Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-318/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, xx və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, xx və Cavabdeh3 qarşı p ul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 30 yanvar tarixli 2-2(103)-37/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə "xxxx" MMC arasında 2022-ci il 4 mart tarixli * nömrəli kredit xətti müqaviləsi bağlanmış və həmin müqavilə ilə "xxxx" MMC-yə 24 ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, 100.000 manat məbləğində kredit xətti açılmışdır. 2. "xxxx" ASC ilə xx və Cavabdeh3 arasında 2022-ci il 4 mart tarixli 636-İZG/1 və 2022-ci il 4 mart tarixli ** nömrəli zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrlə "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 2022-ci il 4 mart tarixli * nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin i crasını təmin etmək məqsədilə xx və Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Həmin tarixdə borcalana 16 % dərəcəsi ilə 6 ay müddətinə 100.000 manat məbləğində kredit verilmiş, kreditin müddəti 2022-ci il 4 sentyabr tarixinədək müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər "xxxx" MMC, Cavabdeh3 və xxyə (bundan sonra birlikdə-“cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq-“MMC”, “Cavabdeh3”, “Qanuni nümayəndə”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2022-ci il 4 mart tarixli * nömrəli kredit müqaviləsi üzrə 100.000 manat əsas, 13.081,83 manat faiz və 7.770,11 manat cərimə borcu olmaqla, cəmi 120.851,94 manat pul, 400 manat mediasiya xərci, 11,25 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 2022-ci il 4 mart tarixli * nömrəli kredit xətti müqaviləsi ilə bank tərəfindən MMCyə dövriyyə vəsaitinin artırılması məqsədilə kredit xəttindən istifadəyə görə 16% ödəmək şərtilə 24 ay müddətində 100.000 manat məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. Həmçinin kredit öhdəliklərinin təminatı olaraq iddiaçının Xətai filialı ilə Cavabdeh3, həmçinin Qanuni nümayəndə ilə 2022-ci il 4 mart tarixli zaminlik müqavilələri imzalanmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etməsinə baxmayaraq, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borc və hesablanmış faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. 2023-cü il 18 may tarixinə kredit xətti müqaviləsinə əsasən 100.000 manat əsas, 13.081,83 manat faiz və 7.770,11 manat cərimə borcu olmaqla, cəmi 120.851,94 manat borc məbləği mövcuddur.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 16.096,39 manat əsas borc, 643,87 manat faiz borcu, 643,85 manat cərimə borcu olmaqla, cəmi 17.384,11 manat borcun, məhkəmə rüsumu kimi ödənilmiş 11,25 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 11 sentyabr tarixli 9/6185 nömrəli ekspert rəyi ndə göstərilmişdir ki, işin materiallarında olan maliyyə arayışı məlumatları, 2022-ci il 4 mart tarixli * nömrəli kredit xətti müqaviləsinin şərtləri nəzərə alınmaqla, MMC ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi xətti üzrə borcalanın kreditora 2022-ci il 22 sentyabr tarixinə olan əsas borcu 100.000 manat, faiz borcu 8.250 manat, 2023-cü il 18 may tarixinə olan əsas borcu 87.847,22 manat, faiz borcu 10.385,18 manat, 2023-cü il 6 iyun tarixinə olan əsas borcu 87.847,22 manat, faiz borcu 10.604,79 manat təşkil etmişdir.
7. Məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 14 fevral tarixli 9/9701 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 2022-ci i l 4 mart tarixli * nömrəli kredit xətti müqaviləsi üzrə borcalanın kreditora 2022-ci il 22 sentyabr tarixinə olan əsas borcu 100.000 manat, faiz borcu 8.000 manat, faiz borcu illik 5% 250 manat, 2023-cü il 18 may tarixinə olan əsas borcu 95.000 manat, faiz borcu 0 manat, faiz borcu illik 5% 3.406,25 manat, 2023-cü il 23 may tarixinə olan əsas borcu 95.000 manat, faiz borcu 0 manat, faiz borcu illik 5% 3.472,22 manat, 2023-cü il 6 iyun tarixinə olan əsas borcu 95.000 manat, faiz borcu 0 manat, faiz borcu illik 5% 3.643,75 manat, 2023-cü il 17 oktyabr tarixinə olan əsas borcu 0 manat, faiz borcu 0 manat, faiz borcu illik 5% 0 manat, artıq ödəmə 815,28 manat təşkil etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 14 mart tarixli 2-2(113)-125/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdi r (hakim Z.Axundova).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmişdir. Ona görə də iddiaçı 2023-cü il 6 iyun tarixində məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra 2023cü il 17 iyul tarixində banka ödənişlər edilmişdir. Maliyyə arayışında 2023-cü il 7 iyul tarixində 10.392,34 manat cərimə məbləği də daxil olmaqla, ümumilikdə 123.000 manat ödənişin edildiyi qeyd olunmuşdur. İş üzrə ekspertiza təyin edilmiş, ekspertiza rəyi ilə cavabdehlərin banka borcunun olmaması müəyyən olunmuşdur.
10. İddia tələbinin bir hissəsini 2023-cü il 17 oktyabr tarixinə banka olan 16.096,39 manat əsas borcu n tutulması təşkil etmişdir. Ekspert rəyindən göründüyü kimi, həmin tarixə banka olan əsas borc 0 manat təşkil etmişdir.
11. İddia tələbinin digər hissəsini cavabdehlərin 2023-cü il 17 oktyabr tarixinə banka olan 643,87 manat faiz borcunun tutulması təşkil etmişdir. 2024-cü il 14 fevral tarixli 9/9701 nömrəli ekspert rəyindən göründüyü kimi, həmin tarixə banka olan faiz borcu 0 manat təşkil etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, ekspert rəyindən göründüyü kimi, 2022-ci il 22 sentyabr tarixinə (müddət 2022-ci il 4 sentyabr tarixinədək müəyyən olunmuşdur) faiz məbləği 8.000 manat təşkil etmiş, 2022-ci il 23 noyabr tarixində həmin məbləğ borcalan tərəfindən tam ödənilmişdir. İlkin maliyyə arayışının tərtib edildiyi 2023-cü il 23 may tarixinə faiz borcu 0 manat olmuşdur. Qeyd olunanlara ə sasən, məhkəmə əsas və faiz borcunun tutulması hissəsində iddianın təmin olunmaması qənaətinə gəlmişdir.
12. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 643,85 manat cərimə borcunun tutulmasına münasibətdə məhkəmə həmin hissədə də iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Nəzərə alınmışdır ki, iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışında 2023-cü il 17 oktyabr tarixinə banka olan əsas borcun 16.096,39 manat, faiz borcunun isə 643,87 manat məbləğində olması qeyd olunsa da, ekspert rəyi ilə göstərilən tarixə həmin borcların olmadığı müəyyən olunmuş, eyni zamanda ekspert rəyi ilə 815,28 manat artıq ödəmənin olduğu müəyyən edilmişdir.
13. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini hazırkı vaxtda tam şəkild ə icra etdiklərini nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 465.2, 470, 472 və 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
15. İddiaçı tərəfindən verilmş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İşə apellyasiya qaydasında baxılarkən, əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 19 dekabr tarixli 9/5799 nömrəli ekspert rəyində göstərilmişdir ki, işin materiallarında olan MMC-nin cari hesabından çıxarış məlumatlarından görü ndüyü kimi, iddiaçı tərəfindən həmin hesabdan 2022-ci il 23 noyabr tarixində 6.792,95 manat, 2023-cü il 17 iyul tarixində isə 10.392,34 manat, cəmi 17.185,29 manat pul vəsaiti cəriməyə silinmişdir. Lakin hazırki ekspertiza tədqiqatına təqdim edilmiş işin materiallarında cərimə hesabından çıxarış olmadığından, cəriməyə silinmiş məbləğlərin doğruluğunu və 2023-cü il 17 oktyabr tarixinə cərimə borcunun nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 30 yanvar tarixli 2-2(103)-37/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova).
19. Apellyasiya instansi yası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşmışdır.
20. Belə ki, işə apellyasiya şikayətin dəlillərini yoxlamaq məqsədilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2024cü il 19 dekabr tarixli ekspert rəyi verilmişdir.
21. İş üzrə verilmiş iki ekspert rəyində cərimə məbləğinin hesablanması mümkün olmamışdır. Ekspertlər mövqelərini belə əsaslandırmışlar ki, cərimə hesabından çıxarış bank tərəfindən təqdim edilmədiyindən hesablama aparmaq mümkün deyil. Bank açıqlamalı cərimə hesabından çıxarışı təqdim etməmişdir. Ekspertlər gəldikləri qənaətlərini rəydə ətraflı qeyd etdiklərindən, məhkəmə ekspertlərin məhkəmə iclasında dindirilməsinə zərurətin olmaması qənaətinə gəlmişdir.
22. Apellyas iya şikayətinin dəlillərində göstərilən xüsusatlar araşdırma nəticəsində təsdiqini tapmadığından, məhkəmə iş üzrə verilmiş ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirmişdir.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 443.1, 448.1, 462.1, 465.2, 470.1, 472.1, 472.2 və 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
24. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Şikayətdə MM-in 432.4, 445.1 və 445.2-ci maddələri, həmçinin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 4, 7, 8 və 18-ci maddələrinin pozulması və ya düzgün tətbiq edilməməsinə istinad edilmişdir.
26. MM-in 445.3-cü maddəsi üzrə- c avabdehlərə göndərilən pretenziyaya baxmayaraq, heç bir ödəniş edilməmişdir.
27. Kassator həmçinin MM-in 445.8, 462.1, 465.2, 466.1 və 467-ci maddələrinin, MPM-nin 77.1, 88, 101.6 və 106.1-ci maddələrinin də pozulması və ya düzgün tətbiq edilməməsinə istinad etmişdir.
28. Kassator şikayətinin digər məsələlər hissəsində göstərmişdir ki, MM-in tələblərinə görə, ekspert rəyində aparılmış tədqiqatlar, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Cərimə borcunun cərimə hesabı olmadığına görə müəyyən edilə bilməməsi hansı təlimata əsaslandığı qeyd edilməmişdir. Müqavilədə cərimənin hesablanması barədə bəndlər göstərilməsinə və borcun hesablanması zamanı həmin bəndlərin nəzərə alınmasının qeyd edilməsinə baxmayaraq, ekspert tə rəfindən nəzərə alınmamış, bununla da müqavilənin şərtləri pozulmuşdur. Bundan başqa öhdəliyin icra olunmaması və ya lazımınca icra edilməməsinə görə cərimənin borclu tərəfindən ödənilməsi və məhkəmə qərarı ilə təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Ekspert rəyi digər sübutlarla bərabər tədqiq edilir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyil. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
30. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlü kdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Madd ə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etm ədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mül kiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə 7
7. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 35. “Ka ssasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 20 12-ci il 28 fevral tarixli Qərarı).
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürülən dəlillərlə eyniyyət təşkil edir.
37. Qeyd olunmaladır ki, işə apellyasiya qaydasında baxılarkən iddiaçının şikayətinin dəlili nəzərə alınmaqla, əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, yuxarıda qeyd olunan məzmunda rəy verilmişdir.
38. İddiaçı kassasiya şikayətində işə mahiyyəti üzrə baxılarkən verilmiş ekspert rəylərini mötəbərliyini mübahisələndirsə də, bununla bağlı mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
39. Məhkəmə kollegiyas ı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
40. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
42. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 30 yanvar tarixli, 2-2(103)-37/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.