Məhkəmə qərarları › İş №2-2(102)-312/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-312/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-312/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddiadan imtina olunması, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə B akı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 yanvar tarixli 2-2(103)-27/2025 nömrəli qətnaməsindən verilmiş iddiaçı və Cavabdeh1 kassasiya şikayətləri icraatda olarkən iddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə ərizə nəzərdən keçirilərək aşağıdakı qərar qəbul edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) 2022-ci il 29 sentyabr tarixində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh1”, “Cavabdeh3”, “Cavabdeh4”, “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 056R********** nömrəli krеdit razılaşması üzrə 38.625,41 manat krеdit bоrcu, 10.958,22 manat faiz bоrcu və 28.085,86 manat cər imə borcu olmaqla, cəmi 77.669,49 manat; - 056R********** nömrəli krеdit razılaşması üzrə 116.181,82 manat krеdit bоrcu, 36.175,08 manat faiz bоrcu və 88.095,30 manat cərimə borcu olmaqla, cəmi 240.452,20 manat, 2 kredit razılaşması üzrə ümumilikdə cəmi 318.121,70 manat bоrcun, iddia qaldırmaq üçün ödənilmiş 202 manat dövlət rüsumu, 406 manat mediasiya xərci, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması; - tutmanın ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 31.8121,70 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 202 manat dövlət rüsumu, 406 manat mediasiya xərci, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 ma nat rüsum və 20 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi; - hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 dekabr tarixli e-2-2(113)-184/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş: - cavabdehlərdən müştərək qaydada - 056R********** nömrəli krеdit razılaşması üzrə 37.413,52 manat krеdit bоrcu, 2.749,89 manat faiz bоrcu və 1.870 manat cərimə borcu, 056R********** nömrəli krеdit razılaşması üzrə 116.181,82 manat krеdit bоrcu, 8.140,54 manat faiz bоrcu və 5800 manat cərimə borcu, ödənilmiş 436 manat dövlət rüsumu olmaqla, ümumilikdə 172.591,77 manat pulun tutularaq iddiaçıya ödənilməsi; - tələbin ipoteka predmeti olan Cavabdeh2 məxsus ipoteka predmetlərinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 288.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına ümumilikdə 172.591,77 manat borcun tutularaq iddiaçıya ödənilməsi; - satışdan artıq qalan vəsaitin Cavabdeh2 qaytarılması, ipoteka predmetlərinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması qət edilmiş; - iddia tələbi qalan hissədə təmin olunmamış, ödənilmiş 202 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, aparılm ış ekspertiza tədqiqatı ilə bağlı 250 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 300 manat ekspertiza xərcinin tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).

3. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun - iddianın “faiz və cərimə borclarının qismən təmin olunmuş” hissəsində dəyişdirilməsi, faiz və cərimə borclarının müqavilə müddətinin başa çatdığı tarixə ekspert rəyi ilə müəyyən edilmiş məbləğə uyğun olaraq tutulması, həmçinin məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş rüsumların tam şəkildə borclulardan bankın xeyrinə tutulması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

4. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərə k onun “zaminlər və ipoteka predmetinə” münasibətdə dəyişdirilməsi, zaminliyə xitam verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilməsi və ipoteka predmetinin faktiki dəyərinin müəyyən olunaraq ilkin satış qiyməti kimi qoyulmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 yanvar tarixli 2-2(103)-27/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş: - birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehlərdən müştərək qaydada 056R********** nömrəli krеdit razılaşması üzrə 2.749,89 manat faiz bоrcu, 056R********** nömrəli krеdit razılaşması üzrə 8.140,54 manat faiz bоrcunun tutularaq iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilərək, cavabdehlərdən müştərək qaydada - 056R********** nömrəli krеdit razılaşması ü zrə 7.626,11 manat faiz bоrcu, 056R********** nömrəli krеdit razılaşması üzrə 30.346,42 manat faiz bоrcunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş; - birinci instansiya məhkəməsinin qətnaməsi “ipoteka predmetinin ilkin satış qiymətinin 288.000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilərək, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesindəki 0,0369 ha torpaq sahəsinin ilkin satış qiymətinin 450.000 manat və ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesindəki 0,0369 ha torpaq sahəsinin üzərində yerləşən 238,8 m2 ümumi sahədən ibarət tikilinin ilkin satış qiymətinin 1.418.000 manat məbləğində müəyyən olunması, iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumlarının onların özlərinə aid olunması qət edilmi şdir (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).

6. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Kassasiya şikayətləri icraata qəbul olunmuş, iş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında yazılı icraat qaydasında baxışa təyin edilmişdir.

9. Sonradan iddiaçı elektron məhkəmə sisteminə ərizə daxil edərək bildirmişdir ki, cavabdeh tərəfindən kredit müqavilələri üzrə banka olan əsas borcun bir hissəsi sonradan əldə olunmuş razılaşmaya uyğun olaraq ödənilmiş, həmçinin əsas borcun qalıq hissəsi, o cümlədən faiz və cərimə məbləğləri güzəşt edilərək silinmişdir. Hazırda kredit müqavilələri üzrə borc mövcud deyil və ipoteka predmeti yüklülükdən azad edilmişdir. Ona görə də iddiasından imtina edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin ərizə iddiaçı şirkətin direktoru Davit Tsiklauri tərəfindən imzalanmış və həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarix li qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında göstərilmişdir: “… dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir”. 11. “Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzə rdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə

261. İcraata xitam verilmə əsasları... 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa;...” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, e yni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir....” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 52.1-ci maddəsinin (bax § 11) tələblərinə əsaslanaraq qeyd olunmasını zəruri hesab edir ki, q anunla iddiadan imtina edilməsi iddiaçının hüququ olaraq müəyyən olunmuşdur. Əgər iddiadan imtina edilirsə, o zaman kassasiya instansiyası məhkəməsi MPM-in 417.1.5-ci maddəsinə (bax § 11) əsasən, iş üzrə icraata xitam verə bilər. MPM-in 262.4-cü maddəsinə (bax § 11) görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

13. Nəzərə alınmalıdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir lər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarı - bax § 10).

14. O da qeyd olunmalıdır ki, MPM-in 52.5-ci maddəsinin (bax § 11) tələblərinə görə, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır.

15. Məhkəmə kol legiyası hesab edir ki, hazırkı halda iddiaçının öz iddiasından imtinasının qəbul edilməməsi üçün hər hansı prosessual əsas mövcud deyildir; bu səbəbdən də həmin imtina qəbul olunmalı və apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi MPM-in 417.1.5-ci maddəsində (bax § 11) nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

16. Şərh edilənlərə əsasən və MPM-in 261.0.4 və 417.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 yanvar tarixli 2-2(103)-27/2025 nömrəli qətnaməsi ləğv edilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar