Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-313/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı xxxxx cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: tələbin ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı xxxxx cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borc tələbinin ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 22(103)-120 1/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. xxxxxx ilə QSC “Bank Standard” KB arasında 2016-cı il 2 fevral tarixli, KBS161823 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə Mərkəzi Bank QSC “Bank Standard” KB-yə 2016-cı il 2 fevral tarixindən etibarən 20.000.000 (iyirmi milyon) manat məbləğində, illik 3 faiz dərəcəsi ilə sonuncu instansiya krediti verir. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit 2017-ci il 27 yanvar tarixinədək verilir. 2. xxxxx, Cavabdeh2 MMC və QSC “Bank Standard” KB arasında 2016-cı il 2 fevral tarixdə İBS16-1823/2 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə ipoteka predmetləri xxxxx ipoteka ilə yüklü edilmiş Cav abdeh2 MMCyə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və xxxxx ipoteka ilə yüklü edilmiş Cavabdeh2 MMCyə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzildir. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 1.753.000 manat məbləğində qiymətləndirilmişdir. 3. xxxxx, Cavabdeh1 MMC və QSC “Bank Standard” KB arasında 2016-cı il 02 fevral tarixdə İBS16-1823/3 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə ipoteka predmeti: Mərkəzi Bankda ipoteka ilə yüklü edilmiş "xxxx" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsind ə yerləşən 10.716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksidir. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 19.400.000 (on doqquz milyon dörd yüz min) manat məbləğində qiymətləndirilmişdir
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışla müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh1 MMC-dir.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışla müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respubli kası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh2 MMC-dir.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışla müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh2 MMC-dir. 7. xxxxx ilə QSC “Bank Standard” KB arasında 2016-cı il 15 aprel tarixli, KBS161839 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə Mərkəzi Bank QSC “Bank Standard” KB-yə 15 aprel 2016-cı il tarixindən etibarən 6 ay müddətinə 15.000.000 (on beş milyon) manat məbləğində, illik 7 faiz dərəcəsi ilə, kredit xətti (müxbir hesabın overdraftı) formasında sonuncu instansiya kredi ti verir. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit 17 oktyabr 2016-ci il tarixinədək verilir. 8. xxxxxx, ”Standard Lizinq” MMC və QSC “Bank Standard” KB arasında 2016-cı il 16 aprel tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə “Standard Lizinq" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 5 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzil Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə sonrakı ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka predmetlərinin ümumi dəyəri 1.753.000 manat məbləğində qiymətləndirilmişdir.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan m üəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsi Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh2 MMC-dir.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, ünvan 4 ünvanında mənzil Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh2 MMC-dir. 11. xxxxx, ”AJC” MMC və QSC “Bank Standard” KB arasında 2016-cı il 16 aprel tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə xxxxx MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m ü mumi sahədən ibarət əmlak kompleksi Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə sonrakı ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 19.400.000 (on doqquz milyon dörd yüz min) manat məbləğində qiymətləndirilmişdir.
12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüququ yüklü edilən şəxs Cavabdeh1 MMC-dir.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarə sinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 2016-cı il 25 noyabr tarixli, **********56 saylı məktubundan müəyyən edilir ki, Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında yerləşən əmlak kompleksinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 2016-cı il 25 noyabr tarixli, **********55 saylı məktubundan müəyyən edilir ki, Cavabdeh2 MMC-yə məxsus ünvan 4 saylı evin, - saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə tinin Bakı şəhər Ərazi İdarəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 2016-cı il 25 noyabr tarixli, **********25 saylı məktubundan müəyyən edilir ki, Cavabdeh2 MMC-yə məxsus ünvan 4 saylı qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. 16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 4 oktyabr tarixli, 2-1(81)4498/2016 saylı qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və iflas proseduruna başladılmışdır. Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-nin ləğvedicisi təyin edilmişdir. 17. "xxxx" MMC tərəfindən verilmiş 2019-cu il 27 sentyabr tarixli, ƏEM/İ 51-685/19 saylı mütəxəssis rəyinə əsasən 2019-cu il 27 sentyabr tarixinə Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Saly an şossesi küçəsi, 22-ci km ünvanında 8,0 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış (likvid) dəyərinin 6.173.000 manat təşkil etməsi, Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 5 ünvanında yerləşən 213,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) dəyərinin 319.500 manat təşkil etməsi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 5 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzilin ilkin satış (likvid) dəyəri 685.000,0 (altı yüz səksən beş min) manat təşkil etməsi müəyyən edilmişdir. 18. "xxxx" MMC tərəfindən verilmiş 2020-ci il 1 iyun tarixli, ES/001- 023/20 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Saly an şossesi küçəsi, 22-ci km ünvanında 8,0 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin 2020-ci il 1 iyun tarixinə ilkin satış qiymətinin 6.568.000 manat, Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 5 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin 2020-ci il 1 iyun tarixinə ilkin satış qiymətinin 788.100 manat və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 5 ünvanında yerləşən 187 kv.m ümumi sahəsi olan mənzilin 2020-ci il 1 iyun tarixinə ilkin satış qiymətinin 1.159.000 manat təşkil etməsi müəyyən edilmişdir. 19. “X4.” MMC tərəfindən verilmiş 2021-ci il 17 may tarixli, 02-QHM/05-21 saylı qiymətləndirmə hesabatına əsasən Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında yerləşən daşınmaz əmlakın 2021-ci il 28 aprel tarixinə bazar dəyəri 13.849.337 manat, o cümlədən daşınmaz əmlak üçün 13.358.372 manat və əmlaka quraşdırılmış avadanlıqlar üçün 490.965 məbləğində müəyyən edilmişdir. Qiymətləndirilən əmlakın likvid dəyəri 10.018.779 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
20. İddiaçı xxxxx (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə (üçüncü şəxs xxxxxx) qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO QSC “Bank Standard” KB-nin 2016-cı il 2 fevral tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 manat məbləğində əsas borc, 79.166,67 m anat məbləğində faiz borcu olmaqla, ümumilikdə 10.079.166,67 manat və 2016-cı il 15 aprel tarixli KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə 12.252.469,87 manat məbləğində əsas borc, 7164 manat faiz borcu olmaqla, ümumilikdə 12.259.633,87 manat olmaqla, hər iki kredit müqaviləsi üzrə cəmi 22.338.800,54 manat məbləğində kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 187 kv.m ümumi sa hədən ibarət mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakların ilkin satış qiymətləri (likvid qiymət) göstərilməklə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına QSC “Bank Standard” KB-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə borclu QSC “Bank Standard” KB arasında 2016-cı il 2 fevral tarixli KBS16-1823 nömrəli və 2016-cı il 15 aprel tarixli KBS16-1839 nömrəli kredit müqavilələri bağlanmışdır. 2016-cı il 2 fevral tarixli kredit müqaviləsinə əsasən X5 Heyətinin qərarı əsasında QSC “Bank Standard” KB-yə illik 3% olmaqla 2017-ci il 27 yanvar tarixədək ödənilməsi şərti ilə 20.000.000 manat məbləğində kredit verilmişdir. Müqavilədə kredit üzrə əsas borcun 2017-ci il 27 yanvar tarixə kimi ödənilməli olduğu göstərilmişdir. 2016-cı il 15 aprel tarixli KBS16-1839 nömrəli kredit müqaviləsi əsasında X5 Heyətinin qərarı əsasında QSC “Bank Standard” KB-yə illik 7% olmaqla 6 ay müddətinə 15.000.000 manat məbləğində kredit verilmişdir. Müqavilədə kredit üzrə əsas borcun 2016-cı il 17 oktyabr tarixə kimi ödənilməli olduğu göstərilmişdir.
22. Bu kredit müqavilələri üzrə öhdəliklərin təminatı olaraq 2016-cı il 2 fevral tarixli və 2016-cı il 16 aprel tarixli ipoteka müqavilələrinə əsasən aşağıdakı əmlaklar ipoteka ilə yüklü edilmi şdir: Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 5 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Cavabdeh2 MMCyə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 5 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzil, Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi.
23. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016cı il tarixli 2-1(81)-4498/2016 nömrəli qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsi davam etdirilir. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələbləri QSC “Bank Standard” KB-nin ləğvedicisinə xx.xx.2016-cı il tarixli, 05-01002-2016 nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır.
24. QSC “Bank Standard” KB-nin xx.xx.2016-cı il tarixinə iddiaçı qarşısında kredit müqavilələri üzrə borcu aşağıdakı kimidir: xx.xx.2016-cı il tarixli, KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 manat əsas borc, 79.166,67 manat faiz borcu olmaqla, ümumilikdə 10.079.166,67 manat; xx.xx.2016-cı il tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə 12.252.469,87 manat əsas borc, 7.164 m anat faiz borcu olmaqla, ümumilikdə 12.259.633,87 manat. Göstərilən kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.2016-cı il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır.
25. İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişləri ipoteka qoyanlar Cavabdeh1 MMC-yə xx.xx.2016-cı il tarixli, 05-00994-2016 nömrəli, Cavabdeh2 MMC-yə xx.xx.2016-cı il tarixli, 05-00993-2016 nömrəli məktublarla göndərmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli, * *********56 nömrəli, xx.xx.2016-cı il tarixli, **********25 nömrəli və xx.xx.2016-cı il tarixli, **********55 nömrəli məktubları ilə bildirişlərin qeydə alındığı bildirilmişdir.
26. Göstərilənlərə əsasən, qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilmədiyi, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, eləcə də müflis elan edilmiş bankın maliyyə öhdəliklərini icra etməsi imkanında olmaması ilə əlaqədar iddiaçı qarşısındakı kredit borcunun ödənilməsini təmin etmək məqsədilə ipoteka qoyanlara məxsus olan ipoteka predmetlərinə tutma yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, onların satışından əldə edilən vəsait hesabına iddiaçıya olan kredit borcları, həmçinin tutmanın yönəldilməsi ilə əla qədar bütün xərclər ödənilməlidir. 27. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qeyd edir ki, ipoteka predmetlərinin hazırkı likvid qiymətləri barədə tərəflər arasında razılaşm a olmadığından ipoteka predmetləri məhkəmənin təyin etdiyi müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməli və ilkin satış qiymətləri (yəni likvid qiymət) qətnamədə öz əksini tapmalıdır.
28. Bundan sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xx.xx.2016-cı il tarixli, KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə 9.469.166,67 (doqquz milyon dörd yüz altmış doqquz min yüz altmış altı manat altmış yeddi qəpik) manat kredit borcunun, xx.xx.2016-cı il tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə 12.252.469,87 (on iki milyon iki yüz əlli iki min dörd yüz altmış doqquz manat, səksən yeddi qəpik) manat əsas borc, 7.164,00 (yeddi min yüz altmış dörd) manat faiz borcu olmaqla, ümumilikdə hər ik i kredit müqaviləsi üzrə 21.728.800,54 (iyirmi bir milyon yeddi yüz iyirmi səkkiz min səkkiz yüz əlli dörd) manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 5 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və ünvan 5 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzilə tutma yönəldilməsi və həmin daşınmaz əmlakların ilkin satış qiymətləri (likvid qiymət) göstərilməklə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olu nmuş pul vəsaitləri hesabına QSC “Bank Standard” KB-nin qeyd olunan kredit müqavilələri üzrə iddiaçı qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
30. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 iyun tarixli, 2-2(113)-15/2021 saylı qətnaməsi ilə iddia təmin edimişdir. Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında 9.469.166,67 manat kredit borcunun və xx.xx.2016-cı il tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə 12.252.469,87 manat məbləğində əsas borc, 7.164 manat faiz borcu olmaqla, cəmi 12.259.633, 87 manat məbləğində kredit borcunun, ümumilikdə 21.728.800,54 manat məbləğində borcun ödənilməsi üçün Cavabdeh1 MMC-yə xüsusi hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə, Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə və ünvan 1 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilə tutma yönəldilməsi, həmin əmlakların ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracda satılması, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən i barət əmlak kompleksinin ilkin satış qiymətinin 6.568.000 manat məbləğində; ünvan 1 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 788.000 manat məbləğində; ünvan 1 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilin ilkin satış qiymətinin 1.159.000 məbləğində müəyyən edilməsi, əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbi (ipotekanın qeydə alınması ardıcıllığı ilə əvvəl xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə borc tələbi, sonra isə xx.xx.2016-cı il tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə borc tələbi) və tutma yönəldilməsi ilə bağlı xərclərin ödənilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin satışından əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda artıq qalmış məbləğin Cavabdeh1 MMC-yə qaytarılması, ünvan 1 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin və ünvan 1 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilinin satışından əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda artıq qalmış məbləğin Cavabdeh2 MMC-yə qaytarılması qət edilmişdir (hakim L.Əliyeva).
31. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, QSC ”Bank Standard” KB 02 fevral 2016-cı il tarixli, KBS161823 saylı və 15 aprel 2016-cı il tarixli, KBS16-1839 saylı kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliklərin vaxtında icrasını təmin etmədiyindən iddiaçı nın “İpoteka haqqında” Qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
32. İddiaçı tərəfindən ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” AR Qanununda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təmin edilmişdir.
33. İpoteka predmeti olan əmlaklar cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə məxsus olmaqla ləğv prosesində olan QSC “Bank Standard” KB-nin aktivi hesab edilmədiyindən “Banklar haqqında” AR Qanununun 81-ci maddəsinin mübahisəli hüquq münasibətinə tətbiqi istisna edilir.
34. Bununla yanaşı, məhkəmə hazırkı iş üzrə mübahisəli ipoteka müqavilələrinin sonrakı ipot eka müqaviləsi olmasını, yəni tutmanın yönəldilməsi qət edilən ipoteka predmetinin əvvəllər digər öhdəliklərin icra edilməsinin təminatı olaraq ipoteka ilə yüklü edildiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldilməsi və əmlakın açıq hərracdan satılması həyata keçirilərkən “İpoteka haqqında” Qanunun 9.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır.
35. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8,0 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiymətinin (likvid dəyəri) müəyyən edilməsi məsələsinə gəldikdə məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri sayır ki, məhkəmə araşdırması gedişində alınmış 3 mütəxəssis rəyindən ikisində müəyyən edilmiş ilkin satış qiymətləri əhəmiyyətli dərəcədə fərqlən mədiyi halda ("xxxx" MMC tərəfindən 6.173.000 manat, "xxxx" MMC tərəfindən 6.568.000 manat) sonuncu mütəxəssis rəyi ilə müəyyən edilmiş ilkin satış qiyməti (10.018.779 manat) əvvəlki rəylərlə müəyyən edilmiş qiymətlərdən kəskin surətdə fərqlənir (fərq təxminən üç milyon yarım manata bərabərdir). Belə olan halda, məhkəmə “X4.” MMC tərəfindən verilmiş mütəxəssis rəyinin iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etdiyini nəzərə alaraq həmin rəydə müəyyən edilmiş bazar qiyməti və likvid dəyəri ağlabatan hesab etmir.
36. Digər tərəfdən məhkəmə Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən mütəxəssis rəyinin xx.xx.2019-cu il tarixdə, "xxxx" MMC tərəfindən mütəxəssis rəyinin isə xx.xx.2020ci il tarixdə verildiyini, eləcə daşınmaz əmlak bazarında qiymətlərin daim dinamikada olmasını nəzərə alaraq ipoteka predmetləri olan əmlakların likvid dəyərinin daha sonrakı (qətnamənin qəbul edildiyi tarixə daha yaxın) tarixdə verilmiş rəyə əsasən müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.
37. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetləri olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 6.568.000 manat məbləğində; ünvan 1 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 788.000 manat məbləğində; ünvan 1 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilinin ilkin satış qiyməti 1.159.000 məbləğində müəyyən edilməlidir.
38. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra – “MM”) 269, 270.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 1.0.9, 3.1, 4.1, 10.4, 11.1, 11.2, 34.1, 39.3, 41.1-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
39. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
40. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-2(103)-1201/2021 saylı qərardadı ilə Cavabdeh1 MMC-nin və üçüncü şəxs LPO QSC “Bank Standard” KB-nin apelyasiya şikayətləri qismə n təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-15/2021 saylı 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir (hakimlər V.Baxışova (sədrlik edən məruzəçi), H.Həmidov, R.Qurbanov).
41. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinin tələblərinin hazırkı mübahisə üzrə tətbiq edilməli olmadığına dair düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan bütün aktivlərin açıq hərracda satılmasının ləğvedici tərəfindən həyata keçirilməli olduğu nəzərdə tutulduğundan, ləğvetmə prosesi çərçivəsində həll edi lməli olan tələbə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxıla bilməz.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci və 384.0.5-ci maddələrinin tələbinə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-15/2021 saylı 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
43. Məhkəmə gəldiyi nəticəni “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81, 82-ci, MPM-in 261.0.1 və 384.0.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
44. Qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, onun ləğv edilərək, işin yenidən baxılmaq üçün apelyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
45. Qanunverici ləğvetmə prosesi çərçivəsində yalnız bank aktivlərinə daxil olan girova (ipotekaya) qoyulmuş əmlakların ləğvedici tərəfindən satışını nəzərdə tutmuşdur. Hazırki iş üzrə iddia tələbinin predmeti isə ləğv prosesində olan bankın aktivinə daxil olmayan, onun öhdəliklərinin təminatı üçün üçüncü şəxs tərəfindən ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsindən ibarətdir. İpotekaya qoyulmuş əmlak xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxslərə, yəni Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə məxsusdur və bu əmlaklar heç bir hissədə bankın aktivlərinə daxil deyildir.
46. Qanunvericilik ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu, o cümlədən məcburi qaydada yönəldilməsi hüququnu yalnız ipoteka saxlayana verir və üçüncü tərəfin bu hüquqdan istifadə olunmasını nəzərdə tutmur.
47. Azə rbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən, hakim Ə. Əliyev, hakimlər A.Kalbalıyev və V.İbayev) ləğv prosesində olan "xxxx" ASC-nin kredit borcu üzrə cavabdehlər X1 və X2 qarşı iş üzrə qəbul olunmuş qərarında Mərkəzi Bankın ipoteka saxlayan kimi hüquqları məhkəmə tərəfindən müdafiə olunmuş və haqlı olaraq məhkəmə belə qərara gəlmişdir ki, “Banklar haqqında” Qanunun 81-ci maddəsində qanunverici üçüncü şəxslərin mülkiyyətində olan və ipotekaya qoyulmuş əmlakların deyil, bankın aktivlərinə daxil olan əmlakların ləğvedici tərəfindən hərracda satılmasını və bunun yalnız açıq hərrac vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Həmçinin qeyd edilən maddədə ipotekaya qoyulmuş əmlakların məhkəmə qaydasından kənar ləğvedici tərəfindən müstəqil surətdə satılmasına dair müddəa yoxdur. Belə ki, qanunverici ipotekaya qoyulmuş əmlaka tələbin yönəldilməsini müvafiq iddia verilməklə məhkəmə qaydasında həyata keçirilməsini nəzərdə tutmuşdur.
48. Kassasiya şikayəti Mülki Məcəllənin 6.2, 317.1, 319.1-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.3 və 81-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikay ət mümkün hesab edilmişdir.
51. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
53. Mülki Proses sual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 54. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: M a d d ə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;...” 55. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakıl ar nəzərdə tutulur: M a d d ə 7
7. Tələblərin qəbulu... 77.3. Tələbləri bank aktivlərinin girovu (ipotekası) ilə təmin edilmiş bank kreditorları öz tələblərini tələb məbləği ilə aktivin açıq hərracda ehtimal edilən satış dəyəri arasındakı fərq məbləğində qeydə aldıra bilərlər. Bu şəkildə qeydə alınmış hər hansı tələb hərrac başa çatanadək və ya aktiv bu Qanunun 81-ci maddəsinə uyğun digər şəkildə satılanadək icra olunmur....”
56. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, maddi hüquq normalarının tələbləri pozulduğundan iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-2(103)1201/2021 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir.
58. İş üzrə icraata xitam verən apelyasiya məhkəməsi ona istinad etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinin tələblərinin hazırkı mübahisə üzrə tətbiq edilməli olmadığına dair düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda kreditorların banka qarşı təsdiqlənmiş tələblərin in təminatı olan bütün aktivlərin açıq hərracda satılmasının ləğvedici tərəfindən həyata keçirilməli olduğu nəzərdə tutulduğundan, ləğvetmə prosesi çərçivəsində həll edilməli olan tələbə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxıla bilməz.
59. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, qanunverici ləğvetmə prosesi çərçivəsində yalnız bank aktivlərinə daxil olan girova (ipotekaya) qoyulmuş əmlakların ləğvedici tərəfindən satışını nəzərdə tutmuşdur. Hazırki iş üzrə iddia tələbinin predmeti isə ləğv prosesində olan bankın aktivinə daxil olmayan, onun öhdəliklərinin təminatı üçün üçüncü şəxs tərəfindən ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsindən ibarətdir. İpotekaya qoyulmuş əmlak xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxslərə, yəni Cavabdeh1 MMC və Cavab deh2 MMC-yə məxsusdur və bu əmlaklar heç bir hissədə bankın aktivlərinə daxil deyildir. Qanunvericilik ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu, o cümlədən məcburi qaydada yönəldilməsi hüququnu yalnız ipoteka saxlayana verir və üçüncü tərəfin bu hüquqdan istifadə olunmasını nəzərdə tutmur.
60. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır.
61. Belə ki, iş materiallarına əsasən QSC ”Bank Standard” KB 02 fevral 2016-cı il tarixli, KBS16-1823 saylı və 15 aprel 2016-cı il tarixli, KBS16-1839 saylı kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliklərin vaxtında icrasını təmin etmədiyindən iddiaçının “İpoteka haqqında” Qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmış, iddia çı tərəfindən ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” AR Qanununda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təmin edilmişdir.
62. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, ipoteka predmeti olan əmlaklar cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə məxsus olmaqla ləğv prosesində olan QSC “Bank Standard” KB-nin aktivi hesab edilə bilməz, iş üzrə iddia tələbinin bilavasitə yönəldiyi cavabdehlər hüquqi şəxs olaraq ləğv edilməmişlər, ipoteka predmetləri isə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə QSC “Bank Standard” KB arasında bağlanmış 2016-cı il 2 fevral tarixli, KBS16-1823 saylı kredit müqaviləsi üzrə bir il müddətinə, 3 faiz dərəcəsi ilə verilmiş 20.000.000 (iyirmi milyon) manat məbləğində, 2016cı il 15 aprel tarixli, KBS16-1839 saylı kredit müqaviləsi üzrə 6 ay müddətinə verilmiş 15.000.000 manat məbləğlərində kreditlərin təminatıdır.
63. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, 2016-cı ildən keçən altı ilə yaxın müddət ərzində ləğvedici “Banklar haqqında” Qanunun 81-ci maddəsinin ona verdiyi, Mərkəzi Bankın kreditor tələblərinin təminatı olan ipoteka predmetlərinin açıq hərracdan satılması üzrə səlahiyyətlərindən istifadə etməmiş, nəticədə xüsusi ilə külli miqdarda, dövlətin mülkiyyəti hesab edilən kredit məbləğlərinin dövlətə qaytarılması təmin edilməmişdir.
64. Qeyd edilənlərə əsasən, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya məhkəməsi tərəfind ən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, kassasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-2(103)-1201/2021 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ:
66. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-2(103)-1201/2021 saylı qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.