Məhkəmə qərarları › İş №2-2(102)-311/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-311/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-311/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: borcun tutulması və obyektdən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İddiaçı QSC-nin qanuni təmsilçisi və onun vəkili Cavabdeh 2 və onun vəkilinin iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh 1 və Cavabdeh 2 qarşı “borcun tutulması və obyektdən çıxarılma” iddia tələ binə dair kommersiya işi üzrə Cavabdeh 2 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 2-2(105)-22/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra – “QSC”) məxsus Dənizkənarı İstirahət zonasındakı 03 saylı sahə ("A" istirahət obyekti) Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) (VÖEN **********) sonuncu dəfə 2017-ci il 1 yanvar tarixli 04 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmişdir.

2. İş materiallarında olan 2020-ci il 12 avqust və 19 avqust tarixli məktubların surətlərindən görünür ki, müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) xəbərdarlı q edilərək borcun ödənilməsi tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. QSC 2020-ci il 4 sentyabr tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və obyektdən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, QSC ilə Cavabdeh1 arasında bağlanmış 2017-ci il 1 yanvar tarixli 04 saylı İcarə müqaviləsinə 2020-ci il 11 avqust tarixindən xitam verilməsini nəzərə alaraq QSC-yə dəymiş maddi və mənəvi ziyana görə 10.000 manat təzminat və 2020-ci il 1 sentyabr tarixinə heablanmış 3.750 manat icarə borcu olmaqla, cəmi 13.750 manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsum unun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq QSC-yə ödənilməsi və onların icarə obyektindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC-yə məxsus Dənizkənarı İstirahət zonasındakı 03 saylı sahə ("A" istirahət obyekti) Cavabdeh1 sonuncu dəfə 2017-ci il 1 yanvar tarixli 04 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmişdir. Problem olmadığına görə müqavilə bir illik bağlansa da, müqavilənin 10-cu bəndinə əsasən sonrakı illərdə də qüvvəsini saxlamışdır. 2020-ci il 29 iyul tarixində QSC-nin İdarə Heyətinin üzvləri obyektdə nəzarət qaydasında müəyyən etmişlər ki, obyektdə mövcud yer tutumu 40 nəfərə qarşı 226 nəfərdir və bu barədə QSC-yə məlumat verilməmişdir. Odur ki, dərhal obyektin inzibatçısı Ca vabdeh2 iştirakı ilə Akt tərtib edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, İcarədar özü heç obyektə gəlmir. QSCnin Nəzarət şöbəsinin rəisi Əli Qəhrəmanov tərəfindən verilmiş təqdimata əsasən müəyyən olunmuşdur ki, obyektin icarədarı Cavabdeh1 2018-ci il 31 dekabr tarixindən öz VÖEN-nin fəaliyyətini 5 il müddətinə dayandırmış olsa da, bu barədə QSC-yə heç bir məlumat verməmişdir. Baxmayaraq ki, icarə müqaviləsi təqdim elədiyi VÖEN-ə əsasən onunla bağlanmışdır. Beləliklə də obyekt qanunsuz fəaliyyət göstərmişdir. Vəziyyətdən istifadə edən obyektin inzibatçısı Cavabdeh2 vəzifə saxtakarlığı və dələduzluq edərək obyekti qanunsuz işlətmişdir. İdarə Heyətinin üzvləri orada olan zaman görüblər ki, bir xeyli də işçisi var imiş. Hərçənd, QSC-yə təqdim olunmuş vergi arayışına görə işçilər yoxdur. Yalnız inzibatçı müqavilə əsasında fəaliyyət göstərir. İnzibatçı bildirib ki, onlayn işləyir. Ancaq faktiki olaraq qanunsuz işləyiblər və QSC-ni aldadıblar. Vəzifə saxtakarlığı və dələduzluq edərək, bununla QSC-yə maddi və mənəvi ziyan vurublar. Bununla bağlı onlardan izahat tələb edilsə də, onlar izahat verməkdən boyun qaçırmışlar və icarə obyektindən çıxmamışlar. Həmin icarə obyektinə görə Cavabdeh1 və Cavabdeh2 2020-ci il 1 sentyabr tarixinədək hesablanmış 3.750 manat məbləğində icarə borcu da yaranmışdır.

5. Məhkəmə iclasında Cavabdeh1 öz mövqeyini onunla əsaslandırdı ki, o, yaxın qohumu olan Cavabdeh2 xahişi əsasında 2013-cü ildə fərdi sahibkarlıqla məşğul olmaq üçün özünə VÖEN açdırmış, həmin VÖEN əsasında Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən "A" restoranını müqavilə ilə QSC-dən icarəyə götürərək, işlətmək üçün Cavabdeh2 vermişdir. Həmin restoran onun adına icarəyə götürülsə də, onu həmişə Cavabdeh2 işlətmiş və icarə pullarını da o ödəmişdir. Lakin onun VÖEN-i 2018-ci ildə bağlanmışdır. QSC bundan xəbər tutduqdan sonra onları həmin obyektdən çıxarmağa çalışır. Lakin həmin obyekti Cavabdeh2 tikib-yaratdığı üçün bu iddia haqsızdır. Ona görə də iddia tələbləri tamamilə əsassız olduğu üçün rədd edilməlidir.

6. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, o, 1999-cu ildən fərdi sahibkar kimi fəaliyyət göstərmiş və 2007-ci ildə Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən mübahisəli obyektin yerləşdiyi təxminən 28 sot torpaq sahəsini heç bir sənəd olmadan almışdır. Həmin sahə əvvəl bataqlıq olmuş və o, həmin sahəni təmizlətdirmiş və abadlaşdırmışdır. Lakin 4 ay sonra QSC-nin nümayəndələri həmin yerin və obyektin QSC-yə məxsus olduğunu bildirərək, onu icarə müqaviləsi bağlamaqa məcbur etmişlər. Buna görə də o, məcbur olaraq 2009-cu ildə QSC ilə icarə müqaviləsi bağlamış və həmin torpaq sahəsində yerləşən obyekti, yəni "A" restoranını işlətmişdir. Qızı A-nın adı ilə adlandırdığı həmin restoranı onun özü tikmiş və bununla bağlı bütün xərcləri özü çəkmişdir. Hətta obyektə qaz, su, işıq və kanalizasiya xətlərini də özü çəkdirmişdir. Lakin müvafiq sənədləri olmadığı üçün QSC ilə icarə müqaviləsi bağlamağa məcbur olub, hər ay onlara icarə pulu da vermişdir. 2013-cü ildə isə VÖEN-i bağlandığı üçün yaxın qohumu Cavabdeh1 adına VÖEN açdırıb, həmin obyektlə əlaqədar QSC ilə Cavabdeh1 arasında icarə müqaviləsi bağlatdırmış və həmin icarə müqaviləsi əsasında obyekti özü işlətmişdir. Lakin Cavabdeh1 VÖEN-i 2018-ci ildə bağlandıqdan sonra o, icarə müqaviləsini öz adına dəyişdirmək istəsə də, QSC onunla müqavilə bağlamamışdır. Buna baxmayaraq həmin obyekti həmişə özü işlətmiş və aylıq icarə pullarını da özü ödəmişdir. 2020-ci ilin avqust ayında isə QSC qəti olaraq tələb etmişdir ki, ödənilməmiş qalan icarə pulu borcunu ödəyib obyekti təhvil versin. Lakin o, bunu tamamilə haqsız tələb sayır. Çünki pandemiya ilə əlaqədar 2020-ci il 1 sentyabr tarixinədək 3.750 manat məbləğində icarə pulu borcu yaranmış olsa da, iddiaçı tərəf hazırkı iddianı geri götürdüyü halda, o, həmin icarə pulunu ödəyər və yenə də, icarə pulu ödəməklə həmin obyekti işlədər. Eləcə də mübahisəli obyekti tikib yaradan onun özü olduğu üçün QSC-nin onu həmin obyektdən çıxarmaq ist əməsi tamamilə haqsızlıqdır. Həmin obyektdə hazırda 35 işçi var. 20 işçiylə rəsmi müqavilə bağlanıb, 15 işçi isə muzdla işləyir. İddia tələbləri tamamilə əsassızdır, ona görə də rədd edilməlidir.

7. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli 2-2(119)-599/2020 saylı qətnaməsi ilə: 7.1. iddia qismən təmin edilmiş; 7.2. QSC-yə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 2017-ci il 1 yanvar tarixli 04 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları; 7.3. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2020-ci il 1 sentyabr tarixinə hesablanmış 3.750 manat məbləğində icarə borcu və 15 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 3.765 manat məbləğində pul vəsaitinin QSC- nin xeyrinə tutulması; 7.4. iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Sadiqov).

8. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 8.1. Tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, ünvan1-də yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə QSC-yə məxsusdur və həmin əmlak kompleksində yerləşən və "A" restoranı adı ilə fəaliyyət göstərən sahibkarlıq obyekti 2009-cu ildə Cavabdeh2, 2014-cü ildən isə Cavabdeh1 icarəyə verilmişdir. Həmin sahibkarlıq obyektinin Cavabdeh1 icarəyə verilməsi ilə əlaqədar sonuncu dəfə bir il müddətinə 2017-ci il 1 yanvar tarixli 04 saylı icarə müqaviləsi bağlanmış, müqavilədə icarəçi Cavabdeh1 (VÖEN **********) tərəfindən icarəyə verən QSC-yə hər ay 1.500 manat məbləğində icarə pulunun ödənilməs i nəzərdə tutulmuşdur. 8.2. 2018-ci il 31 dekabr tarixində icarəçi Cavabdeh1 VÖEN-nin fəaliyyəti 5 il müddətinə dayandırılmışdır. Lakin həmin icarə obyekti bütün bu müddət ərzində faktiki olaraq icarəçi Cavabdeh1 yaxın qohumu Cavabdeh2 tərəfindən idarə olunmuşdur. 8.3. 2020-cil ilin avqust ayında QSC icarə münasibətlərinə xitam verildiyi üçün qalıq icarə pulunu ödəyib, icarə obyektini təhvil vermələrini tələb etsə də, Cavabdeh1 və Cavabdeh2 hazıradək həmin icarə obyektini QSC-yə təhvil verməmişlər. İcarəyəverən QSC-yə icarə obyekti təhvil verilmədiyi üçün 2020-ci il 1 sentyabr tarixinədək 3.750 manat məbləğində icarə borcu hesablamışdır. Məhkəmə araşdırması zamanı Cavabdeh1 və Cavabdeh2 həmin icarə borcunun miqdarını mübahisələndirməmişlər. 8.4. Obyektdən Cavabdeh1 və Cavabdeh2 çıxarılmala rı və eləcə də, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2020-ci il 1 sentyabr tarixinə hesablanmış 3.750 manat məbləğində icarə borcunun QSC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Lakin məhkəmə araşdırması zamanı iddia tələbinin digər hissəsi, yəni Cavabdeh1 və Cavabdeh2 QSC-yə dəymiş maddi və mənəvi ziyana görə 10.000 manat təzminatın tutulması tələbinin əsaslılığı isə mötəbər sübutlar əsasında öz təsdiqini tapmamışdır.

9. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1, 152.5, 157.2, 675, 700.1, 701.2.4, 705-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 106.1, 106.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

10. Cavabdeh1 və Cavabdeh2 2020-ci il 24 noya br tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 22(105)-22/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli 2-2(119)-599/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – F.Məmmədov, hakimlər – Z.Məmmədov və H.Babayeva).

12. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 12.1. İş materiallarında olan 2017-ci il 1 yanvar tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyəverən QSC dənizkənarı istirahə t zonasından 3 nömrəli sahəni təsnifatı üzrə müəyyən olan hüdudlarla 150 m2-lik əmlakı ilə əhaliyə xidmət göstərilməsi üçün icarəyəgötürən Cavabdeh1 icarə vermişdir. Aylıq icarə haqqı 1.500 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 isə müqavilə əsasında istirahət zonasının inzibatçısı işləmişdir. 12.2. İş materiallarında olan fiziki şəxsin onlayn fəaliyyət dayandırma ərizəsinin surətindən görünür ki, vergi ödəyicisi Cavabdeh1 2018-ci il 31 dekabr tarixində fəaliyyətini dayandırmışdır. Buna baxmayaraq o, icarəyə götürdüyü obyektdə fəaliyyət göstərməkdə davam etmişdir. 12.3. QSC 2020-ci il 12 avqust tarixli məktubla Cavabdeh1 xəbərdarlıq edərək, 2017-ci il 1 yanvar tarixli icarə müqaviləsinə 2020-ci il 11 avqust tarixdən xitam verildiyini göstərərək, icarəyəgötürəndən fəaliyyətini dayan dırmağı, vergi ödəyicisi kimi fəaliyyəti qüvvədə olan başqa şəxsin adına icarə müqaviləsi bağlamağı təklif etmiş, əks halda istirahət zonasından çıxarılacağı barədə xəbərdar edilmişdir. 12.4. Apellyasiya şikayətində mübahisəli istirahət zonasına dair QSC-nin sənədlərinin olmadığına istinad edilsə də, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1-də yerləşən 1,54 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 304,4 m2 olan əmlak xüsusi mülkiyyəti hüququ əsasında QSC-yə məxsusdur. 12.5. Həmçinin apellyasiya şikayətində QSC-nin məhkəməyə istirahət zonasına dair çıxarışa əlavə edilən texniki pasportu və müəssisənin nizamnaməsini təqdim etmədiyinə istinad edilsə də, həmin sənədl ər məhkəmə kollegiyasına təqdim edilmişdir. Mülkiyyət hüququnu təsdiq edən çıxarış mübahisələndirilmədiyindən, istirahət zonası QSC-nin xüsusi mülkiyyətində olduğundan göstərilən sənədlərin təqdim edilməməsi istirahət zonasının QSC-nin mülkiyətində olması faktını istisna etmir. 12.6. Cavabdeh1 mübahisəli obyektin ona məxsus olduğunu göstərsə də, həmin halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında belə bir sənədinin olmadığını bildirmişdir. 12.7. İş materiallarında olan 2020-ci il 8 sentyabr tarixli arayışdan isə müəyyən olunur ki, QSC-yə məxsus dənizkarı istirahət zonasının 3 saylı sahəsində icarədar Cavabdeh1 tərəfindən görülmüş işlərin məbləği 2014-cü il 7 iyul tarixli akta əsasən 19.828 manatı depozitdə uçota alınaraq 2017-ci il iyul ayınadək icarə haqqı ilə əvəzləşdirməklə tam olaraq bağlanıb. 12.8. Göstərilənlərə əsasən, mübahisəli istirahət zonası QSC-nin mülkiyyətində olduğundan, Cavabdeh1 və Cavabdeh2 mübahisəli sahibkarlıq obyektindəki fəaliyyəti QSC ilə bağlanmış icarə müqaviləsi əsasında həyata keçirildiyindən, həmin icarə üzrə hüquq münasibətlərinə xitam verildiyindən, Cavabdeh1 və Cavabdeh2 həmin sahəyə istifadə və sahiblik hüquqları olmadığından, icarə borcunun miqdarı mübahisələndirilmədiyindən, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır.

13. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, MM-in 152.1, 152.5, 157.2, 700.1, 701.2.4, 705-ci, MPM-nin 384.0.1, 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh2 2021-ci il 19 may tarixində h əmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

15. QSC-nin icarəçilərlə bağladığı müqavilələrdə göstərilmişdir ki, icarə obyektində görülən tikinti-quraşdırma işlərinin əvəzi QSC tərəfindən icarə haqqı ilə əvəzləşdirlməli və ya başqa vasitə ilə ödənilməlidir. Cavabdeh2 0,31166 ha torpaq sahəsində ümumi sahəsi 835,92 m2, əsas sahə 804,96 m2, köməkçi sahə 30,96 m2 daşınmaz əmlakı şəxsi vəsaiti hesabına inşa etmiş, avadanlıqlarla təchiz edərək "A" restoranı fəaliyyətini həyata keçirmişdir. AR ƏMDKY DƏDRX 2 saylı Ərazi İdarəsinin QSC-nin adına verilən 2016-cı il 15 mart tarixli Texni ki pasportda “C” Liter ilə göstərilən "A" iaşə obyektinin tikintialtı sahəsi 152 m2, ümumi sahəsi 130,1 m2 göstərilmişdir. Həmin 130,1 m2 sahəsi olan daşınmaz əmlakı da Cavabdeh2 inşa etmişdir. Lakin QSC həmin 130,1 m2 tikilini xüsusi mülkiyyət kimi qeydiyyata alsa da, qalan təxminən 700 m2 əmlak QSC-nin mülkiyyətinə aid deyildir. QSC Cavabdeh2 tərəfindən aparılan tikinti quraşdırma işlərinin əvəzi olaraq axırıncıya pul ödəməmişdir. QSC iddia ərizəsi ilə Cavabdeh2 və digərləri "A" restoranından çıxarmaqla Cavabdeh2 tikintiyə xərclədiyi vəsaitdən qanunsuz faydalanmaq istəyir. QSC-nin icarəyə verdiyi sahənin 304 m2 olması faktı iş materialları ilə təsdiqini tapmasa da, məhkəmələr səhvə yol vermiş, QSC-nin icarəyə verdiyi sahəni 304 m2 göstərmişlər. Məhkəmənin hesab etdiyi 304 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin qalan hissəsi Texniki Pasportda “K” Liter kimi iaşə obyekti göstərilmiş, tikilialtı sahə 152,4 m2 ümumi sahəsi 100 m2 müəyyən edilmişdir. Texnikin Pasportun “3.Torpaq sahəsinin planı” hissəsində “C” liter tikilidə "xxxx", “K” Liter “Dostluq” qeydi aparılmışdır. "xxxx" “Dostluq”dan 1 km aralıda yerləşir. Yəni məhkəmə qətnaməsində göstərilən 304 m2 tikililər ("xxxx" 152 m2 və “Dostluq” 152,4 m2), torpaq sahəsinin planından görünür ki, biri digərindən 1 km aralıda yerləşir. Apellyasiya instansiyası məhkəməsi texniki tikinti ekspertizasını təyin etməklə qeyd olunan ziddiyyəti, Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan qeyri-yaşayış sahəsinin dəqiq yeri və sahəsini, mövcud tikililərin həcmi və dəyərinə dair halları araşdırmalı olduğu halda bunu etməmişdir.

16. QSC məhkəm əyə müraciət edərək Cavabdeh2 inşa etdiyi və istifadəsində olan əmlakın bir hissəsindən, yəni 130,1 m2–dən çıxarılmasını tələb edir. Mütəxəssislərin rəsmi rəyinə görə, Cavabdeh2 inşa etdiyi 835,92 m2 tikilinin dəyəri 1.209.601 manat, avadanlıqların dəyəri 60.500 manat müəyyən edilmişdir. Cavabdeh2 istifadəsində olan "xxxx" restoranından çıxarılması müqabilində QSC 1.209.601 manat daşınmaz əmlak əvəzi olaraq Cavabdeh2 ödəməlidir. Cavabdeh2 Sumqayıt şəhəri Sahil küçəsi, Sumqayıt Novxanı yolunun sol tərəfində 0,31166 ha torpaq sahəsində ümumi sahəsi 835,92 m2, əsas sahə 804,96 m2, köməkçi sahə 30,96 m2 daşınmaz əmlakı inşa etdiyi, 1.209.601 manat dəyərində olan ("A" restoranı) daşınmaz əmlakları ayırmaq mümkün olmadığından QSC tərəfindən 1.209.601 manat pul Cavabdeh2 ödənildikdən sonra kira yə sahəsindən çıxarılmalıdır. Cavabdeh2 bu barədə iddia ərizəsini Sumqayıt Kommersiya Məhkəməsinə təqdim etmişdir.

17. Kassator kassasiya şikayətini MM-in 14.2.7, 157.6, 157.7, 386.1, 1091, 1092-ci, MPM-in 9.1, 9.3, 88, 217.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. QSC 2021-ci il 1 iyul tarixində kassasiya şikayətinə qarşı etiraz yazaraq, kassasiya şikayətinin əsassız olduğu üçün rədd edilməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 2 mart tarixli 2-2(105)-22/2021 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də ş ikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

20. Cavabdeh2 vəkilinin dedikləri ilə razı olduğunu bildirdi və onun dediklərini təsdiqlədi.

21. Məhkəmə iclasında iştirak edən QSC-nin vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

22. QSC-nin qanuni təmsilçisi vəkilinin dedikləri ilə razı olduğunu bildirdi və onun dediklərini təsdiqlədi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində veril miş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur. “Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur....”

27. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (ic arəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə

701. İcarəyə verilən əşyanın ləvazimatı... 701.2. Əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir:... 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürü lmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir;...” “Maddə

705. İcarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.”

28. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.... 106.3. Tərəfin tələb və etirazlarının ə saslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

384. Apellyasiya instansiyası m əhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;...” “Maddə

385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;...” İİİ. TƏT BİQ EDİLƏN HÜQUQ

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, kassasiya şikayətində göstərilmiş dəlillər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsas deyildir.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin səhvə yol verərək QSCnin icarəyə verdiyi sahəsini 304 m2 göstərməsinə, texniki tikinti ekspertizasını təyin etməklə qeyd olunan ziddiyyəti, cavabdehlərin istifadəsində olan qeyri-yaşayış sahəsinin dəqiq yeri və sahəsini, mövcud tikililərin həcmi və dəyərinə dair halları araşdırmamasına dair kassatorun dəlilini (bax yuxarıda § 15) əsassız hesab edir.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində sözügedən 304,4 m2 sahə QSC tərəfindən icarəy ə verilmiş sahə kimi deyil, ünvan 1-də 1,54 ha torpaq sahəsində yerləşən QSC-yə xüsusi mülkiyyəti hüququ əsasında məxsus olan əmlak (iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən) kimi göstərmişdir (bax yuxarıda § 12.4).

32. Apellyasiya instansiyası məhkəməsinin texniki tikinti ekspertizasını təyin etməklə qeyd olunan ziddiyyəti, cavabdehlərin istifadəsində olan qeyri-yaşayış sahəsinin dəqiq yeri və sahəsini, mövcud tikililərin həcmi və dəyərinə dair halları araşdırmamasına dair dəlilə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq buna lüzum görməmişdir.

33. Belə ki, əvvəla hazırkı proses çərçivəsində cavabdehlər tərəfindən QSC-yə q arşı əmlak tələbi ilə qarşılıqlı iddia qaldırılmamışdır.

34. İkincisi, müqavilə əsasında icarəyə verilmiş obyekt dəqiq məlumdur. Cavabdehlərin də məhkəmənin qətnaməsinə uyğun olaraq məhz həmin obyektdən çıxarılması nəzərdə tutulmuşdur. Çünki həmin icarə müqaviləsinə uyğun olaraq, QSC tərəfindən bu müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. İstənilən halda bu məsələ qətnamənin icrası qaydasında öz həllini tapacaqdır. Aydındır ki, cavabdehlərin onların icarəsinə verilməmiş sahədən (obyektdən) çıxarılması qeyri-mümkündür. Ona görə də bununla əlaqədar hər hansı ekspertiza tədqiqatına ehtiyac yoxdur.

35. İcarəyə verilmiş obyektdə Cavabdeh2 inşa etdiyi 835,92 m2 tikilinin dəyərinin 1.209.601 manat olmasına, həmin vəsait QSC tərəfindən ödənildikdən sonra Cavabdeh2 icarəyə verilmiş sahədən ç ıxarılmasına dair kassatorun dəlili (bax yuxarıda § 16) ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri hesab edir. 36. “Elektron İnformasiya” məhkəmə sisteminin məlumatlarından görünür ki, həqiqətən də Cavabdeh2 QSC-dən onun xeyrinə 1.209.601 manat pul tutulması tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli e-2-2(119)-671/21 saylı qərardadı ilə həmin icraat hazırkı prosesin davam etməsi ilə əlaqədar dayandırılmışdır (hakim – Z.Məmmədov).

37. Göründüyü kimi, Cavabdeh2 inşa etdiyi tikilinin dəyərinin 1.209.601 manat olmasına dair dəlilin əsaslılığına hazırkı məhkəmə prosesi başa çatdıqdan sonra digər məhkəmə icraatı çərçivəsində hüquqi qiymət veriləcəkdir. 38. 1.209.601 manat QSC tərəfindən ödənil dikdən sonra Cavabdeh2 icarəyə verilmiş sahədən çıxarılmasına dair dəlilə gəldikdə isə, hazırkı proses çərçivəsində Cavabdeh2 tərəfindən belə tələblə qarşılıqlı iddia qaldırılmadığından məhkəmə kollegiyasının qənaəti belədir ki, həmin dəlil hazırda QSC-nin iddiasının təmin edilməsi üçün maneə ola bilməz.

39. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 22(105)-22/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar