Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-314/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), girov qoyulmuş daşınar əmlakların satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə və Cavabdeh3 qarşı borcun ödənilməsi və tutmanın girov p redmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 fevral tarixli 2- 2(103)-159/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 2018-ci il 31 iyul tarixli GTC410LE/2018 nömrəli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır.
2. Tərəflər arasında həmin X1 2018-ci il 19 oktyabr tarixli GFA0157 nömrəli əlavə imzalanmışdır.
3. Tərəflər arasında həmin X1 2018-ci il 19 oktyabr tarixli 1 nömrəli əlavə imzalanmışdır.
4. X1 1 nömrəli əlavə çərçivəsində tərəflər arasında 2018-ci il 19 oktyabr tarixli GFA0157 saylı faktorinq və invoysların diskontlaşdırılması limiti üzrə maliyyələşdirmə üç ün ərizə və ona edilmiş 2018-ci il 24 oktyabr tarixli 1 saylı, 2019-cu il 13 fevral tarixli 2 saylı, 2019-cu il 1 mart tarixli 3 saylı, 2019-cu il 6 avqust tarixli 4 saylı, 2019-cu il 2 oktyabr tarixli 5 saylı, 2019-cu il 24 dekabr tarixli 6 saylı, 2020-ci il 16 oktyabr tarixli 7 saylı, 2021-ci il 7 iyul tarixli 8 saylı əlavələr imzalanmış, bank tərəfindən borcalana 2023-cü il 19 aprel tarixədək 800.000 manat məbləğində faktorinq limiti ayrılmışdır. 5. 2020-ci il 7 may tarixli PK0168 saylı overdraft əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana 2021-ci il 7 may tarixədək illik faiz dərəcəsi 15%, illik cərimə faizi 34%, günlük cərimə faizi 0,0944% olmaqla, 70.000 manat məbləğində kredit limiti xətti açılmışdır.
6. Tərəflər arasında GL4640 saylı kredit li miti müqaviləsi çərçivəsində 2021-ci il 7 iyul tarixdə K4640 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, bank tərəfindən borcalana 2022-ci il 1 iyul tarixədək 60.000.000 manat məbləğində bərpa olunan maksimal borclanma limiti ayrılmışdır. 7. 2021-ci il 7 iyul tarixli K4640/01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən Cavabdeh1 MMC-yə 2022-ci il 7 yanvar tarixədək illik faiz dərəcəsi 15%, illik cərimə faizi 9% (günlük 0,025%) kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 24% (günlük 0,0667%) olmaqla, 420.000 manat məbləğində K4195 saylı kredit xətti üzrə borcun azaldılması məqsədi ilə kredit xətti açılmışdır. 8. 2021-ci il 7 iyul tarixli K4640/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən Cavabdeh1 MMC-yə 2022-ci il 7 yanvar tarixədək illik faiz dərəcəsi 15%, illik cərimə faizi 9% (günlük 0,025%) kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 24% (günlük 0,0667%) olmaqla, 700.000 manat məbləğində K4195 saylı kredit xətti üzrə borcun bağlanması məqsədi ilə kredit xətti açılmışdır. 9. 2021-ci il 7 iyul tarixli GFA0157/309 saylı maliyyələşdirmə üçün ərizəyə (invoysların diskontlaşdırılması əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana 2021-ci il 5 oktyabr tarixədək illik faiz dərəcəsi 13%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28%, günlük cərimə faizi 0,0778% olmaqla, 236.484,99 manat məbləğində vəsait ayrılmışdır. 10. 2021-ci il 14 iyul tarixli GFA0157/310 saylı maliyyələşdirmə üçün ərizəyə (invoysların diskontlaşdırılması əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana 2021-ci il 12 oktyabr tarixədək illik faiz dərəcəsi 13%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28%, günlük cərimə faizi 0,0778% olmaqla, 123.542,20 manat məbləğində vəsait ayrılmışdır. 11. 2021-ci il 15 iyul tarixli GFA0157/311 saylı maliyyələşdirmə üçün ərizəyə (invoysların diskontlaşdırılması əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana 2021-ci il 13 oktyabr tarixədək illik faiz dərəcəsi 13%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28%, günlük cərimə faizi 0,0778% olmaqla, 41.435,74 manat məbləğində vəsait ayrılmışdır. 12. 2021-ci il 23 iyul tarixli GFA0157/312 saylı maliyyələşdirmə üçün ərizəyə (invoysların diskontlaşdırılması əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana 2021-ci il 21 oktyabr tarixədək illik faiz dərəcəsi 13%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28%, günlük cərimə faizi 0,0778% olmaqla, 64.445,16 manat məbləğində vəsait ayrılmışdır. 13. 2021-ci il 29 iyul tarixli GFA0157/313 saylı maliyyələşdirmə üçün ərizəyə (invoysların diskontlaşdırılması əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana 2021-ci il 27 oktyabr tarixədək illik faiz dərəcəsi 13%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28%, günlük cərimə faizi 0,0778% olmaqla, 49.743,09 manat məbləğində vəsait ayrılmışdır. 14. 2021-ci il 13 avqust tarixli GFA0157/314 saylı maliyyələşdirmə üçün ərizəyə (invoysların diskontlaşdırılması əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana 2021-ci il 11 noyabr tarixədək illik faiz dərəcəsi 13%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28%, günlük cərimə faizi 0,0778% olmaqla, 46.230 manat məbləğində vəsait ayrılmışdır. 15. 2021-ci il 27 avqust tarixli GFA0157/315 saylı maliyyələşdirmə üçün ərizəyə (invoysların diskontlaşdırılması əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana 2021-ci il 25 noyabr tarixədək illik faiz dərəcəsi 13%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28%, günlük cərimə faizi 0,0778% olmaqla, 46.000 manat məbləğində vəsait ayrılmışdır. 16. 2021-ci il 31 avqust tarixli GFA0157/316 saylı maliyyələşdirmə üçün ərizəyə (invoysların diskontlaşdırılması əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana 2021-ci il 29 noyabr ta rixədək illik faiz dərəcəsi 13%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28%, günlük cərimə faizi 0,0778% olmaqla, 17.021,35 manat məbləğində vəsait ayrılmışdır. 17. 2021-ci il 1 sentyabr tarixli GFA0157/317 saylı maliyyələşdirmə üçün ərizəyə (invoysların diskontlaşdırılması əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana 2021-ci il 30 noyabr tarixədək illik faiz dərəcəsi 13%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28%, günlük cərimə faizi 0,0778% olmaqla, 58.641,38 manat məbləğində vəsait ayrılmışdır. 18. 2021-ci il 4 oktyabr tarixli GFA0157/318 saylı maliyyələşdirmə üçün ərizəyə (invoysların diskontlaşdırılması əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana 2022-ci il 2 yanvar tarixədə k illik faiz dərəcəsi 13%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28%, günlük cərimə faizi 0,0778% olmaqla, 165.686,84 manat məbləğində vəsait ayrılmışdır.
19. İddiaçı ASC ilə Qanuni nümayəndə və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmaqla onlar borcalanın kredit limiti, faktorinq və invoysların diskontlaşdırılması limiti üzrə maliyyələşdirmə və overdraft əməliyyatı üzrə maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bank qarşısında borcalanla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər.
20. İddiaçı ASC ilə borcalan Cavabdeh1 MMC arasında bağlanmış 2021-ci il 18 avqust tarixli G3616 saylı girov müqaviləsinə əsasən İddiaçı ASC ilə borcalan Cavabdeh1 MMC arasında bağlanmış müqavilələrd ən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə: Bakı şəhəri, Xocasən-Lökbatan yolunun kənarında, Meyvəli bazarla üzbəüz yerləşən avadanlıqlar (Türkiyə istehsalı olan SYM-300 markalı, Konveyerli tərəvəz yuma maşını bir ədəd; VD-250 markalı, Tərəvəz Quruducu maşın iki ədəd; Konveyer (4m) bir ədəd; DP250-A-002 markalı, Paketləmə maşın bir ədəd) İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. 21. 2023-cü il 25 iyun tarixli PB/PBŞ-OUT-00622-2023 nömrəli maliyyə arayışına görə, Cavabdeh1 MMC-nin 2023-cü il 23 iyun tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri - K4640/01 saylı kredit müqaviləsinə əsasən 273.279,70 manat əsas borc, 5.448,68 manat faiz borcu, 71.145,37 manat cərimə borcu olmaqla, cəmi 349.873,75 manat; - K4640/02 saylı kredit müqaviləsinə əsasən 700.000 manat əsas b orc, 35.000 manat faiz borcu, 146.959,87 manat cərimə borcu olmaqla, cəmi 881.959,87 manat; - GFA0157/309 saylı kredit müqaviləsinə əsasən 196.039,63 manat əsas borc, 52.756,44 manat cərimə borcu olmaqla, cəmi 248.796,07 manat; - GFA0157/310 saylı kredit müqaviləsinə əsasən 123.542,20 manat əsas borc, 3.925,90 manat faiz borcu, 41.894,53 manat cərimə borcu olmaqla, cəmi 169.362,63 manat; - GFA0157/311 saylı kredit müqaviləsinə əsasən 41.435,74 manat əsas borc, 1.316,74 manat faiz borcu, 14.019,09 manat cərimə borcu olmaqla, cəmi 56.771,57 manat; - GFAO157/312 saylı kredit müqaviləsinə əsasən 55.135,82 manat əsas borc, 1.353,89 manat faiz borcu, 18.311,22 manat cərimə borcu olmaqla, cəmi 74.800,93 manat; - GFAO157/313 saylı kredit müqaviləsinə əsasən 12.822,01 manat əsas borc, 375,04 mana t faiz borcu, 4.198,50 manat cərimə borcu olmaqla, cəmi 17.395,55 manat; - GFA0157/314 saylı kredit müqaviləsinə əsasən 46.230 manat əsas borc, 1.469,09 manat faiz borcu, 14.634,36 manat cərimə borcu olmaqla, cəmi 62.333,45 manat; - GFA0157/315 saylı kredit müqaviləsinə əsasən 20.581,83 manat əsas borc, 631,75 manat faiz borcu, 6.291,18 manat cərimə borcu olmaqla, cəmi 27.504,76 manat; - GFAO157/316 saylı kredit müqaviləsinə əsasən 10.971,88 manat əsas borc, 316,96 manat faiz borcu, 3.319,60 manat cərimə borcu olmaqla, cəmi 14.608,44 manat; - GFAO157/317 saylı kredit müqaviləsinə əsasən 58.641,38 manat əsas borc, 1.884,67 manat faiz borcu, 17.696,67 manat cərimə borcu olmaqla, cəmi 78.222,72 manat; - GFAO157/318 saylı kredit müqaviləsinə əsasən 165.686,84 manat əsas borc, 5.444,65 manat fa iz borcu, 68.170,93 manat cərimə borcu olmaqla, cəmi 239.302,42 manat; - PK0168 saylı kart öhdəliyinə əsasən cəmi borc 1.117,56 manat məbləğində təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
22. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC (bundan sonra – “cavabdeh MMC”), Qanuni nümayəndə (bundan sonra – “cavabdeh Qanuni nümayəndə”) və Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) qarşı 2022-ci il 10 oktyabr tarixində iddia və iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən § 21-də göstərilənlərə əsasən borcun birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, tutmanın avadanlıqlara yönəldilməsi, Türkiyə istehsalı olan SYM-300 markalı, Konveyerli tərəvəz yuma maşını bir ədəd, hərracdan ilkin satış qiyməti 18.473 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması; VD250 markalı, Tərəvəz Quruducu maşın iki ədəd, hərracdan ilkin satış qiyməti 11.783 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, Konveyer (4m) bir ədəd, hərracdan ilkin satış qiyməti 2.412 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, DP-250-A-002 markalı, Paketləmə maşın bir ədəd, hərracdan ilkin satış qiyməti 20.833 manat məbləğində müəyyən edilməklə avadanlıqların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçıya olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınar əmlaklar satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilməsi, girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya ola n kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 1.502 manat dövlət rüsumunun, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddia tələbi §1-21-də göstərilənlərə istinadən onunla əsaslandırılmışdır ki, iddiaçı aralarında bağlanmış müqavilələr üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini icra etməmiş, nəticədə banka iddia tələbində göstərilən məbləğlərdə borc yaranmışdır. Ona görə də, həmin məbləğ cavabdehlərdən birgə qaydada tutulmalı və tutma girov predmetlərinə yö nəldilməlidir.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023cü il 5 iyun tarixli ekspert rəyinə görə, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış maliyyələşdirmə üçün ərizələr üzrə təqdim edilmiş iş materiallarına əsasən cavabdeh MMC-nin iddiaçıya borcu - K4640/01 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 273.279,70 manat, faiz borcu 53.649,37 manat, - K464G/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 700.000 manat, faiz borcu 130.103,88 manat, - GFA0157/309 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 196.039,63 manat, faiz borcu 35.984,16 manat, - GFA0157/310 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 123.542,20 manat, faiz borcu 3.925,90 manat, - GFA0157/311 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 41.435,74 manat, faiz bo rcu 1.316,74 manat, - GFA0157/312 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 55.135,82 manat, faiz borcu 1.353,89 manat, - GFA0157/313 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 12.822,01 manat, faiz borcu 375,04 manat, - GFA0157/314 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 46.230 manat, faiz borcu 1.469,09 manat, - GFA0157/315 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 20.581,83 manat, faiz borcu 631,75 manat, - GFA0157/316 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 10.971,88 manat, faiz borcu 316,96 manat, - GFA0157/317 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 58.641,38 manat, faiz borcu 1.884,67 manat, - GFA0157/318 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 165.686,84 manat, faiz borcu 5.444,65 manat, - PK0168 saylı kart öhdəliyi üzrə əsas borc 1. 117,56 manat məbləğində müəyyən edilir.
25. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 iyul tarixli e-2-2(113)-195/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən birgə qaydada - K4640/01 saylı kredit müqaviləsinə əsasən 273.279,70 manat əsas borc, 5.448,68 manat faiz borcu, 14.000 manat cərimə borcu olmaqla, cəmi 292.728,38 manat, - K4640/02 saylı kredit müqaviləsinə əsasən 700.000 manat əsas borc, 35.000 manat faiz borcu, 35.000 manat cərimə borcu olmaqla, cəmi 770.000 manat, - GFA0157/309 saylı kredit müqaviləsinə əsasən 196.039,63 manat əsas borc, 10.000 manat cərimə borcu olmaqla, cəmi 206.039,63 manat, - GFA0157/310 saylı kredit müqaviləsinə əsasən 123.542,20 manat əsas borc, 3.925,90 manat faiz borcu, 6.500 manat cərimə borcu olmaqla, cəmi 133.968,10 manat, - GFA0 157/311 saylı kredit müqaviləsinə əsasən 41.435,74 manat əsas borc, 1.316,74 manat faiz borcu, 2.500 manat cərimə borcu olmaqla, cəmi 45.252,48 manat manat, - GFAO157/312 saylı kredit müqaviləsinə əsasən 55.135,82 manat əsas borc, 1.353,89 manat faiz borcu, 3.000 manat cərimə borcu olmaqla, cəmi 59.489,71 manat, - GFAO 157/313 saylı kredit müqaviləsinə əsasən 12.822,01 manat əsas borc, 375,04 manat faiz borcu, 700 manat cərimə borcu olmaqla, cəmi 13.897,05 manat, - GFA0157/314 saylı kredit müqaviləsinə əsasən 46.230 manat əsas borc, 1.469,09 manat faiz borcu, 2.500 manat cərimə borcu olmaqla, cəmi 50.199,09 manat, - GFA0157/315 saylı kredit müqaviləsinə əsasən 20.581,83 manat əsas borc, 631,75 manat faiz borcu, 1.500 manat cərimə borcu olmaqla, cəmi 22.713,58 manat, - GFAO157/316 saylı k redit müqaviləsinə əsasən 10.971,88 manat əsas borc, 316,96 manat faiz borcu, 600 manat cərimə borcu olmaqla, cəmi 11.888,84 manat, - GFAO 157/317 saylı kredit müqaviləsinə əsasən 58.641,38 manat əsas borc, 1.884,67 manat faiz borcu, 3.000 manat cərimə borcu olmaqla, cəmi 63.526,05 manat, - GFAO 157/318 saylı kredit müqaviləsinə əsasən 165.686,84 manat əsas borc, 5.444,65 manat faiz borcu, 9.000 manat cərimə borcu olmaqla, cəmi 180.131,49 manat, - PK0168 saylı kart öhdəliyinə əsasən cəmi 1.117,56 manat məbləğində borc, 400 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.251 manat, ümumilikdə cəmi 1.852.602,96 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tutmanın cavabdeh MMC-yə məxsus, girov predmeti olan Bakı şəhəri, Xocasən-Lökbatan yolunun kənarında, Meyvəli bazarla üzbəüz yerləşən avadanlıqlara (Türkiyə istehsalı olan SYM-300 markalı, Konveyerli tərəvəz yuma maşını bir ədəd, VD-250 markalı, Tərəvəz Quruducu maşın iki ədəd, Konveyer (4m) bir ədəd, DP-250-A-002 markalı, Paketləmə maşın bir ədəd) yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa qalan məbləğin cavabdeh MMC-yə qaytarılması, girov predmeti olan, Bakı şəhəri, Xocasən-Lökbatan yolunun kənarında, Meyvəli bazarla üzbəüz yerləşən avadanlıqlar: Türkiyə istehsalı olan SYM-300 markalı, Konveyerli tərəvəz yuma maşınının bir ədəd, hərracdan ilkin satış qiyməti 18.473 manat, VD-250 markalı, Tərəvəz Quruducu maşının iki ədəd ilkin satış qiyməti 11.783 manat, Konveyerin (4m) bir ədəd il kin satış qiyməti 2.412 manat, DP-25Ü-A-002 markalı, Paketləmə maşının bir ədəd ilkin satış qiymətinin 20.833 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – Z.Axundova).
26. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcunun tutulması və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cərimə borcu isə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbəti, eləcə də tərəflərin əsaslı mən afeləri nəzərə alınaraq yuxarıda qeyd edilən məbləğlərdə müəyyən edilməlidir.
27. Məhkəmə tutmanın girov predmetinə yönəldilməsi hissəsi əsaslı olduğundan iddianın həmin hissədə təmin edilməsi nəticəsinə gəlmiş, borcalanla cavabdeh MMC arasında bağlanmış 2021-ci il 18 avqust tarixli G3616 saylı girov müqaviləsinin 7.5-ci bəndinə əsasən girov predmetlərinə tutmanın yönəldilməsi zamanı girov predmetlərinin ilkin satış qiymətini §22-də göstərilən məbləğlərdə müəyyən etmişdir.
28. Məhkəmə iddia tələbinin daşınar əmlaklar satıldıqdan sonra 1 ay ərzində əmlakların mülkiyyətçilərə təhvil verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, əmlaklar təhvil verilməzsə, onların mülkiyyətçiləri hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Bu baxımdan məhkəmə iddia tələbinin həmin hi ssədə rədd olunması qənaətinə gəlmişdir.
29. Həmçinin məhkəmə hesab etmişdir ki, 400 manat mediasiya xərci və 1502 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1251 manat vəsait cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.4, 269.5, 270.1, 272, 276.1, 296.1, 297, 298.1.3, 298.3, 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 655.1, 739-cu maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 115.0.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin cərimə borcunun və dövlət rüsumunun t əmin edilməyən hissəsində, həmçinin daşınar əmlaklar satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilməməsi hissəsində ləğv olunması və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
32. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 16 fevral tarixli 2-2(103)-159/2024 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
33. Məhkəmə kollegiyası işin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq birinci instansiya məhkəməsinin düzgün olaraq dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməsi və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbəti, eləcə də tərəflərin əsaslı mənafeləri nəzərə alınmaqla həmin məbləğin düzgün olaraq azaldılması nəticəsinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin digər dəlillərinə münasibətə də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmışdır.
34. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini qismən dəyişdirərək, iddia tələbinin təmi n olunmayan hissədə tam təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. MM-in 390.1, 462.1, 462.3, 465.2, 467-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddələri üzrə - Apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəbbə puluna münasibətdə və daşınar əmlakların hərracda satıldıqdan sonra 1 ay ərzində əmlakların mülkiyyətçilərə təhvil verilməsi hissəsində qismən əsassız və qanuna zidd hesab olunmalı və dəyişdirilib iddia tələbi həmin hissədə də tam təmin edilməlidir. Kredit müqavilələri və maliyyələşdirmə üçün ərizələrdə müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik və günlük cərimə faizləri nəzərdə tutulmuşdur. Borcalan tərəfindən gecikdirilmiş günlərin sayı K4 640/01 saylı maliyyələşdirilmə üçün ərizə üzrə 392 gün üçün 71.145,37 manat, K4640/02 saylı maliyyələşdirilmə üçün ərizə üzrə 392 gün 146.959,87 manat, GFA0157/309 saylı maliyyələşdirilmə üçün ərizə üzrə 394 gün 52.756,44 manat, GFA0157/310 saylı maliyyələşdirilmə üçün ərizə üzrə 387 gün 41.894,53 manat, GFA0157/311 saylı maliyyələşdirilmə üçün ərizə üzrə 386 gün 14.019,09 manat, GFA0157/312 saylı maliyyələşdirilmə üçün ərizə üzrə 378 gün 18.311,22 manat, GFA0157/313 saylı maliyyələşdirilmə üçün ərizə üzrə 372 gün 4.198,50 manat, GFA0157/314 saylı maliyyələşdirilmə üçün ərizə üzrə 356 gün 14.634,36 manat, GFA0157/315 saylı maliyyələşdirilmə üçün ərizə üzrə 343 gün 6.291,18 manat, GFA0157/316 saylı maliyyələşdirilmə üçün ərizə üzrə 339 gün 3.319,60 manat, GFA0157/317 saylı maliyyələşdirilmə üçün ərizə üzrə isə 338 gün 17.696,67 manat, GFAO 157/318 saylı kredit müqaviləsinə əsasən 68.170,93 manat cərimə borcu hesablanmışdır. Yuxarıda qeyd olunan kredit müqavilələri üzrə hesablanan cərimə borcunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır. Bundan əlavə, mülki qanunvericiliyin mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri və MM-in 390-cı maddəsi müqavilə tərəflərinə müqavilənin məzmununu və şərtlərini azad surətdə müəyyənləşdirməyə imkan verir. Bu baxımdan cavabdeh MMC kredit müqavilələrini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olmuş və buna razılıq vermişdir. Lakin məhkəmələr tərəfindən cərimə məbləği kəskin surətdə azaldılmışdır. Müəyyən olunan bu cərimə məbləğləri əsaslı hesab edilə bilməz. İddiaçı hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi cərimə borcuna münasibətdə MM-in 467-ci maddəsini tətbiq etməklə həmin hissədə mübahisəyə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini nəzərə almamış və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır.
36. Daşınar əmlakların hərracda satıldıqdan sonra 1 ay ərzində əmlakların mülkiyyətçilərə təhvil verilməsi hissəsində iddia tələbinin təmin edilməməsi ilə bağlı qeyd edilməlidir ki, girov predmetini təşkil edən cavabdeh MMC-yə məxsus avadanlıqlar istifadə olunduğu üçün həmin avadanlıqların zaman ötdükcə köhnəlməsi və amorti zasiyaya məruz qalması, hətta istifadəsiz qaldıqda belə köhnəlməsi və müəyyən müddətdən sonra dəyərinin düşməsi səbəbindən həmin avadanlıqların hərrac baş tutduqdan sonra mülkiyyətçilərə təhvil verilməməsi və cavabdehin yarada biləcəyi hər hansı maneələr və bunun nəticəsində həmin şəxslərin hüquqlarının məhkəmədə müdafiəsinin xeyli zaman ala biləcəyini və yuxarıda qeyd olunan xüsusatlar ilə bağlı mülkiyyətçilərin hüquqlarının pozulması və onlara dəyə biləcək mümkün zərərləri nəzərə alaraq iddia tələbi həmin hissədə də təmin edilməli idi.
37. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmələr tərəflər arasında bağlanılmış kredit müqavilələrinin şərtlərini, gecikdirilmiş günlərin sayı və qeyd olunan maliyyələşdirmə üçün ərizələrə əsasən müddətin bitmə tarixindən sonra tətbiq edilən gecikdirilmiş əsas mə bləğə hesablanan illik və günlük cərimə faiz dərəcələrini nəzərə almamışdır. Nəticədə məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuş, qeyd edilən bu pozuntu düzgün qətnamə qəbul olunmaması ilə nəticələnmişdir.
38. MPM-in 217.1, 217.3-cü maddələri üzrə - Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi cərimə borcuna münasibətdə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
40. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olar aq tam yoxlanılacaqdır.
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına öd ənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir....” “Maddə
297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması) Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bil ər.” “Maddə
298. Girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi 298.1. Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür:... 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə;... 298.2. Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə b axılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, MM-in 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərl iyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı MM-in 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
46. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğlərini, kreditlərin verilmə tarixini və kreditlər üzrə aparı lan son ödəniş tarixlərini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi, habelə müəyyən olunmuş cərimə məbləğlərinin əsas borcların 5 %-i həddində olmasını və bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
47. Həmin hissə ilə bağlı kassasiya şikayətinin dəlillərini isə kollegiya əsassız hesab edir. Belə ki, MM-in 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 15 iyul tarixli Qərarında göstərilmişdir ki, MM-in 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətlər i pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılması mümkündür.
48. İddia tələbinin daşınar əmlakların satıldıqdan sonra 1 ay ərzində əmlakların mülkiyyətçilərə təhvil verilməsi hissəsi ilə bağlı kollegiya qeyd edir ki, əvvəla nə iddiaçı tərəfindən həmin tələblərlə bağlı hər hansı qanuni əsasa istinad olunmamış, eyni zamanda qanunvericilikdə də belə tələblərlə bağlı hər hansı qanuni əsas nəzərdə tutulmamışdır.
49. Həmçinin həmin tələb daşınar əmlaklar satıldığı təqdirdə gələcəkdə mülkiyyətçi olacaq şəxsin hüquqlarının məhz hazırda realizə edilməsini ehtiva etməklə yanaşı, iddiaçının həmin şəxsin (kim olması hazırda müəyyən oluna bilməz və bu yalnız icra mərhələsinə həmin əmlaklar qanunvericiliyə uyğun satıldıqdan sonra müəyyənləşdirilə bilər) subyektiv hüquqlarının mənimsəməsinə şərait yaradır. Göründüyü kimi həmin tələb iddiaçının hazırda pozulmuş hüquqların müdafiəsi ilə bağlı deyildir.
50. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq həmin tələbə hüquqi qiymət verərkən qeyd etmişdir ki, daşınar əmlaklar satılacağı və həmin əmlakların mülkiyyətçilərinə təhvil verilməyəcəyi təqdirdə, həmin şəxslər hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edə bilərlər.
51. Məhkəmə kollegiyası şikayətin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol ve rilməmişdir. Məhkəmənin nəticəsi MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
52. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
53. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 fevral tarixli 2-2(103)-159/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.