Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-306/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu, zaminin birgə məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommers iya Kollegiyasının 2024-cü il 26 yanvar tarixli 2-2(103)-56/2024 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 2021-ci il 17 fevral tarixli 2l0020001/1917631/KM nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 15% ödəmək şərtilə 750.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zaminlər Cavabdeh4, "xxxx" MMC (hazırki Cavabdeh1 MMC), Cavabdeh5, Cavabdeh3 arasında 2021-ci il 17 fevral tarixli 21002-0001/1917631/Z-4 nömrəli, 2021-ci il 17 fevral tarixli tarixli 210020001/1917631/Z-3 nömrəli, 2021-ci il 17 fevral tarixli tarixli 21002-0001/1917631/Z-1 nömrəli, 2021-ci il 17 fevral tarixli tarixli 21002-0001/1917631/Z-2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrində zaminlərin borclu Cavabdeh2 MMCnin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmələri və onunla birgə məsuliyyət daşıdıqları əks olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ASC (bundan sonra “iddiaçı”) 2022-ci il 9 sentyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il 17 fevral tarixli 21002-0001/1917631/KM nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 MMC (bundan sonra - “MMC 1”), Cavabdeh2 MMC (bundan sonra - “MMC 2”), Cavabdeh3 (bundan sonra “Cavabdeh3”), Cavabdeh4 (bundan sonra - “Cavabdeh4”) və Cavabdeh5 (bundan sonra “Cavabdeh5”) həmin kredit müqavil əsi üzrə 421.937,93 manat əsas borcun, 1.292,01 manat faiz borcunun, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 313,23 manat pulun müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC 2 iddiaçı ilə bağladığı kredit müqaviləsinə əsasən bankdan 2024 il 17 fevral tarixinədək qaytarmaq və illik 15% ödəmək şərti ilə aldığı 750.000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə 2022-ci il 11 avqust tarixə əsas borc üzrə 421.937,93 manat, faizlər üzrə 1.292,01 manat təşkil etmişdir.
5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 2023-cü il 20 fevral tarixli 9/8103 nömrəli ekspert rəyinə əsasən, 2022-ci il 11 avqust tarixə kredit müqaviləsi üzrə 414.085,49 manat əsas və 517,61 manat faiz borc mövcuddur.
6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 2023-cü il 16 may tarixli 9/2259 nömrəli ekspert rəyinə əsasən MMC 2-nin 2022-ci il 11 avqust tarixə 422.823,49 manat əsas və 528,53 manat faiz borcu mövcuddur.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 11 iyul tarixli e-2-2(113)-151/2023 nömrəli qərardadı ilə iddiaçı ilə MMC 2 arasında bağlanmış 2021-ci il 17 fevral tarixli 21002-0001/1917631/KM nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 11 iyul tarixli e-2-2(113)-151/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 421.937,93 manat əsas borc, 528,53 manat faiz borcu cəmi, 422.466,46 manat, həmçinin 400 manat mediasiya xərci və 313,23 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində xərcin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir (hakim - E.Əliyev).
9. Məhkəmə iddiaçı və cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliyin iddiaçı tərəfindən yerinə yetirilməsini, cavabdehlər tərəfindən isə üzərinə düşən öhdəliklərin icra olunmadığını qeyd e dərək iddia tələbinin 421.937,93 manat əsas borc, 400 manat mediasiya xərci və 313,23 manat dövlət rüsumu hissədə əsaslı olmaqla təmin edilməli, 1292,01 manat faiz borcu tələbinin isə qismən ekspert rəyinə (bax §6) uyğun olaraq 528,53 manat hissəsində təmin edilməli olması nəticəsinə gəlmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1 və 470.1-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsi ilə əsaslandırmışdır.
11. Cavabdeh5 həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 noyabr tarixli 2-2(1 03)-935/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
13. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 2023-cü il 15 dekabr tarixli 4/1963 nömrəli ekspert rəyinə əsasən, iddiaçı ilə Cavabdeh5 adlarından olan 2021-ci il 17 fevral tarixli tarixli 21002-0001/1917631/Z-1 nömrəli zaminlik müqaviləsində “Zamin” qrafasındakı imza və “Cavabdeh5 2021-ci il 17 fevral” yazıları Cavabdeh5 tərəfindən icra olunmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 yanvar tarixli 2-2(103)-56/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi qismən təmin edilərək c avabdehlərdən müştərək qaydada 421.937,93 manat əsas borc, 528,53 manat faiz borcu, cəmi 422.466,46 manat məbləğində pul vəsaiti, 400 manat mediasiya xərci və 313,23 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, həmçinin iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 110 manat məbləğində pul vəsaitinin Cavabdeh5 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə aid olunması qət etmişdir (sədrlik e dən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
15. Kolegiya hesab etmişdir ki, işə birinci instansiyada baxılarkən, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsi səbəbindən həmin məhkəmənin qətnaməsi ləğv edilməlidir.
16. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə maliyyə arayışını, qeyd olunan ekspert rəylərini araşdıraraq hesab etmişdir ki, iddiaçı 421937,93 manat əsas borcun, 528,53 manat faiz borcunun, cəmi isə 422466,46 manat borcun tutulmasını tələb etməkdə haqlı olmuş və həmin borcların iddiaçı ilə zaminlik müqaviləsi bağlamış cavabdehlərdən tutulması barədə birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmuşdur. Belə ki, Cavabdeh5 zaminlik müqaviləsinin onun tərəfindən bağlanmadığını bildirsə də, məhkəmə iş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyinə (bax §13) əsaslanmaqla zaminlik müqaviləsinin cavabdehin iradə ifadəsini əks etdirməməsi barədə dəlillərin əsassız olduğunu və tərəflər arasında etibarlı zaminlik müqaviləsinin bağlandığını müəyyən etmişdir.
17. Məhkəmə kollegiyası “lazımi qaydada məlumatlandırılmama” ilə bağlı dəlillər istisna olmaqla apellyasiya şikayətinin digər dəlillərini əsassız hesab etmişdir. Belə ki, iş materiallarına əsasən işə birinci instansiya məhkəməsində baxılarkən, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən isə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə ləğv edilməlidir
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin borcun tutulmasına dair gəldiyi nəticə ilə razılaşaraq kredit borcunun məbləğinin ekspert rəyi (bax §6) əsasında müəyyən olunduğunu, eyni zamanda iddiaçı tərəfindən cavabdehlərə 2022-сi il 11 avqust tarixində pretenziya göndərildiyini və iş üzrə nəzərə alınan ekspert rəyində də məhz 2022сi il 11 avqust tarixə оlan borcun hesablandığını bildirmişdir.
19. Məhkəmə kollegiyası həmçinin kredit müqaviləsi üzrə ipoteka müqaviləsinin bağlanması ilə bağlı dəlillərin hazırki mübahisənin predmetinə aid olmadığın ı, bununla belə iddiaçının nümayəndəsinin izahatı və hesabdan çıxarışa əsasən 2022-ci il 8 avqust tarixində ipoteka predmetinin satışından əldə olunan 265.000 manat məbləğində pul vəsaitinin kredit borcundan silindiyinin müəyyən olunduğunu qeyd etmişdir.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 470.1, 472.1, 472.2 və 2023-cü il 1 oktyabr tarixədək olan redaksiyasında 739.1 və 741-ci maddələrinə, MPM-in 218.3 və 387.2.4 maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun qismən ləğv edilməsi, əqdin etibarsızlığı ilə bağlı hissədə yenidən baxılması üçün işin apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlill əri
22. MM-in 337, 340-cı, MPM-in 76, 217-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 18 mart tarixli Qərarı üzrə - Məhkəmə qərar çıxararkən bağlanan müqavilənin əhəmiyyətsizliyinə diqqət yetirməmiş və yalnış qərar qəbul etmişdir. Belə ki, iş üzrə Cavabdeh5 əmlakını ipotekaya qoyduğunu bilmiş və etiraf etmiş, lakin zaminlik müqaviləsinin bağlanıldığını bilməmiş, ona topa sənədlər içərisində zaminlik müqaviləsinə də imza atdırılmışdır. Müqavilələr rəsmləşdirilən gün yarım saat işdən icazə alaraq sənədlərə qol çəkmiş və sonra işə qayıtmışdır, ipoteka əmlak isə məhkəmədən kənar qaydada digər bir yalan əqdlə ələ keçirilmiş və bu işdə tələb kimi qoyulmamışdır. Həmin əqdl ə də bağlı hazırda məhkəmə mübahisəsi davam edir. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə çatdıqdan sonra onun zaminlikdən xəbəri olmuş, ekspertiza rəyi ilə imzanın cavabdehə məxsus olması de jure aşkar olunsa da faktiki olaraq Cavabdeh5 bundan xəbəri olmamış, işə baxarkən məhkəmə tərəfindən əqdin etibarsızlığı ilə bağlı məsələlər araşdırılmamışdır. Həmçinin zaminlik müqaviləsinin bir nüsxəsinin cavabdehdə olmaması və həmin müqavilədən məlumatsızlığı, onun aldadılması məhkəmə tərəfindən yoxlanılmamışdır. Məhkəmənin onun səlahiyyətlərinə aid olmasına baxmayaraq əqdin etibarsızlığı ilə bağlı hissəyə münasibət bildirməməsi birtərəfli qətnamənin qəbulu ilə nəticələnmişdir.
23. Cavabdeh qeyd edir ki, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin çoxsaylı qərarlarında əqdlərin etibarsı zlığı ilə bağlı məhkəmələrin səlahiyyətlərinə geniş yer verilmişdir. Belə ki, əqdin etibarsızlığı ilə bağlı iddiaların qaldırılıb qaldırılmamasından asılı olamayaraq məhkəmələr bu halları araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidirlər. Başqa sözlə zaminlik təkcə müddətin bitməsinə görə deyil, eyni zamanda etibarlılığına görə də araşdırılmalıdır.
24. Ekspert rəy vermişdir ki, zaminlik müqaviləsinə Cavabdeh5 imza etmişdir. Bu hüquqi cəhətdən düz olsa da, faktiki olaraq isə Cavabdeh5 imzaladığı topa sənədlər icərisində zaminlik müqaviləsinin olduğunu bilməmiş, o, özü tələsdiyindən bütün sənədlərə imza atmış və işə getmişdir. Buna baxmayaraq bank işçiləri ona şifahi də olsa bu barədə məlumat verə bilərdi. Bu halda şəxsin öz iradəsini ifadə etməsi faktı kölgələnir. Həmin iş üzrə digər za minlər də aldadılmış, girov qoyulmuş ipoteka əmlaklardan ikisi məhkəmədən kənar qaydada satılmış, Cavabdeh5 məxsus bağ evi isə bazar qiymətindən 2, 3 dəfə aşağı qiymətə ələ keçirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, zaminlik müqaviləsi yazılı formada rəsmiləşdirilib, Cavabdeh5 zamin kimi onu imzalayıb. Müqavilənin etibarlılıq şərti kimi tələb olunan formaya əməl olunub. Müqavilənin imzalanmasının kassatorun iradəsini ifadə etməməsi barədə şikayətdə göstərilənlər işdə olan heç bir sübutla təsdiq olunmur. Hazırkı iddianın predmetini yalnız kredit müqaviləsi üzrə borcun borcalandan və zaminlərdən tutulması tələbi təşkil edir. Apellyasiya məhkəməsinin də qeyd etdiyi k imi, “kredit müqaviləsi üzrə ipoteka müqaviləsinin bağlanması” ilə bağlı dəlillər isə hazırki mübahisənin predmetinə aid deyil”. Cavabdeh5 özü bankla qarşılıqlı razılığa gələrək, kreditin təminatı kimi banka ipoteka qoyduğu əmlakı – bağ evini notarial qaydada təsdiq edilmiş 2022-ci il 26 iyul tarixli müqaviləyə əsasən 220.000 manat qiymətləndirərək bankın mülkiyyətinə verib, bank da bunun müqabilində 685.308,94 manat kredit öhdəliyinin 220.000 manat hissəsinə əmlak mülkiyyətinə keçdikdən sonra xitam verib. Yəni qeyd olunan proses Cavabdeh5 özünün birbaşa iştirakı və razılığı ilə olub. Bank 220.000 manatı ümumi kredit borcundan çıxıb və 2022-ci il 11 avqust tarixə olan qalıq borc məbləğinin tutulmasına dair iddia qaldırıb. Bu, iddia ərizəsindən, ona əlavə olunmuş borc haqqında arayışdan və mühasibatlıq ekspertizasının rəyindən də aşkar görünür. Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində kassasiya şikayətinin dəlilləri baxımından apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh5 ilə bağlanmış zaminlik müqaviləsinə aid hissədə mübahisələndirildiyindən MPM-in 402 və 416-cı maddələrinə uyğun olaraq mübahisələndirilən hissədə yoxlanılacaqdır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki hall arın yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (2023-cü il 1 oktyabr tarixədək olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutu lmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
741. Borc üzrə faizlər 741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq s urətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.....”
29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:... 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 33. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusi ya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
34. Kassasiya şikayətinin dəlillərini kollegiya əsassız hesab edir. Belə ki, Cavabdeh5 öz dəlillərində zaminlik müqaviləsinin onun tərəfindən bağlanmadığına istinad etdiyi üçün işin apellyasiya instansiyası məhkəməsi tərəfindən onun vəsatəti əsasında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 2023-cü il 15 dekabr tarixli 4/1963 nömrəli ekspert rəyində zaminlik müqaviləsində “Zamin” qrafasındakı imza və “Cavabdeh5 xx.xx.2021” yazılarının Cavabdeh5 tərəfindən icra olunduğu müəyyənləşdirilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi də ekspert rəyinə əsasən zaminlik müqavilə sinin cavabdehin iradə ifadəsini əks etdirməməsi barədə dəlillərin əsassız olduğunu və tərəflər arasında etibarlı zaminlik müqaviləsi bağlandığını müəyyən etmişdir.
36. Həmçinin həmin məhkəmə kredit müqaviləsi üzrə ipoteka müqaviləsinin bağlanması ilə bağlı dəlillərin hazırki mübahisənin predmetinə aid olmadığını, bununla belə iddiaçının nümayəndəsinin izahatı və hesabdan çıxarışa əsasən 2022ci il 8 avqust tarixində ipoteka predmetinin satışından əldə olunan 265.000 manat məbləğində pul vəsaitinin kredit borcundan silindiyinin müəyyən olunduğunu qeyd etmişdir.
37. Göründüyü kimi Cavabdeh5 kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən onlara ətraflı hüquqi qiymət verilmişdir.
38. Göstərilənl ərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qənaəti mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun olmuş, həmin məhkəmə işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır.
39. Həmçinin kollegiya qeyd edir ki, hazırki kassasiya şikayəti təmin olunmadığından ona qarşı verilən etiraza münasibət bildirilməsinə lüzum yoxdur.
40. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. A pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
41. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 yanvar tarixli 2-2(103)-56/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.