Məhkəmə qərarları › İş №2-2(102)-319/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-319/2025

04.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-319/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MTK-nın Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əşyaya mülkiyyət hüququnun əldə edilməsi, mülkiyyət hüququnun toxunulmazlığı, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh qarşı “əmlakın sökülməsi, əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 dekabr tarixli 2-2(103)-1144/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı şəhəri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 73 a ünvanında yerləşən 75 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 2020-ci il 21 avqust tarixli 163 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, ünvan 2 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,72 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müva fiq qanunvericiliyin qarşılıqlı tələblərinə uyğun razılıq əsasında tənzimlənməsi şərti ilə yeni binaların tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilmişdir. Sözügedən ərazidə İddiaçı MTK tərəfindən çoxmərtəbəli yaşayış binası kompleksi inşa edilməkdədir. 2. “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nərimanov rayonu, ünvan 3 ünvanında tikintisi nəzərdə tutulan yaşayış binalarının 9597 saylı sifariş əsasında tərtib etdiyi şəhərsalma əsaslandırmasından görünür ki, sözügedən ünvanda yerləşən yaşayış binalarının şəhərsalma əsaslandırması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmış (2020-ci il 15 dekabr tarix və 02/5022 nömrə ilə) və Azərbaycan Respublikası Dövlət Şəhərsal ma və Arxitektura Komitəsi tərəfindən 2020-ci il 21 fevral tarixində təsdiq edilmişdir.

3. Bakı şəhəri, Nərimanov rayonu, ünvan 3 ünvanlarında layihələndirilən çoxmərtəbəli yaşayış binası və qeyri-yaşayış binasının layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayışda binanın döngə nöqtələrinin yerləşmə sxemi və koordinatları göstərilmişdir. Arayış sifarişçi, layihəçi və podratçının imza və möhürləri ilə təsdiq edilmişdir. Fotoşəkillərdə, istifadədə olan çoxmərtəbəli binanı, qeyri-yaşayış sahəsinin görüntüləri əks olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MTK (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı əmlakın əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizə si ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının qanuni sahibliyində olan ünvan 4 ünvanında yerləşən 0,72 ha torpaq sahəsində mövcud söküləcək köhnə tikililərdən cavabdehə məxsus (Xətai prospekti 43) 75 kv.m qeyri-yaşayış sahəsinə 20% sahə əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbədə, həmin əmlakın yerləşdiyi hissədən, sahəsi 90 kv.m olan, 18 x 5 metr və hündürlüyü 4 metr olan qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməsi, köhnə tikilinin sökülüb, ərazinin təmizlənməsinin iddiaçıya həvalə edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 43 ünvanında yerləşən 75 kv.m qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimi yyətinin 2000-ci il 21 avqust tarixli 163 nömrəli sərəncamına əsasən, Nərimanov rayonu, ünvan 3 ünvanlarında yerləşən 0,72 ha torpaq sahəsi iddiaçının bina kompleksinin inşası üçün istifadəsinə verilmişdir. Tikinti işləri artıq başa çatdırılmış, hazırda təhvilqabağı son tamamlama işləri aparılır. Bu ərazidəki köhnə tikililər sökülərək sakinlər razılıq əsasında köçürülmüşdür. Yeganə istisna — Cavabdeh məxsus, Xətai prospekti 73A ünvanında yerləşən 75 kv.m sahəli, hündürlüyü 4 metr olan köhnə qeyri-yaşayış tikilisidir. Cavabdehə eyni sahədən 20% artıq olmaqla, müasir tipli yeni obyekt təklif edilsə də, o, əsassız və dəyişkən tələblərlə razılaşmadan imtina etmiş və bu davranışı nəticəsində iddiaçı ilə aralarında mübahisələr yaranmışdır. Bu tikilinin sökülməməsi nəticəsində bina kompleksinin tam istismara verilməsi, sakinlərin yeni mənzillərə köçürülməsi mümkünsüz hala gəlmişdir. Cavabdehin öz mülkiyyət hüququndan sui-istifadə etməsi layihənin tamamlanmasına əngəl yaradır. Beləliklə, cavabdehin köhnə tikilisi sökülməli, əvəzində ona müasir qeyri-yaşayış sahəsi təqdim olunmalı və ərazi tikinti üçün azad edilməlidir.

6. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, ona məxsus qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsi iddiaçıya ayrılmış 0,72 ha-lıq əraziyə daxil deyil. Hətta torpaq sahələri üst-üstə düşsə belə, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin 2020-ci il 21 avqust tarixli 163 nömrəli sərəncamının şərtlərini pozmuş, ayrıc akt təqdim etməmişdir. Sərəncama əsasən, ərazidəki mülkiyyətçilərlə yalnız qarşılıqlı razılıq əsasında razılaşma mümkündür. İddiaçının təqdim etdiy i əvəz obyekt – yer səthindən 2 metr yüksəklikdə yerləşir, dar pilləkənlə çıxılır və Xətai prospektinə yalnız 5 metrlik vizual çıxışa malikdir. Halbuki cavabdehin hazırkı obyektinin görünüşü 6,8 metrdən çoxdur və yer səthində yerləşir. Əmlak ekspertizasına görə, bu fərqlər obyektin funksionallığını azaldır, bazar və icarə dəyərinə mənfi təsir edir və likvidliyi aşağı salır. Obyekti 3 sakindən aldığı ərazilərdə, layihə əsasında 92,83 kv.m sahədə inşa olunmuş, tavanı metal-beton konstruksiya ilə bağlanmış müasir qeyri-yaşayış sahəsidir. Köhnə tikili deyil. İddiaçı əməkdaşlarının müdaxiləsi nəticəsində obyektin giriş-çıxışı bağlanmış, arxa divar və bünövrə zədələnmiş, kommunikasiyalar sıradan çıxmış, obyekt 2023-cü ilin yanvarından fəaliyyətini dayandırmışdır. Dövlət qurumlarının cavab məktub larında iddiaçının layihədən kənar tikinti apardığı, tikinti işlərinin dayandırılması barədə qərarlar verildiyi, cərimə tətbiq edildiyi və bu hallar üzrə aidiyyəti orqanlara müraciət olunduğu göstərilmişdir. Cavabdehin obyektinin sökülməsi üçün hüquqi əsas yoxdur, mülkiyyət hüququ pozulmuşdur və iddiaçının təqdim etdiyi alternativ obyekt dəyər və şərait baxımından adekvat deyil.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 sentyabr tarixli e-2-2(113)3491/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir (hakim – L.Əliyeva).

8. Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 73 a ünvanında yerləşən 75 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi mübahisəli qeyri-yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir və Bakı Şə hər İcra Hakimiyyəti Başçısının 2020-ci il 21 avqust tarixli 163 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, ünvan 7 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,72 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin qarşılıqlı tələblərinə uyğun razılıq əsasında tənzimlənməsi şərti ilə yeni binaların tikintisi üçün iddiaçının icarə əsasında istifadəsinə verilmişdir. Sözügedən ərazidə iddiaçı tərəfindən çoxmərtəbəli yaşayış binası kompleksi inşa edilməkdədir.

9. Hazırda iddiaçı ona tikinti üçün ayrılmış ərazidə yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı cavabdehlə razılığa gələ bilmədiklərini, həmin qeyri-yaşayış sahəsinin sökül məməsinin bina kompleksinin tamamlanıb, sakinlərə təhvil verilməsinə mane olduğunu əsas göstərərək cavabdehə məxsus qeyri-yaşayış sahəsinə 20% sahə əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbədə, həmin əmlakın yerləşdiyi hissədə qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməsi, qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmasını tələb edir.

10. Əsas iddia tələbi əvəzinə tikilməkdə olan binada yeni qeyri-yaşayış sahəsi verilməklə cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin məcburi qaydada sökülməsindən, yəni faktiki olaraq cavabdehin həmin əmlak üzərində mülkiyyət hüququna kompensasiya ödənilməklə məcburi qaydada xitam verilməsindən ibarətdir.

11. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, mülkiyyət hüququ insan hüquqları sahəsində AR Konstitusiyasında, eləcə də AR-in tərəfdar çıxdığı beynəlxalq sənədlərdə təsbit edilmiş toxunulmaz, pozulmaz və ayrılmaz insan hüquqlarından biri olmaqla həmin hüququn məhdudlaşdırılmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada qanuni məqsədlərə nail olmaq üçün yol verilir.

12. Hazırkı halda cavabdehin mülkiyyətində olan əmlakın məcburi qaydada sökülməsi, yəni fiziki olaraq məhv edilməsi şəxsin mülkiyyət hüququna qarşı yönəlmiş kifayət qədər invaziv müdaxilə olduğundan İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı protokolun 1-ci maddəsinin tələbləri baxımından “mülkiyyətdən məhrum etməyə” bərabər tutulur.

13. Bununla bağlı cavabdehə eyni ərazidə daha böyük sahəyə malik olan qeyriyaşayış sahəsinin veriləcəyi, belə olan halda sonuncunun mülkiyyət hüququnun pozulmayacağı bar ədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, kompensasiya verilməsi cavabdehin mülkiyyətində olan əmlakın onun razılığı olmadan sökülməsi nəticəsində hazırda mülkiyyətində olan əmlakdan məhrum edilməsi faktını, yəni mülkiyyət hüququna müdaxilənin mövcudluğu faktını dəyişdirmir.

14. Mülkiyyətdən məhrum etmənin Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün isə üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir.

15. Birinci şərtə, yəni mülkiyyət hüququna müdaxilənin qanuni olması barədə tələbə münasibətdə məh kəmə ilk növbədə qeyd etmişdir ki, “müdaxilənin qanuni olması” təkcə daxili qanunvericiliyə riayət edilməsini tələb etmir, həm də qanunun keyfiyyətini nəzərdə tutur və sonuncunun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir (X2rşı, 49-cu bənd). Milli qanunvericilik aydın olmalı, öncəgörülənlik tələbinə cavab verməli və yetərincə əlçatan olmalıdır.

16. AR mülki qanunvericiliyində mülkiyyət hüququnun məcburi qaydada xitam verilməsinin əsasları Mülki Məcəllənin 203.3-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə əmlak yalnız aşağıdakı hallarda məcburi qaydada alına bilər: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcası na saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Mülki Məcəllənin 207-ci maddəsinə əsasən isə torpaq sahəsinin alınması ilə əlaqədar orada olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi dedikdə torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlətin bu əmlakı satınalma yolu ilə alması başa düşülür.

17. Hazırkı halda mübahisəli qeyri-yaşayış sahəsi dövlət ehtiyacı üçün dövlət tərəfindən alınmadığından həmin əmlakın məcburi alınmasının “sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi” kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Belə olan halda isə əmlakın məcburi qaydada alınması üçün Mülki Məcəllənin 203-cü maddəsində nəzə rdə tutulmuş əsasların hər hansı birinin mövcud olmaması açıqaşkardır. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin onun razılığı olmadan sökülməsi üçün digər qanuni əsasın mövcudluğu da məhkəmə tərəfindən müəyyən edilmir.

18. Belə olan halda isə həmin müdaxilə ictimai maraqlara uyğun olması ehtimal edilsə belə, İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq hesab edilə bilməz.

19. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, yaşayış-binası kompleksinin layihəsinə uyğun olaraq cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerində çoxmərtəbəli yaşayış binasının deyil, bina kompleksinin tərkib hissəsi olan birmərtəbəli qeyri-yaşayış sahəsinin tikintisi nəzərdə tutulması işin mübahisəsiz halıdır. D igər tərəfdən, mübahisəli qeyri-yaşayış sahəsinin qəzalı vəziyyətdə olması və insanların həyatı üçün hər hansı təhlükə törətməsi də iş materiallarına əsasən müəyyən edilmir.

20. Beləliklə, məhkəmə hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehin razılığı olmadan sökülməsi, eləcə də cavabdehin mülkiyyətində olan əmlakdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcud olmadığından iddia rədd edilməlidir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1, 152.5, 152.6, 203.3 və 207-ci, İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbay can Respublikası Mülki Məcəlləsinin 1072.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

22. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 dekabr tarixli 2-2(103)-1144/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia qismən təmin edilərək, iddiaçının qanuni sahibliyində olan ünvan 4 ünvanında yerləşən 0,72 ha torpaq sahəsində mövcu d söküləcək köhnə tikilidən cavabdehə məxsus (Xətai prospekti 43) 75 kv.m qeyri-yaşayış sahəsinə 53% sahə əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində, həmin əmlakın yerləşdiyi hissədən, daxili (içdən-içə) sahəsi 115 kv.m olan, 23 x 5 metr və hündürlüyü 4 metr olan tam təmirli (bütün kommunikasiya xətləri, yəni qaz, işıq, su və sanitar-qovşaqla təmin olunmuş vəziyyətdə) qeyri-yaşayış sahəsinin verilməklə əvəzləşdirilməsi, köhnə tikilinin sökülüb, ərazinin təmizlənməsi vəzifəsinin iddiaçıya həvalə edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekt 43 ünvanında yerləşən 75 kv.m qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması, hazırkı qətnamə icraya yönəldiyi tarixdən qeyri-yaşayış sahəsi təhvil verilənədək hər ay 1.500 manat icarə haqqının iddiaçı tərəfindən cavabdehə ödənilməsi, inşa edilmiş bina rəsmi qaydada təhvil verildikdən sonra həmin binanın tərkib hissəsi olan və cavabdehə veriləcək qeyri-yaşayış sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin cavabdehə təqdim edilməsi öhdəliyi iddiaçının üzərinə qoyulması qət edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – T.Mahmudova və E.Həsənov).

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, icraatı zamanı iş üzrə ədalətli və obyektiv nəticəyə gəlinməsi naminə məhkəmə kollegiyası tərəflərin iştirakı ilə mübahisəli ünvana yerində müayinə keçirmişdir. Yerində baxış zamanı mübahisə olunan əmlakın iki tikilinin arasında birmərtəbəli yerin səthi ilə bərabər səviyyədə mağaza olduğu, qarşısında durarkən sol tərəfi ndə iddiaçının inşa etdiyi yarım zirzəmi və üzərində iki mərtəbəli binanın olduğu müəyyən edildi. Cavabdehin əmlakının arxa hissəsinin iddiaçı tərəfindən inşa edildiyi, lakin tam başa çatdırılmadığı və bunun səbəbinin də, cavabdehin əmlakının mane olduğunu bildirdi. Tərəflərə barışıq üçün hansı şərtlərlə razı olduğu barədə soruşulduqda iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, onların təklifi 75 kv istədiyi mərtəbədən obyekt, əlavə olaraq ya altında, ya da üstündə 75 kv-ın 20%-i qədərində obyektin verilməsidir. Cavabdeh isə həmin təkliflə razılaşmadığını və obyektinin yerin səthi ilə bərabər olmasını, 75 kv yuxarıdan, 75 kv isə aşağı mərtəbədən obyektlərin, əlavə olaraq obyektlərin ön hissəsinin 7 metr uzunluğunda verildiyi halda razılaşacağını bildirdi. Məhkəmə kollegiyasının təklifi bundan ibarət olmuşdur ki, tərəflərin barışıq əldə etməsi məqsədilə hər iki tərəfin irəli sürdüyü təklifin ortaq məxrəci kimi 75 kv obyektin istənilən mərtəbədən və əlavə olaraq kompensasiya kimi 50 kv obyektin verilməsi və ön hissənin uzunluğunun 7 metr olması məqsədəmüvafiq olar. Cavabdeh məhkəmənin təklifi ilə tam razı olmasa da, qeyd etmişdir ki, əgər deyilən şərtlərlə iddiaçı razılaşarsa, yekun qərarını növbəti iclasda bildirəcək. İddiaçının nümayəndəsi müdafiə etdiyi tərəflə verilən təklifi müzakirə edib, növbəti iclasda münasibət bildirəcəyini qeyd etdi. Yerli baxış zamanı mübahisə olunan obyektlərin fotəşəkilləri çəkilərək, iş materiallarına əlavə edilmişdir.

25. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə cavabdehin mülkiyyətində və istifadəsində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının uzunmüddətli istifadəsinə verilməsi və həmin ərazidə yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulduğu nəzərə alınaraq, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüquq və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlığın müəyyən edilməsinə yönəldilməlidir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mülkiyyətində və istifadəsində olan sahəyə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Yuxarıda qeyd olunan mövqeyə görə həmin kompensasiya cavabdehin məhrum olunduğu hüququna mütənasib olmalıdır. Yəni kompensasiya təklif olun arkən mülkiyyətçinin qanuni istifadə etdiyi sahələrin ölçüləri, təmirin vəziyyəti, həmin sahələrdən hansı məqsədlə istifadə etməsi nəzərə alınmalı, təklif konkret olmaqla, gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır. Odur ki, iddiaçının apellyasiya icraatı verdiyi təklif nəzərə alınmalı və tələbin artırılması hesab edilə bilməz.

27. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman nəzərə alınmalıdır ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Belə nəticəyə gəlmək olur ki, hazırkı iddianın predmetinin cavabdehə ədalətli kompensasiya (ə vəz) verilməklə, mülkiyyət hüququnun məhdudlaşdırılması təşkil etmişdir. Bu zaman təklif olunan əvəz iddianın predmeti deyil, obyekti kimi çıxış etmişdir. İş materiallarından müəyyən olunur ki, apellyasiya baxışında tərəflərə barışıq üçün vaxt vermiş və məhkəmə iclasını təxirə salmışdır. Məhkəmə kollegiyası iddiaçıya cavabdehin mülkiyyət hüququna müdaxiləyə görə təklif olunan kompensasiyanın konkretləşdirilməsini təklif etmiş, təqdim olunan sübutlar əsasında bu əvəzin həcmi müəyyən edilmiş, müəyyən olunan əvəzin verilməsinə dair iddiaçının razılığını soruşulmuşdur.

28. Belə ki, apellyasiya icraatı zamanı iddiaçı cavabdehə MTK-nın qanuni sahibliyində olan ünvan 4 ünvanında yerləşən 0,72 ha torpaq sahəsində mövcud söküləcək köhnə tikililərdən cavabdehə məxsus (Xətai prospekti 43) 75 kv.m qey ri-yaşayış sahəsinə 40% sahədən çox əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində, həmin əmlakın yerləşdiyi hissədən, sahəsi 110 kv.m olan, 22 x 5 metr və 11/14 hündürlüyü 4 metr olan təmirli qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməsi, köhnə tikilinin sökülüb, ərazinin təmizlənməsinin MTK-ya həvalə edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekt 43 ünvanında yerləşən 75 kv.m qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması və qeyri-yaşayış sahəsi təhvil verilənədək hər ay 1.500 manat icarə haqqının ödənilməsini təklif etmişdir. İddiaçı qətnamə qəbul edilərkən təklifin nəzərə alınmasını xahiş etmişdir.

29. Cavabdeh bu təklifə razı olmamışdır. Cavabdehin yerli müayinə zamanı razılaşdığı və irəli sürdüyü şərtlər bazar qiymətinə və ağlabatan mühakiməyə uyğun hesab edilə bilməz.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, ilk növbədə qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı onun mülkiyyətində və istifadəsində olan sahənin boşaldılması, təhvil verilməsi və sökülməsi tələbinin irəli sürülməsi üçün subyektiv hüquqa malikdir.

31. Lakin buna baxmayaraq, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüququ və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlıq müəyyən edilməlidir.

32. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdehi mübahisəli əmlaka olan mülkiyyət və digər hüquqlarından məhrum etmək, habelə həmin əmlakı əvəzsiz şəkil də özgəninkiləşdirmək məqsədini daşımır. İddiaçı həmin əmlakın yerləşdiyi yaşayış binasını söküb boşaldılmış sahəni yeni yüksək mərtəbəli çoxmənzilli yaşayış binasının inşası ilə bağlı istifadə etmək və ona yeni binadan sökülmüş əmlakın sahəsindən də artıq sahəsi olan, tam təmirli qeyri-yaşayış sahəsi vermək niyyətindədir. Hüquqi nəticə etibarı ilə cavabdehin mübahisəli əmlaka olan mülkiyyət hüququ onun yeni inşa edilmiş binadan verilən qeyri-yaşayış sahəsinə də mülkiyyət hüququnun yaranması üçün əsas olacaqdır.

33. Bu baxımdan, həmin müddət ərzində baş verənlər (cavabdehin əmlakdan çıxması, əmlakın sökülməsi, yeni sahənin təhvil verilməsi) onun mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Belə ki, qeyri-yaşayış sahəsi cavabdehə təhvil verilənədək icarə haqqının veril məsi iddiaçının təklifində nəzərdə tutulmuşdur.

34. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, məsələ üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin aidiyyəti qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin so sial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Kuşoğlu Bolqarıstana qarşı”iş üzrə 2007-ci il 10 may tarixli Qərar, “Broniovski Polşaya qarşı”iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı”iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93 və sair).

35. Məhkəmə kollegiyası vurğulamışdır ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olun maması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

36. Bununla belə, cavabdehin mülkiyyətində və istifadəsində olan sahəsinə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Lakin həmin kompensasiya da onun məhrum olduğu (məhdudlaşdırıldığı) hüququna mütənasib olmalıdır. Başqa sözlə kompensasiya təklif olunarkən mülkiyyətçinin mülkiyyətində və istifadəsində olan sahənin ölçülər i, yararlıq və təmir vəziyyəti, sahələrin təyinatı və digər bu kimi hallar nəzərə alınmalı, təklif konkret olmalı (nəticə etibarı ilə mülkiyyətçi verilmiş kompensasiyaya uyğun əldə edəcəyi barədə tam məlumatlı olmalı), gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır.

37. Bununla belə, iddiaçı tərəfindən cavabdehə kompensasiya qismində məhz qeyriyaşayış sahəsi təklif edilir. Həmin sahənin də gələcəkdə hazırkı sahənin təyinatına uyğun istifadə edilməsi və orada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi bilavasitə mümkündür. Həmin sahəyə cavabdeh mülkiyyət hüququ əldə edəcəkdir. Təklif olunan sahənin təmiri hər bir cəhətdən hazırkı sahənin təmirindən üstün olacaqdır. Təklif olunan sahələr eyni mərtəbədə (səviyyədə) olacaq ki, bu da hazırkı sahənin quruluşundan fərqli olaraq o nları daha səmərəli şəkildə təyinatı üzrə istifadə etmək imkanı yaradacaqdır. Ən əsası da təklif olunan sahə mövcud sahədən ölçü etibarı ilə 50 faiz artıqdır. Kompensasiya qismində təklif olunan qeyri-yaşayış sahəsinə dair cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra onların dəyərinin hazırkı əmlakın dəyərindən yüksək olması qənaətinə bu sahə üzrə xüsusi biliyə malik olmadan da gəlmək olar. Həmçinin təklif olunan əmlakın sahəsi və yerləşmə yeri dəqiq göstərilmişdir ki, bu da gələcəkdə həmin əmlakla bağlı bu kimi məlumatların qeyri-müəyyən olması zəminində mübahisələrin yaranmasının qarşısını alır.

38. Məhkəmə kollegiyası iddiaçının hazırda təklif etdiyi kompensasiyanın növünü və ümumi dəyərini, habelə kirayə haqqı olaraq hər ay üçün təklif edilən 1.500 manat pul məbləği ni məqbul hesab etmiş və belə qənaətə gəlmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği ağlabatandır, lakin məhkəmə kollegiyası cavabdehin iddiaçının təklifinə razı olmamasını nəzərə alaraq hesab etmişdir ki, 110 kv.m deyil, 115 kv.m sahə cavabdehə verilməlidir. Bu, iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar üzləşəcəyi məhdudiyyətlərə tam şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymuş olmur. Kollegiya qeyd etmişdir ki, cavabdehin kommunal xətlərinin də çəkilərək ona təhvil verilməsi, həm də tam təmirli vəziyyətdə təhvil verilməsi zəruridir. Həmçinin reyestrdən çıxarış alınması üçün zəruri sənədlərin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi vəzifəsi müəyyən edilməlidir.

39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ni Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə, 13-cü maddəsinin 1-ci bəndinə, 16.1-ci maddəsinin 1-ci bəndinə, 29 və 43-cü maddələrinə, MM-in 11.1, 152.1, 152.5 və 157.8-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2 və 4.2.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1, 28.7 və 85-ci maddələrinə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbai l, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 482 saylı Qərarının 4-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli və "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 31 may tarixli qərarlarına, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

40. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, MM-in 152.1, 157.9, 203.3, 203.3.1, 203.3.2, 203.3.3, 203.3.4, 203.3.5 və 203.3.6-cı maddələri üzrə Apellyasiya instansiya məhkəməsi mülkiyyət hüququnu müdafiə edən qanun normalarına istinad etsə də, əslində həmin normaların tələblərinə tam zidd olan nəticəyə gəlmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 0,72 ha ölçüdə torpaq sahəsi MTK-nın icarəsinə yalnız yeni yaşayış binalarının tikintisi məqsədi ilə verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən isə MTK-ya eyni zamanda 1 mərtəbəli qeyri-yaşayış sahəsinin tikintisinə də icazə verilmişdir. Lakin MTK layihədən kənara çıxaraq ona ayrılmış ərazidə üç mərtəbəli qeyri-yaşayış binası inşa etmişdir. MTK layihədə nəzərdə tutulmuş və tutulmamış bütün yaşayış və qeyri-yaşayış binalarının tikintisini tam başa çatdırıb məqsədinə artıqlaması ilə nail olmasına baxmayaraq, cavabdeh ə məxsus qeyri-yaşayış sahəsinin yerində əlavə qeyri-yaşayış sahəsinin tikilməsi məqsədi ilə həmin sahənin sökülməsi barədə tələb irəli sürmüşdür. Sərəncama əsasən 0,72 ha ölçüdə torpaq sahəsi MTK-ya yaşayış binasının tikintisi üçün ərazidə qeydə alınmış əmlak istifadəçiləri ilə münasibətlərin qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə verilmişdir. Bu isə o deməkdir ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin sökülməsi yalnız onun razılığı ilə baş verə bilər. Göstərilən konkret vəziyyətdə cavabdehin MTK-nın təklifi ilə razılaşmaması hazırkı iddianın təmin edilməsi üçün məhkəməyə əsas verməmişdir. Çünki ona məxsus əmlaka istədiyi kimi sahib olmaq və ondan istifadə etmək cavabdehin MM-in 152.1-ci maddəsi ilə müəyyən olunmuş hüququdur. Bu hüquq isə dövlət tərəfindən qorunur və müdaf iə olunur.

42. Digər tərəfdən, cavabdeh iddiaçının təklifi ilə razılaş-mamasının səbəbini iddiaçı tərəfindən edilən təklifin onun üçün əlverişsiz olması ilə əsaslandırmışdır. Cavabdeh hesab edir ki, iddiaçının ona təklif etdiyi qeyri-yaşayış sahəsi ona məxsus olan qeyriyaşayış sahəsindən artıq olsa da, onun yer səthindən 2 metr hündürlükdə olması ondan kommersiya fəaliyyəti ilə daha əlverişli istifadə etmək imkanını azaldır. Ona məxsus sahə isə yer səthi ilə bərabər səviyyədə olduğundan sahibkarlıq fəaliyyəti ilə ( tikinti materiallarının satışı ) məşğul olmağa ona daha əlverişli imkan verir. Cavabdehin sorğusu əsasında “ƏMLAK EKSPERT MƏRKƏZİ” tərəfindən verilmiş və işdə olan 2024-cü il 27 may tarixli arayışdan görünür ki, cavabdehə məxsus və eləcə də həmin ünvana bilavasitə yaxın olan qey ri-yaşayış sahələrində yer səthinə bərabər olan obyektlərlə yerdən təxminən 2 metr hündürlükdə olan obyektlərin bazar və icarə dəyərləri arasında mənfiyə doğru kəskin fərq vardır. Cavabdehin sorğusu əsasında "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən ona təqdim olunmuş 2025-ci il 5 fevral tarixli arayışdan da məlum olur ki, təklif olunan qeyri- yaşayış sahəsinin yer səthindən 2 metr hündürlükdə yerləşməsi, quraşdırılmış pilləkənin ensiz (1,15 metr) olması, obyektə giriş hissəsinin ensiz meydançada yerləşməsi və s. tikinti materiallarının daşınmasında çətinliklər yaratdığından təklif olunan sahə mövcud sahədən ümumi bazar dəyəri və icarə dəyərinə görə aşağıdır. İddiaçı tərəfindən sahənin artıq olması və eləcə də cavabdehə məxsus hazırkı tikilinin köhnə olması qanuni əsasa söykənmədiyindən həmin hallar iddianın təmin edilməsi üçün əsas verməmişdir.

43. İş materiallarından görünür ki, MTK tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış evi mübahisəli qeyri-yaşayış sahəsindən xeyli aralı məsafədə yerləşməklə həmin sahə yaşayış sahəsindən istifadəyə və eləcə də sakinlərin həmin binaya köçürülməsinə, eləcədə yaşayış binasının istismara qəbul edilməsinə heç bir maneə yaratmır. Digər tərəfdən, çoxmərtəbəli yaşayış binasında mənzil əldə edənlərin əksəriyyəti mənzillərini təmir etdirməklə həmin binaya məskunlaşmış və orada yaşayırlar. Belə olduqda, mübahisəli qeyri-yaşayış sahəsinin sökülməsi zəruriliyinin iddiaçı tərəfindən həmin hala istinad olunmaqla əsaslandırılması da iddianın təmin edilməsi üçün əsas verməmişdir.

44. MM-in 157.9-cu və 203.3-cü maddələrində əmlakın məcburi alınma sının əsasları müəyyən olunmuşdur. Həmin əsasların hər hansı biri olmadan əmlakın məcburi alınmasına yol verilmir və bu qaydaya riayət olunmadan baş vermiş alınma mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə belə halların mövcudluğu müəyyən olunmadan iddia təmin edildiyindən qətnamə qanuni sayıla bilməz. Cavabdehə məxsus qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün lazım olması iş üzrə müəyyən olunmamışdır. Əmlakın dövlət ehtiyacları üçün alınması hüququ isə dövlətə məxsusdur və bu hüquqdan heç kəs istifadə edə bilməz. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “MM-nin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli "xxxx" MTK-nin şikayəti üzrə” 2020-ci il 31 may tari xli qərarlarına istinad edib cavabdehin ona məxsus qeyri-yaşayış sahəsindən çıxarılmaqla həmin sahənin başqa sahə ilə əvəzləşdirilərək sökülməsini mümkün hesab edərkən nəzərə almamışdır ki, həmin qərarlar cavabdehə məxsus qeyri-yaşayış sahəsinin kompensasiya ödənilməklə məcburi qaydada alınması imkanını nəzərdə tutmur. İddiaçının tələbi, iddia olunduğu kimi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yox, MTK-nın layihədə nəzərdə tutulmamış 3 mərtəbəli qeyri-yaşayış sahəsinin tikilməsinə nail olmaq istəyini təmin etməyə yönəlmişdir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 482 saylı Qərarı ilə Bakı şəhərinin rayon icra hakimiyyətlərinə tapşırılmışdır ki 2018-ci ilin avqust ayının 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələşdiri lməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhd əsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitlərinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər. Həmin qərar məzmunundan göründüyü kimi, yalnız qəzalı vəziyyətdə olan binaların sökülüb yerində yeni yaşayış binalarının tikilməsi imkanını nəzərdə tutmuş və bu imkan yalnız 2018-ci ilin avqustun 1-dək barəsində sərəncam qəbul edilmiş tikintilərə aid etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin qərara istinad etməklə iddianın əsaslı olması nəticəsinə gələrkən nəzərə almamışdır ki, MTK-ya yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncam və tikintiyə icazə 2020-ci ilin avqust ayında verilmiş və mübahisəli yaşayış sahəsinin qəzalı vəziyyətdə olması barədə MTK tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göstərilən vəziyyətdə hesab edirik ki, məhkəmə kollegiyasının qətnaməsi həmin qərara uyğun olmamaqla mübahisəli qeyri-yaşayış sahəsinin sökülməli olması barədə nəticəyə gəlmək üçün əsas verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Konstitusiya Məhkəməsinin 2011-ci il 16 oktyabr tarixli qərarı (MM-in 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair) əslində mülkiyyət hüquq münasibətləri ilə bağlı olmamaqla səhmdarların ümumi yığıncağının keçirilməsi qaydalarını müəyyən edir.

46. MTK-ya yaşayış binasının tikintisi üçün 0,72 ha torpaq sahəsinin v erilməsi barədə sərəncamın mövcudluğu qarşılıqlı razılıq olmadıqda cavabdehin mütləq mülkiyyət hüququ ilə ona məxsus olan sahədən çıxarılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə tərəfindən istinad olunmuş əsaslardan heç biri MTK-nın iddiasının təmin olunması üçün əsas vermədiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz.

47. MPM-in 217, 217.1 və 217.3-cü maddələri üzrə - Hazırkı iş üzrə qətnamə maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırılmadan çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticə mübahisəli hüquq münasibətini tənzimləyən qanunlara zidd olmaqla qətnamə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. İş üzrə qətnamədə müxtəlif qanun normalarının istinad olunması və işin hallarına uyğun qiymət verilmədən sadalanması, qətnamənin qanuni və əsaslı olması görü ntüsünü yaratmaq məqsədi daşımışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. İddiaçı kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, cavabdeh kassasiya şikayətində iddia edir ki, iddiaçı layihədən kənara çıxaraq üçmərtəbəli qeyri-yaşayış sahəsi inşa etmişdir. Lakin iş materiallarına görə, iddiaçıya həm yaşayış, həm də qeyri-yaşayış binası tikintisinə səlahiyyətli qurumlar tərəfindən icazə verilmiş və tikinti layihəyə uyğun həyata keçirilmişdir. Bu əsasla cavabdehin iradı əsassızdır. Cavabdehə təklif olunan yeni qeyri-yaşayış sahəsi onun hazırkı mülkiyyətində olan obyektdən həm ölçü, həm də texniki göstəricilər baxımından üstündür. Üstəlik, əvvəlki sahənin bir hissəsinin yol ərazisinə düşməsi nəzərə alınarsa, cavabdehin faktiki istifadə etdiyi sahə daha az olmuşdur. Bu b axımdan təklif olunan kompensasiya obyektiv və mütənasib sayılır. Cavabdehin obyektin yer səthindən yuxarıda yerləşməsinə dair iradı, təqdim etdiyi arayışlarla əsaslandırılsa da, bu texniki fərq kommersiya məqsədilə istifadəyə ciddi maneə yaratmır. Əksinə, təklif olunan obyektin vəziyyəti və yerləşməsi onu daha əlverişli edir. Eyni zamanda, cavabdeh 1.500 manat aylıq icarə haqqı təklifinə etiraz etməmişdir. Digər mülkiyyətçilərlə razılıq əldə olunmuş, yalnız cavabdeh razılaşmadan imtina edərək, həm iddiaçının fəaliyyətinə, həm də digər mülkiyyətçilərin hüquqlarının həyata keçirilməsinə mane olmuşdur. Bu isə onun hüquqdan sui-istifadə etdiyini göstərir. Nəticə etibarilə, cavabdehin kassasiya şikayətində göstərilən iradlar şəxsi maraqlara əsaslanır və hüquqi baxımdan əsaslı hesab oluna bilmə z. Kassasiya baxışının hədləri

49. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

51. Azərbaycan Respublikasının aşağıd akılar nəzərdə tutulur: Konstitusiyasının müvafiq müddəalarında “Maddə

12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir....” “Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.... İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.” “Maddə

29. Mülkiyyət hüququ... İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol veril mir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.... Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər....” 52. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokolunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M a d d ə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqla ra müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”

53. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir....” “Maddə

203. Mülkiyyət hüququnun itirilməsi növləri... 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rek vizisiya; 203.3.6. müsadirə....” “Maddə

207. Torpaq sahəsinin alınması ilə əlaqədar orada olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi 207.1. Torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər....”

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsaslı hesab edir.

56. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdehin mülkiyyətində və istifadəsində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi, həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin qarşılı qlı tələblərinə uyğun razılıq əsasında tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikilməsi üçün iddiaçının uzunmüddətli istifadəsinə verilmiş və sözügedən ərazidə iddiaçı tərəfindən çoxmərtəbəli yaşayış binası kompleksi inşa edilməkdədir.

57. Lakin iddiaçı ona tikinti üçün ayrılmış ərazidə yerləşən cavabdehə məxsus qeyriyaşayış sahəsinin sökülməsi ilə bağlı cavabdehlə razılığa gələ bilmədiklərini, həmin qeyriyaşayış sahəsinin sökülməməsinin bina kompleksinin tamamlanıb, sakinlərə təhvil verilməsinə mane olduğunu əsas göstərərək cavabdehə məxsus qeyri-yaşayış sahəsinə 20% sahə əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində, həmin əmlakın yerləşdiyi hissədə qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməsi, qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmasını tə ləb etmiş, cavabdeh bununla razılaşmamışdır.

58. Göründüyü kimi, bilavasitə cavabdehin qeyri-yaşayış sahəsinin yerində iddiaçı yaşayış kompleksinə daxil olan yeni qeyri-yaşayış sahəsini inşa etmək niyyətindədir.

59. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qətnaməsini ləğv edən apellyasiya instansiyası məhkəməsi mübahisəli ünvana yerində müayinə keçirmiş, yerində baxış zamanı mübahisə olunan əmlakın iki tikilinin arasında birmərtəbəli yerin səthi ilə bərabər səviyyədə mağaza olduğu, qarşısında durarkən sol tərəfində iddiaçının inşa etdiyi yarım zirzəmi və üzərində iki mərtəbəli binanın olduğu müəyyən edilmişdir.

60. Yekunda apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin kompromis təkliflə razılaşmadığına baxmayaraq, iddia tələblərini qismən təmin etmiş, söküləcək köhnə tikilidən cavabdehə məxsus qeyri-yaşayış sahəsinə 53% sahə əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində, həmin əmlakın yerləşdiyi hissədən, daxili (içdən-içə) sahəsi 115 kv.m. olan, 23 x 5 metr və hündürlüyü 4 metr olan tam təmirli (bütün kommunikasiya xətləri, yəni qaz, işıq, su və sanitar-qovşaqla təmin olunmuş vəziyyətdə) qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməsi, köhnə tikilinin sökülməsi, ərazinin təmizlənməsi vəzifəsinin iddiaçıya həvalə edilməsi, 75 kv.m qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması qənaətinə gəlmişdir.

61. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

62. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində, 29-cu maddəsinin İİ hissəsində ( bax § 51) mülkiyyətin toxunulmazlığına və dövlət tərəfindən müdafiə olunmasına, eləcə də mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qorunmasına təminat verilmişdir. Həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X1 1-ci maddəsində (bax § 52) hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ təsbit edilmişdir.

63. Bununla belə, bütün hüquqlar kimi, mülkiyyət hüququ da mütləq deyildir və müvafiq hallarda məhdudlaşdırıla bilər. Bu hallar ilk növbədə elə istinad olunan normaların özündə, eləcə də MM-də müəyyən edilmişdir və aşağıdakılardan ibarətdir: - Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz (Ölkə Konstitusiyasının 13cü maddəsin in İİİ hissəsi - bax § 51). - Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi - bax § 51). - Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. (Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsi - bax § 51). - Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz (X1 1-ci maddəsi - bax § 52).

64. Sözügedən halların mövcudluğu şəxsin mülkiyyət hüququna qanunla müəyyən edilmiş qaydada mütənasib həcmdə müdaxiləni mümkün edir. MM-in 152.5 və 152.6-cı maddələrində (bax § 51) də müəyyən edilmişdir ki, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

65. Bundan başqa, MM-in 203.3-cü maddəsinə (bax § 51) əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: - öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; - qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; - sahənin alınması ilə əlaqədar daşınma z əmlakın özgəninkiləşdirilməsi; - təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; - rekvizisiya; - müsadirə.

66. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə cavabdehin mülkiyyət hüququna müdaxilə edilməsi üçün əsas verə biləcək halların hər hansı birinin mövcud olması (dövlət ehtiyacının mövcudluğu, ictimai maraqların, təhlükəsizlik tələblərinin pozulması, torpaqdan səmərəli istifadə olunmaması və s.) işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

67. MM-in 207.1-ci maddəsinin (bax § 51) aşkar tələbi ondan ibarətdir ki, torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər.

68. Hazırkı halda mübahisəli qeyri-yaşayış sahəsinin sökülməsi üçün dövlət ehtiyacının olması müəyyən edilmədiyindən həmin əmlak satınalma yolu ilə, yəni tərəflərin qarşılıqlı razılığı ilə alınmalı idi. Lakin görünən odur ki, istər məhkəmədən əvvəl, istərsə də icraat zamanı bu məqsədlə edilmiş təkliflər mülkiyyətçini razı salmamışdır.

69. Bundan başqa, iş materiallarına əsasən, iddiaçı cavabdehin qeyri-yaşayış sahəsinin, onun yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində həmin əmlakın yerləşdiyi hissədə qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməsini təklif etmişdir.

70. İşə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, yaşayış binası kompleksinin layihəsinə uyğun olaraq cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerində çoxmərtəbəli yaşayış binasının deyil, bina kom pleksinin tərkib hissəsi olan birmərtəbəli qeyri-yaşayış sahəsinin tikintisinin nəzərdə tutulması işin mübahisəsiz halıdır. Digər tərəfdən, birinci instansiya məhkəməsinin qətnaməsinə görə, mübahisəli qeyri-yaşayış sahəsinin qəzalı vəziyyətdə olması və insanların həyatı üçün hər hansı təhlükə törətməsi də iş materiallarına əsasən müəyyən edilməmişdir.

71. Apellyasiya instansiyası məhkəməsi isə aşağı məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşmasa da, məhkəmənin həmin mövqeyini tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

72. Ümumiyyətlə, mübahisələndirilən qətnamədən cavabdehə məxsus qeyri-yaşayış sahəsinin sözügedən ərazidə yeni yaşayış binalarının tikintisinə, yeni binaların sakinlərinin mənzillərə köçmələrinə və ya orada yaşamalarına konkret olaraq necə və hansı şəkildə mane olması görü nmür. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin binada yaşayış olmayan mənzillərin yaşayış olanlardan daha çox olmasına dair gəldiyi qənaətin doğru olduğu fərz edilsə belə, məhkəmə bunun səbəbini məhz mübahisəli qeyriyaşayış sahəsinin maneçilik törətməsi ilə əlaqələndirə bilməmişdir.

73. Halbuki iddiaçının özü iddia ərizəsində qeyd etmişdir ki, tikinti işləri artıq başa çatdırılmış, hazırda təhvilqabağı son tamamlama işləri aparılır.

74. Belə olan halda isə, mülkiyyətçinin mübahisəli qeyri-yaşayış sahəsinin həmin ərazidə hazıradək qalmasının yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi və ya bu binaların sakinləri üçün hər hansı əngəl törətməsi barədə qənaətə gəlmək mümkün deyildir.

75. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerində bina kompleksinin tərkib hissəsi olan qeyri-yaşayış sahəsinin tikintisinin nəzərdə tutulması həmin ərazidə yeni çoxmərtəbəli yaşayış binalarının inşası ilə bərabər tutula, eləcə də söküntü nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə, yəni “ictimai marağ”ın mövcudluğu ilə əlaqələndirilə bilməz.

76. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzil lərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

77. Halbuki səlahiyyətli dövlət qurumları tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada qəzalı vəziyyətdə olan obyekt kimi qiymətləndirilməsi ümumiyyətlə iş materiallarından görünmür.

78. Beləliklə, baxılan işdə apellyasiya instansiyası məhkəməsi mübahisəli qeyriyaşayış sahəsinin mülkiyyətçisini qane etməyən şərtlərlə ondan alınması üçün nə dövlət ehtiyacının, nə ictimai marağın, nə təhlükəsizlik zəru rətinin, nə də hər hansı digər qanuni əsasların mövcudluğunu tutarlı dəlillərlə əsaslandıra bilməmişdir.

79. Belə olan halda isə, məhkəmə kollegiyasının mövqeyinə görə, hazırkı iddianın haqlı hesab edilməsi üçün hüquqi əsaslar mövcud olmamışdır.

80. Belə ki, ölkə Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə və 13-cü maddəsinin İ hissəsinə (bax § 51) əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

81. Odur ki, yuxarıda şərh olunan hüquqi əsaslar mövcud olmadan mülkiyyətçinin öz iradəsinin ziddinə olaraq öz əmlakından məhrum edilməsi konstitusion norma və prinsiplərin, eləcə də ölkəmi zin öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərin birbaşa və kobud pozulması ilə nəticələnər. Bu isə qətiyyən yolverilməzdir.

82. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunu düzgün tətbiq etməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax § 54) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Buna görə də həmin qətnamənin dəyişdirilmədən saxlanılması mümkün deyildir.

83. Bununla belə, məhkəmə kollegiyası iş üzrə hər hansı əlavə araşdırma və ya qiymətləndirmə aparılmasına ehtiyac olmamasını nəzərə alaraq hesab edir ki, işə baxan məhkəmələrin müəyyən etdiyi hallar və sübutlar əsasında iş üzrə yeni qərar qəbul edilməlidir.

84. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2024-cü il 28 dekabr tarixli 2-2(103)-1144/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.

85. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 dekabr tarixli 2-2(103)-1144/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı MTK-nın Cavabdeh qarşı “əmlakın sökülməsi, əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar