Məhkəmə qərarları › İş №2-2(102)-313/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-313/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-313/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-313/2021 Bakı şəhəri 2021-ci il 28 iyul Açar sözlər: kredit müqaviləsi üzrə borcun ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilərək tutulması tələbinə iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi, Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin vəkili Vəkil1 iştirakı ilə, i ddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı “borcun tutularaq ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-2(107)-13/2021 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh3 arasında bağlanmış 2014-cü il 8 avqust tarixli 317/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh3 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14.500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 faiz olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafi kə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2.5-ci bəndinə əsasən, borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə, hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 faizi cərimə və vaxtı keçmiş kredit üzrə 12 faiz ödəyir.

3. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 2014cü il 8 avqust tarixli 317/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan İsmayıllı rayonu X kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin dəyəri 24.500 manat qiymətləndirilmişdir. 4. 2019-cu il 7 oktyabr tarixli bildirişlə Əmanətlərin Sığortalanması Fon du tərəfindən Cavabdeh3 kredit borcunun restrukturizasiya edilməsi məqsədilə banka müraciət etməsi təklif olunmuşdur.

5. Cavabdeh3 tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuş ərizəsində görünür ki, cavabdeh onunla restrukturizasiya müqaviləsinin bağlanması xahişi ilə Əmanətlərin Sığortalanması Fonduna yalnız 2020-ci il 29 sentyabr tarixdə müraciət etmişdir.

6. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışa əsasən, Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-yə 2019-cu il 1 mart tarixinə əsas kredit borcu 14.500 manat təşkil etmişdir. Restrukturizasiya olunması təklif olunan kredit məbləği 14.500 manat məbləğində müəyyən edilmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restruk turizasiya edilməsi təklif olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 (bundan sonra mətndə cavabdehlər) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 14.500 manat əsas, 1.986,04 manat faiz 1.766,58 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq 2.156,73 manat olmaqla, cəmi 20.409,35 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rü sumunun Cavabdeh2 iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 və Cavabdeh2 məxsus İsmayıllı rayonu, X kəndi ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin ondan bankın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında 2014-cü il 8 avqust tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabehə illik 6 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 14.500 manat məbləğində kredit vəsaiti verilmiş, kredit müqaviləs inin təminatı olaraq Cavabdeh1 ilə eyni tarixli ipoteka müqaviləsi bağlanmış və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan İsmayıllı rayonu, X kəndi ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, Cavabdeh2 bankdan aldığı krediti və ona hesablanmış faizləri müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürsə də, xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.

9. Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli, e-2-2(117)-366/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Rüfət Məcidov).

10. Həmin məhkəmə bildirmişdir ki, qanunvericiliyin tələbi baxımından hazırki mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit mü qaviləsi müddətinin bitmə anı ilə müəyyən edilir. Kredit müqaviləsi 3 il müddətinə 2014-cü il 8 avqust tarixdə bağlanılmış və müddəti 2017-ci il 8 avqust tarixdə bitmişdir. 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi 2017-ci il 8 avqust tarixdən hesablanır ki, iddia müddəti ərzində cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmiş və iddia müddətinin axımının kəsilməsinə səbəb olan hal mövcud olmamışdır. Beləliklə iddia müddəti 2017-ci il 8 avqust tarixdə başlanılmış və 2020-ci il 8 avqust tarixdə bitmişdir. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə həmin müddət bitdikdən sonra, 2020-ci il 9 sentyabr tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. Məhkəmə hesab etmişdir ki, əsas iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən, iddia müddəti əlavə tələblər üzrə də keçmiş sayılmalıdır.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 373.2, 374.1, 375.2, 376-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli, 2-2(107)-13/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi qismən Cavabdeh2 14.500 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumuna görə vəsaitin iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan digər cavabdehlə Cavabde h1 və Cavabdeh2 məxsus, İsmayıllı rayonu, X kəndində yerləşən fərdi yaşayış evinə (0,25 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə olunan vəsaitin hesabına kredit borcunun ödənilməsi hissəsində təmin edilmişdir. Məhkəmə kollegiyasının qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 24.500 manat müəyyən edilmişdir (sədrlik edən hakim Mirbahəddin Hüseynov, hakimlər Elçin Hüseynov və Gündüz Abbasov).

14. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı kredit mübahisələri üzrə iddia müddətinin axımını dayandıran amil kimi təzahür etmi şdir. Həmin Fərmanın icra müddətinin onun təsiri altına düşən kredit müqavilələri üzrə iddia müddətindən çıxılmalı olduğu nəzərə alındıqda, hazırki iddia tələbi üzrə iddia müddətinin iddiaçı tərəfindən ötürülmədiyi nəticəsinə gəlmək mümkün olur. Bu səbəbdən, birinci instansiya məhkəməsini iddia müddətinin keçməsi barədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

15. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanında banklara vaxtı keçmiş borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit bor clarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətinə həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Fərmana əsasən, problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur.

16. Lakin iddiaçı borcluya münasibətdə göstərilən Fərmandan irəli gələn güzəştləri tətbiq etməmiş, borclu ilə bağlanmış kredit müqaviləsi restrukturizasiya olunmamış və onunla güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanmamışdır. Halbuki, restrukturizasiya tətbiq olunmaqla yeni kredit müqaviləsi bağlanılsa idi, Fərmanın tələbinə müvafiq olaraq iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz borcunu və cəriməni silməli, yeni kredit müqaviləsini əsas qalıq borca görə bağlamalı idi. İddiaçı tərəfindən restrukturizasiya edilməli olan olan kredit məbləğinin restrukturizasiya olunmaması nəzərə alaraq iddia tələbinin əsas qalıq borca münasibətdə təmin edilməsinin, restrukturizasiya ilə silinməli olan faiz borcu və cəriməyə aid hissəsində isə təmin edilməməsinin qanuni və ədalətli olması nəticəsinə gəlmişdir.

17. Həmçinin, tərəflər ipoteka predmetinin qiymətini mübahisələndirmədiyindən ip oteka predmetinin ilkin satış qiyməti tərəflərin razılığına əsasən 24.500 manat müəyyən edilmiş və iddia tələbi borcun ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 379.1.3, 379.4, 386.1, 739.1, 739.2, 442, 448.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3, 39.3.3, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 19. 2021-ci il 2 aprel tarixdə apellyasiya məhkəməsinin qətnaməsi iddiaçıya, 2021-ci il 31 mart tarixdə isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təqdim edilmişdir. 20. 2021-ci il 15 aprel tarixdə iddiaçı tərəfindən kassasiya şikayəti verərək, qətnamə ilə faiz borcu, cərimə məbləği, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutulmasının təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul eilməsi xahiş edilmişdir. 21. 2021-ci il 31 may tarixdə cavabdehlər tərəfindən kassasiya şikayəti verilərək onun ləğv olunması və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasın xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) İd diaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri 22. 2019-cu il 28 fevral tarixdə Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı imzalamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 may tarixli, 2-1(103)-305/2019 saylı qərardadı ilə iddiaçının Fondunun ərizəsi təmin edilərək qeyd olunan Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə, bir sıra fəaliyyətlərin həyata keçirilməsinə icazə verilməsi qərara alınmışdır.

23. Bundan sonra ləğvedici bütün banklar üzrə, LPO İddiaçı ASC daxil olmaqla Azərbayca n Respublikasının Mərkəzi Bankı ilə birlikdə Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edilməsini araşdırmasına başlamışdır və fərmanın təsirinə düşüb-düşməyən kreditlərin siyahısının hazırlanmasına başlamışdır.

24. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nə borcu 2019-ci il 1 mart tarixinə əsas kredit borcu (manat ekvivalentində) 14.500 manat təşkil etmi şdir. Restrukturizasiya olunması təklif olunan kredit məbləği 14.500 manat məbləğində müəyyən edilmiş və Cavabdeh2 restrukturizasiya olunması təklif olunmuşdur.

25. Hal-hazırda Əmanətlərin Sığortalanması Fonduna iddiaçının Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın təsirinə düşən müştərilərin kredit borclarının restukturizasiyası üçün bütün lazımı tədbirlər görür. Belə ki, Fərmanın təsirinə düşən müştərilə telefon və poçt vasitəsi ilə borcların restukturizasiyasına dəvət edir, ərizələr qəbul edir və yeni müqavilələr bağlayır. Həmin müqavilərdə fərmana uyğun olaraq yalnız əsas borc məbləği 5 il müddətinə, 1% olmağ la olmağla restukturizasiya olunur. Müqavilənin digər maddələri, o cümlədən təminat hissələri dəyişilmədən qalır. Həmin fərmanın heç bir maddəsində fərmanın təsirinə düşən müqavilələrinin məhkəmələr tərəfindən restrukturizasiya olunmayan kredit müqavilərinin faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği borclarının silinməsi səlahiyyətləri verilməmişdir.

26. Cavabdeh2 iddiaçıya kredit müqaviləsi üzrə olan borcunun tərkib hissələri olan müddət sonuna hesablanan 1.986,04 manat məbləğində faizi, 1.766,58 manat cəriməni və 2.156,73 manat müddəti bitdikdən sonra hesablanmış faiz məbləğinin tutulmasını təmin edilməsi barədə yeni qətnamə qə bul edilməlidir.

27. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum Qərarına istinad etmişdir. b) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri

28. Mübahisəli kredit müqaviləsinin müddəti 2017-ci il 8 avqust tarixində bitmiş, cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddəti ərzində iddiaçıya hər-hansı ödənişlər aparılmamış və iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə elektron kabinet vasitəsilə yalnız 2020-ci il 9 sentyabr tarixdə müraciət edilmişdir.

29. Apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019cu il 28 fevral tarixli Fərmanının kredit müqavilələri üzrə iddia müddətinin axımını dayandıran amil kimi qəbul olunması qanunsuz olmuşdur. Belə ki, iddiaçı tərəfindən həmin Fərmanın tələblərinə uyğun olaraq hazırki mübahisə ilə bağlı heç bir tədbir görülməmiş və hər-hansı hərəkət edilməmişdir.

30. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 373.2, 375.1, 376, Azərbaycan Respublikası MPM-in 88, 106.1, 217.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 2001-ci il tarixli Qərarına istinad etmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qa rşı tərəflər etiraz təqdim etməmişdirlər. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamə ilə faiz borcu, cərimə məbləği, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutulmasının təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına b axmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. İş üzrə tərəflər apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisəl əndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

372. İddia müddəti anlayı şı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsi ndən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddəti nin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə

379. İddia müddəti axımının dayandırılması 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır:... 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə;...” 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşıma lıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə geci kdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Də bbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 37. 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ” Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuşdur: “...

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin;...

6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqavilə si bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər....

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi m in) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;... 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər;... 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur....”

38. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə m əhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaba qcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.”

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 noyabr tarixli Qərarı: “... Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfd ən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst- üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı)...”

40. Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» 2009-cu il 07 iyul tarixli qərarında iddia müddətinin məqsədi ilə bağlı qeyd etmişdir ki, «Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, ponetsial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müıəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir». IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh2 arasında bağlanmış 2014-cü il 08 avqust tarixli 317/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14500 manat kredit verilmiş, borcalan Cavabdeh2 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada ill ik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 2014-cü il 08 avqust tarixli 317/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan İsmayıllı rayonu X kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, 14500 manat kredit borcu qalmış, nəticədə tərəflər arasında müqavilə tələbi üzrə hazırkı mübahisə yaranmışdır.

42. Apellyasiya instansiyası məhkəməsi iddianın əsas borcun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi hissəsində əsaslı olması qənaətinə gələrək göstərmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin 1 ay ötürül məsi müəyyən olunsa da, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı hazırki mübahisə üzrə iddia müddətinin axımının moratorium (öhdəliklərin icrası üçün möhlət) səbəbindən dayandırılmasının əsasını təşkil etmişdir (MM-in 379.1.3). Bu səbəbdən, məhkəmə tərəfindən Fərmanın icra müddəti onun təsiri altına düşən kredit müqavilələri üzrə iddia müddətindən çıxılmaqla iddia müddəti ötürülməmiş hesab edilməlidir.

43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilməmişd ir.

44. Belə ki, MM-in iddia müddətinin axımının dayandırılmasını tənzimləyən 379-cu maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət müəyyənləşdirdikdə iddia müddətinin axımı dayandırılır. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.

45. Lakin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında öhdəliklərin icrası üçün hər hansı möhlət verilməsi nəzərdə tutulmamış, banklara vaxtı keçmiş kredit borcu olan fiziki şəxs lərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədəolan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir (Fərmanının 6-cı bəndi).

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanın hazırki mübahisə üzrə iddia müddətinin axımının moratorium (öhdəliklərin icrası üçün möhlət) səbəbindən dayandırılmasının əsasını təşkil etməsi barədə apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi MM-in 379-cu maddəsinin tələbləri nə zidd olmuşdur.

47. İddiaçı tərəfindən iddia müddətinin ötürülüb-ötürülməməsinə gəldikdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019cu il 27 mart ********** saylı “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.

48. Hazırki halda, işin müəyyən edilmiş hallarına görə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavab deh2 kredit borcunun restrukturizasiya edilməsi məqsədilə 2019cu il 07 oktyabr tarixli bildiriş ünvanlanmış, lakin sonuncu tərəfindən kredit borcunun restruktrizasiya edilməsi məqsədilə ləğv prosesində olan Banka və ya Əmanətlərin Sığortalanması Fonduna müraciət edilməmişdir.

49. Göründüyü kimi, iddiaçı 2019-cu ilin dekabrın 31-dək, cavabdehin kredit borcunun restruktrizasiya edilməsi məqsədilə banka müraciət etməməsini nəzərə alaraq, həmin tarixdən sonra kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin işin materialı ilə müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı hazırkı tələblə bağlı iddia ərizəsi birinci instansiya məhkəməsinə 2020-ci il 9 sentyabr tarixdə daxil olmuş və 2020-ci il 10 sentyabr tarixli qərardadla isə icraata qəbul edilmişdir. Ap ellyasiya instansiyası məhkəməsinin də müəyyən etdiyi kimi, iddiaçı tərəfindən iddia müddəti 1 ay ötürülməklə məhkəməyə müraciət olunmuşdur.

50. Beləliklə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini (bax yuxarıda 28-30-cu bəndlər) əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddianın qismən təmin edilməsi hissəsində işə yenidən baxılmalı və həmin hissədə iddia tələbinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 noyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə və (bax yuxarıda 39cu bənd) və MM-in iddia müddətinə dair normalarına uyğun hüquqi qiymət verilməlidir.

51. İddiaçının kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası aşağıdakıl ara görə əsassız hesab edir.

52. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında, onun qəbul edilməsində məqsədin baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Restrukturizasiyanın özü əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Bu məqsədlə Fərmanın ayrı-ayrı bəndlərində qeyd olunmuşdur ki,... ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit b orclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir (2-ci bənd);... həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək,... (3.2-ci bənd); banklara tövsiyyə edilsin ki:... fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər (6.3-cü bənd); borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər (6.3-cü bənd).

53. Məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının faiz və cərimənin tutulması tələbinə düzgün o laraq qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qiymət vermiş və belə qənaətə gəlmişdir ki, cavabdehlə restrukturizasiya tətbiq olunmaqla yeni kredit müqaviləsi bağlanılsaydı, Fərmanın tələbinə müvafiq olaraq, iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz borcunu və cəriməni silməli, yeni müqaviləni əsas qalıq borca görə bağlamalı olacaqdı. Çünki faizlərin silinməsi dedikdə Fərmana görə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə və penya) silinməsi başa düşülür (8.9-cu bənd). Banklar borclulardan Fərmanın təsiri altına düşən kreditlər üzrə faiz və cərimə borclarını deyil, yalnız əsas borcları tələb edə bilərlər. Bu səbəbdən, iddiaçının tələbinin faiz borcu və cəriməyə aid olan hissədə təmin etməməklə apellyasiya məhkəməsi düzgün nətic əyə gəlmişdir.

54. Həmçinin qeyd edilməlidir ki, iddiaçı kassasiya şikayətində iş üzrə qətnaməni ipoteka predmetinin satışından əldə olunan vəsait borcunun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması tələbinin təmin edilməməsi hissəsində də mübahisələndirsə də, həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı maddi və ya prosessual hüquq normasının pozulması götərilməmişdir.

55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının tələblərinin pozulmasına görə qismən - iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenid ən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 56.Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 22(107)-13/2021 saylı qətnaməsi qismən - iddianın qismən təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar