Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-311/2022 07.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "X3 Təsərrüfatı" MMC-nin cavabdeh X2 qarşı “icarə müqaviləsi üzrə öhdəliyin icrası və dəymiş maddi ziyan ödənilməsi” tələbinə dair ilk iddiası, qarşılıqlı iddiaçı X1 qarşılıqlı iddia tələbi üzrə cavabdeh "X3 Təsərrüfatı" MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə QƏRAR iş № 2-2(102)-311/2022 Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegi yası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli 2-2(103)-811/2021 saylı qətnaməsindən iddiaçı “X3 Təsərrüfatı” MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ
1. İddiaçı "X3 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MMC) cavabdeh X2 (bundan sonra – Z.İmanova) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, MMC ilə Z.İmanova arasında bağlanmış 2019cu il 16 may tarixli icarə müqaviləsinin şərtlərinə əməl edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində Cəmiyyətə dəymiş 110.000 manat maddi zərərin və Cəmiyyətə əldən çıxmış fayda şək lində vurulmuş 150.000 manat maddi zərər olmaqla ümumilikdə 260.000 manat pul vəsaitinin cavabdehdən MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Həmçinin cavabdeh Z.İmanova qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, MMC-dən 2019-cu il 16 may tarixində bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, icarə üzrə 38.333 manat, qazdan istifadəyə görə 14.497.2 manat, işıqdan istifadəyə görə isə 3762 manat və dəymiş zərərə görə 1330 manat borcun, cəmi 57.922 manat borcun tutularaq iddiaçı Z.İmanovanın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 aprel tarixli e-2-2(113)-136/2021 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək MMC ilə Z.İmanova arasında bağlanmış 2019-cu il 16 may tarixli icarə müqaviləsi ləğv edilmiş, MMC-dən icarə haqqı üzrə 15.000 manatın tutularaq Z.İmanovanın xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
4. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 22 sentyabr tarixli, 2-2(103)-811/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansi yası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
7. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.
8. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.1.4-cü maddəsinə əsasən, şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir.
9. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
10. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
11. MPM-in istinad olunan müddəalarından göründüyü kimi, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir, həmçinin, şikayətdə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi isə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
12. Hazırki halda, iddiaçı MPM-ə “Əlavə 3”ə uyğun olaraq cədvəl formasında verilmiş kassasiya şikayətində cədvəlin sol hissəsində MPM-in bir sıra normalarını qeyd etmiş, cədvəlin sağ tərəfində olan hissədə isə işin faktiki hallarını sadalamaqla kifayətlənəklə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq olunmamasının nədən ibarət olmasını göstərməmişdir.
13. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüq uqu olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
14. Göstərilənlərə əsasən MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və onun qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
15. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.1, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 22 sentyabr tarixli, 2-2(103)-811/2021 saylı qətnaməsindən iddiaçı “X4 Təsərrüfatı” MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kas sasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.