Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-315/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh1 MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 dekabr tarixli 2-2(1 03)-939/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2015-ci il 24 fevral tarixli 11-15 nömrəli kredit müqaviləsindən (bundan sonra – “Kredit müqaviləsi”) görünür ki, kreditor - İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “ASC”) tərəfindən borc alan - Cavabdeh1 MMC-yə (bundan sonra – “MMC”) 12 ay müddətinə illik 14% dərəcəsi ilə 7.500.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə aralarında razılığa gəlmişlər. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 28%, aylıq isə 2,33% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, MMC ASC-yə olan 7.500.000 ABŞ dolları əsas borcu 12 ay ərzində illik 14 faiz dərəcəsi ilə 832.674 ABŞ dolları faiz borcu ilə birlikdə (ümumilikdə 8.332.674 ABŞ dolları olmaqla) ödəməli idi. 2. 2015-ci il 24 fevral tarixli ZM-1-11-15-USD nömrəli zaminlik müqaviləsindən (bundan sonra – “Zaminlik müqaviləsi”) görünür ki, "xxxx" QSC (bundan sonra – "xxxx") kredit müqaviləsi üzrə kreditin təminatı kimi borc alan MMC-nin öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
3. Kredit müqaviləsi üzrə 2016-cı il 30 iyun tarixli 01 saylı əlavə sazişdən görünür ki, kredit müqaviləsinə dəyişiklik edilmiş, dəyişikliyə əsasən kreditorun borcalana ayırdığı 7.500.000 ABŞ dolları məbləğində kredit 4.880.043 ABŞ dolları məbləğində yeniləşdirilən kredit xəttinə çevrilmiş, kredit xəttinin müddəti 2017-ci il 3 1 dekabr tarixədək təyin edilmiş, kredit xəttinin istifadəsinə görə borcalan kreditora illik 12% dərəcəsi ilə faiz ödəyir, gecikdirilən borc məbləğinə cərimə kimi illik 24% dərəcəsi ilə faiz ödəyir.
4. MMC təfərindən ASC-yə 2017-ci il 16 iyun, 15 dekabr, 2018-ci il 27 fevral, 2018-ci il 31 iyul tarixlərinə göndərilmiş eyni məzmunlu məktublarda borcun əvəzləşmə yolu ilə ödənilməsi xahiş edilmişdir. 5. 2017-ci il 23 dekabr tarixli Maliyyə Bazarlarına Nəzarət X1 qərarına əsasən "xxxx" ASC-nin lisenziyası həmin tarixdən ləğv edilib. 2017-ci il 27 dekabr tarixində isə Əmanətlərin Sığortalanması Fondu ASC-nin ləğvedicisi təyin edilib.
6. ASC tərəfindən MMC-yə və QSC-yə göndərilmiş 2019-cu il 16 iyul və 2019-cu il 19 iyul tarixli bildirişlərin surətindən görünür ki, tərəflərdən borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
7. ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş 2019-cu il 19 iyul tarixli **********226 nömrəli maliyyə arayışından görünür ki, ASC ilə MMC arasında bağlanmış 2015-ci il 17 fevral tarixli kredit müqaviləsinə əsasən (müqavilə müddəti xx.xx.2015-xx.xx.2017) 2019-cu il 16 iyul tarixinə MMC-nin ASC-yə olan borcu 1.500.000 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 111.294,92 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 553.500 ABŞ dolları cərimə borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan (illik faiz dərəcəsi 5% olmaqla) günlük faiz məbləği 206,84 ABŞ dolları (gecik mə 556 gün) olmaqla, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 115.003,04 ABŞ dolları, ümumilikdə isə yaranmış borc məbləği 2.279.797,96 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. ASC 2019-cu il 29 oktyabr tarixində MMC-yə və QSC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Kredit müqaviləsinə əsasən 1.500.000 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 111.294,92 ABŞ dolları faiz, 553.500 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 2019-cu il 16 iyul tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 115.003,04 ABŞ dolları borc olmaqla, ümumilikdə 2.279.797,96 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdə n müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, MMC-yə Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən dövriyyə vəsaitinin artırılması məqsədi ilə illik 14 faizlə 7.500.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə əlavə saziş bağlanılaraq kredit müqaviləsinə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən kreditorun borcalana ayırdığı 7.500.000 ABŞ dolları məbləğində kredit 4.880.043 ABŞ dolları məbləğində yeniləşdirilən kredit xəttinə çevrilmiş, kredit xəttinin müddəti 2017-ci il 31 dekabr tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq QSC ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu təşkilatlar müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edirlər. 2019-cu il iyulun 16-dək MMC-nin kredit müqaviləsinə əsasən banka 1.500.000 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 111.294,92 ABŞ dolları faiz, 553.500 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 2019-cu il 16 iyul tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 115.003,04 ABŞ dolları borc olmaqla, ümumilikdə 2.279.797,96 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu təşkilatlar borcu ödəməkdən boyun qaçırır.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 501-ci maddələrinə istinad edilmişdir.
11. MMC 2019-cu il 29 noyabr tarixində ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ASC-nin iddiasının rədd edilməsi, K redit müqaviləsi üzrə MMC-nin 1.500.000ABŞ dolları olan əsas borcunun ASC-də olan hesabından silinməsi vəzifəsi ASC-nin üzərinə qoyulmaqla öhdəliyə xitam verilməsini xahiş etmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 dekabr tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuş (hakim – L.Əliyeva); Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 mart tarixli qərardadı ilə MMC-nin şikayəti təmin edilməmiş, həmin qərardad dəyişdirilmədən saxlanılmışdır.
13. QSC 2019-cu il 3 dekabr tarixində ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ASC-nin iddiasının rədd edilməsi, Kredit müqaviləsi üzrə MMC-nin 1.500.000ABŞ dolları olan əsas borcunun ASC-də olan h esabından silinməsi vəzifəsi ASC-nin üzərinə qoyulmaqla öhdəliyə xitam verilməsini xahiş etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 aprel tarixli e-2-2(113)-58/2021 saylı qərardadı ilə QSC-nin ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 iyul tarixli qərardadı ilə QSC-nin şikayəti təmin edilməmiş, həmin qərardad dəyişdirilmədən saxlanılmışdır.
15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 aprel tarixli e-2-2(113)-58/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, MMC və QSC-dən müştərək qaydada kredit müqaviləsi (və əlavə saziş) üzrə 1.500.000 ABŞ dolları məbləğində əsas borc, müqavilə müddəti üçün hesablanmış 111.294,92 ABŞ dolları faiz borcu, 23.702,04 ABŞ dolları məbləğində cə rimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 115.003,04 ABŞ dolları faiz borcu, cəmi 1.750.000 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 23,02 manat məbləğində pul tutularaq ASC-yə ödənilməsi qət edilmişdir (hakim E.Əliyev).
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddianın müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanan və tələb olunan 553.500 ABŞ dolları cərimə tələbi tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 23.702,04 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
17. Həmçinin, MMC və QSC-dən müştərək qaydada kredit müqaviləsi (və əlavə saziş) üzrə 1.500.000 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 111.294, 92 ABŞ dolları faiz borcu, 23.702,04 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 115.003,04 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1.750.000 ABŞ dolları məbləğində pul tutularaq ASC-yə ödənilməlidir.
18. Məhkəmə mövqeyini MM-in 385.1, 386.1, 442, 443.1, 445,7, 462.1, 465.2, 467-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. QSC 2021-ci il 27 may tarixində apellyasiya şikayəti verərək, həmin qətnaməni ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 dekabr tarixli 2-2(103)-939/2021 saylı qətnaməsi ilə QSC-nin a pellyasiya şikayəti təmin edilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
21. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edir və bu mənada apellyasiya şikayəti ilə razılaşmır.
22. Həmçinin, məhkəmə qeyd etmişdir ki, qanunvericiliklə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmişdir. Bu o deməkdir ki, qanunla müflis bankla onun kreditor ları arasında öhdəliklərin əvəzləşdirilməsinə yol verilsə də, əvəzləşmənin Qanunun 82-ci maddəsində nəzərdə tutulan növbəliliyə əməl edilməklə həyata keçirilməli olduğu müəyyən edildiyindən, müflis elan olunmuş bankın kreditorlarına növbəlikdən kənar hər hansı qaydada ödəniş aparıla, habelə, müflis bankla onun kreditorları arasında növbəlikdən kənar öhdəliklərin əvəzləşdirilməsi həyata keçirilə bilməz.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 442, 448.1, 448.2, 462.1, 467, 470.1, 472.1, 739.1, 739.2, 741-ci; MPM-in 14.2, 77.1-ci; “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78.1, 82, 87-ci maddələri ilə əsaslandırmışdır.
24. Həmin qətnamə 2021-ci il 30 dekabr tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmiş, həmçinin həmin tarixli məktu bla tərəflərə göndərilmişdir.
25. QSC 2022-ci il 22 fevral tarixində kassasiya şikayəti verməklə həmin qətnaməni ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 968-ci maddəsinin tələbi pozulmuşdur - ASC tərəfindən heç bir hüquqi əsas olmadan MMC-nin bank hesabı bloklaşdırılmışdır. Belə ki, 2017-ci ilin iyun ayında bank hesabı bloklanmış və MMC hesabındakı puldan bu günə kimi istifadə edə bilməmişdir. ASC hesabdakı pulu öhdəliyin əvəzləşdirilməsinə silmədiyi halda, həmin vəsaitdən müştərinin istifadəsinə məhdudiyyət qoymuşdur. Halbuki, belə bir hal yolverilməzdir və məhdudiyyət məhkəmənin qərarı ilə qoyula bilərdi.
27. MM-in 445.5 və 446.1-ci madd ələrinin tələbi pozulmuşdur. Öhdəliyin vaxtından əvvəl icrası üçün dəfələrlə verilmiş yazılı təkliflər ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edilməmiş, nəticədə öhdəlik MMC-nin təqsiri olmadan icra edilməmişdir. Belə olan halda faiz və gecikməyə görə dəbbə pulu tələb olunması tamamilə əsassızdır və MM-in tələbləri ilə tam ziddiyyət təşkil edir. MMC tərəfindən sonuncu dəfə 2019-cu il 7 avqust tarixdə ƏSF-yə məktub ünvanlanmışdır. Həmin məktubla bildirişlərə cavab verilmiş, kredit öhdəliyinin icrası üçün dəfələrlə edilmiş müraciətlər, onların cavabsız qalması və nəhayət bir daha kredit borcunun hesabdan əvəzləşmə yolu ilə bağlanılması xahiş edilmişdir. Bu dəfə də ƏSF tərəfindən məktub icrasız qalmış və həmin təşkilat tərəfindən məhkəmədə iddia qaldırılmışd ır. Göründüyü kimi kredit müqaviləsinin son müddəti 2017-ci il 31 dekabr tarixdə bitsə də, MMC tərəfindən öhdəliyin vaxtından əvvəl icrası üçün 6 ay əvvəl - 2017-ci il 16 iyun tarixdə kreditora müraciət olunmuşdur. Lakin kreditor ASC tərəfindən tələb icra olunmamışdır. ASC-yə ünvanlanmış bütün məktublar elə həmin tarixdə bankın məsul işçiləri tərəfindən qəbul edilmiş və həmin andan etibarən kreditin bank hesabından əvəzləşdirilməsi təmin olunmalı idi. 28. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76 və 78-ci maddələrinin tələbi pozulmuşdur. ASC-nin ləğvedicisi ƏSF tərəfindən 2018-ci il 28 avqust tarixli cavab məktubu ünvanlanmış, həmin maddələrə istinad olunmaqla tələbə növbəlilik çərçivəsində baxılacağı qeyd olunmuşdur. ƏSF-nun MMC-nin müraciətini təmin etməməsi və qeyd oluna n maddələrə istinad etməsi özü-özlüyündə yanlış mövqedir. Belə ki, həmin maddələrdə müflis bankın kreditorları tərəfindən irəli sürülmüş tələblərin qeydə alınması və əvəzləşdirmə proseduru tənzimlənir. Sözügedən Qanunda müflis banka münasibətdə iki növ subyekt müəyyən edilmişdir: kreditorlar və borclular. MMC müflis elan olunmuş ASC-nin kreditoru deyil, borclusu hesab olunur. Ona görə də kreditorların tələbləri ilə bağlı müddəaların borcluların tələblərinə tətbiq edilməsi yolverilməzdir. Buna baxmayaraq kredit borcu yenə də hesabdan silinməmiş, əksinə təxminən 11 ay sonra ƏSF tərəfindən ünvanlanmış 2019-cu il 16 iyul və 2019-cu il 19 iyul tarixli bildirişlərlə kredit borcu (faiz və cərimələr) tələb edilmişdir.
29. MM-in 739.1, 739.2, 741-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmənin mö vqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsinə əsasən aldığı pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh MMC müqavilə üzrə iddiaçıya olan borcunu ödəməli, zamin QSC isə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyi üçün kreditor qarşısında eyni məsuliyyəti daşımalıdır. Lakin, apellyasiya məhkəməsinin mövqeyi düzgün olmamışdır. Belə ki, MMC kredit müqaviləsi üzrə öz öhdəliklərini həyata keçirməkdən yayınmamışdır. Dəfərlərə ASC-yə məktublar ünvanalaraq kredit müqaviləsi üzrə öhdəliyin vaxtından əvvəl icrası üçün 1.500.000 ABŞ dolları borcun MMC-nin həmin bankda olan hes abından əvəzləşmə yolu ilə ödənilməsi xahiş edilmiş, lakin bank tərəfindən hesabdan pulun silinməsi təmin olunmamışdır. Göründüyü kimi MMC öz öhdəliklərinin icrasından yayınmamışdır. Borcun ödənilməsi istiqamətində zəruri hərəkət etmiş, lakin bank tərəfindən borclu tərəfindən öhdəliyin icrası üçün edilmiş hərəkətlərə adekvat cavab verilməmişdir. Bank tərəfində vaxtında MMC-nin bankda olan hesabında olan pul vəsaitinin banka olan borcu ilə əvəzləşməsinin həyata keçirilməməsi əsassız olaraq faizlərin və dəbbə pulunun hesablanması ilə nəticələnmişdir.
30. MM-in 427.1-ci maddəsinin tələbi pozulmuşdur. MMC tərəfindən ASC-yə 2017-ci il 16 iyun tarixli məktub ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliyin vaxtından əvvəl icrası üçün 1.500.000 ABŞ dolları borcun MMC-nin həmin bankda olan hesabından əvəzləşmə yolu ilə ödənilməsi xahiş edilmişdir. Lakin ASC tərəfindən nə məktuba cavab verilmiş, nə də hesabdan pulun silinməsi təmin olunmuşdur. Hesabdan pulun silinməməsi borcluya əlavə faiz və dəbbə pulu hesablamaq məqsədi daşımışdır. Daha sonra MMC tərəfindən ASC-yə təkrar olaraq 2017-ci il 15 dekabr tarixli və 2018-ci il 27 fevral tarixli eyni məzmunlu məktublar ünvanlanmış, pulun MMC-nin hesabından silinməsi ilə yanaşı, bank tərəfindən həmin hesabın bloklaşdırıldığı gündən faizlərin hesablanmasının dayandırılması tələb edilmişdir. Çünki, 2017-ci ilin iyun ayından etibarən bank tərəfindən hesab bloklaşdırılmış və MMC hesabdakı pul vəsaitindən bu günə kimi istifadə edə bilməmişdir. Buna baxmayaraq, müraciətlər yenə də cavabsız qalmışdır. 2018-ci il 31 iyul tarixdə MMC tərəfindən ƏSF-yə eyni məzmunlu məktub ünvanlanmış və əvvəlki müraciətlərə də cavab verilməməsi qeyd edilmişdir. Eyni zamanda, həm kredit müqaviləsində, həm də MM-də borcluya öhdəliyi vaxtından əvvəl icra etmək hüququ verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, eyni tələbə dair "xxxx" QSC-nin cavabdeh LPO İddiaçı ASC-yə qarşı iddiasına Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-58/2021 nömrəli iş üzrə xx.xx.2021-ci tarixli qərardadı ilə xitam verilmiş, iddiaçıya iflas proseduru çərçivəsində iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etməsi izah olunmuş, Bakı Apellyasiya Məhkəməsinin KK-nın 2-2(103)-829/2021 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və iddiaçı həmin qərardaddan kassasiya şikayəti verməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmiş və “Banklar haqqında” Qanunun 10-cu fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. "xxxx" QSC-nin qarşılıqlı iddia ərizəsində irəli sürdüyü tələb ilə eyni olan kassasiya şikayətinin yeganə dəlilinin hüquqi əsasını təşkil edən “Banklar haqqında” Qanunun 78.1-ci maddəsinə görə, həmin qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. “Banklar haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür. Həmin Qanunun 87-ci maddəsinə əsasən, bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir.Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Odur ki, qanunla müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsin ə yol verilsə də, əvəzləşmənin Qanunun 82-ci maddəsində nəzərdə tutulan növbəlik qaydasına əməl edilməklə həyata keçirilməli olduğu müəyyən edildiyindən, müflis elan olunmuş bankın kreditorlarına növbəlikdən kənar hər hansı qaydada ödəniş aparıla bilməz və müflis bankla onun kreditorları arasında növbəlikdən kənar öhdəliklərin əvəzləşdirilməsi həyata keçirilə bilməz. Ümumiyyətlə, kassator mübahisələndirdiyi hallar barədə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət (MPM-in 405.0.2ci maddəsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən bərpa edilməklə verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirsə də, hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruri dir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərər in əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qər əzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini v ə öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbl əği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” “Maddə
954. Bank hesabı müqaviləsi 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirm əyi öhdəsinə götürür. 954.2. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. 954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. 954.4. Bu fəslin banklara aid qaydaları verilmiş xüsusi icazəyə (lisenziyaya) müvafiq surətdə bank hesabı müqaviləsi bağlayan və icra edən başqa kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna da tətbiq olunur.” “Maddə
972. Nağdsız hesablaşmaların formaları 972.1. Nağdsız hesablaşmalar aparılarkən ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalara, inkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalara, habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir. 972.2. Müqavilə üzrə tərəflərin bu Məcəllənin 972.1-ci maddəsində göstərilmiş hesablaşma formalarından hər hansı birini seçmək və müqavilədə müəyyənləşdirmək hüququ vardır.” “Maddə
975. Tapşırığın icrası 975.1. Ödəyicinin ödəniş tapşırığını qəbul etmiş bank müvafiq pul məbləğini tapşırıqda göstərilmiş şəxsin hesabına salınmaq üçün vəsait alanın bankına bu Məcəllənin 973.1-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə köçürməlidir. 975.2. Bank müştərinin tapşırığında göstərilmiş hesaba pul vəsaitinin köçürülm əsi əməliyyatlarının yerinə yetirilməsi üçün digər bankları cəlb edə bilər. 975.3. Bank ödəyicinin tələbi ilə ona tapşırığın icrası haqqında dərhal bildiriş verməlidir. Tapşırığın icrası haqqında bildirişin tərtibi qaydası və onun məzmununa aid tələblər qanunla, ona uyğun müəyyənləşdirilmiş bank qaydaları və ya tərəflərin razılaşması ilə nəzərdə tutulur.”
36. Azərbaycan Respublikası Mərkəzi X2 2013-cü il 17 sentyabr tarixli, 19/1 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ında göstərilmişdir
1. Ümumi müddəalar... 1.3. Nağdsız hesablaşmalar və pul köçürmələri banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru (bundan sonra - banklar) vasitəsilə aparılır....” “3. Nağdsız hesablaşmaların f ormaları 3.1. Bu Təlimat nağdsız hesablaşmaların aşağıdakı formalarını tənzimləyir: 3.1.1. ödəniş tapşırıqları ilə hesablaşmalar; 3.1.2. ödəniş tələbnamə-tapşırıqları ilə hesablaşmalar; 3.1.3. inkasso sərəncamları ilə hesablaşmalar;...” “4. Ödəniş sənədlərinə və onların icrasına dair ümumi tələblər... 4.6. Nağdsız hesablaşmalar bu Təlimatın 3.1-ci bəndi ilə nəzərdə tutulmuş formalarda həyata keçirilərkən aşağıdakı ödəniş sənədlərindən istifadə edilir: 4.6.1. ödəniş tapşırıqları; 4.6.2. ödəniş tələbnamə-tapşırıqları; 4.6.3. inkasso sərəncamları;... 4.7. Ödəniş sənədləri yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) 3 (üç) iş günü ərzində banka təqdim edilir. Bu müddət bitdikdən sonra təqdim olunan ödəniş sənədləri icraya qəbul edilmir. Ödəniş sənədi poçt rabitəsi vasitəsi ilə banka gö ndərildikdə müddət ödəniş sənədinin poçta verilmə tarixini göstərən poçtun ştampına əsasən müəyyən olunur.”
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməs i işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” 38. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
78. Əvəzləşdirmə və saldo çıxarma 78.1. Bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər....” “Maddə 8
2. Ödənişlərin növbəliyi 82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür:... 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərin in tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir.” “Maddə 8
7. Tələblərin ödənilməsi 87.1. Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdiri lərək kateqoriyalar üzrə birləş-dirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. 87.2. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. 87.3. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. 87.4. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici kütləvi informasiya vasitələrində bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alma bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 26-30) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətb iq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmişdir.
40. Belə ki, iş materiallarından göründüyü kimi, MMC təfərindən ASC-yə 2017-ci il 16 iyun, 15 dekabr, 2018-ci il 27 fevral, 2018-ci il 31 iyul tarixlərinə göndərilmiş eyni məzmunlu məktublarda borcun əvəzləşmə yolu ilə ödənilməsi xahiş edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müştəri öz bank hesabları barəsində sərəncam vermək hüququna malikdir. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.
42. Bundan başqa, nağdsız hesablaşmalar aparılarkən ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalara, inkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalara, habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir.
43. Həmçinin, ödəniş tapşırığının və onunla birlikdə təqdim edilən hesablaşma sənədlərinin məzmunu və forması qanunla və ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə uyğun gəlməlidir.
44. Aydın olduğu kimi, qanunvericilik bank hesabında olan vəsaitlə əlaqədar müvafiq hərəkətlərin aparılmasının qaydasını nəzərdə tutmuşdur.
45. Azərbaycan Respublikası Mərkəzi X2 2013-cü il 17 sentyabr tarixli, 19/1 sayl ı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimata əsasən, nağdsız hesablaşmalar və pul köçürmələri banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru (bundan sonra - banklar) vasitəsilə aparılır. ödəniş tapşırıqları ilə hesablaşmalar, ödəniş tələbnamə-tapşırıqları ilə hesablaşmalar və inkasso sərəncamları ilə hesablaşmalar nağdsız hesablaşmanın bu Təlimatla tənzimlənən formaları kimi müəyyən edilmişdir. Nağdsız hesablaşmalar bu Təlimatın 3.1-ci bəndi ilə nəzərdə tutulmuş formalarda həyata keçirilərkən ödəniş tapşırıqları, ödəniş-tələbnamə tapşırıqları və inkasso sərəncamlarından istifadə edilir. Ödəniş sənədləri yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) 3 (üç) iş günü ərzində banka təqdim e dilir. Bu müddət bitdikdən sonra təqdim olunan ödəniş sənədləri icraya qəbul edilmir.
46. İstinad olunan Təlimatın göstərişlərindən də göründüyü kimi, bank tərəfindən müştərinin hesabı üzrə nağdsız hesablaşma və s. həyata keçirilməsi üçün müştəri tərəfindən banka müvafiq tapşırıq və ya sərəncam göndərilməli idi.
47. Hazırkı halda isə, MMC istina olunan Təlimatın və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq hesab üzrə əməliyyatın aparılmas üçün müvafiq sərəncam göndərmək əvəzinə banka müxtəlif tarixlərdə borcun əvəzləşmə yolu ilə ödənilməsi məzmunlu məktublar göndərmiş, habelə məhkəməyə onun tərəfindən yuxarıda sadalanan müvafiq zəruri hərəkətlərin edilməsini təsdiq edən sübutlarını təqdim edə bilməmişdir.
48. Kassatorun şikayətdə göstərdiyi digər dəllilərə apellyasiya instansiya məhk əməsi tərəfindən hüquqi qiymət verildiyindən və kassasiya instansiyası həmin mövqe ilə razılaşdığından hesab edir ki, eyni məzmunlu dəllillərə münasibətdə prosessual qənaət prinsipi baxımından təkrar hüquqi dəyərləndirmənin aparılmasına lüzum yoxdur.
49. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən kassatorun istinad etdiyi hüquq pozuntularına yol verməmişdir. Bu səbəbdən, qətnamə qanuni və əsaslı hesab edilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 dekabr tarixli 2-2(103)-939/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.