Məhkəmə qərarları › İş №2-2(102)-307/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-307/2025

13.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-307/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi),sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(103)-137/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Kreditor "xxxx" ASC ilə zamin "xxxx" MMC arasında bağlanmış 348/107 nömrəli zaminlik müqaviləsi ilə borclu -Cavabdeh MMC-nin bankdan götürdüyü kreditə (2022-ci il 29 dekabr tarixli **********29122022 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və onun ayrılmaz tərkib hissəsi olan maksimal borclanma limitinin xüsusi şərtlərinə dair 2023-cü il 7 aprel tarixli 01/107 nömrəli əlavəyə) görə borclunun kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra edilməsi üçün zamin məsuliyyəti və bank qarşısında borcalanla birgə qaydada məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

2. İddiaçı MMC tərəfindən 2022-ci il 14 oktyabr tarixli 10 nömrəli borc müqaviləsi üzrə Cavabdeh MMC-yə aşağıda sadalanan ödəniş tapşırıqlarına əsasən göstərilən məbləğlərdə pul vəsaitləri kö çürülmüşdür: - 2022-ci il 21 oktyabr tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən 10.000 manat; - 2022-ci il 15 noyabr tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən 25.000 manat; - 2022-ci il 16 noyabr tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən 2.000 manat; - 2022-ci il 29 noyabr tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən 24.000 manat; - 2023-cü il 24 iyun tarixli ödəniş tapşırığına əsasən 35.000 manat; - 2023-cü il 29 sentyabr tarixli BD1 nömrəli ödəniş tapşırığına əsasən 25.000 manat; - 2023-cü il 3 oktyabr tarixli BD1 nömrəli ödəniş tapşırığına əsasən 28.500 manat; - 2023-cü il 13 oktyabr tarixli BD1 nömrəli ödəniş tapşırığına əsasən 1.000 manat; - 2023-cü il 25 oktyabr tarixli BD3 nömrəli ödəniş tapşırığına əsasən 12.000 manat; - 2023-cü il 2 noyabr tarixli BD1 nömrəli ödəniş ta pşırığına əsasən 5.000 manat. 3. 2023-cü il 12 sentyabr tarixli ödəniş qəbzinə əsasən 1.250 manat, 2024-cü il 12 yanvar tarixli ödəniş tapşırığına əsasən 1.243,11 manat və 2024-cü il 19 aprel tarixli ödəniş tapşırığına əsasən 613,77 manat pul COCL0675059B107 nömrəli müqavilə üzrə gecikən faiz borcunun ödənilməsi məqsədilə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 16 avqust tarixində "X9" MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 167.500 manat pul, 22.450 manat faiz, həmçinin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən iddiaçının "xxxx" ASC-də olan bank hesabından gecikmiş borc üzrə sil inmiş 3.106 manat pul olmaqla, ümumilikdə 193.056 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X6 2018-ci ildə təsis edilmiş iddiaçının təsisçisi və payçısı, cavabdeh X5 isə 2022-ci ildə təsis olunmuş cavabdehin təsisçisi və payçısıdır. İddiaçı ilə cavabdeh arasında pul münasibətlər ilk dəfə 2022-ci ilin oktyabr ayında yaranmışdır. Cavabdehin təsisçisi və direktoru X5 iddiaçının təsisçisi və payçısı X4 müraciət edərək cavabdeh şirkətin kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə ödənişlər həyata keçirilməsini xahiş etmiş, maddi və maliyyə vəziyyəti qənaətbəxş olmayan cavabdeh şirkətin direktoru və təsisçisi Cavadov Şahin aldığı borclarla fəaliyyətini tez bir zamanda yaxşılaşdırdıqdan sonra borcları qaytaracağını bildirmişdir. Tərəflər iddiaçıdan cavabdehə ödənişlərin edilməsi üçün borc müqaviləsi bağlamaq barəsində razılığa gəlmiş, borc müqaviləsinin tarixi və nömrəsi qeydə alınaraq borc müqaviləsi hazırlanmış və cavabdeh tərəfə təqdim olunmuşdur. Cavabdeh tərəfin maliyyə çətinliyinin təxirə salına bilməzliyi nəzərə alınaraq, borc müqaviləsinin tarixi və nömrəsinə istinad edərək cavabdeh tərəfə ödənişlər icra edilmişdir. Sonradan cavabdeh tərəfə borc müqaviləsinin bir nüsxəsinin imzalanaraq iddiaçı tərəfə təqdim olunması üçün dəfələrlə müraciət edilsə də, cavabdeh tərəf buna ehtiyac olmadığını bildirmiş, iddiaçı tərəf isə qarşılıqlı inam olmasına əsaslanaraq borc müqaviləsi olmadan digər ödənişləri də həyata keçirmişdir.

6. İddiaçı ərizəsin ə əlavə etdiyi ödəniş tapşırıqlarına istinad edərək bildirmişdir ki, iddia tərəfindən cavabdeh tərəfə ilkin ödəniş 2022-ci il 21 oktyabr tarixində, sonuncu ödəniş isə 2023-cü il 2 noyabr tarixində olmaqla cəmi 167.500 pul ödənilmişdir. Eyni zamanda cavabdeh tərəf maliyyə vəziyyətini yaxşılaşdırmaq və borclarının bir qismini qaytarmaq niyyətini əsas göstərərək iddiaçı tərəfə “Kapital Bank ASC”-dən 100.000 manat kredit məbləği üçün zamin olmasını istənilmiş, iddiaçı tərəf də qarşılıqlı inama və verilən vədlərə əsaslanaraq cavabdeh tərəfə COCL0675059B107 nömrəli kredit müqaviləsi üzrə zamin olmuşdur. Qeyd olunan kredit müqaviləsi üzrə 2023 və 2024-cü ildə müxtəlif vaxtlarda cavabdeh tərəfin krediti gecikdirməsinə görə iddiaçı tərəfin “Kapital Bank ASC”dəki hesablarından gecikmiş borc üzrə 3.1 06 manat vəsait silinmişdir. Həm verilmiş borc məbləğinin, həm də gecikmiş borca görə iddiaçının hesabından silinmiş məbləğin cavabdeh tərəfindən ödənilməsi müxtəlif vaxtlarda tələb edilsə də, cavabdeh tərəf hər dəfəsində borcu yaxın müddətdə qaytaracağını bildirmiş, lakin borcun qaytarılması ilə bağlı heç bir addım atmamışdır. Beləliklə də cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Mərkəzi Bank tərəfindən faiz uçot dərəcəsi 2022-ci il və 2023-cü il üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir: 2022-ci il 18 mart - 7.75%, 2022-ci il 28 oktyabr 8.00%, 2022-ci il 16 dekabr - 8.25%, 2023-cü il 2 fevral - 8.5%, 2023-cü il 30 mart - 8.75%, 2023-cü il 4 may - 9.0%, 2023-cü il 2 noyabr - 8.5%, 2023-cü il 21 dekabr - 8.0%. Bu səbəbdən də iddiaçının hesabına pulu əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə cavabdehdən 22.450 manat pul həcmində də faiz ödənişi də tutulmalıdır.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Emil Baliyev cavabdeh şirkətin ortağı olduğu halda, 167.500 manat məbləğində ortaqların birgə fəaliyyəti üçün qoyulmuş pulun yazılı borc müqaviləsinin də mövcud olmamasına baxmayaraq, borc kimi təqdim etməsi əsassızdır həqiqəti əks etdirmir. Əlavə olaraq hüquqi şəxs fiziki şəxsə münasibətdə mülki dövriyyənin daha məsuliyyətli iştirakçısıdır. Belə olan halda, iddiaçının “qarşılıqlı inama və verilən vədlərə” əsaslanaraq cavabdeh tərəfindən götürülmüş kredit üzrə zamin olması inandırıcı və ağlabatan olmamışdır. Emil Baliyevin iddiaçının təsisçisi olması və həmin MMC-nin də cavabdeh tərəfindən götürülmüş kredit üzrə zamin olması bir daha da təsdiq etmişdir ki, o, cavabdehin ortağıdır və iddiaçının cavabdehə köçürdüyü 167.500 manat borc yox, ortaqların birgə fəliyyəti üçün qoyulmuş vəsaitdir. Bu fəaliyyət də gözlənilən nəticəni vermədiyi və zərərlə nəticələndiyi üçün heç bir halda bir hüquqi şəxsin digər hüquqi şəxsə verdiyi borc kimi qiymətləndirilə bilməz. İddia ərizəsindən də aydın olur ki, iddiaçı “borc müqaviləsi” kimi istinad etdiyi müqavilənin mövcudluğunu sübut edə bilməmişdir. Onu da qeyd etmək lazımdır ki, iddia ərizəsində iddiaçı X6 ilə, cavabdeh isə X5 ilə eyniləşdirilir və müvafiq olaraq iddiaçı kimi X6, cavabdeh kimi X5 göstərilir. Bu da münasibətlərin iki hüquqi şəxs arasında deyil, məhz iki fiziki şəxs arasında ortaqlıqla bağlı olduğunun etiraf edilməsidir. Tərəflər arasında hər hansı borc münasibə ti olmamışdır. Borc münasibəti olsaydı belə, mülki qanunvericiliyin imperativ tələbinə əsasən, tərəflərin ikisi də hüquqi şəxs olduğu üçün həmin müqavilə yazılı bağlanmalı idi.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 oktyabr tarixli e-2-2(113)6212/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 167.500 manat borc, pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 11.169 manat, zaminlik müqaviləsi əsasında ödənilmiş 3.106 manat və dövlət rüsumunun əvəzi olaraq 472 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddian qalan hissədə iddia rədd olunmuşdur (hakim – G.Namazova).

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 167.500 manat pul köçürülmüş, həmin məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə köçürülməsi işin mübahisə edilməyən halı olmuşdur. İddiaçı həmin məbləğin qaytarılmasını tələb etmiş, cavabdeh isə etiraz edərək bildirmişdir ki, “yazılı borc müqaviləsi mövcud olmadığı üçün və ödənilən pullar sadəcə X1 və X2 arasında mövcud olmuş münasibətlər çərçivəsində cavabdeh şirkətdə ortaqlıq münasibətləri əsasında və sonuncuya məxsus iddiaçıdan X3 məxsus cavabdehə vaxtaşırı müxtəlif məbləğlərin köçürülməsi məhz ortaqlıq münasibətlərindən irəli gəlmişdir”.

10. İlk olaraq məhkəmə bildirmişdir ki, həmin məbləğə dair tərəflər arasında yazılı borc müqaviləsi mövcud olmasa da, pul vəsaitləri bank hesabından köçürmə yolu ilə təyinatı borc olaraq göstərilməklə cavabdeh şirkətin hesabına ödənilmişdir. Və bu pul məbləği bir dəfəyə deyil, iki il ərzində müxtəlif tarixlərdə, müxtəlif məbləğlərdə köçürülmüşdür. Əgər cavabdehin bi ldirdiyi kimi tərəflər arasında borc münasibətləri mövcud olmamışdırsa, bu müddət ərzində cavabdeh iddiaçıya ödənilən pulların təyinatına dair öz etirazını bildirə və növbəti ödənişlərin təyinatının dəyişdirilməsini tələb edə bilərdi. Lakin göründüyü kimi, bütün məbləğlər iki il ərzində təyinatı borc olaraq qəbul edilmişdir.

11. Məhkəmə tərəflər arasında borc müqaviləsinin mövcud olmaması ilə bağlı cavabdehin etirazının dəlili ilə razılaşmamışdır.

12. Qanunverici əqdlərin (müqavilələrin) şifahi formada bağlanmasına yol verir.

13. Digər tərəfdən cavabdehin nümayəndəsi bildirmişdir ki, “həmin pullar X5 ilə X6 arasında mövcud olan ortaqlıq münasibətləri çərçivəsində, gələcəkdə cavabdehin paylarının müəyyən hissəsinin alınması məqsədi ilə ödənilmişdir”. Buna dair məhkəmə qeyd etmişdir ki, biri ncisi, mübahisə edilən pul məbləği X6 tərəfindən X3 deyil, iddiaçışirkət tərəfindən cavabdeh-şirkətin hesabına ödənilmişdir. İkincisi, cavabdeh tərəf ortaqlıq münasibətlərinin mövcudluğuna dair hər hansı sübutu (müqavilə və s.) məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən təqdim edilən foto-şəkillər, whatsappyazışması və s. ortaqlıq münasibətlərinin mövcudluğunun və pul vəsaitinin məhz ortaqlıq münasibəti çərçivəsində ödənilməsinin təsdiqi kimi məhkəmə tərəfindən mötəbər və yetərli sübut olaraq qəbul edilə bilməz. Beləliklə, məhkəmə cavabdehdən 167.500 manat borcun tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

14. İddia tələbinin ikinci hissəsi olan – “iddiaçıdan götürülmüş və bu günədək iddiaçıya geri qaytarılmamış və iddiaçının qanuni pul vəsaiti olan 167.500 manat məbləğə gecikdirmə faizi olaraq hesablanmış 22.450 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbini məhkəmə qismən əsaslı hesab etmişdir. Belə ki, pul məbləğləri 2022-ci ilin oktyabr və noyabr aylarında (cəmi 61.000 manat) və 2023-cü ilin iyun-noyabr aylarında (cəmi 106.500 manat) verildiyi və bu günə kimi cavabdeh tərəfindən geri qaytarılmadığı üçün, qətnamənin çıxdığı tarixə illik 5% ilə hesablanmaqla 11.169 manat məbləğində faiz borcu müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. İddiaçının “zaminlik müqaviləsi əsasında ödənilmiş 3.106 manat pulun cavabdehdən tutularaq ona geri ödənilməsi” tələbi ilə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı şirkət cavabdeh şirkətin kredit müqaviləsi üzrə öhdəliklərinə görə zamin du rmuş və həmin müqavilə nəticəsində iddiaçı zamin olaraq cavabdehin gecikdirilmiş faiz borcuna görə 3.106 manat ödəniş etmişdir (ödənişə dair sənədlər təqdim olunmuş və bu hal cavabdeh tərəfindən mübahisə edilməyən hal kimi qəbul olunmuşdur).

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 329, 470.1, 475.1, 445.7, 739 və 740-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın isə rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 yanva r tarixli 2-2(103)-137/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunmuş, cavabdehdən 167.500 manat, zaminlik müqaviləsi əsasında ödənilmiş 3.106 manat və dövlət rüsumunun əvəzi olaraq 472 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuş, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid olunması qət edilmişdir (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında qanunvericiliyin tələb etdiyi formada borc müqaviləsi bağlanmamışdır. Tərəflərin bildirdikləri əsasında müəyyən olunan odur ki, onların arasında borc münasibəti deyil, ortaq iş görmə (şəriklik) müqaviləsindən irəli gələn münasibətlər yaranmış, cavabdeh iddiaçının təqdim etdiyi sərmayə əsasında biznes fəaliyyəti göstərib əldə olunacaq qazancdan iddiaçıya pay verməyi öhdəsinə götürmüşdür. Belə olan halda müvafiq iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı deyil, qanunla qadağan olunmayan digər müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, ortaq iş görülməsi üçün cavabdehə 167.500 manat verdiyini sübutetmə yükü iddiaçının, iddiaçı ilə ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni verdiyini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Cavabdeh iddiaçının ona 167.500 manat verdiyini etiraf etdiyindən, həmçinin ödənişlə bağlı təkzib olunmayan sübutlar təqdim edildiyindən iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır. Cavabdeh isə razılaşdırılan ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni verm ədiyini, yaxud əgər mənfəət əldə olunmuşdursa bu mənfəəti iddiaçı ilə paylaşdığını və iddiaçıdan aldığı pulu geri qaytardığını sübuta yetirə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şərh olunanlara əsasən kollegiya cavabdehdən 167.500 manat pulun iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

20. Birinci instansiya məhkəməsi cavabdehdən “pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 11.169 manat ödənilməsi” nəticəsinə gələrkən də səhvə yol vermişdir. Belə ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 22.450 manat faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçının h əmin tələbinin qanuni əsasını MM-in 449.1-ci maddəsi təşkil etmişdir. MM-in 449.1-ci maddəsinə əsasən, faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.

21. İddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, kollegiya cavabdehdən MM-in 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlərin tutulmasının yolverilməz olması qənaətinə gəlmişdir.

22. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni 3.106 manatın cavabdehdə n iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı kollegiya əlavə əsaslandırma aparılmasını zəruri hesab etməmişdir. Müvafiq iddia tələbinin qanuni əsasını MM-in 475.1-ci maddəsi təşkil etmiş, birinci instansiya məhkəməsi həmin əsasa istinadən düzgün nəticəyə gəlmişdir.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 43.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 385.1, 386.1, 425.1, 442, 472.1, 472.2, 475.2, 739.1, 739.2, 740.2, 1091, 1092.1 və 1093.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 80, 81 və 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh MM-in 475.1-ci maddəsi üzrə bildirir ki, birinci instansiya məhkəməsi mülki işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə iddianı zaminliyə dair hissədə də, yəni 3.106 manat pulun tutulması hissəsində rədd etməli idi. Belə ki, cavabdehin qanunin təmsilçisinin izahatında, həmçinin məhkəməyə təqdim edilmiş sübutlarda iddiaçının təsisçisi olan Emil Baliyevin də cavabdehdə ortaq olması təsdiq olunmuşdur. Emil Baliyevin ortağı olduğu şirkətin bankdan kredit götürülməsində ona məxsus digər şirkətin zamin durması normal haldır. İddiaçı rəsmi olaraq zamin kimi göstərilsə də, əslində cavabdeh kimi həmin kredit müqaviləsi üzrə “borclu” olmuşdur.

26. Apellyasiya məhkəməsi tərəflərin ortaq biznes fəaliyyətinin olmasını təsdiq etsə də, 3.106 manat pulun cavabdehdən iddiaçının xeyrin ə tutulması ilə bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etməmiş, birinci instansiya məhkəməsinin düzgün qənaətə gəldiyini qeyd etmişdir. Halbuki, tərəflər ortaq olduğu üçün həmin məbləğ də cavabdehdən tutula bilməzdi. Lakin apellyasiya məhkəməsi maddi hüquq normalarını tərəflərin münasibətinə uyğun hərtərəfli araşdırma aparmadan tətbiq etmiş, birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşdığını qeyd etməklə kifayətlənmişdir.

27. Hüquqi şəxs fiziki şəxsə münasibətdə mülki dövriyyənin daha məsuliyyətli iştirakçısıdır. Belə olan halda, iddiaçının “tanışlıq münasibətinin” olmasına əsaslanaraq cavabdeh tərəfindən götürülmüş kredit üzrə zamin olması inandırıcı və ağlabatan deyil.

28. Apellyasiya məhkəməsi tərəfləri ortaq hesab etdiyi halda, zaminliyin ayrıca öhdəlik kimi qiymə tləndirilməsi məntiqli olmamışdır. İddiaçı əslində ortaq olduğu biznesin borcuna görə zamin deyil, kredit üzrə birgə borclu kimi məsuliyyət daşıyırdı və məhkəmə bunu nəzərə almalı idi. Həmin kredit şəxsi məqsədlər üçün yox, biznesi genişləndirmək üçün götürülmüşdür. Təkcə iddiaçı deyil, cavabdehin qanuni təmsilçisinin özü də başqa şirkətini zamin etmiş və atasının mülkiyyətində olan evi girov qoymuşdur. Bu da kreditin biznesin inkişafına yönəldiyini və ortaq layihənin bir hissəsi olduğunu təsdiq edir.

29. MPM-in 76, 77.1, 88, 217.1-217.3 maddəsi üzrə - Qətnamədən də göründüyü kimi, apellyasiya məhkəməsi tərəflərin ortaq olduğunu təsdiq etmişdir. “Cavabdehin ortaq biznes fəaliyyətinin gözlənilən nəticə vermədiyini, yaxud əgər mənfəət əldə olunmuşdursa bu mənfəəti iddiaçı ilə paylaşdığını sü buta yetirə bilməməsinə” gəldikdə isə bununla bağlı bildiririk ki, iş materiallarına hərtərəfli nəzər yetirilsə idi, cavabdehin zərərlə işlədiyini asanlıqla müəyyən edilə bilərdi. Belə ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən 2024-cü il 1 oktyabr tarixində birinci instansiya məhkəməsinə e-kabinet vasitəsi ilə “digər sənədlər” adı ilə cavabdehə dair 2023-cü il vergi dövrünü əhatə edən mənfəət vergi bəyannaməsi yüklənilmişdir. Həmin bəyannamənin 239-cu sətrində MMC-nin 200.888,66 manat zərəri olduğu qeyd olunmuşdur. Bununla da həmin fəaliyyətin gözlənilməz nəticə vermədiyi (zərərlə işlədiyi) sübut olunmuşdur. Belə olan halda cavabdehin mənfəəti iddiaçı ilə bölüşməsi üçün belə mənfəətin əldə olunmadığı görünür.

30. Məhkəməyə təqdim edilmiş sübutlardan da görünür ki, cavabdehin təsisçis i tərəfindən hər hansı dividend, borc və s. alınmamış, müəssisənin xərclənən bütün vəsaitlər ortaqlığın məqsədlərinə sərf olunmuşdur.

31. Apellyasiya məhkəməsi işə baxan tam hüquqlu məhkəmə kimi, cavabdeh tərəfindən təqdim edilən sübutlara düzgün qiymət verməməklə MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin sübutlarla təsdiq olunur ki, tərəflər ortaq olmuş və bu fəaliyyət də gözlənilən nəticəni verməmiş, zərərlə nəticələnmişdir. Belə olan halda apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə düzgün nəticəyə gəlsə də, iddianı təmin etməklə yanlışlığa yol vermişdir. Apellyasiya məhkəməsi sübutları qiymətləndirərkən vergi bəyannaməsinə heç bir hüquqi münasibət bildirməmişdir. Halbuki, vergi bəyannaməsi rəsmi sənəd olmaqla, şirkətin maliyyə və ziyyətini əks etdirir və cavabdehin mövqeyini təsdiqləyən sübutlardan biri kimi nəzərə alınmalı idi. Göründüyü kimi, apellyasiya məhkəməsi sübutlara prosessual qanunvericiliyin tələb etdiyi tərzdə qiymət vermədən qətnamə qəbul etmişdir. Qətnamədə tərəflərin ortaq olduğu təsdiqlənmiş, lakin ortaqlığın yalnız qazanca deyil, həm də zərərə aid olduğu nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

33. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunan hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq qismən yoxlanılacaqdır.

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).... 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz”. “Maddə

48. Hüquqi şəxslərin dövlət qeydiyyatı 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir....” “Maddə

64. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri... 64.2. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər....” “Maddə

70. Tam ortaqlığın nizamnaməsi Tam ortaqlığın nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan əlavə, ortaqlığın şərikli kapitalının miqdarı və tərkibi haqqında; hər bir iştirakçının şərikli kapitaldakı payının miqdarı və dəyişdirilməsi qaydası haqqında; onların mayalarının tərkibi və maya qoyması qaydası haqqında; maya qoyulması üzrə vəzifələrin pozulmasına görə iştirakçıların məsuliyyəti haqqında şərtlər göstərilməlidir”. “Maddə

73. Tam ortaqlıq iştirakçısının vəzifələri... 73.2. Tam ortaqlığın iştirakçısı ortaqlıq qeydə alınanadək onun şərikli kapitalına maya qoymağa borcludur....” “Maddə

74. Tam ortaqlığın mənfəətinin və zərərinin bölüşdürülməsi 74.1. Tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir....” “Maddə

75. Tam ortaqlıq iştirakçılarının onun öhdəlikləri üzrə məsuliyyəti 75.1. Tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar....” “Maddə

82. Kommandit ortaqlığı 82.1. Kommandit ortaqlığı elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətind ə iştirak etməyən bir və ya bir neçə iştirakçısı – maya qoyanı (kommanditçi) vardır....” “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə

329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd ol mayan müqavilələr də bağlaya bilərlər.... 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.... 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir....” “Maddə

777. Tapşırıq müqaviləsi... 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir....”

36. Azərbaycan Respublikasının “İnvestisiya fəaliyyəti haqqında” Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Bu Qanunda istifadə olunan anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. investisiya fəaliyyəti – investorların Azərbaycan Respublikasının ərazisində investisiya qoyuluşu ilə bağlı olan hərəkətlərinin məcmusu; 1.1.2. investisiya – gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan pul vəsaitləri, qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar;...” “Maddə

8. İnvestisiya fəaliyyətinin həyata keçirilməsi formaları 8.1. İnvestisiya fəaliyyəti aşağıdakı formalarda həyata keçirilə bilər: 8.1.1. hüquqi şəxslərin yaradılması və yenidən təşkili; 8.1.2. hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi; 8.1.3. xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəliyinin təşkili; 8.1.4. fərdi sahibkarlıq; 8.1.5. investisiya fəaliyyətinin həyata keçiril məsinə dair müqavilənin bağlanması; 8.1.6. əmlakın, o cümlədən əmlak hüquqlarının və pul dəyəri olan digər hüquqların əldə edilməsi; 8.1.7. bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda qadağan olunmayan digər formalar”. “Maddə

11. İnvestorların vəzifələri 11.1. İnvestorların vəzifələri aşağıdakılardır:... 11.1.5. bu Qanunda və investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə nəzərdə tutulan digər vəzifələrə əməl etmək....”

37. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf e dən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə qaytarılmalıdır.

39. Bununla bağlı məhkəmə kollegiyası öz mövqeyini aşağıda göstərilən normativ hüququ aktların müddəalarının təhlili və əlaqəli surətdə qiymətləndirilməsi nəticəsində müəyyənləşdirir.

40. MM-in 1-ci maddəsinə görə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək bu Məcəllənin vəzifələri sırasındadır.

41. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, müqavilə azadlığı, o cümlədən mülki hüquqların məhkəmə müdafiəsi də mülki hüquqi tənzimləmənin əsas prinsipləri hesab olunur.

42. Mülki hüquq subyektlərinin bərabərli yi mülki hüquq münasibətləri müstəvisində onların mövqe mütənasibliyinə malik olmaqla qeyri-bərabərliyinin istisnasını nəzərdə tutur.

43. Hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri vəhdət təşkil etməklə bir tərəfdən mülki münasibətlərin iştirakçısına çevrilmək üçün dispozitivlik və təşəbbüskarlığını nəzərdə tutmaqla, onların öz istəklərinə rəğmən müqavilələrin bağlanmasını, onun vaxt və yerini müəyyənləşdirməsi müstəqilliyini ehtiva edir. Eyni zamanda bu prinsiplər fiziki və hüquqi şəxslərin hər hansı müqavilə münasibətlərinə daxil olmasına qanunla nəzərdə tutulan hallar istisna olmaqla məcbur edilməsinə sədd çəkir.

44. Təsadüfi deyildir ki, MM-in 6.2-ci maddəsində göstərilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün irad ələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

45. Hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı, həmçinin bağlanan müqavilənin növünün müəyyənləşdirməsi sərbəstliyini tanımaqla tərəflərə nəinki, normativ hüquqi aktlarla nəzərdə tutulan, habelə onlarda göstərilməyən müqavilələri də bağlamağa imkan verir.

46. Bu cür yanaşma Azərbaycan Respublikasının Konstitusiyasında təminat verilən insan və vətəndaş hüquq və azadlıqlarının məzmunundan da irəli gəlir. Belə ki, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs q anunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz (Konstitusiyanın 71-ci maddəsinin müvafiq olaraq İİ və İX hissələri).

47. Təsadüfi deyildir ki, MM-in 390-cı maddəsində də göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna edilir. Müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla müqavilə bağlamağa məcbur etməyə yol verilmir (MM-in 390.1, 390.5, 390.3-cü maddələri).

48. Bu maddənin nəzərdə tutduğu mühüm el ementlərdən biri də tərəflərin müqavilə şərtlərinin formalaşdırılması mərhələsində müstəqillik imkanına təminat verməsidir. Lakin belə şərtlərin məzmunu MM-də göstərilən hallardan asılı olmaqla onlardan kənara çıxmamalıdır (MM-in 390.5-ci maddəsi).

49. Məhkəmə kollegiyası, həmçinin onu da qeyd edir ki, MM-in müvafiq normaları baxımından mülki hüquq münasibətinin yaranması, dəyişdirilməsi və xitamına səbəb olan hüquqi fakt birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Digər tərəfdən o da aydındır ki, müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi zəruridir (MM-in 324.1 və 324.4-cü maddələri).

50. O da vurğulanmalıdır ki, əqdlərin şifahi formada bağlanması da MM-in müddəaları baxımından mümkün mülki hüquqi davranış kimi nəzərdə tutulmuşdur. Buna misal olaraq tapşırıq müqaviləsinin həm şifahi, həm də yazılı formada bağlanması alternativlik kimi müəyyənləşdirilmişdir (MM-in 329.2 və 777.2-ci maddələri).

51. Yuxarıda əks olunan müvafiq normativ hüquqi aktların normalarından belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə tərəflərin həqiqi mülki hüquq münasibətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən ortaq iş görmə (şəriklik) müqaviləsindən yaranan münasibət kimi qiymətləndirməsi həmin normaların məzmunu ilə ziddiyyət təşkil etmir.

52. Lakin həmin məhkəmə instansiyası iddia tələbini qismən təmin edərkən mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının ortaq iş görülməsi üçün cavabdehə 167 000 manat verdiyini sübuta yetirsə də, cavabdeh razılaşdırılan ortaq biznes fəaliyyətinin gözlənilən nəticənin vermədiyini, yaxud əgər mənfəət əldə olunmuşdursa, bu mənfəəti iddiaçı ilə paylaşdığını və iddiaçıdan aldığı pulu geri qaytardığını sübuta yetirə bilməmişdir.

53. Məhkəmə, həmçinin göstərmişdir ki, cavabdeh iddiaçının təqdim etdiyi sərmayə əsasında biznes fəaliyyəti göstərib əldə olunacaq qazancdan iddiaçıya pay verməyi öhdəsinə götürmüşdür. Belə olan halda müvafiq iddia tələbinin qanuni əsası kimi borc müqaviləsi ilə bağlı deyil, qanunla qadağan olunmayan digər müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

54. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

55. MM-in 7-ci bölməsində (xüsusi hissə) ortaq iş görmə (şəriklik) ilə bağlı hər hansı müqavilə növü mövcud deyildir. Lakin bu cür müqavilə növünün tərəflər arasında bağlanması və onun tərəfləri üçün hüquq və vəzifələrinin yaranması əsas yuxarıda göstərilən normalar baxımından qadağan edilməmişdir.

56. Bir çox xarici yurisdiksiyalarda isə birgə fəaliyyət (şəriklik) haqqında müqavilələrin bağlanması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı geniş istifadə olunan müqavilə növüdür.

57. Ümumilikdə şərikliklə əlaqədar birgə fəaliyyət müqaviləsinin mahiyyəti tərəflərin razılaşdığı məqsədə nail olmaq üçün ümumi iqtisadi marağın təmin edilməsinə yönəlmişdir. Bu baxımdan həmin növdən olan müqavilə tərəfləri onların təşkilati müstəqilliyini (fərdi sahibkar, kommersiya hüquqi şəxsi) ehtiva etsə də, mənfəət əldə edilməsi ilə bağlı öz məqsədlərinə nail olmaq üçün sırf yatırım (pul, digər əmlak, o cümlədən peşə bilikləri və bacarıqları və s.) qoymalarını mütləq şərt kimi müəyyənləşdirir. 5

8. Belə olan təqdirdə şərikliklə bağlı birgə fəaliyyətdə şərikli kapital kimi əmlak elementi belə fəaliyyətin əsasını yaradır.

59. Digər tərəfdən belə müqavilə mahiyyət etibarı ilə konsensual müqavilə olmaqla bu cür münasibətin iştirakçıları arasında əvəzli münasibətin mövcudluğuna dəlalət etmir, yəni yatırımın (pul və s.) bir iştirakçıdan bilavasitə digərinə ötürülməsini nəzərdə tutmur. Bundan başqa yatırımın həyata keçirilməsi şərikliklə bağlı birgə fəaliyyət müqaviləsinin bağlanması məqsədilə deyil, artıq bağlanmış müqavilənin icrasının təmin edilməsinə yönəlir.

60. O da nəzərə alınmalıdır ki, şərikliklə bağlı birgə fəaliyyət haqqında müqavilənin iştirakçıları məhz belə müqavilənin bağlandığı andan məsuliyyət (onun icra edilməməsi və ya lazımınca icra edilməməsi halında) daşıyırlar. 6

1. Əvvəldə də qeyd olunduğu kimi MM-də birgə fəaliyyət münasibətlərini (o cümlədən şərikli birgə fəaliyyət münasibətlərini) tənzimləyən müqavilə növü nəzərdə tutulmasa da, hüquqi tənzimləmənin xüsusi qaydası müəyyənləşdirilmişdir.

62. Belə ki, MM-in 11.5-ci maddəsinə görə mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Digər tərəfdən həmin Məcəllənin 11.1-ci maddəsində göstərilir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu onların mahiyyətinə zidd deyilsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qa nunun analogiyası).

63. Bundan başqa MPM-in mülki işlərin həllində məhkəmələrin tətbiq etdiyi normativ hüquqi aktlara dair qaydaları əks etdirən 13-cü maddəsində isə birbaşa göstərilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir (MPM-in 13.4-cü maddəsi).

64. Göstərilən normaların tələblərindən irəli gəlməklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə qanunun analogiyası kimi MM-in təsərrüfat ortaqlıqları ilə bağlı qaydaları tənzimləyən normaları tətbiq olunmalıdır. MM-in 64.2-ci maddəsinə görə təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onu n iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. O da nəzərə alınmalıdır ki, təsərrüfat ortaqlığını kommersiya təşkilatı kimi təsərrüfat cəmiyyətindən fərqləndirən əsas amillərdən biri də ortaqlıqlarda nizamnamə kapitalının deyil, məhz şərikli kapitalın formalaşdırılması mütləq şərtlərdən biridir (MM-in 70 və 73.2-ci maddələri).

65. MM-in tam ortaqlığın mənfəətinin və zərərinin bölüşdürülməsi ilə əlaqədar nizamlamanı nəzərdə tutan 74-cü maddəsində isə göstərilir ki, tam ortaqlığın mənfəəti və zərəri əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onların şərikli kapitaldakı paylarına mütənasib şəkildə bölü şdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir (MM-in 74.1-ci maddəsi). Digər tərəfdən tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar (MM-in 75.1-ci maddəsi).

66. Bu normaların təhlili ona dəlalət edir ki, ortaqlar (şəriklər) belə təsərrüfat ortaqlığının öhdəlikləri üçün şərikli subsidiar məsuliyyət daşımaqla, həmçinin öz əmlakları ilə cavabdehlik daşıyır, mənfəətlə zərər də onlar arasında şərikli kapitaldakı paylarına uyğun olaraq müəyyənləşdirilir. Bununla belə mənfəət və zərərin bölüşdürülməsi qaydasında dispozitivlik prinsipindən irəli gəlməklə tərəflərin iradəsinə görə digər tənzimləmənin mümkünlüyü imkanı da istisna edilmir.

67. Təsərrüfat ortaqlığının digər təşkilati hüquqi forması kimi nəzərdə tutulan kommandit ortaqlığının əsas fərqi isə belə ortaqlıqda iştirak edən maya qoyanın (kommanditçinin) ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməməsi, həmçinin ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün tam ortaqlardan (şəriklərdən) fərqli olaraq yalnız qoyduqları mayaların məbləği həddində risk daşımalarıdır (MM-in 82.1-ci maddəsi).

68. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, MM-in 48.1-ci maddəsinin tələbi baxımından təşkilati hüquqi forması təsərrüfat ortaqlıqları olmaqla onların hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması imperativ qayda kimi şərtləndirilsə də, onların iştirakçıları (şərikləri) ilə bağlı nəzərdə tutulan müddəalarının hazırkı iş üzrə tətbiqi qanunun analogiyasına dair əvvəldə göstərilən maddələrin tələbi baxım ından zəruridir.

69. Apellyasiya instansiyası məhkəməsi yuxarıda da göstərildiyi kimi iddia tələbini qismən təmin etməklə (167 500 manat və zaminlik müqaviləsi əsasında ödənilmiş 3 106 manat hissəsində) cavabdehin iddiaçının ona 167 500 manat verdiyini etiraf etməsini, həmçinin ödənişlə bağlı təkzib olunmayan sübutlar təqdim edildiyindən iddiaçının sübutetmə yükündən azad olunmuş sayılmasını göstərmişdir. Cavabdeh barəsində isə hesab etmişdir ki, o razılaşdırılan ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni vermədiyini, yaxud əgər mənfəət əldə olunmuşdursa, bu mənfəəti iddiaçı ilə paylaşdığını və iddiaçıdan aldığı pulu geri qaytardığını sübuta yetirə bilməmişdir.

70. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında şərikli birgə fəaliyyət (ortaq biznes) münasibətlərinin olması hazırk ı işdə mübahisəsiz hal olduğundan MM-in əvvəldə göstərilən 74.1-ci maddəsinin tələbi baxımından şərikin (iştirakçının) zərərin bölüşdürülməsindən kənarda saxlanılması yolverilməzdir. Hazırkı işin materiallarından görünür ki, zərərlə işləmə faktının sübutu kimi 2024-cü il 1 oktyabr tarixində, yəni MPM-in 78.1-ci maddəsinin tələbi baxımından işin məhkəmədə hazırlanması yekunlaşanadək cavabdehin 2023-cü ilin vergi dövrünü əhatə edən və 200 888,66 manat zərərin olduğu qeyd olunan mənfəət vergi bəyannaməsi birinci instansiya məhkəməsində elektron məhkəmə sisteminə yüklənsə də, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı qiymətləndirilmə aparılmamışdır.

71. Halbuki cavabdeh MMC-nin zərərlə işləməsi yuxarıda göstərilən normaların tələbləri baxımından hazır kı işdə iddiaçının da şərik kimi zərəri də bölüşmək prezumpsiyasını yaradır.

72. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin zərərlə işləməsi faktı iş materiallarında olan sübutlarla əlaqəli surətdə tədqiq edilməli və tərəflərin şərikli birgə faəliyyəti ilə bağlı münasibətlərindən irəli gəlməklə qiymətləndirməli idi. Lakin bu hallar, ümumiyyətlə, araşdırılmamışdır.

73. Məhkəmə kollegiyası, həmçinin onu da qeyd edir ki, apellyasiya instansiyası hazırkı iş üzrə iddiaçının verdiyi pul vəsaitini onun tərəfindən təqdim edilən sərmayə kimi müəyyən olunması qənaətinə gəlmişdir. Belə olan təqdirdə təəssürat yaranır ki, iddiaçının verdiyi pul vəsaiti investisiya kimi dəyərləndirmiş, amma bu vəsaitin investisiya kimi yatırılması da mövcud qanunvericiliyin normaları baxımından qiymətlən dirilməmişdir.

74. Belə ki, “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə görə gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan pul vəsaitləri, qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar investisiya hesab olunur. İnvestorların Azərbaycan Respublikasının ərazisində investisiya qoyuluşu ilə bağlı olan hərəkətlərinin məcmusu isə investisiya faəliyyətidir. Bununla belə həmin Qanunun 11-ci maddəsinə görə investorun vəzifələri sırasında onun bu Qanunda və investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə nəzərdə tutulan digər vəzifələr etmək də göstərilir.

75. Digər tərəfdən adı çəkilən Qanunun 8-ci maddəsinə əsasən investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqa vilənin bağlanması ilə yanaşı hüquqi şəxslərdə iştirak paylarının (səhmlərinin) əldə edilməsi də investisiya fəaliyyətinin həyata keçirilməsi formalarının dairəsinə daxildir.

76. Hazırkı işin materiallarından isə nə iddiaçı tərəfindən cavabdehin kapitalındakı payının hər hansı hissəsinin alınması və bununla da cavabdeh MMC-nin təsisçiləri sırasında dəyişikliyin baş verməsi və bu faktın dövlət reyestrində rəsmiləşdirilməsi müəyyən edilməmiş, nə də tərəflər arasında investisiya fəaliyyətinin həyata keçirilməsinə dair hər hansı müqavilə də mövcud deyildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər investisiya fəaliyyətindən irəli gələn münasibətlər kimi qiymətləndirilə bilməz.

77. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “zaminlik m üqaviləsi əsasında ödənilmiş 3.106 manat pulun cavabdehdən tutularaq ona geri ödənilməsi” tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də yuxarıda göstərilən hüquqi mövqelər baxımından qənaətbəxş hesab edilə bilməz. Belə ki, ortaq biznes tərəfdaşlarının (şəriklərin) ümumi biznes layihəsinin həyata keçirilməsi üçün banklardan alınan kreditlərə zamin durması tamamilə mümkün olan təcrübədir. Belə olan təqdirdə sözügedən məqsədlərlə bağlanmış zaminlik müqaviləsinin şəriklik müqaviləsindən kənar şəkildə bağlanmış əqd kimi dəyərləndirilməsi yuxarıda şərh olunan hüquq normaları baxımından yolverilməzdir.

78. İşin tam, hərtərəfli və obyektiv araşdırılaraq qanuni və əsaslı məhkəmə aktının çıxarılmasının təmin edilməsi məqsədilə məhkəmə kollegiyası qeyd edir ki, apelllyasiya inst ansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən: 1) yuxarıda göstərilən mövqeyə uyğun olaraq tərəflər arasında mövcud olan şərikli birgə fəaliyyət münasibətlərindən irəli gəlməklə işdə olan sübutlar əsasında və yuxarıda sadalanan normaların tələblərinə uyğun olmaqla cavabdehin zərərlə işləyib-işləməməsi, bundan irəli gəlməklə iddiaçının şərikli münasibətdəki payının həcmi, eləcə də zərər müəyyən edildikdə payına mütənasib olaraq zərərin bölünməsində məsuliyyətinin həcmi müəyyən edilməli; 2) eləcə də zaminlik müqaviləsi əsasında ödənilmiş pulun cavabdehdən tutulmasına dair iddia tələbi yuxarıda göstərilən hüquqi mövqelər baxımından qiymətləndirilməlidir.

79. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehi n kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 yanvar tarixli 22(103)-137/2025 nömrəli qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar