Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-31/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MTK-nın cavabdehlər “X-ya və “16 nömrəli Təmir İnşaat İstehsalat Tresti”nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: boruların geri qaytarılması və dəymiş maddi, mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 İddiaçı MTK-nın cavabdehlər "xxxx" QTSC və “ 16 nömrəli Təmir İnşaat İstehsal Tresti”nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Binəqədi rayon İcra və Probasiya Şöbəsi”) qar şı “boruların geri qaytarılması və dəymiş maddi, mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli, 22(103)-774/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə şifahi icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ: 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli, 2(81)-509/2015 saylı qətnaməsindən görünür ki, "xxxx" QTSC-nin cavabdeh “16 nömrəli X1”nə qarşı iddiası qismən təmin edilmiş, “16 nömrəli X1”dən "xxxx" QTSC-nin xeyrinə 6.160.936 manat əsas borc, 308.000 manat cərimə borcu, cəmi 6.468.936 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul vəsaitinin tutulması qət edilmiş, qətnamə üzrə icra vərəqəsi verilmişdir.
2. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin 2015-ci il 25 iyun tarixli 4975 nömrəli “İcraata başlamaq haqqında” qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 2 iyun tarixli, 2(81)-509/2015 saylı icra vərəqəsi üzrə icraata başlanmışdır.
3. İddiaçı MTK ilə “16 nömrəli X1” arasında notarial qaydada bağlanmış 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə” dair müqavilədən görünür ki, tərəflər 2014-cü il 30 iyun tarixdə borc verilmiş 2.099.200 manat pul ödənilə bilmədiyi üçün borcun borc alan “16 nömrəli X1”nə məxsus 2.200 ədəd, ümumi çəkisi 2.624 ton (1 ton - 800 manat) dəmir boru ilə əvəzləşdirilməsi, “16 nömrəli X1” aldığı borcun, yəni 2.099.200 manatın əvəzinə sonuncuya məxsus 2.200 ədəd, ümumi çəkisi 2.624 ton (1 ton - 800 manat) dəmir boruları bu müqaviləyə əsasən borc ve rən İddiaçı MTK-ya təhvil verməyi, borc verən isə borc alan Trestə verdiyi 2.099.200 manatın əvəzinə 2.200 ədəd, ümumi çəkisi 2.624 ton (1 ton - 800 manat) dəmir boruları müqaviləyə əsasən qəbul etməyi razılaşdırmışlar. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 iyul tarixli, 8-2(81)-291/2016 saylı qərardadından görünür ki, “X-nin “16 nömrəli X1”nə qarşı pul tələbinə dair iş üzrə 2(81)509/2015 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə boruların üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi, boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi və realizə işlərinin həyata keçirilməsi barədə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin təqdimatı qismən təmin edilmiş, borclu “16 nömrəli X1”nə məxsus aşkar olunmuş 2.100 ədəd borunun üzərinə həbs qo yulmuş, borc tələbinin həmin borulara yönəldilməsi və boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır.
5. Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən “X-yə ünvanlanan 2016-cı il 19 sentyabr tarixli, xx/xx-7564-9 nömrəli məktubdan görünür ki, icra tədbirləri nəticəsində 2016cı il 9 sentyabr tarixli akta əsasən üzərinə həbs qoyulmuş 2.041 ədəd borunun qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərildiyi, "xxxx" MMC tərəfindən 2.041 ədəd borunun 2.081.820 manata qiymətləndirildiyi bildirilmiş, 2.041 ədəd borunun ilkin satış qiyməti olan 2.081.820 manatın borc əvəzinə qəbul edilməsi təklif olunmuşdur. 6. "xxxx" MMC-nin Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 2016-cı il 19 sentyabr tarixli hesabatından görünür ki, “16 nömrəli X1”nə məxsus üzərinə həbs qoyulmu ş 2.041 ədəd boru istifadəyə yararlıdır və 1 ton - 850 manat olmaqla, qiyməti 2.081.820 manat təşkil etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli, 2-2(81)-560/2017 saylı qətnaməsindən görünür ki, “X-nin cavabdehlər “16 nömrəli X1”nə və İddiaçı MTK-ya qarşı 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair” müqavilənin etibarsız hesab edilməsi və dəmir boruların geri qaytarılması tələblərinə dair iddiası rədd edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli, 2-2(102)-252/2017 saylı qərarından görünür ki, “X-nin kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 5 aprel tarixli, 8-2(103)-15/2017 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin təqdimatı qismən təmin edilmiş, borclu “16 nömrəli X1”nə məxsus aşkar olunmuş 2.100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi, təqdimatın realizə işlərinin həyata keçirilməsi hissəsində təmin edilməməsi, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin təqdimatın geri götürülməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı MTK (bundan sonra – “iddiaçı”) “X (bundan sonra – “cavabdeh QTSC”), “16 nömrəli Təmir İnşaat İstehsalat Tresti”nə (bundan sonra – “cavabdeh Tresti”) və Binəqədi rayon İcra və Probasiya Şöbəsinə (bundan sonra – “3-cü şəxs”) qarşı 2018-ci il 14 fev ral tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz realizə edilmiş 2.100 ədəd borunun özgənin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarlması və dəymiş 50.000 manat maddi və 100.000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-ci il 13 iyul tarixində Bakı şəhəri 54 saylı Notariat Kontorunda iddiaçı ilə cavabdeh Tresti arasında 2014-cu il 30 iyun tarixdə 2.099.200 manat borcun müqabilində borc alana məxsus 2.200 ədəd ümumi çəkisi 2.624 ton (1 ton = 800 manat) dəmir boru ilə əvəzləşdirilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtinə əsasən cavabdeh Tresti aldığı borcun, yəni 2.09 9.200 manatın əvəzinə sonuncuya məxsus 2.200 ədəd dəmir boruları borc verən iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Boruları müqavilə əsasında qəbul etdikdən sonra 3-cü şəxsin icra məmuru boruların onlara məxsus olmasını, habelə iddiaçının mülkiyyətində olduğunu araşdırmadan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdimat verərək cavabdeh QTSC-nin iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli qətnaməsinə əsasən həmin iş üzrə cavabdeh QTSC-nin xeyrinə cavabdeh Trestdən 6.468.936 manat pulun tutulması ilə bağlı qətnamənin icrasını təmin etmək məqsədi ilə tutmanın sözügedən borulara yönəldilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 iyul tarixli qərardadı ilə iddiaçıya məxsus 2.100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və həmin boruların xüsusi mühafizə zonasında yerləşdirilməsi təmin edilmişdir.
11. İddiaçı adıçəkilən məhkəmə qərardadından marağına toxunan şəxs kimi Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə şikayət təmin edilərək iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016ci il 26 iyul tarixli qərardadı ləğv edilmiş, təqdimat rədd edilmişdir. Həmin qərardaddan tələbkar cavabdeh QTSC kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qərardadı ləğv edilmiş, 3-cü şəxsin təqdimatı qismən təmin edilmiş, iddiaçıya məxsus 2.100 ədəd borunun üzərinə həbs qoyulmaqla borc tələbinin həmin borulara yönəldilməsi, boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmış, boruların realizə edilməsi ilə bağlı hissədə təqdimat təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin qərarından sonra cavabdeh QTSC 3-cü şəxsin iştirakı olmadan, iddiaçıya məxsus realizəsinə qadağa qoyulmuş, boruları xüsusi mühafizə zonasından özünə məxsus sahəyə daşımış və hissə-hissə boruların realizasiyasını həyata keçirmişdir. Dəfələrlə aidiyyəti üzrə 3-cü şəxsə, eləcə də cavabdeh QTSC-yə xəbərdarlıq edilsə də, heç bir nəticə verməmiş, bu səbəbdən onların qanunsuz əməllərinin nəticəsində iddiaçıya külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur.
12. Həmçinin cavabdeh QTSC-nin cavabdeh Trestə qarşı “pul tələbi”nə dair iddiası əsası nda tutma borulara yönəlsə də həmin boruların məhz cavabdeh Trestin balansında olması və mülkiyyətində olmasını təsdiq edən heç bir sübut mövcud olmamışdır. 3-cü şəxs bəhs olunan qətnamənin icrası ilə əlaqədar cavabdeh Trestin əmlakına deyil, özgə əmlakına, yəni iddiaçının qanuni əsaslarla əldə etdiyi əmlakına yönəltmiş və əmlakın üzərinə həbs qoyulmasına nail olmuşdur. Cavabdeh QTSC və cavabdeh Tresti 3-cü şəxsin razılığı olmadan boruları istədiyi kimi istifadə və realizə edir və icra qurumu cavabdeh QTSC-nin qanunsuz hərəkətlərinə heç bir reaksiya verməmişdir. Külli miqdarda maddi və mənəvi ziyana məruz qalmışdır.
13. Belə ki, ilk dəfə iddiaçıya məxsus boruları 2017-ci il 27 fevral tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı əsasında xüsusi mühafizə zonasından digər məntəqəyə daşınması və əlavə xərclərlə ümumilikdə 50.000 manat, iddiaçının mülkiyyətində olan əmlakdan qanunsuz məhrum oldunduğuna görə 100.000 manat mənəvi ziyan çəkilmişdir. Borular qanuni əsaslarla əldə edilmiş, bununla yanaşı boruların iddiaçıya məxsus olmasını 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyul tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə də müəyyən edilmişdir. Həmin qətnamə ilə cavabdeh QTSC-nin iddiası əsasında cavabdeh Tresti ilə iddiaçı arasında boruların alğı-satqısına dair müqavilələrin etibarsızlığı tələb olunsa da, iddia tələbi rədd edilmiş, məhkəmə öz qətnaməsində hesab etmişdir ki, cavabdeh QTSC-nin dəmir borular üzərində hər hansı əşya hüququ, o cümlədən mülkiyyət hüququ mövcud olmadığından o, tələblə çıxış etmək hüququna malik olmamışdır. Məhkəmə boruların iddiaçının mülkiyyətində olması faktını təsdiq etmişdir.
14. İddiaçı tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.2, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 82.3-cü maddələrinə istinad edilmişdir.
15. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, 1.614 ədəd borunun cavabdeh QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması və sonuncu tərəfindən qanunsuz olaraq satılmış 527 ədə d borunun dəyəri olan 502.088 manat məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı il 13 iyul tarixdə iddiaçı ilə cavabdeh Trest arasında notarial qaydasında bağlanmış “Borcun əvəzləşməsinə dair müqavilə”yə əsasən, ödənilməmiş borcun müqabilində iddiaçının ərazisində saxlanılan ümumi çəkisi 2.620 ton olan 2.200 ədəd dəmir borular 1 tonu 800 manat qiyməti ilə iddiaçının mülkiyyətinə keçmişdir. 2016-cı ilin sentyabr ayının ortalarında iş həftəsinin sonunda 3-cü şəxsin əməkdaşları iddiaçının ərazisinə gələrək sözügedən dəmir boruların üzərində həbsin olduğunu və onları aparacaqlarını bildirmişlər. Boruların iddiaçıya məxsus olması barədə sənədlərin təqdim edilməsinə baxmayaraq, icr a məmurları bir gün (qeyri-iş günü) ərzində 2.141 ədəd boruları daşımışlar. Qeyri-iş günü olduğu üçün iddiaçı heç bir tədbir görə bilməmişdir.
17. Daha sonra iddiaçıya məlum olmuşdur ki, boruların həbsinə və daşınmasına əsas 3cü şəxsin təqdimatı üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 iyul tarixli qərardadı olmuşdur. Qərardad 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli qətnaməsinin icrası çərçivəsində qəbul edilmişdir. Qətnamə ilə cavabdeh Trestdən cavabdeh QTSC-nin xeyrinə 6.468.936 manat məbləğinin tutulması qət edilmişdir. Qərardadla cavabdeh Trestə məxsus 2.100 ədəd boruların üzərinə həbs qoyulmuş, qətnamə üzrə borc tələbi həmin borulara yönəldilmiş və onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır. Halbuki həmin anda artıq 13 gün idi ki, “Borcun əvəzləşməsinə dair müqavilə”yə əsasən həmin borular iddiaçının mülkiyyətində idi və cavabdeh QTSC tərəfindən boruların cavabdeh Trestə məxsus olduğuna dair təsdiqedici sənədlərin məhkəməyə təqdim edilmədiyini rəhbər tutaraq, iddiaçı qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 12 dekabr tarixli, 8-2(103)-21/2016 saylı qərardadı ilə qərardad ləğv olunmuş və iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. 18. 2017-ci il 7 fevral tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi borulara həbs qoyulması ilə bağlı 3-cü şəxsin təqdimatını təmin etməmişdir. Cavabdeh QTSC-nin şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 5 aprel tarixli qərardadı ilə təmin edilməmiş və sonuncunun kass asiya şikayəti üzrə sonuncu qərardad Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli 2 saylı qərarı ilə ləğv edilmiş, habelə 2.100 ədəd boruların üzərinə həbs qoyulmuş, qətnamə üzrə borc tələbi həmin borulara yönəldilmiş və onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır. Paralel olaraq cavabdeh QTSC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçı ilə cavabdeh Tresti arasındakı “Borc müqaviləsinin və Borcun əvəzləşməsinə dair” müqavilənin etibarsız hesab edilməsini və iddiaçı tərəfindən aparılmış boruların cavabdeh QTSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi ilə cavabdeh QTSC-nin iddia tələbi rədd edilmişdir..
19. Ali Məhkəmənin 2017-ci il 30 i yun tarixli Qərarı qəbul edilən anda Borcun əvəzləşməsinə dair müqavilənin etibarlığını təsdiq edən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi qanuni qüvvəyə minməmişdi. Həmin qərarda cavabdeh QTSC-nin borulara münasibətdə mülkiyyət hüququnu vurğulayarkən sırf 2016-cı il 21 sentyabr tarixli aktı rəhbər tutmuş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsini nəzərə alınmamışdır. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq olunur ki, borular məhz iddiaçının sahibliyindən qanunsuz alınaraq 3-cü şəxs tərəfindən başqa yerə daşınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi ilə borulara cavabdeh QTSC-nin deyil, məhz iddiaçının mülkiyyət hüququna malik olması artıq təsdiq edilmiş faktdır. Məhkəmə tərəfindən boruların saxlanıldığı əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, sözügedən boruların 527 ədədi satılmış və hazırda yalnız 1.614 ədəd boru cavabdeh QTSC-nin qanunsuz sahibliyindədir.
20. İddiaçı tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə istinad edilmişdir.
21. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir. 22. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyul tarixli, 2-2(81)-449/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 1.614 ədəd borunun cavabdeh QTSCnin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, cavabdeh QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat və 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh QT SC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – A.Hüseyn).
23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülkiyyət hüququ və bəzi məhdud əşya hüquqları (məsələn, istifadə hüququ) sahibinə əşyanı öz sahibliyində saxlamaq imkanı da verir. Mülkiyyətçi və ya qanuni sahib əşyanın hüquqa zidd şəkildə sahibliyindən alınmasından vindikasiya iddiası vasitəsilə qorunur. Hazırkı iş üzrə iddiaçı mübahisəli boruların onun mülkiyyətində olmasını və cavabdeh QTSC-nin həmin əmlakları götürməsini irəli sürərək vindikasiya iddiasını qaldırmış və məhkəmə araşdırması zamanı bu növ iddianın əsasını təşkil edən şərtlərin mövcud olması öz təsdiqini tapmışdır.
24. Belə ki, iddiaçı cavabdeh QTSC-nin qeyri-qanuni sahibliyindən tələb edilən 1.614 ədəd b orunun naturada saxlanması və sonuncunun faktiki sahibliyində olmasını sübut edə bilmişdir. İddiaçı mübahisəli 2.200 ədəd borunun ona mülkiyyət hüququ ilə məxsus olmasının əsası kimi istinad etdiyi borcun əvəzləşdirilməsi müqaviləsinin bağlanmasını sübut edə bilmişdir. Hazırda 2014-cü il 30 iyun tarixli borc müqaviləsi və 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair” müqavilə məhkəmə qaydasında mübahisələndirildiyindən, kollegiya həmin müqavilələrin etibarlılığı məsələsinə toxunmadan bəzi xüsusatları qeyd etmişdir. Yəni Ali Məhkəmə müqavilələrin etibarlılığı məsələsinə qiymət verməməklə yanaşı, həmin müqavilələrin etibarlı olub-olmaması məsələsinin məhz həmin iddia tələbinə baxan məhkəmənin yekun qərarından asılı olduğunu işarə etmişdir. Cavabdeh QTSC-nin iddiaçıya qarşı 2014 -cü il 30 iyun tarixli borc müqaviləsinin və 2016-cı il 13 iyul tarixli borcun əvəzləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və iddiaçı tərəfindən aparılmış boruların sonuncudan alınaraq cavabdeh QTSC-yə təhvil verilməsi” barədə iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsinə əsasən rədd edilmişdir. Qeyd olunan müqavilələrin etibarlı olması məhkəmə qaydasında öz təsdiqini tapmaqla yanaşı, qətnamədə həmçinin qeyd olunmuşdur ki, cavabdeh QTSC-nin dəmir borular üzərində hər hansı əşya hüququ, o cümlədən mülkiyyət hüququ mövcud olmadığından, MM-in 157.2-ci maddədə nəzərdə tutulmuş tələblə çıxış etmək hüququna malik olmamışdır. MM-in 157.2-ci maddədə təsbit edilmiş tələb hüququ məhz mülkiyyət hüququnun hər hansı üçüncü şəxs tərəfindən p ozulması halında meydana çıxmaqla pozulmuş mülkiyyət hüququnun müdafiəsinə yönəlmişdir. Hazırki iddia tələbinin cavabdeh Trestə aidiyyəti müəyyən edilmədiyindən iddia tələbi sonuncuya münasibətdə təmin edilməməlidir.
25. Məhkəmə öz mövqeyini MM-in 157.2, 157.5, 157.8, 166.1, 398.1, 399.1, MPM-in 14.2, 76.1, 77.1, 82.3, 107, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir.
26. Cavabdeh QTSC həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 2 oktyabr tarixli, 2-2(103)-548/2018 saylı qətnaməsi ilə apellyasiya şikayət i təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyul tarixli 2-2(81)-449/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən hakim – K.Abiyeva, hakimlər – M.Tağızadə və Ü.Mayılov).
28. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ilk öncə hazırda mübahisəsi gedən boruların məhz 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə”yə əsasən iddiaçıya verilmiş borular olub-olmaması məsələsinə qiymət verilmişdir. Cavabdeh QTSC tərəfindən iddiaçıya qarşı “2014-cü il 30 iyun tarixli borc müqaviləsinin və 2016-cı il 13 iyul tarixli borcun əvəzləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və iddiaçı tərəfindən aparılmış boruların iddiaçıdan alınaraq iddiaçıya təhvil verilməsi" barədə iddiası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli 2-2(81)-560/17 saylı qətnaməsinə əsasən rədd edilmişdir.
29. Birinci instansiya məhkəməsi tərəfindən 2018-ci il 11 iyun tarixində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan yolu, Sədərək bazarının yaxınlığında yerləşən əraziyə baxış keçirilərkən mübahisə predmeti olan dəmir boruların ərazidə iki sıra ilə üst-üstə yığıldığı müşahidə edilmiş, yerli baxışda iştirak edən cavabdeh QTSC-nin nümayəndəsi X7 hazırda 1.614 ədəd boru olduğunu, iddiaçının nümayəndəsi X2 isə boruların bura 2016-cı ilin sentyabrında gətirildiyini və 1.635 ədəd boru olduğunu bildirmişdir. Məhkəmə araşdırması ilə iddianın predmeti olan 1.614 ədəd borunun cavabdeh QTSC-nin naturada, faktiki sahibliyində olması sonuncu tərəfindən mübahisələndirilməməklə, birinci instansiya məhkəməs i tərəfindən keçirilmiş yerində baxış zamanı da təsdiq olunmuşdur. Ali Məhkəmənin məcburi icra tədbirləri qismində icra məmurunun təqdimatı üzrə qəbul etdiyi 2017-ci il 30 iyun tarixli 2-2(102)-252/17 saylı qərarına əsasən, borclu cavabdeh Trestə məxsus aşkar olunmuş 2.100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və həmin boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır. Ali Məhkəmənin istinad olunan qərarı ilə, iddiaçının sözügedən borular üzərində mülkiyyət hüququnu müəyyən edən, 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə”yə hüquqi qiymət verilməmiş, həmçinin həmin borularla bağlı hazırkı iş üzrə tərəflər arasında mübahisə mahiyyəti üzrə həll edilməmişdir. 30. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sözügedən boruların iddiaçının qanuni əsaslarla mülkiyyətində olması, iş üzrə cavabdeh QTSC-nin isə hər hansı əşya hüququnun olmamasını müəyyən edən, 2017-ci il 2 iyun tarixli 2-2(81)-560/17 saylı qətnaməsi ilə sonuncu razılaşmış və qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini 1.614 ədəd borunun cavabdeh QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddia tələbinin cavabdeh QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh Tresti arasında imzalanmış borcun əvəzləşdirilməsinə dair 2016-cı il 13 iyul tarixli müqavilədə borcun 2.200 ədəd boru ilə əvəzləşdirilməsi qeyd olunsa da, birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdeh QTSC-nin nümayəndəsi 1.614 ədəd borunun mövcud olduğunu bildirmişdir.
31. İddiaçı cavabdeh QTSC tərəfindən satılmış boruların dəyərinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, satılmış boruların dəyərinə gəldikdə, iddiaçı ilə cavabdeh Tresti arasında bağlanmış 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə”yə əsasən bir ədəd borunun dəyəri 954 manat müəyyən edilmişdir (2.099.200:2.200=954 manat). Həmçinin 3-cü şəxs tərəfindən icra tədbirləri çərçivəsində "xxxx" MMC tərəfindən 2.041 ədəd boru 2.081.820 manata qiymətləndirilməklə, bir ədəd borunun qiyməti 1.020 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia təl əbini 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğinin tutularaq iddiaçıya ödənilməsi hissəsində də təmin edərkən, düzgün olaraq icra qurumunun verdiyi qiyməti deyil, tələb olunan pulun miqdarının, 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə” ilə müəyyən edilmiş qiymətə uyğunluğunu nəzərə almışdır (527 ədəd x 954 manat=502.758 manat).
32. Məhkəmə öz qətnaməsini əsaslandırmaq üçün MM-in 157.2, 157.5, 157.8, 166.1, 399.1-ci, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarına, MPM-in 14.2, 77.1, 82.3, 384.0.1-ci maddələrinə istinad etmişdir.
33. Cavabdeh QTSC həmin qətnamədən kassasiya şikayəti verməklə, apellyasiya instansiy a məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 yanvar tarixli, 2-2(102)-57/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Quliyev, hakimlər N.Rəsulbəyova və İ.Hüseynov).
35. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş cavabdeh QTSC tərəfindən iddiaçıya 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair” müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırılmış, bu isə hər iki tərəfin məhz eyni bor ulara iddialı olmasını və hazırda mübahisəsi gedən boruların məhz 2016-cı il tarixli “Borcun əvəzləşdirilməsinə dair” müqaviləyə əsasən iddiaçıya verilmiş borular olmasını təsdiq etmişdir. Cavabdeh QTSC tərəfindən iddiaçıya qarşı “2014-cü il 30 iyun tarixli borc müqaviləsinin və 2016-cı il 13 iyul tarixli borcun əvəzləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və iddiaçı tərəfindən aparılmış boruların iddiaçıdan alınaraq iddiaçıya təhvil verilməsi” barədə iddiası 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli, 2-2(81)-560/17 saylı qətnaməsinə əsasən rədd edilmiş, həmin qətnamə mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir.
36. Qeyd olunan qətnamə ilə sözügedən müqavilələrin etibarlı olması müəyyən edilməklə yanaşı, həmçinin məhkəmə kollegiyası qeyd etm işdir ki, “İddiaçının dəmir borular üzərində hər hansı əşya hüququ, o cümlədən mülkiyyət hüququ mövcud olmadığından, MMin 157.2-ci maddədə nəzərdə tutulmuş tələblə çıxış etmək hüququna malik olmamışdır. Belə ki, MM-in 157.2-ci maddədə təsbit edilmiş tələb hüququ məhz mülkiyyət hüququnun hər hansı üçüncü şəxs tərəfindən pozulması halında meydana çıxmaqla pozulmuş mülkiyyət hüququnun müdafiəsinə yönəlir. Bu mənada, mülkiyyət hüququ mövcud deyilsə, onun pozulması və pozulmuş hüququn bərpasından söhbət gedə bilməz”. İddiaçı qeyd olunan işdə hər hansı prosessual statusda iştirak etmədiyi üçün, istənilən halda MPM-in 82.3-cü maddəsinin qaydaları ona münasibətdə predyusial xarakter daşıya bilməz. Birinci instansiya məhkəməsi iddia tələbini 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğinin tut ularaq iddiaçıya ödənilməsi hissəsində də tam təmin edərkən, doğru olaraq 3-cü şəxsin verdiyi qiyməti deyil, tələb olunan pulun miqdarının, 2016-cı il 13 iyul tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə” ilə müəyyən edilmiş qiymətə uyğunluğunu nəzərə almışdır (527 ədəd x 954 manat = 502.758 manat).
37. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini 1.614 ədəd borunun cavabdeh QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı cavabdeh QTSC tərəfindən satılmış boruların dəyərinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Satılmış boruların dəyərinə gəlincə birinci və apellyasiya instansiya məhkəməsinin hesablamaları düzgün olmuşdur.
38. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MM-in 157.2, 157.5, 157.8, 166.1, 399.1, MPM-in 82.3, 416-cı maddələrinə istinad etmişdir. d) Konstitusiya Məhkəməsindəki ilk icraat
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 fevral tarixli qərarı ilə iddiaçının cavabdeh QTSC-yə, Trestə və 3-cü şəxsə qarşı boruların cavabdeh QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması və sair tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 30 yanvar tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, MPM-nin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu qəra rda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.
40. Konstitusiya məhkəməsi hesab etmişdir ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir:-qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı;-belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır.
41. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı müstəqil məhkəmə icraatı çərçivəsində, tərəflərin, o cümlədən MTK-nın məhkəmə baxışında iştirakı ilə və çəkişmə prinsipinə əməl edilməklə çıxarılmış və bu qərarla hüquqi fakt – boruların QTSC-yə verilməsi və mahiyyət etibarı ilə onun mülkiyyət hüququnun yaranması müəyyən edilmişdir. Mübahisəli boruların QTSC-nin mülkiyyətinə verilməsini müəyyən edən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı ilə 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi arasında yaranmış kolliziya MTK-nın boruların geri qaytarılması və s. tələbi üzrə işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Qeyd olunmuşdur ki, məhkəmə qərarları arasındakı kolliziyalar zaman prinsipi əsasında həll edilərək, daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktı tətbiq edilir.
42. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı qəbul edildiyi andan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi isə daha gec tarixdən qüvvəyə minmişdir. Belə olan halda isə Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı preyudisial əhəmiyyətə malik olmuşdur.
43. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 2019-cu il 30 yanvar tarix li qərarı ilə həmin məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarına düzgün hüquqi qiymət vermədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsinin preyudisial əhəmiyyət daşıması nəticəsinə gəlmiş, bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur.
44. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 2018-ci il 2 oktyabr tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan 2019-cu il 30 yanvar tarixli qərar qəbul etmişdir. Nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüqu q və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.
45. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutmuşdur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
46. Konstitusiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 60-cı madd əsinin İ hissəsi, 127-ci maddəsinin İİ hissəsi, 127ci maddəsinin Vİİ hissəsi, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı, MPM-in 82.3, 233.1, 416, 419, 418.1, 418.3-cü maddələrinə istinad etmişdir. e) Ali Məhkəmənin Plenumdaki ilk icraat
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 13-2(102)-1(k)/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 30 yanvar tarixli, 2-2(102)-57/2019 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 2 oktyabr tarixli, 2-2(103)-548/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
48. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, MPM-in 431-1.1, 431-1.2.1-ci maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarında hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyas ı məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin kassasiya və ya apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan hesab edilməsi barədə qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər) qərar qəbul edə bilər.
49. Ali Məhkəmənin Plenumu gəldiyi nəticəni əsaslandırmaq üçün MPM-in 233.1, 4311.1, 431-1.2.1, 431-4.2, 431-4.2.1-ci maddələrinə istinad etmişdir. f) Ape llyasiya instansiyası məhkəməsindəki ikinci icraat
50. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 fevral tarixli, 2-2(103)-70/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyul tarixli, 2-2(81)-449/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – C.Yusifov, hakimlər R.Qurbanov və V.Baxışova).
51. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarı ilə boruların üzərinə həbs qoyulması və onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi faktiki olaraq boruların hələ həmin icra işi üzrə tələbkar cavabdeh QTSC-nin mülkiyyətinə verilməsi anlamını verə bilməz. Həmin qərarda məhz üzərinə həbs qoyulmuş borularla bağlı rea lizə işlərinin icrası ilə əlaqədar icra hərəkətlərinin “İcra haqqında” Qanuna müvafiq olaraq həyata keçirilməli olduğunu qeyd etmişdir. Həmin iş üzrə tələbkar (hazırkı işdə cavabdeh) QTSC-nin – üzərinə həbs qoyulmuş boruların “mülkiyyətçisi” kimi adlandırılması istisna olunmuşdur. 52. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 fevral və 2017-ci il 3 mart tarixli qərardadlarına, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin cavabdeh QTSC-yə ünvanlanmış 2017-ci il 17 noyabr tarixli qərarına və eyni tarixli məktubuna əsasən və s. müəyyən olunmuşdur ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı ilə üzərinə həbs qoyulmuş boruların aparılan icra hərəkətləri nəticəsində tələbkar cavabdeh QTSC-yə verilməsi faktiki olaraq 2017-ci il 17 noyabr tarixin dən sonra baş tutmuşdur. Lakin həmin tarixə artıq iddiaçı ilə cavabdeh Tresti arasında bağlanmış 2014-cü il 30 iyun tarixli “borc” və 2016-cı il 13 iyul tarixli “borcun əvəzləşdirilməsi” barədə müqavilələrin etibarlılığını və iddiaçını həmin boruların mülkiyyətçisi kimi müəyyən edən 1 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 2 iyun tarixli qətnaməsi də qanuni qüvvəsini almışdır.
53. Həmçinin 2014-cü il 30 iyun tarixində iddiaçı hüquq sələfi "xxxx" Mənzil Tikinti Kooperativi” ilə cavabdeh Tresti arasında sonuncuya 2.099.200 manat məbləğində borcun verilməsi və həmin müqavilənin 1.1-ci və 2.2.2-ci bəndlərinə əsasən ümumi çəkisi 2.620 ton olan, 2.200 ədəd dəmir boruların 1 tonu 800 manatdan iddiaçının ərazisində təminat (girovun saxlanc növü) kimi saxlanılması, eyni zamanda, 1 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 iyul tarixli qərardadı ilə “boruların üzərinə həbs qoyulmamışdan 13 gün əvvəl, yəni, 2016-cı il 13 iyul tarixində iddiaçı ilə Tresti arasında notariat qaydasında “borcun əvəzləşməsinə dair” ikinci bir müqavilənin bağlanması, bütün bunlar iddiaçının həmin boruların qanuni mülkiyyətçisi olduğunu sübuta yetirmişdir. İşdə əks olunmuş foto görüntülərdə (kosmik görüntülər) 2014-cü il 12 aprel tarixindən 2016-cı il 26 avqust tarixinədək olan dövrdə iddiaçıya məxsus ərazidə dəmir boruların mövcud olduğu müşahidə olunmuşdur. Həmçinin digər fotoşəkillər üzrə də boruların iddiaçıya məxsus ərazidə yerləşdiyinin cavabdeh QTSC tərəfindən mübahisələndirildiyi müəyyən olunmuşdur. Cavabdeh QTSC-nin birinci instansiya məhkəməsinin 2018-ci il 11 iyun tar ixində keçirilən məhkəmə iclasında iştirak edən nümayəndəsi (qanuni təmsilçisi) N.Tahirov iddiaçının nümayəndəsi Q.Fətullayevin “boruların 2014-cü ildən artıq onlara məxsus Güzdək qəsəbəsində əraziyə gətirildiyi” sözləri qarşılığında məhkəmənin sualını cavablandırarkən aşağıdakıları bildirmişdir: “Bir dəfə bu şəxs ona zəng etdi... mən boruların mənim olduğunu bildirəndə, “Yusif”in borunu ona verdiyini” bildirmişdir.
54. Məhkəmə kollegiyası hesab etmişdir ki, “Yusif” adlı şəxs iddiaçı ilə borc və borcun əvəzləşdirilməsi müqavilələrini bağlayan cavabdeh Trestin rəisidir (X6). Belə ki, iddiaçı mübahisəli boruların qanuni mülkiyyətçisi olmuşdur. İddiaçının cavabdeh QTSC-dən 1.614 ədəd borunun sonuncunun qanunsuz sahibliyindən alınaraq, iddiaçıya qaytarılmasını və 527 ədəd satılmış borunun əvəz i olaraq 502.088 manat məbləğində dəyərinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
55. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MM-in 157.2, 157.5, 159, 161, 181.1, 181.2, 181.6, 399.1, 405.1, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 55, 89, MPM-in 82.3-cü maddələrinə istinad etmişdir.
56. Cavabdeh QTSC həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. g) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyul tarixli, 2-2(102)-302/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxla nılmışdır (sədrlik edən hakim – B.Məmmədli, hakimlər İ.Şəfiyev və V.Həsənov).
58. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları MM-in 14.2-ci maddəsində konkret müəyyən olunmuşdur. Həmin əsaslardan birini mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları təşkil edir. Cavabdeh QTSC-nin istinad etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli qətnaməsi, hazırkı iş üzrə mübahisə predmeti olan boruların deyil, cəmi 6.468.936 manat pul vəsaitinin cavabdeh Trestdən alınaraq cavabdeh QTSC-nin xeyrinə tutulmasını qət etmişdir. Həmin qətnamə cəmi 6.468.936 manat pul vəsaiti ilə bağlı cavabdeh QTSC-yə münasibətdə mülki hüquqlar, cavabdeh Trestə münasibətdə isə, müvafiq olaraq, mülki vəzifələr yaratmışdır. Belə k i, qətnamənin icrası qaydasında cavabdeh Trestin cavabdeh QTSC-yə verməli olduğu maddi nemətləri məhz 6.468.936 manat pul vəsaiti təşkil etmişdir. 59. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli qətnaməsi konkret olaraq borularla bağlı cavabdeh QTSC-yə münasibətdə mülki hüquqlar, cavabdeh Trestə münasibətdə isə, müvafiq olaraq, mülki vəzifələr yaratmamışdır. Həmçinin cavabdeh QTSC-nin öz mövqeyini təsdiq etmək məqsədilə istinad etdiyi Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarı məhz məcburi icra tədbirləri qismində icra məmurunun təqdimatı üzrə qəbul edilmişdir. Belə ki, həmin qərarda cavabdeh Trestə məxsus aşkar olunmuş 2.100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi, onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınsa da, qərarın əsaslandırıcı hissəsində borular üzərində tələbkar cavabdeh QTSC-nin qanunla qorunan mülkiyyət hüququnun yaranmasına istinad məsələnin əsl mahiyyətini dəyişə bilməz. Cavabdeh QTSC-nin Trestə və iddiaçıya qarşı müqavilələrin etibarsız hesab edilməsi və boruların geri qaytarılması tələbi üzrə qəbul edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi ilə həmin boruların qanuni əsaslarla iddiaçının mülkiyyətində olması, cavabdeh QTSC-nin isə borular üzərində hər hansı əşya hüququnun olmadığı müəyyən edilmiş, bununla əlaqədar iddia rədd edilmişdir.
60. Cavabdeh QTSC həmin qətnaməni mübahisələndirməmiş, qətnamədə göstərilənlərlə razılaşmış, nəticədə qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh Tresti boruları 2013-cü il 1 oktyabr tarixi ndə qanuni əsaslarla cavabdeh QTSC-dən alaraq, sonradan (2016-cı il 13 iyul tarixində) onları, yenə də qanuni əsaslarla iddiaçıya vermiş, iddiaçının 2016-cı il 13 iyul tarixindən etibarən borular üzərində mülkiyyət hüququ yaranmışdır. Borular üzərində mülkiyyət hüququnun iddiaçıdan hər hansı müqavilə və ya digər əqd əsasında başqa şəxs(lər)ə keçməsi, yaxud iddiaçının borular üzərində mülkiyyət hüququna qanunla müəyyən edilmiş qaydada (o cümlədən məhkəmə aktı əsasında) xitam verilməsi işin materialları ilə təsdiq olunmur. Hər hansı əmlak (konkret halda mübahisə predmeti olan borular) üzərində şəxsin mülkiyyət hüququna xitam verilmədən digər şəxsin mülkiyyət hüququnun yaranması qeyri-mümkündür.
61. Qanuni əsaslarla bağlanmış müqaviləyə əsasən, 2016-cı il 13 iyul tarixindən etibarən iddiaçını n borular üzərində mülkiyyət hüququ yaranmışdı. Borular cavabdeh QTSCdən əvvəl iddiaçının faktiki sahibliyində olmuşdur. Cavabdeh QTSC-nin boruların heç vaxt iddiaçının sahibliyində olmamasına dair istinad etdiyi hallardan biri ondan ibarət olmuşdur ki, işin məhkəmədə baxılması zamanı iddiaçının Bakı şəhəri Nəsimi rayon Məhkəməsində dəmir boruların onların sahibliyinə verilməsi ilə bağlı qaldırdığı iddia tələbi ilə əlaqədar həmin məhkəmənin və apellyasiya instansiyası məhkəməsinin qərardadlarına əsasən dəmir borular heç vaxt iddiaçının sahibliyində olmamışdır. Borcun verilməsi niyyəti olmadan bağlanan müqavilə MM-in 340.1-ci maddəsinə əsasən, uydurma əqddir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Qe yd olunan dəmir borular cavabdeh QTSC-nin mülkiyyətinə verildikdən sonra, həmin borular sonuncu tərəfindən boruların istehsalçısı olan zavod qarşısında olan borcunun ödənilməsi məqsədilə əvəzləşdirilmiş və boruların məbləği cavabdeh QTSC-nin zavod qarşısında olan borcun məbləğindən çıxılmışdır. Həmin dəmir borularla bağlı iddiaya cavab verməli olan təşkilat cavabdeh QTSC deyil, məhz həmin zavod olmalıdır.
62. Məhkəmə kollegiyası həmçinin cavabdeh QTSC-nin bu dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, tələbin əmlaka yönəldilməsi qətnamənin icrası zamanı həll olunan məsələlərdir. Zavoda gəldikdə isə, iddiaçı ilə zavod arasında hər hansı öhdəlik münasibəti mövcud olmamışdır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün aşağıdakı əsaslardan ən azı biri mövcud olmalıdır: 1) müqavilə; 2) zərər vurulması; 3) əsassız varlanma; 4) MM-də nəzərdə tutulmuş digər əsaslar. Hazırkı işdə həmin əsasların mövcudluğu apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmiş, kassator isə bununla bağlı öz şikayətində tutarlı dəlillər gətirə bilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən hazırkı iddianın zavoda qarşı qaldırılması qeyri-mümkün olmuşdur.
63. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MM-in 14.2, 157.2, 157.5, 181.1, 324.1, 340.1, 386.1, 399.1, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89, MPM-in 15.1, 15.2, 216.2, 233.3, 371-ci maddələrinə istinad etmişdir. ğ) Konstitusiya Məhkəməsindəki ikinci icraat
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 7 yanvar tarixli qərarı ilə iddiaçının cavabdeh QTSC-yə, Tre stə və 3-cü şəxsə qarşı boruların cavabdeh QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması və sair tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyul tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 130-cu maddəsinin İX hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 65-69-cü maddələrinə, MPM-nin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.
65. Konstitusiya məhkəməsi hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun hü quqi mövqeyi konstitusiya şərhini ehtiva etməklə, ümumi və məcburi xarakterli, maddi və prosessual istiqamətli olmaqla, qanunverici və hüquq tətbiqedicilər üçün məcburidir və məhkəmə qərarlarının əsasını təşkil edir. Həmin mövqelər Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır. Konstitusiya Məhkəməsinin qərarlarında hüquqi dövlətin mahiyyətindən irəli gələn, xüsusilə də İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda geniş tətbiq edilən hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq prinsipləri öz əksini tapmışdır.
66. Kassasiya instansiyası məhkəməsi 2017-ci il 30 iyun tarixli qərarının preyudisiya əh əmiyyətinə malik olmaması ilə bağlı qənaətini həm də onunla əsaslandırmışdır ki, qeyd edilən qərarda 2014-cü il 20 iyun tarixli “borc müqaviləsi” və 2016-cı il 13 iyul tarixli “borcun əvəzləşdirilməsinə dair” müqavilənin etibarlılığı məsələsinə toxunulmamış, yəni həmin qərar ilə 2016-cı il 13 iyul tarixli “borcun əvəzləşdirilməsinə dair” müqaviləyə hüquqi qiymət verilməmiş, eləcə də həmin borcla bağlı tərəflər arasında mübahisə mahiyyəti üzrə həll edilməmişdir. Cavabdeh QTSC-nin cavabdeh Trestə və iddiaçıya qarşı “müqavilələrin etibarsız hesab edilməsi və dəmir boruların geri qaytarılması” tələbi 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi ilə təmin edilməyərək mübahisələndirilən əqdlərin etibarlılığı müəyyən edilmiş və borular üzərində iddiaçının mülkiyy ət hüququnun olduğu göstərilmişdir.
67. Mübahisəli boruların cavabdeh QTSC-nin mülkiyyətinə verilməsini müəyyən edən Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi arasında yaranmış kolliziya iddiaçının boruların geri qaytarılması və s. tələbi üzrə işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Məhkəmə qərarları arasındakı kolliziyalar zaman prinsipi əsasında həll edilərək, daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktı tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə işə baxması Konstitusiya Məhkəməsinin qərarlarının təhrifinə (təftişinə, genişləndirilməsinə, məhdudlaşdırılmasına və ya digə r formada təfsir olunmasına) səbəb olmamalı, konstitusiya ədalət mühakiməsinin səmərəliyinə xələl gətirməməli və kassasiya instansiyası məhkəməsinin konstitusiya statusuna uyğun olaraq həyata keçirilməlidir. Bu zaman məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hüquqi çərçivələrdə qəbul etməlidir.
68. Həmçinin Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktları Konstitusiyaya və ya qanunlara uyğun olmayan hesab edildikdə və bu aktlarla hüquq və azadlıqların pozulduğu müəyyənləşdirildikdə sonrakı məhkəmə baxışı prosesi məhz yol verilmiş qanun pozuntularının aradan qaldırılmasına və pozulmuş hüquqların bərpasına yönəlməlidir. Hüquq və azadlıqlarının pozulduğu müəyyən edilmiş şəxslərin hüquqi vəziyyətini pisləşdirmək, onları süründürməçil iyə cəlb etmək üçün müvafiq məhkəmə instansiyalarında işə yenidən baxılmasını təşkil etmək yolverilməzdir. Konstitusiya Məhkəməsinin Plenumu hazırkı işlə bağlı məhkəmələrdə yeddi il ərzində dəfələrlə baxılaraq müxtəlif məzmunlu qərarların qəbul edilməsi ilə bağlı bir daha diqqətə çatdırmağı vacib hesab etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasıdır. Məhkəmə icraatının işin mürəkkəbliyi nəzərə alınaraq ağlabatan müddətdə aparılması qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır.
69. Konstitusiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsin ə, 130-cu maddəsinin İX hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Qanununun 65-69, 66.1, 66.2, 63.4-cü, MPM-in 82.3, 233.1, 416, 418.1, 418.3, 419.4-cü maddələrinə, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ Konstitusiyasının 130-cü maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2005-ci il 25 yanvar tarixli Qərarına istinad etmişdir. h) Ali Məhkəmənin Plenumdaki ikinci icraat
70. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il 15 aprel tarixli, 132(102)-2(k)/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Komme rsiya Kollegiyasının 2021-ci il 23 iyul tarixli, 2-2(102)-302/2021 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 fevral tarixli, 2-2(103)70/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
71. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, MPM-in 431-1.2, 431-1.2.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan hesab edilməsi hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsasdır. Həmçinin MPM-in 431.2-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. Plenum Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır.
72. Həmin Məcəllənin 431-4.2 və 431-4.2.1-ci maddəsinə əsasən hüquq və azadlıqların pozulmasına dair Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin apellyasiya instansi yası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə qərar qəbul edir.
73. Ali Məhkəmənin Plenumu gəldiyi nəticəni əsaslandırmaq üçün MPM-in 431-1.2, 431-1.2.1, 431.2, 431-4.2, 431-4.2.1-ci maddələrinə istinad etmişdir. x) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
74. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli, 2-2(103)-774/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyul tarixli, 2-2(81)-449/2018 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmamışdır (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – E.Mehdiyev və A.Oruczadə).
75. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Kon stitusiyasına əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Buna görə də mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. MM-in 157-ci maddəsinə əsasən mülkiyyət hüququnun müdafiəsinin 3 üsulu tənzimlənmişdir: 1) mülkiyyət hüququnun tanınması; 2) özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; 3) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi.
76. Hazırkı işlə bağlı iddianın 1.614 ədəd borunun cavabdeh QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması tələbi vindikasiya iddiası olmuşdur. Vindikaisya iddiasının qaldırılması üçün qeyd olunan şərtlər birlikdə mövcud olmalıdır: 1) iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; 2) iddiaçı əmlaka faktiki sahiblikdən məhrum olunmalıdır; 3) iddiaçının sahibliyindən çıxmış əmlak başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olmalıdır; 4) başqa şəxsin əmlaka sahibliyi qanunsuz olmalıdır. Hazırki işdən müəyyən edilir ki, MTK və QTSC-nin hər ikisi mübahisə predmeti borular qzərində mülkiyyət hüququnun ona aid olmasını irəli sürür. MTK öz mövqeyini MTK ilə Trest arasında borcun əvəzləşdirilməsinə dair xx.xx.2016- cı il tarixli müqavilə ilə, QTSC isə Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarında bu hüququn QTSC-yə məxsusluğunun qeyd olunması ilə əsaslandırır.
77. Daha sonra Konstitusiya Məhkəməsi Plenumunun hazırki iş üzrə çıxardığı və yuxarıda göstərilən qərarlara istinad edərək göstərmişdir ki, həmin qərarlarda verilən şərhlərdən belə bir nəticə hasil olur ki, cavabdehin mübahisəli borulara sahibliyi qanunsuz olmamışdır. Belə ki, iş üzrə vindikas iya iddiasının qaldırılması üçün yuxarıda sadalananlardan dördüncü şərtə əməl olunmamış, başqa sözlə, iddiaçının cavabdeh QTSCyə qarşı vindikasiya tələbi əsaslı olmamışdır. İddianın cavabdeh QTSC-dən vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi də əsassız olmuş, cavabdehin mübahisəli borulara sahibliyi qanunsuz olmamış, preyudisial qüvvəyə malik məhkəmə qərarından irəli gəlmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməklə cavabdeh Trestə qarşı tələblərinin rədd edilməsi ilə razılaşdığı üçün, həmin nəticə mübahisəsiz qəbul edilmişdir.
78. Məhkəmə öz qətnaməsini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 13-cü madəsinə, 130-cü maddəsinin İX hissəsinə, MM-in 21.1, 21.2, 157.1, 157.2, 157.4, 157.5, 157.8, 159, 161, 166.1, 181-ci, “İc ra haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci, MPM-in 14.2, 77.1, 82.3, 217.1, 217.3, 384.0, 384.0.2, 385.1, 385.1.1, 386, 387.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2016-cı il 23 fevral tarixli Qərarına istinad etmişdir.
79. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 3 oktyabr tarixdə tərəflərə göndərilmiş və iddiaçının vəkilinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
80. İddiaçı 2022-ci il 17 noyabr tarixdə həmin qətnamədən kassasiya şikayəti verməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olun masını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏL İLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
81. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 125, 127, 129-cu maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçının qeyd edilən borulara mülkiyyət hüququ mövcud olmuş və bu hüquqdan çıxış edilən zaman məhkəmədə vindikasiya iddiası qaldırılmışdır. Vindikasiya hüququnun yaranmasının əsası iddiaçı ilə 3-cü şəxs arasında bağlanmış müqavilə hesab olunmuşdur.
82. MM-in 152.1, 152.2, 152.3, 152.4, 154.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh Trest arasında 2014-cü il 30 iyun tarixdə alınmış 2.099.200 manat məbləğində borcun müqabilində borc alana məxsus 2.200 ədəd ümumi çəkisi 2.624 ton (1 ton-800 manat) dəmir boru ilə əvəzləşdirilməsinə dair müqavilə imzalanmışdır. Vindikasiya iddiasına görə iddiaçı borulara gi rov daha sonra isə mülkiyyət hüququ ilə məxsus olmuş və faktiki olaraq 2014-cü il 30 iyun tarixdən iddiaçının qeyd olunan borulara mülkiyyət hüququ yaranmışdır. Cavabdeh QTSC-nin isə qeyd olunan borulara bu və ya digər mənada hüquq yarada biləcək tələbi mövcud olmamışdır. Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarı ilə həmin boruların üzərinə həbs qoyulması və xüsusi mühafizə zonasında yerləşdirilməsi qeyd olunmuşdur.
83. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh QTSC tərəfindən müqavilələrin etibarsızlığı barədə iddia qaldırılmış, məhkəmə tərəfindən iddia təmin edilməyərək müəyyən olunmuşdur ki, borular üzərində iddiaçının mülkiyyət hüququ mövcuddur. 84. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri pozulmuşdur. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2018-ci il və 03 mart 2017-ci il tarixli qərardadlarına, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin QTSC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli qərarına və xx.xx.2017-ci il tarixli məktubuna əsasən bə s. müəyyən olunur ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş boruların – aparılan icra hərəkətləri nəticəsində tələbkar QTSC-yə verilməsi faktiki olaraq xx.xx.2017-ci il tarixdən sonra baş tutmuşdur. Halbuki, həmin tatixə artıq MTK ilə Trest arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilələrin etibarlılığını və MTK-nı həmin boruların mülkiyyətçisi müəyyən edən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2017-ci il qət naməsi də qanuni qüvvəsini almışdır. 85. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1, 5, 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2012-ci il 21 dekabr tarixli Qərarının tələbləri pozulmuşdur. Belə ki, məhkəmə vindikasiya iddiasını təmin etməyərək mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. 86. “"xxxx" QSC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 30 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2020-ci il 14 fevral tarixli Qərarı, “" xxxx" QSC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyul tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2022-ci il 7 fevral tarixli Qərarının tələbləri pozulmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarında 2014-cü il 30 iyun tarixli “borc” və 2016-cı il 13 iyul tarixli “borcun əvəzləşdirilməsi” barədə müqavilələrin etibarlığına toxunulmamış, və bu amildə sübut etmişdir ki, iddiaçının mülkiyyət hüququ qətnamə əsasında yaranmamışdır. Ali Məhkəmə aşağı instansiya məhkəmələrin qərarlarına əsassız olaraq istinad etmişdir. Belə ki, Konstitusiya məhkəməsi yalnız iki məhkəmə qərar ı arasındakı kolliziyanı həll etməyə çalışmış, etibarlı müqavilə ilə yaranan mülkiyyət hüququ hissəsini boşluqda saxlamışdır. Həmin qərara istinad olunaraq qətnamə qəbul edilməsi əsassız olmaqla yanaşı, iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir.
87. MPM-in 9.1, 12.1, 14.1, 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən həmin sübutlar iddiaçının mülkiyyət hüququnun təsdiqi kimi çıxış etmişdir. Lakin məhkəmə bu sübutları nəzərə almayaraq, iddianı təmin etməmiş və təqdim olunan sübutlara səthi yanaşmışdır. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Avropa İnsan Hüquqları Məhkəsinin mülkiyyət hüquqi ilə bağlı bir sıra qərarlarında formalaşdırılmış mövqelərə də istinad olunmuşdur. İİ. KA SSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ.
88. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
89. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
90. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki hal ların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ.
91. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir....” “Maddə 127.... İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir....”
92. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə....” “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri təl əb edə bilər.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçi nin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə
159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.” “Maddə
161. Özgə əşyasının sahibi və öz əşyasının sahibi Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasını n sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.” “Maddə
166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur....” “Maddə
181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüquq unu əldə edənə verməsi. 181.3. Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə ed ilməsi yolverilməzdir.... 181.6. Hüquqi şəxs yenidən təşkil edildikdə, ona mənsub olmuş əmlaka mülkiyyət hüququ yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisi olan hüquqi şəxsə (hüquqi şəxslərə) keçir. 181.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka və ya mülkiyyətçisinin imtina etdiyi və ya qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka mülkiyyət hüququ əldə edə bilər....” “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir....” “Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq n iyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
405. Müqavilə nin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....” 93. “İcra haqqında” Azərbaycan Respublikası 2001-ci il 27 dekabr tarixli Qanununun müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 4
5. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir.... 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclu nun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir....” “Maddə
53. Üzərinə həbs qoyulmuş əmlakın satılması 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır....” “Maddə
55. İcra sənədində göstərilmiş əşyaların tələbkara verilməsi Əşyaların tələbkara verilməsi icra sənədində birbaşa göstərilmişdi rsə, icra məmuru həmin əşyaları borcludan götürüb tələbkara verir və bu barədə akt tərtib edir. Tələbkar göstərilən əşyalardan imtina etdikdə, həmin əşyalar borcluya, icra sənədi isə müvafiq məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.” “ M a d d ə 5
7. Tələbin borclu hüquqi şəxsin digər əmlakına yönəldilməsi 57.1. Borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. 57.2. Mülkiyyət hüququ əsasında borclu hüquqi şəxsə məxsus olan əmlakın başqa yerdə və başqa şəxsdə olması tələbin həmin əmlaka yönəldilməsinə mane olmur. 57.3. İpoteka predmetinin üzərinə tələb yönəldilməsinin xüsusiyyətləri “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.” “Maddə
89. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı digər şəxslərin hüquqlarının müdafiəsi Tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.” 94. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndin in və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2005-ci il 25 yanvar tarixli Qərarında müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktları Konstitusiyaya və ya qanunlara uyğun olmayan hesab edildikdə və bu aktlarla hüquq və azadlıqların pozulduğu müəyyənləşdirildikdə sonrakı məhkəmə baxışı prosesi məhz yol verilmiş qanun pozuntularının aradan qaldırılmasına və pozulmuş hüquqların bərpasına yönəlməlidir. Hüquq və azadlıqlarının pozulduğu müəyyən edilmiş şəxslərin hüquqi vəziyyətini pisləşdirmək, onları süründürməçiliyə cəlb etmək üçün müvafiq məhkəmə instansi yalarında işə yenidən baxılmasını təşkil etmək yolverilməzdir. Belə halların baş verməsi konstitusiya prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda konstitusiya işinin əsasını təşkil edən məsələ üzrə digər tərəfin hüquq və azadlıqlarının müdafiəsi, işin tam araşdırılmamış hallarının aydınlaşdırılması, məhkəməyə müraciət (məhkəmə müyəssərliyi) hüququnun pozulduğu halların xüsusiyyətləri nəzərə alınmalıdır....” 95. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2016-cı il 23 fevral tarixli Qərarında müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət gö stəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir....”
96. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
15. Məhkəmə aktlarının məcburiliyi 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası ki mi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə
216. Qətnamənin çıxarılması... 216.2. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsə lələr... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi 233.1. Bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 35519.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münas ibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edi lmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə.” Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. “Maddə
412. Kassasiya şikayətinin rəsmi qaydada verilməsi... 412.2. İşdə iştirak edən şəxslər kassasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gündən gec olmayaraq kassasiya şikayətinə dair etirazlarını və yaxud izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.” “Maddə
414. Kassasiya şikayətinə baxılması müddəti və qaydası 414.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;...” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....” “Maddə
419. Kassasiya instansiyası məhkəməsinin qərarı 419.1. Kassasiya şikayətinə baxılması nəticəsində bütün hakimlər tərəfindən imzalanmış qərar qəbul edilir. 419.2. Qərarda aşağıdakılar göstərilməlidir; 419.2.1. qərarı çıxaran m əhkəmənin və işin adı, çıxarılma tarixi, məhkəmənin tərkibi, iclasda iştirak etmiş şəxslərin səlahiyyətləri göstərilməklə soyadları; 419.2.2. kassasiya şikayəti vermiş şəxsin və işdə iştirak edən şəxslərin adları; 419.2.3. işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin adı, işin nömrəsi, qətnamənin, qərardadın çıxarıldığı tarix və onları çıxartmış hakimlərin soyadları; 419.2.4. çıxarılmış qətnamənin və qərardadın qısı məzmunu; 419.2.5. çıxarılmış qətnamənin, qərardadın qanuniliyini yoxlamaq barədə irəli sürülmüş əsaslar; 419.2.6. kassasiya şikayətinə qarşı verilmiş etirazda göstərilən dəlillər; 419.2.7. kassasiya şikayətinə baxılmasında iştirak edən şəxslərin izahatları; 419.2.8. işdə iştirak edən şəxslərin istinad etdikləri qanun və digər normativ hüquqi aktların məhkəmə tərəfindən tətbiq edilməməsinin motivləri, habelə məhkəmənin qərar qəbul edərkən rəhbər tutduğu qanun və digər normativ hüquqi aktlar; 419.2.9. apellyasiya instansiyası məhkəməsinin aktları ləğv edildikdə apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, yaxud düzgün tətbiq etməməsi barədə kassasiya instansiyası məhkəməsinin dəlilləri; 419.2.10. kassasiya şikayətinə baxılmasının nəticələri; 419.2.11. iş yeni məhkəmə baxışına verilirsə, yerinə yetirilməli olan hərəkətlər. 419.3. Qərar qəbul edildiyi gün onun nəticə hissəsi barədə məlumat hakimlərin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir. Qərarın tam mətni işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 1 ay müddətində sifarişli məktubla göndəri lməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir. 419.4. Qərar qəbul edildiyi andan qüvvəyə minir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ.
97. MPM-in 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
98. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli, 2-2(103)-774/2022 saylı qətnaməs i ləğv edilərək, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi qismən cavabdeh "xxxx" QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğ "xxxx" QTSC-dən tutularaq iddiaçıya ödənilməsi və 1614 ədəd borunun cavabdeh "xxxx" QTSC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı MTK-ya qaytarılması hissələrində təmin edilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır.
99. Belə ki, hazırki işdən göründüyü kimi iddiaçı iddia tələbi ilə(iddia tələbi dəqiqləşdirilərək) 1.614 ədəd borunun cavabdeh QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmasını və sonuncu tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğinin, dəymiş 50.000 manat maddi və 100.000 manat m əbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
100. İş üzrə birinci instansiya, apelyasiya instansiyası və kassasiya instansiya məhkəmələri tərəfindən §§22,27,34,50,57-də göstərilən qərarlar qəbul olunmuşdur.
101. Hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi hər iki qərarlarındakı hüquqi mövqelər müvafiq olaraq §39 və §64-də göstərildiyi kimi əks edilmişdir.
102. İş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ilk qərarında mövqeyi belə olmuşdur ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunund an və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: -qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı;-belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır.
103. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı müstəqil məhkəmə icraatı çərçivəsində, tərəflərin, o cümlədən MTK-nın məhkəmə baxışında iştirakı ilə və çəkişmə prinsipinə əməl ed ilməklə çıxarılmış və bu qərarla hüquqi fakt – boruların QTSC-yə verilməsi və mahiyyət etibarı ilə onun mülkiyyət hüququnun yaranması müəyyən edilmişdir. Mübahisəli boruların QTSC-nin mülkiyyətinə verilməsini müəyyən edən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi arasında yaranmış kolliziya MTK-nın boruların geri qaytarılması və s. tələbi üzrə işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Qeyd olunmuşdur ki, məhkəmə qərarları arasındakı kolliziyalar zaman prinsipi əsasında həll edilərək, daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktı tətbiq edilir.
104. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı qəbul edildiyi andan, 1 sayl ı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi isə daha gec tarixdən qüvvəyə minmişdir. Belə olan halda isə Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı preyudisial əhəmiyyətə malik olmuşdur.
105. Konstitusiya Məhkəməsi Plenumunun hazırki iş üzrə ikinci qərarındakı hüquqi mövqeyində isə göstərmişdir ki, mübahisəli boruların cavabdeh QTSC-nin mülkiyyətinə verilməsini müəyyən edən Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi arasında yaranmış kolliziya iddiaçının boruların geri qaytarılması və s. tələbi üzrə işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Məhkəmə qərarları arasındakı kolliziyalar zaman p rinsipi əsasında həll edilərək, daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktı tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə işə baxması Konstitusiya Məhkəməsinin qərarlarının təhrifinə (təftişinə, genişləndirilməsinə, məhdudlaşdırılmasına və ya digər formada təfsir olunmasına) səbəb olmamalı, konstitusiya ədalət mühakiməsinin səmərəliyinə xələl gətirməməli və kassasiya instansiyası məhkəməsinin konstitusiya statusuna uyğun olaraq həyata keçirilməlidir. Bu zaman məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hüquqi çərçivələrdə qəbul etməlidir.
106. Bundan sonra mülki prosessual qanunvericiliyin müəyyənləşdirdiyi qaydalar çərçivəsində hazırkı işə yenidən baxa n apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 19 sentyabr tarixli, 2-2(103)-774/2022 saylı qətnaməsi ilə cavabdeh QTSC-nin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyul tarixli, 22(81)-449/2018 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçının iddiası təmin edilməmişdir.
107. İddiaçının bu qətnamədən verdiyi kassasiya şikayəti üzrə hazırki işə baxan məhkəmə kollegiyası belə hesab etmişdir ki, mübahisənin müxtəlif instansiya məhkəmələrində uzun müddət, dəfələrlə baxış predmeti olması və məhkəmə aktlarının müvcudluğu, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarındakı hüquqi mövqeyi, həmçinin MPMin 82.3-cü maddəsinin preyudisiallıqla bağlı nəzərdə tutulmuş qaydanın məzmunu hüquq tətbiqetmə bax ımından gələcəkdə oxşar işlər üzrə qətnamə və qərardadların çıxarılmasına və bununla da bu və ya digər formada vahid məhkəmə təcrübəsinin formalaşmasına yüksək təsiri ehtimalının olmasını diqqətdə saxlayaraq hazırkı işə MPM-in 414.1-ci maddəsinin göstərişinə uyğun surətdə şifahi icraat qaydasında baxılmalıdır.
108. Məhkəmə kollegiyası MPM-in 14.1-ci maddəsinin tələbləri baxımından proses iştirakçılarına prosessual hüquq və vəzifələri izah etmiş, onların mübahisənin barışıq yolu ilə həll edilməsinə təşəbbüs göstərdiklərini, həmçinin iddiaçının məhkəməyə müraciətlə barışıq imkanlarının yoxlanılması məqsədi ilə danışıqlar aparıldığından vaxt verilməsi ilə bağlı müraciətini nəzərə alaraq buna şərait yaratmış, mübahisənin barışıq yolu ilə həll edilməsi üçün məhkəmə iclaslarını 5 dəfə təxirə sal mışdır. Bununla belə tərəflər barışıq eldə edə bilməmişlər.
109. MPM-in 412.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər kassasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gündən gec olmayaraq kassasiya şikayətinə dair etirazlarını və yaxud izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Hazırkı halda cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz iş üzrə bir neçə dəfə məhkəmə iclaslarının da keçirildiyi tarixlərdən sonra, 2023-cü il 1 may tarixdə verildiyindən həmin şikayətə məhkəmə kollegiyası tərəfindən münasibət bildiriməsi zərurəti aradan qalxmışdır.
110. Məhkəmə kollegiyası onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi MPMin 417.1.4-cü maddəsində göstərildiyi kimi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qi smən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul etmək səlahiyyətinə də malikdir.
111. Apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə kassasiya şikayəti verilmiş qətnaməsinə görə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında verilmiş şərhlərdəki nəticə baxımından cavabdehin mübahisəli borulara sahibliyi qanunsuz olmamış, bu baxımdan iddiaçının cavabdeh QTSC-yə qarşı vindikasiya tələbi əsaslı deyil. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları vurğulayır.
112. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin §8-də göstərilən qanuni qüvvəyə minmiş qərarının və 1 saylı Bakı İnzibati-İqtisad Məhk əməsinin §7-də göstərilən qanuni qüvvəyə minmiş qətnaməsinin MPM-in 82.3-cü maddəsində əks olunmuş tələblərə uyğunluğu məsələsini əlaqəli surətdə araşdıraraq qiymətləndirməli və yalnız bundan sonra vindikasiya məsələsinə toxunmalı idi.
113. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsi Plenumunun hazırkı iş üzrə §39 və §64-də göstərilən qərarlarındakı hüquqi mövqelər baxımından preyudisiallıqla əlaqədar məsələ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarına və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsinə münasibətdə MPM–in imperativ normalarının tələbləri çərçivəsində tam araşdırılmaqla qiymətləndirilməmiş və bununla da düzgün olmayan nəticəyə gəlinmişdir.
114. Konstitusiya Məhkəməsin in bir sıra qərarlarında preyudisiallıq institutunun mahiyyəti, məzmunu aydın və dəqiq açıqlanmış, onun təsiri dairəsinin konkret həddi müəyyənləşdirilmişdir.Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qar şısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Qeyd olunmalıdır ki, MPM-in 82.3-cü maddəsi baxımından məhkəmə aktlarının növü kimi yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi preyudisiallıq keyfiyyətinə malik olur, həm məhkəmə, həm də işdə iştirak edən şəxslərlə bağlı iki tərəfli qadağanı ehtiva etməklə onunla müəyyənləşdirilmiş və təsdiq olunmuş fakt və hüquq münasibətlərini digər mülki məhkəmə icraatı zamanı həmin şəxslər tərəfindən(o cümlədən işə baxan məhkəmə də daxil olmaqla) başqa cür qiymətləndirilməsi və mübahisələndirilməsini qeyri-mümkün edir. Bu hal ondan irəli gəlir ki, əks təqdirdə təkzib edilməzlik, müstəsnalıq və məcburilik kimi özünə məxsus hüquqi keyfiyyət göstəriciləri inkar olu nmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyənləşdirilən fakt və hüquq münasibətləri təkrarən sübutetmə yolu ilə mübahisələndirilmə predmetinə çevrilir. Hüquqi müstəvidə bu cür halın qeyri mümkünlüyü MPM-in 233.3-cü maddəsində birbaşa müəyyənləşdirilməklə göstərilmişdir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. O da qeyd edilməlidir ki, MPM-in məhkəmə aktlarının məcburiliyindən bəhs edən 15-ci maddəsinə əsasən məhkəmə aktlarının bir növü kimi qərardad da göstərilir və qanuni qüvvəsini almış qərardadların d a (o cümlədən barəsində kassasiya şikayəti verilməsi nəzərdə tutulan qərardadlar üzrə kassasiya instansiyası məhkəməsinin qərarı da) icra olunmaması, qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir(MPM-in 15.1-15.3-cü maddələri).Bununla belə MPM-in tələbi baxımından işi mahiyyəti üzrə həll edən məhkəmə aktı yalnız qətnamə formasında çıxarıldığı halda (MPM-in 216.1-ci maddəsi) iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır (MPM 263.1- ci maddəsi). Buna görə də qətnamə və qərardad məhkəmə aktlarının növü kimi onların həll edilən prosessual məsələlərin dairəsi baxımından əsaslı surətdə fərqləndirilmişdir.
115. MPM-in 216.1 və 263.1- ci maddələrin məzmunundan görünür ki, maddi hüquqi tələbin həlli barədə olan qətnaməyə nisbətdə çıxarılan məhkəmə qərardadı b axılan işə münasibətdə onunla bağlılığı və əlaqəsi olan prosessual hüquqi məsələlərin həllinin təmininə yönəlmişdir. İşin maliyyəti üzrə tərəflərin maddi hüquq normalarına uyğun olmaqla hüquq və vəzifələrinin həddi və həcmini müəyyənləşdirən qətnamədən fərqli olaraq məhkəmə qərardadları mülki prosessual fəaliyyətin sonrakı inkişafı məsələlərini tənzimləyir. Lakin, o da qeyd edilməlidir ki, bəzi hallarda məhkəmə qərardadı mübahisənin mülki mühakimə icraatının sonrakı mərhələrinə keçidini və bununla da ümumiyyətlə mübahisənin mahiyyəti üzrə məhkəmə tərəfindən həllini məhdudlaşdırır. Belə ki, MPM-in 261-ci maddəsində iş üzrə icraata xitam verilməsi əsasları əks olunmuş, 262.4-cü maddəsində isə göstərilmişdir ki, işin icraatına xitam verildikdə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin maddənin məzmumu MPM-in qətnamə ilə əlaqədar 233.3-cü maddəsində nəzərdə tutulan qayda ilə oxşarlıq təşkil edir və belə qərardad qanuni qüvvəyə mindikdə mübahisənin maddi hüquq çərçivəsində məhkəmədə mahiyyəti üzrə həll olunmasını istisna edən prosessual hüquqi nəticə yaradır. Lakin MPM-in 82.3.-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan həmin Məcəllənin həm 82.3.-ci, həm də 216.1-ci və 233.3-cü maddələrinin tələblərinin qarşılıqlı əlaqə vəhdətliyinin məzmunu belə nəticəyə gəlməyə əsas verir ki, preyudisiallığın əhatə d airəsi yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini ehtiva edir. Bu baxımdan qərardad hətta qanuni qüvvəyə minmiş olsa da belə onun da preyudisiallıq keyfiyyətinə malik olması kimi qəbulu prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərini inkar etməklə faktiki surətdə qanuni qüvvə almış qətnamə ilə aralarındakı prosessual təyinat fərqlərinin əhəmiyyətsizliyinə və son nəticədə belə məhkəmə aktlarının eyniləşdirilməsinə yol açardı.
116. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası tərəfində bu hal nəzərdən qaçırılmışdır. Belə ki, hazırki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən 2016-ci il 13 iyul tarixində Bakı şəhəri 54 saylı Notariat Kontorunda iddiaçı ilə cavabdeh Trest arasında 2014-cu il 30 iyun tarixdə 2.099.200 manat borcun mü qabilində borc alana məxsus 2.200 ədəd ümumi çəkisi 2.624 ton (1 ton = 800 manat) dəmir boru ilə əvəzləşdirilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtinə əsasən cavabdeh Tresti aldığı borcun, yəni 2.099.200 manatın əvəzinə sonuncuya məxsus 2.200 ədəd dəmir boruları borc verən iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Notarial qaydada təsdiq olunmuş həmin əqdin əsasında iddiaçının əqdin predmetini təşkil edən borulan barəsində mülkiyyət hüququ yaranmışdır. Cavabdeh QTSC-nin cavabdeh Trestə və iddiaçıya qarşı “müqavilələrin etibarsız hesab edilməsi və dəmir boruların geri qaytarılması” tələbi 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin cavabdeh tərəfindən sonradan mübahisələndirilməyən 2017-ci il 2 iyun tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təmin edilməyərək mübah isələndirilən əqdlərin etibarlılığı müəyyən edilmiş və borular üzərində iddiaçının mülkiyyət hüququnun olduğu göstərilmişdir. Beləliklə iddiaçı ilə cavabdeh Trest arasında bağlanmış 2016-ci il 13 iyul tarixli müqaviləyə əsasən iddiaçının yaranmış mülkiyyət hüququ bu məhkəmə qətnaməsi ilə də təsdiqlənmişdir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktları arasında zaman prinsipini əsas tutmaqla preyudusiallığını üstün götürdüyü Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli, 2-2(102)-252/2017 saylı qərarında isə QTSC-nin kassasiya şikayəti təmin olunmaqla, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin təqdimatı qismən təmin edilmiş, borclu “16 nömrəli X1”nə məxsus aşkar olunmuş 2.100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həm in borulara yönəldilməsi və boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi, təqdimatın realizə işlərinin həyata keçirilməsi hissəsində təmin edilməməsi, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin təqdimatın geri götürülməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.Göründüyü kimi həmin qərar yalnız məcburi icra tədbirləri qismində icra məmurunun təqdimatı üzrə qəbul edilmişdir. Belə olan təqdirdə bu qərarın iddiaçının qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu inkar edən, şübhə altın alan, cavabdehin isə mülkiyyət hüququnun yaranmasına əsas olan fakt kimi qəbul edilməsi həm MM-in, həm də digər qanunvericilik normalarının tələbləri baxımından qeyri mümkündür.
117. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına y önəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (Qanunun 45.1. 45.6-cı maddələri). Borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir (həmin Qanunun 57.1-ci maddəsi). Bu normaların tələbləri b axımında məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hələ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin “boruların üzərinə həbs qoyulmasına dair” qəraradadının çıxarıldığı 26 iyul 2016-cı il tarixindən əvvəl yəni 13 iyul 2016-cı il tarixdə qanuni əsaslarla borular üzərində mülkiyyət hüququna malik olmuş, icra hərəkətləri yerinə yetirilən zaman boruların kimin mülkiyyətində olması faktı yuxarıda göstərilən Qanunun sadalanan maddələrinin tələbləri baxımından araşdırılmamış və nəzərə alınmamışdır.
118. Beləliklə apellyasiya instansiyası məhkəməsi zaman prinsipini əsas tutmaqla preyudisiallıq baxımından 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin cavabdeh tərəfindən sonradan mübahisələndirilməyən və qanuni qüvvəyə minmiş 2017-ci il 2 iyun tarixli qətnaməsinə nisbətdə Azərbaycan Respublikası Ali Mə hkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli, 2-2(102)-252/2017 saylı qərarının üstünlüyünü qəbul edərək belə qənaətə gəlmişdir ki, vindikasiya iddiasının qaldırılması üçün iddiaçının əmlakın mülkiyyətçisi olması; iddiaçının əmlaka faktiki sahiblikdən məhrum olması; iddiaçının sahibliyindən çixmış əmlakın başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olması; başqa şəxsin əmlaka sahibliyinin qanunsuz olması şərtləri birlikdə mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarlarındakı şərhlərin nəticələrinə rəğmən cavabdehin mübahisəli borulara sahibliyi qanunsuz olmamış, iddiaçının cavabdeh QTSC-yə qarşı vindikasiya tələbi, eyni qaydada iddiaçının cavabdeh QTSC-dən vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi də əsaslı deyil.
119. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının vindikasiya tələbi ilə bağlı bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsində isə təsbit olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Bu konstitusiya təminatlardan irəli gəlməklə MM-də da nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
120. Bununla belə, o da vurğulanmalıdır ki, MM-in 203-cü maddəsində mülkiyyət hüququnun itirilməsi növləri sadalanmış, 203.2-ci maddədə isə birbaşa göstərilmişdir ki, daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonradan hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq daşınar əşyaya mülkiyyət hüququ itirilir. Həmçinin müəyyənləşdirilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən tədbirlərdən başqa əmlakın mülkiyyətçisindən məcburi alınmasının yol verilmir (MM-in 203.3cü maddəsi). Beləliklə göstərilən normaların məzmunundan aydın görünür ki, mülkiyyət hüququnun itirilməsi və əmlakın mülkiyyətçidən alınması halları qanunverici tərəfindən ciddi və konkret tənzimlənmişdir.
121. Bununla yanaşı, MM-in mülkiyyətin müdafiəsindən bəhs edən 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur(MM -in157.1, 157.2, 157.8-ci maddələri). MM -in 157.4.-cü maddədə isə göstərilmişdir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bu normalardan aydın olur ki, mülkiyyət hüququnun müdafiəsi həyata keçirildiyi 3 üsuldan biri də mülkiyyətçinin öz əmlakını özgənin qanunsuz sahibliyindən tələb etməsi kimi hüquq müdafiə üsuludur. Vindikasiya iddiası adlanan bu üsuldan istifadənin mümkünlüyü üçün apellyasiya instansiyası məhkəməsinin də §122 sadaladığı şərtlərin mövcudluğu mütləq şərtdir. Lakin həmin məhkəmə hazırki iş üzrə cavabdehin mübahisəli borulara sahibliyinin qanuni olması qənaətinə gəlməklə(başqa şəxsin əmlaka sahibliyinin qanunsuz olması ilə bağlı şərtin mövcud olmaması) iddia tələbini təmin etməmişdir. Bu hal isə ən azından onunla təkzib edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 10 fevral tarixli qətnaməsi konkret olaraq borularla bağlı ca vabdeh QTSC-yə münasibətdə mülki hüquqlar, cavabdeh Trestə münasibətdə isə, müvafiq olaraq, mülki vəzifələr yaratmamış, İddiaçı MTK ilə Trest arasında birincinin borular üzərində mülkiyyət hüququnun yaranması ilə nəticələnən 2016-cı il 13 iyul tarixli notarial qaydada təsdiq edilən müqavilə bağlanmış, cavabdeh QTSC-nin Trestə və iddiaçıya qarşı müqavilələrin etibarsız hesab edilməsi və boruların geri qaytarılması tələbi üzrə qəbul edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 iyun tarixli qətnaməsi ilə həmin boruların qanuni əsaslarla iddiaçının mülkiyyətində olması, cavabdeh QTSC-nin isə borular üzərində hər hansı əşya hüququnun olmadığı müəyyənləşdirilmiş, bununla əlaqədar iddia rədd edilmiş, Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarı isə məhz məcburi icra tədbir ləri qismində icra məmurunun təqdimatı üzrə qəbul olunmuşdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi boruların mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması faktını nəzərdən qaçıraraq onun vindikasiya iddiası əsasının olmaması nəticəsinə gəlmiş, bu isə iddiaçının mülkiyyət hüququnun məhkəmə müdafiəsindən məhrum edilməsilə nəticələnmişdir.
126. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, MM-də mülkiyyətçinin yoxa çıxan və ya zərər çəkən əmlakının əvəzinin sahibliyin vicdanlı yaxud da vicdansız olması faktında irəli gəlməklə ödənilməsi qaydası da nəzətdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 157.5.-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
122. MPM-in 9.1.- ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır(MPM-in 9.3.-cü maddəsi).
123. MPM-in 14.1.- ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır.
124. Həmin Məcəllənin 76.1.-ci maddəsində isə gostərilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in77.1.-ci maddəsi).
125. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur(MPM-in 88- ci maddəsi). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 217.1.və 217.3.-cü maddələri). MPM-in 418.1-ci maddəsində isə göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellya siya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
126. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının cavabdehin qanunsuz sahibliyində olmuş 1614 ədəd borunun geri qaytarılmasını və qanunsuz sahibliyində olmaqla satılmış 527 ədəd boruların dəyərini tələb etməkdə haqlı olmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə işə baxılarkən maddi və prosessual hüquq normalarının təfsirində və tətbiqində, sübutların qiymətləndirilməsində səhvə yol verilmişdir.
131. Məhkəmə kollegiyası MPM-in 417.1.4-cü maddəsinə uyğun olaraq hazırki iş üzrə məhkəmələr tərəfindən müəyyənləşdirilmiş halları və sübutları məcmu halda tam, hərtərəfli və obyektiv qiymətləndirərək hesab edir ki, İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli, 2-2(103)-774/2022 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli, hazırki iddia tələbinin digər cavabdehə aidiyyəti müəyyən olunmadığından iddia tələbi digər cavabdeh 16 № li İnşaat X3nə münasibətdə təmin olunmamalı, cavabdeh "xxxx" QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğ "xxxx" QTSC-dən tutularaq iddiaçıya ödənilməli, 1614 ədəd boru cavabdeh "xxxx" QTSC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı MTK-ya qaytarılmalıdır.
127. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin e dilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli, 2-2(103)-774/2022 saylı qətnaməsi ləğv olunsun. Yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin olunsun. Cavabdeh "xxxx" QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğ "xxxx" QTSC-dən tutularaq iddiaçıya ödənilsin. 1614 ədəd boru cavabdeh "xxxx" QTSC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı MTKya qaytarılsın. İddia tələbi qalan hissədə təmin olunmasın.