Məhkəmə qərarları › İş №2-2(102)-312/2017

Ali Məhkəmə Qərar — İş №2-2(102)-312/2017

12.09.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-312/2017 12.09.2017 ALİ MƏHKƏMƏ 2-2(102)-312/2017 Azərbaycan Respublikası adından QƏRAR 12 sentyabr 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı “İddiaçı” MMC-nin (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2(bundan sonra cavabdehlər) qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-175/2017 saylı, 10 mart 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayətinə baxara q müəyyən etdi: İddiaçı ilə Cavabdeh1 arasında 23.04.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyaya müvafiq miqdarda, keyfiyyətdə, assortimentdə və şərtlərlə, “alıcı”, yəni Cavabdeh1 tərəfindən verilən sifarişin qəbul edilməsi anından sonra malları “alıcı”ya təhvil verməyi, alıcı isə malı hazırkı müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyaya müvafiq miqdarda, keyfiyyətdə, assortimentdə və şərtlərlə qəbul etməyi və ödəniş etməyi üzərinə götürmüşdür. AEO/3 seriyalı 716871 nömrəli qaimə-faktura əsasında 12.05.2014-cü il tarixli HH seriyalı 342013 nömrəli, AEO/3 seriyalı 716870 nömrəli qaimə-faktura əsasında 12.05.2014-cü il tarixli HH seriyalı 342012 nömrəli, AEO/3 seriyalı 715706 n ömrəli qaiməfaktura əsasında 05.05.2014-cü il tarixli HH seriyalı 301627 nömrəli, AEO/3 seriyalı 716160 nömrəli qaimə-faktura əsasında 12.05.2014-cü il tarixli HH seriyalı 342011 nömrəli, AEO/3 seriyalı 714788 nömrəli qaimə-faktura əsasında 28.04.2014-cü il tarixli HH seriyalı 262172 nömrəli elektron vergi hesab fakturaları göndərilmiş və elektron VHF əsasında ümumilikdə 380,56 manat ƏDV dövlət büdcəsinə ödənilmişdir. İddiaçı tərəfindən 03 iyun 2016-cı il tarixdə göndərilmiş bildirişdə iddiaçının Cavabdeh1 1499,25 manat borcun 3 gün ərzində ödənilməsinin tələb edilməsi öz əksini tapmışdır. İddiaçı tərəfindən 22.08.2016-cı il tarixdə göndərilmiş bildirişdə iddiaçının cavabdeh X2 1180,32 manat borcun 3 gün ərzində ödənilməsinin tələb edilməsi öz əksini tapmışdır. İddiaçı cavabdehə qarşı iddi a ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1 318,93 manat əsas borcun, 31,89 manat cərimə borcunun, X2 iddiaçının xeyrinə 1180,32 manat əsas borcun, 118 manat cərimə borcunun, cəmi 1298,32 manat məbləğin tutulmasını tələb etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2016-cı il tarixli rəyinə əsasən təqdim olunmuş iddiaçı ilə Cavabdeh1 adından bağlanmış olan 23 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsinin 3-cü vərəqəsində “alıcı” hissəsində alıcı tərəfdən qrafadakı imza Cavabdeh1 tərəfdən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Cavabdeh1 25.04.2014-cü il tarixli, 714788 nömrəli, 02.05.2014-cü il tarixli, 715706 nömrəli, 05.05.2014-cü il tarixli, 716160 nömrəli, 09.05.2014-cü il tarixli, 716871 nömrəli və ******* nömrəli qaimə faktura əsasında müxtəlif növ mallar verilmişdir. Verilmiş mallar nəticəsində Cavabdeh1 iddiaçıya 1499,25 manat məbləğində ödənilməmiş borc qalığı qalmışdır. Məhkəmə prosesi zamanı cavabdeh tərəfindən irəli sürülən iddiaya əsasən o, yalnız AEO/3 seriyalı 25.04.2014-cü il tarixli 714788 nömrəli qaimə fakturaya imza atmaqla həmin qaimə üzrə malları qəbul etmiş, digər yuxarıda qeyd edilən qaimələrdə isə imzanın ona deyil, məhz X5 aid olduğunu bildirərək malların həmin şəxs tərəfindən qəbu l edildiyini, malların verildiyi ünvanda həmin şəxsin fəaliyyət göstərdiyini və borcun məhz Quluyev Cahid tərəfindən ödənilməli olduğunu iddia etmişdir. X10 tərəfindən məhz Cavabdeh1 adına qəbul edildiyinə dair fikrə etirazını bildirən Cavabdeh1 özünün imza atdığı qaimə faktura üzrə borcunu ödəyəcəyini, digər borcun isə Quluyev Cahiddən tutulmalı olduğunu qeyd etmişdir. Belə olan halda iddiaçı üçün borcun bir və ya bir neçə cavabdehdən tutulması önəmli deyildir, məhz borcun ödənilməsi əhəmiyyət daşıdığından borcun digər hissəsinin X2 tələb edilməsi məqsədəuyğun hesab edilmişdir. X8 ilə telefon əlaqəsi saxlanılan zaman o, borcun ona deyil, məhz Cavabdeh1 aid olduğunu söyləmişdir. Belə olan halda cavabdehlərin izahatlarında uyğunsuzluq və ziddiyyətin olduğu aşkardır. Bu səbəbdən onlar birgə cavabdeh olaraq qoyulmalı və mübahisə araşdırılmalıdır. Yalnız belə olan halda obyektiv və ədalətli qətnamənin qəbulu mümkün olacaqdır. Bu zaman digər Cavabdeh1 əvvəlki məhkəmə prosesində qeyd etdiklərinə zidd olaraq Quluyev Cahidi tanıdığını, qohumluq əlaqələri olduğunu və borcu onun adından ödəyəcəyini bildirmiş, hətta etibarnamə əsasında məhkəmədə onun səlahiyyətli nümayəndəsi olduğunu bəyan etmişdir. Bütün bu hərəkətlər iddiaçının tələblərinin tam əsaslı olduğunu, cavabdehlərin əvvəlcədən birgə sahibkarlıq fəaliyyəti göstərdiyini və malları birgə qəbul etdiklərini və borcları barədə ilk gündən xəbərdar olduqlarını tam əminliklə sübut etmiş olur. Məhkəmə ekspertizası nəticəsində alqı-satqı müqaviləsində imzanın Cavabdeh1 məxsus olmaması onun iddiaçı ilə alqı-satqı münasibətlərində olmad ığını təsdiq etmir. İmzanın ona aid olmaması münasibətin olmaması demək deyildir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3 və 445.7-ci maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-2(82)-1075/2016 saylı iş)25 noyabr 2016-cı il tarixliqətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3-məruzəçi, X6 və X4, 2-2(103)-175/2017 saylı iş) 10 mart 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək Cavabdeh1 360,82 manat, Cavabdeh2 iddiaçının xeyrinə 1333,32 manat tutulması qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarıldığına, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-ci maddələri və Mülki Məcəlləsinin 152-ci maddəsi ilə təsbit olunan hüquqların pozulmasına görə ləğv edilməli, mübahisə ilə bağlı iddianın rədd edilməsi haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10.11.2016-cı il tarixli, 20373 saylı rəyinə əsasən “tərəflər arasında yazılı formada alqı- satqı müqaviləsinin mövcud olmaması və bu səbəbdən də öhdəliyin olmaması da öz təsdi qini tapmış, lakin məhkəmə kollegiyası xüsusi biliyə malik olan ekspertin rəyinə də tənqidi yanaşıb ona obyektiv-hüquqi qiymət verməmişdir. İddiaçı ilə bağlanmış müqaviləyə əsasən o, malları satmaq üçün təhvil verir, malları satdıqdan sonra pulunu ödəyir, mallar satılmadıqda isə həmin çeşiddə onlara təhvil verilir. İddiaçıya pul borcu yoxdur, yalnız satılmayan mallar şəklində borc vardır ki, həmin malları iddiaçıya təhvil vermək istəmiş, lakin onlar malları təhvil almayaraq pulla dəyərini tələb etmişlər. Apellyasiya instansiyası məhkəməsi qətnaməni əsaslandırmaq üçün Mülki Məcəllənin 10.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş elektron vergi hesab fakturaları iddiaçı ilə cavabdeh arasında işgüzar münasibətlərin olmasını təsdiqləyir. Malların alınmasın a dair iddiaçı ilə müvafiq müqavilə bağlanmadığından və olmadığından qanunvericiliyə zidd olan işgüzar adətlərin tətbiqinə yol verilə bilməz. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqdəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. İddiaçı ilə münasibət yazılı formada bağlanmış müqavilədə öz əksini tapmış və müqavilə əsasında alınan malların dəyərini tam məbləğdə ödəmiş, satılmayan mallar isə hazıra qədər mövcuddur, həmin malları iddiaçı qəbul etməkdən imtina edir. İddiaçı ilə yuxarıda qeyd olunan müqavilədən başqa digər müqavilələr bağlanmadığı üçün iddiaçının cavabdehə olan tələbi və məhkəmə kollegiyasının qətnaməsi qanuni və əsaslı ola bilməz. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 324, 326, 328, 329, 386, 406, 407-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçı kassasiya şikayətinə dair etiraz göndərərək şikayətin rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdehlər məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara görə kassasiya şikayətinin dəlillərini əsaslı saym ır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, kassasiya şikayəti yalnız Cavabdeh1 tərəfindən imzalanmış və o, kassasiya şikayətində bütövlükdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşdə Cavabdeh1la yanaşı Cavabdeh2 də cavabdehdir və hər cavabdehə qarşı ayrıca tələb irəli sürülmüş, hər birinə qarşı ayrıca tələbə baxılaraq yuxarıda qeyd edilən qətnamə qəbul edilmişdir. Cavabdeh Cavabdeh2 səlahiyyəllərinin Cavabdeh1 tərəfindən həyata keçirilməsi barədə 17 noyabr 2016-cı il tarixdə notariat qaydada təsdiq edilmiş etibarnamə vermiş, etibarnamənin müddəti 2 ay müəyyən edilməklə 17 yanvar 2017-ci il tarixədək qüvvədə olmuşdur. Cavabdeh1 kassasiya şikayətini 12 may 2017-ci il tarixdə imzalamış, həmin vaxt onun Cavabdeh2 adından kassasiya şikayətini imz alamaq səlahiyyəti olmamış, Cavabdeh2 də kassasiya şikayəti verməmiş, Cavabdeh1 tərəfindən verilmiş şikayəti imzalamamışdır. Əslində Cavabdeh1 kassasiya şikayətində də apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən özünün hüquqlarının pozulmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarının mahiyyətinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 şikayətinə münasibətdə ona aid hissədə yoxlanılmalıdır. Cavabdeh1 qarşı iddia tələbi 318,93 manat əsas borc, 31,89 manat c ərimə borcunun tutulması barədədir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23 aprel 2014-cü il tarixli müqavilənin 2-ci bəndində qeyd edilmişdir ki, bu müqaviləyə əsasən alqı-satqı obyekti olan malın adı və miqdarı qaimə-fakturaya əsasən müəyyən olunur. İşə əlavə edilmiş qaimə-fakturalarda iddiaçının Cavabdeh1 təhvil verdiyi malların adı, ölçüləri, qiymətləri göstərilmiş, Cavabdeh1 malları almasına dair imza etmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsində qeyd edilir ki, bu müqaviləyə əsasən satıcı 2-ci bənddə göstərilən malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür (1-ci bənd); ödəniş nağd olaraq və ya nağdsız qaydada həyata keçirilir (3.3-cü bənd ); müqavilənin şərtlərinə əməl etməyən tərəf Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən məsuliyyət daşıyır (5.1-ci bənd); alıcı ona təqdim edilmiş malın dəyərini müqavilənin 3.2, 3.3 və 3.4-cü bəndlərində nəzərdə tutulmuş müddətdə ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1 % miqdarında penya ödəməlidir. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallara görə Cavabdeh1 müxtəlif vaxtlarda qaimə-faktura əsasında müxtəlif məbləğdə iddiaçıdan mal alsa da, onun dəyərini tam ödəməmişdir. Cavabdeh1 kassasiya şikayətində də bildirmişdir ki, “iddiaçı ilə arasında bağlanmış müqaviləyə əsasən o, malları satmaq üçün bizə təhvil verir, biz malları satdıqdan sonra pulunu ödəyir, mallar satılmadıqda isə həmin çeşiddə onlara təhvil veririk, iddiaçıya pul borcum y oxdur, yalnız satılmayan malların borcu vardır ki, həmin malları onlara təhvil vermək istəmiş, lakin onlar malları təhvil almayaraq pulla dəyərini tələb etmişlər”. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1-ci maddə) İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirilmə zamanı təsadüfən baş vermiş icra müm künsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.1-ci maddə). Cavabdeh iddiaçı qarşısında malların satış pulunu qaytarmağı öhdəsinə götürsə də, götürdüyü öhdəliyə tam əməl etmədiyindən, yuxarıda bəhs olunanlara əsasən Cavabdeh1 aid hissədə iddianı təmin edərkən apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsaslı deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət verilmişdir. İşə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətn aməsi mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-175/2017 saylı, 10 mart 2017-ci il tarixli qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. sədrlik edən: hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar