Məhkəmə qərarları › İş №2-2(102)-32/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-32/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-32/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit öhdəliyi barədə qeydlərin silinməsi üçün zəruri məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 sentyabr tarixli 2-2(103)-649/ 2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Azərbaycan Respublikası 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 4 avqust tarixli 2-81-1849/2015 nömrəli qətnaməsi ilə QSC “Bank Standart” KB-nin İddiaçı MMC-yə qarşı 2007-ci il 25 oktyabr tarixli ********** nömrəli kredit müqaviləsi üzrə kredit borcu, hesablanmış faizlər və cərimə olmaqla 1.167.345,31 ABŞ dolları borcun tutulmasına dair ilk iddia rədd olunmuş, eyni zamanda ilk iddianın rədd olunaraq 3.000 manat vəkilə ödənilmiş xərcin tutulmasına dair qarşılıqlı iddia təmin edilməmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 21 yanvar tarixli 2-2(103)-46/16 nömrəli qətnaməsi ilə 1 nömrəli Bakı İnzibati-İqt isadi Məhkəməsinin 2015-ci il 4 avqust tarixli 2-81-1849/2015 nömrəli qətnaməsi ilk iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmış, qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv edilərək həmin hissədə qarşılıqlı iddia baxılmamış saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 8 iyun tarixli 2-2(102)-240/16 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2- 2(103)-46/16 nömrəli iş üzrə 2016-cı il 21 yanvar tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-46/16 nömrəli iş üzrə 2016-cı il 21 yanvar tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı MMC-nin kredit öhdəli yinin bank sistemindən və mərkəzləşmiş kredit reyestrindən silinməsi ilə bağlı müraciətinə ləğv prosesində olan Bank Standart KB-nin 2019-cu il 19 iyun tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 21 yanvar tarixli 2-2(103)-46/16 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 8 iyun tarixli 2- 2(102)-240/16 nömrəli qərarında Əmanətlərin Sığortalanması Fondu tərəfindən müraciətdə qeyd olunan hər hansı hərəkətlərin icra edilməsi öhdəliyi qoyulmamışdır. Məktub Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri Habil Məmmədov tərəfindən imzalanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 20 dekabr tarixində Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, QSC “Bank Standard” KB-nin (bundan sonra – “Bank”) iddiaçıya verdiyi 1.167.345,31 ABŞ dolları kredit borcunun tam ödənildiyini, üç məhkəmə instansiyasında iddia tələbinin rədd edilməsini, məhkəmə qətnamələrinin qüvvədə qalmasını, borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmaması ucbatından iddiaçının Banka olan kredit borcunun ödənilməsini nəzərə alınaraq, bank əməliyyat sistemində olan borcun silinməsi, kredit reyestrinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırı lmışdır ki, 2007-ci il 25 oktyabr tarixində iddiaçı ilə Bank arasında ********** nömrəli kredit müqaviləsi (bundan sonra – “kredit müqaviləsi”) bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçıya illik 20 faiz ödənilməsi şərti ilə 2009-cu il 20 yanvar tarixinədək 1.000.000 ABŞ dolları kredit verilmiş, 2009-cu il 10 avqust tarixində Banka olan borc tam ödənilmişdir. Lakin Bank 1 nömrəli İnzibati İqtisad Məhkəməsində iddia qaldıraraq həmin pulun ödənməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, məhkəmə sübut kimi kredit ödəmələrinin sənədlərini təhlil edərək ilk iddianın əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsinin qət etdi hissəsində 1.167.345,31 ABŞ dolları kredit borcunun silinməsi və borcun olmaması barədə cavabdehin üzərinə öhdəlik qoyulması göstərilməmişdir. Ona görə də cav abdeh 2019-cu il 19 iyun tarixində **********434 nömrəli cavab məktubunda qeyd etmişdir ki, məhkəmə qərarında hər hansı hərəkətlərin icra edilməsi öhdəliyi qoyulmamışdır. Bankın üzərinə kredit borcunun silinməsi və borcun olmaması öhdəliyinin qoyulmaması məhkəmə qətnaməsinin icrasını mümkünsüz etmişdir.

7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, iş üzrə hazırkı cavabdehin cavabdeh qismində qoyulması mümkünsüzdür. Belə ki, qətnamə qəbul olunarsa belə, onun icrası qeyri-mümkündür. İddiaçının qeyd etdiyi qətnamələrdə iddia müddəti tətbiq olunmuşdur. Konstitusiya Məhkəməsinin 2023-cü il 16 fevral tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin tətbiq olunması hüquqi baxımdan öhdəliyə xitamın əsası kimi qiymətləndirilə bilməz.

8. Bakı Kommersiya Mə hkəməsinin 2023-cü il 4 aprel tarixli e-2-2(113)-581/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının Banka olan 1.167.345,31 ABŞ dolları borcunun bank əməliyyat sistemindən silinməsi və bu barədə məlumatın kredit reyestrinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir (hakim – A.Əliyeva).

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə hazırkı iddiaçı ilə bank arasında kredit borcunun qaytarılması ilə bağlı məhkəmə mübahisəsi olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia müddəti tətbiq edilərək bankın iddiası rədd edilmişdir. Bundan əlavə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 8 iyun tarixli 2-2(102)-240/16 nömrəli qərarından müəyyən olunmuşdur ki, Bank tərəflər arasında bağlanmış kredit müqaviləsinin 11.1-ci bənd inə əsasən, tərəflərin tam həcmdə öz öhdəliklərini yerinə yetirməsinə qədər müqavilənin qüvvədə olmasına əsaslansa da, onun tərəfindən verilən borcun cavabdehin səlahiyyətli şəxsi tərəfindən alınmasını və ya hesabına köçürülməsini və həmin hesabdan çıxarılmasını və öz növbəsində sonuncu tərəfindən banka qaytarılan kredit məbləğlərini təsdiq edən mötəbər sübutların iş materiallarına əlavə edilmədiyi müəyyən olunmuşdur.

10. Məhkəmə qətnaməsi ilə Bankın borcun tutulmasına dair iddia tələbi rədd edilmişdir. Belə olan halda hazırkı iş üzrə iddiaçının kredit öhdəliyinin olması barədə məlumatın kredit reyestrindən çıxarılmaması onun hüquqlarının pozulması ilə nəticələnir.

11. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 71.3-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2 023-cü il 14 sentyabr tarixli 2-2(103)-649/2023 nömrəli: - qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmuş, iddiaçının bank əməliyyat sistemində olan borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair hissədə iddia tələbi üzrə icraata xitam verilmişdir. - qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının Banka borcunun olmaması barədə məlumatın kredit reyestrinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

14. Apellyasiya məhkəməsi bu qərarın 9-cu bəndində qeyd olunanları vurğulayaraq hesab etmişdir ki, işin materiallarına əlavə olunmuş məhkəmə aktlarından müəyyən ol unanlara əsasən, məhkəmələr tərəfindən Bankın hazırkı iş üzrə iddiaçıya qarşı kredit müqaviləsi üzrə kredit borcunun tutulmasına dair iddia tələbi həm iddia müddətinin keçməsi, həm də borcun mövcudluğunun iddiaçı tərəfindən sübut olunmaması əsası ilə rədd edilmişdir. 15. 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsi 2015-ci il 4 avqust tarixli 2-811849/2015 nömrəli qətnaməsində qeyd etmişdir ki, Bankın nümayəndəsi məhkəmədə kreditin təminatı kimi ipoteka qoyulmuş mənzillərin ipotekadan azad olunaraq sahiblərinə qaytarıldığını bildirmiş, o cümlədən Bankın təqdim etdiyi 2007-ci il 25 oktyabr tarixindən 2011-ci il 1 yanvar tarixinədək olan dövrün analitik hesabından çıxarışda 2009-cu il 10 avqust tarixində axırıncı əməliyyat göstərilmiş, günün axırı üçün kredit sıfırlanmışdır.

16. Məhkəmə iddiaç ının Banka borcu olmamasının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyini nəzərə alaraq hesab etmişdir ki, Bankın müştərinin borclu olması barədə məlumatları mərkəzi kredit reyestrinə ötürmək vəzifəsi ilə yanaşı borc ödənildiyi və mövcud olmadığı təqdirdə də bu barədə məlumatları reyestrə ötürmək öhdəliyi var. Bankın hərəkətsizliyi nəticəsində kredit alanın borclu olması barədə mərkəzi kredit reyestrində məlumatın mövcudluğu onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün yeni kreditlərin götürməsinə maneə yaratmaqla hüquq pozuntusuna səbəb olur. Buna görə də, borcun olmaması barədə məlumatın kredit reyestrinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 17. “Kredit büroları haqqında” Qanuna əsasən, kredi t tarixçəsinin subyekti özü barəsində olan neqativ məlumatın 10 ildən sonra silinməsini tələb edilə bilər. Hazırkı halda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının kredit borcunun mövcud olmadığı müəyyən edildiyindən məsələ neqativ məlumat deyil, həqiqətə uyğun olmayan məlumat olmuşdur. Belə olan halda iddiaçının həmin məlumatın silinməsini tələb etmək hüququ əsaslı olmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 35.4 və 71.3-cü, “Kredit büroları” Qanununun 2.0.2-2.0.5, 2.0.10, 2.0.12, 10.1, 10.2, 12.1, 18.1 və 18.6-18.8-ci, MPM-in 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunm asını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 351.3, 357 və 739-cu maddələri üzrə - Apellyasiya məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarına düzgün hüquqi qiymət verilməmişdir. 1 nömrəli Bakı İnzibati İqtisadi Məhkəməsinin 2015-ci il 4 avqust tarixli 2-81-1849/2015 nömrəli qətnaməsində qeyd olunmuşdur ki, Bank ilə hazırki iş üzrə iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Bank tərəfindən iddiaçıya illik 20 faiz ödənilməsi şərti ilə 2009-cu il 20 yanvar tarixinədək 1.000.000 ABŞ dolları kredit verilmişdir. Həmçinin iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Kredit müqaviləsinə əsasən, öhdəliyin icrasının son müddəti 2009cu il 20 yanv ar tarixi göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, kredit müqaviləsinə üç illik iddia müddəti tətbiq olunmalı və iddia müddətinin axımı öhdəliyin icrası üçün müəyyən edilmiş son tarixdən başlamalıdır. Həmçinin borcun mövcud olduğu halda ipoteka predmetləri olan mənzillərin qaytarılması inandırıcı olmamış, bu əsaslarla da iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verilmiş şikayətlərə baxan apellyasiya və kassasiya məhkəmələri də ilk iddianın rədd edilməsi ilə bağlı aşağı instansiyanın mövqeyi ilə razılaşmış və əsaslandırıcı hissədə MM-in iddia müddətinin tətbiq olunmasına dair müddəaları sadalamışlar. Ali Məhkəmənin 2-2(102)-240/16 nömrəli qərarının 5-ci səhifəsinin 6-cı abzasında qeyd edilənlər həmin iş üzrə Bank tərəfindən verilən kassasiya şikayətində qeyd etdiyi “kredit müqavil əsi üzrə tərəflər öz aralarında iddia müddətini müəyyən etməsi və borc tam ödənilənədək müqavilənin qüvvədə olmasına baxmayaraq apellyasiya məhkəməsinin MM-in 374.1-ci maddəsinin tətbiq etməli olması” dəlilinə münasibətdə qeyd olunmuşdur.

21. Bundan başqa, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilmiş və həmin müqavilə üzrə kredit məbləğinin götürüldüyü qəbul olunmuşdur. Belə olan halda borcalana 1.000.000 manat kreditin verilməməsindən söhbət gedə bilməz.

22. MPM-in 88, 217 və 385.1-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi hüquq normalarının pozuntusuna əhəmiyyət verməmiş və nəticədə iddiaçının hüquqları pozulmuşdur.

23. Kassasiya şikayətində həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 372.1,373.1, 373.3, 551.1, 551.2.1 və 55 3.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli, “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli qərarlarında formalaşdırdığı hüquqi mövqelərə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yox layarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 27. “Banklar haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

35. Banklar arasında münasibətlər... 35.4. Banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Banklar tərəfindən borcal anları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. (2018-ci il 3 aprel tarixli 1050-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 35.4-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 35.4. Banklar bank sisteminin etibarlığını təmin etmək məqsədilə borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilir. Maliyyə b azarlarına nəzarət orqanının icazəsi və müəyyən etdiyi şərtlər daxilində banklar öz aralarında da xüsusi kredit reyestri yarada bilərlər. Kredit reyestrlərində olan məlumatlar yalnız banklara,”Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bank olmayan kredit təşkilatlarına və borcalanların özlərinə (banklar arasında yaradılan reyestrdəki məlumatlar həmçinin maliyyə bazarlarına nəzarət orqanına) onların müraciəti ilə müəyyən olunmuş qaydada verilə bilər. Kredit reyestrlərində toplanan və oradan alınan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Kredit reyestrinin xərclərinin ödənilməsi məqsədilə məlumatlar ödənişli əsaslarla verilir.)...” “Maddə

71. Ləğvedici... 71.3. Banka təyin edilmiş ləğvedi ci bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir....” 28. “Kredit büroları” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. Bu Qanunda istifadə olunan əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:... 2.0.2. kredit tarixçəsi - məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün bu Qanuna uyğun olaraq lazım olan digər məlumatların məcmusu; 2.0.3. kredit tarixçəsinin subyekti - barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxs; 2.0.4. borc - verilmiş kreditlər, açılmış kredit xətləri, balansdan silinmiş kreditlər, qarantiya, zaminlik, uçota alınmış veksellər, nisyə satılmış malların dəyəri, lizinq və faktorinq əməliyyatları nəticəsində yaranan borc; 2.0.5. kredit tarixçələrinin məlumat bazası - “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verən informasiya sistemlərinə əsaslanan kredit bürosunun məlumat resursları;... 2.0.10. mərkəzləşdirilmiş kredit reyestri - Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra - Mərkəzi Bank) yaradılan mərkəzləşdirilmiş kredit reyestri; (2023-cü il 6 iyul tarixli 944-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 2.0.10-cu maddədə “nəzarət orqanında” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra - Mərkəzi Bank)” sözləri ilə əvəz edilmişdir.)... 2.0.12. neqativ məlumat - kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat.” “Maddə

10. Kredit tarixçələrini təşkil edən məlumatın saxlanması 10.1. Kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. 10.2. Kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstər ilən müddətdən tez məhv olunmasını tələb edə bilməz.” “Maddə

12. Məlumat təchizatçıları 12.1. Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) və kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər. (2023-cü il 6 iyul tarixli 944-VİQD nömrəli Azərbaycan Respublikasının ilə 12.1-ci maddədə “Kredit” sözü “Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) və kredit” sözləri ilə əvəz ed ilmişdir.)...” “Maddə

18. Kredit tarixçəsində düzəlişlərin edilməsi barədə müraciət 18.1. Kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir.... 18.6. Şikayətin araşdırılması nəticəsində məlumat təchizatçısı kredit bürosuna verdiyi məlumatın düzgün olduğunu müəyyən edərsə və kredit tarixçəsinin subyekti bu nəticə ilə razılaşarsa, kredit tarixçəsində heç bir dəyişiklik edilmir. 18.7. Kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, kredit bürosu kredit tarixçəsində bu barədə qeyd aparır. Bu zaman kredit tarix çəsinin subyektinə narazılığının səbəblərini izah edən qeydlərin qısa olaraq kredit tarixçəsində yerləşdirilməsi üçün imkan yaradılmalıdır. 18.8. Kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, Mərkəzi Banka və məhkəməyə şikayət verə bilər.”

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında müəyyən edilmişdir ki: “İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.... İddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin ö z təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.”

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında müəyyən edilmişdir ki: “Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı m əhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.”

31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə t utulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

33. Apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən tərəflər arasında baş vermiş əvvəlki mübahisə üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 8 iyun tarixli qərarının 5-ci səhifəsinin 6-cı abzasına və eyni iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş 1 nömrəli Bakı İnz ibatiİqtisadi Məhkəməsinin 2015-ci il 4 avqust tarixli qətnaməsinə istinad etmişdir.

34. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 8 iyun tarixli qərarının 5ci səhifəsinin 6-cı abzasında qeyd edilmişdir ki, “Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını nəzərdən keçirərək iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinin 11.1-ci bəndinə əsasən, tərəflərin tam həcmdə öz öhdəliklərini yerinə yetirməsinə qədər müqavilənin qüvvədə olmasına əsaslansa da, onun tərəfindən verilən borcun cavabdehin səlahiyyətli şəxsi tərəfindən alınmasını və ya hesabına köçürülməsini və həmin hesabdan çıxarılmasını və öz növbəsində sonuncu tərəfindən banka qaytarılan kredit məbləğlərini təsdiq edən mötəbər sübutların iş materiallarına əlavə edilmədiyini müəyyən etmişdir.”. 35. 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 4 avqust tarixli qətnaməsində qeyd edilmişdir ki, iddiaçının (bankın) nümayəndəsi məhkəmədə kreditin təminatı kimi ipoteka qoyulmuş mənzillərin ipotekadan azad olunaraq sahiblərinə qaytarıldığını bildirmiş, o cümlədən iddiaçının təqdim etdiyi 2007-ci il 25 oktyabr tarixindən 2011-ci il 1 yanvar tarixinədək olan dövrün analitik hesabından çıxarışda 2009-cu il 10 avqust tarixində axırıncı əməliyyat göstərilmiş, günün axırı üçün kredit sıfırlanmışdır.

36. Hazırkı kassasiya şikayətinin dəlillərinə görə, Ali Məhkəmənin sözügedən qərarının 5-ci səhifəsinin 6-cı abzasında qeyd edilənlər həmin iş üzrə Bank tərəfindən verilən kassasiya şikayətində qeyd etdiyi “kredit müqaviləsi üzrə tərəflər öz aralarında iddia müddətini müəyyən etməsi və borc tam ödənilənədək müqavilənin qüvvədə olmasına baxmayaraq apellyasiya məhkəməsinin MM-in 374.1-ci maddəsinin tətbiq etməli olması” dəlilinə münasibətdə qeyd olunmuşdur. Bundan başqa, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilmiş və həmin müqavilə üzrə kredit məbləğinin götürüldüyü qəbul olunmuşdur. Belə olan halda borcalana 1.000.000 manat kreditin verilməməsindən söhbət gedə bilməz.

37. Bununla əlaqədar məhkəmə kollegiyası bildirməyi vacib hesab edir ki, əvvəla, kassator hazırkı şikayətində 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 4 avqust tarixli qətnaməsində qeyd edilənlərlə (yuxarıda göstərilmişdir) bağlı heç bir dəlil gətirə bilməmişdir.

38. İkincisi isə, əvvəlki mübahisə üzrə məhkəmə qərarlarında qeyd edilənlər hansı məsələ ilə əlaqədar təsbit edilm əlsindən asılı olmayaraq işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını təşkil etmiş və bu iş üzrə məhkəmə aktının qanuni qüvvəsini alması ilə artıq preyudisial faktlara çevrilmişdir.

39. Odur ki, sözügedən faktlar MPM-in 82.3 və 233.3-cü maddələrinin (bax § 31) tələblərinə görə, hazırkı məhkəmə prosesində mübahisələndirilə və yenidən sübut edilə bilməz.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair 2016-cı il 23 fevral tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə (bax § 30) görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi olmaqla, məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, s abitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə, sübut etmə prosesinin sadələşdirilməsinə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqənin və məhkəmə qərarları arasındakı stabilliyin təmin edilməsinə, mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısının almasına yönəlmişdir.

41. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının LPO QSC “Bank Standard” KB-na borcu olmamasının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

42. Yuxarıda göstərilənləri ümumiləşdirərə k məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları onların aidliyi, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 31) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 31) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

43. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 sentyabr tarixli 2-2(103)-649/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cava bdeh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 sentyabr tarixli 2-2(103)-649/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar