Məhkəmə qərarları › İş №2-2(102)-315/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-315/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-315/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Q Ə R A Rİ İş № 2-2(102)-315/2021 Bakı şəhəri 2021-ci il 04 avqust Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı MMCnin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarə haqqı borcunun, cərimənin, elektrik bo rcunun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 mart tarixli 2-2(103)311/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ:

1. İddiaçı MMC Cavabdeh MMC arasında 2019-cu il 30 iyul tarixində ofis icarəsinə dair müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən “Caspian Plaza”da 75 kv.metr ofis sahəsi icarəyə verilmişdir. İcarəçi 2019-cu il 1 avqust tarixindən 2020-ci il 31 dekabr tarixinədək 1.500+18% ƏDV icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Ödəniş aylıq olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməli idi. Hazırki müqavilə üzrə cavabdeh mart ayın dan etibarən heç bir ödəniş etməmişdir. Ümumilikdə cavabdehin icarə müqaviləsi üzrə cəmi 7.500 manat ödənilməmiş icarə haqqı borcu, 1.350 manat ƏDV borcu, 2.655 manat gecikdirilmiş günlər üçün cərimə borcu və 131.74 manat elektrik borcu yaranmışdır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşlər, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmamışdır. 3. 2020-ci il 16 iyul tarixində İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu göndərilmiş və 10 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, iddiaçıdan gələn zənglərə cavab verilməmişdir. Buna görə də, müqaviləyə xitam verilməsi barədə iddiaçı tərəfindən müqavilənin 7.3-cü maddəsinə əsasən, 2020-ci il 3 avqust tarixində xitam bildirişi göndərilmişdir. Müqavilənin 4.2-ci maddəsinin (b) bəndinə əsasən, icarəçi kommunal xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə bu ödənişləri vaxtında həyata keçirməlidir.

4. Hazırki müqavilə üzrə Cavabdeh MMC-nin 131.74 manat ödənilməmiş elektrik borcu yaranmışdır. İcarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 (bir) faizini ödəməlidir. Müqavilə üzrə gecikdirilmiş günlər üzrə cərimə məbləği 1 gün üçün 17.7 manat təşkil edir. Cavabdeh tərəfindən gecikdirilmiş günlər üçün yığılan ümumi cərimə məbləği isə 150 gün üçün 2.655 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 5. 2020-ci il 30 sentya br tarixdə İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında bağlanmış 2019-cu il 30 iyul tarixli ofis icarəsi müqaviləsinə xitam verilməsi və cavabdehdən 7.500 manat ödənilməmiş icarə haqqı borcu, 1.350 manat ƏDV borcu, 2.655 manat gecikdirilmiş günlər üçün cərimə borcu, 131.74 manat elektrik borcu, cəmi 11.636.74 manat və 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu il 30 iyulda tərəflər arasında bağlanılmış ofis icarəsi müqaviləsinə görə cavabdeh 2020-ci il mart ayından etibarən heç bir ödəniş etməmişdir. Yaranmış borca görə cavabdehlə dəfələrlə görüşlər, zənglər, d anışıqlar həyata keçirilsə də heç bir nəticə verməmişdir. Həmçinin, 2020-ci il 16 iyul tarixində iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və 10 gün müddətinə müqavilənin icra olunması tələb olunmuşdur. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh öhdəliyi yerinə yetirməmiş və zənglərə cavab verməmişdir.

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.2, 399, 441.2, 442, 448, 443.5, 462.1, 684.2, 700.1-ci nömrəli maddələrinə istinad etmişdir.

8. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 8 dekabr tarixli e-2-2(113)-2885/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 30 iyul tarixli ofis icarəsin ə dair müqaviləyə xitam verilmiş, cavabdehdən 3.628.5 manat ödənilməmiş icarə haqqı borcu, 796.5 manat ƏDV borcu, 200 manat cərimə, 40.44 manat elektrik borcu tutularaq iddiaçıya ödənilmişdir (hakim Zaur Pirverdiyev).

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçı Bakı şəhəri, C.Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”da müqavilənin Əlavə 1-də göstərilmiş ofis sahəsini icarə haqqı qarşılığında cavabdehə vermişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci maddəsinə əsasən, icarəyə verən binanın 8-ci mərtəbəsində yerləşən 75 kv.m sahəni cavabdehə icarəyə vermiş, icarəçi 2019-cu il 1 avqust tarixindən 2020-ci il 31 dekabr tarixinədək 1500+18% ƏDV ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçıya icarə haqqı borcu və elektrik enerjisi borcu yaranmış, cavabdeh tərəfindən 4.425 manat icarə haqqı və 91.3 manat işıq pulu ödənişləri edilmiş, hazırda cavabdehin iddiaçıya 3.628.5 manat icarə borcu, 796.5 manat ƏDV, 40.44 manat elektrik borcu vardır.

11. Həmçinin, cavabdeh ona məxsus istifadə hüququnu hər hansı fərdi səbəblərdən həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilməməlidir. Belə ki, tərəflər arasında olan icarə müqaviləsi qüvvədə olmuş, icarəyə verilmiş sahə cavabdehin istifadəsində olmaqla cavabdeh tərəfindən həmin müqavilənin dəyişdirilməsi və ya ləğv olunması iddiaçıdan tələb olunmamışdır.

12. Bundan əlavə, cərimənin tutulması tələbi tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 5.1-ci bəndinə əsasən icraçı icarə haqqını ge cikdirdiyi hər gün üçün 1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmişdir.

13. İddiaçının tələb etdiyi 2.655 manat dəbbə pulu yaranmış 3.628.5 manat borca görə tənasübsüz surətdə yüksək məbləğ hesab edilərək, onun məbləği azaldılmaqla 200 manat həddində müəyyən edilərək cavabdehdən tutulması müəyyən edilmişdir.

14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 385.1, 421.1, 421.2, 422.1, 422.2, 422.4, 423.2, 442, 448.0, 462.1, 465.2, 467, 684.2, 700.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 217.3, 119.1, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 mart tarixli 2-2(103)-311/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 8 dekabr tarixli e-2-2(113)-2885/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov, Cahangir Yusifov).

17. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, cavabdehin icarə müqaviləsi üzrə öhdəliyini lazımı qaydada icra etmədiyi işin mübahisəsiz halı olduğundan, müqavilənin ləğv edilərək, icarə müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulması barədə iddiaçının tələbi əsaslıdır. 18. 2021-ci il 5 aprel tarixdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir. 19. 2021-ci il 31 may tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçının vəkili məhkəməyə hər iki tərəfin təsdiq etdiyi 2021-ci il 03 avqust tarixli barışıq sazişini təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

21. Cavabdehin nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-in 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTLƏRİNİN MÜM KÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində verilmiş, şikayətin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Məhkəmədə mülki işə başlama … 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. “ “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri … 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.” “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.... 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə m ahiyyəti üzrə baxır.” “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etm əsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;...” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri... 417.1.5 Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.— 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər”. İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. İşə kassasiya qaydasında baxılarkən, məhkəməyə təqdim edilmiş, hazırki iş üzrə tərəflər arasında 2021-ci ilin 03 avqust tarixli barışıq sazişi aşağıdakı məzmunda bağlanmışdır:

1. Cavabdeh 2021-ci il 15 avqust tarixədək iddiaçıya 2.655.00 (iki min altı yüz əlli beş) manat məbləğində pul ödəyir.

2. Tərəflər razılaşır ki, Sazişin 1-ci bəndində göstərilən məbləğ ödənildikdən sonra, cavabdeh iddiaçı tərəfindən girov saxlanılmış əşyaları qeyd-şərtsiz geri götürür.

3. İddiaçı müqaviləyə xitam verilməsi və bu Sazişin 1-ci bəndində göstərilən məbləğin ödənil məsi istisna olmaqla, qalan iddia tələblərindən imtina edir.

4. Tərəflər razılaşır ki, bundan sonra tərəflərin bir-birinə qarşı müqavilədən irəli gələn öhdəliklər üzrə hər hansı tələb irəli sürmək və ya digərinin üzərinə vəzifə qoymaq hüququ yoxdur.

5. Bu Saziş burada qeyd olunan mübahisəli məsələlərə dair tərəflərin tam razılığını əhatə edir və hər hansı əvvəlki saziş və razılaşmalardan üstündür. Bu Sazişə əsasən heç bir tərəf hər hansı mübahisəli olmuş hüquq, iddia və tələblərə istinad etməməlidir və tərəflər üçün yalnız bu Sazişdə təsbit edilənlər etibarlı hesab olunur. Bu Saziş ilə həmçinin onun qüvvəyə mindiyi tarixdə tərəflərə məlum olmayan hüquq, iddia və tələblər həll olunur.

6. Tərəflər razılaşır ki, bu Sazişin müddəalarını, həmçinin tərəflər arasında bütün mübahisəli hüquq və idd iaları tam olaraq məxfi saxlayacaqlar və yalnız bu Sazişin icrası üçün edilən açıqlama istisna olmaqla heç bir üçüncü şəxsə açıqlamayacaqlar.

7. Bu Sazişə hər hansı əlavə və ya dəyişiklik yalnız hər iki tərəfin razılaşdırdığı və imzaladığı sənəd əsasında edilə bilər.

8. X3 imzalandığı tarixdən qüvvəyə minir və müddətsiz olaraq qüvvədədir.

9. Bu Saziş azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə tərtib edilir və imzalanır.Sazişin bir nüsxəsi İddiaçıda, bir nüsxəsi cavabdehdə, bir nüsxəsi isə Ali Məhkəmədə saxlanılır.

25. Mülki prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi (bax yuxarıda §27) prosesin istənilən mərhələsində tərəfləri iddia və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməyi vəzifə kimi məhkəmənin üzərinə qoyur. Barışıq sazişi, əsasən mövcud mübahisənin məhkəmədən kənar qaydada həll olunması barədə tərəflərin razılaşmasıdır. Məhkəmədə tərəflər arasında belə bir razılaşmanın əldə edilməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir və ona görə də prosessual qanunvericilik tərəflər arasında barışıq sazişinin bağlanmasını və bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsini iş üzrə icraatın xitam olunmasının əsası kimi nəzərdə tutur.

26. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 2021-ci il tarixli 03 avqust tarixli barışıq sazişinin şərtlərini təhlil edərək belə qənaətə gəlir ki, həmin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və buna görə də təsdiq edilməlidir.

27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli v ə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 52.3, 52.4, 52.5, 261.0.5, 262.4, 417.1.5-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC Cavabdeh MMC arasında 2021-ci il 3 avqust tarixdə bağlanmış, aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh 2021-ci il 15 avqust tarixədək iddiaçıya 2.655.00 (iki min altı yüz əlli beş) manat məbləğində pul ödəyir.

2. Tərəflər razılaşır ki, Sazişin 1-ci bəndində göstərilən məbləğ ödənildikdən sonra, cavabdeh iddiaçı tərəfindən girov saxlanılmış əşyaları qeyd-şərtsiz geri götürür.

3. İddiaçı müqaviləyə xitam verilməsi və bu Sazişin 1-ci bəndində göstərilən məbləğin ödənilməsi istisna olmaqla, qalan iddia tələblərindən imtina edir.

4. Tərəflər razılaşır ki, bundan sonra tərəflərin bir-birinə qarşı müqavilədən irəli gələn öhdəliklər üzrə hər hansı tələb irəli sürmək və ya digərinin üzərinə vəzifə qoymaq hüququ yoxdur.

5. Bu Saziş burada qeyd olunan mübahisəli məsələlərə dair tərəflərin tam razılığını əhatə edir və hər hansı əvvəlki saziş və razılaşmalardan üstündür. Bu Sazişə əsasən heç bir tərəf hər hansı mübahisəli olmuş hüquq, iddia və tələblərə istinad etməməlidir və tərəflər üçün yalnız bu Sazişdə təsbit edilənlər etibarlı hesab olunur. Bu Saziş ilə həmçinin onun qüvvəyə mindiyi tarixdə tərəflərə məlum olmayan hüquq, iddia və tələblər həll olunur.

6. Tərəflər razılaşır ki, bu Sazişin müddəalarını, həmçinin tərəflər arasında bütün mübahisəli hüquq və iddiaları tam olaraq məxfi saxlayacaqlar və yalnız bu Sazişin icrası üçün edilən açıqlama istisna olmaqla heç bir üçüncü şəxsə aç ıqlamayacaqlar.

7. Bu Sazişə hər hansı əlavə və ya dəyişiklik yalnız hər iki tərəfin razılaşdırdığı və imzaladığı sənəd əsasında edilə bilər.

8. X3 imzalandığı tarixdən qüvvəyə minir və müddətsiz olaraq qüvvədədir.

9. Bu Saziş azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə tərtib edilir və imzalanır.Sazişin bir nüsxəsi İddiaçıda, bir nüsxəsi cavabdehdə, bir nüsxəsi isə Ali Məhkəmədə saxlanılır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 mart tarixli 22(103)-311/2021 saylı qətnaməsi ləğv edilsin. Hazırki iş üzrə icraata xitam verilsin. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar