Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-321/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina (kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli, 2-2(103)-632/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC ( bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 ( bundan sonra ayrı-ayrılıqda - "xxxx" və Cavabdeh1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən 22 oktyabr 2020-ci il tarixli, RB/KM1320 saylı kredit müqaviləsi üzrə əsas borca görə 548.201,73 manat, faiz borcuna görə 218.023,57 manat, illik 5%-lə 37.308,16 manat, cərimə borcuna görə 1.644,60 manat, cəmi 805.178,06 manat pulun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKX PHŞnin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 270 manat rüsumun, dövlət rüsumu kimi ödənilmiş 493 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən 230,7 kv.m. sahəsi olan Qapı 1 və yenə də, zirzəmidə yerləşən 217,1 kv.m. sahəsi olan Qapı 2 qeyri-yaşayış sahələrinə yönəldilməsi, ipoteka predmetlərinin likvid ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına MMC-nin 22 oktyabr 2020-ci il tarixli, RB/KM-1320 saylı kredit müqaviləsi üzrə cəmi 805.178,06 manat borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 1.365 manat məbləğində pulun ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən 230,7 kv.m. sahəsi olan Qapı 1 və ye nə də,zirzəmidə yerləşən 217,1 kv.m. sahəsi olan Qapı 2 qeyri-yaşayış sahələrinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində özü tərk etmədikdə Cavabdeh1 oradan çıxarılması və əmlakların boşaldılması, ipoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir ( iddia tələbi dəqiqləşdirilmişdir). Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 mart tarixli, e-2-2(113)-70/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh MMC-dən 22 oktyabr 2020ci il tarixli, RB/KM-1320 saylı krеdit müqaviləsi üzrə 548.201,66 manat məbləğində əsas krеdit bоrcu, 11.016,47 manat məbləğində faiz bоrcu, müqa vilə müddəti bitdiyi tarixdən 2024-cü il 29 fevral tarixədək olan müddət üçün illik 5 %-lə 37.172,57 manat məbləğində faiz borcu, 1.644,60 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 598.035,24 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 495 manat, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən sahəsi 230,7 kv.m qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən sahəsi 217,1 kv.m qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılma sı, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən sahəsi 230,7 kv.m qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 310.000 manat və Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən sahəsi 217,1 kv.m qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 292.000 manat məbləğində müəyyən edilməsi, əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçının tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdeh MMC-dən ümumi qaydada tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir ( Hakim L.Əliyeva). Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 mart tarixli qər ardadı ilə iddiaçının cavabdehlər MMC-yə və Cavabdeh1 qarşı əmlak satıldıqdan sonra əmlakın boşaldılaraq təhvil verməsi tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilmişdir. Qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli, 2-2(103)-632/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, Bakı şəhəri, Y asamal rayonu, X1 küçəsi, 136- 136A, zirzəmi, qapı - 1 ünvanında yerləşən 230,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi üzrə ilkin satış qiyməti (likvid) 519.000 manat və Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 136-136A, zirzəmi, qapı - 2 ünvanında yerləşən 217,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi üzrə ilkin satış qiyməti (likvid) 488.500 manat müəyyən edilmişdir ( sədrlik edənməruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və S.Bəhrəmzadə). Qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilərək qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinə dair hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayətində MPM-nin 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmal ıdır. Baxılan iş üzrə, iddianın qiyməti 805178,06 manat təşkil etdiyindən, istinad olunan normaların tələbləri baxımından Cavabdeh1 tərəfindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 547,59 manat təşkil etməlidir. Lakin kassasiya şikayəti verilərkən, dövlət rüsumu qanunla müəyyən edilən məbləğdə deyil, cəmi 448 manat məbləğində ödənilmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli, 2-2(103)-632/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-321/2025
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-321/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver