Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-315/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X4 B.V” Şirkətinin cavabdehlər Cavabdeh1 MMC, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi, Cavabdeh2 MMC, Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqaviləyə xitam verilməsi, əmlakın qaytarılması və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı “X4 B.V” Şirkətinin cavabdehlər Cavabdeh1 MMC, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi, Cavabdeh2 MMC, Cavabdeh4 qarşı “müqaviləyə xitam verilməsi, əmlakın qaytarılması və pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2-2(103)-46/2023 saylı qətnaməsindən iddiaçı, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2008-ci il 10 iyul tarixli müqavilədən görünür ki, icarəyə verən Niderland Krallığının "xxxx" Şirkəti tərəfindən icarəçi Cavabdeh1 MMC-yə qiyməti 325.000 avro olan 1998-ci ildə istehsal olunmuş 1 ədəd “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranı ayda 6.000 avro ödənilməklə icarəyə verilmişdir. 2. 2013-cü il 30 dekabr tarixli müqavilədən görünür ki, satıcı "xxxx" Şirkəti “GROVE GMK 4070” markalı, 4070-8186 se riya nömrəli mobil kranı onun icarəyə verilməsi ilə bağlı hüquqları, o cümlədən ödənilməmiş icarə borclarını almaq hüququ ilə alıcı “X4 B.V.” Şirkətinə 100.000 avroya satmışdır. 3. 2013-cü il 31 dekabr tarixli müqavilədən görünür ki, Cavabdeh1 MMC ilə "xxxx" Şirkəti arasında bağlanmış 2008-ci il 10 iyul tarixli icarə müqaviləsi ləğv edilmiş və həmin müqavilədə nəzərdə tutulmuş eyni şərtlərlə icarəyə verən “X4 B.V.” Şirkəti icarəçi Cavabdeh1 MMC-yə “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranı icarəyə vermişdir. 4. 2017-ci il 26 may tarixli “X4 B.V.” Şirkəti ilə Cavabdeh1 MMC arasındakı imzalanmış və möhürlərlə təsdiq edilmiş üzləşmə aktından görünür ki, icarəçi Cavabdeh1 MMC-nin icarədar “X4 B.V.” Şirkətinə 364.000 avro borcu olmuş, ondan 197.170 avro ödənilmiş, 2017ci il 26 may tarixinə 166.830 avro məbləğində borc ödənilməmiş qalmışdır.
5. Dövlət Gömrük Komitəsinin 2020-ci il 24 iyun tarixli 1000-170/1xx-xx/011366 nömrəli məktubundan görünür ki, “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kran Cavabdeh1 MMC tərəfindən 2008-ci il 6 dekabr tarixli 00100/0120762 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə müvəqqəti idxal olunmuş, 2010-cu il 24 dekabr tarixli 00100/0120762 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” rejimi bəyan edilərək ölkə ərazisinə idxal olunmuşdur.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş X9 İdarəsinin 2022-ci il 15 yanvar tarixli 016-5709/222 nömrəli məktubundan görünür ki, 2011-ci il 25 yanvar tarixində Cavabdeh1 MMC-yə AB493128 nömrəli qeydiyyat şəhadətnaməsi verilmi ş, “GROVE GMK 4070” xüsusi markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı mobil kran Cavabdeh1 MMC-nin adına qeydiyyata alınmışdır. 2011-ci il 2 fevral tarixində kran "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş, yüklülük 2017-ci il 24 fevral tarixində götürülmüşdür. 2017ci il 3 avqust tarixində isə kran Cavabdeh1 MMC-nin qeydiyyatından çıxarılmış və sonuncu ilə Cavabdeh2 MMC arasında 2017-ci il 8 avqust tarixində nəqliyyat vasitəsinin alğı-satqısına dair müqavilə bağlanmış, buna əsasən kran 2017-ci il 8 avqust tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş X9 İdarəsində Cavabdeh2 MMC-nin adına qeydiyyata alınmışdır. 7. “X4 B.V” Şirkəti tərəfindən Cavabdeh1 MMC-yə 2018-ci il 6 iyun tarixdə ünvanlanmış pretenziya məktubunda kranın icarəyə verilməsi ilə bağlı ödənilməyən 238.830 avro icarə haqqının (əsas borcun), öhdəliyinin icrasının gecikdirilməsi ilə bağlı 11.941 avro əlavə borcun, cəmi 250.771 avro məbləğində vəsaitinin ödənilməsi, həmçinin “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın geri qaytarılması və ya onun dəyəri olan 325.000 avro məbləğində vəsaitin 3 gün müddətində “X4 B.V” Şirkətinə ödənilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 8. “X4 B.V” Şirkəti (bundan sonra – “iddiaçı”) Cavabdeh1 MMC-yə (bundan sonra – Cavabdeh1) qarşı iddia ərizəsi ilə 2018-ci il 11 iyul tarixində (daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə) 2 Saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında “GROVE GMK 4070” markalı, 4070-818 6 seriya nömrəli mobil kranın (bundan sonra – “kran”) icarəyə verilməsi barədə 2013-cü il 31 dekabr tarixli icarə müqaviləsinə xitam verilməsini, kranın icarəyə verilməsi ilə bağlı ödənilməyən 364.830 avro icarə haqqının (əsas borcun), öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 18.242 avro əlavə borcun, 4.000 manat hüquqi xidmət haqqının, 250 manat tərcümə xərclərinin, 75 manat notariat xərclərinin və 30 manat dövlət rüsumunun, cəmi 383.072 avro və 4.355 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsini, kranın cavabdehin mülkiyyətinə keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş X9 İdarəsinin (bundan sonra – “BDYPİ”) tərəfindən verilən 2011-ci il 25 yanvar tarixli AB493128 nömrəli şəhadətnamənin ləğv edilməsi, həmin kranın cavabdeh tərəfindən Cavabdeh2 MMC-yə (bundan sonra – “Cavabdeh2”) satılması barədə 2017-ci il 8 avqust tarixli alğı-satqı müqaviləsinin, həmin kranın Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”) özgəninkiləşdirilməsi ilə bağlı müqavilənin etibarsız hesab olunması, kranın Cavabdeh 2-nin mülkiyyətinə keçirilməsi barədə BDYPİ tərəfindən verilən 2017-ci il 8 avqust tarixli AC982270 nömrəli şəhadətnamənin ləğv olunmasını, habelə kranın Cavabdeh4 verilməsi barədə şəhadətnamənin ləğv edilməsi, kranın və ya onun dəyəri olan 325.000 avro məbləğində vəsaitin Cavabdeh 1-dən və Cavabdeh 2-dən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Niderland Krallığının "xxxx" Şirkəti (bundan sonra – “Trading”) ilə cavabdeh arasında qiyməti 32 5.000 avro olan 1998-ci ildə istehsal olunmuş 1 ədəd kranın aylıq icarə haqqı 6.000 avro olmaqla icarəyə verilməsi barədə 2008ci il 10 iyul tarixli müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən kran cavabdehə icarəyə təhvil verilmiş və Azərbaycan Respublikasına gətirilmişdir. 2013-cü il 30 dekabr tarixli alğı-satqı müqaviləsinə əsasən Trading kranı, onun icarəyə verilməsi ilə bağlı hüquqları, o cümlədən ödənilməmiş icarə borclarını almaq hüququnu 100.000 avro müqabilində Niderland Krallığının şirkəti olan iddiaçıya satmış və bu barədə icarəçi cavabdehə rəsmi məlumat vermişdir. İddiaçı ilə cavabdeh arasında kranın icarəyə verilməsi barədə 2013-cü il 31 dekabr tarixli NO13DER-P3112 saylı kran xidmət müqaviləsi imzalanmışdır. Bu müqavilənin 3.1-ci maddəsinə əsasən, cavabdeh 2013-cü il 31 dekabr tarixinədək ödənilməmiş 108.000 avro icarə borcunu və 2014-cü ilin yanvar ayından etibarən aylıq 6.000 avro icarə haqqını birlikdə, daha dəqiq 2014-cü ilin yanvar ayında icarə borcundan 12.000 avro üstə gəl 6.000 avro aylıq icarə haqqı olmaqla, qalan 96.000 avro icarə borcunu isə 32 aya bölərək aylıq 3.000 avro icarə borcu üstə gəl 6.000 avro icarə haqqı, yəni fevral 2014-cü ildən etibarən 32 ay müddətində sabit olaraq 9.000 avro məbləğində vəsaiti, borc bitdikdən sonra isə hər ay 6.000 avro icarə haqqıni iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
10. Müqavilənin 3.3-cü bəndinə əsasən müvafiq ödənişlər cavabdeh tərəfindən hər ayın 29-u həyata keçirilməli idi. Həmin müqavilənin müddəti mobil kran satın alınanadək müəyyən olunmuşdur. Lakin cavabdeh qeyd olunan müqavilənin şərtlərin i pozaraq ödənişləri gecikdirmiş, razılaşdırılmış məbləğdə və vaxtda ödəmədiyindən, iddiaçıya külli miqdarda icarə haqqı borcu yaranmışdır. Belə ki, hər iki müqavilə tərəfinin imzaladığı 2017-ci il 26 may tarixli üzləşmə aktlarına əsasən həmin tarixədək cavabdehin ödəməli olduğu ümumi məbləğ 364.000 avro təşkil etmiş, həmin borcdan cəmi 197.170 avro vəsait ödənilmiş və 2017-ci il 26 may tarixədək iddiaçıya 166.830 avro məbləğində əsas borcu yaranmışdır. Cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə 2017-ci il 26 aprel tarixində 4.000 avro icarə haqqı ödənilmişdir. Üzləşmə aktının imzalandığı vaxtdan iddia ərizəsinin tərtib olunduğu 2018-ci il 4 iyun tarixinədək ötən dövr üçün mobil krandan istifadə ilə bağlı cavabdehin iddiaçıya əlavə olaraq, 72.000 (12 ay x 6.000 avro) avro əsas borcu yaranm ışdır. Cavabdehin iddiaçıya kranın icarəsi ilə bağlı 238.830 avro əsas borcu olmuşdur. Həmçinin cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən, pul vəsaitinin gecikdirilməsi üçün həmin məbləğin illik 5 faizi həcmində, yəni 11.941 avro əlavə məbləğ ödəməlidir. 11. 2013-cü il 31 dekabr tarixli Kran Xidmət Müqaviləsinin 3.2.-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilənin şərtlərinə əməl edilmədiyi halda istər Niderland, istərsə də Azərbaycanda yaranacaq hər növ mübahisələrlə bağlı bütün məhkəmə, vəkil və digər xərclər cavabdeh tərəfindən ödəniləcəkdir. Belə ki, hüquq xidmətlərinin göstərilməsi ilə bağlı iddiaçı tərəfindən Azərbaycanda sonuncunun nümayəndə kimi təmsil edəcək nümayəndəyə etibarnamə üzrə geniş səlahiyyətlər verilməklə müqavi lə əsasında 4.000 manat hüquqi xidmət haqqı ödənilmişdir. Həmçinin iddia tələbi ilə məhkəməyə müraciət olunması üçün zəruri olan və Niderlandda notarial təsdiq edilməklə apostil olunub göndərilmiş sənədlər toplusunun Azərbaycan dilinə tərcümə edilərək notarial təsdiqlənməsi üçün 250 manat tərcüməyə və 75 manat notariat əməliyyatlarına əlavə vəsait xərclənmişdir. İddia həcminin artırılması barədə ərizədə 2020-ci il 25 iyun tarixə 364.830 avro (üzləşmə aktında borc 166.830 avro + 198.000 aylar üzrə icarə haqqı) məbləğində icarə haqqı əsas borcun olduğunu qeyd olunmuşdur.
12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi MM-in 385.1, 425.1, 425.2, 445.7, 448.1, 448.2, 462.1, 462.3-cü maddələrinə istinad etmişdir.
13. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Trading ilə cavabdeh arasında kranın icarəyə verilməsinə dair 2008-ci il 10 iyul tarixində icarə müqaviləsi bağlanmış, kran cavabdehə 2010-cu ildə satılmışdır. Kran 2011-ci il 25 yanvar tarixindən cavabdehin mülkiyyətində olduğundan, iddiaçının iddia etmiş olduğu 2013-cü il 31 dekabr tarixli müqavilənin bağlanması mümkün olmamışdır. Belə ki, Trading ilə iddiaçı arasında alğı-satqı müqaviləsi bağlanarkən kran Trading-in mülkiyyətində olmadığından, nə kranın satılması, nədə krana dair hər hansı hüquqların cavabdehə ötürülməsi mümkün hesab edilmişdir. Həmin müqavilə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanan müqavilədə cavabdehin heç bir səlahiyyətli nümayəndəsi iştirak etməmişdir.
14. Həmçinin iş materiallarına əlavə olun muş sənədlərin hər hansında kranın iddiaçının mülkiyyətində olması öz əksini tapmamış və bununla bağlı sonuncu məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Avtomobil və digər nəqliyyat vasitələrinə mülkiyyətdə olmasını təsdiq edən yeganə sənəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin olmasıdır. Belə ki, 2011-ci il 21 yanvar tarixindən kran cavabdehin xüsusi mülkiyyətində olmuşdur. İddiaçı ilə cavabdeh arasında qeyd edilən 2013-cü il 31 dekabr tarixli müqavilə mövcud olmadığından, cavabdeh tərəfindən qarşı tərəfə hər hansı ödəniş əməliyyatı aparılmamışdır. Bununla bağlı cavabdeh tərəfindən ödənişlərin olunmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Həmçinin həmin müqavilə tərəflər arasında bağlanmış olsa belə, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 5 il keç dikdən sonra müraciət etmişdir.
15. Cavabdeh ərizə ilə 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, məhkəmə icraatında olan 2-2(82)-64/2019 saylı iqtisadi iş üzrə tərəflər arasında xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılıq olduğundan və mübahisəyə Azərbaycan Respublikası məhkəmələrində baxılmalı olmadığından həmin işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 16. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 may tarixli 2-2(82)-64/2019 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim – X.İmanov).
17. İddiaçı şikayətlə 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, həmin qərardadın ləğv olunmasını və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmiş, 2 Saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 sentyabr tarixli 2-2(82)64/2019 saylı qərardadı ilə 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 may tarixli 2-2(82)-64/2019 saylı qərardadından verilmiş şikayət təmin edilməmişdir (hakim – X.İmanov).
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 oktyabr tarixli 2-2(103)-784/2019 saylı qərardadı ilə iddiaçının şikayəti təmin olunmuş, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 may tarixli 2-2(82)-64/2019 saylı qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – K.Abiyeva, hakimlər – M.Tağızadə və Ü.Mayılov).
19. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 mart tarixli e-2-2(113)775/2020 saylı məhkəmə iclas protokolundan görünür ki, BDYPİ və Cavabdeh 2 ca vabdeh qismində cəlb olunmuşlar (i/v 6, cild İİ).
20. Cavabdeh 2020-ci il 7 avqust tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 2-2(103)-784/2019 saylı qərardadının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 avqust tarixli 2-2(103)-784/2019 saylı qərardadı ilə cavabdehin kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Ağayev və A.Nuriyeva).
22. Cavabdeh 2020-ci il 14 oktyabr tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 avqust tarixli 2-2(103)-784/2019 saylı qərardadın ləğv edilməsini və kassasiya şikayətinin mümkün hesab olunub icraata qəbul edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 11 yanvar tarixli 2-2(102)-40/2021 saylı qərardadı ilə cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmuşdur (hakim – B.Məmmədli).
24. İddiaçı ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, kran Cavabdeh4 məxsus olduğundan, sonuncunun hazırkı iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 3 mart tarixli 2-2(113)-97/2021 saylı məhkəmə iclas protokolundan görünür ki, həmin vəsatət təmin olunmuşdur.
25. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 24 fevral tarixli 2-2(113)-691/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təm in edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2013-cü il 31 dekabr tarixli icarə müqaviləsinin ləğv olunması, 2020-ci il 25 iyun tarixinə ödənilməyən 364.830 avro məbləğində icarə haqqı borcunun, notariat xərcləri ilə bağlı olan 75 manat, tərcümə xərcləri ilə bağlı olan 125 manat və dövlət rüsumu kimi ödənilmiş 28,56 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, kran ilə bağlı BDYPİ tərəfindən verilmiş 2011-ci il 25 yanvar tarixli AB493128 nömrəli və 2017-ci il 8 avqust tarixli AC982270 nömrəli şəhadətnamələrin ləğv edilməsi, kranın satılması ilə bağlı Cavabdeh 1 ilə Cavabdeh 2 arasında bağlanmış 2017-ci il 8 avqust tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, kranın Cavabdeh 1-dən və Cavabdeh 2-dən alınaraq iddiaçıya qaytarılması, bu mümkün olmadıq da kranın dəyəri olan 100.000 avro məbləğində pulun Cavabdeh 1-dən alınaraq iddiaçıya ödənilməsi, iddianın tələbi qalan hissədə və Cavabdeh4 münasibətdə rədd edilməsi qət olunmuşdur (hakim – E.Əliyev).
26. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, icarəyə verən X1 şirkəti ilə icarəçi Cavabdeh 1 arasında bağlanmış 2008-ci il 10 avqust tarixli icarə müqaviləsinə əsasən 1 ədəd kran ayda 6.000 avro ödəmək şərti ilə icarəyə verilmiş və sözügedən kran 2008-ci il 6 dekabr tarixli gömrük yük bəyannaməsi ilə Azərbaycan Respublikasına müvəqqəti idxal edilmişdir.
27. Daha sonra 2013-cü il 30 dekabr tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı Trading kranı, onun icarəyə verilməsi ilə bağlı hüquqları, o cümlədən ödənilməmiş icarə borclarını almaq hüququ ilə 100.000 avroya alıcı iddiaçıya satmışdır.
28. Bundan sonra 2008-ci il 10 iyul tarixli icarə müqaviləsində göstərilən şərtlərlə icarəyə verən iddiaçı ilə icarəçi Cavabdeh 1 arasında kranın icarəyə verilməsi barədə 2013-cü il 31 dekabr tarixli müqavilə imzalanmışdır. 2017-ci il 26 may tarixli üzləşmə aktına əsasən icarəçi Cavabdeh 1-ın icarəyə verən iddiaçıya olan 364.000 avro borcdan 197.170 avro ödənilmiş, 166.830 avro məbləğində borc ödənilməmiş qalmış və həmin tarixdən icarəçi Cavabdeh 1 tərəfindən iddiaçıya heç bir vəsait ödənilməmişdir.
29. Həmçinin məhkəməyə təqdim edilən rəsmi sənədlərə əsasən müəyyən edilmişdir ki, kran 2010-cu il 24 dekabr tarixli 00100/0120762 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” rejimi bəyan edilər ək ölkə ərazisinə idxal olunmuş və 2011ci il 25 yanvar tarixində Cavabdehin adına qeydiyyata alınaraq AB493128 nömrəli qeydiyyat şəhadətnaməsi verilmiş, 2011-ci il 2 fevral tarixində kran "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş, 2017-ci il 24 fevral tarixində yüklülükdən azad edilmiş, 2017-ci il 8 avqust tarixində isə Cavabdeh 2-yə satılmışdır.
30. Göründüyü kimi, təqdim edilən sənədlərə əsasən, Cavabdeh 1 2011-ci il 25 yanvar tarixində krana AB493128 nömrəli qeydiyyat şəhadətnaməsi verilsə də, həmin kran Cavabdeh 1 tərəfindən qanuni əsaslarla olmadan özgəninkiləşdirilmişdir. Belə ki, Cavabdeh 1 tərəfindən kranın kimdən aldığını əks etdirən mötəbər sübut olan alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Bu isə o deməkdir ki, kranın Cavabdeh 1-in adına rəsmiləşdirilməsi, sonradan isə Cavabdeh 2-yə satılması qanunsuz olduğundan BDYPİ tərəfindən verilən şəhadətnamələr ləğv edilməli, 2017-ci il 8 avqust tarixli alğı-satqı müqaviləsi isə etibarsız hesab edilməlidir.
31. Bununla yanaşı, Cavabdeh 1-ın nümayəndəsinin 2013-cü il 31 dekabr tarixli müqavilənin Cavabdeh 1 tərəfindən imzalanmadığına istinad etməsi, yəni həmin müqavilənin Cavabdeh 1 tərəfindən səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 2013-cü il 31 dekabr və 2017-ci il 26 may tarixli müqavilə və üzləşmə aktlarında olan imzalar Cavabdeh 1-ın möhürü ilə təsdiq edildiyinə görə, həmin sənədlər mötəbər sübut kimi qəbul edilir.
32. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, icarə haql arı vaxtında ödənilmədiyinə görə iddiaçı ilə Cavabdeh 1 arasında kranın icarəyə verilməsi barədə 2013-cü il 31 dekabr tarixli icarə müqaviləsi ləğv edilməli, icarə haqqı ayda 6.000 avro olduğundan kranın icarəyə verilməsi ilə bağlı 2020-ci 25 iyun tarixinə ödənilməyən əsas borc 364.830 avro (üzləşmə aktında borc 166.830 avro + 198.000 aylar üzrə icarə haqqı) məbləğində vəsait Cavabdeh 1-dan tutulmalı və iddiaçıya ödənilməlidir. Öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 18.242 avro əlavə borc və 4.000 manat hüquqi xidmət haqqı tələbi, hesablama qaydası və mötəbər sübut təqdim edilmədiyinə görə rədd edilməlidir. Bununla yanaşı təqdim edilən sübutlara əsasən notariat xərcləri 75 manat tələbi tam, tərcümə xərclərinin tələbi isə qismən 125 manat məbləğində təmin edilməlidir.
33. Eyni zamanda, kranın Cavabdeh 1 və Cavabdeh 2-in mülkiyyətinə keçirilməsi barədə BDYPİ tərəfindən verilən 2011-ci il 25 yanvar tarixli AB493128 nömrəli və 2017-ci il 8 avqust tarixli AC982270 nömrəli qeydiyyat şəhadətnamələri ləğv edilməli, kranın Cavabdeh 1 tərəfindən Cavabdeh 2-yə satılması barədə 2017-ci il 8 avqust tarixli alğı-satqı müqaviləsi etibarsız hesab olunmalı, kran Cavabdeh 1 və ya Cavabdeh 2-dən alınıb iddiaçıya qaytarılmalı, bu mümkün olmadıqda kranın dəyəri olan 100.000 avro (məhkəməyə təqdim edilən 2013-cü il 30 dekabr tarixli alğı-satqı müqaviləsində müəyyən edilmiş qiymət) məbləğində vəsait Cavabdeh 1-dan alınıb iddiaçıya ödənilməlidir.
34. Həmçinin iddiaçı tərəfindən kranın Cavabdeh4 mülkiyyətinə keçməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyinə görə Cavabdeh4 qarşı olan tələb rədd edilməlidir.
35. İddia tələbinin 95,22%-nin təmin olunduğu nəzərə alınaraq, ödənilmiş dövlət rüsumunun 95,22%-i, yəni 28,56 manatı Cavabdeh 1-dan tutularaq iddiaçıya ödənilməlidir.
36. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 337.1, 421, 700.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
37. Cavabdeh 1 2022-ci il 26 aprel tarixində və Cavabdeh 2 27 aprel tarixində ayrıayrılıqda apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən – iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
38. İddiaçı 2022-ci il 27 aprel tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin Cavabde h4 ilə bağlı hissəsi istisna olmaqla iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 may tarixli 2-2(113)-691/2022 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasından imtina edilmişdir (hakim – E.Əliyev).
40. İddiaçı şikayətlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, həmin qərardadın ləğv olunmasını və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 iyun tarixli 2-2(113)-691/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir (hakim – E.Əliyev).
41. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 avqust tarixli 2-2(103)-860/202 2 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 may tarixli 2-2(113)-691/2022 saylı qərardadı ləğv olunmuş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülməmiş hesab olunmuşdur (sədrlik edən – S.Bəktaşi, hakimlər – İ.Kərimli və A.Hüseyn).
42. İddiaçı 2022-ci il 30 noyabr tarixində apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin məhkəmə təqdim etmiş olduğu “Yol hərəkəti aktı 1994” adlı yeni sübutun sübutlar sırasından çıxarılmasını və apellyasiya şikayətində qeyd olunan kranın qiymətinin 325.000 avro deyil, 208.000 avro məbləğində qəbul edilməsini, apellyasiya şikayətinin qalan hissəsində tam təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instan siyası məhkəməsindəki icraat
43. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2-2(103)-46/2023 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd olunması hissəsində qismən ləğv edilmiş, iddia tələbi öhdəliyinin icrasının gecikdirilməsi ilə bağlı 18.242 avro məbləğində borcun tutulması hissəsində təmin olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – S.Bəktaşi, hakimlər – K.Əkbərov və R.Səmədov).
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, MM-in 445.7-ci maddəsinə əsasən tərəflər arasında bağlanmış müqav iləyə görə 364.830 avro qaytarılmalı olan pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz olmaqla yaranmış 18.242 avro faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
45. İddiaçının “cavabdehdən mübahisə predmeti olan kranın dəyəri olan 325.000 avro pul vəsaitinin tutulması ilə bağlı iddia tələbini yalnız 100.000 avro hissədə təmin etmişdir. Bu zaman birinci instansiya məhkəməsi Tradinq-in kranı Eschbach şirkətindən 325.000 avroya alınması barədə sənədə və müvafiq gömrük bəyannaməsinə hüquqi qiymət verməyib” və Cavabdeh 2-in “iddiaçının kran üzərində subyektiv hüququ yoxdur” apellyasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin oluna bilməz.
46. Belə ki, iş materiallarına əlavə edilmiş Tradinq-in direktoru Leen van Adrighem tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanm ış notarial qaydada tərcümə olunmuş müraciətə əlavə edilmiş hesab fakturalarına əsasən, iddiaçı tərəfindən krana görə 100.000 avro Trading-in hesabına ödənilmişdir.
47. Göründüyü kimi, kran Trading ilə iddiaçı arasında bağlanmış 2013-cü il 30 dekabr tarixli alqı-satqı müqaviləsinə və ödəniş invoys hesab fakturalarına əsasən qeyd olunan tarixdən iddiaçıya nağd olaraq 100.000 avroya satılmış və kranın mülkiyyət hüququ iddiaçıya məxsus olmaqla onun mobil kran üzərində subyektiv hüquqa malik olmuşdur.
48. Buna görə də kranın dəyəri olan 325.000 avro pul vəsaitinin tutulması ilə bağlı iddia tələbinin yalnız 100.000 avro hissədə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
49. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 443.1, 443.5, 445.1, 445.2, 445.7-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Delcourt Belçikaya qarşı” 1970-ci il 17 yanvar tarixli, “Piersack Belçikaya qarşı” 1982-ci il 1 oktyabr tarixli, “X7rşı” 1984-cü i 26 oktyabr tarixli Qərarlarına, MPM-in 14.2, 76.1, 77.1, 217.3, 217.4, 384.0.2, 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
50. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 14 fevral tarixdə poçt vasitəsi ilə DİN BDYPİ və Cavabdeh 2-yə göndərilmiş, 2023-cü il 9 fevral tarixində iddiaçı ilə Cavabdeh 1-ın vəkillərinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
51. Cavabdeh 2 2023-cü il 4 aprel tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilərək, Cavabdeh 2-yə münasibətdə iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
52. Cavabdeh 1 2023-cü il 7 aprel tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
53. İddiaçı 2023-cü il 7 aprel tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin apellyasiya şikayətinin iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdeh 2-in kassasiya şikayətinin dəlilləri
54. MM-in 337-ci maddəsi üzrə - Tərəflər a rasında müqavilə qeyd olunan maddi normanın tələblərinə uyğun olaraq bağlanmışdır. Həmin əqdin etibarsızlığına əsas olacaq hər hansı hal mövcud olmamışdır. Apellyasiya məhkəməsi həmin müqaviləni etibarsız hesab etmiş olsa da, müqavilənin etibarsızlığına səbəb olan halı müəyyən etməmişdir.
55. MPM-in 13.7, 217-ci maddələri üzrə - Apellyasiya məhkəməsi nə iddiaçının subyektiv hüququnun olub-olmamasını araşdırmış, nə də Cavabdeh 2-in vicdanlı əldə edən olduğuna münasibət bildirmişdir. Belə ki, alğı-satqı müqaviləsinin həyata keçirildiyi tarixdə krana aid hər hansı məhkəmə mübahisəsi olmamış, üzərinə həbs qoyulmamış və yüklü edilməmişdir. Alğısatqı müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli qərarına uyğun olaraq həyata keçirilmişdir. Lakin məhkəmə Cavabd eh 2-in vicdanlı alıcı olmasına ümumiyyətlə münasibət bildirməmiş və 2017-ci il 8 avqust tarixli alğı-satqı müqaviləsinin hansı hüquqi əsasla etibarsız hesab olunmasını qeyd etməmişdir.
56. İddiaçının kran üzərində subyektiv hüququ olmamış və sonuncunun mülkiyyətində olmasını təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. b) Cavabdeh 1-ın kassasiya şikayətinin dəlilləri
57. MM-in 340.1-ci maddəsi üzrə - Məhkəmə iddia tələbini təmin edərkən hər hansı maddi hüquq normasına istinad etməmişdir. İstər Trading ilə iddiaçı arasında bağlanmış 2013-cü il 30 dekabr tarixli alğı-satqı müqaviləsi, itərsə də iddiaçı ilə Cavabdeh 1 arasında bağlandığı iddia olunan 2013-cü il 31 dekabr tarixli icarə müqaviləsi bu maddənin tələbləri baxımından uydurma əqd olmuşdur. 2013-cü il 30 dekabr tarixli alğı-sa tqı müqaviləsi bağlanarkən mübahisəli kran Trading-in mülkiyyətində olmamışdır. Həmçinin 2013-cü il 31 dekabr tarixli icarə müqaviləsi Cavabdeh 1-ın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarında olan, Dövlət Vergi Xidməti tərəfindən verilmiş 2020-ci il 29 iyul tarixli məktubda qeyd olunur ki, 2010-cu il 3 noyabr tarixindən 2015-ci il 16 iyun tarixinədək Cavabdeh 1-ın direktoru X2 olmuşdur. Müəssisənin direktoru X2 nə həmin müqaviləni özü imzalamış, nə də elə bir müqaviləni imzalamaq üçün kiməsə səlahiyyət (müvafiq etibarnamə) vermişdir. Hər iki müqavilənin bağlandığı tarixdə mübahisəli kran Cavabdeh 1-ın mülkiyyətində olmuşdur. Həmin müqavilələr hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. İddiaçı həmin müqavilələri həqiqətən bağlamı ş olsaydı, onun hüquqi nəticələrini həm Niderland Krallığında, həm də Azərbaycan Respublikasında xüsusi gömrük prosedur altında qeydə aldırardı.
58. MPM-in 78.2-ci maddəsi üzrə - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müvafiq sorğu verilərək “2008-ci il 1 yanvar tarixdən bu günədək iddiaçı tərəfindən xüsusi gömrük proseduru altında Azərbaycan Respublikası ərazisinə gətirilmiş və onun adına qeydə alınmış hər hansı nəqliyyat vasitəsinin olub-olmaması” barədə məlumat verilməsini, əgər qeydə alınmış nəqliyyat vasitəsi olubsa, bunu təsdiq edən sənədlərin təsdiq olunmuş surətinin məhkəmə araşdırmasına təqdim edilməsi xahiş olunmuşdur. Lakin məhkəmə iş üzrə həqiqəti müəyyən etməkdə maraqlı olmadığından sübutların tələb edilməsi barədə vəsatəti təmin etməmişdir.
59. MPM-in 450.2-ci mad dəsi üzrə - 2008-ci il 10 iyul tarixli müqavilənin 9.1 və 9.2-ci bəndlərinə əsasən, hazırkı mübahisəyə Niderland qanunvericiliyi tətbiq olunmalı və Rotterdamın səlahiyyətli məhkəməsi tərəfindən baxılmalıdır. Nəticə etibarilə, tərəflər arasında xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılıq olduğundan, Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olmamışlar. Bundan əlavə, məhkəmə hazırkı, mübahisəni həll edərkən Niderland qanunvericiliyini tətbiq etməli idi. Niderland Krallığının “Yol Hərəkəti” Qanununun 36-cı maddəsinə əsasən, həmin ölkədə nəqliyyat vasitələrinin sahiblərinə müvafiq nömrə və qeydiyyat şəhadətnaməsi verilir. Həmin qanunun 37-ci maddəsində qeydiyyata alınması istisna edilən nəqliyyat vasitələri kateqoriyasına kranlar aid deyil. Yəni kranlar həmin ölkədə qeydiyyata alınır və onların sahiblərinə müvafiq qeydiyyat şəhadətnamə verilir. Lakin iddiaçı subyektiv hüququnu təsdiq edə bilən həmin qeydiyyat şəhadətnaməsini məhkəməyə təqdim etməmişdir. Həmin qeydiyyat şəhadətnaməsinin nümunəsi iş materiallarına əlavə olunub. Göründüyü kimi, hər iki instansiya məhkəməsi həm məhkəməyə aidiyyəti qaydasını pozmuş, həm də düzgün hüquq normasını tətbiq etməmişdir.
60. MPM-in 13.7-ci maddəsi üzrə - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2012-ci il 27 avqust tarixli Plenum Qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıd ır. Həm iddia tələbinə etirazımızın, həm də indiki apellyasiya şikayətimizin ən əsas dəlillərindən biri iddiaçının iddia tələbi barədə subyektiv hüququnun olmamasıdır. Hətta məhkəmə özü də iddiaçıya subyektiv hüququnu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün 7 ay vaxt vermiş, lakin iddiaçı bu müddət ərzində məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən həm yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin şərhini nəzərə almamış, həm də iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı bizim etirazlarımıza qətnamədə ümumiyyətlə münasibət bildirməmişdir. İş materiallarında iddiaçının mübahisə predmeti barədə subyektiv hüququnu təsdiq edən heç bir mötəbər sübut yoxdur. İddiaçı Niderland Krallığında kranların dövlət qeydiy yatına alınmadığını iddia etsə də, həmin ölkənin “Yol Hərəkəti” Qanunun 36-cı maddəsinə əsasən, həmin ölkədə nəqliyyat vasitələrinin sahiblərinə müvafiq nömrə və qeydiyyat şəhadətnaməsi verilir. Həmin qanunun 37-ci maddəsində qeydiyyata alınması istisna edilən nəqliyyat vasitələri kateqoriyasına kranlar aid deyil. Yəni kranlar həmin ölkədə qeydiyyata alınır və onların sahiblərinə müvafiq qeydiyyat şəhadətnamə verilir. Lakin iddiaçı subyektiv hüququnu təsdiq edə həmin qeydiyyat şəhadətnaməsini məhkəməyə təqdim etməmişdir. Həmin qeydiyyat şəhadətnaməsinin nümunəsi iş materiallarında var.
61. Trading ilə iddiaçı arasında bağlanmış 2013-cü i 30 dekabr tarixli alqı-satqı müqaviləsi iki şirkət arasında bağlanmış və öz möhürləri ilə təsdiq edilmiş, lakin hər hansı dövlət orqanı və notariat ofisi tərəfindən təsdiq edilməmiş və ya həmin müqavilə üzrə hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Bu da onu deməyə əsas verir ki, həmin şirkətlər öz möhürlərindən istifadə edərək istənilən tarixdə istənilən şəxsin əmlakı ilə bağlı əhəmiyyətsiz əqdlər bağlaya bilərlər. Lakin həmin müqavilə üzrə hüquqlar dövlət qeydiyyatına alınmadıqca əhəmiyyətsiz olmağa davam edəcəkdir. İşin hərtərəfli, düzgün ararşdırılması və iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün hər iki instansiya məhkəməsində vəsatət verərək iddiaçının subyektiv hüququnun olub-olmamasınnı müəyyənləşdirilməsi üçün Niderland Krallığına müvafiq məhkəmə tapşırığının göndəriləməsini xahiş etmişik. Apellyasiya instansiya məhkəməsi tərəfindən vəsatətimizə ümumiyyətlə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə vəsatətimiz o əsasla təmin edilməyib ki, xarici ölkəyə məhkəmə tapşırığının göndərilməsi və ona cavab alınması uzun müddət vaxt alacağından, subyektiv hüququnu təsdiq edən sənədin məhkəməyə təqdim edilməsini iddiaçıya tapşırmışdır. Məhkəmə prosesi 5 dəfə təxirə salınaraq subyektiv hüquqi təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün tam 7 ay möhlət verilmiş, bu müddət ərzində heç bir araşdıra aparılmamış, hər dəfə proses iddiaçının xahişi ilə subyektiv hüququ təsdiq edən sənədlərin təqdim edilməsi üçün təxirə salınmışdır. Nəticədə iddiaçı subyektiv hüququnu təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir.
62. Eyni zamanda, məhkəməyə sübutların təmin edilməsi barədə vəsatət təqdim edərək, AR Dövlət Gömrük Komitəsinə müvafiq sorğu verilərək 2008-ci il 1 yanvar tarixindən bu günədək iddiaçı tərəfindən xüsusi gömrük proseduru altında Azərbaycan Respublikası ərazisinə gətirilmiş və onun adına qeydə alınmış hər hansı nəqliyyat vasitəsinin olubolmaması barədə məlumat verilməsini, əgər qeydə alınmış nəqliyyat vasitəsi olubsa, bunu təsdiq edən sənədlərin təsdiq edilmiş surətinin məhkəmə araşdırmasına təqdim edilməsini xahiş etmişdik. Heç bir əsaslandırma olmadan məhkəmə tərəfindən bu vəsatətimiz də təmin rədd edilmişdir (Qeyd: müvafiq vəkil sorğusu ilə Dövlət Gömrük Komitəsinə müraciət etsək də həmin məlumatların bizə təqdim olunmasından imtina edilmişdir). Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na əs asən, təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir (qeydə alınır). Bununla bağlı həmin malı gətirmiş şəxslərə müvafiq icazə sənədi verilir (2013-cü il 2 sentyabr tarixinədək Dövlət Gömrük Komitəsinin 2000-ci il 29 sentyabr tarixli № 064 Əmr ilə təsdiq edilmiş “Müvəqqəti idxal (ixrac) gömrük rejimi haqqında Əsasnamə” ilə tənzimlənirdi.) Əgər həqiqətən də Azərbaycan Respublikası ərazisində iddiaçıya aid hər hansı nəqliyyat vasitəsi olsaydı, həmin nəqliyyat vasitəsi xüsusi gömrük proseduru altında qeydə alınar və bununla bağlı iddiaçıya müvafiq icazə sənədi verilərdi. İşin hallarından göründüyü kimi, iddiaçının nə subyektiv hüququnu təsdiq edən hər hansı sənəd var, nə də onun AR ərazisinə xüsusi gömrük proseduru altında müvəqqəti idxal olunm uş əmlakı var. Həmin kran 2011-ci il 25 yanvar tarixindən Cavabdeh 1-ın xüsusi mülkiyyətində olduğundan, yuxarıda qeyd olunan 2013-cü ildə bağlandığı iddia edilən müqavilələrin bağlanması qeyri-mümkündür. Həmin müqavilələr özü-özlüyündə əhəmiyyətsiz əqdlərdir. İş materiallarında olan 2020-ci il 24 iyun tarixli Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş məktuba əlavə olunmuş çıxarışdan görünür ki, mübahisə predmenti olan kran 2010cu il də qanuni əsaslarla ölkəyə idxal olunmuşdur (çıxarışda qeyd olunur ki, həmin zaman kranın gömrük dəyəri 70.000 dollar olub). Daha sonra BDYPİ tərəfindən verilən 2011-ci il 25 yanvar tarixli AB493128 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir (daha sonra başqa hüquqi şəxsə satılıb). Buna görə də istər Trading ilə iddiaçı arasında bağlanmış 2013-cü il 30 dekab r tarixli alğı-satqı müqaviləsi, itərsə də iddiaçı ilə Cavabdeh 1 arasında bağlandığı iddia olunan 2013-cü il 31 dekabr tarixli icarə müqaviləsi uydurma əqddir.
63. İddiaçı ilə Cavabdeh 1 arasında bağlandığı iddia olunan 2013-cü il 31 dekabr tarixli icarə müqaviləsinin etibarsızlığını təsdiq edən digər bir hal ondan ibarətdir ki, həmin müqavilə Cavabdeh 1-ın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Həmin dövrdə Cavabdeh 1-ın direktoru olmuş X2 nə həmin müqaviləni özü imzalamış, nə də elə bir müqaviləni imzalamaq üçün kiməsə səlahiyyət (müvafiq etibarnamə) vermişdir. Qeyd olunan bu halla bağlı məhkəmənin gəldiyi yanaşma ondan ibarətdir ki, 2013-cü il 31 dekabr və 2017ci il 26 may tarixli müqavilə və üzləşmə aktlarında olan imzalar Cavabdeh 1-ın möhürü ilə təsdiq edildiyinə görə həmin sənədlər mötəbər sübut kimi qəbul edilir. Məhkəmənin gəldiyi bu nəticə ümumiyyətlə heç bir məntiqə sığmır. İmzanın möhürlə təsdiq edilməsi nə deməkdir. Cavabdehin möhürü notarius möhürüdür ki, imza nümunələrini təsdiq etsin. Bundan əlavə, həmin müqavilədəki möhürün həqiqətən cavabdehin möhürü olduğu hansı ekspert rəyi ilə müəyyən edilib.
64. İddiaçı iddia tələbinin əsası kimi qeyd etmişdir ki, 2013-cü ildən 2017-ci ilədək Cavabdeh 1 tərəfindən kranın istifadəsinə görə iddiaçıya müvafiq icarə haqqı ödənilmişdir. Lakin Cavabdeh 1 tərəfindən icarə haqqının ödənilməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, Cavabdeh 1 tərəfindən məhkəməyə təqdim olunmuş Niderland Krallığının Ticarət Palatasından əldə olunmuş 2021-ci il 17 may tarixli çıxarışdan məlum ol ur ki, iddiaçının 2014-cü ildən sonra ümumiyyətlə fəaliyyəti olmayıb və maliyyə hesabatı verməyib. Məhkəmə bizim tərəfimizdən təqdim olunmuş həmin sübuta və tərəflər arasında ödənişi təsdiq edən sənədlərin olmamasına ümumiyyətlə heç bir münasibət bildirməyib.
65. Məhkəmə qətnaməsində qeyd edilir ki, Cavabdeh 1-a 2011-ci il 25 yanvar tarixində krana AB493128 nömrəli qeydiyyat şəhadətnaməsi verilsə də, kran Cavabdeh 1 tərəfindən qanuni əsaslarla olmadan özgəninkiləşdirilmişdir, belə ki, Cavabdeh 1 tərəfindən mobil kranın kimdən aldığını əks etdirən mötəbər sübut olan alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Halbuki qeyd olunan qeydiyyat şəhadətnaməsi həmin kran ölkəyə idxal olunarkən gömrük orqanlarına təqdim olunmuş müvafiq sənədlər əsasında verilmişdir. Həmin kranın ölkəyə id xal edilməsindən 10 ildən çox vaxt keçdiyindən Cavabdeh 1 tərəfindən həmin sənədlər saxlanmamışdır. Həmçinin bununla bağlı Dövlət Gömrük Komitəsinə müvafiq sorğu verilmiş, sorğuya cavabda bildirilmişdir ki, daxili təlimata əsasən həmin sənədlər müəyyən olunmuş müddət keçdiyindən məhv edilmişdir. Göründüyü kimi, dövlət orqanları belə müəyyən müddət keçdikdən sonra həmin sənədləri saxlamırlarsa, müvafiq qeydiyyat şəhadətnaməsi olduğu halda Cavabdeh 1-dan sübut kimi 10 il öncə bağlanmış alqı-satqı müqaviləsinin tələb olunması başa düşülən deyil.
66. MPM-in 217-ci maddəsi üzrə - Məhkəmə iş üzrə qətnamə qəbul edərkən bir çox prosessual pozuntulara yol verib ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
67. MPM-in 360-cı maddəsi üzrə - İddiaçının apellyasiya şikay əti prosessual müddət ötürüldükdən sonra verilmişdir. Yəni, iddiaçı apellyasiya şikayəti sonuncuya təqdim olunandan 1 ay 1 gün sonra vermişdir. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 26 mart tarixində imzalanmaqla avtomatik olaraq iddiaçının nümayəndəsinin kabinetində yerləşdirilmişdir. İddiaçının nümayəndəsi həmin qətnamədən apellyasiya şikayətini 2022-ci il 27 aprel tarixində saat 00:57-də vermişdir. Hətta iddiaçının nümayəndəsi özü də prosessual müddətin ötürdüyünü qəbul edərək məhkəməyə apellyasiya şikayəti ilə birlikdə buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizədə vermişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 may tarixli 2-2(113)-691/2022 nömrəli qərardadı ilə müddətin bərpasından imtina edilmişdir. İddiaçı tərəf həmin qərardaddan apellyasiya şikayəti vermişdi r. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 avqust 2-2(103)-860/2022 tarixli qətnaməsi ilə müddət ötürülməmiş hesab edilmişdir. Apellyasiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, 2022-ci il 27 aprel tarixində şikayət verilərkən bir aylıq müddət ötməmişdir. Məhkəmənin gəldiyi nəticə yanlışdır. Müddət ötüb. Belə ki, qətnamə 2022-ci il 26 aprel tarixində e-sistemə yerləşdirilib. İddiaçı isə həmin qətnamədən şikayəti 2022-ci il 27 aprel tarixində verib. MPM-in 128.3-cü maddəsinə əsasən müddətin axımı növbəti gündən başlanır. Növbəti gündən barmaq sayı ilə saysaq 2022-ci il 27 mart tarixindən 27 aprel tarixinədək olan müddətin 32 gün təşkil etdiyini görərik. Təqvimdə heç bir ay 32 gün təşkil etmir. Bu da o deməkdir ki, iddiaçı apelyasiya şikayətini qətnamə ona təqdim edildikdən 1 ay 1 gün sonra vermişdir. Lakin apellyasiya məhkəməsi ciddi prosessual pozuntuya yol verərək müddəti ötürülməmiş hesab etmişdir. Nəticədə həmin şikayəti qismən təmin edərək cavabdeh üçün əlavə məsuliyyət yaratmışdır. Müddətin ötürülməmiş hesab edilməsi barədə qərardaddan müstəqil şəkildə kassasiya şikayəti verilə bilmədiyi üçün qətnamədən verilən şikayətdə həmin prosessual pozuntuya yuxarı instansiya məhkəməsi tərəfindən qiymət verilməlidir. c) İddiaçının kassasiya şikayətinin dəlili
68. MPM-in 88, 220.4-cü maddələri üzrə - Trading parametrləri cavabdehin sifarişinə uyğun olan kranı 2008-ci ilin iyun ayında Almaniyada “EschbachGMBH” şirkətindən 325.000 avroya satın almış və cavabdeh ilə bağlanmış 2008-ci il 10 iyul tarixli “X3”nə əsasən Niderlanda gətirilmədən Alma niyadan Azərbaycana daşınmaqla aylıq 6.000 avroya icarəyə verilmişdir. Daha sonra həmin kran Azərbaycanda cavabdehdə icarədə olarkən, sonuncunun müqavilə öhdəliklərini vaxtında və layiqincə icra etməməsi səbəbindən, kran Trading və iddiaçı arasında bağlanmış 2013-cü il 30 dekabr tarixli “Alğı-Satqı” müqaviləsinə əsasən iddiaçıya 100.000 avro nağd və Cavabdeh 1-dan qalan 108.000 Avro icarə borcunu isə hissə-hissə ödəmək şərti ilə toplam 208.000 avroya satılmış, mobil kranın mülkiyyətçisinin dəyişməsi barədə Cavabdeh 1-a Trading tərəfindən rəsmi məlumat verilmişdir. 69. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarı üzrə - X6 qeyd olunan tələblərə riayət etməyib, apellyasiya şikayətində istinad edilən dəlil və sübut lara düzgün hüquqi qiymət verməyib və onları rədd etmək üçün hər hansı dəlil gətirməyib. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
70. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
71. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
72. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdehlər tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
73. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
74. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
182. Vicdanlı əldə edən 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilmə məsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdir mə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.”
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Qərarında müəyyən edilmişdir ki: “... Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin he sabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkət sizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur....”
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması... 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddə tin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə
129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
405. Kassasiya şikayəti vermə müdd əti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 7
7. Hazırda mübahisə predmeti olan iddia tələbləri üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış mobil kranın icarəyə verilməsi barədə 2013-cü il 31 dekabr tarixli icarə müqaviləsinə xitam verilməsini, ödənilməyən 364.830 avro icarə haqqı borcunun, öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 18.242 avro əlavə borcun cavabdehdən tutulmasını, mobil kranın cavabdehin mülkiyyətinə keçirilməsi barədə BDYPİ tərəfindən verilən 2011-ci il 25 yanvar tarixli şəhadətnamənin ləğv edilməsini, həmin kranın Cavabdeh 1 tərəfindən Cavabdeh 2-ə satılması barədə 2017-ci il 8 avqust tarixli müqavilənin etibarsız hesab olunmasını, mobil kranın Cavabdeh 2-in mülkiyyətinə keçirilməsi barədə BDYPİ tərəfindən verilən 2017-ci il 8 avqust tarixli şəhadətnamənin ləğv olunmasını, mobil kranın və ya onun dəyəri olan 325.000 avro məbləğində vəsaitin Cavabdeh 1-dan və Cavabdeh 2-dən tutulmasını tələb etmişdir.
78. Birinci instansiya məhkəməsi mübahisəli icarə müqaviləsinin ləğv edilməsini, 2020-ci il 25 iyun tarixinə ödənilməyən 364.830 avro məbləğində icarə haqqı borcunun cavabdehdən tutulmasını, mobil kran ilə bağlı BDYPİ tərəfindən verilən şəhadətnamələrin ləğv edilməsini, mobil kranın satılması ilə bağlı Cavabdeh 1 ilə Cavabdeh 2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, mobil kranın Cavabdeh 1-dan və ya Cavabdeh 2-dən alınaraq iddiaçıya qaytarılmasını, bu mümkün olmadıqda kranın dəyəri olan 100.000 avro məbləğində pulun Cavabdeh 1-dan alınaraq iddiaçıya ödənilməsini, iddia tələbinin digər hissələrdə rədd edilməsini qət etmişdir.
79. Apellyasiya instansiyası məhkəməsi aş ağı məhkəmənin qətnaməsini iddia tələbinin rədd olundu hissədə qismən ləğv edərək, iddia tələbini öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 18.242 avro məbləğində borcun tutulması hissəsində təmin etmiş, qətnaməni qalan hissələrdə dəyişdirilmədən saxlamışdır.
80. Cavabdeh 1-ın kassasiya şikayətinin prosessual xarakterli dəlillərinə görə, iddiaçının apellyasiya şikayəti prosessual müddət ötürüldükdən sonra verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi 2022-ci il 26 mart tarixində iddiaçının nümayəndəsinin kabinetində yerləşdirilmiş, apellyasiya şikayəti isə 2022-ci il 27 aprel tarixində saat 00:57-də vermişdir. 2022ci il 27 mart tarixindən 27 aprel tarixinədək olan müddət 32 gün təşkil edir. Bu da o deməkdir ki, iddiaçı apelyasiya şikayətini qətnamə ona təqdim edildikdən 1 ay 1 gün sonra vermişdir.
81. MPM-in 128.3, 129.1, 405.0 və 405.0.1-ci maddələrinin (bax yuxarıda § 76) tələblərinə görə, prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
82. Məhkəmə kollegiyası həmin normalara istinadən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 2022-ci il 26 mart tarixində iddiaçının nümayəndəsinin kabinetində yerləşdirilmişdi, ona görə də həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayə tinin verilməsi üçün prosessual müddətin sonu 2022-ci il 27 aprel tarixinə təsadüf edirdi. Odur ki, iddiaçı 2022-ci il 27 aprel tarixində saat 00:57də apellyasiya şikayəti verməklə həmin müddəti ötürməmişdir.
83. Cavabdeh 1 kassasiya şikayətində Trading ilə Cavabdeh 1 arasında bağlanmış 2008-ci il 10 iyul tarixli icarə müqaviləsinin 9.1 və 9.2-ci bəndlərinə istinadən hesab edir ki, hazırkı mübahisəyə Niderlandın qanunları əsasında Rotterdamın səlahiyyətli məhkəməsi tərəfindən baxılmalıdır. Tərəflər arasında xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılıq olduğundan, Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olmamışlar.
84. Məhkəmə kollegiyası həmin dəlillə bağlı bildirir ki, bu məsələ artıq aşağı məhkəmə icraatlarında ayrıca müzakirə predmeti olmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 2-2(103)-784/2019-cu il tarixli qərardadı ilə ona hüquqi qiymət verilmiş və Azərbaycan Respublikasının kommersiya məhkəmələri hazırkı mübahisəyə baxmağa səlahiyyətli hesab edilmişlər (İ cild, i/v 220-224).
85. Lakin apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayətinin verilməsi mümkün olmadığından Cavabdeh 1 sözügedən mövqeni hazırkı kassasiya şikayətində mübahiləndirmişdir.
86. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadında ifadə olunmuş mövqe ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır. Belə ki, Trading ilə Cavabdeh 1 arasında bağlanmış 2008-ci il 10 iyul tarixli icarə müqaviləsinin 9.3-cü bəndi mahiyyət etibarilə alternat iv məhkəmə aidiyyətini müəyyən edərək, iddiaçıya öz seçimi ilə Azərbaycan Respublikasının məhkəmələrində də iddia qaldırmaq imkanını nəzərdə tutmuşdur. Mübahisənin xarici qanun əsasında həll edilməsi olmasına gəldikdə isə, Cavabdeh 1 özünün kassasiya şikayətində Niderland qanunları ilə Azərbaycan Respublikasının qanunu arasında hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb edən hər hansı mühüm fərq(lər)in mövcud olduğunu ümumiyyətlə tutarlı dəlillərlə əsaslandıra bilməmişdir.
87. Cavabdeh 1-ın, eləcə də Cavabdeh 2-in mübahisənin mahiyyəti ilə bağlı dəlillərinin bir qismi onunla bağlıdır ki, iddiaçının hazırkı iddianın verilməsi üçün subyektiv hüququ olmamışdır.
88. Apellyasiya instansiyası məhkəməsinin bu məsələ ilə əlaqədar mövqeyi ondan ibarət olmuşdur ki, mobil kran Trading ilə id diaçı arasında bağlanmış 2013-cü il 30 dekabr tarixli alqı- satqı müqaviləsinə və ödəniş invoys hesab fakturalarına əsasən qeyd olunan tarixdən iddiaçıya nağd olaraq 100.000 avroya satılmış və kranın mülkiyyət hüququ iddiaçıya məxsus olmaqla onun mobil kran üzərində subyektiv hüquqa malik olmuşdur.
89. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini əsaslı hesab edir, əlavə olaraq aşağıdakıları da bildirməyi zəruri hesab edir.
90. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh 1 arasında bağlanmış 2013-cü il 31 dekabr tarixli müqavilə ilə Cavabdeh 1 və Trading arasında bağlanmış 2008-ci il 10 iyul tarixli icarə müqaviləsi ləğv edilmiş və həmin müqavilədə nəzərdə tutulmuş eyni şərtlərlə icarəyə verən iddiaçı icarəçi Cav abdeh 1-a mübahisəli mobil kranı icarəyə vermişdir.
91. Həmçinin işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, iddiaçı ilə Cavabdeh 1 2017-ci il 26 may tarixində öz aralarında üzləşmə aktı bağlamışlar. Həmin akta əsasən, icarəçi Cavabdeh 1-ın icarədar iddiaçıya 364.000 avro borcu olmuş, ondan 197.170 avro ödənilmiş, 2017-ci il 26 may tarixinə 166.830 avro məbləğində borc ödənilməmiş qalmışdır.
92. Əgər iddiaçı həqiqətən də mübahisəli kranın sahibi (mülkiyyətçisi) deyildirsə (Cavabdeh 1-ın mülahizələrinə görə), belə olan halda Cavabdeh 1-ın hansı səbəblərdən iddiaçı ilə 2013-cü il 31 dekabr tarixində sözügedən icarə müqaviləsini və 2017-ci il 26 may tarixlində üzləşdirmə aktını bağlamasını işə baxan məhkəmələrə ağlabatan şəkildə izah etməsi iş materiallarından g örünmür.
93. Kassasiya şikayətinin dəlillərinə görə, həmin icarə müqaviləsi və üzləşdirmə aktı Cavabdeh 1-ın səlahiyyətli nümayəndəsi və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmamış, ümumiyyətlə həmin müqavilə uydurma əqd olmuş, müqavilə və üzləşmə aktında olan möhürün həqiqətən də Cavabdeh 1-ın möhürü olması ekspert rəyi ilə müəyyən edilməmişdir.
94. Halbuki əvvəla, sözügedən icarə müqaviləsinin və üzləşdirmə aktının üzərinə vurulmuş Cavabdeh 1-ın möhürünün həqiqiliyinin Cavabdeh 1 tərəfindən mübahisələndirilməsi, bununla əlaqədar ekspertiza təyin olunmasına dair vəsatət verilməsi iş materiallarından görünmür. Halbuki belə bir hüquq MPM-in 97.1-ci maddəsində (bax yuxarıda § 76) nəzərdə tutulmuşdur. Lakin Dermak bu hüququndan yararlanmamışdır.
95. İkincisi isə, möhürlər adətən h üquqi şəxslərin konkret rəhbər vəzifəli şəxslərinə, yaxud maddi məsul şəxslərinə təhkim olunmaqla kənar (səlahiyyəti olmayan) şəxslərin girişi qadağan olunan qapalı yerlərdə (xüsusi möhürlənən şkaf, seyf və s.) saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən bilavasitə və ya onların etibar etdikləri şəxslər tərəfindən istifadə olunur, həmin qaydaları pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər.
96. Digər tərəfdən, icarə müqaviləsi və üzləşdirmə aktı imzalanan dövrdə möhürün oğurlandığı, itirildiyi, aidiyyəti dövlət orqanları tərəfindən götürüldüyü və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi, ən azından, Cavabdeh 1-ın bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət etdiyi də iş materialları ilə müəyyə n olunmur.
97. Bu mənada, məhkəmə kollegiyasının qənaəti belədir ki, hazırkı işdə mübahisə predmeti olan icarə müqaviləsinin və üzləşdirmə aktının üzərində Cavabdeh 1-ın möhürünün vurulması Cavabdeh 1-ın rəhbərliyinin həmin müqavilədən və aktdan məlumatlı olmaduğunun, sənəddə göstərilənlərə etirazının olmadığının, habelə Cavabdeh 1-ın adından aktı imzalamış şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır.
98. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə, 2017-ci il 26 may tarixli üzləşmə aktı hüquqi baxımdan MM-in 882-ci maddəsinə (bax yuxarıda § 74) uyğun olaraq, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə kimi qiymətləndirilməlidir. Həmin aktı təsdiq etməklə Cavabdeh 1 əslində bu akta əsaslanan hazırkı iddiaya qarşı başlıca əqddən, yəni iddiaçı ilə Ca vabdeh 1 arasında bağlanmış 2013-cü il 31 dekabr tarixli icarə müqaviləsindən irəli gələn hər hansı etiraz irəli sürmək hüququnu itirmişdir.
99. Ümumiyyətlə, Cavabdeh 1 mübahisəli kranın mülkiyyətçisinin özü olduğunu bildirsə də, işə baxan məhkəmələrin qətnamələrindən görünür ki, Cavabdeh 1-ın mobil kranı kimdən aldığını əks etdirən mötəbər sübut olan alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Həmçinin Cavabdeh 1-ın satın aldığını bildirdiyi mübahisəli krana görə satıcıya alqı-satqıya görə vəsait ödəməsinə dair sənədlərin də məhkəməyə təqdim olunması iş materiallarından görünmür. Ümumiyyətlə, belə alqı-satqının mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən olunmamışdır.
100. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisəli kranı n mülkiyyət hüququ iddiaçıya məxsus olmaqla onun mobil kran üzərində subyektiv hüquqa malik olmasına dair nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
101. Özünün yuxarıda ifadə olunan mövqeyinə bir daha istinad edərək məhkəmə kollegiyası Trading ilə iddiaçı arasında alqı-satqı müqaviləsi və iddiaçı ilə Cavabdeh 1 arasında icarə müqaviləsi bağlanarkən mübahisəli kranın Cavabdeh 1-ın mülkiyyətində olmasına, Trading ilə iddiaçı arasında alqı-satqı müqaviləsinin hüquqi nəticələrinin Niderlandda və Azərbaycan Respublikasının xüsusi gömrük proseduru altında qeydə alınmamasına, iddiaçının özünün krana olan subyektiv hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsini, Cavabdeh 1 tərəfindən icarə haqqının ödənilməsini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməməsinə, mübahisəli kranı n alqı-satqısına dair müqavilənin və digər sənədlərin Cavabdeh 1 tərəfindən saxlanılmamasına dair Cavabdeh 1-ın kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür.
102. Cavabdeh 2-in digər dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi onun vicdanlı alıcı olmasına münasibət bildirməmiş, onunla Cavabdeh 1 arasında bağlanmış alqı-satqı satqısının etibarsızlığının əsaslarını dəqiq müəyyən etməmişdir.
103. Həmin dəlillərlə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları bildirməyi vacib hesab edir.
104. Daşınar əşyanı əldə edənin vicdanlı əldə edən hesab olunmasının şərtləri MM-in 182-ci maddəsində (bax yuxarıda § 74) müəyyən edilmişdir. MM-in 182.2-ci maddəsinin məzmunundan aydın olur ki, daşınar əşya mülkiyyətçinin ir adəsinin ziddinə olaraq onun sahibliyindən çıxmışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu zaman həmin əşyanın əvəzli və ya əvəzsiz şəkildə əldə olunması hüquqi baxımdan əhəmiyyət kəsb etmir.
105. Məhkəmə kollegiyasının qənaətinə görə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından belə nəticə hasil olur ki, mübahisəli kran mülkiyyətçinin (iddiaçının) sahibliyindən onun hər hansı iradə ifadəsi olmadan çıxarılmışdır. Belə ki, iddiaçı mübahisəli kranla bağlı Cavabdeh 1-la işgüzar münasibətlərini yalnız icarə münasibətləri əsasında qurmuş, kranın Cavabdeh 1-ın mülkiyyətinə keçə bilməsi üçün hər hansı addım atmamışdır. Cavabdeh 1 isə hətta iddiaçı ilə icarə müqaviləsi bağlamasından əvvəl kranı artıq öz adına rəsmiləşdirərək sonradan onu Cavabdeh 2-yə satmışdır.
106. İstənilən halda, iddiaçının Cavabdeh 1 tərəfindən kranın öz adına rəsmiləşdirilməsindən və sonradan onu Cavabdeh 2-yə satmasından məlumatlı olması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
107. Bundan başqa, hazırkı halda işə baxan məhkəmələr Cavabdeh 2-yə qarşı hər hansı pul tələbi təmin etməmişlər.
108. O da qeyd olunmalıdır ki, Cavabdeh 2 istənilən halda mübahisəli kranın iddiaçıya qaytarılması nəticəsində çəkdiyi zərərin əvəzini qanunla müəyyən edilmiş qaydada Cavabdeh 1dan tələb etmək hüququnu özündə saxlayır.
109. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, məhkəmənin mübahisəli kranın iddiaçıya qaytarılmalı olmasına dair qənaəti nəticə etibarilə qanuni və əsaslı olmuşdur.
110. Məhkəmə tərəfindən Cavabdeh 1 ilə Cavabdeh 2 arasında bağlanmış alqı-satqı satqısının etibarsızlığını n əsaslarının dəqiq müəyyən edilməməsinə dair dəlilə gəldikdə isə, birinci instansiya məhkəməsi MM-in 337.1-ci maddəsinə (“Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.”) istinadən hesab etmişdir ki, kran Cavabdeh 1 tərəfindən qanuni əsaslarla olmadan özgəninkiləşdirilmişdir. Belə ki, Cavabdeh 1 tərəfindən kranın kimdən aldığını əks etdirən mötəbər sübut olan alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Bu isə o deməkdir ki, kranın Cavabdeh 1-ın adına rəsmiləşdirilməsi, sonradan isə Cavabdeh 2-yə satılması qanunsuz olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də aşağı məhkəmənin həmin mövqeyi ilə razılaşmışdır.
111. İddiaçının kassasiya şikayətinin dəlillərinə gəldikdə is ə, iddiaçı bildirir ki, mübahisəli kran Trading və iddiaçı arasında bağlanmış 2013-cü il 30 dekabr tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçıya 100.000 avro nağd və Cavabdeh 1-dan qalan 108.000 avro icarə borcunu hissə-hissə ödəmək şərti ilə toplam 208.000 avroya satılmışdır.
112. İddiaçının eyniməzmunlu dəlilləri apellyasiya baxışında da bildirilmiş, bununla əlaqədar məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hesab fakturalarına əsasən iddiaçı tərəfindən mübahisəli krana görə 100.000 avro Trading-in hesabına ödənilmişdir. Göründüyü kimi, mobil kran Trading ilə iddiaçı arasında bağlanmış 2013-cü il 30 dekabr tarixli alqı-salqı müqaviləsinə və ödəniş invoys hesab fakturalarına əsasən qeyd olunan tarixdən iddiaçıya nağd olaraq 100.000 avroya satılmış və kranın mülkiyyət hüququ iddiaçıy a məxsus olmaqla onun mobil kran üzərində subyektiv hüquqa malik olmuşdur.
113. İddiaçı kassator apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini tutarlı və əlavə dəlillərlə təkzib edə bilməmişdir.
114. Bununla əlaqədar məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən mövqeyi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
115. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətlərindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88ci maddəsinin (bax yuxarıda § 76) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 76) uyğun olaraq qanuni və əsaslı qətnam ə qəbul etmişdir.
116. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2-2(103)-46/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
117. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı “X4 B.V” Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh2 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 22(103)-46/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.