Məhkəmə qərarları › İş №2-2(102)-308/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-308/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-308/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı kommersiya işi üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması; müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh X1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 yanvar tarixli 2-2(103)-152/2024 nömrəli qətnaməsindən ca vabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə X2 arasında 2014-cü il 9 dekabr tarixli ********* saylı kredit müqaviləsi (bundan sonra-“kredit müqaviləsi”) bağlanmışdır.

2. Müqaviləyə əsasən kreditor borcalana 10.800 ABŞ dolları məbləğində pulu 16 ay müddətinə kreditə vermiş, kreditin istifadəsinə görə illik 28 faiz müəyyən edilmişdir. Kredit müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 3. 2014-cü il 9 dekabr tarixli 1/16/76395139 nömrəli kassa məxaric orderinə əsasən 10.800 ABŞ dolları məbləğində pul İddiaçı ASC tərəfindən X1 verilmişdir.

4. Tərəflər arasında sonrandan kredit müqaviləsinə 2015-ci il 16 aprel tarixli 01 nömrəli Əlavə saziş (bundan sonra “əlavə saziş”) imzalanmışdır. Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 9.645 ABŞ dolları müəyyən edilmiş və müddət 36 ay uzadılmış, kredit müqaviləsi ona edilmiş əlavə saziş də nəzərə alınmaqla 2018-ci il 16 aprel tarixində bitmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı LPO İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdeh X1 (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 14.960,12 ABŞ dolları borcun, o cümlədən 2.091,83 ABŞ dolları əsas, 6.320,29 ABŞ dolları faiz, 6.251,62 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 296,38 ABŞ dolları faiz borcunun v ə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehə 16 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 2015-ci il 16 aprel tarixində bağlanmış əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 9.645 ABŞ dolları təşkil etməklə yanaşı kreditin müddəti 36 ay təyin edilir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o bu öhdəliyini yerinə yetirməmişdir.

7. Bakı Kommersiya Mə hkəməsinin 2023-cü il 25 yanvar tarixli e-2-2(113)-113/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, kredit müqaviləsinə əsasən əsas borc üzrə 2.091,83 ABŞ dolları, faiz borcu üzrə 5.600,45 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları və əsas borca illik 5 faiz hesablanmaqla 296,38 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim K.Hüseynov).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən cavabdehə 10.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh tərəf də, müqavilənin bağlan masını və 10.800 ABŞ dolları məbləğində pulun verilməsini mübahisələndirməmiş, ancaq borcunun qalmadığını bildirmişdir.

9. İşə birinci instansiya məhkəməsində baxılarkən, iş üzrə borc məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, 2022-ci il 15 noyabr tarixli 9/7656 nömrəli ekspert rəyinə əsasən, cavabdehin 2018-ci il 16 aprel tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 7.993,09 ABŞ dolları, faiz borcu 5.600,45 ABŞ dolları, 2021-ci il 1 fevral tarixinə (maliyyə arayışının tarixinə) əsas borcu 3.377,40 ABŞ dolları, faiz borcu 5.600,45 ABŞ dolları, faiz borcu (illik 5%-lə hesablanmaqla) 695,73 ABŞ dolları müəyyən edilmişdir.

10. Məhkəmə iclasında iştirak edən X4 vermiş olduğu rəydə 16 aprel 2018-ci il tarixinə (müqavilə müddətinin bitd iyi tarixə) əsas borcun 7.993,09 ABŞ dolları, 01 fevral 2021-ci il tarixinə (maliyyə arayışının tarixi) əsas borcun 3.377,40 ABŞ dolları olmasına izah olaraq bildirmişdir ki, müqavilənin müddəti bitdikdən sonra yəni, 19 aprel 2019-cu il tarixində cavabdehə verilmiş 7.536 manat kompensasiya məbləği cavabdehin ancaq əsas borcundan silinmiş və nəticədə əsas borc üzrə 3.377,40 ABŞ dolları məbləğində borcu qalmışdır.

11. X4 tərəfindən verilmiş olan izahı məhkəmə iclasında Bankın nümayəndəsi də təsdiq etmiş və kompensasiya məbləğinin ancaq əsas borcdan silindiyini bildirmişdir. Cavabdeh isə borcunun qalmadığını bildirsə də, bu barədə sənədləri (ödəniş qəbzlərini) məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. İd diaçının cavabdehdən əsas borc üzrə 2.091,83 ABŞ dolları məbləğində pulun tələb edilməsini nəzərə alaraq hesab etmişdir ki, 2.091,83 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə iş üzrə verilmiş 15 noyabr 2022-ci il tarixli ekspert rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddia 16 aprel 2018-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) dolları faiz borcunun 5.600,45 ABŞ dolları hissəsində əsaslıdır.

13. Məhkəmə iddianın dəbbə pulu hissəsində qeyd etmişdir ki, həmin məbləğ əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 67-ci maddəsinə əsasən 200 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətli dir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 425, 445.7, 462.1, 467, 739.1, 741-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli, “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

15. Cavabdeh tərəfindən həmin qətnamədən v erilmiş apellyasiya şikayətində həmin qətnamənin qismən-iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 yanvar tarixli 2-2(103)-152/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında 09 dekabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə qalıq əsas borcu 3.377,40 ABŞ dolları, 1 6 aprel 2018-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) dolları faiz borcu 5.600,45 ABŞ dolları təşkil etmişdir. İddiaçı tərəfindən 2.091,83 ABŞ dolları əsas borc tələb edildiyindən iddia əsas borc hissəsində təmin edilmiş, faiz borcu hissəsində ekspert rəyi nəzərə alınmaqla iddia qismən-5.600,45 ABŞ dolları hissədə təmin edilmiş, dəbbə pulunun məbləği MM-nin 67-ci maddəsinə əsasən 200 ABŞ dolları həddində müəyyən edilmişdir.

18. Cavabdeh apellyasiya şikayətində müqavilə tələbi üzrə 3 illik iddia müddətinin keçməsinin məhkəmə tərəfindən nəzərə alınmadığını, iddia müddəti keçdiyi halda iddianın təmin edilməsi ilə məhkəmə tərəfindən maddi hüquq normasının tələbinin pozulduğunu göstərmişdir.

19. Məhkəmə apellyasiya şikayətini əsassız hesab edərək qeyd etmişdir ki, MM-nin 375.2-ci m addəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməli olduğundan, cavabdeh tərəfindən isə birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmədiyindən məhkəmənin tələb üzrə iddia müddətinin keçib-keçmədiyini araşdırmaq vəzifəsi olmamış, buna görə də hər hansı maddi hüquq normasının pozuntusuna yol verilməmişdir.

20. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən apellyasiya instansiya mərhələsində təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə birinci instansiya məhkəməsində araşdırma predmeti olmadığından bu mərhələdə qəbul edilməsi prosessual normaların (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 154.1, 154.2, 154.3, 209.3, 3 72.2-ci maddələri) tələblərinə ziddir. Vəkil ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməməsini cavabdehin hüquqi savadının olmaması ilə izah etmişdir.

21. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, fərdi sahibkar olan cavabdehin hüquqi savadının olmaması onu prosessual normaların tələblərinə riayət etmək vəzifəsindən azad etmədiyindən və cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən də vəkil xidmətindən istifadə etmək imkanı olduğundan bu mülahizə əsassızdır.

22. MPM-nin tələblərinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edilməsinə nəinki yuxarı instansiya məhkəməsində, hətta məhkəmə çıxışlarında belə yol verilmir. Bu hüquqi mövqe “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Res publikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğununyoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır.

23. Məhkəmə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində borc və faiz məbləğlərinin düzgün hesablanmadığı qeyd edilsə də, bu mövqe əsaslandırılmamış, cavabdehin ekspert rəyi ilə hesablanmış 10.041,21 ABŞ dollarından daha artıq ödəniş etdiyinə dair sübutlar təqdim edilməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 375.1, 375.2, 385.1, 442 və 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2008-ci il 8 may tarixli Qərar ına, MPM-nin 154.1-154.4, 209.3, 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

25. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmamışdır- hazırkı iş üzrə iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, sonradan tərəflər arasında əlavə saziş imzalanmışdır. Kredit müqaviləsinin icrası ona edilmiş əlavə saziş də nəzərə alınmaqla 2018-ci il 16 aprel tarixində bitməli idi. İşin hallarından görünür ki, kredit müqaviləsinin icra müddətinin bitməli olduğu tarix 2018-ci ildir. Lakin iddiaçı həmin tarixdən 5 il sonra məhkəməyə müraciət etmişdir. İddiaçı qanunvericiliyin tələbini nəzərə almadan məhkəmədə iddia qaldırmış, məhkəmə isə iddianın mümkünlüyünü yoxlamadan işə mahiyyəti üzrə baxmış, bununla da məhkəmə maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməmişdir.

27. MPM-in 217.1-ci maddəsinin tələbləri pozulmuşdur- daha öncədən iddiaçı cavabdehə qarşı iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və 2-2-(113)3540/2022 saylı iş məhkəmənin icraatında olmuşdur. İşin gedişində cavabdeh tərəfindən iddia müddətin keçməsi ilə bağlı ərizə verilmiş və iddianın rəd d edilməsi xahiş olunmuşdur. Daha sonra iş üzrə icraat dayandırılmış və iddiaçı yenidən iddia ilə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Lakin cavabdeh hüquqi biliyə malik olmadığı üçün işin davam etdiyini düşünmüş və bu səbəbdən ərizəni yenidən verməmişdir. Göstərilənlərdən aydın olur ki, cavabdeh öz iradə ifadəsini birinci instansiya məhkəməsində göstərmiş və müddətlə bağlı iddianın rədd edilməsini tələb etmişdir. Sözügedən sənədlərin alınması üçün tərəflərindən məhkəməyə sorğu verilmiş, lakin rəsmi qaydada sənədlər cavabdehə çatmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı cavabdehin kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadə k verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Birinci instansiya məhkəməsində mülki iş üzrə 1 hazırlıq, 5 baxış iclasları təyin edilmiş və cavabdeh mülki iş üzrə təyin edilmiş həmin iclasların əksəriyyətində iştirak etsə də, həmin iclasların heç birində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etməmişdir. Əksinə iddianı qismən-yəni əsas borc hissəsində qəbul etdiyini etiraf etmiş, faiz və cərimə borcunun yüksək olduğunu bildirmişdir. Hətta, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 26 sentyabr tarixli qərardadının 5-ci abzasında da cavabdehin iddianı qismən qəbul etməsi öz əksini tapmışdır. Göründüyü kimi, cavabdeh iştirak etdiyi məhkəmə iclasla rında iddia müddətini mübahisələndirməmişdir. Digər tərəfdən kassasiya şikayətində cavabdehin hüquqi savadı olmadığından ərizə vermədiyi göstərilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsində qeyd edilir ki, “Qanunu bilməmək məsuliyyətdən azad etmir”. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya baxışının hədləri

29. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normaları nı düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ə rizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc mü qaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....”

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır......” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 36.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

37. İlk növbədə qeyd olunmalıdır ki, baxılan iş üzrə cavabdehin kassasiya şikayətində iddia olunan borcun miqdarı mübahisələndirilməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlili iddia tələbi üzrə iddia müddətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməməsi, bununla da maddi və prosessual hüquq normalarının pozulması ilə bağlıdır.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (MM-nin 375.2-ci maddəsi).

39. Baxılan işin müb ahisələndirilməyən halı ondan ibarətdir ki, işə birinci instansiya qaydasında baxılarkən, cavabdeh məhkəmə araşdırmasında iştirak etsə də, mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmiş, daha sonra apellyasiya şikayətində iddia müddətinin ötürülməsinə istinad etmişdir.

40. Bununla bağlı L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2008-ci il 8 may tarixli Qərarında göstərilmişdir ki, «...apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çı xarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir».

41. Apellyasiya instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinə dair dəlillərinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində araşdırma zamanı iştirak etmiş cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmədiyindən, məhkəmənin tələb üzrə iddia müddətinin keçibkeçmədiyini araşdırmaq vəzifəsi olmamışdır. 42.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir k i, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MM-nin 375.2-ci maddəsinin tələblərinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2008-ci il 8 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur. İş üzrə qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 43.MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 yanvar tarixli 2-2(103)-152/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar