Məhkəmə qərarları › İş №2-2(102)-320/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-320/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-320/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “İddiaçı İKB”ASC-in Cavabdeh MMC-ə qarşı iş üzrə QƏRAR Açar sözlər:yalnız sənədli qiymətli kağızlar daşınar əşyadır və üzərində mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alındığı təqdirdə sənədli qiymətli kağızların girovu ilə bağlı müqavilə ipoteka müqaviləsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, Məmmədli Bəhram Məmməd oğlundanibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı “xxxxxxxxx” ASC-in vəkili Vəkil1, Cavabdeh MMC-in və cavabdeh tərəfdən müstə qil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxx” ASC-in vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “xxxxxxxxx” ASC, Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 3 iyun tarixli 2-2(103)-145/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “İddiaçı İKB” ASC (Kreditor) ilə “Cavabdeh" MMC (borc alan) arasında bağlanmış 6-BİZ-1-0-100-14 saylı 2014-cü il 19 dekabr tarixli kredit xətti müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, borc alan dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 7.300.000 ABŞ dolları məbləğində pul vəsaitini kreditordan kredit götürmüşdür. Kredit 36 ay müddətinə illik faiz dərəcəsi 6% olmaqla 2014-cü il 19 dekabr tarixindən 2017-ci il 19 dekabr tarixinədək verilmişdir.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti X4 Dövlət Qedyiyyatı İdarəsi tərəfindən verilmiş nizamnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, “İddiaçı İKB” ASC 2016-cı il 23 noyabr tarixində ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti X4 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, “İddiaçı İKB” ASC 2016-cı il 23 noyabr tarixində ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi X1. 4. 2017-ci il 6 aprel tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-in iddiaçı “İddiaçı İKB” ASC-ə 2015-ci il 22 iy un tarixinə borcu 8.083.494,62 dollar təşkil edir. 5. “İddiaçı İKB” ASC (Kreditor-Girov saxlayan) ilə Cavabdeh MMC (Alıcı-Girov qoyan) arasında bağlanmış 6-BİZ-1-0-100-14 saylı 2014-cü il 22 dekabr tarixli alqı-satqı və girov müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən “xxxxxxx” ASC-in sənədsiz adi adlı səhmlərini alıcı-girov qoyanın mülkiyyətinə verir, səhmlərin dəyəri kreditor-girov saxlayan tərəfindən 2014-cü il 19 dekabr tarixli 6-BİZ-1-0-100-14 saylı kredit müqaviləsinə əsasən alıcı-girov qoyana verilmiş 7.300.000 ABŞ dolları kredit vəsaiti hesabına ödənilir, alıcı-girov qoyan satılan səhmləri bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-girov saxlayan arasında bağlanmış 2014-cü il 19 dekabr tarixli 6-BİZ-1-0-10 0-14 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-girov saxlayan qarşısında girov qoymuşdur.

6. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AR 06-102 nömrəli arayışdan görünür ki, “xxxxxxx” ASC-in səhmdarı “İddiaçı İKB” ASC-ə məxsus hər birinin nominal dəyəri 2,00 manat olan ******* ədəd adi adlı sənədsiz səhmləri girovda deyil və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə bu qiymətli kağızlar üzrə hüquqların məhdudlaşdırılması barədə məlumat daxil olmamışdır. 7. “İddiaçı İKB” ASC tərəfindən Cavabdeh MMC-ə ünvanlanmış 02-1221 saylı 2017-ci il 21 aprel tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, 2017-ci il 6 aprel tarixə yaranmış ümumi 8.083.494,62 ABŞ dolları məbləğində borcun ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı və məbləğdən əlavə borcun vaxtında ödənilmədiyinə görə müqavilə ilə nəzərdə tutulmuş dəbbə pulunun da tələb olunacağı barədə xəbərdardarlıq edilmişdir.

8. İddiaçı İKB-in 2017-ci il 4 may tarixli 02-1373 saylı Cavabdeh MMC-in rəhbərliyinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, kredit müqaviləsi üzrə borc ödənilmədiyinə görə girov ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün girov predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılacaqdır. 9. “İddiaçı İKB” ASC-in Daxili Audit Xidmətinin 2016-cı il 2 noyabr tarixli audit rəyində qeyd olunmuşdur ki, aşağıda sadalanmış faktlara əsaslanaraq "Cavabdeh” MMC şirkətinin "İddiaçı İKB" ASC-in əvvəlki İdarə Heyətinin sədri V.V.Xam aza ilə əlaqəsinin olmasını müəyyən etmək olur: 1.Kredit verilən ana şirkətin bankda cari hesabları üzrə heç bir dövriyyəsi və kredit tarixçəsi olmamışdır. Həmçinin Cavabdeh MMC şirkətinin iki təsisçisi var, onlardan bir V.V.Xamazanın sürücüsü Əsədov İlqardır; 2.Kredit verildikdən sonra, kredit vəsaiti İddiaçı QSC şirkətinin cari hesabına və sonra həmin hesabdan vəsait 2014-cü il 22 dekabr tarixli ödəniş tapşırığına əsasən “URALSİB GROUP HOLDİNG AG” şirkətinə köçürülmüşdür; 3.Kreditin təyinatla istifadə olunmaması; 4.Təminatı likvid daşınmaz əmlakı olmayan krediti Bankın öz vəsaiti ilə çox aşağı faiz dərəcəsi, yəni 6% ilə verilməsi. Belə ki, kredit verilən ana bankda qəbul olunmuş əmanətlərin orta faiz dərəcəsi 10% və verilmiş kreditlərin orta faiz dərəcəsi 20% təşkil etmişdir.

5. Kreditin heç bir əsası olmadan qeyri sağlam şərtlərlə verilməsi. Belə ki, kredit faiz və əsas borc üzrə ödənişlər müddətin sonuna müəyyən olunmuşdur. 5.Depozit təminatı ilə verilən kreditlərin təyinatı üzrə istifadə edilməməsini nəzərə alaraq, "Depozit girov müqaviləsinin" şərtlərinə əsasən akseptsiz qaydada borcun silinməsinə yönəldilməsi tövsiyə olunur. 10. 2017-ci il 31 avqust tarixli müstəqil auditor rəyindən görünür ki, 2017-ci il 21 avqust tarixli 16/17 saylı müqaviləyə əsasən Cavabdeh MMC 2017-ci il 10 aprel tarixinə ‘İddiaçı İKB” ASC-dən 2014-cü il 19 dekabr tarixli 6-BİZ-1-0-100-14 saylı kredit xətti müqaviləsi üzrə alınmış kreditin təyinatı üzrə xərclənməsinin auditi aparılmış, nəticədə Qiymətli Kağızlar mülkiyyətçilərinin reyestrindən də göründüyü kimi 2017-ci il 10 aprel tarixinə Cavab deh MMC-ə “xxxxxxx” ASC-in ******* ədəd adi səhmi, cəmiyyətin cəmi səhmlərinin 91,6158%-i MMC-ə məxsus olmuşdur. “xxxxxxxxxx” ASC ilə Cavabdeh MMC arasında 2014-cü il 19 dekabr tarixli 6-BAZ-1-0-100-14 saylı bağlanmış kredit müqaviləsinə əsasən bankdan alınmış 7.300.000 ABŞ dolları pul vəsaiti hesabına Cavabdeh MMC, “xxxxxxx” ASC-in İddiaçı QSC-ə aid ******* ədəd adi səhmlərini almışdır. Göründüyü kimi Cavabdeh MMC bankdan alınmış pul vəsaitini səhm alqısına sərf etmişdir. Cavabdeh MMC-in İddiaçı İKB ASC-dən götürdüyü 7.300.000 ABŞ dolları məbləğində krediti təyinatına görə məqsədli şəkildə istifadə olunmuşdur. Belə ki, səhm Qiymətli Kağız olmaqla səhmdar cəmiyyətin əmlaklarının formalaşdırılması nəticəsində əmələ gəlir, yəni səhmdar cəmiyyətinin əsas vəsaitləri, dövriyyə vəsaitləri və.s-d ən ibarətdir, nəzərə alınmalıdir ki, “Cavabdeh" MMC krediti aktivlərinin artırılması üçün məqsədli istifadə etmişdir. 11. “MBA konsaltinq və qiymətləndirmə Şirkəti”nin Əmlakın qiymətləndirilməsi və Uçotu Departamenti tərəfindən verilmiş “xxxxxxx” ATSC-ə məxsus ünvan 2 ünvanında və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən daşınmaz əmlakın bazar dəyərinin müəyyən olunması üzrə ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “xxxxxxx” ATSC-ə məxsus torpaq sahəsi, tikili və qurğuların 2014-cü il 8 dekabr tarixinə olan bazar dəyəri mülkiyyət hüququ ilə 12.971.700 manat təşkil etmişdir.

12. X8 Təşkilatının 02 nömrəli 2018-ci il 22 may tarixli məktubundan və ona əlavə olunmuş “İnter-Audit” auditor təşkilatının direktoru X3 t ərəfindən verilmiş 01 nömrəli 2018-ci il 7 may tarixli müstəqil auditor hesabatında qeyd edilmişdir ki, auditorun fikrincə, 1. iddiaçı "İddiaçı" İKB ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 2014-cü il 19 dekabr tarixli 6BİZ-1-0-100-14 nömrəli kredit xətti müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə ayrılmış kredit məbləği dövriyyə vəsaitlərinin artırılmasına xərclənməmişdir.

2. İddiaçı "İddiaçı" İKB ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 2014-cü il 19 dekabr tarixli 6-B İZ-1-0-100-14 nömrəli kredit xətti müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə ayrılmış kredit məbləğinin sərf olunması nəticəsində cavabdehin dövriyyə vəsaitləri artmamış, lakin ayrılmış kredit məbləğinin sərf edilməsi nəticəsində cavabdehin uzunmüddətli aktivlərinin məbləği artmışdır.

13. A zərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti X4 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş nizamnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC 2016-cı il 6 dekabr tarixində ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

14. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı VergilərDepartamenti X4 Dövlət Qedyiyyatı İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, “Cavabdeh" MMC 2016-cı il 6 dekabr tarixində ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatında alınmışdır, qanuni təmsilçisi X6r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı “İddiaçı İKB” ASC Cavabdeh MMC-ə qarşı “kredit müqaviləsi üzrə borc alan Cavabdeh MMC-dən 7.299.995,73 ABŞ dolları vaxtı keçmiş əs as borcun, 783.498,89 ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcun, cəmi 7.924.111,1 ABŞ dollarının borcun ödənilən günə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulmasına və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına; tutmanın öhdəliyin təminatı kimi 2014-cü il 22 dekabr tarixli 6-BİZ-1-0-100-14 saylı alqı-satqı və girov müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən “xxxxxxx” ASC-in 1.107.096 ədəd sənədsiz adi adlı səhmlərinə yönəldilməklə satılmasına və satışdan əldə olunan məbləğin iddia tələbi həcmində İddiaçı İKB-in xeyrinə ödənilməsinə, ödəniş kifayət etmədikdə icra qaydasında qalan məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı İKB-in xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinə müraciət etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) “İddiaçı İKB” ASC ilə Cavabdeh MMC (borc alan) arasında bağlanmış 2014-cü il 19 dekabr tarixli 6-BİZ-1-0-10014 saylı kredit xətti müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 ay müddətinə, 6% ödəmək şərtilə, 7.300.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı İKB ASC (kreditorgirov saxlayan), Cavabdeh MMC (alıcı-girov qoyan) və İddiaçı QSC (satıcı) arasında 2014cü il 22 dekabr tarixli 6-BİZ-1-0-100-14 saylı alqı-satqı və girov müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı ünvan 1 ünvanında yerləşən “xxxxxxx” ASC-in sənədsiz adi adlı səhmlərini alıcı-girov qoyanın mülkiyyətinə verir, səh mlərin dəyəri kreditor-girov saxlayan tərəfindən 2014-cü il 19 dekabr tarixli 6-BİZ-1-0-100-14 saylı kredit müqaviləsinə əsasən alıcı-girov qoyana verilmiş 7.300.000 ABŞ dolları kredit vəsaiti hesabına ödənilir, alıcı-girov qoyan satılan səhmləri bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-girov saxlayan arasında bağlanmış 2014-cü il 19 dekabr tarixli 6-BİZ-1-0-100-14 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor girov saxlayan qarşısında girov qoyur. Kredit müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl olunmamış, cavabdeh tərəfindən kreditin təyinatı üzrə istifadə etməməsi və kreditora təqdim olunmuş məlumatların həqiqətə uyğun olmaması aşkar edilmişdir. Kredit müqaviləsinin 7.1-ci bəndinə görə kredit təyinatı üzrə istifadə olunmadıqda və ya borca lan tərəfindən bu müqavilənin bağlanması üçün kreditora təqdim edilmiş məlumatların, arayışların, müvafiq sənədlərin və s. həqiqətə uyğun olmadığı aşkar olunduqda, kreditor tərəfindən pul vəsaitlərinin ödənilməsi və pul öhdəliklərinin icra edilməsi vaxtından əvvəl tələb oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 428.4-cü, 442-ci, 445.1-ci, 445.2.1-ci, 449.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 119.1-ci, 149-cu və 150-ci maddələrinə istinad edərək, kredit müqaviləsi üzrə borc alan Cavabdeh MMC-dən 7.299.995,73 ABŞ dolları vaxtı keçmiş əsas borcun, 783.498,89 ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcun, cəmi 7.924.111,1 ABŞ dollarının borcun ödənilən günə olan məzənnəyə uyğun ol araq Azərbaycan manatı ilə tutulmasına və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına; tutmanın öhdəliyin təminatı kimi 2014-cü il 22 dekabr tarixli 6-BİZ-1-0-100-14 saylı alqı-satqı və girov müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən “xxxxxxx” ASC-in 1.107.096 ədəd sənədsiz adi adlı səhmlərinə yönəldilməklə satılmasına və satışdan əldə olunan məbləğin iddia tələbi həcmində İddiaçı İKB-in xeyrinə ödənilməsinə, ödəniş kifayət etmədikdə icra qaydasında qalan məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı İKB-in xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. 17. 2017-ci il 14 sentyabr tarixli ərizə ilə iddiaçı “İddiaçı Bank” ASC iddia tələbinin həcmini artıraraq, Cavabdeh MMC-dən 2014-cü il 19 dekabr tarixli 6-BİZ-1-0-100-14 saylı kr edit müqaviləsi üzrə 7.299.995,73 ABŞ dolları vaxtı keçmiş əsas borcun, 783.498,89 ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcun, cəmi 8.083.494,62 ABŞ dollarının borcun ödənilən günə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulmasına və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın öhdəliyin təminatı kimi 2014-cü il 22 dekabr tarixli 6-BİZ-1-0-100-14 saylı alqısatqı və girov müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən “xxxxxxx” ASC-in 1.107.096 ədəd sənədsiz adi adlı səhmlərinə yönəldilməklə satılması və satışdan əldə olunan məbləğin iddia tələbi həcmində İddiaçı İKB-in xeyrinə ödənilməsi, ödəniş kifayət etmədikdə icra qaydasında qalan məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı İKB-in xeyrinə ödənilməsinə dəyişdirilməsi ni xahiş etmişdir.

18. Sonradan iddiaçı “İddiaçı Bank” ASC iddia tələbinin həcmini artıraraq, Cavabdeh MMC-dən 2014-cü il 19 dekabr tarixli 6-BİZ-1-0-100-14 saylı kredit müqaviləsi üzrə 7.299.995,73 ABŞ dolları vaxtı keçmiş əsas borcun, 1.091.315,98 ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcun, cəmi 8.391.311,71 ABŞ dollarının borcun ödənilən günə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulmasına və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın öhdəliyin təminatı kimi 2014-cü il 22 dekabr tarixli 6-BİZ-1-0-100-14 saylı alqı satqı və girov müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən “xxxxxxx” ASC-in 1.107.096 ədəd sənədsiz adi adlı səhmlərinə yönəldilməklə satılması və satışdan əldə olunan məbləğin iddia tələbi həcmində İddiaçı İKB-in xeyrinə ödənilməsi, ödəniş kifayət etmədikdə icra qaydasında qalan məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı İKB-in xeyrinə ödənilməsinə dəyişdirilməsini xahiş etmişdir.

19. Məhkəmə hesab etmişdir ki, borclu Cavabdeh MMC kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, əsas borcun və faiz borcun tutulmasına dair hissədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

20. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 386, 739, 442, 443.1, 448.1, 470.1, 472.2, 500.1-ci maddələrinə, MPM 119.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 21. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 24 iyul tarixli, 2-2(82)-54/2018 saylı qətnaməsi ilə iddia təmin olunmuş, 2014-cü il 19 dekabr tarixli, 6-BİZ-l-0-100-14 saylı Kredit müqaviləsi üzr ə borc alan Cavabdeh MMC-dən 7.299.995,73 ABŞ dolları vaxtı keçmiş əsas borcu, 1.091.315,98 ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu, cəmi 8.391.311,71 ABŞ dolları borcu ödənilən günə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ünvan 1 ünvanında yerləşən “xxxxxxx” ASC-in 1.107.096 ədəd sənədsiz adi adlı səhmlərə yönəldilməklə satılması və satışdan əldə olunan məbləğin iddia tələbi həcmində İddiaçı İKB-in xeyrinə ödənilməsi və ödəniş kifayət etmədikdə icra qaydasında qalan məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı İKB-in xeyrinə ödənilməsi qət olunmuşdur ( Hakim Etibar Mustafayev).

22. Cavabdeh MMC 2018-ci il 28 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamən in ləğv olunmasını və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 iyul tarixli e-2-2(103)-85/2019 saylı qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 24 iyul tarixli, 22(82)-54/2018 saylı qətnaməsi qismən-tərəflər arasında bağlanmış 2014-cü il 19 dekabr tarixli, 6-BİZ-l-0-100-14 saylı kredit müqaviləsi üzrə borc alan Cavabdeh MMC-dən 299,04 ABŞ dolları əsas borcun, 45,99 ABŞ dolları faiz borcunun ödənilən günə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulması” hissəsində ləğv olunmuş, iddia həmin hissədə təmin e dilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – K.Abiyeva, hakimlər – M.Tağızadə və Ü.Mayılov).

24. Məhkəmə qərardadının icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2019-cu il 15 may tarixli, 3326 ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və 2014-cü il 19 dekabr tarixli, 6-BİZ-1-0-100-14 saylı kredit xətti müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-in 2017-ci il 19 dekabr tarixinə (müqavilə müddətinin sonuna) İddiaçı İKB-ə olan borcu 8 390 966,68 USD məbləğində müəyyən olunur, o cümlədən əsas borc-7.299.696,69 USD, faiz borcu-1.091.269,99 USD.

25. İş üzrə verilmiş ekspert rəyi ilə əsas borcun tələb olunandan 299 A BŞ dolları, faiz borcunun isə 46 ABŞ dolları az olması müəyyən edilmişdir.

26. Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunsa da, iddiaçının ünvan 1 ünvanında yerləşən “xxxxxxx” ASC-in 1.107.096 ədəd sənədsiz adi adlı səhmlərə yönəldilməklə satılması və satışdan əldə olunan məbləğin iddia tələbi həcmində İddiaçı İKB-in xeyrinə ödənilməsi və ödəniş kifayət etmədikdə icra qaydasında qalan məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı İKB-in xeyrinə ödənilməsi tələbinin əsassız olması və ya həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi, prosessual hüquq normalarının pozulmasına dair hər hansı dəlili irəli sürülməmişdir.

27. Məhkəmə bu qənaətini MPM-in 14.2, 77.1, 101.3, 103.1, 372.6-ci maddələrinə və Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

28. Qətnamə 2019-cu il 19 avqust tarixində tərəflərə göndərilmişdir.

29. İddiaçı İKC ASC həmin qətnamədən kassasiya şikayəti vermiş (kassasiya şikayəti 2019-cu il 22 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur), qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması ilə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

30. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayətinə əlavə vermiş, qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məh kəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 dekabr tarixli e-2-2(102)-527/2019 saylı qətnaməsi ilə iddiaçının kassasiya şikayəti qismən, cavabdehin kassasiya şikayəti tam təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-85/2019 saylı, 2019-cu il 30 iyul tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – R.Nəbizadə, hakimlər – A.Hüseynov və X.Məmmədov).

32. Məhkəmə hesab edir ki, işin 19-cu səhifəsində olan Milli Depozit Mərkəzinin verdiyi qiymətli kağız sahiblərinin reyestrində emitentin xxxxxxx ASC olması qeyd edilmişdir. İşin 20ci səhifəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bütün qiymətli kağızlarla girovun rəsmi reyestrindən qeydiyyat tarixi 2014-cü il 30 dekabr tarixli çıxarışda girov predmetinin təsviri qrafasında “xxxxxxx” ASC-in hər birinin nominal dəyəri 2 manat olan ******* ədəd adi adlı sənədsiz səhmlər olması qeyd olunmuşdur. Həmçinin işin 17-ci səhifəsində olan verilmə tarixi 2014-cü il 8 dekabr qeyd edilən Milli Depozit Mərkəzinin Müştəri xidmətləri departamentinin depozitar haqqında məlumatında emitent “xxxxxxx” ASC, qiymətli kağızların ümumi miqdarı ******* ədəd, bir qiymətli kağızın nominal dəyəri 2 manat, depo hesabından çıxarışda adı İddiaçı QSC, qiymətli kağızların sayı 110096 ədəd qeyd olunmuşdur. İşin 18-ci səhifəsində olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin tarixi q eyd edilməyən AR № 06102 saylı arayışında 2014-cü il 9 dekabr tarixə “xxxxxxx” ASC-in səhmdarı İddiaçı QSC-ə məxsus hər birinin nominal dəyəri 2 manat olan ******* ədəd adi adlı sənədsiz səhmlərin girovda olmadığı göstərilmişdir. İşin 17-20-ci səhifəsində olan sənədlər kserosurət olmaqla lazımi qaydada təsdiq olunmamışdır.

33. Hər birinin nominal dəyəri 2 manat olan ******* ədəd adi adlı sənədsiz səhmlərin mülkiyyətçisinin və “xxxxxxx” ASC-in səhmdarının həqiqətən İddiaçı QSC olması, İddiaçı QSC-in alqı-satqı və girov müqaviləsini imzalamaq səlahiyyəti olması apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmamış, qətnamə çıxarılana qədər, bu qətnamə “xxxxxxx” ASC, yaxud İddiaçı QSC-ə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tə rəfində iştirak edə bilməsi və ya onların hər birinin məhkəmə icraatına cəlb olunması məsələsi birinci instansiya məhkəməsi tərəfindən müzakirə olunmamış, apellyasiya məhkəməsi də bu prosessual pozuntuya münasibət bildirməmişdir.

34. İddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi yazılı etirazında girovun predmeti olan “xxxxxxx” ASC-in səhmlərinin mülkiyyətçisinin cavabdeh olduğunu bildirmiş (2-ci cild. səh.188), apellyasiya məhkəməsi etirazın dəlilinə münasibət bildirməmişdir.

35. Birinci instansiya məhkəməsi iddianın təmini tədbiri ilə bağlı “xxxxxxx” ASC-in sahibliyində və istifadəsində olan bütün daşınar (siyahıya alınmaqla) və daşınmaz əmlakının özgəninkiləşdirilməsinin qadağan olunması ilə bağlı hərəkətləri həyata keçirilməsinə dair 2018-ci il 24 iyul tarix li qərardad qəbul etmiş, qərardadın “xxxxxxx” ASC-ə münasibətdə onun hüquq və vəzifələrinə təsir etməsinə baxmayaraq onun işə cəlb edilməsi məsələsi müzakirə olunmamış, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən yol verilən pozuntunu aradan qaldırmamışdır.

36. Məhkəmə bu qənaətini MPM-in 57.1, 89.3, 377, 418.4.6-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

37. Qətnamə 2020-ci il 10 fevral tarixində tərəflərə göndərilmişdir. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat

38. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 3 iyun tarixli e-2-2(103)-145/2020 saylı qətnaməsi ilə Cavabdeh MMC-in apellyasiya şikayəti qismən təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)54/2018 saylı qə tnaməsi qismən, kredit müqaviləsi üzrə 299,04 ABŞ dolları əsas borcun, 45,99 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamış, cavabdehdən dövlət büdcəsinə 200 manat ekspertiza xərci tutulmuşdur (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və R.Qurbanov).

39. Məhkəmə hesab edir ki, yalnız sənədli qiymətli kağızlar daşınar əşyadır və üzərində mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alındığı təqdirdə sənədli qiymətli kağızların girovu ilə bağlı müqavilə ipoteka müqaviləsi hesab olunur, lakin hazırki halda Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin iş materiallarının 1-ci cildinin 18-ci vərəqinə əlavə edilmiş arayışına əsasən müəyyən olunur ki, “xxxxxxx” ASC-in iddiaçıya məxsus olmuş və cavabdehə satıldıqdan sonra kredit öhdəliyinin təminatı olaraq girov qoyulmuş ******* ədəd səhmi adlı sənədsiz qiymətli kağızdır. Buna görə də daşınar əşya hesab edilə və ipoteka predmeti ola bilməz.

40. Məhkəmə bu qənaətini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 39.3.3, 135.1-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır.

41. Qətnamə 2020-ci il 25 iyun tarixində “xxxxxxxxx” ASC-ə, “xxxxxxx” ASC-ə, 2020-ci il 26 iyun tarixində Cavabdeh MMC-ə göndərilmişdir.

42. İddiaçı İKB ASC həmin qətnamədən kassasiya şikayəti vermiş qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsi ilə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

43. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəril məsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

44. Üçüncü şəxs “xxxxxxx” ASC həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri d) iddiaçının kassasiya şikayətinin dəlilləri

45. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borc alanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablan ması öhdəlik tam icra olunanadək davam etdirilməlidir.

46. Məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmiş, lakin ekspert rəyi ilə cavabdehin borcu düzgün müəyyən olunmamışdır. Təkrar ekspertiza təyin olunmalı və ekspert rəyi təqdim olunan digər sübutlarla yanaşı qiymətləndirilməli idi, lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmiş və bununla da MPM-in 97.1, 102.2, 101.3, 88, 217.1, 217.3-cü maddələrinin tələblərini pozmuşdur. e) cavabdehin kassasiya şikayətinin dəlilləri

47. İddiaçı Bank və cavabdeh MMC arasında 2014-cü il 19 dekabr tarixində kredit xətti müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə, MMC-ə dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 36 ay müddətinə 7.300.000 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır, müqavilə üzrə borcun verilmə tarixi 2014-cü il 19 dekabr, borcun bağlanma tarixi isə 2017-ci il 19 dekabr müəyyən olunmuşdur. Müqavilə şərtlərinə görə, kreditin güzəşt müddəti 35 ay təşkil edir. Müqavilənin 1.13-cü bəndinə əsasən kreditin ödənilmə qaydası hesablanmış faizlər və əsas borcu müddətin sonunda ödənilməlidir. MMC kredit borcunu müqavilə şərtlərinə uyğun olaraq 2017-ci il 19 noyabr tarixindən başlayaraq 2017-ci il 19 dekabr tarixinədək ödəməli idi. Bank isə mübahisə yarandığı halda yalnız bu tarixdən sonra MMC-ə qarşı məhkəmədə iddia qaldıra bilərdi. MMC öz üzərinə düşən müqavilə öhdəliklərini, o cümlədən müqavilənin 7.1-ci bəndində nəzərdə tutulan öhdəliyi tam yerinə yetirmişdir. İddiaçı Bank isə müqavilənin 1.7, 1.8, 1.9 və 1.13-cü bəndlərinin tələblərini pozmuşdur, bank hazırki iddia ilə 2017-ci ilin avqust ayında məhkəməyə müraciət etmişdir. Belə olan halda hesab olunmalıdır ki, Bank müqavilə müddəti bitmədən MMC-dən borcunun qaytarılmasını vaxtından əvvəl tələb etmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl isə Bank ümumiyyətlə pretenziya qaydalarına əməl etməmişdir. MMC, bu pozuntu barədə nümayəndəsi vasitəsi ilə həm şifahi məhkəmə iclaslarında, həm də iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətlərində qeyd etsə də, işə baxmış aşağı instansiya məhkəmələri bu pozuntuya ümumiyyətlə hüquqi qiymət verməmişlər. Halbuki, bu pozuntu mülki prosessual qanunvericiliyin tələbinə görə, iddianın baxılmamış saxlanılmasının əsaslarından biridir.

48. İş üzrə İddiaçı İKB ASC və cavabdeh MMC arasında bağ lanmış kredit xətti müqaviləsində göstərilir ki, Bank tərəfindən borc alana illik 6% dərəcəsi ilə 7.300.000 ABŞ dolları məbləğində kredit məbləği verilmişdir. Halbuki, tərəflər öz aralarında şifahi razılığa gəlmişlər ki, kredit Azərbaycan manatı ilə veriləcəkdir. Lakin müqavilə imzalandıqdan sonra məlum olmuşdur ki, müqavilənin predmeti olan pul Azərbaycan manatı ilə deyil, ABŞ dolları ilə ifadə edilmişdir.

49. Qeyd olunan müqavilənin şərtlərinə görə həmçinin, borc alan MMC, götürdüyü krediti faizi ilə birlikdə hissə-hissə deyil, müqavilə müddətinin sonunda, yəni 2017-ci il 19 dekabr tarixində banka qaytarması barədə öhdəlik götürmüşdür.

50. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsində müqavilənin predmeti olan pul vəsaiti ABŞ dolları ilə ifadə olunsa da, bankın kassasından MMC -ə 5.694.000 manat məbləğində pul verilmişdir. Bu hal, bankın məhkəmələrə təqdim edilmiş hesabdan çıxarışda və kassa məxaric orderi ilə təsdiq olunur. Belə olan halda, hesab olunur ki, MMC-dən bankın xeyrinə kredit borcu ABŞ dolları ilə deyil, Azərbaycan manatı ilə tutulmalıdır.

51. MMC-dən tutulması tələb olunan borc məbləğinin düzgün müəyyən edilməsi üçün tərəfimizdən iş üzrə müvafiq ekspertizanın keçirilməsi barədə vəsatət verilmiş, lakin həmin vəsatət işə baxmış məhkəmə tərəfindən əsassız olaraq rədd olunmuşdur.

52. İşə baxmış məhkəmələr faiz borcunu düzgün hesablamamış, MMC-dən şişirdilmiş məbləğdə pul tələb etmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi kredit borcunun düzgün müəyyən olunmasının tərəflər arasında mövcud olan mübahisənin ədalətli həlli üçün əhəmiyyət kəsb etdiy ini nəzərə alıb, öz səlahiyyətlərindən istifadə edərək, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edə bilərdi.

53. Bunlardan başqa, cavabdeh MMC-nin Bank qarşısında üzərinə götürmüş öhdəliklərin icrasının təminatı kimi, “xxxxxxx” ASC-ə məxsus ******* ədəd sənədsiz adlı səhmlər bankın xeyrinə girov qoyulmuşdur.

54. Girov qoyulmuş həmin səhmlərin hazırki nominal dəyəri əvvəlki dəyərinə münasibətdə artmış və hazırda həmin qiymətdən qat-qat artıqdır.

55. Belə ki, “xxxxxxx” ASC-ə aid əmlak kompleksi üzərində ASC-in tam mülkiyyət hüququ, torpaq sahəsi üzərində isə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində 2019-cu il 17 aprel tarixində qeydə alınmış və bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.

56. Həmin çıxarışdan da görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Önünə küçəsi, 19D ünvanında yerləşən həmin daşınmaz əmlakın ümumi sahəsi 34591.5 kv.m., torpaq sahəsinin ölçüləri isə 9.5214 kv.m. təşkil edir.

57. Dövlət qeydiyyatına alınan əmlakın dəyəri qeydə alınmamış əmlaka nisbətdə daha artıqdır. Sözügedən əmlak kompleksi üzərində “xxxxxxx” ASC-in mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra, ASC-in səhmlərinin qiyməti avtomatik olaraq 3-4 dəfə artmışdır. Bu səbəbdən də girov qoyulmuş səhmlərin hazırki dəyərinin müəyyən olunması məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunması barədə vəsatət verilmiş, lakin işə baxmış məhkəmə vəsatəti əsassız olaraq təmin etməmişdir. 58. “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən olunur.

59. Qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə girov predmeti olan səhmlərin satışı barədə qərar qəbul etdikdə, girov predmetinin qiymətini müəyyən etməlidir, lakin Cavabdeh MMC-in kredit borcunun alqı-satqı və girov müqaviləsinə əsasən “xxxxxxx” ASC-ə məxsus səhmlərə yönəldilməsi barədə qətnamə qəbul edən kommersiya məhkəməsi girov predmetinin hazırki qiymətini müəyyən etməmiş, bununla bağlı müvafiq ekspertiza təyin etməmiş, işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün qanunvericiliklə ona verilmiş səlahiyyətlərindən istifadə etməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, yalnız iddiaçı Bankın təqdim etdiyi sübutlar əsasında iş üzrə əsasssız və qanunsuz qətnamə qəbul etmişdir. f) üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

60. İşə apellyasiya qaydasında yenidən baxılması zamanı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Məhkəməsi Ali Məhkəmənin yuxarıda qeyd olunan göstərişinə əməl edərək 2020-ci il 3 iyun tarixində keçirilən məhkəmə iclasında ASC-i iş üzrə üçüncü şəxs qismində cəlb etmiş, lakin Kommersiya kollegiyasının bu qərarı formal xarakter daşımış, işin hərtərəfli və obyektiv araşdırılmasına yönəlməmişdir. Çünki, “xxxxxxx” ASC işə cəlb edilmiş yeni hüquqi şəxs olduğuna görə, işin gedişatı barədə məlumatı olmamışdır.

61. Məhkəmə iclasında iştirak edən ASC-in nümayəndəsi iş materialları ilə tanış olmaq və ASC-in maraqlarının müdafiəsinin hazırlanması üçün Kommersiya kollegiyasından vaxt istəmiş, lakin Kommersiya kollegiyası hər hansı səbəb göstərmədən ASC-in vəsatətini rədd etmiş və tez-tələsik elə həmin məhkəmə iclasında qətnamə qəbul etmişdir.

62. Üçüncü şəxs qismində cəlb edilmiş “xxxxxxx” ASC, işə qoşulmuş yeni şəxs hesab olunur. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, belə vəziyyətdə ASC-in iş materialları, o cümlədən cavabdeh MMC-in verdiyi apellyasiya şikayəti ilə tanış olmaq, iş üzrə etiraz və izahatların təqdim etmək üçün məhkəmə iclası ən azı 20 gün müddətinə təxirə salınmalı idi, lakin işə baxmış Bakı Apell yasiya Məhkəməsinin Kommersiya Kollegiyası qanunvericiliyin tələblərinə əməl etməmiş, “xxxxxxx” ASC-i məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum etmiş, ədalət mühakiməsinin əsas prinsiplərindən biri olan çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur. Məhkəmənin ASC-in iş üzrə üçüncü şəxs qismində cəlb olunması yalnız formal xarakter daşımışdır. 63. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3 maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən olunur.

64. Qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə girov predmeti olan səhmlərin satışı barədə qərar qəbul etdikdə, girov predmetinin qiymətini müəyyən etməlidir, lakin Cavabdeh MMC-in kredit borcunun 2014-cü il 22 dekabr tarixində bağlanmış 6-BİZ-1-0-100-14 №-li alqı-satqı və girov müqaviləsinə əsasən “xxxxxxx” ASC-ə məxsus səhmlərə yönəldilməsi barədə qətnamə qəbul edən Kommersiya kollegiyası girov predmetinin hazırki qiymətini müəyyən etməmiş, bununla bağlı müvafiq ekspertiza təyin etməmiş, işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün qanunvericiliklə ona verilmiş səlahiyyətlərindən istifadə etməmiş, yalnız iddiaçı bankın təqdim etdiyi sübutlar əsasında iş üzrə əsasssız və qanunsuz qətnamə qəbul etmişdir. g) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassa siya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmişdir. h) Məhkəmə icraatı iştirakçılarının izahatları

65. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahatında kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

66. Məhkəmə iclasında iştirak edən cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili verdikləri kassasiya şikayətlərinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

67. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

68. İddiaçı, cavabdeh və üçüncü şəxs apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

69. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunm ası zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu il ə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....”. Maddə

428. Öhdəliyin vaxtından əvvəl icrası... 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə tə minat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət... 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə

462. Dəbbə pulu anlayışı... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca ic ra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” Maddə

135. Əşya hüququnun obyektləri 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır....”. Maddə 1078-23. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi... 1078-23.14. Məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında girov müqaviləsində göstərildiyi qiymətə fond birjasında satışa çıxarılır. 1078-23.15. Girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə, qiymətli kağızlar nominal dəyər ilə satışa çıxarılır....”. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə 6. 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər....”. M a d d ə 3

9. Məhkəmənin qərarı ilə ipoteka predmetinə tutmanın yönəldilməsi... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

70. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

71. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

72. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malı, kassasiya şikayətləri təmin olunmamalıdır.

73. Məhkəmə kollegiyası iddiaçı “xxxxxxxx” ASC-in kassasiya şikayətində ekspert rəyində cavabdehin borcunun düzgün hesablanmaması ilə bağlı dəlili ilə əlaqədar qeyd edir ki, MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 217.3-cü maddəsi).

75. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qan unları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar xx xxx 2006-cı il tarixli Qərarı).

76. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 3 iyun tarixli, 2-2(103)-145/2020 saylı qətnaməsi ilə ekspert rəyi ilə bağlı gəldiyi nəticəni doğru hesab edir.

77. Məhkəmə kollegiyası Cavabdeh MMC-in bankın müqavilə müddəti bitmədən MMCdən borcunun qaytarılmasını vaxtından əvvəl tələb etməsi, məhkəməyə müraciət etməzdən əvvəl isə bankın pre tenziya qaydalarına əməl etməməsi dəlili ilə əlaqədar bildirir ki, iş materiallarından görünür ki, iddiaçı “xxxxxxxxx” ASC məhkəməyə 2017-ci il avqust ayında iddia ərizəsi ilə müraciət etmiş, pretenziya qaydasında isə Cavabdeh MMC-ə 2017-ci il 21 aprel tarixində müraciət etmişdir (1-ci cild səh 22).

78. Mülki Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

79. Bundan əlavə, tərəflər arasında bağlanan 2014-cü il 19 dekabr tarixli, 6-BİZ-1-0100-14 nömrəli kredit xətti müqaviləsinin 7.1-ci bəndində qeyd olunur ki, əlverişsiz şəraitin yaranması nəticəsində borcala nın borcu ödəmək qabiliyyəti olmadıqda pul vəsaitlərinin ödənilməsi və pul öhdəliklərinin icra edilməsi kreditor tərəfindən vaxtından əvvəl tələb oluna bilər.

80. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində kreditin Azərbaycan manatı ilə verilməsi dəlili ilə bağlı vurğulayır ki, tərəflər arasında bağlanan müqavilənin 1.5-ci bəndinə əsasən kreditin məbləği 7.300.000 ABŞ dolları müəyyən olunmuşdur.

81. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 82. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunl uğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2015-ci il 14 may tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasın da manatla ödəmək hüququna malikdir.

83. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində “xxxxxxx” ASC-in mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra, ASC-in səhmlərinin qiymətinin avtomatik olaraq artması dəlili ilə bağlı vurğulayır ki, Mülki Məcəllənin 1078-23.14-cü maddəsinə əsasən məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında girov müqaviləsində göstərildiyi qiymətə fond birjasında satışa çıxarılır. Həmin Məcəllənin 1078-23.15-ci maddəsinə görə girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə, qiymətli kağızlar nominal dəyər ilə satışa çıxarılır.

84. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh, iddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 iyun tarixli 2-2(103)186/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

85. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 3 iyun tarixli 22(103)-145/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar