin (bax yuxarıda mətndə - 2-ci bənd) ödənilməsinin iki alternativ üsulu barədə razılığa gəlmişdirlər: köçürmə və ya girov.
80. İşin materialı ilə müəyyən olunur ki, tərəflər “X5” və “XXX” layihələrində olan yaşayış sahələrinin girov predmeti olması barədə ilkin razılığa gəlsələr də, bununla bağlı tikilməkdə olan yaşayış sahəsinin ipoteka qoyulmasına dair istər mülki qanunvericilikdə, istərsə də “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş şərtlərə əməl edilməmişdir (bax yuxarıda mətndə - 54-55-ci bəndlər).
81. Belə olan halda iddiaçının 01 saylı Əlavədə nəzərdə tutulmuş digər üsuldan (köçürmə) istifadə etmək hüququ yaranmışdır, bu səbəbdən iddia tələbi həmin hissədə qanunauyğun olduğundan təmin edilməlidir.
82. Məhkəmə kollegiyasının iddiaçının digər tələblərinə münasibətdə qeyd edir ki, işin hazırki mərhələsində “X5” və “XXX” layihəsində yaşayış sahələrinin ipoteka ilə yüklü edilməsinə dair tərəflər arasında müqavilə bağlanmadığından, 01 saylı Əlavədə isə daşınmaz əmlakların girova qoyulması deyil, cavabdehin müvafiq yaşayış sahələrinin girova təqdim edilməsi öhdəliyi nəzərdə tutulduğundan apellyasiya instansiyası məhkəməsinin 1 saylı Əlavənin 2.1-ci bəndinin etibarsızlığı ilə bağlı qənaəti, Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır.
83. Borc məbləğinin sonuncuya məxsus “X5” və “XXX” layihəsində yaşayış sahəsinə yönəldilməklə həmin əmlakların açıq hərracdan satılması yolu ilə ödənilməsi, qeyd edilən əmlaklar borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin MTK-dan pul şəklində tutularaq iddiaçıya ödənilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra mərhələsinə aiddir. Bu səbəbdən həmin hissədə iddia tələbi təmin edilməməlidir.
84. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətində (həmçinin, kassasiya şikayətinə əlavədə) istinad etdi yi müqavilənin standart şərtləri və öhdəliyin icrasının təmin edilməsi üsullarına dair dəlilləri qanunvericiliyin normalarına zidd olduğundan əsassızdır. Belə ki, müqavilənin standart şərtləri ilə bağlı mülki qanunvericilik birbaşa müəyyən edilmişdir ki, əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır (MM-in 417.2-ci maddəsi). Habelə, öhdəliyin icrasının təmin edilməsi barədə razılaşma etibarsız hesab edilsə belə, bu əsas öhdəliyin etibarsızlığına səbəb olmur (MM-nin 460.2-ci maddə).
85. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbinin tam həcmdə tələb edilməsini xahiş etsə də, kassasiya şikayəti və ona sonradan təqdim edilmiş əlavədə iddianın dəbbə pulu (cərimə) ilə bağlı təmin edilməmiş hissəsinə dai r hər hansı dəlil irəli sürməmiş, bununla bağlı heç bir maddi və prosessual hüquq normasına istinad etməmişdir.
86. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin mübahisələndirilən hissəsində işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə qətnamənin ləğv edilməsinə əsas olmuş, maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Odur ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məh kəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 fevral tarixli 2-2(103)-158/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək yeni qərar qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh MTK-dan İddiaçı MMC-nin xeyrinə 415.000 (dörd yüz on beş min) manat məbləğində pul tutulsun. İddia tələbi mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.M.Məmmədli