Məhkəmə qərarları › İş №2-2(102)-31/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-31/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-31/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(106)-153/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzr ə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı QSC (bundan sonra – “iddiaçı” və ya “bank”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının хеyrinə 999R********** saylı krеdit razılaşması üzrə 35108.24 manat krеdit bоrcu, 4616.15 manat faiz bоrcu və 2428.52 manat cərimə borcu olmaqla cəmi 42.152,91 manat məbləğində borcun tutulması, tutmanın Cavabdeh1 məxsus qeyri yaşayış binasına (bundan sonra – “ipoteka predmeti”) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən banka olan borcun ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulması və ipoteka predmetin ə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 23 may tarixli e-2-2(121)-119/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada kredit razılaşaması üzrə 33.900,99 manat əsas borc, 2.005,81 manat faiz borcu, 130 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 120 manat xidmət haqqı, 210 manat mediasiya xərci və 7 manat dövlət rüsumu olmaqla ümumilikdə 36.388,80 manatın tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 160.000 manat olmaqla açıq hərracda satılması və həmin əmlakın sat ılmasından əldə edilən vəsaitdən iddiaçıya olan ümumilikdə 36.388,80 manat borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1 qaytarılması, ipoteka predmetinin açıq hərracda satılmasından sonra 1 ay ərzində boşaldılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim: Elşən Abdullayev)

3. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin əsas, cərimə və faiz hissəsində ləğv edilərək əsas borcun 27000 manat məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(106)-153/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya mə hkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: C.İmanov – sədrlik edən və məruzəçi, P.Əhmədov və T.Kərimov).

5. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Kassasiya şikayəti icraata qəbul edilmiş, iş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında yazılı icraat qaydasında baxışa təyin edilmişdir. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin t ələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Aşağıda göstərilənlərə əsasən hazırkı iş kassasiya baxışından çıxarılmalıdır.

9. Cavabdeh2 kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 2024-cü il 26 noyabr tarixli 2-2(106)-153/2024 nömrəli məktubu ilə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və 2024-cü il 3 dekabr tarixli qərardadla icraata qəbul edilmişdir.

10. Kassasiya baxışı zamanı müəyyən edilmişdir ki, şikayət MPM-in tələblərinə zidd olaraq icraata qəbu l olunmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə əsasən cavabdehlərdən müştərək qaydada ümumilikdə 36.388,80 manat pulun tutulması qət edilmişdir. Kassasiya şikayəti verən Cavabdeh2 isə öz şikayətində qeyd olunan məbləğin 27.000 manatını qəbul etdiyini bildirmiş, yalnız qalan 9.388,80 manatı mübahisələndirmişdir.

11. MPM-in 402.1-ci maddəsinə görə kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti vermək olmaz. Göründüyü kimi hazırkı kassasiya şikayətində Cavabdeh2 mübahisələndirdiyi məbləğ on min manatdan azdır.

12. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonr a digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (MPM-in 417.1.7-ci maddəsi).

13. Bununla əlaqədər olaraq məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(106)-153/2024 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 dekabr tarixli 2-2(102)-737/2024 nömrəli qərardadı ləğv olunmalı, qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 402.1-ci maddəsinin tələbinə zidd olaraq icraata qəbul edildiyindən kass asiya baxışından çıxarılmalı və qaytarılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.

14. Şərh edilənlərə əsasən və MPM-in 417.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(106)-153/2024 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 dekabr tarixli 2-2(102)-737/2024 nömrəli qərardadı ləğv olunsun və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq qaytarılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar