Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-317/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, iddiaçı və cavabdeh Naiqin K “xxxx” MMC-yə qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-22/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş ka ssasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 23 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naigin K “xxxx” MMC-dən iddiaçı şirkətin xeyrinə 20.10.2014-cü il tarixli 20/10 nömrəli müqavilə üzrə alınmış mala və çatıdırılmaya görə 23.878,488 avro məbləğində borcun və həmin müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 228.355 avro məbləğində dəbbə pulunun, 05.12.2014-cü il tarixdə bağlanmış 01-12/2014 nömrəli müqavilə üzrə 13.053,71 avro məbləğində borcun və həmin müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 125.308 avro məbləğində dəbbə pulunun, ümumilikdə 390.504,2 avro məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xa hiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,tərəflər arasında 20.10.2014-cü il tarixli 20/10 nömrəli və 01-12/2014 nömrəli 05.12.2014-cü il tarixli müqavilə bağlanmış, həmin müqavilələr üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilələrdə göstərilmiş malların cavabdehə çatdırılmasını həyata keçirsə də, cavabdeh müqavilə üzrə öz öhdəsinə götürmüş vəzifələri yerinə yetirməmiş, ödənilməli olan vəsaiti verməmişdir. Buna görə də, müqavilə şərtlərinə əsasən malların razılaşdırılmış dəyəri, eləcə də ödənişin gecikdirilməsinə görə müqavilədə təsbit edilmiş qaydada hesablanmış dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2-2(83)-335/2017 saylı qətnaməsi ilə (hakim - S.Ə.İsmayılova) iddia təl əbi qismən təmin edilmiş, Naigin K “xxxx” MMCdən 20.10.2014-cü il tarixli 20/10 nömrəli müqavilə üzrə alınmış mala və çatdırılmaya görə 23.787,48 avro məbləğində borc və həmin müqavilə üzrə öhdəliyin icrasının gecikdirildiyinə görə 11.000 avro məbləğində dəbbə pulu, 01-12/2014 nömrəli 05.12.2014-cü il tarixli müqavilə üzrə 13.053,71 avro məbləğində borc və həmin müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 6.000 avro məbləğində dəbbə pulu, cəmi 53.841,19 avro məbləğində vəsaitin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəsi ilə İddiaçı şirkətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Gəncə Ape llyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-31/2018 saylı, 16 aprel 2018-ci il tarixliqətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2017-ci il tarixli, 2-2(83)-335 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı şirkətinin cavabdeh Naigin K “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi və maliyyə sanksiyasının tətbiq edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 08 avqust 2018-ci il tarixli, 2-2(102)-324/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Gəncə Apell yasiya Məhkəməsinin X1 16 aprel2018-ci il tarixli 2-2(104)-31/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-22/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsi (sədrlik edən və məruzəçi hakim – N.N.Quliyev, hakimlər – F.Ə.Mehtiyev və R.Ş.Muradov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli 2-2(83)-335/2017 nömrəli qətnaməsi Cavabdeh-dən 20 oktyabr 2014-cü il tarixli 20/10 nömrəli müqavilə üzrə öhdəliyin icrasının gecikdirildiyinə görə 11.000 avro məbləğində dəbbə pulu və 05 dekabr 2014-cü il tarixli 01-12/2014 nömrəli müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 6.000 avro məbləğində dəbbə pulunun icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəsi ilə İddiaçı şirkətinin xeyrinə tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh-dən 20 oktyabr 2014-cü il tarixli 20/10 nömrəli müqavilə üzrə öhdəliyin icrasının gecikdirildiyinə görə 2000 avro məbləğində dəbbə pulu və 05 dekabr 2014-cü il tarixli 01-12/2014 nömrəli müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 1000 avro məbləğində dəbbə pulunun icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı alınıb İddiaçı şirkətinə verilməsi, qətnamənin Naigin K “xxxx” MMJ-dən 20.10.2014-cü il tarixli 20/10 nömrəli müqavilə üzrə alınmış mala və çatdırıl maya görə 23.787,48 avro məbləğində borcun və 05.12.2014-cü il tarixli, 01-12/2014 nömrəli müqavilə üzrə 13.053,71 avro məbləğində borcun icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəsi ilə İddiaçı şirkətinin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və cavabdeh ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini qismən, müqavilələr üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulunun azaldılması hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə apellyasiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edib işin yeni baxışa qaytarılmasını x ahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi dəbbə pulunun azaldılması hissəsində maddi hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, 20 oktyabr 2014-cü il tarixli 20/10 nömrəli Müqavilənin 8.2-ci bəndində göstərilir ki, bu Müqavilənin 1 saylı Spesifikasiyasında göstərilən çatdırılmış mala görə ödəniş vaxtında həyata keçirilməzsə, Alıcı çatdırılmış və ödənilməmiş malın dəyərinin hər gecikdirilmiş ödəniş günü üçün 1% miqdarında dəbbə pulu ödəməlidir. Çatdırılmış mala görə borc, cərimə sanksiyaları və çatdırılmış mala görə borcun məbləği tam ödənildikdə ödənilmiş hesab olunacaqdır. Cavabdeh Naigin K “xxxx” MMC tərəfindən 20 oktyabr 2014-cü il tarixli 20/10 nömrəli Müqavilə üzrə alın mış mala və çatdırılmaya görə 23787,488 Avro məbləğində vəsaitin ödənilməsi 01 yanvar 2015-ci ildən iddianın məhkəməyə təqdim edildiyi günədək 960 gün müddətində gecikdirildiyi nəzərə alınmaqla və hər gecikdirilmiş ödəniş günü üçün 1% miqdarında, yəni 237,87 Avro məbləğində dəbbə pulu hesablanmaqla, dəbbə pulunun ümumi məbləği 228355,2 Avro təşkil edir. Bundan əlavə, cavabdeh Naigin K “xxxx” MMC ilə iddiaçı arasında 05 dekabr 2014-cü il tarixdə bağlanılmış 01-12/2014 nömrəli Müqavilə üzrə həmin Müqavilənin 2-ci bəndinə əsasən Müqavilənin ayrılmaz əlavəsi olan 1 saylı Spesifikasiyaya əsasən cavabdehə ümumi dəyəri 13053,71 avro təşkil edən müxtəlif ölçülərdə xüsusi ağac materialından hazırlanan tıxacların alınıb-satılması nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə görə Satıcı cavabdehə müqa vilədə nəzərdə tutulmuş malı 31 dekabr 2014-cü il tarixindən gec olmayaraq çatdırmalı, Alıcı cavabdeh Naigin K “xxxx” MMC malı Azərbaycanda aldıqdan və gömrük rəsmiləşdirilməsindən keçirdikdən sonra 10 bank iş günü ərzində ödənişi həyata keçirməli idi. Cavabdeh Naigin K “xxxx” MMC müqavilə ilə nəzərdə tutulmuş malı 10 dekabr 2014-cü ildə Azərbaycanda alıb gömrük rəsmiləşdirilməsindən keçirməsinə baxmayaraq müqavilədə nəzərdə tutulmuş malın dəyərini bu günə qədər ödəməmişdir. Beləliklə, cavabdeh Naigin K “xxxx” MMC tərəfindən 05 dekabr 2014-cü il tarixli 01-12/2014 nömrəli Müqavilə üzrə alınmış mala görə 13053,71 Avro məbləğində vəsaitin ödənilməsi 01 yanvar 2015-ci ildən iddianın məhkəməyə təqdim edildiyi günədək 960 gün müddətində gecikdirildiyi nəzərə alınmaqla və hər gecikdirilmiş ödə niş günü üçün 1% miqdarında, yəni 130,53 Avro məbləğində dəbbə pulu hesablanmaqla, dəbbə pulunun ümumi məbləği 125308,8 Avro təşkil edir. Göstərilənlərdən müəyyən edilir ki, iki müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə Alıcı olan cavabdeh tərəfindən hər gecikdirilmiş ödəniş günü üçün çatdırılmış və ödənilməmiş malın dəyərinin 1%-i miqdarında dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan və gecikdirilmiş ödəniş günü 01 yanvar 2015-ci ildən iddia ərizəsi məhkəməyə göndərilən 21 avqust 2017-ci ilədək olan dövr üçün 960 gün olduğundan dəbbə pulu 20 oktyabr 2014-cü il tarixli 20/10 nömrəli Müqavilə üzrə 228.355 Avro (960 gün x 237,87 Avro), 05 dekabr 2014-cü il tarixdə bağlanılmış 01-12/2014 nömrəli Müqavilə üzrə 125.308 Avro (960 gün x 130,53 Avro), ümumilikdə dəbbə pulu 353.663,0 (üç yüz əlli üç min altı yüz altmış üç) Avro təşkil edir. Birinci instanisya məhkəməsi tərəfindən dəbbə pulunun azaldılmasına baxmayaraq apellyasiya məhkəməsi tərəfindən yenidən dəbbə pulunun azaldılması Mülki Məcəllənin 462-ci maddəsinə uyğun olmamışdır. Çünki məhkəmə borclunun mənafeyini nəzərə aldığını qeyd etsə də, iddiaçının mənafeyini nəzərə almamışdır. Cavabdehin kassasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iddiaçı şirkət müqavilə bağlamamışdan qabaq cavabdeh şirkətə gələrək onların istehsal etdiyi şərab məhsullarının Ukraynada və digər xarici ölkələrdə yaxşı satıldığını, əməkdaşlaq edib birgə fəaliyyət göstərmək istədiklərini bildirib cavabdehin əmtəə nişanlarından istifadə etməklə Lvov şəhərində məhsulun satılmasına razılıq verilməsini istəmişlər. Onlar birgə fəaliyyətla bağlı raz ılığa gəlmişlər. Razılaşmanın şərtinə əsasən iddiaçı şirkət cavabdeh MMC-yə boş şüşələr verməyi, özləri isə şüşələri doldurmaqla sertifikat almağı öhdələrinə götürmüşlər. Razılaşmaya əsasən əldə olunacaq gəlir yarı bölünməli idi. İddiaçı Ukraynada birgə müəssisə qeydiyyata aldırmış, cavabdeh MMC-nin təsisiçisi kimi N.Məmmədhəsənovu prezident təyin etmişdir. Bundan sonra aralarında bağlanılmış 20.10.2014-cü il tarixli 20/10 saylı müqaviləyə əsasən iddiaçı bizi 0,5 litrlik «Samtrest» ağ şuşə bütülkalar ilə təhciz etməli idi. Lakin malın onlar tərəfindən alınması və yük gömrük bəyannaməsini araşdırmadan iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Əslində cavabdeh Naiqin K "xxxx" MMC tərəfindən şüşə butulkaları alqı-satqı ilə deyil, razılaşmaya uyğun olaraq al ınmışdır. Əvəzində həmin şüşələri istehsal ediləcək içkilərlə doldurub iddiaçının MMC-yə təqdim edilmiş şirkətlərə satılmışdır. Təsisçisi olduğumuz «xxxx» MMC iddiaçının təqdim etdiyi «xxxx» MMC ilə 23.07.2014-cü il tarixli müqavilə bağlayıb istehsal etdikləri Tovuz nar şirələrini maya dəyərindən ucuz qiymətə satmışdır. Bundan başqa, iddiaçının təqdim etdiyi «xxxx» MMC, «RodCant», «ROdert Kuczin» şirkəti ilə və Xalid Məmmədov adlı şəxslə müqavilə imzalanmış istehsal edilmiş müxtəlif adda, növdə və çeşiddə məhsulları maya dəyərindən ucuz qiymətə onlara satmışlar ki, onlar da həmin məhsulları xarici bazarda satıb dəyərinin yarısını cavabdehə ödəsinlər. Bu hallar iddiaçı ilə olan «e-mail» yazışmalarından və vizit vərəqələrindən tam təsdiq edilir. Beləliklə, apellyasiya məhkəməsi birinci insta nsiya məhkəməsinin qətnaməsinin bir hissəsini qüvvədə saxlayan zaman iş üçün əhəmiyyətli hallar aydınlaşdırılmamış, müəyyən edilmiş əhəmiyyətli hallar sübut edilməmişdir. 2015-ci ilin əvvəllərindən başlayaraq iddia ərizəsi ilə məhkəməyə müraciət olunan vaxta kimi iddiaçının cavabdehdən sözügedən müqavilələr üzrə ödənişləri tələb etməsi iş materialları ilə müəyyən olunmur. Onlar müxtəlif şirkətlərlə müqavilələr imzalamaqla həmin şirkətə şərab və müxtəlif adda içkilər satılmışlar. Cəmiyyətin «xxxx» MMC ilə bağladığı 29 noyabr 2016-cı il tarixli müqaviləni sonuncunun adından 2014-cü il tarixli müqavilələri Anar Məmmədov imzalamış, beləliklə, onlarla sonradan işgüzar əlaqələr etmişdir. Bu da iddiaçı ilə cavabdeh arasında müqavilədəki razılaşmadan fərqli şifahi razılaşmanın olmasını göstərir. M əhkəmənin bu hallara bağlı sübutların təqdim edilmədiyinə dair gəldiyi nəticə səhv olmuşdur, bununla bağlı məhkəməyə kifayət qədər sübut təqdim edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili özlərinin kassasiya şikayətinin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, iddiaçının kassasiya şikayəti isə qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəbbə pulunun tutulmasına dair hissələrdə ləğv edilməklə iş həmin hissələrdə təkrar apellyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xi dmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya mülki qanunvericiliyin sadalanan normalarını nəzərə almaqla hesab edir ki, tərəflər arasında müqavilə-hüquq münasibətlərinin yarandığı və bu münasibətlər çərçivəsində cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin mövcud olması işdəki sübutlarla təkzibolunmaz qaydada müəyyən edildiyindən apellyasiya məhkəməsi cavabdehdən 20/10 nömrəli, 20.10.2014-cü il tarixli müqavilə üzrə 23.787,488 Avro məbləğində və 01-12/2014 nömrəli 05.12.2014-cü il tarixli müqavilə üzrə isə 13.053,71 Avro məbləğində əsas borcun iddiaçının xeyrinə tutulmalı olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Aşağıda göstərilənlərə əsasən isə kollegiya birinci instansiya məhkəməsi tərəfindən azaldılmış dəbbə pulunun təkrarən azaldılması ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Bu hissədə apellyasiya məhkəməsi özünün mövqeyini onunla əsaslandırmışdır ki, birinci i nstansiya məhkəməsi tərəfindən müəyyən olunan cərimənin məbləği işin hallarına, müqavilənin məbləğinə və cavabdehin əmlak mənafeyinə uyğun deyildir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən cərimənin (dəbbə pulunun) məbləği yüksəkdir. Bu hal cavabdehin həddindən artıq maliyyə sanksiyasına cəlb edilməsinə gətirib çıxarır. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan məhkəmə kollegiyası cavabdehin göstərilən məbləğdə, tənasübsüz cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, həmçinin bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək hesab edir ki, müəyyən olunan cərimə tənasübsüzdür, bor clunın və kreditorun əmlak və digər mənafeləri tam nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunan cərimənin azaldılması və 20.10.2014- cü il tarixli 20/10 nömrəli müqavilə üzrə 2000 avro məbləğində, 01-12/2014 nömrəli, 05.12.2014-cü il tarixli müqavilə üzrə isə 1000 avro məbləğində müəyyən edilməsi daha məqəsədəuyğundur. Mülki Məcəllənin 462.1-462.3-cü maddələrinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta y etirməyə borclu deyildir. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi tərəflərin müqavilədə öhdəliyin lazımınca icra edilməməsi halında ödənilməsini razılaşdırdıqları dəbbə pulu ilə bağlı şərt onlar ın iradəsini əks etdirməklə etibarlı və qanuna uyğundur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə görə razılaşdırılmış dəbbə pulunun tamamının tutulması qayda, müəyyən şərtlərin mövcudluğunda onun məbləğinin azaldılması isə həmin qaydanın istisnasıdır. Buna görə, yalnız Mülki Məcəllənin 467-ci maddəsində sadalanmış halların mövcudluğunda məhkəmə tərəfindən tənasübsüz surətdə yüksək hesab edilən dəbbə pulunun məbləği azaldıla bilər. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı digər mənafeləri nəzərə alınmalıdır. Beləliklə, qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən olunur ki, müqavilə şərtlərinə görə iddiaçı müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdehdən dəbbə pulunun ödənilməsini tələb edə bilər. Öz növbəsində işə baxan məhkəmə isə Mülki Məcəllənin 467-ci maddəsinə istinadla tənasübsüz surətdə yüksək hesab etdiyi dəbbə pulunu azaltmaq səlahiyyətinə malikdir. Lakin dəbbə pulunun azaldarkən məhkəmə nəzərə almalıdır ki, prinsip etibarilə o, cəriməni azaltmaq səlahiyyətinə malik olsa da, bu səlahiyyətini həyata keçirərkən özünün mövqeyini mütləq əsaslandırmalıdır. Bu zaman məhkəmə işin xüsusi hallarından çıxış etməli, kreditorun və borclunun əsaslı mənafelərini ağlabatan meyarlardan çıxış etməklə dəyərləndirməlidir. Hazırkı işin hallarından isə görünür ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən azaldılmış dəbbə pulu borcunu bir qədər də azaldarkən özünün mövqeyini sözügedən qaydada əsaslandırmamışdır. Bu halda, Mülki Məcəllənin 467-ci maddəsi işə düzgü n tətbiq edilməmişdir. Kollegiya dəbbə pulunun tam həcmdə təmin edilməsinin həddən artıq tənasübsüzlüyə gətirib çıxaracağı ilə razılaşır. Lakin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğlər də ağlabatan və ədalətli məbləğlər kimi qəbul edilə bilməz. Apellyasiya məhkəməsi yalnız cavabdehin əmlak mənafelərini nəzərə almış, kreditorun əmlak mənafeləri baxımından isə ümmuiyyətlə qiymətləndirmə aparmamışdır. Öhdəliyin uzun müddət ərzində icra edilməməsi, bunun nəticəsində iddiaçının uğradığı zərər onun əmlak mənafelərinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır. Bundan başqa, məhkəmənin cavabdehin əmlak mənafeləri kimi nəzərə aldığı halların özü də qeyri-müəyyən olmuş, konkret hallar və sübutlarla dəstəklənməmişdir. Odur ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə dəbbə pulu borcuna dair hissədə işə baxarkən qeyd edilənləri nəzərə almalıdır. Çünki qanun dəbbə pulunun azaldılmasının yalnız işin hallarından çıxış edilməklə aparıla biləcəyini müəyyən edir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-22/2019 saylı iş üzrə 24 yanvar 2019-cu il tarixli qətnaməsi qismən – Cavabdeh-dən 20 oktyabr 2014-cü il tarixli 20/10 nömrəli müqavilə üzrə öhdəliyin icrasının gecikdirildiyinə görə 2000 avro məbləğində dəbbə pulu və 05 dekabr 2014-cü il tarixli 01-12/2014 nömrəli müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 1000 avro məbləğində dəbbə pulunun icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı alınıb İddiaçı şirkətinə verilməsinə dair hissələrdə ləğv edilsin. İş həmin hissələrdə təkrar apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-317/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-317/2019
23.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver