Məhkəmə qərarları › İş №2-2(102)-317/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-317/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-317/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “xxxx” MMC –yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: kredit borcunun ödənilməsi) 27.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və X2 ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı Fondun nümayəndəsi və vəkili X1, cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabd eh “xxxx” MMC-yə qarşı kredit borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, e-2-2(103)-231/2020 saylı qətanməsindən cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. İşin materiallarında olan, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X5 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış”a əsasən, İddiaçı ASC “X4 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. 2. “X4” ASC (borc verən) ilə “xxxx” MMC (borc alan) arasında bağlanmış xx xxxxx 2017-ci il tar ixli, CBHK-0018-02 nömrəli kredit müqaviləsinə müvafiq olaraq borc verən borc alana 12 ay müddətinə illik 20 % ödəmək şərti ilə 1.500.000 manat məbləğində kredit verməyi, borc alan isə verilmiş pul məbləğini qəbul edərək, həmin müqavilədə və onun ayrılmaz tərkib hissəsində nəzərdə tutulmuş müddətdə və qaydada ödənişlərin aparılmasına riayət edilməklə, təyinat və məqsədlə istifadə etməklə, müddətin sonunadək kreditə görə hesablanmış faizləri və kredit məbləğini banka qaytarmağı öhdəsinə götürmüşdür. 3. “X4” ASC (borc verən) ilə “xxxx” MMC (borc alan) arasında bağlanmış digər, xx xxx 2017-ci il tarixli, CBHK-0018-03 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 12 ay müddətinə illik 20 % ödəmək şərtilə 500.000 manat məbləğində kredit verməyi, borc alan isə verilmiş pul məbləğini q əbul edərək, həmin müqavilədə və onun ayrılmaz tərkib hissəsində nəzərdə tutulmuş müddətdə və qaydada ödənişlərin aparılmasına riayət edilməklə, təyinat və məqsədlə istifadə etməklə, müddətin sonunadək kreditə görə hesablanmış faizləri və kredit məbləğini banka qaytarmağı öhdəsinə götürmüşdür.

4. İşə 1-ci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 9659 saylı ekspert rəyi ilə xx xxxxx 2017-ci il tarixli, CBHK-0018- 02 nömrəli kredit müqaviləsi üzrə cavabdeh MMC-nin iddiaçı Fonda xx.xx.2018-ci il tarixə əsas borcunun 1.500.000 manat, faiz borcunun 275.000,10 manat, cəmi borcunun 1.775.000,10 manat məbləğində olması; xx xxx 2017-ci il tarixli, C BHK0018-03 nömrəli kredit müqaviləsi üzrə cavabdeh MMC-nin iddiaçı Fonda xx.xx.2018-ci il tarixə əsas borcunun 500.000 manat, faiz borcunun 100.000 manat, cəmi borcunun 600.000,00 manat məbləğində olması müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ 1-ci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC (hazırda ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən CBHK-0018-02 nömrəli, xx xxxxx 2017ci il tarixli kredit müqaviləsi üzrə 1.500.000 manat əsas borcun, 275.000,10 manat faiz borcunun, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixə kimi əsas borca illik 5% dərəcəsi ilə hesablanmış 116.666,67 manat faiz borcunun, ümumilikdə 1.891.666,77 manat kredit borcunun; CBHK-0018-03 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə banka olan 500.000 manat əsas borcun, 100.000 manat faiz borcunun, müqavilənin müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 37.291,67 manat faiz borcunun, cəmi 637.291,67 manat kredit borcunun, hər iki kredit müqaviləsi üzrə cəmi 2.528.958,44 manat borcun, hüquqi sənədlərin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 50 manat notariat xərcinin və 30 manat dövlət rüsumunun tutulub iddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 N-li prot okoluna əsasən, “X4 (CDB)” ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASCnin yenidən təşkil edilməsi, “X4 (CDB)” ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X5 qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı ASC “X4 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. 7. “X4 (CDB)” ASC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, CBHK-0018/02 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 % olmaqla 12 ay müddətinə, cari xərclərin ödənilməsi üçün 1.500.000 manat məbləğində kredit v erilmişdir. Həmin kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən, borc alan həmin müqavilə ilə verilmiş kreditdən istifadəyə görə illik 20 % olmaqla faiz ödəyir. Həmin müqavilənin 3.4.3-cü bəndinə əsasən, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsidir.

8. Eyni tərəflər arasında bağlanmış xx xxx 2017-ci il tarixli, CBHK-0018-03 kredit müqaviləsinə əsasən, “xxxx” MMC-yə 12 ay müddətinə, illik 20 % olmaqla 500.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.6-cı bəndində göstərilmişdir ki, borcalan bu kreditdən istifadəyə görə illik 20 faiz ödəyir. Həmin müqavilənin 3.4.3-cü bəndində göstərilmişdir ki, öhdəliyin i cra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış banka ödəmək borcalanın vəzifəsidir.

9. Cavabdeh MMC bank qarşısındakı öhdəliklərini bu kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, onun xx xxxxx 2017-ci il İBHK-0018-02 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə banka əsas borcu 1.500.000 manat, faiz borcu 627.435,93 manat, ümumilikdə kredit borcu 2,127,435,93 manat; xx xxx 2017-ci il tarixli, CBHK-001803 nömrəli kredit müqaviləsi xx xxxxxx 2019-cu il tarixə banka olan əsas borcu 500.000 manat, faiz borcu 207.500,01 manat, ümumilikdə kredit borcu 707.500,01 manat; hər iki kredit müqaviləsi cavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixə banka olan borcu 2.834.935,94 manat təşkil etmişdir.

10. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdeh MMC-yə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbardarlıqlar edilmiş və qeyd olunan kredit müqavilələri üzrə əsas və faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. 11. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim L.Əliyeva, iş No e-2-2 (82)-345/2019) iddianın təmin edilməsi, cavabdeh MMCdən CBHK-0018-02 saylı, xx.xx.2017- ci il tarixli kredit müqaviləsi üzrə 1.500.000 manat məbləğində əsas borcun, 275.000,1 manat məbləğində faiz borcunun, kredit müqaviləsi müddətinin bit diyi tarixdən xx.xx.2019-cu il tarixə kimi əsas borca illik 5% dərəcəsi ilə hesablanmış 116.666,67 manat məbləğində faizin, ümumilikdə 1.891.666,77 manat məbləğində kredit borcunun; CBHK-0018-03 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə banka olan 500.000 manat məbləğində əsas borcun, 100.000 manat məbləğində faiz borcunun müqavilə müddətinin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi əsas borca illik 5% dərəcəsi ilə hesablanmış 37.291,67 manat məbləğində faizlərin, cəmi 637.291,67 manat məbləğində borcun, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 2.528.958,44 manat məbləğində borcun, notariat xərclərinin əvəzi olaraq 50 manat məbləğində, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı ASCyə ödənilməsi qət edilmişdir. 12. 1-ci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin hüquqi sələfi “X4” ASC ilə “xxxx” MMC arasında xx xxxxx 2017-ci il tarixli, CBHK0018-02 nömrəli və x xxx 2017-ci il tarixli, CBHK-0018-03 nömrəli kredit müqavilələri bağlanmışdır. Bank göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək kredit məbləğini cavabdeh MMC-nin sərəncamına versə də, sonuncu kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçı ASC-yə qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdeh MMC-nin iddiaçı ASC-yə xx xxxxx 2017-ci il tarixli, CBHK-18-02 nömrəli kredit müqaviləsi üzrə 1.500.000 manat əsas, 275.000,10 manat məbləğində faiz borcu, x xxx 2017-ci il tarixli, CB HK-0018-03 nömrəli kredit müqaviləsi üzrə isə 500.000 əsas, 100.000 manat məbləğində faiz borcu yaranmışdır.

13. Belə olan halda iddiaçı ASC-nin cavabdeh MMC ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış əsas və faiz borcunun MMC-dən tutulması haqqında iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.

14. Eyni zamanda 1-ci instansiya məhkəməsi, mübahisəli kredit müqavilələrinin müddəti bitdikdən sonrakı dövr üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə hesablanmış xx xxxxx 2017-ci İ tarixli, CBHK0018-02 nömrəli kredit müqaviləsi üzrə 116.666,67 manat və x xxx 2017-ci il tarixli, CBHK0018-03 nömrəli kredit müqaviləsi üzrə 37.921,67 manat məbləğlərində faizlərin ödənilməsinə dair iddia tələbinə münasibətdə hesab etmişdir ki, qeyd edilən mad dəyə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 15. 1-ci instansiya məhkəməsi qətnaməsində qeyd etmşdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan, həmin hissədə də iddia təmin edilməlidir.

16. Həmin qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin MMC-dən illik 5 % olmaqla 116.666,67 manat və 37.291,67 manat məbləğində faiz borclarının, məhkəmə və notariat xərclərinin tutulması hissəsində rədd edilməsi, ekspertiza xərcinin iddiaçı ASC-də n tutulması barədə qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər C.Yusifov və R.Qurbanov, iş № 22(103)-231/2020) cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Bank tərəflər arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, CBHK-0018-02 nömrəli və x xxx 2017-ci il tarixli, CBHK-0018-03 nömrəli kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdə likləri lazımi qaydada icra edərək, kredit məbləğini cavabdeh MMC-nin sərəncamına versə də, borclu MMC kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada Banka qaytarmamış, bununla kredit müqavilələri öhdəliklərini pozmuşdur. Nəticədə MMC-nin Banka xx xxxxx 2017-ci il tarixli, CBHK001802 nömrəli kredit müqaviləsi üzrə 1.500.000 manat əsas, 275.000,10 manat məbləğində faiz borcu, x xxx 2017-ci il tarixli, CBHK-0018-03 nömrəli kredit müqaviləsi üzrə isə 500.000 əsas, 100.000 manat məbləğində faiz borcu yaranmışdır.

19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşudr ki, hazırda cavabdeh MMC tərəfindən qətnamə yalnız kredit öhdəliyinin icra müddəti bitdikdən sonra əsas borca hesablanmış 5 %-lə əldən çıxmış faydanın və xərcl ərin tutulması hissəsində mübahisələndirilir. Məhkəmə qətnaməni mübahisələndirilən hissələrdə yoxlayaraq hesab edir ki, qeyd edilən hissələrdə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

20. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin hesab etmişdir ki, iddiaçı ASC-nin xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim etdiyi, iddia tələbinin dəyişdirilməsi barədə ərizədə iddianın məbləği tələb edilən faiz borcu hissəsində azaldığından və ərizə iş üzrə qətnamə qəbul edilənək təqdim edildiyindən cavabdeh MMC-yə ərizəyə münasibət bildirmək üçün əlavə vaxt verilməməsi qətnamənin ləğv edilməsinə əsas olan kobud prosessual pozuntu kimi qiymətləndirilə bilməz.

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir.

22. Həmin qətnamədən cavabdeh MMC kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, mübahisə predmeti olan hər 2 kredit müqaviləsində kifayət qədər böyük rəqəmlər və qarışıq faiz hesablama normaları qeyd edilmişdir. Bu da istər-istəməz həm işə baxan hakimin, həm də təyin edilmiş ekspertizanı həyata keçirən ekspertin işini çətinləşdirir. Belə demək mümkünsə, 2 kredit müqaviləsi ilə təqdim edilmiş ödəniş çekləri və s. sənədlərin ayırd edilməsi, hər iki kredit müqaviləsinin dəqiqliklə hesablanması ş əxslərdən asılı olmayan səbəblərdən müəyyən xətalara yol aça bilər. Ona görə də, məhkəmə tərəfindən böyük məbləğdə olan bu kredit müqavilələri üzrə mübahisələr üzrə icraat ayrılmalı və hər kredit müqaviləsi üzrə ayrı-ayrılıqda araşdırılma aparılmalı idi. Bu həmin işin obyektiv araşdırılmasına, həm də tərəflərin hüquqlarının qorunmasına şərait yaradacaqdı. Təəssüf ki, bu hal məhkəmələr tərəfindən nəzərə alınmamış və nəticədə hər iki müqavilə üzrə vahid və qarışıq bir məhkəmə aktı qəbul edilmişdir. 24. 1-ci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli rəyi ilə mübahisələndirilən hər iki kredit müqaviləsi üzrə əsas və faiz borcları müəyyən edilmişdir. Həmin rəy məhkəməyə göndəridikdən sonra iddiaçı ASC tərəfindən əsassız yerə iddi a tələbinin həcminin artırılması ilə bağlı ərizə məhkəməyə təqdim edilmişdir. Belə ki, həmin ərizədə hər iki kredit müqaviləsi üzrə, kredit müqaviləsinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixə qədər olan dövr üçün əsas borca illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun da cavabdehdən tutulması məhkəmədən xahiş edilmişdir. 1-ci instansiya məhkəməsi tərəfindən də iddiaçı ASC tərəfindən verilmiş son ərizədə qeyd edilmiş məbləğlərin cavabdeh MMC-dən tutulmasının təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Bu tam əsassız bir yanaşmadır.

25. Belə ki, Azərbaycan Respublikası MPM-nn 53-cü maddəsinə görə, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Lakin cavabdeh MMC tər əfindən iddia tələbinin həcmi artırılmamış, ilk iddia ərizəsində nəzərdə tutulmamış yeni bir tələb əlavə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu normanın 1-ci instansiya məhkəməsi tərəfindən pozulmasına, yəni qeyd edilən ərizənin icraata qəbul edilərək təmin edilməsinə xüsusi diqqət yetirilməmişdir.

26. İddiaçı ASC iddia ərizəsində cavabdeh MMC-dən əsas borc və faiz məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə isə yeni bir tələb kimi 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun da cavabdeh MMC-dən tutulmasını xahiş etmişdir. Burada isə, iddia tələbinin həcmi artırılmamış, yeni bir tələb əlavə edilmişdir. Bu qəbuledilməzdir. Bu fakt özlüyündə qətnamələrin prosessual normaların pozulması ilə qəbul edildiyi sübut edir.

27. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçı ASC tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilmiş rəqəmlərlə bağlı nə 1-ci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilməmişdir. Belə ki, yuxarıda qeyd olunmuş ekspertizada yalnız əsas və faiz borcunun araşdırılması öz əksini tapmışdır. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra isə əsas borca 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun da tutulması xahiş edilmiş, lakin 1-ci instansiya məhkəməsi tərəfindən həmin məbləğlərlə bağlı heç bir ekspertiza təyin edilməmiş, iddiaçının yazdığı məbləğlərə istinad edilməklə əsassız bir qətnamə qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, həmin rəqəmlər də kiçik məbləğlər deyil və eyni zamanda onların hesablanması da kifayət qədər qarışıq riyazi düsturlarla aparılır. Yəni həmin rəqəmlərin hakim, hüquqşünas tərəfindən müəyyən edilməsi mümkünsüz olduğu üçün mütləq həmin rəqəmlərin doğruluğu üçün ekspertə müraciət edilməliydi.

28. Bütün bunlarla yanaşı 1-ci instansiya məhkəməsi tərəfindən cavabdeh MMCdən 50 manat məbləğində notariat xərci, 30 manat məbləğində dövlət rüsumu və 145 manat məbləğində isə ekspertiza tədqiqatının dəyəri tutulmuşdur. Bu tam qanunsuz bir yanaşmadır. Hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən iddiaçının əvəzindən dövlət rüsumunu və notariat xərcini nə üçün cavabdeh ödəməlidir?

29. Həmçinin artıq uzun illərdir ki, iqtisadi mübahisələr üzrə sənədlər elektron məhkəmə vasitəsi ilə təqdim edilir. Həmin sənədlərin isə əsillərinin skan edilmiş versiyası elektron məhkəmə vasitəsi ilə müv afiq məhkəməyə göndərilir. Belə olan halda hansı sənədlərin notarial qaydada təsdiqinə zərurət yaranması sual doğurur.

30. Cavabdeh MMC-nin apellyasiya şikayətində də həm əlavə olaraq tutulan notariat və ekspertiza xərcinin, həm də 5 % dərəcəsi ilə hesablanmış faiz borcu hissəsində 1-ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş olunsa da, apellyasiya instansiya məhkəməsi heç bir istinad göstərmədən bu şikayətii rədd etmişdir.

31. Yekun olaraq qeyd olunmalıdır ki, məhkəmə gedişi dövründə İddiaçı ASCnin lisenziyası ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Yəni iş üzrə tərəflərdən biri ləğv edilmişdir.

32. Azərbaycan Respublikası MPM-nin 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, ba rəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim iş üzrə icraatı dayandırmalıdır.

33. İddiaçı ASC-nin ləğv edildiyinə görə cavabdeh MMC tərəfindən iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən həmin vəsatət təmin edilməmiş və mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla iş üzrə araşdırma davam etdirilmişdir.

34. Bu da həm yuxarıda qeyd edilən normanın, həm də iş üzrə tərəflərin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, məhkəmə tərəfindən çəkişmə prinsipi təmin edilməmiş, tərəflərin məhkəmə iclaslarında iştirakı üçün şərait yaradılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı iddiaçı ASC yazılı eti raz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. 37.. İddiaçı Fondun nümayəndəsi və vəkili R.İsmayılov kassasiya məhkəməsinin dəlillərinə etiraz edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

39. Mülki qanunvericiliyin istinad edilən 445.7-ci maddəsi banka kredit öhdəliyinin icra müddəti bitdikdən sonrakı dövr üçün borc ludan borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququ verdiyindən məhkəmə iddia tələbini həmin hissədə təmin etməklə hər hansı pozuntuya yol verməmişdir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarına müvafiq olaraq kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kr edit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

51. Azərbaycan Respublikası MPM-nin 169.1-ci maddəsinə əsasən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır.

52. Həmin Məcəllənin 169.4-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 169.1169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmi n məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.

54. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həm in xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

56. Həmin Məcəllənin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

57. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

58. İş üzrə cavabdeh MMC tərəfindən apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün haz ırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

60. İlk öncə qeyd olunmalıdır ki, cavabdeh MMC kassasiya şikayətində 1-ci instansiya məhkəməsi tərəfindən iddiaçı ASC-nin iddia tələblərinin iki hissəyə bölünməsi və bu hissələr əsasında hazırki işə iki icraatda baxmalı olmasını göstərsə də, nə 1-ci instansiya, nə də apellyasiya instansiyası məhkəmə lərində bu tələbini səsləndilməmişdir.

61. Həmçinin qeyd olunmalıdır ki, həmin tələb ona görə əsassız və qəbulolunmazdır ki, prosessual qanuna görə, baxılmasıəgər iddia tələbləri bir iddiaçı tərəfindən bir cavabdehə qarşı irəli sürülərsə, bu tələblərə ayrıca baxılıb-baxılmaması məsələsinin həlli yalnız hakimin mülahizəsindən asılıdır. Bu zaman hakim, əgər işin ayrıcı icraatlara bölünməsini məqsədəuyğun hesab edərsə, həmin məsələ üzrə işdə iştirak edən şəxslərin rəylərini öyrənməlidir (bax hazırki qərarın 51-52-ci bəndlərinə).

62. Məhkəmə kollegiyası onu da qeyd etməlidir ki, cavabdeh MMC apellyasiya şikayətində 1-ci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsini tələb etsə də, apellyasiya şikayətində həmin qətnaməni yalnız kredit öhdəliyinin icra müddəti bitdikdən sonra əs as borca hesablanmış 5 %-lə əldən çıxmış faydanın və xərclərin tutulması haqqında iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirmiş və apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsinə yalnız həmin mübahisələndirilən hissədə baxıb onu dəyişdirilmədən saxlamışdır.

63. Eyniliklə cavabdeh MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini tələb edərkən, bu qətnamənin yalnız kredit öhdəliyinin icra müddəti bitdikdən sonra əsas borca hesablanmış 5 %-lə əldən çıxmış faydanın və xərclərin tutulması ilə bağlı olan hissəsinə dair ziddiyyətli dəlillər söyləmişdir.

64. Bu dəlillər ona görə ziddiyyətlidir ki, cavabdeh MMC bir tərəfdən 1-ci instansiya məhkəməsinin iddiaçı ASC-nin kredit öhdəliyinin icra müddəti bitdikdən sonr a əsas borca hesablanmış 5 %-lə əldən çıxmış faydanın tutulması haqqında iddia tələbini qəbul edərək baxması və onun təmin etməsi zamanı prosessual hüquq normalarının pozulduğunu, digər tərəfdən isə bu tələbi ifadə edən borc məbləğinin hakim tərəfindən düzgün hesablanmadığını bildirmişdir.

65. Bu zaman cavabdeh MMC nəzərə almamışdır ki, iddiaçı ASC, iddia ərizəsində, əvvəlcə, hər iki müqavilə üzrə əsas borcun və bütün müddət üzrə, yəni müqavilələrin qüvvədə olduğu və onlar bitdikdən sonrakı dövr üçün hesablanmış faizlərin cavabdeh MMC-dən tutulmasını məhkəmədən xahiş etsə də, sonradan iddia tələbini dəqiqləşdirərək, faiz borcunun müqavilələrin qüvvədə olduğu müddət və onların bitdiyi gündən xx.xx.2019cu il tarixədək ayrıca və fərqli dərəcə ilə hesablanmış və nəticədə xeyli azalmış məbləğin in tutulmasını xahiş etmişdir.

66. Ona görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövzuda gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizədə iddianın məbləği tələb edilən faiz borcu hissəsində azaldığından və ərizə iş üzrə qətnamə qəbul edilənək təqdim edildiyindən cavabdeh MMC-yə ərizəyə münasibət bildirmək üçün əlavə vaxt verilməməsi qətnamənin ləğv edilməsinə əsas olan prosessual pozuntu kimi qiymətləndirilə bilməz (bax hazırki qərarın 56-cı bəndinə).

67. Kassasiya şikayətində cavabdeh MMC apellyasiya şikayətində olduğu kimi, iddiaçı ASC tərəfindən hazırki iş çəkilmiş məhkəmə xərclərinin MMC-dən tutulmasını qanınsız hesab edərək buna etiraz edir.

68. Bu dəlilə də apellyas iya instansiyası məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətlə razılaşaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ASCnin iddia tam təmin edildiyindən və hazırki mübahisə müqavilə üzrə öhdəliyin cavabdeh MMC tərəfindən pozulması ilə əlaqədar yarandığından, iddiaçı ASC tərəfindən iddianın irəli sürülməsi ilə əlaqədar olaraq çəkilmiş xərclərin, o cümlədən məhkəmə xərclərinin cavabdeh MMC-dən tutulması qanuni və əsaslıdır (bax hazırki qərarın 54-55-ci bəndlərinə).

69. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair cavabdeh MMC-nin kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

70. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 417 və 419-cu maddələrinə müvafiq ola raq məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-231/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar