Məhkəmə qərarları › İş №2-2(102)-321/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-321/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-321/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X1 və Cavabdeh3 qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 sentyabr tarixli, 2-2(104)-212/2023 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, * saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 5761,57 manat əsas borc, 322,64 manat cərimə borcu olmaqla, cəmi 6084,21 manat borcun; ** saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 44903,39 manat əsas borc, 2241,32 manat faiz borcu, 355,13 manat cərimə borcu olmaqla, cəmi 47499,84 manat borcun; *** saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 5258,22 manat əsas borc, 417,17 manat faiz borcu, 120,40 manat cərimə borcu olmaqla, cəmi 5795,79 manat borcun; **** saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 18283,26 manat əsas borc, 517,88 manat faiz borcu, 116,10 manat cərimə borcu olmaqla, cəmi 18917,24 manat borcun; ***** saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 31194,06 manat əsas borc, 2990.30 manat fai z borcu, 505.80 manat cərimə borcu olmaqla, cəmi 34690,16 manat borcun; ****** saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 19039,84 manat əsas borc, 1393,62 manat faiz borcu, 154,68 manat cərimə borcu olmaqla, cəmi 20588,14 manat borcun, ödənilmiş 400 manat mediasiya xərcinin və 24 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh3 və Cavabdeh1 (bundan sonra-“ Cavabdeh3 və V.Aşirov) müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 3 iyul tarixli, e-2-2(115)-577/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir ( Hakim G.Quliyeva). Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 sentyabr tarixli, 2-2(104)-212/2023 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti t əmin edilməmiş, birinci instansiya məhkəməsinin 2023-cü il tarixli 3 iyul tarixli, e-2-2(115)577/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edənməruzəçi hakim Ş.Rzaquliyev, hakimlər A.Hüseynzadə və L.Süleymanov). Qətnamədən cavabdehlər tərəfindən kassasiya şikayəti verilməklə qətnamənin ləğv edilərək iş üzrə yeni araşdırma aparılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayətində MPM-nin 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.4-cü maddəsin ə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Baxılan iş üzrə, iddianın qiyməti 133.575.38 manat təşkil etdiyindən, istinad olunan normaların tələbləri baxımından cavabdehlər tərəfindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 211,79 manat təşkil etməlidir. Lakin kassasiya şikayəti ver ilərkən, dövlət rüsumu qanunla müəyyən edilən məbləğdə deyil, cəmi 15 manat məbləğində ödənilmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Gəncə Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2023-cü il 6 sentyabr tarixli, 2-2(104)-212/2023 nömrəli qətnaməsindən cavabdehlər X1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli Ə.G.Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar