Məhkəmə qərarları › İş №2-2(102)-320/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-320/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-320/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh7 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh7 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə b orcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 yanvar tarixli 2-2(103)-152/2025 saylı qətnaməsindən Cavabdeh1 MMC verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış 17 iyun 2022-ci il tarixli 1**MF-*** saylı kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən 400.000 AZN (300.000 AZN-lik hissəsi təsisçiyə borc kimi veriləcək) kredit dövriyyə vəsaitinin artırılması məqsədilə verilir; 2.9-cu bəndinə əsasən borcalan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün kreditin əsas borcunun ödənilməmiş hissəsinə görə kredit üzrə bu müqavilənin 2.1-ci bəndində göstərilən dəbbə pulu (cərimə) ödəməlidir; 7.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədə qalır.

2. İddiaçı ASC ilə zamin X1 arasında bağlanmış 17 iyun 2022-ci il tarixli 1**-MF-***/3 nömrəli, Cavabdeh4 MMC arasında bağlanılmış 17 iyun 2022-ci il tarixli 1**-MF-***/6 nömrəli, Cavabdeh7 MMC arasında bağlanılmış 17 iyun 2022-ci il tarixli 1**-MF-***/5 nömrəli, Cavabdeh5 MMC arasında bağlanılmış 17 iyun 2022-ci il tarixli 1**-MF-***/1 nömrəli, Cavabdeh2 arasında bağlanılmış 17 iyun 2022-ci il tarixli 1**-MF-***/2 nömrəli, Cavabdeh3 arasında bağlanılmış 17 iyun 2022-ci il tarixli 1**-MF-***/4 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda, həmin müqavilə üzrə borcalan öhdəliklərini icra etmədiyi və/və ya lazımınca icra etmədiyi təqdirdə zamin bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür; 3. 1.3-cü bəndinə əsasən, zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar; -5.2-ci bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə üzrə borcalan bank qarşısında öz öhdəliyini tamamilə icra edənədək bu müqavilə qüvvədədir.

4. İddiaçı ASC-nin nümayəndəsi, eyni zamanda LCG vəkil bürosunun direktoru Nümayəndə tərəfindən Cavabdeh1 MMC, Cavab deh5 MMC"xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 göndərilən 09 fevral 2024-cü il tarixli 246/24 nömrəli bildiriş-xəbərdarlıq (pretenziya) məktubu ünvanlanaraq banka olan kredit borcunun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinə xitam verilərək kredit borcunun tam olaraq tutulması üçün aidiyyəti dövlət orqanlarına və məhkəməyə müraciət olunacağı bildirilmişdir.

5. İddiaçı ASC tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 MMC-nin 17 iyun 2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə həmin tarixə borcu əsas məbləğ üzrə 361.960,99 manat, faiz üzrə borcu 51.912,42 manat, cərimə borcu 5.841,65 manat olmaqla, cəmi borcu 419.715,06 manat təşkil edir. 6. "xxxx" Bank ASC tərəfindən təqdim edilmiş he sabdan çıxarışda göstərilmişdir ki, 01 fevral 2024-cü ildən 24 oktyabr 2024-cü il tarixinədək Cavabdeh1 MMC tərəfindən ümumilikdə 15.575 manat ödəniş həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC (bundan sonra-«iddiaçı») iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 fevral 2024-cü il tarixinəə banka əsas borc üzrə 361.960,99 manat, faiz borcu üzrə 31.769,42 manat, dəbbə pulu üzrə 628 manat, ümumilikdə 394.358, 41 manat məbləğində pulun, 490 manat dövlət rüsumunun, 2.400 manat hüquqi xidmətə görə haqqın və 06 fevral 2024-cü il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 49,58 məbləğində pulun hesablanmaqla müştərək qaydada Cavabdeh1 MMC, Cavabdeh5 MMC, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavab deh6 və Cavabdeh2 (bundan sonra birlikdə«cavabdehlər») iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanılmış 17 iyun 2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 MMC-yə 400.000 manat pul vəsaiti 36 ay müddətinə illik 15% ödənilməsi şərti ilə verilmişdir. Həmin kredit vəsaitləri Bank tərəfindən cavabdehlər Cavabdeh5 MMC", “Çəşni" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 zaminlikləri əsasında verilmişdir. İddiaçı ASC ilə cavabdeh MMC arasında bağlanılmış 17 iyun 2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə hər hansı daşınmaz əmlakın ipotekası olmamışdır. Lakin borclu şəxs hazırkı iş üzrə” MMC və zaminlər öz üzər inə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin 06 fevral 2024-cü il tarixə banka əsas borc üzrə 361.960,99 manat, faiz borcu üzrə 31.769,42 manat, dəbbə pulu üzrə 628 manat, ümumilikdə iddia tələbi 394.358, 41 manat məbləğində borcu yaranmışdır. Bankla cavabdehlər Cavabdeh5 MMC", “Çəşni" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinin 1.4-cü bəndinin tələbinə görə zamin qəbul edir və bəyan edir ki, bu müqavilənin imzalandığı tarixə özünün mülkiyyətində olan bütün əmlakı (daşınar və daşınmaz əmlak, banklarda əmanətlər, qiymətli kağızlar və s., lakin bununla məhdudlaşmamaqla), habelə həmin tarixdən sonra əldə etmiş və əldə edəcək bütün əmlakı, bundan əlavə ümumi birgə mülki yyətdə və paylı mülkiyyətdə olan əmlakı və hüquqi şəxslərin nizamnamə kapitalında olan payları (səhmləri) ilə Bank qarşısında cavabdehdir və bütün əmlakı ilə borcalanın bank qarşısındakı öhdəlikləri həcmində məsuliyyət daşıyır. Cavabdeh borclu tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də, öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin (bundan sonra MM) 445.2, 445.1, 445.7-ci maddələrinə istinad edilmişdir. 10.Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 11 iyul 2024-cü il tarixinə banka əsas borc üzrə 361.960,99 manat, faiz bo rcu üzrə 51.912,42 manat, dəbbə pulu üzrə 5.841, 65 manat, ümumilikdə iddia tələbi 419.715, 06 manat məbləğində pulun, 490 manat dövlət rüsumunun, 2.400 manat hüquqi xidmətə görə haqqın və 11 iyul 2024-cü il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 49,58 məbləğində pulun hesablanmaqla müştərək qaydada Cavabdeh1 MMC, Cavabdeh5 MMC, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh1 MMC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, müqavilənin ləğv edilməsi barədə qarşı tərəfə bildiriş göndərildiyi andan müqaviləyə xitam verilir. İddiaçı faiz borcunu və dəbbə pulu yalnız ləvğetmə barədə bildiriş göndərildiyi ana qədər tələb edə bilərdi. Odur ki, faizlər və dəbbə pulu 2024-cü il 9 fevral tarixinədək hesablanmalıdır. İddia tələbi 2024-cü il 11 iyul tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 49,58 pulun tutulması hissəsində əsassız olmuşdur. Həmçinin 2.400 manat hüquqi yardım xərci həddən artıq yüksəkdir, vəkil xərcinin 300 manat müəyyən edilməsi ağlabatandır. 12.Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 31 oktyabr tarixli, 2-2(113)-2615/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh5 MMC, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 müştərək qaydada 09 fevral 2024-cü il tarixə 346.385.99 manat əsas borc, 17.681.77 manat faiz borcu, 628 manat dəbbə pulu olmaqla, cəmi 364.695.76 (üç yüz altmış dörd min altı yüz doxsan beş manat yetmiş altı qəpik) manat borc, 285 manat dövlət rüsumu, 800 manat hüquqi xidmət haqqının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 13.Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 17 iyun 2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə cavabdeh MMC-yə illik faiz dərəcəsi 15 faiz olmaqla 36 ay müddətinə 400.000.00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla digər cavabdehlər X1 arasında 17 iyun 2022-ci il tarixli 1**-MF-***/3 nömrəli, Cavabdeh4 MMC arasında 17 iyun 2022-ci il tarixli 1**-MF-***/6 nömrəli, Cavabdeh7 MMC arasında 17 iyun 2022-ci il tarixli 1**MF-***/5 nömrəli, Cavabdeh5 MMC arasında 17 iyun 2022-ci il tarixli 1**-MF-***/1 nömrəli, Cavabdeh2 arasında 17 i yun 2022-ci il tarixli 1**-MF-***/2 nömrəli, Cavabdeh3 arasında 17 iyun 2022-ci il tarixli 1**-MF-***/4 nömrəli zaminlik müqavilələri bağlanılmışdır. 14.İddiaçı 09 fevral 2024-cü il tarixli 246/24 nömrəli bildiriş əsasında cavabdehlərə kredit müqaviləsinin ləğv edilməsi barədə bildiriş göndərmişdir, kredit müqaviləsinə xitam verilikdən (xx.xx.2024-cü il tarixdən) sonra cavabdeh MMC tərəfindən müqavilə üzrə 15.575 manat ödəniş olunmuş, həmin ödənişlər iddiaçı tərəfindən bütünlükdə dəbbə pulundan silinmişdir. 15.Məhkəmə tərəflər arasında bağlanmış 17 iyun 2022-ci il tarixli, 1**-MF-*** saylı kredit müqaviləsi üzrə bütün ödənişlər nəzərə alınmaqla əsas və faiz borcu məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. 16.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 30 avqust 2024-cü il tarixli ekspert rəyinə əsasən 17 iyun 2022-ci il tarixli 1**-MF-*** saylı kredit razılaşması üzrə 11 iyul 2024-cü il tarixinə əsas borc məbləği 362.197,49 manat, faiz borcu 31.780,49 manat məbləğində müəyyən edilmişdir. 17.Məhkəmə əsas borca münasibətdə iddiaçının 361.960,99 manat əsas borc tələb etdiyini, mübahisəli kredit müqaviləsinin 09 fevral 2024-cü il tarixində ləğv edildiyini, cavabdeh MMC tərəfindən 01 fevral 2024-cü il-24 oktyabr 2024-cü il tarixlərində 15575 manat ödəniş həyata keçirildiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər əsas borcdan silinməli, nəticədə cavabdehlərdən müştərək qaydada 346.385.99 manat əsas borc tutulmalıdır. (3619xx.xx-15575=3 46385.99).

18. Faiz borcu ilə bağlı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən olunmadığından, məhkəmə ekspert rəyini sübut kimi qəbul etmişdir. Həmin rəyə əsasən, 11 iyul 2024-cü il tarixə faiz borcunun məbləği 31.780.49 manat müəyyən edilmişdir, lakin müqavilə 09 fevral 2024-cü il tarixində ləğv edildiyindən məhkəmə 09 fevral 2024-cü il tarixinədək olan faiz borcunun məbləğinin müəyyən edilməsini zəruri hesab etmişdir. Belə ki, ekspert rəyinə əlavə olunmuş faiz borcunun hesablanma qaydasına dair cədvəldən görünür ki, 26 yanvar 2024-cü il tarixinə faiz borcu 16.975.33 manat, 33 gün sonraya-yəni, 29 fevral 2024-cü il tarixinə isə 18.640.55 manat hesablanmışdır. Belə olan halda 1 gün üçün hesablanmış faiz borcunun məb ləği 50.46 (186xx.xx-16975.33):33=50.46) manat təşkil etmişdir. Beləliklə 26 yanvar 2024-cü il tarixindən müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixə 14 gün keçdiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, faiz borcunun məbləği 17.681.77 manat (16975.33+(50.46x14)) müəyyən edilməlidir. 19.İddiaçı tələbində həmçinin əsas və faiz borcu məbləğlərindən əlavə öhdəliyin vaxtında icra edilməməsi səbəbindən 5.841,65 manat məbləğində cərimə borcunun ödənilməsini də tələb edir. 20.Məhkəmə həmin tələbə MM-in 460.1, 462.3-cü maddələrinin tələbləri baxımından qiymət verərək göstərmişdir ki, məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, müqavilə ləğv edildikdən sonra iddiaçı tərəfindən 23.191.26 manat dəbbə pulu hesablanmış və cavabdehin 15.575 manat ödənişi bütünlükdə dəbbə pulundan silinmişdi r. 21.Öhdəliyin icrasını təmin etmə üsullarından biri olaraq dəbbə pulu müqavilənin qüvvədə olduğu müddət ərzində gecikdirilmiş hər gün üçün ödənilən pul məbləğidir. Odur ki, iddiaçı müqaviləyə xitam verildikdən sonra cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqqlı olmamışdır. İşin materiallarından görünür ki, 06 fevral 2024-cü il tarixə iddiaçı tərəfindən 628 manat dəbbə pulu hesablanmışdır. Qeyd edilənləri və dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını nəzərə alaraq məhkəmə cavabdehlərdən 628 manat dəbbə pulunun tutulmasını məqsədəuyğun hesab etmişdir. 22.Məhkəmə iddia tələbini 2024-cü il 11 iyul tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 49,58 manat pulun tutulması hissəsində əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı tələbini bu hissəd ə MM-in 439 və 445-ci maddələri ilə əsaslandırılmağa çalışmışdır. Məhkəmə iddiaçının bu cür əsaslandırması ilə razılaşmamışdır. Çünki MM-in 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, “MM-in 449.1-ci maddəsində əksini tapmış “ondan faydalanmağa görə” müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halla rın mövcudluğu ilə şərtləndirilir”. 23.Göründüyü kimi, MM-in 445-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas mövcud olmamışdır. Buna görə də məhkəmə iddia tələbi həmin hissədə təmin edilməsinin yolverilməz olması qənaətinə gəlmişdir. 24.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- “MM”) 385.1, 386, 399.1, 425.1, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 448.4, 460.1, 462.1, 470.1, 472.1, 472.2, 739, 741, 743.1 və 743.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilm əsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. 25.Cavabdeh1 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsi və cavabdehlərdən iddia tələbinin 2024-cü il 9 fevral tarixinə “336.385,99 manat əsas borc, 12.681,77 manat faiz borcu, 128 manat dəbbə pulu olmaqla, cəmi 349.195,76 manat borc və 300 manat hüquqi xidmət haqqının tutulması” hissələrində təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 yanvar tarixli 2-2(103)-152/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsi nin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMC-nin özünə aid olunması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh MMC kredit müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən, onun həmin müqavilə üzrə iddiaçıya əsas, faiz və dəbbə pulu borcu yaranmışdır. İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə kredit müqaviləsinin ləğv edilməsi barədə 2024-cü il 9 fevral tarixli 246/24 nömrəli bildiriş göndərilərək müqaviləyə vaxtından əvvəl xitam verilmişdir.

28. Cavabdehlərdən tutulmalı olan borc məbləğlərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi məqsədilə iş üzrə məhk əmə mühasibatlıq ekspertizası təyin olunmuş və həmin rəyə əsasən kredit müqaviləsi üzrə müxtəlif tarixlərə olan əsas və faiz borc məbləğləri müəyyən edilmişdir.

29. Ekspert rəyi ilə razılaşmamaq üçün əsas olmadığından, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə müqavilənin xitam verilməsi tarixinə olan əsas və faiz borcu hesablayarkən həmin rəyi əsas götürməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi ekspert rəyində 2024-cü il 26 yanvar tarixinə faiz borcunun 16.975,33 manat, 33 gün sonraya – yəni, 2024-cü il 29 fevral tarixinə isə 18.640,55 manat hesablanmasını nəzərə alaraq adi riyazi hesablama apararaq 2024-cü il 9 fevral tarixinə olan faiz borcunun məbləğini 17.681,77 manat (16.975,33+(50,46x14)) olmasını müəyyən etmişdir.

30. Əsas borca münasibətdə birinci insta nsiya məhkəməsi iddiaçının müqavilənin ləğv edilməsi barədə bildirişdə tələb etdiyi 361.960,99 manat əsas borc məbləğindən 2024cü il 1 fevral - 2024-cü il 24 oktyabr tarixlərində aparılmış cəmi 15.575 manat ödənişləri çıxmış və əsas borcun 346.385,99 (361.960,99-15.575) manat olması barədə qənaətə gəlmişdir. Cavabdeh isə apellyasiya şikayətində kredit müqaviləsi üzrə əsas borcunun 336.385,99 manat, faiz borcunun 12.681,77 manat olmasını iddia etsə də, həmin halı təsdiq edən, o cümlədən ekspert rəyini şübhə altına alan hər hansı sübutları (məsələn, nəzərə alınmayan ödəniş sənədlərini) məhkəməyə təqdim etməmişdir.

31. İddia olunan dəbbə puluna münasibətdə məhkəmə qeyd etmişdir ki, 346.385,99 manat əsas borca münasibətdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 628 manat borc m əbləği tənasübsüz surətdə yüksək olmadığından, onun azaldılması üçün əsaslar mövcud olmamışdır.

32. Hüquqi yardım xərcləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, işin materiallarında olan "xxxx" ASC-nin 2024-cü il 11 oktyabr tarixli hesabdan çıxarışından məlum olanlara görə, 2024-cü il 1 aprel tarixində LCG vəkil bürosunun hesabına iddiaçı tərəfindən 2.400 manat ödəniş həyata keçirilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi MM-in 121.1-ci maddəsinin tələblərinə əsasən hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 800 manat pul vəsaitini ağlabatan hesab etməklə, cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini qət etməkdə də haqlı olmuşdur. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur.

33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 443.1, 448.1, 462.1, 470.1, 472.1, 472.2, 739 və 741-ci maddələrinə, MPM-in 77 və 206.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

34. Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. MM-in 467-ci maddəsi üzrə- iddiaçı cavabdehin ödədiyi vəsaitlərin əhəmiyyətli hissəsini cərimə məbləğindən silmişdir. Buna baxmayaraq, məhkəmə qətnamədə cərimə məbləğini müəyyən edərkən bu halı nəzərə almamışdır. Həmçinin məhkəmə MM-in 467-ci maddəsi ilə müəyyən olunmuş tənasübsüz sürətdə yüksək məbləğdə müəyyən edilmiş cərimə məbləğini azaltmalı olduğu halda, bu maddəni tətbiq etməmişdir.

36. MPM-in 167.1.9-cu maddəsi üzrə-məhkəmə əsas və faiz borcunun hesablanması üzrə hər hansı xüsusi biliyə malik olmamasına baxmayaraq, təkrar mühasibatlıq ekspertizası təyin etmədən nəticəyə gələrək prosessual qanunvericiliyinin qeyd edilən tələbini pozmuşdur.

37. MPM-in 121.1-ci maddəsi üzrə - Vəkil xərcləri ağlabatan məbləğdə, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə müəyyən edilməli idi. Məhkəmənin müəyyən etdiyi 800 manat hüquqi xidmət haqqı hazırki iş üçün ağlabatan məbləğ sayıla bilməz. Həmçinin, bu qəbildən olan işlər, yəni hər hansı ipoteka predmeti olmayan borc tələbi üzrə qaldırılan iddialar, bir qayda olaraq uzunmüddətli araşdırma aparılmadan, hər hansı əmlakların ilkin satış qiymətləri müəyyən edilmədən həll olunur. Ümumi statistikaya nəzər yetirəndə də aydın olur ki, vəkilin göst ərdiyi hüquqi xidmətə görə ödənilən xidmət haqqı orta hesabla təxminən 300 manat təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsi nin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 41.Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayd a qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il 24 fevral tarixli 822VİQD nömrəli Azərbaycan R espublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir)....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə

739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.

1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə

741. Borc üzrə faizlər (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”

42. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

206. Əlavə və təkrar ekspertiza təyini 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, ka ssasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürülən dəlillərlə eyniyyət təşkil edir.

46. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə bax araq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

47. Cavabdehin kassasiya şikayətinin iş üzrə təkrar ekspertizanın təyin edilməməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, hazırki işə mahiyyəti üzrə baxılarkən, sübutlara qiymət vermək səlahiyyətinə malik olan məhkəmələrə, iş üzrə verilmiş ekspert rəyinin mötəbərliyini şübhə altına alan sübutlar təqdim olunmamışdır.

48. Nəzərə alınmalıdır ki, MPM-nin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxı lıb və məhkəmə işin materiallarında olan sübutları,o cümlədən iş üzrə təqdim olunmuş ekspert rəyini kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər.

49. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə dəyişdirilmə dən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

51. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 yanvar tarixli, 2-2(103)-152/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar