Məhkəmə qərarları › İş №2-2(102)-309/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-309/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-309/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli, 22(103)-98/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı “X4 Azərbaycan” QSC ilə cavabdeh X2 arasında 2013-cü il 5 mart tarixli, 33333 saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən, cavabdehə 48 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən, cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur.

2. Kredit xətti müqaviləsi üzrə iddiaçı “X4 Azərbaycan” QSC ilə cavabdeh X2 arasında 2013-cü il 5 mart tarixli, 1 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən, cavabdehə 36 ay müddətinə, illik 14 faiz olmaqla 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2015-ci il 7 iyul tarixində həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə razılaşma bağlanılmışdır.

3. İddiaçı “X4 Azərbaycan” QSC ilə cavabdeh X2 arasında 2013-cü il 4 aprel tarixli, 2 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən, cavabdehə 36 ay müddətinə, illik 14 faiz olmaqla 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2015-ci il 7 iyul tarixində həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə razılaşma bağlanılmışdır.

4. İddiaçı “X4 Azərbaycan” QSC ilə cavabdeh X2 arasında 2013-cü il 23 aprel tarixli, 3 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən, cavabdehə 36 ay müddətinə, illik 14 faiz olmaqla 100.000 ABŞ dolları məbləğində kr edit verilmişdir. 2015-ci il 7 iyul tarixində həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə Razılaşma bağlanılmışdır.

5. İddiaçı “X4 Azərbaycan” QSC ilə cavabdeh X2 arasında 2013-cü il 3 iyun tarixli, 4 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən, cavabdehə 36 ay müddətinə illik 14 faiz olmaqla 100.000 USD məbləğində kredit verilmişdir. 2015-ci il 7 iyul tarixində həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə Razılaşma bağlanılmışdır.

6. İddiaçı “X4 Azərbaycan” QSC ilə cavabdeh X2 arasında 2013-cü il 21 iyun tarixli, 5 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən, cavabdehə 36 ay müddətinə, illik 14 faiz olmaqla 100.000 A BŞ dolları məbləğində kredit verilmişdir. 2015-ci il 7 iyul tarixdə həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə Razılaşma bağlanılmışdır.

7. İddiaçı “X4 Azərbaycan” QSC ilə cavabdeh X2 arasında 2014-cü il 18 iyun tarixli, 555 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, cavabdehə 36 ay müddətinə, illik 14 faiz olmaqla 500.000 manat məbləğində kredit ayrılmışdır. 2015-ci il 7 iyul tarixdə həmin kredit müqaviləsinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə razılaşma bağlanılmışdır.

8. Borcalanın 2013-cü il 5 mart tarixli, 33333 nömrəli kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının tə min edilməsi məqsədilə 2013-cü il 5 mart tarixində bank ilə ipoteka qoyan X2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə X1 məxsus olan 0.0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257.8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1 B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçı “X4 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri ipoteka müqaviləsinə əsasən 250.000 manat müəyyən olunmuşdur.

9. Borcalanın 2013-cü il 5 mart tarixli, 33333 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 2013-cü il 5 mart tarixində bank ilə ipoteka qoyan X2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin mü qaviləyə əsasən, mülkiyyət hüququ ilə X1 məxsus olan 0.05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri ipoteka müqaviləsinə əsasən 300.000 manat müəyyən olunmuşdur.

10. Borcalanın 2013-cü il 5 mart tarixli, 33333 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 2013-cü il 5 mart tarixində bank ilə ipoteka qoyan X2 arasında İpoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, mülkiyyət hüququ ilə X1 məxsus olan 0.02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsə bəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri ipoteka müqaviləsinə əsasən 170.000 manat təşkil edir.

11. Borcalanın 2014-cü il 18 iyun tarixli, 555 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 2014-cü il 18 iyun tarixində bank ilə ipoteka qoyan X2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, mülkiyyət hüququ ilə X1 məxsus olan, 1\1 mərtəbəli, ümumi sahəsi 175,3 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.2, 1\1 mərtəbəli, ümumi sahəsi 174 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.2, və 1\1 mərtəbəli, ümumi sahəsi 414,4 m2-dən ibarət Abşeron ra yonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.19 nömrəli ünvanlarda yerləşən qeyriyaşayış sahələri bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetlərinin dəyəri ipoteka müqaviləsinə əsasən, müvafiq olaraq, 420.000, 170.000 və 170.000 manat müəyyən olunmuşdur.

12. İddiaçı “X4 Azərbaycan” QSC tərəfindən cavabdeh X1 ünvanlanmış 2016-cı il 8 avqust tarixli pretenziya məktublarından görünür ki, cavabdehdən kredit müqaviləsi üzrə borcun ödənilməsi tələb olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı “X4 Azərbaycan” QSC (bundan sonra – “iddiaçı”) cavabdeh X1 (bundan sonra – “cavabdeh”) qarşı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü olunmuş əmlakların açıq hə rracda satılması tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2013-cü il 5 mart tarixli, 3333 nömrəli kredit müqaviləsi üzrə 206.299,63 ABŞ dolları əsas kredit borcunun, 135.913,08 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 246.018,60 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 588.231,31 ABŞ dolları və 2014-cü il 18 iyun tarixli, 555 nömrəli kredit müqaviləsi üzrə 500.000 manat əsas kredit borcunun, 325.423,98 manat əsas məbləğə hesablanmış faiz borcunun, 506.336,39 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 1.331.760,37 manat məbləğində borcun və 500 manat əmlakın qiymətləndirilməsinə dair xərc, 22 manat öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenz iyaların) göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərcləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, 1/1 mərtəbəli 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, 1/1 mərtəbəli 174 m2 sahəsi olan Abşeron rayon u, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, 1/1 mərtəbəli 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinə, 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin hərracda satılması və əldə olunan vəsaitin hesabına iddiaçının borcunun ödənilməsi, ipoteka ilə yüklü edilmiş yuxarıda qe yd olunan qeyri-yaşayış sahələrindən istifadə hüququna xitam verilməklə, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra 1 ay müddət ərzində cavabdehin qeyriyaşayış sahələrini boşaltması, həmçinin ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə olunmuş məbləğ borc məbləğin ödənilməsinə kifayət etmədikdə məbləğin qalan hissəsinin borcludan tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında kredit müqavilələri, əlavə razılaşmalar və borcalanın kredit müqavilələrindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə iddiaçı ilə ipoteka qoyan cavabdeh arasında ipoteka müqavilələri bağlanmış, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan qeyri-yaşayış sahələri iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair çıxarışlar təqdim edilmişdir.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 319.1, 385.1, 442, 443.5, 445.1, 448.1, 460.1, 462.1, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 33, 34.1, 47.5, 59.3, 59.4-cü maddələrinə istinad olunmuşdur. 16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 sentyabr tarixli, 2-2(81)48/2018 saylı qərardadları ilə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, məhkəmə mühasibatlıq eksper tizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi isə "xxxx" MMC-yə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 2019-ci il 15 mart tarixli, 28888 saylı rəyinin nəticə hissəsində 2013-cü il 5 mart tarixli, 33333 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan 1, 2, 3, 4 və 5 saylı kredit Sazişləri və 2013-cü il 18 iyun tarixli, 555 saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq cavabdehin iddiaçıya olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: - 2013-cü il 5 mart tarixli, 33333 saylı kredit xətti üzrə - müqavilə müddətləri bitən tarixlərə, ümumilikdə: əsas borc üzrə 205.555, 48 ABŞ dolları, faiz borcu üzrə 9.637,98 ABŞ dolları. Qərardadın tərtib olunması tarixinə, yəni 2018-ci il 27 sentyabr tarixinə, ümumilikdə: əsas borc üzrə 205.555,48 ABŞ dolları, faiz borcu üzrə 79.244,41 ABŞ dolları; 17. 2013-cü il 18 iyun tarixli, 555 saylı kredit müqaviləsi üzrə - müqavilə müddəti bitən tarixə, yəni 2017-ci il 30 iyun tarixinə: əsas borc üzrə 499.956,25 AZN, faiz borcu üzrə 101.016,10 AZN. Qərardadın tərtib olunması tarixinə, yəni 2018-ci il 27 sentyabr tarixinə: əsas borc üzrə 499.956,25 AZN, faiz borcu üzrə 187.925,17 AZN. 18. "xxxx" MMC-nin 2019-cu il 16 avqust tarixli ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi barədə hesabatından görünür ki, cavabdehə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyində yerləşən qeyri-yaşayış sahəl ərinin 2019-cu il 16 avqust tarixinə bazar dəyəri aşağıdakı ünvanlar üzrə qeyd olunan məbləğlərdə müəyyən olunmuşdur: - Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B – 232.020,0 manat; Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.2 – 147.900,0 manat; Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.2 – 157.770,0 manat; Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.19 – 455.840,0 manat; Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B – 274.440,0 manat; Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B – 554.280,0 manat.

19. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 25 avqust tarixli, 2-2(113)-8/2020 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertiz anın aparılması müstəqil ekspertə həvalə olunmuşdur (hakim – E.Əliyev). 20. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 2021-ci il 24 sentyabr tarixli, 01/21- 463 nömrəli hesabatından görünür ki, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 2021-ci il 24 sentyabr tarixinə bazar dəyəri 305.000 manat, likvid dəyəri 259.000 manat təşkil edir. Ekspertizanın aparılması üçün təyin edilən xidmət haqqı cavabdeh tərəfindən ödənilmişdir. 21. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 2021-ci il 24 sentyabr tarixli, 01/21- 466 nömrəli hesabatından görünür ki, mülk iyyət hüququ ilə cavabdehə məxsus olan birinci mərtəbədə yerləşən 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanında yerləşən qeyriyaşayış sahəsinin 2021-ci il 24 sentyabr tarixinə bazar dəyəri 262000 manat, likvid dəyəri 223.000 manat təşkil edir. Ekspertizanın aparılması üçün 300 manat xidmət haqqı təyin edilmiş və təyin olunan xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir 22. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 2021-ci il 24 sentyabr tarixli, 01/21- 465 nömrəli hesabatından görünür ki, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan birinci mərtəbədə yerləşən 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanında yerləşən qeyriyaşayış sahəsinin 2021-ci il 24 se ntyabr tarixinə bazar dəyəri 261.000 manat, likvid dəyəri 222.000 manat təşkil edir. Ekspertizanın aparılması üçün 300 manat xidmət haqqı təyin edilmiş və təyin olunan xidmət haqqı cavabdeh tərəfindən ödənilmişdir. 23. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 2021-ci il 24 sentyabr tarixli, 01/21- 467 nömrəli hesabatından görünür ki, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan birinci mərtəbədə yerləşən 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinin 2021-ci il 24 sentyabr tarixinə bazar dəyəri 605.000 manat, likvid dəyəri 514.000 manat təşkil edir. Ekspertizanın aparılması üçün 300 manat xidmət haqqı təyin edilmiş və təyin olunan xidmət haqqı cavabdeh tərəfindən ödənilmişdir. 24. "xxx x" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 2021-ci il 24 sentyabr tarixli, 01/21- 462 nömrəli hesabatından görünür ki, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 2021-ci il 24 sentyabr tarixinə bazar dəyəri 384.000 manat, likvid dəyəri 326.500 manat təşkil edir. Ekspertizanın aparılması üçün təyin olunan xidmət haqqı cavabdeh tərəfindən ödənilmişdir. 25. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 2021-ci il 24 sentyabr tarixli, 01/21- 464 nömrəli hesabatından görünür ki, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mə rtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 2021-ci il 24 sentyabr tarixinə bazar dəyəri 684.000 manat, likvid dəyəri 581.000 manat təşkil edir. Ekspertizanın aparılması üçün təyin olunan xidmət haqqı cavabdeh tərəfindən ödənilmişdir.

26. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 noyabr tarixli, 2-2(113)-1/2021 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 19 aprel tarixli, 9/149 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 5 mart tarixli, 1 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 4 mart tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 36.197,16 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 44.099,79 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 4 aprel tarixli, 2 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtl əri nəzərə alınmaqla cavabdehin 2016-cı il 4 aprel tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 41.434,61 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 50.215,51 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 23 aprel tarixli, 3 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 23 aprel tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 41.187,35 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 49.749,43 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehi n krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 6 iyun tarixli, 4 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 3 iyun tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 46.600,20 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 55.905,74 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 21 iyun tarixli, 5 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 21 iyun t arixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 46.294,72 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 55.378,75 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 555 saylı kredit müqaviləsinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2017-ci il 30 iyun tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 593.594,70 manat məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 672.414,14 manat məbləğində müəyyən edilir.

27. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 17 may tarixli, 2-2(113)-1/202 2 saylı qərardadı ilə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 29 iyul tarixli, 9/4600 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 5 mart tarixli, 1 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 4 mart tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 36.197,16 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 44.099,79 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 4 aprel tarixli, 2 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 4 aprel tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 41.434,61 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 50.215,51 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 23 apre l tarixli, 3 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 23 aprel tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 41.187,35 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 49.749,43 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 6 iyun tarixli, 4 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 3 iyun tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 46.600,20 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust ta rixinə banka olan əsas və faiz borcu 55.905,74 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 21 iyun tarixli, 5 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 21 iyun tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 46.294,72 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 55.378,75 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2014-cü il 18 iyun tarixli, 555 saylı kredit müqaviləsinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2017-ci il 30 iyun tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 593.594,70 manat məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 672.414,14 manat məbləğində müəyyən edilir. - Tərəflər arasında bağlanmış 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmaya əsasən, borcalana 4 ay güzəşt müddəti verilmişdir. Həmin güzəşt müddətində ödənilən kredit vəsaitləri faiz borcundan silinməli və 4 ay güzəşt müddətindən sonra ödənilən kredit vəsaitləri faiz və əsas borcdan silinməlidir. Yəni ki, 4 ay güzəşt müddətində hesablanmış aylıq faiz borclarından artıq ödəniş olubsa həmin artıq ödəniş məbləğləri cəmlənərək 4 ay güzəşt müddətindən sonra faiz və əsas borcdan sil inməlidir. Hazırki tədqiqatla borc qalığının hesablanmasını müəyyən edən cədvəllərdə güzəşt müddətindən sonra kredit üzrə ödənilən məbləğlərlə faiz və əsas borca silinən məbləğlərin fərqli olması yuxarıda göstərilən səbəbdəndir.

28. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 avqust tarixli, 2-2(113)-1/2022 nömrəli qətnaməsi iddia qismən təmin edilmiş, cavabdehdən 2013-cü il 5 mart tarixli, 3333 nömrəli kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 202.283,89 ABŞ dolları əsas borc, 24.650,78 ABŞ dolları cərimə, 9.429,95 ABŞ dolları faiz borcu və 43.635,38 ABŞ dolları illik 5 faiz borcu, cəmi 280.000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 2014-cü il 18 iyun tarixli, 555 nömrəli kredit müqaviləsi üzrə əsas borc 500.000 manat, 5 2.585,86 manat cərimə, faiz borcu 93.594,70 manat, illik 5 faizlə hesablanmış faiz borcu isə 78.819,44 manat, cəmi 725.000 manat, həmçinin 500 manat ipoteka predmeti olan əmlakların qiymətləndirilməsinə çəkilmiş xərc, 30 manat dövlət rüsumu, 22 manat bildirişlərin göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərcləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın cavabdehə məxsus ilkin satış qiyməti 259.000 manat olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 223.000 manat olan 1/1 mərtəbəli 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 222.000 manat olan 1/1 mərtəbəli 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 514.000 manat olan 1/1 mərtəbəli 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 326.500 manat olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nöm rəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 581.000 manat olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin hərracda satılaraq satışdan əldə olunan vəsaitin hesabına iddiaçının borcunun ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra 1 ay müddət ərzində cavabdehin qeyri-yaşayış sahələrini boşaltması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə olunmuş məbləğ borc məbləğin ödənilməsinə kifayət etmədikdə məbləğin qalan hissəsi borcludan tutulması qət edilmiş, iddia tələbinin 51,01 faizinin təmin olunduğunu nəzərə alınaraq məhkəməmühasibatlıq ekspertizası ilə b ağlı olan 545 manat məbləğində xərcin 278 manatının cavabdehdən, 267 manatının isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin "xxxx" MMC tərəfindən aparılan əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 1.300 manat məbləğində xərcin 663,10 manatının cavabdehdən, 636,90 manatının isə iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət olunmuş, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahələrindən istifadə hüququna xitam verilməsi tələbi hissəsində iddia rədd olunmuşdur (hakim – E.Əliyev).

29. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq əvvəl kredit xəttinin açılması barədə razılaşma və həmin razılaşmada nəzərdə tutulmuş müddətlərdə və həcmdə sonradan kredit, ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə y etirilsə də, cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

30. Cavabdeh ilə ABŞ dolları ilə fərqli tarixlərdə beş, manatla isə bir kredit müqaviləsi bağlandığına görə hər kredit müqaviləsi üzrə faiz dərəcəsi müqavilənin qüvvədə olan müddət üçün həmin müqavilədə müəyyən edilmiş faiz dərəcəsi ilə, müqavilənin bitdiyi tarixdən isə MM-in 445.7-ci maddəsi ilə müəyyən olunmuş 5 faiz dərəcəsi hesablanacağını nəzərə alaraq məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. 31. 500 manat əmlakın qiymətləndirilməsinə dair xərc, 22 manat cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərcləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc tələbi hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir.

32. Eyni zamanda, məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 2013-cü il 5 mart tarixli, 3333 nömrəli kredit müqaviləsi üzrə 24.650,78 ABŞ dolları, 18 iyun 2014-cü il tarixli, 555 nömrəli kredit müqaviləsi üzrə isə 52.585,86 manat məbləğində müəyyən edilməlidir.

33. Bununla yanaşı, ipoteka müqaviləsi imzalanarkən cavabdehə məxsus olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 170.000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 259.000 manat məbləğində, ipoteka müqaviləsi imzalanarkən cavabdehə məxsus olan birinci mərtəbədə yerləşən 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinin 170.000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 223.000 manat məbləğində, ipoteka müqaviləsi imzalanarkən cavabdehə məxsus olan birinci mərtəbədə yerləşən 174 m2 sahəsi olan Abşeron ra yonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinin 170.000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, sözügedən qeyriyaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 222.000 manat məbləğində müəyyən edilməlidir.

34. İpoteka müqaviləsi imzalanarkən cavabdehə məxsus olan birinci mərtəbədə yerləşən 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinin 420.000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 514.000 manat məbləğində, ipoteka müqaviləsi imzalanarkən ca vabdehə məxsus olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanındakı qeyriyaşayış sahəsinin 250.000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 326.500 manat məbləğində, İpoteka müqaviləsi imzalanarkən cavabdehə məxsus olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 300.000 manat dəyərində qiymətləndirilsə də, məhkəmə hesab etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satı ş qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 581.000 manat məbləğində müəyyən edilməlidir.

35. Tutma qeyd olunan likvid qiymətlə ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməli, sözügedən əmlaklar hərracda satılmalı və əldə olunan vəsaitin hesabına iddiaçının borcu ödənilməli, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra 1 ay müddət ərzində cavabdeh qeyri-yaşayış sahələrini boşaltmalıdır.

36. İpoteka ilə yüklü edilmiş əmlakların satışından əldə olunmuş məbləğ borc məbləğin ödənilməsinə kifayət etmədikdə məbləğin qalan hissəsi borcludan tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Lakin ipoteka ilə yüklü edilmiş əmlaklar qeyri-yaşayış sahələri olduğundan iddiaçının ipoteka ilə yüklü edilmiş qeyd olunan qeyri-yaşayış sahələrindən istifadə hüququna xi tam verilməsi tələbi hissəsində iddia rədd edilməlidir.

37. İddia tələbinin 51,01 faizinin təmin olunduğunu nəzərə alan məhkəmə hesab etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 545 manat məbləğində xərcin 278 manatı cavabdehdən, 267 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin "xxxx" MMC tərəfindən aparılan əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 1.300 manat məbləğində xərcin 663,10 manatı cavabdehdən, 636,90 manatı isə iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

38. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 445.7-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

39. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın əsas borc, faiz borcu və cərimə borclarının təmin olunmayan hissələrində, həmçinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunmuş hissələrində ləğv edilərək, əsas borc, faiz borcu və cərimə borcları hissəsində tam təmin olunması, ipoteka predmetlərinin ilkin satış qiymətinin tərəflərin iradə ifadəsi əsasında müqavilədə razılaşdırdıqları qiymətlərlə müəyyən edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

40. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni 2013-cü il 5 mart tarixli, 3333 saylı kredit müqaviləsi üzrə 24.650,78 ABŞ dolları cərimə və 43.635,38 ABŞ dolları illik 5 faiz borcu, cəmi 68.286,16 ABŞ dolları məbləğində pulun, 2014 -cü il 18 iyun tarixli, 555 nömrəli Kredit müqaviləsi üzrə 52.585,86 manat cərimə və 78.819,44 manat illik 5 faizlə hesablanmış faiz borcu, cəmi 131.405,3 manat məbləğində pulun tutulması hissəsində ləğv olunması və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

41. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli, 2-2(103)-98/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəbbə puluna aid hissədə dəyişdirilmiş, 2013-cü il 5 mart tarixli kredit müqaviləsi üzrə cərimənin 10.000 ABŞ dolları, 2014-cü il 18 iyun tarixli kredit müqaviləsi üzrə cərimənin 25.000 manat məbləğində müəyyən olunmuş, qətnamənin digər mübahisələndirilən hissələrinin dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – M.Məmmədov və R.Həsənov).

42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqavilələri üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

43. Dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Tərəflər arasında bağlanmış kredit müqavilələrində öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kreditlərin məbləğini, kreditlərin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tari xini müqayisə edərək kollegiya belə nəticəyə gəlmişdir ki, 2013-cü il 5 mart tarixli kredit müqaviləsi üzrə 246.018,60 ABŞ dolları və 2014-cü il 18 iyun tarixli kredit müqaviləsi üzrə 506.336,39 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğlər azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 24.650,78 ABŞ dolları və 52.585,86 manat deyil, əsas borcun 5 faiz həddində, yəni müvafiq olaraq 10.000 ABŞ dolları və 25.000 manat məbləğində müəyyənləşdirilməlidir.

44. İpoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə isə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İpoteka müqavilələrinin bağlandığı tarixdən 10 ilə yaxın müddət keçdiyini, keçən müddət ərzində daşınmaz əmlak ba zarında qiymətlərin kifayət qədər dəyişdiyini və artdığını, yuxarıda qeyd olunan qiymətləndirmə rəylərini, eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli, 01 saylı qərardadına əsasən, əmlakın ilkin satış qiymətinin məhz likvid qiyməti ilə müəyyən edilməli olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ipoteka predmetlərinin ilkin satış qiyməti kimi tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən müəyyən olunan qiymətləri deyil, məhz hazırki qiymətləndirmə rəylərini əsas götürərək, müəyyən etmişdir.

45. İddiaçı tər əfindən irəli sürülmüş faiz borcunun tutulması barədə tələblər qismən əsaslıdır. İddiaçı tərəfindən tələb olunan dəbbə pulu məbləğinin MM-in 467-ci maddəsinə əsasən azaldılması isə həmin maddənin tələblərinə və bu növ iddialar üzrə məhkəmə təcrübəsinə uyğun olmuşdur. İpoteka predmetlərinin ilkin satış qiymətinin aşağı məbləğdə müəyyən edilməsi ilə bağlı dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassız olmuşdur.

46. Dəbbə puluna aid hissə istisna olmaqla cavabdeh apellyasiya şikayətinin digər dəlilləri də əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunve ricilikdə nəzərdə tutulmuş faizin ödənilməsini tələb edə bilər. Eyni zamanda, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra olunmadığı və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqavilələri üzrə ödənişləri vaxtında həyata keçirməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdeh öhdəliyi icra etmədiyi üçün həm dəbbə pulunu, həm də müqavilə müddətindən sonrakı tarixlər üçün illik 5 faiz borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur.

47. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 445.7, 462.1, 467, 739.1, 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli, 01 saylı qərardadına istinad etməklə əsaslandırmışdır.

48. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 16 fevral tarixində tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

49. İddiaçı 2023-cü il 13 aprel tarixində həmin qə tnamədən kassasiya şikayəti verərək, iddianın təmin edilməmiş hissəsində ləğv olunması və iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

50. Cavabdeh 2023-cü il 17 aprel tarixində həmin qətnamədən kassasiya şikayəti verərək onun qismən, yəni cavabdehin apellyasiya şikayətinin təmin olunmadığı hissədə (2013-cü il 5 mart tarixli, 3333 saylı kredit müqaviləsi üzrə 10.000 ABŞ dolları cərimə və 43.635,38 ABŞ dolları illik 5 faiz borcu, cəmi 53.635,38 ABŞ dolları məbləğində pulun; 2014-cü il 18 iyun tarixli, 555 nömrəli kredit müqaviləsi üzrə 25.000 manat cərimə və 78.819,44 manat illik 5 faizlə hesablanmış faiz borcu, cəmi 103.819,44 AZN məbləğində pulun tutulması hissəsində) ləğv olunması və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın rədd olunmasını xah iş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri

51. MM-in 390.1-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya məhkəməsi cavabdehdən tutulmalı olan borc məbləğinin məhz müqavilə şərtlərinə uyğun olaraq hesablanması iş üçün həlledici əhəmiyyət kəsb etməsini nəzərə almamışdır. Belə ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yaranmasının əsası kimi çıxış edən müqavilənin şərtləri onların sərbəst iradə ifadəsi ilə müəyyən edilmişdir və cavabdehdən tutulmalı olan əsas borc, faiz və cərimə məbləğləri də məhz həmin müqavilə şərtlərinə əsasən hesablanmaqla müəyyən oluna bilərdi. Məhkəmə birinci instansiya məhkəməsinin müqavilə şərtlərini və ona tətbiq edilməli olan maddi hüquq normasının tələblərini nəzərə almadan yalnız ek spertiza rəylərində göstərilən rəqəmlər əsasında qətnamə çıxardığını diqqətdən kənarda qoymuşdur. Həmçinin, ekspert qarşısında tərəflərin münasibətlərinə uyğun olmayan və mübahisənin həllinə əvvəlcədən münasibət bildirən suallar qoyulmuşdur.

52. MM-in 399.3 və 445.7-ci maddələrinin tələbləri pozulmuşdur. Həm kredit xətti müqavilələrində (maddə 10.1), həm də həmin müqavilələr əsasında bağlanmış kredit sazişlərində (maddə 7) tərəflərin öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalması şərti nəzərdə tutulmuşdur. Belə olan halda, apellyasiya instansiya məhkəməsi, iddia tələbinin qüvvədə olan müqavilə şərtlərinə uyğun hesablanmış faiz məbləğlərini istinad edilən maddənin tələblərini nəzərə alınmadan, MM-in 445.7-ci maddəsini tətbiq etməklə birinci instansiyası məhkəməsinin mövqeyindən çıx ış edərək kreditin qaytarılma müddətinin müqavilənin bitmə müddəti kimi təfsiri ilə razılaşaraq, kreditin qaytarılma müddətindən sonrakı müddət üçün illik 5 faiz hesablamaqla, öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyən olunmuş şərtindən fərqli şərt tətbiq etmişdir. Mübahisənin həllinə belə yanaşma, tətbiq edilməli olan MM-in 399.3-cü maddəsinin məhkəmə tərəfindən tətbiq olunmadığını təsdiq edir.

53. Kassator “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla qeyd edir ki, MM-in 399.3-cü maddəsinin düzgün tətbiq ediləcəyi təqdirdə, 445.7-ci maddə tətbiq oluna bilməzdi. Bel ə ki, 445.7-ci maddədə nəzərdə tutulmuş “əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə” şərti yerinə yetirilmirdi. Hazırkı işdə kreditor digər əsaslardan (tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtlərindən) çıxış edərək daha böyük məbləğ tələb edə bilir. 54. 445.7-ci maddəyə istinad edilməklə zərərin yalnız 5 faiz həcmində təmin olunması Konstitusiya Məhkəməsinin istinad edilən qərarında da qeyd etdiyi hüquqi mövqeyinə ziddir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən olunmuş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hü ququ müəyyən xüsusiyyətlərə malikdir.

55. Konstitusiya Məhkəməsinin “müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır” və “kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra olunması anını əhatə edir” kimi hüquqi mövqeyi nəzərə alınmaqla əsas borc məbləğinin üzərinə müqavilədə nəzərdə tutulmuş faizlərin hesablanması qanuna uyğun olmuşdur və iddia tələbinin təmin edilməyən bu hissəsində qətnamə qanuni və əsaslı hesab oluna bilməz.

56. MM-in 467-ci maddəsinin tələbi pozulmuşdur. Şikayət verilən məhkəmə qətnaməsində, cərimə faizləri ilə bağlı belə əsaslandırma verilmişdir ki, 2013-cü il 5 mart tarixli kredit müqaviləsi üzrə 246.018,60 ABŞ dolları və 2014-cü il 18 iyun tarixli kredit müqaviləsi üzrə 506.336,39 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğlər azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 24.650,78 ABŞ dolları və 52.585,86 manat deyil, əsas borcun 5 faiz həddində, yəni müvafiq olaraq 10.000 ABŞ dolları və 25.000 manat məbləğində müəyyənləşdirilməlidir. Yəni, məhkəmə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun hesablanmış cərimə faizlərini 2013-cü il 5 mart tarixli, 3333 nömrəli kredit müqaviləsi üzrə 246.018,60 ABŞ dolları əvəzinə 10.000 ABŞ dolları müəyyən etməklə, cərimə faizlərini 236.018,60 ABŞ dolları məbləğində; 2014-cü il 18 iyun tarixli, 555 nömrəli kredit müqaviləsi üzrə 506.336,39 manat əvəzinə 25.000 manat müəyyən etməklə cərimə faizlərini 481.336,39 manat məbləğində azaltmışdır.

57. Məhkəmə tərəfindən MM-in 467-ci maddənin bu tərzdə tətbiq edilməsi həm qeyd olunan maddənin tələblərinə, həm də Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarındakı hüquqi mövqelərə tamamilə ziddir. Belə ki, maddənin dispozisiyasından da göründüyü kimi, dəbbə pulunun azaldılması “kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəası ilə şərtləndirilmişdir.

58. Kassator “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla qeyd edir ki, məhkəmə tərəfindən heç bir əsaslandırma verilmədən, kreditorun bank fəa liyyəti ilə məşğul olması və müştərilərdən cəlb etdiyi əmanətlər üzrə faizlər ödəmək öhdəliyi daşıdığı və s. bu kimi mənafeləri nəzərə alınmadan, cərimə faizlərinin 10 dəfə aşağı müəyyən olunmaqla iki kredit müqaviləsi üzrə bankın 236.018,60 ABŞ dolları və 481 336,39 manatdan məhrum edilməsi bu məsələyə münasibətdə də maddi hüquq normasının düzgün tətbiq olunmadığını təsdiq edir. 59. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 10.5-ci və 39.3.3-cü maddələrinin tələbi pozulmuşdur. Tərəflər ipoteka predmetlərinin ilkin satış qiymətini həmin qanunun 10.5-ci maddəsinə müvafiq olaraq ipoteka müqaviləsində sərbəst iradə ifadəsi kimi müəyyənləşdirmişdirlər. İstinad olunan 10.5 və 39.3.3-cü maddələrin müddəalarından da göründüyü kimi, məhkəmə tərəfindən ilkin satış qiymətinin qətnamədə müəyyən edilməsi tərəflərin razılığının olmadığı hallarda tətbiq oluna bilər. Əks yanaşma həmin qanunun 10.5-ci maddəsində nəzərdə tutulmuş ilkin satış qiymətinin ipoteka müqaviləsində göstərilməsinə dair imperativ şərtin təsirini heçə endirmiş olur.

60. Digər tərəfdən, ilkin satış qiymətinin “müstəqil qiymətləndiricinin rəyi əsasında” müəyyən edilməsi şərti heç də qiymətləndiricinin məhkəməni əvəz etməsi kimi başa düşülə bilməzdi. Məhkəmə qətnaməsində ilkin satış qiymətinin müəyyən olunması sübutların qiymətləndirilməsinə dair fəaliyyətin nəticəsi kimi, yəni digər sübutlarla əlaqəli şəkildə tədqiq edilməklə həyata keçirilməlidir. Lakin tərəflərin müqavilədə razılaşdırdığı 170.000 manata qarşı həmin əmlakın “likvid” qiymətinin qiymətləndirici tərəfindən müəyyən edilmiş 259.000 manatla bir inci instansiya məhkəməsi kimi, apellyasiya məhkəməsinin razılaşması ədalətli qətnamə qəbul olunduğunu şübhə altına aldığına amillərdəndir.

61. Bundan əlavə, məhkəmə istinad etdiyi qiymətləndirmənin qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığı, əmlak qiymətləndirilməsi zamanı hansı metodlardan istifadə edilməsi ilə də maraqlanmamış, bu barədə hər hansı fikir bildirməmişdir. Halbuki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, qiymətləndirmə standartları, normaları və peşəkar qiymətləndiricilərin hazırlanması qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edi lmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları”nın 1.6 bəndinə əsasən, qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir. Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin tərtib etdiyi Standartlarının Standart 1. (Bazar qiyməti qiymətləndirmənin əsas kimi) bölməsində göstərilir ki, əmlakın qiymətləndirilməsi üçün ən effektiv metod bazar qiymətidir ki, bu da bir neçə ünsürdən – satışları n müqayisəsi, kapitallaşdırılmış gəlir və xərclər metodunun tətbiqini ehtiva edir.

62. Hazırkı işdə əmlakın qiymətinin müəyyən olunmasının ən effektiv və dəqiq metodu analoji əmlakların (işlərin, xidmətlərin) satış qiymətlərin müqayisəsidir, belə olan halda qiymətləndirici konkret satışların müqayisəli təhlilini aparmalı və real alqı-satqılara istinad etməklə orta qiymət müəyyən etməli idi.

63. MPM-in 82-ci maddəsinin tələbi pozulmuşdur. MPM-in 87.2-ci maddəsinə əsasən, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. MPM-in 97.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmı ş vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Ekspertizanın təyin olunması həmçinin ekspert qarşısında qoyulacaq sualların müəyyən edilməsini də nəzərdə tutur.

64. Hazırkı işdə birinci məhkəməsi mühasibatlıq ekspertizası təyin etməklə, MPM-in 87.2-ci maddəsinin tələblərinə formal riayət edildiyi görüntüsü yaratsa da, ekspert qarşısında qoyulan suallarla mübahisəni hansı qaydada həll edəcəyi barədə mövqe nümayiş etdirmiş, alınacaq rəyin tərəflər arasında olan münasibətlərə uyğun olmayacağının fərqinə varmamışdır. Halbuki, ekspertiza qarşısında suallar alternativ tərzdə (yəni, iddiaçının istinad etdiyi əsaslardan hesablanma qaydası da nəzərdə tutulmaqla) elə qoyulmalı idi ki, yalnız məhkəmə baxışı zamanı hansı maddi hüquq normasının tətbiqindən asılı olaraq, ekspert rəyində müəyyən olunan nəticələrin birinə istinad edilə bilsin.

65. Birinci instansiya məhkəməsinə müqavilənin qüvvədə olma tarixinədək (əslində kreditin qaytarılma tarixinədək) olan müddət üzrə müqavilədə nəzərdə tutulmuş faizlərin, sonrakı tarixlər üçün isə ilik 5 faiz hesablanma qaydasını müəyyən etməklə, iddia tələblərinin təmin olunmayan hissəsinin müqəddəratını əvvəlcədən həll edildiyini bildirilsə də, bu məsələnin həmin məhkəmə tərəfindən nəzərə alınmadığına dair apellyasiya şikayətində göstərilmiş dəlillər sonuncu tərəfindən də nəzərə alınmamışdır. Bu baxımdan sübutların ekspertiza təyin edilməklə təmin olunması vəzifəsi yerinə yetirilməmiş hesab edilməlidir.

66. MPM-in 217-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiya məhkəməsinin şikayət verilən qətnaməsi hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun qəbul olunmamışdır. Belə olan halda, apellyasiya instansiya məhkəməsinin hazırda şikayət verilən qətnaməsi MPM-in 217-ci maddəsinin tələbləri baxımından qanuni və əsaslı hesab edilə bilməz. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

67. MM-in 445.7-ci maddəsinin tələbi pozulmuşdur. Birinci instansiya məhkəməsi, iddianı 43.635,38 ABŞ dolları və 78.819,44 AZN müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5 faizlə hesablanmış) faiz borcunun tutulması hissəsində haqlı hesab etmişdir. Apellyasiya məhkəməsi də qətnaməni həmin hissədə qüvvədə saxlamışdır. Belə ki, bu hissədə tələbin əsasını MM-in 445.7 maddəsi təşkil edir. Həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kr editor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, maddə müqavilə ilə dəbbə pulu müəyyənləşdirilməmiş hallarda tətbiq edilə bilər. Bank, kredit müqaviləsindən çıxış edərək onsuz da yüksək məbləğdə dəbbə pulu tələb edir. Məhkəmə bu məbləği tənasübsüz surətdə yüksək hesab etmiş və MM-in 467-ci maddəsini tətbiq edərək azaltmışdır. Bir tərəfdən, müqavilədə göstərilən qaydada hesablanmış dəbbə pulu, digər tərəfdən isə illik 5 faiz məbləği tutulmuşdur. Məhkəmə tərəfindən MM-in 445.7-ci maddəsinin tətbiqi maddi hüquq pozuntusudur. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

68. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

69. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

70. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

71. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassa siya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

72. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştira kçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” 73. “İpoteka haqqında” Azərbaycan Respublikasının müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Qanununun müvafiq “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satı ş qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” 74. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən ç ıxmış faydanın) ödənilməsini tələb edə bilər....” 75. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 2020-ci il 20 iyul tarixli, 01 saylı Qərardadının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “...

20. Beləliklə, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir....”

76. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesa b edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından,, iddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin olunmalı, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli, 2-2(103)-98/2023 saylı qətnaməsi qismən ləğv edilməli, iş qətnamənin ləğv olunmuş hissəsində yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

78. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə apellyas iya instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır və qeyd edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə aşağı instansiya məhkəmələrinin qətnamələri qanuni və əsaslıdır. Belə ki, ipoteka müqavilələrinin bağlandığı tarixdən 10 ilə yaxın müddət keçdiyini, keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin kifayət qədər dəyişdiyini və artdığını, yuxarıda qeyd olunan qiymətləndirmə rəylərini, eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli, 01 saylı qərardadına əsasən, əmlakın ilkin satış qiymətinin məhz likvid qiyməti ilə müəyyən edilməli olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, aşağı instansiya məhkəmələri düzgün olaraq ipoteka predmetlərinin ilkin satış qiyməti kimi tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən müəyyən olunan qiymətləri deyil, məhz hazırki qiymətləndirmə rəylərini əsas götürərək müəyyən etmişdir. Digər tərəfdən iş materiallarından da görünür ki, iddiaçının özü tərəfindən də hazırki işə hələ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən vəsatət verilərək bu vəsatətdə göstərilən ipoteka predmetlərinin qiymətləndirilməsilə bağlı təkrar ekspertiza keçirilməsi xahiş olunmuşdur(bax iş materialları 2-ci cild, i.v. 235). İddiaçının şikayətindəki başqa dəlilləri apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağl ıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Lakin bu dəlillər əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

79. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə aşağıda göstərilənlər istisna olmaqla qismən razılaşır.

80. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının və həm də cavabdehin kassasiya şikayətlərinin bu qərarın müvafiq olaraq §§52-54 və §67–də göstərilən dəlilləri faktiki olaraq yuxarıda göstərilən kredit müqavilələrinin müddətlərindən sonrakı tarixlə r üçün illik MM-in 445.7-ci maddəsində( bax §72) müəyyənləşdirilmiş 5 faizin (bundan sonra-“faizlər”) hazırki iş üzrə tətbiqinin doğru olmamasına dair dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət məqbul sayıla bilməz.

81. Belə ki, bu maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bununla belə apellyasiya instansiyası məhkəməsi özünün də hazırki iş üzrə qətnaməsində istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarındakı hüquqi mövqeyi nəzərdən qaçırmışdır. Be lə ki, həmin hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

82. Digər tərəfdən MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi t ələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

83. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən nə iddia ərizəsində nə də iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2020-ci il tarixli sonuncu ərizəsində faizlərin tətbiqinə dair hər hansı tələb irəli sürülməmişdir. Hazırkı iş üzrə iddiaçı iddia tələbində §80–də göstərilən faizləri tələb etməməsinə baxmayaraq, onlar məhkəmənin öz təşəbbüsü ilə tətbiq olunmuş və qətnamə qəbul edilərkən faktiki olaraq iddia tələblərindən kənara çıxılmışdır. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hal MPM-in 218.3-cü maddəsinin tələbləri baxımından məqbul hesab edilə bilməz.

84. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqs anları aradan qaldırmalı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

85. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, iddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli, 2-2(103)-98/2023 saylı qətnaməsi qismən-faizlərlə bağlı hissədə ləğv olunmalı, iş ləğv olunmuş hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

86. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli, 2-2(103)-98/2023 saylı qətnaməsi qismən-faizlərlə bağlı hissədə ləğv edilsin. İş ləğv olunmuş hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar