Məhkəmə qərarları › İş №2-2(102)-313/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-313/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-313/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan «X4» ASC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər X1, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi N.Nəcəfzadənin, iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, iddiaçı ləğv prosesində olan «X4» ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 08 iyun tarixli, 2-2(103)-3/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasınd a baxılmışdır.

1. İŞİN HALLARİ

1. İddiaçı ləğv prosesində olan «X4» ASC (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh ASC (bundan sonra – “cavabdeh”) arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 87-72012 nömrəli kredit müqaviləsinə əsasən, borc verən borc alana fabrik üçün avadanlıqların alınması və yeni tikinti işlərinin aparılması üçün 14.000,000 manat məbləğində qısa müddətli kredit xəttinin açılmasını, borc alan isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüş, kredit vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) ay, kredit üzrə faizlər illik 16 faiz, kreditin qaytarılma müddətləri pozulduqda tətbiq olunan faiz dərəcəsi 8 faiz müəyyən edilmişdir. 2. 005023 nömrəli, xx xxxxxx 2012-ci il tarixli qəbzə əsasən iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, 14.000.000,0 manat məbləğində pul vəsaitini kredit olaraq cavabdeh ASC-nin direktoru X2 təqdim etmiş və sonuncu bu barədə qəbzə imza edərək ASC-nin möhürü ilə təsdiq etmiş, iddiaçı tərəfindən verilmiş 9/2450 saylı, xx.xx.2016-cı il tarixli maliyyə arayışına görə, cavabdeh tərəfindən banka xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borcdan 9.568.490,56 manat, faiz borcundan 628.444,44 manat olmaqla, cəmi 10.196.935,0 manat ödəniş edilmiş, müqavilənin bitdiyi xx.xx.2014-cü il tarixə 4.431.509,44 manat məbləğində əsas borc, 327.114,83 manat məbləğində faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən hal-hazıra kimi 5%-lik borcu 403.759,75 manat məbləğində olmaqla, cəmi 5.162.384,02 manat təşkil edir. 3. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2016-cı il 16 avqust tarixli, 2-1(81)1594/2016 saylı qərardadına əsasən lisenziyaları ləğv olunmuş və müflis elan olunmuş “xxxx” ASC-yə və “X4” ASC-yə təyin olunmuş İəğvedicilərin fəaliyyətinə xitam verilmiş və həmin banklara ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.

4. İddiaçı cavabdehə pretenziya qaydasında xx xxxxxxxx 2016-cı il tarixdə bildiriş ünvanlayaraq, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 5.378.050,81 manat məbləğində borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddi a ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 4.431.509,44 manat məbləğində əsas borcun, 730.874,58 manat məbləğində faiz borcunun, ümumilikdə 5.162.384,02 manat məbləğində kredit borcunun, 31,0 manat məbləğində dövlət rüsumunun və bank rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il 29 dekabr tarixli, 87-720-12 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə fabrik üçün avadanlıqların alınması və yeni tikinti işlərinin aparılması üçün 24 ay müddətinə, illik 8% hesablanmaqla 14.000.000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin 2.4 və 2.5-ci bəndlərinə əsasən, “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır və bu tarix 2014-cü il 29 deka br tarixdə bitir; 2.6-cı bəndinə əsasən, bu müqavilənin 2.5-ci bəndi ilə nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir; 3.1-ci bəndinə əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 8 (səkkiz) faizlə hesablanır; 3.2-ci bəndinə əsasən, kredit üzrə faizlər bu müqavilənin 2.3-cü bəndində nəzərdə tutulan tarixdən hesablanır və hər ayın 30 tarixindən gec olmayaraq “Borcalan” tərəfindən “Bank”a ödənilir.

7. Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilə müddətinin bitdiyi 2014-cü il 29 dekabr tarixinə 4.431.509,44 manat əsas borcu, 327.114,83 manat faiz borcu, həmin tarixdən 2016-cı il 23 noyabr tarixə kimi 403.759,75 manat 5%-lik borcu, ümumilikdə 5.162.384,02 manat borcu yaranmış, iddiaçı tərəfindən borcun qaytarılması barədə cavabdehə yazılı və şifahi xəbərdarlıq olunsa da, müsbət nəticə verməmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 oktyabr tarixli, 2-2(82)137/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 4.431.509,44 manat məbləğində əsas borc, 730.874,58 manat məbləğində faiz borcu olmaqla, cəmi 5.162.384,02 manat məbləğində kredit borcu, 31,0 manat məbləğində dövlət rüsumu və bank rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – H.Babayeva).

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehə İ4,000,000 (on dörd mily on) manat məbləğində pul vəsaitini kredit vermiş, borclu isə krediti 24 ay müddətində qaytarmağı və kreditdən istifadə ilə bağlı illik 8 faiz ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas və faiz borcu yaranmış, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, cavabdehin müqavilə müddətinin bitdiyi xx.xx.2014-cü il tarixə ödənilməmiş 4.431.509,44 manat əsas borcu vardır, həmçinin cavabdehə müqavilənin bitdiyi tarixə 327.114,83 manat, müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 403.759.75 manat məbləğində 5 %-lik faiz borcu olmaqla, ümumilikdə 730,874.58 manat məbləğində faiz borcu hesablanmışdır.

10. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 385.1, 386, 739, 442, 443.1, 448.1- ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarının tələblərinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 01 mart tarixli, 2-2(103)-112/18 saylı qətnaməsi ilə (hakim C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 oktyabr tarixli, 2-2(82)-137/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.. Apelyasiya instansi yası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda §§ 10-13) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

14. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2018-ci il 19 sentyabr tarixli, 22(102)-339/18 saylı qərarı ilə (hakim İ.K.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2018-ci il 01 mart tarixli, 2-2 (103)-112/18 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Apelyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi təqdim etdiyi maliyyə arayışındakı məlumatları tam və hərtərəfli yoxlamaq, mübahisənin düzgün həlli üçün iddiaçının nümayəndəsinə cavabdehə verilmiş kreditin məbləğindən aylar üzrə ödənilmiş əsas borc, faiz və qalıq borca dair müfəssəl maliyyə arayışının təqdim olunmasını təklif etmiş və məhkəmə iclasını təxirə salmışdır. Lakin, iddiaçının tələb olunan müfəssəl maliyyə arayışını təqdim etmədiyinə, habelə cavabdehə verilmiş kreditin məbləğindən aylar üzrə ödənilmiş əsas borc, faiz və qalıq borca dair maliyyə arayışının təqdim olunmasını zəruri edən şərtlərin aradan qalxdığını göstərən hallara dair işdə (o cümlədən, Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində) hər hansı məlumatın olmadığına baxmayaraq, Apelyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün zəruri he sab etdiyi sübutetmə vasitəsini əldə etmədən qətnamə qəbul etmiş, bu zaman borcun ümumi məbləği ilə bağlı gəldiyi nəticənin əsası kimi mötəbərliyini məhkəmənin özünün də şübhə altına aldığı maliyyə arayışına istinad etmişdir (səhifə 267).

17. Məhkəmə öz qərarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 08 iyun tarixli, 2-2(103)-3/2020 saylı qətnaməsi ilə (hakim V.Ə.Baxışova) cavabdehin Apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 oktyabr tarixli, 2-2(82)-137/2017 saylı qətnaməsi qismən - faiz borcunun tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 327.114,83 manat faiz borcunun tutulması, faiz borcunun tutulması barədə iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, Bankın zərər və əldən çıxmış fayda ilə bağlı tələbi olmadığı halda, cavabdehdən bankın xeyrinə 403.759,75 manat məbləğində illik 5% faiz tutulması qənaətinə gəlmişdir. İddia ərizəsində faiz tələbinin bir hissəsinin 5 faizlə hesablandığı qeyd edilsə də, tələbin hüquqi əsaslandırılması hissəsində iddiaçı MM-nin 445-ci və ya 449-cu maddələrinə istinad etməmiş, cavabdehdən kredit öhdəl iyinin icra müddəti bitdikdən sonra əldən çıxmış fayda və zərərin tutulmasını xahiş etməmişdir. Buna görə də qətnamə cavabdehdən faiz borcunun tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 327.114,83 manat faiz borcu tutulmalı, faiz borcu qalan hissədə rədd edilməlidir. Həmçinin iddiaçı tərəfindən kredit üzrə öhdəliyin təminatı olaraq girov qoyulmuş T.Qurbanov və Ə.Paşayevə məxsus səhmlər hesabına ödənilməsi üçün hər hansı tədbir görülməməsi, nəticədə cavabdehin faiz borcunun artmasına dair apelyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

20. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 295, 442-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı həmin qətnamədən kassasiya şikayəti ve rmiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ 1.1. Kassasiya şikayətinin dəlilləri 22. xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən xx.xx.2012-ci il tarixli, 87-720-12 saylı kredit müqaviləsinə görə cavabdehin Banka olan borcu müqavilənin bitdiyi xx.xx.2014-cü il tarixə əsas borc üzrə 4.431.509,44 (dörd milyon dörd yüz otuz bir min beş yüz doqquz manat 44 qəpik) manat; faiz borcu üzrə 327.114,83 (üç yüz iyirmi yeddi min bir yüz on dörd manat 83 qəpik) manat; müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 5 %-lik borcu 403.759,75 (dörd yüz üç min yeddi yüz əlli doqquz manat 75 qəpik) manat təşkil edir. Həmçinin iddia ərizəsinin “əsaslandırıcı” hissəsində qeyd olunmuş məlumatlar eynilə maliyyə arayışında olduğu kimi qeyd edilmiş, yəni faiz borcu ilə 5 %-lik borc ayrı-ayrılıqda göstərilmiş, sadəcə olaraq iddianın “xahiş edirəm” hissəsində faiz borcu ilə 5 %-lik borc birləşdirilərək, 730.874,58 manat şəklində qeyd edilmişdir. Bundan əlavə, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 4133 saylı ekspert rəyində gəldiyi nəticə Bank tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə eynilik təşkil etmişdir. 23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarının tələblərinə müvafiq olaraq kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanm aqla faiz borcunun (əldən çıxmış fayda) tutulması hər hansı şərtlə məhdudlaşdırılmamışdır.

24. Kassasiya şikayəti Mülki Məcəllənin 373.2, 385.1, 390.1, 443, 445.1, 448.1, 449.1, 739.2-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı cavabdeh tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı 25.İddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. 26.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. 27.Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın va xtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 28.Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 30.İddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğvini xahiş etsə də məhkəmə qətnaməsini yalnız müqavilənin bitdiyi tarixdən məhkəməyə müraciət edilən anadək illik 5% olaraq hesablanmış və təmin edilməmiş 403.759,75 manat məbləğində faiz borcu hissəsində mübahisələndirmişdir (MPM-nin 403 və 416-cı maddələri). 31.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da Apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

2. TƏTBİQ EDİLƏN HÜQUQ

32. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları is tisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çata nadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi”. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə a ldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. Maddə 218.3Qətnamə çıxarıldıqda həll edilən məsə lələr Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Maddə

418. Apelyasiya instansiyası qərardadının ləğv edilməsinin əsasları məhkəməsinin qətnaməsinin və ya 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması Apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 08 iyun tarixli, 2-2(103)-3/2020 saylı qətnaməsi qismən, 403.759,75 manat məbləğində faiz borcunun rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 403.759,75 manat məbləğində faiz borcu tutulmalı, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməlidir.

35. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edərkən ona istinad etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, Bankın zərər və əldən çıxmış fayda ilə bağlı tələbi olmadığı halda, cavabdehdən b ankın xeyrinə 403.759,75 manat məbləğində illik 5% faiz tutulması qənaətinə gəlmiş, iddia ərizəsində faiz tələbinin bir hissəsinin 5 faizlə hesablandığı qeyd edilsə də, tələbin hüquqi əsaslandırılması hissəsində iddiaçı MM-nin 445-ci və ya 449-cu maddələrinə istinad etməmiş, cavabdehdən kredit öhdəliyinin icra müddəti bitdikdən sonra əldən çıxmış fayda və zərərin tutulmasını xahiş etməmişdir.

36. İş materiallarındakı xx xxxxxx 2012-ci il tarixli, 87-720-12 nömrəli kredit müqaviləsinə əsasən, borc verən borc alana fabrik üçün avadanlıqların alınması və yeni tikinti işlərinin aparılması üçün 14.000.000 manat məbləğində qısa müddətli kredit xəttinin açılmasını, borc alan isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq f aizləri borcverənə qaytarmağı öhdəsinə götürmüş, kredit vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) ay, kredit üzrə faizlər illik 16 faiz, kreditin qaytarılma müddətləri pozulduqda tətbiq olunan faiz dərəcəsi 8 faiz müəyyən edilmişdir.

37. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən xx.xx.2012-ci il tarixli, 87-720-12 saylı kredit müqaviləsi üzrə cavabdehin Banka olan borcu müqavilənin bitdiyi xx.xx.2014-cü il tarixə əsas borc üzrə 4.431.509,44 manat; faiz borcu üzrə 327.114,83 manat; müqavilənin bitdiyi tarixdən halhazıra kimi 5 %-lik borcu 403.759,75 manat təşkil edir, həmçinin iddia ərizəsinin “əsaslandırıcı” hissəsində qeyd olunmuş məlumatlar eynilə maliyyə arayışında olduğu kimi qeyd edilmiş, yəni faiz borcu ilə 5 %-lik bo rc ayrı-ayrılıqda göstərilmiş, sadəcə olaraq iddianın “xahiş edirəm” hissəsində faiz borcu ilə 5 %-lik borc birləşdirilərək, 730.874.58 manat şəklində qeyd edilmiş, bundan əlavə, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 4133 saylı ekspert rəyində gəldiyi nəticə Bank tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə eynilik təşkil etmişdir.

38. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilləri ilə razılaşaraq Apelyasiya instansiyası məhkəməsinin 403.759,75 manat məbləğində faiz borcunun tutulması üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Belə ki, iddia ərizəsinin əsaslandırıcı hissəsində kredit müqaviləsi üzrə müqavilə müddəti ərzində və müqavilə müddəti bitdikdən sonra hesab lanmış faiz borcları ayrılıqda qeyd edildiyindən və sonda isə həmin məbləğlərin cəmini təşkil edən ümumi faiz məbləği birlikdə tələb edildiyindən bu hal iddia tələbini həmin hissədə də təmin edən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz.

39. Digər tərəfdən iddia ərizəsində tələbin maddi hüquqi əsasının tam dəqiqliklə qeyd edilməməsi həmin tələbin əsassız olması nəticəsinə gəlmək üçün yetərli deyildir. Əksinə mülki prosessual qanunvericiliklə hər hansı iddia tələbinə baxılarkən həmin iş üzrə çıxarılan məhkəmə qətnaməsində bütün maddi və prosessual hüquq normalarının göstərilməsi məhz işə baxan məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Bundan əlavə apelyasiya məhkəməsi 403.759,75 manat məbləğində faizin iddia ərizəsində məhz illik 5% faiz hesablandığını qeyd etmiş, məhkəmə ekspertizası təyin edilərkən də ekspert qarşısında kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək kredit öhdəliyi üzrə əsas borcun ödənilməməsinə görə illik 5% olmaqla faiz borcunun miqdarının müəyyən edilməsi barədə konkret sual qoyulmuş və ekspert tərəfindən həmin suala da dəqiq cavab verilmişdir. Buna baxmayaraq apelyasiya məhkəməsi tələbin hüquqi əsaslandırılması hissəsində iddiaçının MM-nin 445-ci və ya 449-cu maddələrinə istinad etmədiyini qeyd edərək iddia tələbini bu hissədə təmin etməmiş, halbuki iş materiallarına əsasən 403.759,75 manat faiz məbləğinin məhz MM-nin 445-ci və ya 449-cu maddələrinə əsasən hesablandığı aydın olur.

40. Bundan əlavə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399. 3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir... Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfi ndən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır..... Müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir...... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icra sı üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur... Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla n əzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.

41. İşin faktiki hallarına əsasən cavabdeh tərəfindən banka xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcdan 9.568.490,56 manat, faiz borcundan 628.444,44 manat olmaqla, cəmi 10.196.935,0 manat ödəniş edilmiş, müqavilənin bitdiyi xx.xx.2014-cü il tarixə cavabdehin banka borcu 4.431.509,44 manat məbləğində əsas borc, 327.114,83 manat məbləğində faiz borcu, müqavilənin bitdiyi tarixdən məhkəməyə müraciət edilən tarixə kimi 5%-lik borcu 403.759,75 manat məbləğində olmaqla, cəmi 5.162.384,02 manat təşkil edir (i.v. 32) və i şin bu halları Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 4133 saylı ekspert rəyi ilə tamamilə təsdiq edilir, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılanadək cavabdehə xəbərdarlıq edilərək iş üzrə əsas borcla birlikdə hesablanmış faiz borcunun da ödənilməsi xahiş edilsə də, işin həmin halları, apelyasiya instansiyası məhkəməsi tərəfindən Bankın zərər və əldən çıxmış fayda ilə bağlı tələbinin olmaması kimi düzgün qiymətləndirilməmiş, bu isə sonda qanunsuz məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir.

42. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, iddia tələbinin təmin edilməyən bu hissəsi məhz Mülki Məcəllənin 445.7-ci maddəsi və onun şərhinə dair Konstitusiya Məhkəməsinin Plenum qərarının düzgün tətbiq edilməməsi ilə əlaqədardır və iddia tələbinin bu hissəs i ilə bağlı hər hansı əlavə araşdırma aparılması və sübutların qiymətləndirilməsi zərurəti yoxdur.

43. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən qismən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 08 iyun tarixli, 2-2(103)-3/2020 saylı qətnaməsi qismən, 403.759,75 manat məbləğində faiz borcunun rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılaraq, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 403.759,75 manat məbləğində faiz borcu tutulmalı, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

45. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 08 iyun tarixli, 2-2(103)-3/2020 saylı qətnaməsi qismən, 403.759,75 manat məbləğində faiz borcunun rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılsın. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdehdən iddiaçının xeyrinə 403.759,75 manat məbləğində faiz borcu tutulsun. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar