Məhkəmə qərarları › İş №2-2(102)-311/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-311/2019

25.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-311/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh-yəqarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nıgar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh-yə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Gəncə Apelyasiya Məhkəməsinin İİKnın 05 noyabr 2018-ci il tarixli 2-2(104)-90/2018 qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 25 iyun 2019-cu i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh-yə qarşı cavabdehdən 14 dekabr 2017-ci il tarixə kredit öhdəliyi üzrə qalan 190301,47 manat əsas, 13247,08 manat faiz, 28144,27 manat gecikmə faizi olmaqla, cəmi 231692, manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 01.05.2009-cu il tarixli, KT 001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 02.04.2014-cü il tarixədək illik faiz dərəcəsi 7% ödən ilməklə üzüm bağının salınması, şərab və konyak istehsalı məqsədilə 200000 manat məbləğində kredit verilmişdir. Lakin borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Birinci instansiya məhkəməsinin 13.06.2018-ci il tarixli iş № 2-2(83)-370/2018, (sədrlik edən hakim K.Rzayev) qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 13.06.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 05 noyabr 2018-ci il tarixli iş № 2-2(104)-90/2018 (hakimlər R.Muradov - sədrlik edən və məruzəçi, Ş.Əliyeva və Ə.Məmmədov) qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2-2(83)-370/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh-yə qarşı 14 dekabr 2017-ci il tarixə kredit öhdəliyi üzrə qalan 190301,47 manat əsas, 13247,08 manat faiz, 28144,27 manat gecikmə faizi olmaqla, cəmi 231692,82 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı müqavilənin icra müddətini bitdiyi 02 aprel 2017-ci il tarixdən hesablanması və iddia tələbinin rədd edilməsi düzgün deyil. Bu zaman məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli, 24 dekabr 2014-cü il tarixli və 08 may 2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarın 1-ci maddəsində göstərilir ki, hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kred it müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdir ilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. İkinci tərəfdən isə kredit borcu üzrə öhdəliklərini yerinə yetirməyən şəxs isə borcunu ödəməlidir. Gəncə Apelyasiya Məhkəməsinin hakimi iddia müddəti ilə bağlı ərizəni alaraq, elə həmin məhkəmə prosesində iddia müddətini tətbiq edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Bu isə işə bərabərlik prinsiplərinin və obyektivliyin pozulması ilə baxılması deməkdir. Çünki hakim işin tam obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi. Belə ki, iddia müddətinin tətbiqi məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyekti v mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir… İddia müddəti tətbiq edilən müqavilələrdən birini Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Gəncə Apelyasiya Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2-2(104)-90/2018 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdi r. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2-2(104)-90/2018 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 05 noyabr 2018-ci il tarixli, 2-2(104)-90/2018 saylı qətnamə ilə, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2-2(83)-370/2018 nömrəli qətnaməsinin ləğv edilmə si, İddiaçı Cavabdeh-yə qarşı 14 dekabr 2017-ci il tarixə kredit öhdəliyi üzrə qalan 190301,47 manat əsas, 13247,08 manat faiz, 28144,27 manat gecikmə faizi olmaqla, cəmi 231692,82 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tələbinə dair iddiasının rədd edilməsi qənaətinə gələrkən Mülki Məcəllənin 373.2, 375.2, 385.1, 425.1, 442, 445.2.1, 739.1, 739.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, “xxxx” ASC ilə “Cavabdeh» MMC arasında 01 may 2009-cu il tarixli KT001 nömrəli kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə uyğun olaraq sonuncuya 02 aprel 2014-cü il tarixədək ödəmək şərtilə illik 7 faiz olmaqla, 200000 manat kredit verilmişdir. Borcalanın müqavilə öhdəliyini vaxtında və la zımi qaydada yerinə yetirməməsi əsası ilə iddiaçı 05 aprel 2018-ci il tarixdə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, mülki qanunvericiliyin tələbinə görə iddiaçı tərəfin hazırkı iddia tələbi ilə məhkəməyə 02 aprel 2017-ci il tarixədək müraciət etmək hüququ olmuşdur. İş birinci instansiya məhkəməsinin icraatında olan zaman Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə versə də, lakin işə baxan birinci instansiya məhkəməsi işin bu halına heç bir qiymət verməmiş, iddia tələbinə mahiyyəti üzrə baxaraq iddia tələbini təmin etmişdir. Halbuki, bundan əvvəldə qeyd olunduğu kimi iddia müddətinin keçməsi barədə cavabdeh tərəfin ərizəsi iddianın rədd edilməsi üçün əsasdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tər əfin birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 05 noyabr 2018-ci il tarixli qətnaməsi və həmin qətnamədən iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında hüquq münasibətlərinin yaranmasının səbəbi “xxxx” ASC ilə Cavabdeh-nin bağladıqları 01 may 2009-cu il tarixli KT001 nömrəli kredit müqaviləsi olmuşdur ki, bu da işin təkzibolunmaz faktıdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarının (Mülki Məcəllənin müvafiq normalarının tətbiq edilməsi) düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə g örə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun po zulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə müvafi q olaraq, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası eyni zamanda xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda artıq göstərildiyi kimi “xxxx” ASC tərəfindən cavabdehə 02 aprel 2014-cü il tarixədək ödəmək şərti illik 7 faiz olma qla, 36 ay müddətinə 200000 manat kredit verilmiş, qanunla kreditin tələb edilməsi üçün müəyyən edilmiş 3 illik iddia müddəti isə 02 aprel 2017-ci il tarixdə bitsə də, iddiaçı həmin 3 illik iddia müddətini buraxaraq iddia ilə məhkəməyə müraciət etmiş, cavabdeh Mülki Məcəllənin 375.2-ci maddəsinə istinadən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddianın bu əsasla rədd edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə çıxarmışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti qeyd olunaraq göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradard ı. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Gəncə Apelya siya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr 2018-ci il tarixli 2-2(104)-90/19 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar