Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-314/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "X" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh "X" MMC-yə qarşı "borc" tələbinə dair iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli, 2-2(104)-20/2023 saylı qətnaməsindən iddiaçı tərəfində n verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları 1. "xxxx" ASC ilə "X" MMC arasında bağlanmış 2012-ci il 24 iyul tarixli 026 nömrəli kredit müqaviləsinin şərtlərinə görə, "X" MMC-yə bank tərəfindən illik 7% olmaqla, 60 ay müddətinə 200.000 manat məbləğində borc pul verilməsi nəzərdə tutulmuşdur. 2. "xxxx" ASC ilə "X" MMC arasında bağlanmış 2013-cü il 25 iyul tarixli 024 nömrəli kredit müqaviləsinin şərtlərinə görə, "X" MMC-yə bank tərəfindən illik 8% olmaqla, 60 ay müddətinə 24 aylıq güzəştlə 2.000.000 manat məbləğində borc pul verilməsi nəzərdə tutulmuşdur. 3. "xxxx" ASC ilə "X" MMC arasında bağlanmış 2014-cü il 16 sentyabr tarixli 204 nömrəli kredit müqaviləsinin şərtlərinə görə, "X" MMC-yə bank tərəfindən illik 6% olmaqla, 36 ay müddətinə 18 aylıq güzəştl ə 15.000 manat məbləğində borc pul verilməsi nəzərdə tutulmuşdur. 4. 2017-ci il 23 iyun tarixli müəssisədəki payın alğı-satqısı müqaviləsinin şərtlərinə görə, X9 "X" MMC-dəki payını X2.
5. X10 İddiaçı ASC-nin rəhbərliyinə ünvanladığı ərizənin surətindən görünür ki, heyvandarlığın inkişafı üçün "X" MMC-nin adına olan 2012-ci il 24 iyul tarixində verilmiş 200.000 manat, 2013-cü il 25 iyul tarixində verilmiş 800.000 manat, 2013-cü il 26 iyul tarixində verilmiş 800.000 manat, 2013-cü il 29 iyul tarixində verilmiş 400.000 manat, 2014-cü il 17 sentyabr tarixində verilmiş 15.000 manat və müasir heyvandarlıq kompleksinin yaradılması üçün X8 adına olan 10.000.000 manat öhdəliklərin ona ötürülməsi üçün lazımi sərəncam verilməsini xahiş etmişdir. Kreditin vaxtında ödənilməsi məsuliyyətini bilmiş və b ununla tam razı olmuşdur. "X" MMC, müəssisəsinin kapitalının alqı-satqı müqaviləsinə əsasən ona məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ləğv prosesində olan "xxxx" ASC (bundan sonra-“iddiaçı”) 2019-cu il 13 sentyabr tarixində cavabdeh "X" MMC-yə (bundan sonra -“cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 2012-ci il 24 iyul tarixli 026 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 105.555,48 manat, hesablanmış faiz 2.674,79 manat, cərimə borcu 2.572,07 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 14.490,42 manat olmaqla, cəmi 125.292.76 manat, 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 1.995.215,31 manat, hesablanmış faiz 261.761,16 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 152.966,51 manat olmaqla, cəmi 2.409.942,98 manat və 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 14.909,72 manat, hesablanmış faiz 1.424,87 manat, cərimə borcu 593,23 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1.622,67 manat olmaqla, cəmi 18.550,49 manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin § 1-3-də göstərilmiş halları əsaslandırılaraq göstərilmişdir ki, cavabd eh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməmişdir. 2012-ci il 24 iyul tarixli 026 nömrəli, 2013-cü il 25 iyul tarixli 024 nömrəli və 2014-cü il 16 sentyabr tarixli 204 nömrəli kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi barədə cavabdehə müraciət olunsa da, borc məbləği ödənilməmişdir.
8. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- “MM”) 442, 443.1, 445.1, 448.1, 449.1, 465.2-ci maddələrinə istinad edilmişdir.
9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.
10. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 23 oktyabr tarixli, e-2-2(083)628/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 2012-ci il 24 iyu l tarixli 026 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 105.555,48 manat, hesablanmış faiz – 2674,79 manat, cərimə borcu 2572,07 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 14.490,42 manat olmaqla, cəmi 125.292,76 manat, 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 1.995.215,31 manat 31 qəpik, hesablanmış faiz 261.761,16 manat, cərimə borcu 0.00 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 152.966,51 manat olmaqla, cəmi 2.409.942,98 manat və 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 14.909,72 manat, hesablanmış faiz 1424,87 manat, cərimə borcu 593,23 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1622,67 manat olmaqla, cəmi 18.550,49 manat məbləğində pul və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – K.Rzayev).
11. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 2014-cü il 24 iyul, 2013-cü il 25 iyul və 2014-cü il 16 sentyabr tarixli kredit müqavilələri üzrə iddiaçı tərəfindən cavabdehə kredit verilmiş, cavabdeh isə müqavilələrin şərtlərini pozmuş, ona olunmuş xəbərdarlığa baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
12. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli 2 nömrəli Qərarına; MPM-in 14.2, 77.1, 80, 81, 88, 106.1, 216.1, 217, 218.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh 2019-cu il 25 noyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin 2020-ci il 2 mart tarixli, 2-2(104)-28/2020 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunaraq, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020ci il 11 noyabr tarixli 4/376 saylı ekspert rəyindən görünür ki, 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsinin 2-ci və rəqində “Borcalan” qrafasında “X9” yazılarının önündəki imza X9 tərəfindən icra olunmuşdur. 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsinin 1-ci vərəqinin aşağı sağ tərəfindəki imza və 2-ci vərəqində “Borcalan” qrafasında “X9” yazılarının önündəki imza X9 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.
16. Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyul tarixli, 2-2(104)-09/2021 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021ci il 20 oktyabr tarixli 4/1340 saylı rəyinə əsasən, işin 216-cı vərəqəsində X4 adına olan 2014-cü il 26 sentyabr tarixli 7 85907 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imza, həmin çekin arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalar X9 tərəfindən icra olunmuşdur. İşin 215-ci vərəqəsində X5 adından olan 2012-ci il 24 iyul tarixli 501501 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imza, həmin çekin arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalar X11 tərəfindən yox, başqa şəxs tərəfindən imza edilmişdir. İşin 215-ci vərəqəsində X5 adından olan 2012-ci il 24 iyul tarixli 501501 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imza, həmin çekin arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalar X9 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hiss əsinin “3” bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Həmin bənddə göstərilmişdir ki, tədqiq olunan imzalar, ekspertizaya təqdim edilmiş mülki işin 215-ci vərəqəsində H.Hüseynovun adından olan 2012-ci il 24 iyul tarixli 501501 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imzadan, həmin çekin arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalardan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzaları S.Hüseynovun xətt və imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzada qrafik materialın azlığı, tədqiq olunan imzanın oxşadılmaqla icra olunması müqayisə vaxtı imkan vermir ki, tədqiq olunan imzaların S.Hüseynov tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, həmin imzaların S.Hüseynov tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı.
18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 dekabr tarixli, 2-2(104)-09/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, cavabdehdən 14.909,72 manatın tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir, məhkəmə xərci qismində ekspertiza tədqiqatının dəyəri olan 299 manatın iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuş, apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir (sədrlik edən– A.Hüseynzadə, hakimlər – L.Süleymanov və Ş.Rzaquliyev).
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə 2012-ci il 24 iyul tarixli 026 nömrəli kredit müqaviləsinə əsasən, illik 7% olmaqla, 60 ay müddətinə 200.000 manat, 2013-cü il 25 iyul tarixli 024 nömrəli kredit müqaviləsinə əsasən, illik 8% olmaqla, 60 ay müddətinə 24 aylıq güzəştlə 2.000.000 manat və 2014-cü il 16 sentyabr tarixli, 204 nömrəli kredit müqaviləsinə əsasən, illik 6% olmaqla, 36 ay müddətinə 18 aylıq güzəştlə 15.000 manat məbləğində borc pul verildiyini iddia etsə də, iddiaçının iddiası öz təsdiqini tapmamışdır.
20. Belə ki, məhkəmə iclasında müstəqil tələb sürməyən üçüncü şəxs S.Hüseynov izahat verib bildirmişdir ki, 2012-ci il 24 iyul tarixli kredit müqaviləsindəki imza ona məxsus olsa da, bank tərəfindən ona kredit müqaviləsində göstərilən pul məbləği verilməmişdir. Buna görə də həmin kredit müqaviləsi üzrə pulun götürülməsini təsdiq edən çekdəki imzanın S.Hüseynova məxsus olması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, lakin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 20 oktyabr tarixli 4/1340 saylı rəyi ilə 2012-ci il 24 iyul tarixli 501501 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imzanın, həmin çekin arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzaların H.Hüseynov tərəfindən yox, başqa şəxs tərəfindən imza edilməsi müəyyən edilmişdir. Beləliklə, 2012-cü il 24 iyul tarixli 026 nömrəli kredit müqaviləsi üzrə müqavilənin bağlanılması müəyyən edilsə də, müqa vilədə nəzərdə tutulan 200.000 manat pul məbləğinin cavabdehə verilməsi sübut olunmamışdır. Buna görə də iddianı həmin müqavilə üzrə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
21. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 2020-ci il 11 noyabr tarixli 4/376 saylı ekspert rəyi ilə 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsindəki imzanın S.Hüseynov tərəfindən icra olunması müəyyən edilsə də, həmin kredit müqaviləsi üzrə 2.000.000 manat vəsaitin cavabdehə verilməsi ilə bağlı kassa məxaric çeki iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Həmçinin iddiaçının nümayəndəsi hazırkı iş üzrə sənədlərin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən götürüldü yünü bildirdiyindən 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsi üzrə kassa məxaric çeklərinin əsli olduğu təqdirdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməsi tələb edilmiş, lakin həmin orqan tərəfindən də qeyd olunan kassa məxaric çeklərinin əsli və ya surəti məhkəməyə təqdim edilməmişdir. Hərçənd ki, iş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2017-ci il 26 dekabr tarixli götürmə protokolundan 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsi üzrə hər hansı bir kassa məxaric çekinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən götürülməsi müəyyən edilməməkdədir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarış məlumatlarınd a çek kitabçasına əsasən, 800.000, 80.000 və 400.000 olmaqla, 3 dəfəyə həmin pulun nağd şəkildə hesabdan çıxarılması görünməkdədir. Lakin həmin pulun cavabdehin səlahiyyətli şəxslərinə verilməsi məhkəmədə öz təsdiqini tapmamışdır. Buna görə də iddianı həmin müqavilə üzrə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
22. Bundan başqa, 2020-ci il 11 noyabr tarixli 4/376 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsindəki imzanın S.Hüseynov tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edilsə də, S.Hüseynovun adına olan 2014-cü il 26 sentyabr tarixli 785907 nömrəli çekdəki imzanın S.Hüseynov tərəfindən icra olunması müəyyən edilmişdir ki, məhkəmə kollegiyası qeyd olunan çekdəki məbləğin müqavilədən yaranan öhdəlik üzrə deyil, əsassız varlanmadan irəli gələn tələb üzrə təmin edilməli olması qənaətinə gəlmişdir. Belə ki, 2020-ci il 11 noyabr tarixli 4/376 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə tərəflər arasında 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsinin bağlanması istisna olunmaqdadır. Lakin həmin kredit müqaviləsində 10 gün sonra, yəni 2014-cü il 26 sentyabr tarixində 785907 nömrəli çeklə cavabdehin rəhbəri S.Hüseynovun bankdan 15.000 manat pulu götürməsi təsdiq olunmaqdadır. Tərəflər arasında 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsinin bağlanması müəyyən edilmədiyindən həmin müqavilə üzrə hesablanmış 1.424,87 manat faiz, 593,23 manat cərimə öhdəliyin icrasının gecikdirilməsinə görə 1.622,67 manat faiz məblə ğinin tutulması əsassız hesab olunur. Buna görə də iddiaçının tələb etdiyi 14.909.72 manat əsassız varlanma qaydalarından irəli gələrək cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 739, 1091-ci; MPM-in 14.2, 77.1, 119.1, 217.2, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya K ollegiyasının 2022-ci il 14 iyun tarixli, 2-2(102)388/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, cavabdehin kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 dekabr tarixli, 2-2(104)-09/2021 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə ləğv edilərək, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və İ.Dadaşov).
27. Kassasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, 2012-ci il 24 iyul tarixli 026 nömrəli kredit müqaviləsi üzrə müqavilənin bağlanılması müəyyən edilsə də, müqavilədə nəzərdə tutulan 200.000 manat pul məbləğinin cavabdehə verilməsi sübut olunmamış dır. Belə ki, ekspert rəyinə görə, 2012-ci il 24 iyul tarixli 501501 nömrəli çekdəki X5 adından edilmiş imzalar həmin şəxs tərəfindən yox, başqa şəxs tərəfindən edilmişdir. Lakin bu zaman apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, həmin çekin üzərində cavabdehin möhürü də vurulmuşdur.
28. İşgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin adından imzalanan sənədlərin üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşların imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur.
29. Möhürlər adətən hüquqi şəxslərin konkret rəhbər vəzifəli şəxslərinə, yaxud maddi məsul şəxslərinə təhkim olunmaqla kənar (səlahiyyəti ol mayan) şəxslərin girişi qadağan olunan qapalı yerlərdə (xüsusi möhürlənən şkaf, seyf və s.) saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən bilavasitə və ya onların etibar etdikləri şəxslər tərəfindən istifadə olunur, həmin qaydaları pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər.
30. Bu mənada, məhkəmə hesab etmişdir ki, hazırkı işdə mübahisə predmeti olan çekin üzərində müvafiq şəxsin imzası ilə yanaşı cavabdehin möhürünün vurulması cavabdehin rəhbərliyinin həmin aktdan məlumatlı olmasının, sənəddə göstərilənlərə etirazının olmadığının, habelə cavabdehin adından aktı imzalamış şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır.
31. Cavabdeh tərəf həmin möhürün həqiqiliyini mübahisələndirməmiş, habelə möhürün çekə vurulmasının səbəbləri barədə hər hansı i zahat verməmişdir. Ümumiyyətlə, sözügedən çek imzalanan dövrdə möhürün oğurlandığı, itirildiyi, aidiyyəti dövlət orqanları tərəfindən götürüldüyü və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi iş materialları ilə müəyyən olunmamışdır. 32. 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, həmin müqavilə üzrə pulun cavabdehin səlahiyyətli şəxslərinə verilməsi məhkəmədə öz təsdiqini tapmamışdır.
33. İş materiallarında olan iddiaçı tərəfin məhkəməyə verdiyi 2019-cu il 10 iyul tarixli maliyyə arayışına (i/v 6) əsasən, həmin tarixə cavabdehin 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.995.215,31 manat təşkil e tmişdir.
34. İddiaçı tərəf həmin müqavilə üzrə cavabdeh tərəfindən əsas borcdan 4.784,69 manat (2.000.000 – 1.995.215,31 manat) ödənildiyini bildirmiş, müqavilə üzrə məhkəməyə hesabdan çıxarışlar da təqdim etmişdir.
35. Əgər ASC-nin bildirdiyi kimi, 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən həqiqətən də müəyyən məbləğdə banka borc ödənişləri həyata keçirilmişdirsə, bu ödənişlər kreditin cavabdeh tərəfindən alındığına dəlalət edir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən borc üzrə ödənişlərin həyata keçirilib-keçirilməməsinə öz qətnaməsində ümumiyyətlə qiymət verməmişdir.
36. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinadən, 2014cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsindəki imzanın X9 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmasını, 2014-cü il 26 sentyabr tarixli 785907 nömrəli çekdəki imzanın isə X9 tərəfindən icra olunmasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, çekdəki məbləğlə bağlı tələb müqavilədən yaranan öhdəlik üzrə deyil, əsassız varlanmadan irəli gələn tələb üzrə təmin edilməlidir.
37. Halbuki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə verilmiş 2019-cu il 12 iyul tarixli maliyyə arayışına (i/v 19) əsasən, həmin tarixə cavabdehin 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsi üzrə əsas borcu 14.909,72 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçı tərəf həmin müqavilə üzrə cavabdeh tərəfindən əsas borcdan 90,28 manat (15.000 – 14.909,72 manat) ödənildiyini bildirmiş, müqavilə üzrə məhkəməyə hesabdan çıxarışlar da təqdim etmişdir.
38. Bu ndan başqa, iş materiallarında olan iddiaçının İdarə Heyətinin sədri VMİE Elnur Həmidovun imzası ilə verilmiş və ASC-nin möhürü ilə rəsmiləşdirilmiş 2015-ci il 15 iyul tarixli arayışın surətinə (i/v 116) əsasən, həmin arayışa görə X6 2013-cü il 1 avqust tarixli 92 saylı kredit müqaviləsinə əsasən 15.000 manat kredit verilmişdir, X4 və cavabdehin iddiaçıda başqa heç bir öhdəliyi olmamışdır.
39. İş materiallarında olan apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 15 fevral tarixli iclasının protokoluna əsasən, cavabdeh həmin məsələni sözügedən iclasda da məhkəmənin diqqətinə çatdırmış və bu müqavilənin surətini məhkəməyə təqdim etmiş (i/v 171-172), sənəd iş materiallarına əlavə olunmuşdur (i/v 168-169). Eyni zamanda, iş materiallarında olan iddiaçının İdarə Heyətinin sədri VMİE Elnur H əmidovun imzası ilə Göygöl rayon DSMF-yə göndərilmiş və ASC-nin möhürü ilə rəsmiləşdirilmiş 2015-ci il 15 iyul tarixli məktubun surətinə (i/v 116) əsasən, X6 2013-cü il 1 avqust tarixli kredit müqaviləsinə əsasən 15.000 manat kredit verilmiş, lakin borcalan hazırda kredit müqaviləsi üzrə öhdəliyi icra etməmişdir.
40. Lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində həmin materiallara heç bir qiymət verməmiş, onlara ümumiyyətlə istinad belə etməmişdir. Belə olan halda, iddia ilə tələb olunan 15.000 manat vəsaitin hazırda mübahisə predmeti olmayan 2013-cü il 1 avqust tarixli 92 saylı kredit müqaviləsi və ya mübahisə predmeti olan 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsi əsasında, yaxud da müqavilədən kənar qaydada verildiyi, həmin borcun qaytarılıb-qaytarılmadığı ba rədə birmənalı nəticəyə gəlmək olmamışdır.
41. Ali Məhkəmə gəldiyi nəticəni MM-in 386, 739, 1091-ci; MPM-in 14.2, 77.1, 119.1, 217, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
42. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 oktyabr tarixli, 2-2(104)-163/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 13 dekabr tarixli 4/1765 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, işin 355-365-ci vərəqlərində olan 2014-cü il 30 iyul tarixli 164 saylı, 2014cü il 25 iyul tarixli 41 saylı, 2014-cü il 30 iyul tarixli 165 saylı, 2014-cü il 17 sentyabr tarixli 16 saylı, 2014-cü il 26 sentyabr tarixli 19, 20, 21, 22 saylı, 2014-cü il 26 dekabr 23 saylı, 2014-cü il 30 sentyabr tarixli 70 saylı, 2014-cü il 25 dekabr tarixli 27 saylı kassa mədaxil orderlərində “imza” qrafalarındakı imzalar – X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
44. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli, 2-2(104)-20/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 23 oktyabr tarixli, e-2-2(083)-628/2019 saylı qətnaməsi ləğv olunaraq, yeni qətnamə çıxarılmaqla, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 14.909.72 manat pul tutularaq iddi açıya ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 472 manat pul vəsaitinin iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən – A.Bayramov, hakimlər – R.Mamedov və A.İsgəndərova).
45. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Sübutlarla bağlı mülki prosessual qanunvericiliyin normalarının mənasından aydın olmuşdur ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. Belə ki, iddiaçı tərəfin dəlillərinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2012-cü il 24 iyul tarixli, 026 nömrəli kredit müqaviləsinə əsasən ill ik 7% olmaqla, 60 ay müddətinə 200.000 manat, 2013-cü il 25 iyul tarixli, 024 nömrəli kredit müqaviləsinə əsasən illik 8% olmaqla, 60 ay müddətinə 24 aylıq güzəştlə 2.000.000 manat və 2014-cü il 16 sentyabr tarixli, 204 nömrəli kredit müqaviləsinə əsasən illik 6% olmaqla, 36 ay müddətinə 18 aylıq güzəştlə 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, onun iddiaçı banka borcu yaranmış, odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.
46. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən kredit müqavilələrini bağlamadığını, həmin kredit müqavilələri üzrə hər hansı öhdəlik daşımadığını bildirmişdir. Bununla bağlı məhkəmə araşdırmaları zamanı müvafiq eks pertiza tədqiqatları aparılmışdır. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 11 noyabr tarixli, 4/376 saylı ekspert rəyinə əsasən, 2013-cü il 25 iyul tarixli, 024 saylı kredit müqaviləsinin 2-ci vərəqində "Borcalan” qrafasında "X9” yazılarının önündəki imzanın X9 tərəfindən icra olunması müəyyən edilmiş olsa da, həmin kredit müqaviləsi üzrə 2.000.000 manat vəsatin cavabdehə verilməsi ilə bağlı kassa məxaric çeki iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir.
47. Həmçinin, iddiaçının nümayəndəsi hazırkı iş üzrə sənədlərin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən götürüldüyünü bildirdiyindən, 2013-cü il 25 iyul tarixli, 024 saylı kredit müqaviləsi üzrə kassa məxaric çeklərinin əslinin təqdim edi lməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu edilərək, həmin sənədlərin Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməsi tələb edilmiş, lakin həmin orqan tərəfindən də qeyd olunan kassa məxaric çeklərinin əsli və ya surəti məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2017-ci il 26 dekabr tarixli götürmə protokolundan, 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsi üzrə hər hansı bir kassa məxaric çekinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən götürülməsi müəyyən edilməməmişdir.
48. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarış məlumatlarında çek kitabçasına əsasən 800.000, 800.000 və 400.000 manat olmaqla, 3 dəfəyə həmin pulun nağd ş əkildə hesabdan çıxarılması görünür. Lakin həmin pulun cavabdehin səlahiyyətli şəxslərinə verilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə kollegiyası, iddia tələbini qeyd edilən kredit müqaviləsi üzrə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməmişdir.
49. Məhkəmə 2014-cü il 16 sentyabr tarixli, 204 saylı kredit müqaviləsinə münasibətdə qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 11 noyabr tarixli, 4/376 saylı ekspert rəyi ilə 2014-cü il 16 sentyabr tarixli, 204 saylı kredit müqaviləsindəki imzanın X9 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmiş olsa da, X4 adına olan 2013-cü il 26 sentyabr tarixli, 785907 nömrəli çekdəki imzanın X9 tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən bu xüsusat üzrə aparılan araşdırmalar zamanı, həmçinin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, X9 ilə iddiaçı arasında bağlanmış 2013-cü il 1 oktyabr tarixli kredit müqaviləsinə əsasən S.Hüseynova 15.000 manat kredit verilmişdir. Lakin həmin kredit müqaviləsi üzrə hər hansı tələb olmadığı və həmin kredit müqaviləsi üzrə borcun olmadığına dair iş materiallarında iddiaçının cavabdehə təqdim etdiyi arayış olduğundan hesab edilmişdir ki, həmin kredit müqaviləsi artıq icra olunmuşdur. İddiaçı hazırkı tələbində cavabdehdən 2014-cü il 16 sentyabr tarixli, 204 saylı kredit müqaviləsi üzrə ödənilməyən borcun ödənilməsini tələb edir. İş materiallarında olan 2020-ci il 11 noyabr tarixli, 4/376 saylı ekspert rəyi ilə tərəf lər arasında belə bir müqavilənin bağlandığı təkzib edilmişdir.
50. Lakin həmin kredit müqaviləsininin bağlandığı tarixdən 10 gün sonra, yəni 2014-cü il 26 sentyabr tarixində, 785907 nömrəli çeklə cavabdehin rəhbəri X4 bankdan 15.000 manat pulu götürməsi müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsi özü də məhkəmə kollegiyasının iclasında banka gedərək müəyyən maliyyə sənədlərini imzaladığını bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin bankdan 15.000 manat pul götürdüyünü təsdiq edən kassa çeki sübut kimi təqdim edilmişdir, ekspert rəyi ilə də bu xüsusat təsdiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, 2014-cü il 26 sentyabr tarixli, 785907 nömrəli çekdəki cavabdeh tərəfindən götürülmüş məbləğ kredit müqaviləsinin predmetini təşkil edən kredit borcu kimi dey il, əsassız varlanmanın predmetini təşkli edən pul vəsaiti kimi qiymətləndirilməli və bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Tərəflər arasında 2014-cü il 16 sentyabr tarixli, 204 saylı kredit müqaviləsinin bağlanması müəyyən edilmədiyindən həmin müqavilə üzrə hesablanmış 1.424,87 manat faiz, 593.23 manat cərimə öhdəliyin icrasının gecikdirilməsinə görə 1.622,67 manat faiz məbləğinin tutulması əsaslı hesab oluna bilməz. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının tələb etdiyi 14.909,72 manat pul vəsaiti üzərində cavabdehin heç bir hüquqi əsası olmadığından, qeyd edilən pul vəsaiti əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
51. Məhkəmə 2012-ci il 24 iyul tarixli 026 nömrəli kredit müqaviləsinə münasibətdə qeyd etmişdir ki, apellyasiya icraatı zamanı müstəqil tələb sürməyən üçüncü şəxs X11 izahatında bank tərəfindən ona kredit müqaviləsi üzrə hər hansı pul vəsaitinin verilmədiyini bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 20 oktyabr tarixli, 4/1340 saylı rəyi ilə 2012-ci il 24 iyul tarixli, 501501 nömrəli çekin üz tərəfində "İmzalar” qrafasındakı imzanın, həmin çekin arxa tərəfində "İmzalar” və "Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzaların-X11 tərəfindən yox, başqa şəxs tərəfindən imza edilməsi müəyyən edilmişdir. Beləliklə, 2012-ci il 24 iyul tarixli, 026 nömrəli kredit müqaviləsi üzrə müqavilənin bağlanılması müəyyən edilsə də, müqavilədə nəzərdə tutulan 2.000.000 manat pul məbləğinin cavabdehə verilməsi sübut olunmamışdır. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, idd ianı həmin müqavilə üzrə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
52. Məhkəmə kassasiya instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq kredit müqavilələri üzrə şəxsi hesab vərəqəsində göstərilmiş ödənişlərin kimin tərəfindən icra edildiyini müəyyən etmək üçün qeyd edilən ödənişlərlə bağlı kassa çeklərinin iddiaçı tərəfindən təqdim edilməsini tələb etmiş, təqdim edilmiş kassa mədaxil orderlərində olan imzaların X6 məxsus olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 13 dekabr tarixli, 4/1765 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqim edilmiş işin 355- 365-ci vərəqlərində olan 2014-cü il 30 iyul tarixli 164 saylı, 2014-cü il 25 iyul tarixli 41 saylı, 2014-cü il 30 iyul tarixli 165 saylı, 2014-cü il 17 sentyabr tarixli 16 saylı, 2014-cü il 26 sentyabr tarixli 19, 20, 21, 22 saylı, 2014-cü il 26 dekabr tarixli 23 saylı, 2014-cü il 30 sentyabr tarixli 70 saylı, 2014cü il 25 dekabr tarixli 27 saylı kassa mədaxil orderlərində "İmza” qrafalarındakı imzalar X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə cavabdehin mübahisələndirilən kredit müqavilələri üzrə öhdəlik daşımadığı bir daha təsdiq edilmişdir.
53. Həmçinin əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsinə mübahisə predmeti olan çek üzərində cavabdehin möhürünün olması ilə bağlı xüsusata münasibət bildirməsi təklif edilmiş, onun tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmış ərizədə göstərilmişdir ki, iddiaçının sabiq müdiri X7 kəndində onunla qonşu yaşayış evləri olmuş, bir-birilərinə gedib-gəlişləri, eyni zamanda qonşuluq münasibətləri olımuşdur. Novruzova Pərvanə onun yaratdığı fermer təsərrütafının fəaliyyətinin olmamasını bilib, ona fəaliyyətinin artırılması məqsədi ilə kredit verilməsini təklif etmişdir. Təxminən 2011-2012-ci illər ərzində onu dəfələrlə iddiaçı çağıraraq, möhürü, sənədləri gətirməsini bildirmişdir. Hər dəfə ağ kağızlara imza etdirməklə, kağızların kredit məbləği ayrılması üçün Mərkəzi Banka göndərildiyini demişdir. Bu hallar bir neçə dəfə təkrar olunmuşdur. Sonradan möhürün bankda qaldığını bilmiş və səhəri gün banka getmiş, lakin möhür tapılmamışdır. Son nəticə olaraq iddiaçıdan onun özünə avqust 2013-cü ildə 15.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin cavabdehə heç bir aidiyyəti olmamışdır.
54. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququn tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə kollegiyası yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPMin 14.2 və 77.1 -ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəmələrə təqdim edilməmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 324.1, 324.4, 324.5, 324.6, 385.1, 386.1, 389.1, 390.1, 390.3, 404.1, 405.1, 405.2, 739.1, 739.2, 1091.1, 1091.2-ci; MPM-in 14.2, 77.1, 78.1, 80, 88, 106.1, 119.1, 217.2, 217.3, 218.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
56. İddiaçı 2023-cü il 31 mart tarixində kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli, 2-2(104)-20/2023 saylı qətnaməsinin ləğv edərək, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri f) kassasiya şikayətinin dəlilləri
57. MM-nin 357-ci maddəsinin tələbi pozulmuşdur- işin materiallarında olan 2017-ci il 23 iyun tarixli müəssisədəki payın alqı-satqısı müqaviləsindən də görünür ki, X9 "X" MMCdəki payını X2. X10 İddiaçı ASC-nin rəhbərliyinə ünvanladığı ərizəsindən görünür ki, müəssisə kapitalın alqı-satqısına əsasən ona məxsusdur və heyvandarlığın inkişafı üçün "xxxx" MMC-yə 2012-ci il 24 iyul tarixində verilmiş 200.000 manat, 2013-cü il 25 iyul tarixində verilmiş 2.000.000 manat pulun verilməsinə dair kredit müqavilələri üzrə kreditin vaxtında ödənilməməsinin məsuliyyətini bilir və bununla tam razıdır. Qətnamədə qeyd olunan təsis payının alqı-satqı müqaviləsi barədə qeydlər olsa da, onun yaratdığı hüquqi nəticələr qətnamədə göstərilməmişdir.
58. Belə ki, mübahisəli kredit müqavilələri fiziki şəxslərlə deyil, cavabdeh MMC ilə bağlanmışdır. 2017-ci il 23 iyul tarixli müəssisədəki payın alqı-satqısı müqaviləsi imzalandıqdan sonra X14 banka məktub ünvanlayaraq, MMC-in öhdəliklərinə görə məsuliyyətin onun üzərində olduğunu qeyd e tmişdir.
59. Alqı-satqı müqaviləsindən sonra cavabdehin təsisçisi X15 olmuşdur. Banka ünvanladığı məktubla o, hər 3 kredit müqaviləsi üzrə məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir və kredit müqavilələri üzrə cavabehin borcu olduğunu etiraf etmişdir. Cavabdehin etirafından üstün heç bir sübut mövcud deyildir. İş materiallarında borcun qəbuluna dair təsisçinin etirafı olduğu halda, məhkəmənin borcun olmaması qənaətinə gəlməsi ağlabatan deyildir.
60. Cavabdeh kredit götürərək onun xeyli hissəsini davamlı olaraq banka ödəmişdir. Əgər bu kredit cavabdehin xeyirinə götürülməsəydi, o zaman cavabdeh tərəfindən ödənişlər həyata keçirilməzdi. Faktiki olaraq həmin kredit cavabdehə verilmişdir va onlar ödənişlər həyata keçirərək bu əqdi bəyənmişdirlər.
61. Tərəflərin məhkəmədə verdiyi izahatla ra əsasən, cavabdeh MMC onların adına rəsmiləşdirilsə də, faktiki olaraq X1 olmuşdur ki, o da daha sonra təsis paylarını alqı-satqı edərək cavabdehin bağladığı əqdləri bəyənmişdir. İş məhkəmə tərəfindən bu hissədə hərtərəfli olaraq araşdırılmamışdır. g) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
63. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
64. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əs aslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq mübahisələndirilən hissədə yoxlanılacaqdır.
65. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əməl ə gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. “Maddə
385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı...” “Maddə
390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir....” “Maddə
404. Müqavilənin təfsiri. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır....” “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri ba rəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır” “Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə t apşırmaqla, təkrar ekspertiza təyin edə bilər. “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir …” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır …” “Maddə
191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi...... 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 41 6.1ci maddəsi). 69. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin ş ərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
70. Məhkəmə kollegiyası ilk növbədə kassasiya baxışının hədləri ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, hazırki iddianın predmetini tərəflər arasında bağlanmış üç kredit müqaviləsi-2012-ci il 24 iyul, 2013-cü il 25 iyul və 2014-cü il 16 sentyabr tarixli kredit müqavilələri üzrə borcun tutulması təşkil edir.
71. Apellyasiya instansiyası məhkəməsi 16 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə borc tələbinə münasibətdə belə qənaətə gəlmişdir ki, iddiaçının tələb etdiyi 14.909,72 manat pul vəsaiti üzərində cavabdehin heç bir hüquqi əsası olmadığından, qeyd edilən pul vəsaiti əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
72. İddiaçı kassasiya şikayətində formal olaraq apellyasiy a instansiyası məhkəaməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, məhkəmənin qeyd edilən nəticəsi ilə bağlı hər hansı dəlil irəli sürməmişdir. Bu baxımdan hazırki kassasiya baxışında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı 2012-ci il 24 iyul tarixli və 2013-cü il 25 iyul tarixli kredit müqavilələri üzrə iddianın təmin edilmədiyi hissədə yoxlanılacaqdır.
73. Yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının nəticələrinə əsasən cavabdehin 2012-ci il 24 iyul tarixli və 2013-cü il 25 iyul tarixli kredit müqavilələri üzrə öhdəlik daşımadığı qənaətinə gələrək, iddia tələbini qeyd olunan kredit müqavilələri ilə bağlı hissədə təmin etməmişdir (bax yuxarıda § 46-52).
74. İddiaçı kassasiya şikayətinin dəlill ərində (bax yuxarıda § 57-61) 2017-ci il 23 iyun tarixli müəssisədəki payın alqı-satqısı müqaviləsinə və cavabdeh MMC-nin yeni mülkiyyətçisinin öhdəliklərin ötürülməsi haqqında ərizəsinə istinad edərək, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirmişdir.
75. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
76. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə 2017-ci il 23 iyun tarixli müəssisədəki payın alqı-satqısı müqaviləsi əsasında X9 cavabdeh MMC-dəki payını X3, X14 isə iddiaçının rəhbərliyinə ərizə təqdim edərək, heyvandarlığın inkişafı üçün cavabdeh MMC-nin adına olan 2012-ci il 24 iyul tarixində verilmiş 200.000 manat, 2013-cü il 25 iyul tarixində verilmiş 800.000 manat, 2013-cü il 26 iyul tarixində verilmiş 800.000 manat, 2013-cü il 29 iyul tarixində verilmiş 400.000 manat, 2014-cü il 17 sentyabr tarixində verilmiş 15.000 manat öhdəliklərin ona ötürülməsi üçün lazımi sərəncam verilməsini xahiş etmiş, cavabdeh MMC-nin ona məxsus olduğunu bildirmişdir.
77. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi X10 üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatət vermişdir.
78. Apellyasiya instansiyası məhkəməsi 2022-ci il 25 oktyabr tarixində keçirilən məhkəmə iclasında həmin vəsatəti müzakirə edərək təmin etməmişdir. Lakin məhkəmənin hansı səbəbdən cavabdeh MMC-nin mübahisəli kredit borclarını ödəmək niyyətində olan yeni mülkiyyətçisini işdə iştiraka cəlb etməməsinin səbəbləri məhkəmə iclas protokoluna qeyd edilməklə qəbul edilmiş qərardadda göstərilməmiş dir.
79. Bundan əlavə, işin materiallarında cavabdehin yeni mülkiyyətçisi tərəfindən təqdim edilmiş “kredit müqavilələri üzrə öhdəliklərin ötürülməsi” haqqında ərizə olduğu halda, işə apellyasiya qaydasında baxan məhkəmə həmin ərizəni işdə olan digər sübutlarla yanaşı qiymətləndirməmiş, nəticədə prosessual qanunun heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair tələbini pozmuşdur (MPM-in 88-ci maddəsi).
80. Məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı 2017-ci il 23 iyun tarixli müəssisədəki payın alqı-satqısı müqaviləsi və yeni mülkiyyətçi X12 iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin ona ötürülməsi haqqında ərizəsi işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməklə, mübahisənin obyektiv həlli təmin ed ilməlidir.
81. Bundan başqa, hazırkı iş üzrə əvvəlki kassasiya baxışı zamanı Ali Məhkəmənin müvafiq qərarı ilə yol verilmiş maddi və prosessual hüquq pozuntularının aradan qaldırılması ilə bağlı məcburi göstərişlər verilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin hazırkı qərarın 27-31-ci bəndlərində göstərilən, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan göstərişləri natamam icra edilmiş, məhkəmə kollegiyası zəruri araşdırma aparmadan, cavabdeh MMC-yə məxsus möhürün hazırkı iş üzrə mübahisə predmeti olan çekin üzərinə vurulması ilə bağlı cavabdehin nümayəndəsinin ərizəsində (bax yuxarda § 53) qeyd edilənlərlə kifayətlənmiş, nəticədə MPM-in 420-ci maddəsinin tələbləri pozulmuşd ur. 82. “…qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı). 83. “….məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan i şə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarları).
84. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulmasına görə qismən – 2012-ci il 24 iyul tarixli və 2013-cü il 25 iyul tarixli kredit müqavilələri üzrə iddianın təmin edilmədiyi hissədə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.
85. MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli, 2-2(104)-20/2023 saylı qətnaməsi qismən-2012-ci il 24 iyul tarixli və 2013-cü il 25 iyul tarixli kredit müqavilələri üzrə iddianın təmin edilmədiyi hissədə ləğv edilsin. İş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: Ə.A.Əhmədov V.T.Həsənov